Məhkəmə qərarları › İş №1(010)-135/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-135/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-135/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1996-cı ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 18 nömrəli evin 43 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda - ayrı-ayrılıqda təmiz çəkisi 1.013 qram, 1.508 qram, 1.761 qram və 1.348 qram olmaqla ümumilikdə 04 ədəd bükümdə cəmi 5.630 qram çəkidə qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış vasitə - heroini əldə edərək, daşımaqla üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 17 avqust 2021-ci il tarixdə, saat 23:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 14 nömrəli evin qarşısında saxlanılaraq, Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman, ayrı-ayrılıqda təmiz çəkisi 1.013 qram, 1.508 qram, 1.761 qram və 1.348 qram olmaqla 04 ədəd bükümdə ümumi təmiz çəkisi 5.630 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış həmin narkotik vasitə - heroin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibində olan qara rəngli pul kisəsinin içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda – bir ədəd bükümdə ümumi təmiz çəkisi 1.052 qram olan ağ rəngli maddə, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək, daşımaqla üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2021-ci il tarixdə, saat 18:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində nömrəsiz evin qarşısında saxlanılaraq, Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman, bir ədəd bükümdə olan həmin 1.052 qram çəkidə ag rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xeyli müddətdir işsizdir və demək olar ki, günün əksər saatlarında evdə olur. 28 sentyabr 2020-ci ildə könüllü olaraq ordu sıralarına yazılmış və 44 günlük Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, 04 yanvar 2021-ci il tarixdə isə ordudan təxris olunmuşdur. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuş, bundan başqa hərbi biletində Cəbrayıl və Zəngilan rayonlarının azad olunması uğrunda döyüşlərdə iştirak etməsi ilə bağlı müvafiq qeydlər aparılmışdır. Həmin rayonların azad olunması uğrunda döyüşlərdə iştirak etməsi ilə də əlaqədar olaraq müvafiq medallarla təltif olunacağı ona bildirilmişdir. 44 günlük Vətən müharibəsi zamanı iştirak etdiyi döyüşlərdə xəsarət aldığından vətən müharibəsi qazisi hesab olunur. Müharibədən əvvəl ümumiyyətlə narkotik vasitə və pisixatrop maddə istifadəçisi olmamışdır. Lakin döyüşlər zamanı yanına minaatan mərmisi düşdükdən sonra kontuziva aldığından və başında güclü ağrılar olduğuna görə bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. Belə ki, müharibədən sonra anidən başında kəsin, dözülməz, şiddətli ağrılar, müharibə səs-küyü olur, belə hallar olduqda həmin səs küyü dəf etmək üçün özündən aslı olmayaraq qışqırır. Məhz həmin baş ağrılarının təsiri nəticəsində ilkin ifadələrində düzgün ifadə verəməyərək, saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu, onların göstərişi ilə hərəkət etdiyini, narkotik vasitəni “Əbülfəz” adlı şəxsdən aldığını bildirmişdir. Belə ki, polis əməkdaşları tərəfindən saxlanan zaman üzərindən aşkar olunmuş narkotik vasitəni Əbülfəz adlı şəxsdən almamış, sonuncudan bir neçə gün əvvəl narkotik vasitə almışdır. “Əbülfəz” adlı şəxsin onda hər hansı anket məlumatı olmamış, onun istifadəsində olan mobil nömrəni bilməmişdir. Həqiqətdə isə üzərindən aşkar olunmuş narkotik vastə və psixtrop maddəni onlayn ödəniş etmək yolu ilə almışdır. Belə ki, başında ağrıları olacağı təqdirdə şəxsi istifadəsi üçün 17 avqust 2021-ci il tarixdə qeyd etdiyi şəkildə ödəniş etməklə 04 ədəd bükümdə narkotik vasitə olan heroin alıb üzərində saxlamaqla daşımışdır. Hər dəfə narkotik vasitə almaq təhlükəli olduğundan, əlavə risklərlə üzləşməmək üçün həmin vaxt o, bir dəfəlik 04 büküm heroin almışdır. Həmin gün, saat 23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 14 nömrəli binanın qarşısında olduğu zaman mülkü geyimdə olan şəxslər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək, ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişlər. Polis əməkdaşlarına özünü təqdim etmiş, lakin üzərində narkotik vasitə olduğu üçün qorxub özünü şübhəli apardığına və şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi olmadığına görə polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ cibindən, özünə məxsus olan qara rəngli pul kisəsinin içərisində saxladığı 04 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları saxlanılmamışdan əvvəl onlayn ödəniş etməklə şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümdəki narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Sonra həmin əməlinə görə ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə aparılmış, məhkəmədə o, bir daha 28 sentyabr 2020-ci könüllü olaraq hərbi vətən müharibəsinə getdiyini, 44 günlük Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilməsi uğrunda döyüşdüyünü, müharibədən əvvəl ümumiyyətlə narkotik vasitə qəbul etmədiyini, müharibə dövründə yanına minaatan məramisi düşdüyünü, kontuziya aldığından başında güclü ağrılar olduğuna görə müharibədən sonra bir neçə dəfə narkotik vasitə qəbul etdiyini, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün onlayn sifariş etməklə aldığını, hər hansı şəxsə narkotik vasitə satmadığını, habelə həmin vaxt özünü müdafiə etmək üçün məhkəmədə narkotik vasitənin üzərinə qoyulduğunu bildirmişdir. İşə baxan hakim onun dediklərini nəzərə alaraq barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina etmişdir. Eyni ifadəsini sonra barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasından verilmiş apellyasiya protestinə Bakı Apellyasiya məhəkməsində işə zaman hakimə vermiş, sonuncu da onun narkotik vasitənin satışı ilə məşğul olmadığına və narkotik vasitəni müharibədən sonra başında olan ağrılarla əlaqədar olaraq qəbul etdiyinə inanıb apellyasiya prostestini təmin etməmişdir. Həmin işin istintaq müddətində azadlıqda olduğu zaman yenə başında ağrılar olmuş və həmin ağrıları azaltmaq üçün 25 oktyabr 2021-ci il tarixdə “İnstaqram” sosial şəbəkə vasitəsilə tanımadığı şəxslə yazışdıqdan sonra sonuncu tərəfindən ona göndərilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kart hesabına 10 manat pul köçürmüş, bundan sonra həmin şəxs psixotrop maddəni götürəcəyi yerin şəkili onun “İnstaqram” səhifəsinə göndərmişdir. Tanıdığı həmin yerdən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəbəsində dənizin kənarından daşın altına qoyulmuş psixotrop maddəni götürüb, sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. 27 oktyabr 2021ci il tarixdə həmin psixotrop maddəni qəbul etmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Bağlar massivinə getmiş, həmin vaxt mülki geyimdə olan iki nəfər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ cibində saxladığı bir ədəd sellofan bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin var, onu 25 oktyabr 2021-ci il tarixdə “İnstaqram” sosial şəbəkə vasitəsilə, tanımadığı şəxsin kart hesabına pul köçürməklə onlayn şəkildə almış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 göstərdi ki, 17 avqust 2021-ci ildə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Bakı şəhəri, Suraxanı rayonu, Hafiz Quliyev küçəsi, ev 18, mənzil 43-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun digər üzvü Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 17 avqust 2021-ci il tarixdə, saat 23 radələrində əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi, 14 nömrəli binanın yaxınlığında olduğunu müəyyən etmişlər, ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini və üzərində olan qeyri-qanuni əşyalar barəsində məlumat verməsini tələb etmişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmiş, eyni zamanda özünü şübhəli apararaq, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də onu Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən, özünə məxsus olan qara rəngli pul kisəsinin içərisində saxladığı 04 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları müharibədən sonra başında olan ağrılarla əlaqədar, saxlanılmamışdan əvvəl onlayn ödəniş etməklə şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki narkotik vasitə heroin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Bundan başqa, 27 oktyabr 2021-ci ildə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Təqsirləndirilən şəxs psixotrop maddələri qanunsuz, saxlaması, daşması və istifadə etməsi barədə təkrar əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın da yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirilmişdir. Əməliyyat qrupunun digər üzvü Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 27 oktvabr 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı ravonu, Hövsan qəsəbəsi, Bağlar massivində nömrəsiz evin yaxınlığında olduğunu müəyyən etmişlər, ona yaxınlaşıb qanunsuz olaraq psixotrop maddələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də öz növbəsində etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibində saxladığı bir ədəd sellofan bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin var, onu 25 oktyabr 2021-ci il tarixdə “İnstaqram” sosial şəbəkə vasitəsilə tanımadığı şəxsin kart hesabına pul köçürməklə onlayn şəkildə almış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əlavə əşya aşkar olunmamışdır. Həmin bükümdəki psixotrop maddə qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Şahid3 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satması, o cümlədən onun narkotik vasitə və ya və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamış, əməliyyat yolu ilə də belə bir fakt müəyyən olunmamışdır. Sonradan Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısı olmaqla Qubadlının azadlığı uğrunda medalla təltif olunması və Zəngilan və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsi, həmçinin müharibədən sonra aldığı kontuziya ilə əlaqdar olaraq narkotik vasitə və ya psixotrop maddə aludəçisi olduğu müəyyən olunmuşdur. Saxlanılıb polis şöbəsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 27 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ cibində saxladığı bir ədəd sellofan bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin var, onu 25 oktyabr 2021-ci il tarixdə “İnstaqram” sosial şəbəkə vasitəsilə tanımadığı şəxsin kart hesabına pul köçürməklə onlayn şəkildə almış və daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 6/4777 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №194” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” və.s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1.052 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Təmiz çəkisi 1.052 qram olan metamfetaminin 0.05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 1.002 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 10 noyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ cibində saxladığı bir ədəd sellofan bükümünü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin var. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 17 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ cibindən, özünə məxsus olan qara rəngli pul kisəsinin içərisində saxladığı 04 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli, 6/3576 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 194” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, sovadı və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1.013 qram, 1.508 qram, 1.761 qram, 1.348 qram ümumi təmiz çəkisi 5.630 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə xə kimyəxi tarkib komponentlərəinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasita heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ümumi təmiz çəkisi 5.630 qram olan heroinin 0.2 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 5.430 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 01 sentyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynindəki şalvarın sağ cibindən, özünə məxsus olan qara rəngli pul kisəsinin içərisində saxladığı 04 ədəd bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə olan maddə narkotik vasitə heroindir, onları şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 sentyabr 2021-ci il tarixli, 3170 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomanivadan məcburi müalicəyə ehtiyacı xardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X4 16 sentyabr 2021-ci il tarixli, 2169 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı bir psixi xəstəliyin əlaməti müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı psixi xəstəlivin əlamətləri qeyd edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğunda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1. 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, onları dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək onları ölçüb-biçmək ifadə vermək qabiliyyətinə malikdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, İİ Qarabağ müharibəsi (“Vətən müharibəsi”) iştirakçısı olmasını, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini, Cəbrayıl və Zəngilan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayəti təkrar törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 avqust 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 avqust 2021-ci il tarixli və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin və qətimkan tədbirinin seçilməsi haqqında 20 avqust 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş, 20 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 4(010)-545/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, onun barəsində əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 27 yanvar 2022-ci il tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri seçilmilşdir. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq şöbəsinə ərizə ilə müraciət edərək 44 günlük müharibədən sonra başından olan ağrıların artma səbəbi ilə əlaqədar cinayət prosesində iştirakının müvəqqəti olaraq mümkün olmayacağını bildirdiyinə görə 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmış və 25 yanvar 2022-ci il tarixdə tərəfimdən cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası CPM-nin 53.1 və 53.1.4-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Beləliklə 20 dekabr 2021-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək cinayət işi üzrə icraatın Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar dayandırıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işi üzrə icraatın dayandırıldığı 01 ay 05 gün müddət Təqsirləndirilən şəxs istintaqdan yayınma və barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 4(010)-545/2021 nömrəli qərarı ilə seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin şərtlərini pozma halı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 avqust 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixdək tutulduğu 03 (üç) gün, 27 oktyabr 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək tutlduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay ümumilikdə isə 03 (üç) ay 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 (altı) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 5.430 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 1.002 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə və məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 174 (yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 avqust 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixdək tutulduğu 03 (üç) gün, 27 oktyabr 2021-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək tutlduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay ümumilikdə isə 03 (üç) ay 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay 06 (altı) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə və məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 174 (yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 5.430 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 1.002 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar