Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-134/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxx 1991-ci ildə İmişli şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Xiyabani küçəsi, 100 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsində fərdi yaşayış evində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində həyat yoldaşı Şahid məxsus və texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi “QAZ 33021” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsindən Ramana qəsəbəsi istiqamətinə gedən yolun 12-ci kilometrliyində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, yol hərəkətinin iştirakçılarına yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və əmlaka zərər vurmamalı, diqqətini daimi dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun olan hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilə eyni istiqamətdə hərəkətdə olan piyadadan vaxtında hərəkətin təhlükəsiziliyini təmin edən yan ara məsafəsi saxlamalı, onunla eyni istiqamətdə hərəkətdə olan piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edərək keçib getməli olduğu halda buna əməl etməyib, idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə eyni istiqamətdə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş və nəticədə ona baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sağ bud sümüyünün qapalı sınığı, qabırğaların solda şoxsaylı sınıqları, sol ağciyərin cırılması, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, sonuncu ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəbindən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində etibarnamə əsasında idarə etdiyi “QAZ 33021” makralı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi istiqamətində 50 km/saat sürətlə yolun sağ kənarı ilə hərəkətdə olarkən ani olaraq bir nəfər piyada həmin yolda olan piyada keçidinin altında, yolun sağ kənarından idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Ara məsafəsi az olduğundan, idarə etdiyi avtomobilin qabaq sağ buferi ilə həmin şəxsi vurmuş, sonuncu avtomobilin qabaq sag hissəsinə dəyərək yerə yıxılmışdır. Bundan dərhal sonra həmin piyada qadını idarə etdiyi avtomobillə 3 saylı X1 aparmış, eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Xəstəxanada ona piyadanın artıq öldüyünü bildirmişlər. Buna görə də o, xastəxanada polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər, sonuncular ilk öncə onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün onu tibbi müayinədən keçirtmişlər, daha sonra onlar hadisə yerinə getmişlər. Orada polis əməkdaşları hadisə yerinə baxış keçirib müəyyən sənədləşdirmə aparmışlar. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, hadisə zamanı avtomobildə tək olmuş, avtomobildə yük olmamışdır. İdarə etdiyi avtomobildə hadisədən əvvəl və ya hadisə zamanı nasazlıq olmamış, avtomobili tam saz vəziyyətdə olmuşdur. Hadisənin qarşısını almağa heç bir imkandan istifadə edə bilməmişdir. Belə ki, hadisə ani olduğu üçün və ara məsafəsi az olduğundan hadisənin qarşısını ala bilməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərəri aradan qaldırdığını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində zərəçəkmiş şəxsin hüquqi varisi X2 göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 19:30 radələrində ona, mərhum həyat yoldaşı Peykara məxsus mobil telefon nömrəsindən bir nəfər tanımadığı şəxs zəng edərək həyat yoldaşının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, H.Əliyev prospektində köməkçi yolda, yolu keçdiyi zaman “Qazel” markalı avtomobillə vurulduğunu və hadisə yerindən 3 saylı X1 aparıldığını bildirmişdir. Bundan sonra o, dərhal xəstəxanaya gəlmiş, lakin artıq xəstəxanaya çatdıqda həyat yoldaşı Peykarın aldığı bədən xəsarətlərindən vəfat etdiyi ona məlum olmuşdur. Sonradan ona, yol nəqliyyat hadisəsini törətmiş şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. Peykarın meyidi hadisə ilə bağlı məhkəmə-tibbi müayinəsindən keçirildikdən sonra ona təhvil verilmiş və Peykarı el adəti ilə X3 ərazisindəki qəbirstanlıqda dəfn etmişdir. Sonda İ.C.Məcnunov təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onlar 07 ildir ailəlidirlər və həmin nikahdan iki əkiz qızları dünyaya gəlmişdir. 2017-ci ildə Təbriz özü üçün “QAZ 33021” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili almış və alqı-satqı zamanı həmin avtomobil onun adına rəsmiləşdirilmişdir. Həmin avtomobili idarə edə bilməsi üçün sonradan Təbrizə etibarnamə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Təbriz həmin atomobillə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və həmin yol nəqliyyat hadisəsi nəticəsində piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. İş materiallarında olan baxış aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi örtüyünün eni 7.9 metr olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, H.Əliyev prospektinin üzü şəhər istiqamətində olan hissəsi ilə Ramana qəsəbəsi ərazisindən keçən hissəsində, köməkçi yolda baş vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 1/184 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan meyitin ekspertizasının xx xxxxxx 2020-ci il tarizli, 16 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sağ bud sümüyünün qapalı sınığı, qabırğaların solda şoxsaylı sınıqları, sol ağciyərin cırılması, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər həyatidir, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən, yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ gələ bilərlər, xx xxxxxx 2020-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə mmalikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə ağır qapalı kəlləbeyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 8/12 nömrəli rəyindən görünür ki, “QAZ 33021” makralı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə görə zərəçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 24 (iyirmi dörd) iş saatı üçün 144 (yüz qırx dörd) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 34 (otuz dörd) iş saatı üçün 204 (iki yüz dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-134/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-134/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver