Məhkəmə qərarları › İş №1(010)-133/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-133/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-133/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 09 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 07 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2022-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılaraq cəzadan azad edilməsinə baxmayaraq məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 3 ünvana bitişik mebel sexinin həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq sexin açıq olan qapısından içəri girmiş və orada olan 180 manat dəyərində bir ədəd “Zanussi” markalı kondisioner, 200 manat dəyərində bir ədəd “Meired” markalı, sürət ötürücülü velosiped, 200 manat dəyərində bir ədəd «Franke» markalı «FBİ 512 GR» model aspirator, 50 manat dəyərində bir ədəd «LG» markalı mikrodalğalı sobanı, bir ədəd 40 manat dəyərində elektrik samovarı və bir ədəd 20 manat dəyərində «Seven Star» markalı ütünü gizli olaraq talamış və nəticəsində Zərərçəkmiş şəxs1 ümumilikdə 690 (altı yüz doğsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixə keçən gecə saat 02:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 1848-ci keçid, 4 saylı evin həyətində yerləşən "xxxx" ASC Suraxanı rayon Su kanalı idarəsi nasos stansiyasına məxsus ətrafı daş hasarla əhatə olunmuş yerə qapının açıq olmasından istifadə edərək qanunsuz daxil olmaqla həmin yerdə torpağa basdırılmış dəmir boruya söykənmiş və trosla bağlanmış vəziyyətdə olan 700 manat dəyərində bir ədəd “Cronus” markalı, sürət ötürücülü velosipedi gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 4 dəfə Azərbaycan Respublikası CM- nin 221 və 177-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə 2018-ci ildə aprel ayında Suraxanı rayon məhkəməsi tərəfindən CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək 03 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2021-ci ilin noyabr ayında azadlığa buraxılmışdır. Son vaxtlar özünə iş tapa bilmədiyi üçün ehtiyaclarını ödəyə bilməmiş və buna görə də, oğurluq etmək qərarına gəlmişdir. 02 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixə keçən gecə oğurluq etmək üçün yaşadığı evdən çıxmış və piyada gəzərək oğurluq etmək üçün ev və ya obyekt axtarmağa başlamışdır. Bu zaman Əmircan qəsəbəsində yerləşən “Ballı” marketin yaxınlığında bir mebel sexi görmüş və yaxınlaşdıqda həmin mebel sexinin qapısının biraz aralı olduğunu görmüşdür, O ətrafına boylanıb heç kimin olmadığına və onu görmədiyinə tam əmin olduqdan sonra həmin qapını ehtiyatla açıb içəri daxil olmuşdur. O üzərində olan alışqanın işığını yandıraraq mebel sexinin içini axtarmağa başlamşdır. Bu zaman həmin mebel sexində pul tapa bilməmişdir. Buna görə də, həmin mebel sexində olan bir ədəd kondisioner, bir ədəd aspirator, bir ədəd qızdırıcı soba, bir ədəd ütü və bir ədəd velosiped tapıb onları götürmüş və hamısını daşıyıb çölə çıxararaq çöldə gizlətmişdir. Daha sonra həmin əşyaları bir-bir yaşadığı məhəlləyə aparıb məhəllədə gizlətmiş və heç kimə bu barədə məlumat verməmişdir. Bundan sonra, 06 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixə keçən gecə təxminən saat 02 radələrində oğurluq etmək üçün yaşadığı evdən çıxmış və piyada gəzməyə başlamışdır. Bu zaman o Əmircan qəsəbəsi, A.Rzayev küçəsi ilə piyada hərəkət edən zaman həmin küçədə olan yaşayış binalarının içərisində ətrafı hasarla tikilmiş və qapısı açıq olan sahədə yerə basdırılmış dəmir boruya bağlanmış bir velosiped görmüş və ətrafa baxıb heç kimin olmadığına tam əmin olduqdan sonra həmin velosipedə yaxınlaşmışdır. Bu velosipedin trosunu qırıb velosipedi özü ilə götürmüş və sürərək oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Velosipedi məhəllədə gizlətmiş və evinə gedib yatmışdır. İki gün sonra, yəni 09 avqust 2022-ci il tarixdə o birinci gün oğurladığı əşyaları və sonuncu oğurluq zamanı oğurladığı velosipedi götürüb Sabunçu qəsəbəsində yerləşən “rus bazarı” deyilən yerə aparmışdır və orada oğurladığı əşyaları satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Orada şifahi sorğu zamanı o etdiyi oğurluq əməllərini səmimi olaraq etiraf etmişdir. O qeyd etdiyi oğurluq əməllərini tək halda törətmiş və bu işdə ona hər hansı bir şəxs hansısa bir formada köməklik göstərməmişdir. O oğurladığı əşyaları satdığı şəxsə onların özünə məxsus olduğunu və ehtiyac səbəbindən satdığını bildirmişdir. O yuxarıda göstərdiyi iki oğurluq əməlindən başqa oğurluq və yaxud da digər bir cinayət əməli törətməmişdir. O saxlandığı zaman və 31-ci PB-də olduğu zaman polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiqə və ya təsirə məruz qalmamışdır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən «Ballı» marketin arxasında özünə məxsus mebel sexində işləyir və ona gətirilən elektrik əşyalarını da alıb satır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində işini qurtardıqdan sonra mebel sexinin içəri qapısını bağlamayıb, çöl qapısını yəni dəmir barmaqlıqdan ibarət olan qapısını qıfılla bağlayıb evə getmişdir. Səhəri gün yəni xx.xx.2022-ci il tarixdə saat 13 radələrində işə gəldikdə görmüş ki, sexdə olan bir ədəd 180 manata aldığı «Zamussi» markalı kondisoner, bir ədəd 200 manata aldığı «Meiredi» markalı velosoped, bir ədəd 200 manat dəyərində olan aspirator, 50 manata aldığı bir ədəd mikro dalğalı soba, bir ədəd 40 manat dəyərində elektrik samovar və bir ədəd 20 manat dəyərində ütü naməlum şəxs (lər) tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 690 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə saat 19 radələrindən xx.xx.2022-ci il tarixdə saat 13 radələrinədək olan müddətdə ona məxsus “Ballı” marketin arxasında yerləşən mebel sexində baş vermiş və orada olan dəmir barmaqlıqlar qırılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 690 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən bir ədəd 180 manata aldığı «Zanussi» markalı kondisioner başqa digər vurulmuş maddi ziyanın ödədiyini, bununla əlaqədar olaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır və onun özünə məxsus «Cronus Coure» markalı sürət ötürücüsü olan velosipedi vardır. Həmin velosipedi işdən gələndən sonra evinin yaxınlığında olan A.Rzayev küçəsində yerləşən əvvəllər evlərə su verilən ətrafı hasarla əhatə olunan sahədə saxlayıb hasarlı yerdə olan dəmir boruya bağlayıb evə gedirmiş. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində velosipedini həmin yerdə dəmir boruya söykəyib bağlamış ki, daha sonra isə oradan çıxmış, həmin yerin qapısını bağlamağı unudub evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində velosipeddən istifadə etmək üçün həmin yerə gedəndə görmüş ki, velosipedi həmin yerdən naməlum şəxs tərəfindən oğurlanmışdır. Özünə məxsus həmin velosipedi təxminən 6 il əvvəl 1400 manata alsa da, bugunkü gündə onun dəyəri təxminən 700 manat olar. Velosipedinin üzərində qara qırmızı rənglər olmuşdur. Sükanı qarşıya əyilmiş, yəni yararlı vəziyyətdə olmaqla idman üslublu olmuşdur. Baş vermiş oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdə saat 21 radələrindən xx.xx.2022-ci il tarixdə saat 11 radələrinədək olan müddət ərzində baş vermişdir. Oğurluq nəticəsində ona 700 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. O xidməti ərazisində baş vermiş oğurluq cinayətində şübhəli bilinən Təqsirləndirilən şəxs tapılması istiqamətində tərəfindən keçirilmiş əməliyyət axtarış tədbirləri nəticəsində ona məlum olmuş ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu ərizisində yerləşən «rus bazarı» adlanan bazarda oğurluq əşyalar satmaqla məşğuldur. Ona görə də o bölmənin digər əməkdaşı Şahid2la birlikdə qeyd olunan bazara getmişlər və Təqsirləndirilən şəxs orada əşyalar satmasını görmüşlər və onunla ərazidə baş vermiş oğurluq cinayətləri barədə sorğu sual apardıqda Yusif Suraxanı rayonu ərazisində iki velosepid və müxtəlif əşyalar oğurladığını etiraf etmiş və həmin əşyaları polisə təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onları yaşadığı ünvana aparmış və cinayət yolu ilə əldə etdiyi iki ədəd velosipedi və digər məişət əşyalarını onlara təqdim etmişdir. Bundan sonra həmin əşyalar götürülmüş, bu barədə protokol tərtib edilmiş və toplanmış materiallarla bilrikdə istintaq şöbəsinə təqdim edilmişdir. Cəfərov X4 RPİ-nin 31-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır, o törətmiş olduğu cinayətləri özü etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Natiq oğlu Şahid1 ifadəsinə uyğun ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin 10-cu vərəqində olan hadisə yerinə baxış keçirilməsi haqqında 07 avqust 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məxsus obyekt, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşir. Həmin obyekt bir mərtəbədən və bir otaqdan ibarət olmaqla, qapıları açar konstruksiyalıdır və daş hasarı vardır. Baxış zamanı həmin obyektdən hər hansı bir şübhə doğuran əşya, alət və ya predmet aşkar olunmamışdır. Cinayət işinin 13-cü vərəqində olan maddi sübuta baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi oğurlanmış əşyalar, bir ədəd “LG” markalı mikrodalğalı soba, bir ədəd aspirator, bir ədəd üzərinə “Meriedi” sözləri yazılmış velosiped və bir ədəd ütüdən ibarətdir və qeyd olunan əşyalar üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Cinayət işinin 68-69-cu vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 08 avqust 2022-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin yer daş hasarla əhatə olunmuş üstü bağlı şəkildədir və orada iki ədəd nəfəslik vardır və həmin nəfəslik vardır və həmin nəfəsliklər dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Dəmir barmaqlıqlarda hər hansı bir əzik və qırıq yoxdur. Hadisə yerinə baxış zamanı maddi sübutun fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 71-ci vərəqində olan maddi sübuta baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi oğurlanmış velosiped “Cronus Coupe 4.0” markalı idman üslublu, zəncirli və sürət artırıb-azaldılması üçün istehsal olunmuş qara rəngli və üzərində müəyyən hissələrdə qırmızı zolaqlı boyası olan velosipeddir. Velosipedin qarşı təkəri üzərində işıq əks etdirən sarı rəngli plastik nişanı vardır. Velosiped tam yararlı vəziyyətdədir. Cinayət işinin 84-86-cı vərəqlərində olan əşyanın tanınması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs1 təqdim edilən əşyanı nəzərdən keçirib həmin 1 ədəd qara rəngli “Meriedı” markalı velosipedin, bir ədəd aspiratorun, bir ədəd mikro dalğalı sobanın və bir ədəd ütünün ona məxsus olduğu, həmin əşyaları rəngindən, üzərindəki işarələrindən, markasın tanıyaraq, ona məxsus olduğunu və ona məxsus mebel sexindən oğurlanmış əşyaların olduğunu bildirmişdir. Bu barədə fotoşəkillər çəkilərək prookola əlavə edilmişdir. Cinayət işinin 96-97-ci vərəqlərində olan əşyanın tanınması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs2 təqdim edilən əşyanı nəzərdən keçirib həmin velosipedi rəngindən, üzərindəki işarələrindən, markasından tanıyaraq, ona məxsus olduğunu və xx.xx.2022-ci il tarixdə saat 21 radələrindən xx.xx.2022-ci il tarixdə saat 11 radələrinədək müddətdə yaşadığı evin blokunun qarşısından oğurlanmış velosiped olduğunu bildirmişdir. Bu barədə fotoşəkillər çəkilərək prookola əlavə edilmişdir. Cinayət işinin 29-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə, saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 127-130-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 09 avqust 2022-ci il tarixdən hesablamaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 177-180-cı vərəqələrində olan ifadənin yerində yoxlanılması haqqında 01 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanması məqsədi ilə ona təklif olundu ki, ifadəsində göstərdiyi, törətmiş olduğu oğurluq cinayətinin yerini əyani şəkildə göstərsin. Bundan sonra Təqsirləndirilən şəxs ünvan 3 ünvana bitişik mebel sexini göstərərk bildirdi ki, 02 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixə keçən gecə saat 03 radələrində mebel sexinin həyətinə hasardan keçməklə daxil olmuş və sexin açıq olan qapısından içəri keçərək həmin sexdən bir ədəd “Zanussi” markalı kondisoner, bir ədəd Meir-redi” markalı velosiped, bir ədəd aspirator, bir ədəd ütü və bir ədəd mikrodalğalı sobanı gizli olaraq talamaqla oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təklif olundu ki, ifadəsində göstərmiş olduğu digər oğurlıq hadisəsini törətdiyi yeri əyani şəkildə göstərsin. Daha sonra isə Təqsirləndirilən şəxs göstərməsinə əsasın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 1848-ci keçid, 49 saylı evin həyətində ətrafı daş hasarla əhatə olunmuş yerə gəldik və orada Təqsirləndirilən şəxs bildirdi ki, həmin yerdən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02:30 radələrində açıq qapıdan içəri daxil olmuş, orada torpağa basdırılmış dəmir boruya trosla bağlanmış halda olan bir ədəd “Cronus Coupe” markalı velosipedi gizli olaraq talamaqla oğurlamışdır. Cinayət işinin 181-184-cü vərəqlərində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının vermiş olduğu «02» noyabr 2022-ci il tarixli 9/7796 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 715.00 manat müəyyən edilir. O cümlədən 01 ədəd «Cronus» markalı, sürət ötürücülü, qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped -350 manat, 01 ədəd «Meriedı» markalı, sürət ötürücülü, qaragöy rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped-160 manat, 01 ədəd İtaliya istehsalı olan «Franke» markalı «FBİ 512 GR» aspirator-140 manat, 01 ədəd «LG» markalı, ağ rəngli mikrodalğalı soba -yoxlanması protokolu, maddi sübutlar və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin 181-184-cü vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 03 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amntistiya qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılaraq azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 69.3-cü maddələri ilə 03 il 07 ay müddətinə azadlıqdan məhrum edilməklə, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amntistiya qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılaraq azad edildiyindən onu cəzasının sonu olaraq xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 03 avqust 2022-ci il ildə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını) və ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 09 avqust 2022-ci il tarixdən hesablanmalı (CPMnin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa, iş üzrə maddi sübutların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 09 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutların sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar