Məhkəmə qərarları › İş №1(010)-133/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-133/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-133/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 2000-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q y/m, nömrəsiz evdə yaşamış, 09 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 4(010)-301/2024 saylı qərarı ilə barəsində əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, 01 (bir) ay həddində həbs növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 4(010)- 328/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin müddəti 29 oktyabr 2024-cü il tarixədək uzadılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(010)- 539/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, həmin Məhkəmənin 04 dekabr 2024-cü il tarixli, 1(010)- 539/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan təbdiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda yandırmaq yolu ilə özgəsinin əmlakını qəsdən məhv etmə və zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə 04 may 2024-cü il tarixdə, səhər radələrində tanışı Zərərçəkmiş şəxs ona olan borcunu ödəməkdən imtina etdiyinə görə əsəbləşərək yerdən götürdüyü daş parçası ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində saxladığı 2006-cı il buraxılışlı “Chevrolet Niva 212300” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşının şüşələrini sındırmaqla, 540 manat və həmin avtomobilin yanında olan 2006-cı il buraxılışlı “Hover” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomaşının şüşəsini sındırıb özü ilə gətidiyi alışdırıcı mayeni avtomobilin içərisinə töküb alışqanla yandırmaqla, ona 5250 manat olmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs, ümumilikdə 5790 (beş min yeddi yüz doxsan) manat, yəni xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 186.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 5 ildir ki, tanış olmuşlar. Belə ki, o, Hüseynağanın obyektində işləmiş, lakin son 1 ildir ki, avtoyumada işləməyə başlamışdır. Təxminən 2023-cü ilin oktyabr aylarında Hüseynağanın həyat yoldaşı Bəsti ona yuması üçün xalça vermiş və bunun müqabilində ona 5 manat pul ödəmişdir. Bir müddət sonra isə Hüseynağanı hər dəfə gördükdə, ondan zəhmət haqqı olan 20 manat pulunu istəmiş, lakin Hüseynağa ona 20 manat verməli olduğu halda, 10 manat pul vermişdir. Hüseynağaya bu barədə irad bildirsə də, borc kimi qalmış 10 manat pul ona ödənilməmişdir. O, Hüseynağadan dəfələrlə pulunu istəsə də, sonuncu ona məhəl qoymamışdır. Bu səbəbdən əsəbləşərək, Hüseynağaya məxsus öz obyektinin qarşısında saxladığı “Hover” və “Niva” markalı avtomaşınlara zərər vurmaq fikrinə gəlmişdir. Bu niyyətlə də, 04 may 2024-cü il tarixdə, səhər radələrində özü ilə əvvəlcədən gətirdiyi benzinlə “Hover” markalı avtomaşının sağ yan şüşəsini sındırdıqdan sonra, benzini həmin avtomobilin içərisinə tökmüş və avtomobilin salonunu yandırmışdır. Bundan sonra isə Hüseynağaya məxsus “Niva” markalı avtomaşının bütün şüşələrini yumruqla və yerdən götürdüyü daş parçası ilə sındırmışdır. Lakin ikinci “Niva” markalı avtomobilin içərisinə benzin töküb yandırmamış, sadəcə şüşələrini sındırmışdır. Bundan sonra hadisə barədə məlumat vermək üçün könüllü olaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinə getmiş və orada hadisə barədə məlumat vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl də pulunu Hüseynağadan istəmişdi. Zərərçəkmiş şəxsin avtomobillərini onun pulunu vermədiyi üçün əsəbləşdiyindən, həm də həmin gün spirtli içki qəbul etdiyindən yandırmışdır. Avtomobilləri yandıran zaman tək olmuş, işlədiyi avtoyumadan götürdüyü benzin vasitəsilə yandırmışdır. Bu əməli törətməyə onu kimsə təhrik etməmiş, sərxoş olduğu üçün törətmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı hazırda tam olaraq ödəmişdir. Sonda isə törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs, təxminən 6 ilə yaxındır ki, tanımış, onunla həmişə normal münasibəti olmuş, bu hadisədən əvvəl isə heç vaxt aralarında bir ədavət olmamışdır. 2023-cü ilin oktyabr ayında Elgün onun arvadı Bəstini gördükdə avtomobil yuma məntəqəsində işlədiyini, yumaq üçün nəsə olsa, təmənnasız ona deməsini bildirmişdir. Həmin vaxt onun arvadı Bəsti də köhnə xalça olduğunu, onu yumaq lazım olduğunu demiş və həmin xalçanı Elgünə verərək bunun üçün 5 manat da pul ödəmişdir. Elgün xalçanı yuduqdan sonra, gətirib onların evinə təhvil vermişdir. Bundan bir neçə gün sonra isə Elgün onu gördükdə yuduğu xalçanın pulunu verməsini istəmişdir. O, da bu səbəbdən Elgünə 10 manat pul vermişdir. 04 may 2024-cü il tarixdə, saat 06 radələrində Elgünün etibarnamə ilə ona məxsus olan "Chevrolet Niva" markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa və arxa sağ yan şüşəsini sındırması, sağ ön qapı dəstəyini isə zədələməsi, bundan başqa ona məxsus "Hover" markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yan şüşəsini sındırması, avtomobilin salonunu isə alışdırıc maye tökməklə yandırması barədə ona məlumat verilmişdir. Daha sonra o, hadisə yerinə gəlmiş və "Hover" markalı avtomobilin salonunu tanımadığı bir nəfər şəxsin söndürməyə çalışdığını görmüşdür. Daha sonra FHN-nin əməkdaşları hadisə yerinə gəlib onun avtomobilini tam söndürmüşlər. Daha sonra isə o, hadisə barədə polisə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində "Chevrolet Niva" markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı ona 540 manat, "Hover" markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı isə 5250 manat maddi ziyan dəymişdir. Ümumilikdə ona 5790 (beş min yeddi yüz doxsan) manat maddi ziyan dəymişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs ondan xalçaları yumaq müqabilində pul istədikdə ona 10 manat pul vermiş, lakin az olduğunu bildirmişdir. Əlavə pul almaq üçün isə müraciət etməmişdir. Sonda isə təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs tərəfindən 15 yanvar 2025-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Fizuli oğlu ifadə verərək bildirmişdir ki, 17 ildir ki, FHN-də 28 nömrəli YHB-si, yanğınsöndürmə növbəsinin rəis köməçisi vəzifəsində isə 14 ildir ki, işləyir. 03 may 2024-cü il tarixdə növbətçilik qrafiki üzrə növbədə olan zaman gecə saat 06:15 radələrində məlumat daxil olaraq Suraxanı rayonu Günəşli qəsəbəsində avtomobil yanması barədə məlumat daxil olmuş və tam ekipajla onun rəhbərliyi altında dərhal hadisə yerinə getmişlər və onlar çatdıqda yanğının tam sönmüş halda olduğu aşkar edilmişdir. Lakin, soyutma üsülundan istifadə edərək müvafiq tədbirlər görmüşlər. Hadisə yerinə çıxmaları və gördükləri tədbir barəsində akt tərtib edilmiş, həmin akt manqa komandiri və sürücü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, daxil olmuş məlumat Günəşli qəsəbəsində avtomobilin yanması ilə bağlı olmuşdur. Avtomobillərin markasını uzun müddət keçdiyi üçün xatırlamır. Hadisə yerində təqsirləndirilən şəxsi görmüşdür. Yanğının necə baş verməsi barədə isə məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid2 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, uzun illərdir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdədir və onə məxsus evdə yaşayır. Bu münasibətdən azyaşlı övladı vardır. Belə ki, yaşadıqları evin yaxınlığında avtoyuma məntəqəsi vardır. 2023-cü il tarixdə oktyabr ayında orada işçi kimi işləyən Elgün adlı şəxsə evdə tozlanmış iri xalça olduğunu, onu yumaq lazım olduğunu demişdir. Elgün də etiraz etməmiş, gəlib xalçanı evdən götürmüş, o da üzərində olan 5 manatı Elgünə vermiş və nə qədər borc qalarsa, Hüseynağadan istəməsini demişdir. Təxminən 2-3 gün sonra evə gəldikdə, Elgünün xalçanı yuyub qapının giriş hissəsinə qoyduğunu görmüşdür. 1 aydan sonra isə, Elgün yenidən qapıya gələrək borcun 25 manat təşkil etdiyini, Hüseynağanın ona 10 manat verdiyini, geridə qalan pulunu isə vermədiyini bildirmişdir. O, da pulu olmadığını, pulun qalan hissəsini Hüseynağadan istəməsini demişdir. Bu söhbətdən sonra, daha həmin söhbət barədə məlumatı olmamışdır. 04 may 2024-cü il tarixdə, gecə radələrində Hüseynağaya məxsus avtomaşınlar Elgün tərəfindən yararsız hala salınmışdır. Hadisə zamanı o, evdə olsa da, çölə çıxmamış və hadisənin təfərrüatları barədə heç nə deyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi sahə üzrə hər gün evdən səhərə yaxın çıxmışdır ki, servis maşını ilə Xalqlar metrostansiyası yaxınlığından işə getsin. Bu səbəbdən də, 04 may 2024-cü il tarixdə, səhərə yaxın saat 05:35 radəsində evdən çıxıb işə gedən zaman yolun sol hissəsində yerləşən adını bilmədiyi obyektin qarşısında bir avtomobilin tüstüləndiyini görmüş və həmin maşını söndürmək üçün idarə etdiyi avtomaşından yanğın söndürmə balonunu götürərək yolu keçib həmin maşına yaxınlaşaraq söndürməyə cəhd etmişdir. Qismən söndürsə də, yenə də 112 zəng xidməti mərkəzinə müraciət etmiş və həmçinin maşında olan “satılır” sözü yazılan nömrəyə zəng edərək avtomaşının sahibinə hadisə barədə məlumat vermişdir. Onun zəngindən təxminən 10 dəqiqə keçməmiş FHN-in əməkdaşları yaxınlaşaraq avtomaşını tamamilə söndürmüşlər. O, da oradan çıxıb yoluna davam etmiş və kömək etdiyi üçün servis maşınına da çata bilməmiş, öz şəxsi avtomobili ilə işə getməli olmuşdur. Hadisə zamanı orada heç kəs olmamış, o, ilk olaraq hadisə yerinə yaxınlaşmış, daha sonra isə tanımadığı şəxslər kömək üçün oraya gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* saylı cinayət işi 10 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən 04 may 2024-cü il tarixli, HK-1/479 saylı material əsasında fakta görə, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 32-ci polis bölməsinin 04 may 2024-cü il tarixli, MK-1 N-479 saylı raportundan görünür ki, 04 may 2024-cü il tarixdə, saat 06:15 radələrində, polis bölməsinin növbətçi hissəsinə Təqsirləndirilən şəxs yaxınlaşaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yolun kənarında saxlanılmış tanıdığı Zərərçəkmiş şəxs məxsus “Chevrolet Niva” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini sındırmasını və “Hover” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunu sındırmasını bildirmişdir. (iş.v. 3) 04 may 2024-cü il tarixli, 2/23847 nömrəli, “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol qəbulu əlamətləri mövcud olmuş, içki qəbul etdiyini demiş, havanı müayinə edən cihazda 0,476% müəyyən edilməklə, yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. (iş.v. 5 cild) 04 may 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsinin kənarında saxlanılmış Zərərçəkmiş şəxs məxsus “Chevrolet Niva” markalı, **-EO-*** və “Hover” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillərə keçirilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə, saat 05:40 radələrində avtomobillərə yaxınlaşdığını, “Chevrolet Niva” markalı avtomobilin şüşələrini sındırdığını, Hover” markalı avtomobilin isə şüşələrini sındırdığını və salonununu yandırdığını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (iş.v. 8-15) AD 154996 nömrəli, “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, istehsal ili 2006 olan, ağ rəngli, SCN 4945 mühərrikli, **-FO-*** dövlət qeydiyyat nişanlı, “Hover” markalı avtomobil alqı-satqı müqaviləsi əsasında 12 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs verilmişdir. (iş.v. 16) İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, istehsal ili 2006 olan, gümüşü metallik rəngli, ******* mühərrikli, **-EO-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Niva” markalı, 212300 GLS minik modelli avtomobilin mülkiyyətçisi X6r. (iş.v. 16) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 32-cu polis bölməsinə ünvanlanmış 07 may 2024-cü il tarixli ərizədən görünür ki, 04 may 2024-cü il tarixdə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yolun kənarında saxladığı özünə məxsus “Chevrolet Niva” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən şüşələri sındırılmış və “Hover” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə şüşələri sındırılmaqla, salonu yandırılmışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. (iş.v. 20) "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, 11/2024 nömrəli “Qüsur aktı”ndan görünür ki, **-EO-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Niva” markalı avtomobilin ehtiyat hissələri və təmir işləri cəmi 540 manat təşkil etmişdir. (iş.v. 23) "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, 12/2024 nömrəli “Qüsur aktı”ndan görünür ki, “Hover” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri cəmi 7530 manat təşkil etmişdir. (iş.v. 24) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ünvanlanmış 20 may 2024-cü il tarixli, 3-16-16/2-10/3702 saylı məktubdan və ona əlavə edilmiş ekspert vəsatətindən görünür ki, HK-1/479 nömrəli material üzrə təyin olunmuş məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası aparılması üçün ekspert Röyal Talıbov tərəfindən “iş üzrə toplanmış materialların təqdim edilməsi və ekspertin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması haqqında” vəsatət verilmişdir. (iş.v. 27-28) 06 iyun 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, tədqiqat obyekti ‘‘Hover” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilidir. Avtomobil ağ rəngli olmaqla, 04 ədəd təkər üzərindədir. Təkərlərin hər biri tam olaraq yerindədir, üzərlərində yanğının termiki təsir izləri müşahidə edilmir. Avtomobilin ümumi kuzasına baxış zamanı müəyyən edilmişdir ki, avtomobil çöl hissəsində yanğın izləri müşahidə edilmir. Belə ki, kuzanın üzərində hər hansı rəngdəyişmə, hislənmə, termiki dağılmalar yoxdur. Müəyyən edildi ki, avtomobillə üzbəüz dayandıqda sol tərəfin yük bölməsinin pəncərəsinin şüşəsi sınmış, müvəqqəti örtüklə bağlanmışdır. Baxışa ilkin olaraq avtomobilin yük bölməsindən başlanılmışdır. Ekspert tərəfindən həmin hissənin tədqiqatı aparılmışdır. Qeyd olunmuşdur ki, həmin hiss döşəməsi, divaları və tavanı istiliyin təsirindən kömürləşmiş, bəzi hissələrdə yanıb itmişdir. Yalnız çətin yanan hissələr yerində qalmışdır. Tavandan və sınmış pəncərənin kənarından elektrik xətlərinin keçməsi müşahidə olunmuşdur. Ekspert tərəfindən həmin xətlərin yerində tədqiqatı aparılmış və qeyd olunmuşdur ki, həmin xətlərin üzərində elektrik təbiətli qəza halına xas olan izlər müşahidə edilmir, izolyasiya örtüyü kömürləşmiş vəziyyətdə yerindədir. Xətlər yanğının mənbə zonasında olduğu üçün istiliyin təsirinə məruz qalmışdır. Avtomobilin salon və ön idarəetmə panelinin yerləşdiyi sahəyə baxış keçirilmişdir. Həmin hissədə dərin kömürləşmə izləri müşahidə edilməsə də, orada olan asan yana bilən hissələr istiliyin təsirindən kömürləşmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, həmin hissə yanğının tüstülənmə zonası olmuşdur. Ekspert tərəfindən qeyd olundu ki, avtomobildə olan yanğın izlərinin nisbi analizi zamanı müəyyən edilmişdir ki, yanğının mənbə zonası avtomobilin yük bölməsinin daxilində olmuş, daha sonra asan yanabilən materialların üzəri ilə genişlənmişdir. (iş.v. 31) 10 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/3921 və 10/3702 saylı “yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası və məhkəmə iqtisad ekspertizasının ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqinin rəyinin nəticəvi hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş ziyan aktı məlumatlarına əsasən, 2006-cı il buraxılışlı “Chevrolet Niva 212300” minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-xərci təxminən 540,0 manat müəyyən edilmişdir. O cümlədən: 1) dəyişilməli hissələrin qiyməti - 420,00 manat; 2) təmir-bərpa işlərinin qiyməti -120,00 manat. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş ziyan aktı məlumatlarına əsasən, 2006cı il buraxılışlı, “Hover'' minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5250,0 manat müəyyən edilmişdir. O cümlədən: 1) dəyişilməli hissələrin qiyməti - 4500,00 manat; 2) təmir- bərpa işlərinin qiyməti -750,00 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış «Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi»nə dair metodik vəsaitdən istifadə edilmişdir. “Hover” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə müəyyən edilir ki, yanğının mənbəyi avtomobilin yük bölməsinin daxilində olmuşdur. Yanğının müəyyən edilmiş mənbə zonasıda yerləşən elektrik qurğularının üzərində elektrik təbiətli qəza halına xas olan izlərin aşkar olunmamasını, avtomobilə qeyri-leqal müdaxilə hallarının müəyyən edilməsini nəzərə alaraq, "Hover” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobildə yanğın - kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş vermişdir. (iş.v.34-37) İş materiallarına əlavə edilmiş 15 iyul 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 45) 03 may 2024-cü il tarixli “yanğın haqqında ilkin akt”dan görünür ki, yanğın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q y/s-də “Hover” markalı avtomobildə baş vermişdir. Yanğın avtomobilin salonunda olmuş və yanğınsöndürənlər gələnə kimi sakinlər tərəfindən söndürülmüşdür. (iş.v. 64) 20 sentyabr 2024-cü il tarixli, “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmazdan əvvəl, ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə, hadisə yerində göstərməsi təklif edilmiş, bundan sonra sonuncu bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə təxminən 5 ildir ki, tanış olmuşlar. Belə ki, o, Hüseynağanın obyektində işləmiş, lakin son 1 ildir ki, avtoyumada işləməyə başlamışdır. Təxminən 2023-cü ilin oktyabr ayında Hüseynağanın həyat yoldaşı Bəsti ona yuması üçün xalça vermiş və bunun müqabilində ona 5 manat pul ödəmişdir. Bir müddət sonra isə Hüseynağanı hər dəfə gördükdə, ondan zəhmət haqqı olan 20 manat pulunu istəmiş, lakin Hüseynağa ona 20 manat pul verməli olduğu halda, 10 manat pul vermişdir. Hüseynağaya bu barədə irad bildirsə də, qalmış 10 manat pul ödənilməmişdir. O, Hüseynağadan dəfələrlə pulunu istəsə də, sonuncu ona məhəl qoymamışdır. Bu səbəbdən əsəbləşərək, Hüseynağaya məxsus öz obyektinin qarşısında saxladığı “Hover” və “Niva” markalı avtomaşınlara zərər vurmaq fikrinə gəlmişdir. Bu niyyətlə də, 04 may 2024-cü il tarixdə, səhər radələrində özü ilə əvvəlcədən gətirdiyi benzinlə “Hover” markalı avtomaşının sağ yan şüşəsini sındırdıqdan sonra, benzini həmin avtomobilin içərisinə tökmüş və yandırmışdır. Bundan sonra isə Hüseynağaya məxsus “Niva” markalı avtomaşının bütün şüşələrini yumruqla və yerdən götürdüyü daş parçası ilə sındırmışdır. Lakin ikinci “Niva” markalı avtomobilin içərisinə benzin töküb yandırmamış, sadəcə şüşələrini sındırmışdır. Bundan sonra hadisə barədə məlumat vermək üçün könüllü olaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinə getmiş və orada hadisə barədə məlumat vermişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (iş.v. 126-127) 21 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “həbs” qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. (iş.v. 128-132) 24 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “axtarış elan edilməsi və ittiham elan edilməsi üçün tutulması haqqında” qərar qəbul edilmişdir. 09 sentyabr 2024-cü il tarixdə, saat 13:50-də şübhəli şəxs qismində tutulmuş, 10 sentyabr 2024-cü il tarixdə, saat 10:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, 11 sentyabr 2024-cü il tarixdə, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsindən ötrü müstəntiq tərəfindən verilmiş vəsatət əsasında Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə təqdimatla müraciət etmişdir. Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli, 4(010)-301/2024 saylı qərarı ilə əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmaqla, 01 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 02 oktyabr 2024-cü il tarixli, 4(010)-328/2024 saylı qərarı ilə, həbsdə saxlanma müddəti 29 oktyabr 2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin 28 oktyabr 2024-cü il tarixli, 1(010)-539/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin Məhkəmənin 04 dekabr 2024-cü il tarixli, 1(010)-539/2024 saylı qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. (iş.v. 66, 71, 92-93, 103-106, 109-114) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla və ya ağır nəticələrə səbəb olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət cinayət qanunvericiliyi ilə qorunan obyektlər sırasına daxil edilmiş və onun qorunması CM-in əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-nin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi Məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 115) CM-nin 15-ci maddəsinə əsasən CM-nin 186.2.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli Qərarına əsasən müəyyən edilmişdir ki, “Könüllü gəlib təqsirini boynuna alma” cəzanı yüngülləşdirən hallardan biri kimi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma hər bir konkret halda səmimi peşmançılıqla birbaşa bağlı olmasa da, şəxsin özünü istintaq və təhqiqat orqanına könüllü təqdim etməsi, törədilmiş və ya hazırlanan cinayət, yaxud onda iştirakı barədə düzgün məlumatlar verməsi müəyyən dərəcədə onun səmimiliyinin göstəricisidir. Şəxsin könüllü gəlib təqsirini boynuna almasının səmimi peşmançılıq, təqsirin etirafı və ya öz davranışının qınanması halları ilə də müşayiət olunması istisna edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, “...CM-in 59.1.9-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar.” Könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır. Eyni zamanda, bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, konüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırılıb müəyyən edilməlidir. İş materiallarından görünür ki, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin 04 may 2024-cü il tarixli, MK-1 N-479 saylı raportunda 04 may 2024-cü il tarixdə, saat 06:15 radələrində, polis bölməsinin növbətçi hissəsinə Təqsirləndirilən şəxs yaxınlaşaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yolun kənarında saxlanılmış tanıdığı Zərərçəkmiş şəxs məxsus “Chevrolet Niva” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini sındırmasını və “Hover” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunu sındırmasını bildirmişdir. (iş.v. 3) İş materiallarından həmçinin müəyyən olunur ki, Təqsirləndirilən şəxs könüllü olaraq 32-ci polis bölməsinə gəlib təqsirini boynuna aldıqdan sonra Zərərçəkmiş şəxs ərizəsi 08 may 2024-cü il tarixdə bölmənin dəftərxanasında qeydiyyatdan keçirilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması və əvvəllər məhkum olunmaması, şəxsin könüllü gəlib təqsirini boynuna alması, dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması CM-nin 59.1.10, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yanında işləməsinə baxmayaraq xalça yuduğu üçün qalıq qalmasını hesab etdiyi 10 manat pula görə hər iki nəqliyyat vasitəsinə ziyan vurması onun əməlinin ictimai təhlükəli olmasına dəlalət edir. Bundan başqa onun 24 avqust 2024-cü il tarixdən 09 sentyabr 2024-cü il tarixədək istintaqın çağırışlarından yayınması və axtarışda olması onda qanunlara etinasız münasibətin göstəricisi hesab olunmaqla şəxsiyyətini xarakterizə edən hallardır. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 186.2.2-ci maddəsinin sanksiyası həddində minimum həddə azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili müdafiəçiyə ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar