Məhkəmə qərarları › İş №1(010)-133/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-133/2022

17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-133/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 17 iyun 2022-ci il tarixdə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx.xx.1996-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də operator işləmiş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Hacıismayıllı kəndində qeydiyyatda olub Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, döngə 7, nömrəsiz ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 oktyabr 2021-ci il tarixdə saat 00 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, atası Şahid məxsus “M 12 minik” markalı, **-BS- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər Rayonu Türkan qəsəbəsindən Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni sürücü hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə riayət etməmiş, Türkan- Hövsan yolunun “Abidə” adlanan ərazisinin yaxınlığında diqqəti idarəetmədən yayınmış, yolun sağ kənarına hərəkət hissəyə tökülmüş qum təpəciyinin üzərindən keçərək qum təpəciyinin arxasında dayanmış piyadalar X5 və Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan X3 baş beyin toxumasının əzilməsi, təpə-ənsə sümüklərinin çoxqəlpəli sınığı, sağ bud və sol baldır sümüklərinin qapalı sınığı, başın ənsə və sol qaşüstü nahiyələrin əzilmiş-cırılmış yaraları, hər iki gözün hematoması, bədənin çoxsaylı sıyrıqları, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq hadisə yerində ölümünə, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi halında qapalı kəllə beyin travması, təpə nahiyəsinin dərialtı hematoması, 2-ci bel fəqərəsinin yerdəyişməyən, sağ qasıq sümüyünün yerdəyişən və döş sümüyü cisminin yerdəyişməyən sınıqları, sol alın və qaş nahiyələrinin əzilmiş-cırılmış yaraları, qarının küt travması, hər iki aşağı ətrafların sıyrıqları xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, hadisədən sonra həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2. və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Şahid 2017-ci ildə “M 12 minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və öz adına sənədləşdirmişdir. Həmin vaxtdan da atası həmin avtomobili idarə edir, onun da sürücülük vəsiqəsi olduğundan hər gün atası avtomobili idarə etməyi üçün ona verir. Lakin avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. 08 oktyabr 2021-ci il tarixdə səhər atası ilə birlikdə “M 12 minik” markalı, **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan qəsəbəsi, Quşçuluq savxozunda yerləşən "xxxx" adlı şirkətə işə getmişlər. İşi bir qədər uzandığı üçün evə gec gəlmiş və atası isə həmin avtomobillə ondan əvvəl evə getmişdir. Gecə təxminən saat 22:30 radələrində işlədiyi şirkətdən onunla əlaqə saxlayaraq material gəldiyini bildirmişlər və o atasına bu barədə deyib ondan avtomobilin açarlarını alaraq həmin “M 12 minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə getmişdir. Təxminən yarım saat işlədikdən sonra 08 oktyabr 2021-ci il tarixdə saat 23:50 radələrində işdən çıxmış və bir neçə dəqiqə sonra Türkan qəsəbəsindən Hövsan qəsəbəsinə getdikdə yolun kənarında yerləşən “Pir” deyilən yerə çatmışdı. Həmin vaxt avtomobili təxminən 50-60 km/saat sürətlə hərəkət etdirirmiş. Pirə çatmağa az qalmış avtomobildə nasazlıq yaranmış və avtomobilin işıqları sönmüşdür. Başını aşağı əyib işığı düzəltmək istədikdə yola tökülmüş qumu görməmiş, həmin qumun üstündən keçmiş və yol qaranlıq olduğundan qumu keçdikdən dərhal sonra bir neçə metr irəlidə iki nəfər piyadanı vurmuşdur. Hadisə nəticəsində avtomobilinin ön partpresi sınmışdır. Hadisə çox ani baş verdiyi üçün özünü itirmiş və avtomobili saxlamadan hərəkəti davam etdirmişdir. Bir qədər getdikdən sonra avtomobili saxlamış, lakin avtomobildən düşməmiş və bir neçə saniyə keçdikdən sonra təkrar hərəkəti davam etdirib həmin yolla yaşadığı evə getmişdir. Artıq gecə saatları olduğu üçün avtomobili yaşadığı evin həyətində saxlayıb evə qalxıb yatmışdır. Səhərisi gün yəni 09 oktyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində evdə olan zaman atası onu çölə çağırıb avtomobili göstərərək nə baş verdiyini soruşmuşdur. O, da həmin avtomobillə qumun üstündən keçdiyini bildirmiş, lakin piyadaları vurduğunu atasına deməmişdir. Sonradan polis əməkdaşları evlərinə gəldikdən sonra hər şeyi olduğu kimi atasına və polis əməkdaşlarına danışmışdır. Həmçinin ona məlum olmuşdur ki, avtomobillə vurduğu piyadalardan biri hadisə yerində ölmüş və digəri az ağır xəsarət almışdır. Onların heç birini əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, habelə digər zərəçəkmiş şəxslər ilə barışıq əldə etdiyini, sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 2017-ci ildə özünə “M 12 minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və “AC 357093” seriya və nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə həmin avtomobili idarə edir. Təqsirləndirilən şəxs onun oğludur. Onun da sürücülük vəsiqəsi olmaqla hər gün qeyd etdiyi avtomobili idarə etməsi üçün Ələmdara verir. Lakin həmin avtomobili idarə etmək üçün ona etibarnamə verməmiş və həmişə etibarnamə olmadan avtomobili idarə etmişdir. 08 oktyabr 2021-ci il tarixdə həmin avtomobillə Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən "xxxx" adlı şirkətə işə getmişdir. Həmin vaxt oğlu Ələmdar da yanında olmuşdur. Həmin gün Ələmdarla birlikdə bütün günü işdə olmuş və saat 18:00 radələrində işdən çıxıb həmin avtomobillə evə gəlmişdi. Ələmdar isə əlavə iş çıxdığı üçün işdə qalmış, sonradan evə gəlmiş və saat 22-30 radələrində onu işə çağırmışlar. O, avtomobilin açarlarını Ələmdara vermiş və mal gəldiyi üçün işə getmişdir. Ələmdarın nə vaxt evə qayıtmasını bilməmişdir. 09 oktyabr 2021-ci il tarixdə saat 09:00 radələrində yuxudan oyanıb həyətə düşdükdə avtomobilin ön krılo və partpresdə zədələrin olduğunu görüb Ələmdarı çağırıb nə baş verdiyini soruşmuşdu. Ələmdar da Türkan qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən zaman yolun ortasına tökülmüş qumu görməyib onun üstündən keçdiyi və avtomobilə zədə dəydiyini bildirmişdir. Oğluna inandığı üçün başqa heç nə soruşmamışdır. Sonra Ələmdarla birlikdə tanımadığı taksi ilə işə getmişlər. Avtomobil isə zədəli halda həyətdə qalmışdır. Bir gün sonra polis əməkdaşları evə gəldikdən sonra ona məlum olmuşdur ki, Ələmdar 09 oktyabr 2021-ci il tarixdə Türkan qəsəbəsi istiqamətindən Hövsan qəsəbəsi istiqamətinə doğru hərəkət edən zaman yolda iki nəfər piyadanı vurmuş və onlardan biri hadisə yerində ölmüş, digər piyada isə yaralanmış və xəstəxanada müalicə alır. Hadisə zamanı həmin avtomobildə olmamış və Ələmdar dediyinə görə avtomobildə tək olmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, X5 iki ilə yaxındır ki, tanıyır, aralarında dostluq münasibəti vardır. O, «Shaqman» markalı yük avtomobilində sürücü işləyirmiş. 08 oktyabr 2021-ci ildə saat 24 radələrində Əhliman ona zəng vurub bildirmişdir ki, onun yaşadığı evin yaxınlığındadır, təklif etmişdir ki, küçəyə çıxsın görüşüb işlə bağlı müəyyən söhbətlər etsinlər. O, da evinin qarşısına küçəyə çıxmış, Əhliman işlədiyi yük avtomobilini yolun əks tərəfində yoldan kənarda saxlamışdır. Əhliman yolun o olduğu tərəfminə keçmiş, görüşüb söhbət etmək istəyirmişlər ki, Hövsan qəsəbəsi istiqamətinə hərəkət edən minik avtomobili hər ikisini vurmuşdur. Bundan sonra nə baş verdiyini xatırlamır. Ayıldıqda isə Sabunçu 3 saylı ŞKXda olduğunu bilmişdir. 09 oktyabr 2021-ci il tarixdə isə axşam saatlarında öz xahişi ilə xəstəxanadan çıxmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Əhliman aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmçinin sonradan ona məlum olmuşdur ki, onları vuran “Moskviç” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Həmin sürücünün atası onun müalicəsinə cüzi kömək göstərmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 göstərmişdir ki, 09 oktyabr 2021-ci il tarixdə Hövsan-Türkan yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X6 onun oğludur. Əhliman evli olmaqla 2 azyaşlı uşağı var, ailəsi ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayırmış. Əhlimanın sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında «Shaqman» markalı yük avtomobilində sürücü işləyirmiş. 09 oktyabr 2021-ci il tarixdə səhər saatlarında ona məlumat vermişlər ki, Əhliman Hövsan-Türkan yolunun kənarında dayanıb dostu ilə söhbət edən zaman naməlum avtomobil hər ikisini vurmuş, Əhliman hadisə yerində ölmüşdür. Dərhal qohumlarına da xəbər verib həmin gün Bakı şəhərinə gəlmişdir. Məhkəmə-tibb ekspertizası müayinəsində sonra meyiti qəbul edib həmin gün Qazax şəhərinə apararaq dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Moskvtiç” markalı avtomobillə oğlunu vurmuşdur. Hadisənin hansı səbəbdən baş verməsini bilmir, görməmişdir. Baş vermiş hadisə ilə bağlı sürücünün barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Cinayət işinin 4-12-ci vərəqlərində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 09 oktyabr 2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi örtüyünün eni 9 metr, hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının sayı isə 02 metr olan Türkan-Hövsan yolunun “abidə” ərazisində, avtomobil yolunda baş vermişdir. Yolun sağ kənarına yaxın qum təpəciyi var, piyadalrın qum təpəciyinin arxasında vurlması ehtimaldır. Cinayət işinin 138-139-cu vərəqlərində olan yol-nəqliyyat hadisələri ekspertizasının 30 dekabr 2021-ci il tarixli 8/3240 №-li rəyi ilə müəyyən edilmişdir ki, «M-12» markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən sürücü hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən ayırmamalı, idarə etdiyi avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməlidir. Bundan başqa sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişlərə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçdığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cu maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 134-135-ci vərəqlərində olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 06 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər: baş beyin silkələnməsi halında qapalı kəllə beyin travması, təpə nahiyəsinin dərialtı hematoması, 2-ci bel fəqərəsinin yerdəyişməyən, sağ qasıq sümüyünün yerdəyişən və döş sümüyü cisminin yerdəyişməyən sınıqları, sol alın və qaş nahiyələrinin əzilmiş- cırılmış yaraları, qarının küt travması, hər iki aşağı ətrafların sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 105-108-ci vərəqlərində olan məhkəmə tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 111 saylı rəyi ilə müəyyən edilmişdir ki, X3 meyiti üzərində olan xəsarətlər: baş beyin toxumasının əzilməsi, təpə-ənsə sümüklərinin çoxqəlpəli sınığı, sağ bud və sol baldır sümüklərinin qapalı sınığı, başın ənsə və sol qaşüstü nahiyələrin əzilmişcırılmış yaraları, hər iki gözün hematoması, bədənin çoxsaylı sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, Ə.Ş.Əsgərovun ölümünə səbəb almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Cinayət işinin 103-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş, 27 may 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən, o, yol-nəqliyyat hadiəsi nəticəsində vəfat etmiş oğlu X3 işində təqsirləndirilən X2 heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə törədilmiş avtoqəza zamanı ona dəymiş maddi və mənəvi ziyan tamamilə ödənilmişdir. Bununla bağlı heç bir maddi və mənəvi tələbi yoxdur. İş materiallarında olan X7 tərəfindən verilmiş 24 may 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2 və 264-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Təqsirləndirilən şəxs isə məhkəmədə verdiyi ifadəsində göstərdi ki, hadisə çox ani baş verdiyi üçün özünü itirmiş və avtomobili saxlamadan hərəkəti davam etdirmişdir. Bir qədər getdikdən sonra avtomobili saxlamış, lakin avtomobildən düşməmiş və bir neçə saniyə keçdikdən sonra təkrar hərəkəti davam etdirib həmin yolla yaşadığı evə getmişdir. Artıq gecə saatları olduğu üçün avtomobili yaşadığı evin həyətində saxlayıb evə qalxıb yatmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsindən sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş tərəfə bu və ya digər vasitə ilə, o cümlədən hadisə yerinə gəlmiş polis əməkdaşlarına çatdırmaq imkanı olduğu halda, bunu etməməsi və hadisə yerini tərk etməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş öhdəliyə icra etməməsi hesab olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi və cinayət qanununun tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə qəsdən törədilən cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, bununla da cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də işin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanını iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, həmin əsas və əlavə cəzalar qismən toplanmalı və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 10 oktyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar