Məhkəmə qərarları › İş №1(010)-135/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-135/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-135/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasına sədrlik edən hakim Muradov Pərviz Namiq oğlu, Məhkəmə iclasının katibi: X7, Xüsusi ittihamçı: X47 və onun nümayəndəsi Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi “LCG” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 15 iyul 2002-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, subay, işləməyən, ünvan 1 kəndi ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X47 və onun nümayəndəsi Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X47 və onun nümayəndəsi Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 oktyabr 2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. 24 noyabr 2023-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun qərarına əsasən həmin şikayət ərizəsi toplanmış material ilə birlikdə ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Buna səbəb xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “Mediatv.az” internet informasiya ehtiyatının Azərbaycan Respublikasında hüquqi ünvanının Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Vüqar Bədəlov 24 A ünvanı olmasıdır. “X51 LTD” MMC tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan məktubdan görünür ki, “Mediatv.az” informasiya portalının hüquqi ünvanının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov 24A ünvanı olması qeyd olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 1(010)-135/2024 saylı qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X32 şikayəti məhkəmənin icraatına qəbul edilmiş və iş məhkəmə baxışına verilmişdir. Bundan sonra, X47 məhkəmə tərəfindən xüsusi ittihamçı, X21 isə təqsirləndirilən şəxs qismində tanınmışdır. Məhkəmə iclasında xüsusi ittihamçı X47 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs X21 21 sentyabr 2023-cü il tarixdə “Mediatv.az” saytında dərc etdirdiyi “X48 bir dəfə də olsun, məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” məqaləsində, guya onun tərəfindən tapşırılmış uşaqlara qiymət yazılması, bir dəfə belə olsun, məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırılması, bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verdiyi, öz oyunlarının açılmaması üçün əlindən gələni etdiyini, uşaqlar arasında ayrı-seçkilik yaratdığı barədə təqsirləndirilən şəxs Miranə Məmmədova ona böhtan atmış, təhqir etmiş və həmin halları təsdiq edən videogörüntünü həmin məqaləyə əlavə etdirmişdir. Miranə Məmmədova Bakı şəhər Təhsil İdarəsinə 19 sentyabr 2023-cü il tarixdə elektron qaydada etdiyi müraciətdə “şagirdlərin dərsə gəlmədikləri, hətta fənn müəllimlərinin onları tanımadıqları halda, sinif rəhbərləri tərəfindən fənn müəllimlərindən xəbərsiz öz xətləri ilə həmin şagirdlərin jurnallarda qiymətləndirilməsi, Qazaxıstana köçmüş Həbib Muradov adlı şagirdin adının jurnalda saxlanılması, bu qanunsuzluq nəticəsində dərslərin bölünməsi hesabına 10000 (on min) manatdan artıq dövlət vəsaitinin qanunsuz mənimsənilməsi, 2017-ci ildə direktorun otağından oğurlanmış 70000 (yetmiş min) manata yaxın dəyəri olan əmlakın 2022-ci ildə hüquq mühafizə orqanlarına xəbər vermək əvəzinə balansdan silinməsi və bununla da, cinayətin ört-basdır edilməsi, bu faktlar barəsində müavini Şahid1 02 (iki) ay bundan əvvəl şikayət ərizəsi yazsa da, teleqram vursa da, Təhsil nazirinin bu barədə heç bir tədbir görməməsi, cinayətin ört-basdır edilməsi, sübutlardan birinin videoçarx şəklində “facebook”-da paylaşılması, digər sübutların da paylaşılacağı” barədə böhtan xarakterli məlumatlar vermişdir. Bununla, təqsirləndirilən şəxs Miranə Məmmədova ona böhtan atmaqla, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və kütləvi informasiya vasitələrində yaymaqla, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən, təhqir etməklə, yəni şərəf və ləyaqətini qəsdən alçaltmaqla isə Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Afaq Əliyeva məhkəmənin hazırlıq iclaslarının gedişində xüsusi ittiham qaydasında şikayətinə əlavə və düzəlişlər edib məhkəməyə təqdim edərək və məhkəmə iclaslarında izahatına əlavə edərək bildirmişdir ki, ilkin olaraq verdiyi xüsusi ittiham qaydasında şikayətdə özünü texniki səhvliklə, xüsusi ittihamçı kimi göstərmişdir. Yenidən təqdim etdiyi şikayətdə isə məhkəmədən xüsusi ittiham qaydasında şikayət verən şəxs kimi tanınmasını xahiş etmişdir. Məhkəmədən xx.xx.2002-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ə/d, Nərimankənd kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 8 ünvanında yaşayan X8 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmasını xahiş etmişdir. Bundan əlavə, X13 qarşı onun barəsində yaydığı məlumatlara görə təkzib verməsi, üzr istəməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi məhkəmənin xüsusi ittiham qaydasında şikayət ilə birgə məhkəməyə təqdim olunmuşdur. Həmin mülki iddiaya əsaslanaraq bildirdi ki, onun Azərbaycan Respublikasının təhsil sistemində rolu və fəaliyyəti nəzərə alınmalıdır. Belə ki, onlarla təhsil layihəsinin rəhbəri, 2 kitab, 3 metodik vəsaitin və 25 elmi məqalənin müəllifidir. 2014-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Milli Qiymətləndirmə üzrə məsləhətçisi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ictimai təşəbbüslərin dəstəklənməsi layihə müsabiqəsində 2013-cü ildə 2 qalib layihənin, 2014-cü ildə 1 qalib layihənin rəhbəri və müəllifi, 2020, 2021, 2022-ci illərdə layihə eksperti 2023-cü ildə layihə rəhbəri, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, Prezident mükafatçısı, həmçinin "İnnovativ müəllimlər” müsabiqəsinin qalibi olmuşdur. Beləliklə, Miranə Məmmədovanın hərəkətləri nəticəsində onun nüfuzuna xələl gətirilmiş, həmçinin ona mənəvi zərər vurulmuşdur. Odur ki, cavabdeh X8 mülki iddiaçı X23 yazılı şəkildə «hörmətli, Afaq xanım törətdiyim hərəkətlər nəticəsində sizin şərəf və ləyaqətinizin alçalmasına və mənəvi sarsıntı keçirərək iztirab çəkməyinizə səbəb olduğum üçün sizdən üzr istəyirəm. Xahiş edirəm ki, məni bağışlayın.» kimi ifadə olunmuş qaydada üzr istəməsinə, cavabdeh tərəfindən verilmiş məlumatların təkzib olunmasına, cavabdeh X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsində mülki iddianın təmin edilərək ona vurulmuş mənəvi ziyan hesabına 3000 (üç min) manat və ödənilmiş dövlət rüsumu 50 (əlli) manat pulun cavabdeh X4 alınaraq ona ödənilməsini məhkəmədən xahiş etdi. Qeyd olunan halların sübut olunması üçün bir ədəd CD diski məhkəməyə təqdim etmişdir. Onun barəsində həqiqətə uyğun olmayan həmin məlumatları ilk dəfə “Mediatv.az” informasiya portalında paylaşılmasını görmüş, mənbə olaraq Hürriyyət az saytına istinad olunsa da o, başqa saytlarda yox ilk öncə MediaTv az saytında həmin məqaləni görmüşdür. Məhkəmə iclaslarının gedişində A.Əliyeva ifadəsinə əlavələr edərək bildirdi ki, Miranə Məmmədova məktəbin keçmiş müavini Svetlana adlı xalasının pis niyyətini davam etdirmək məqsədi ilə özünü valideyn kimi təqdim edərək barəsində haqsız və əsassız məlumatlar paylaşmışdır. Guya ki, o məktəb direktoru olaraq dərsə gəlməyən şagirdlərə pul qarşılığında müəllimlərə zorla qiymət yazdırır. Məktəbin müəllimələrindən birinə şantaj xarakterli video çəkdirmişlər, guya ki, onlara zorla qiymət yazdırmasını sübut etmək istəmişlər. Miranə, xalası Svetlana ilə birləşərək barəsində təhqir və böhtan xarakterli məlumatlar paylaşmışdır. Facebook sosial şəbəkəsində həmçinin barəsində payalaşılan məlumatların daha da çox yayılması üçün paylaşımlar edilmişdir. Odur ki, qeyd etdiklərinə əsasən şikayət ərizəsini müdafiə edir. Sonda isə M.Məmmədovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsini və barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X32 nümayəndəsi 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 şikayətin dəlillərinə uyğun ifadəsində bildirdi ki, təqsirləndirilən şəxs X21 xüsusi ittihamçı X32 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli yalan məlumatlar yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Buna görə də, X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməli, bundan əlavə, verilmiş mülki iddia da tam təmin edilməlidir. Məhkəmə iclaslarının gedişində məhkəməyə “xüsusi ittihamın dəqiqləşdirilməsi” haqqında yazılı vəsatət verərək bildirmişdir ki, təqsirləndirilən şəxs X8 19 sentyabr 2023-cü il tarixdə, “Hürriyyet.az” saytında və 21 sentyabr 2023-cü il tarixdə “Mediatv.az" saytında dərc etdirdiyi eyni məzmunlu "X48 bir dəfə də olsun dərsə gəlməyən şagirdə məcburi qiymət yazdırır" məqalələrində, habelə 2023-cü ilin sentyabr ayında müvəqqəti yaşadığı ünvan 9 ünvanında "Facebook" sosial şəbəkəsində “Təhsil Formu” qrupunda etdiyi paylaşımlarda, guya Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva tərəfindən tapşırılmış uşaqlara qiymət yazılmasını, bir dəfə olsun belə məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırılmasını, bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verdiyini, öz oyunlarının açılmaması üçün əlindən gələni etdiyini, uşaqlar arasında ayrı-seçkilik yaratdığını bildirərək ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə Afaq Əliyevanı nüfuzdan salan məlumatları mediada və kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yaymış və onu təhqir etmişdir, yəni mediada və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında Afaq Əliyevanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Bununla da, təqsirləndirilən şəxs X21 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutlan cinyət əməllərini törətmişdir. Ona görə də təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilib onu həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X21 ifadəsində bildirdi ki, X47 ilkin olaraq Yasamal Rayon Məhkəməsinə verdiyi şikayətində göstərmişdir ki, guya 21 sentyabr 2023-cü il tarixdə "Mediatv.az" saytında dərc etdirdiyi məqalə ilə "xüsusi ittihamçı" Afaq Əliyevaya böhtan atmış və onu təhqir etmişdir. CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Yasamal Rayon Məhkəməsi məhz bu əsasa görə, işi "Mediatv.az" saytının icarədə olduğu ünvanı üzrə deyil, hüquqi ünvanının yerləşdiyi Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Yasamal Rayon Məhkəməsi bu qərarını qəbul edərkən səhvə yol vermiş, şikayət ərizəsində göstərilən faktların "Mediatv.az" saytının məlumatı ilə ziddiyyət təşkil etdiyini nəzərdən qaçırmışdır. Belə ki, Afaq Əliyeva şikayətində göstərmişdir ki, guya o, "Mediatv.az" saytında məqalə dərc etdirmiş və məqaləsinə videogörüntü əlavə etmişdir. "Mediatv.az" saytı isə işə əlavə edilmiş internet paylaşımında bildirir ki, “övladı həmin məktəbdə oxuyan X22 tərəfindən "Hürriyyət.az” saytının redaksiyasına məktub daxil olmuş və həmin məktubda şagirdlərin qiymətləndirilməsində direktorun göstərişi ilə haqsızlığa yol verildiyi göstərilmişdir.” "Mediatv.az" saytının bu məlumatı sübut edir ki, o, həmin sayta heç bir məqalə və videogörüntü göndərməmiş və "Mediatv.az" saytı bu məlumatı "Hürriyyət.az” saytından götürüb paylaşmışlar. "Hürriyyət.az” saytının bu məlumatı necə əldə edib paylaşması isə ona məlum deyil. Həmçinin qeyd etmişdir ki, Afaq Əliyevanı əvvəllər tanımamış, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Özü Universitet tələbəsi olmaqla subaydır. 201 nömrəli tam orta məktəblə heç bir əlaqəsi və bağlılığı yoxdur. Xalası Svetlana həmin məktəbin direktor müavini olmuş, sonradan X48 ilə münasibətləri korlanmış, bir müddət sonra isə məktəbdəki vəzifəsindən kənarlaşdırılmışdır. Bundan sonra xalası Svetlana və onun həyat yoldaşı Şahid2 201 nömrəli tam orta məktəb və onun direktoru Afaq Əliyeva ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı müraciətlər etmişlər. O cümlədən "Mediatv.az" saytının bu məlumatı həm də təsdiq edir ki, ilkin mənbə və ya ilkin paylaşım, başqa sözlə hadisənin baş vermə saytı "Mediatv.az" saytına məxsus deyildir və bu sayt mübahisə obyekti ola bilməz. Şikayətdə göstərilən digər ittiham üzrə, yəni Bakı şəhər Təhsil İdarəsinin elektron poçtuna göndərilmiş məktub üzrə isə onu bildirir ki, Ali Məhkəmə Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarına əsasən böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda, onları yaymış şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna olunur. Məhkəmənin hazırlıq iclasında isə bildirmişdir ki, Afaq Əliyevanın xüsusi ittiham qaydasında şikayətinin məzmunu CPM-nin 293.3.1 və 293.3.2-ci maddələrinin tələbləri pozularaq tərtib olunmuşdur. Şikayət edən şəxs fiziki şəxs olmalı olduğu halda, Afaq Əliyeva özünü "xüsusi ittihamçı" kimi və hüquqi şəxs kimi, yaşayış yerinin əvəzinə isə məktəbin hüquqi ünvanını göstərmiş, doğulduğu ili, yaşayış yerini və məşğuliyyət növünü isə göstərməmişdir. Şikayətdə həmçinin, CM-nin 147 və 148-ci maddələri üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi dəqiq göstərilməmişdir. Əlavə olaraq, A.Əliyeva xüsusi ittiham qaydasında şikayəti ona deyil, xalası Şahid1 və onun əri Şahid2 ünvanlamalı idi. Belə ki, onun 201 nömrəli tam orta məktəblə heç bir əlaqəsi yoxdur, xalası Şahid1 ondan yaşadıqları ünvan 2 ünvanına gəlməsini istəyərək “portal.edu” saytından qeydiyyatdan keçərək əvvəllər direktor müavini işlədiyi həmin məktəb barəsində onun adından belə bir məlumat yerləşdirməsini xahiş etmişdir. O, isə həmin saytdan öz adından və öz nömrəsi ilə qeydiyyatan keçərək xalasının və xalasının yoldaşı Teymurun dediklərini yazaraq məqalə şəklində portal.edu saytında məqalə yerləşdirmişdir. Sübut qismində həmin “Tələb Çapı”-nı məhkəməyə təqdim etmişdir. Beləliklə, xüsusi ittiham qaydasında şikayət düzgün şəxsə ünvanlanmamışdır. Bundan əlavə, xalası Şahid1 Baş Prokurorluğa və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 201 nömrəli məktəbin vəzifəli şəxsləri tərəfindən dövlət büdcə vəsaitinin talanması, israf edilməsi, mənimsənilməsi barədə etdiyi şikayətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 31 oktyabr 2023-cü il tarixdə fakta görə, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və hazırda istintaqı aparılır. X34 göstərişi ilə sinif rəhbərlərinin bəzi şagirdləri fənn müəllimlərinin əvəzinə qiymətləndirməsi böhtan və təhqir deyil, fakt üzrə barəsində cinayət işi başlanılmış ərizədə qeyd olunmuş epizodlardan biridir. Sonda isə məhkəmədən Mediatv.az saytında heç vaxt paylaşım etməməsinin, qohumu Teymur adlı şəxs ondan saytlardan qeydiyyatdan keçməsinə köməklik etməsini xahiş etməsi səbəbindən ona sadəcə qeydiyyatdan keçməyə köməklik etməsinin, bütün olanlardan xəbəri olmamasının və həmin məktəblə heç bir əlaqəsinin olmamasının nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş təqsirləndirilən şəxs X8 nümayəndəsi LCG Vəkil Bürosunun vəkili Nümayəndə çıxışında bildirmişdir ki, qeyd edilən paylaşım “Mediatv.az” saytında paylaşılmış, lakin məqalənin Miranə Məmmədova ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, Miranə Məmmədovanın sözügedən paylaşımdan, ümumiyyətlə xəbəri yoxdur. Sözügedən paylaşım “Mediatv.az” saytında dərc olunduğu üçün bununla bağlı heç bir məlumatı olmayan Miranə Məmmədovanın barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs qismində çıxış etməsi əsassızdır. Müvafiq paylaşımın “Mediatv.az” saytında dərc edildiyini nəzərə alaraq bununla bağlı məsuliyyətin olub-olmaması da həmin şəxslərə münasibətdə araşdırılmalıdır. Hazırkı iş üzrə paylaşım edən şəxsin Miranə Məmmədova olduğuna dair heç bir sübut mövcud deyildir. Hətta, paylaşımın özündə belə bunu təsdiq edən hər hansı məlumat, paylaşımın hansı mənbədən və ya kim tərəfindən dərc edilməsi qeyd edilməmişdir. Miranə Məmmədovanın “Mediatv.az” saytı ilə heç bir əlaqəsi yoxdur və bu saytı, ümumiyyətlə tanımır. Bunun əksinə dair hər hansısa sübut şikayət verən şəxs tərəfindən təqdim edilməmişdir. Eyni zamanda iş üzrə xüsusi ittiham qaydasında şikayət verən şəxs X47 verdiyi şikayətdə özünü şikayət verən şəxs kimi göstərmək əvəzinə xüsusi ittihamçı kimi göstərmiş, həmçinin "barəsində şikayət edilən şəxs" kimi Miranə Məmmədovanın da məlumatlarında yalnışlıq mövcuddur. Bütün qeyd edilənləri nəzərə alaraq işin icraata qəbul edilməməsini və iş üzrə məhkəmə baxışından imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 04 aprel 2024-cü il tarixdə hüquqlarını müdafiə etməsi üçün təqsirləndirilən şəxs X21 ilə bağladığı müqavilə əsasında işə buraxılmış “LCG” vəkil bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclasında bildirdi ki, Miranə Məmmədovanın qeyd olunan hal ilə bağlı heç bir əsaslı məlumatı yoxdur. Miranənin qohumu olan Teymur adlı şəxs yaşlı olduğundan və saytlardan qeydiyyatdan keçə bilmədiyindən, Miranə sadəcə olaraq ona köməklik etmək istəmişdir. Belə ki, Miranə Məmmədova özünün istifadəsində olmuş mobil telefonla qeydiyyatdan keçmiş və Şahid2 dediyi müraciəti portal.edu.az saytında etmişdir. “Xüsusi ittihamın dəqiqləşdirilməsi” haqqında ərizəyə münasibətdə isə yazılı etirazına məhkəmə iclasında əsaslanaraq bildirmişdir ki, ilk növbədə, ərizə xüsusi ittiham qaydasında şikayətin dəqiqləşdiriməsi barədə deyil, xüsusi ittihamın əsasında duran faktiki halların və hüquqi əsasların dəyişdirilməsi, yeni ittihamın irəli sürülməsidir. Belə ki, nəzərə alınmalıdır ki, “xüsusi ittihamın dəqiqləşdirilməsi barədə” ərizə ittihamın dəqiqləşdirilməsi məqsədilə yox, xüsusi ittihamın əsasını təşkil edən və Azərbaycan Respublikası CPM-nin 293.3.2 və 293.3.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə dair yeni məlumatların əlavə edilməsi və nəticə etibarilə də xüsusi ittiham qaydasında şikayətin dəyişdirilərək yeni xüsusi ittiham qaydasında şikayətin təqdim edilməsidir. Bu isə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. İkinci növbədə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində xüsusi ittihamın dəqiqləşdirilməsi və bu barədə ərizə verilməsi nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə hazırlıq iclasları deyil artıq iş məhkəmə baxışındadır. Odur ki, Cinayət Prosessual Məcəlləsinin 88-ci maddəsində xüsusi ittihamçının bu cür hüququ öz əksini tapmamışdır. Üçüncü olaraq, xüsusi ittiham qaydasında şikayət ittiham aktına bərabər tutulduğundan və ittiham aktının da dəqiqləşdirilməsi mümkün olmadığından xüsusi ittihamın da dəqiqləşdirilməsi mümkün deyildir. Belə ki, cinayət prosessual qanunvericiliyinin tətbiqi baxımından xüsusi ittiham qaydasında şikayət ittiham aktına bərabər tutulur. Hər kəsə məlumdur ki, ittiham aktında ortaya çıxan natamamlıqlar, şübhəli və ziddiyyətli məqamlar, həmçinin, sübut edilə bilməyən məqamlar ittiham tərəfinin (dövlət ittihamçısının) ittihamın dəqiqləşdirilməsi ərizəsi ilə aradan qaldırılmır, əksinə həmin məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilərək onun barəsində Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsi ilə bəraət hökmü verilir. Hazırki işdə də xüsusi ittiham tərəfinin tərtib etdiyi şikayətdən açıq-aşkar görünür ki, həmin şikayətdəki ittiham üzrə təqsirləndirilən şəxsin hər hansı təqsiri mövcud deyildir. Xüsusi ittihamçı isə məhkəmə baxışı gedişində ittihamla bağlı ortaya çıxan ziddiyətli və şübhəli məqamları aradan qaldırmaq üçün xüsusi ittihamın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir, halbuki yuxarıda da qeyd edilən kimi bu, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Xüsusi ittihamçı ittiham tərəfi olaraq ittihamı doğru müəyyənləşdirməli və onu ittiham aktına bərabər tutulan şikayətində tam, dəqiq və düzgün bir şəkildə qeyd etməlidir. Son olaraq isə bildirmişdir ki, xüsusi ittihamın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi məhkəmə ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələnəcək, iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin aidiyyətinə aid olacaqdır. Belə ki, xüsusi ittihamın dəqiqləşdirilməsi ərizəsinin əsasında duran fakt “hurriyyet.az” kütləvi informasiya vasitəsində böhtan və təhqir xarakterli məqalənin yayımlanması dayanır ki, həmin məqalənin yayımlandığı kütləvi informasiya vasitəsinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu ərazisidir. Bundan başqa facebook sosial şəbəkəsindəki təhsil forumunda Miranə Məmmədova 24 sentyabr 2023-cü il tarixdə qeydiyyadan keçmiş və həmin vaxt o, Şahid1 mənzilində yəni Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində müvəqqəti yaşamışdır. Belə olan halda ərazi aiddiyyəti yenə də dəyişərək Nizami rayonuna göndərilməlidir. Halbuki Suraxanı Rayon Məhkəməsi, təbii olaraq, xüsusi ittiham qaydasında şikayəti icraata götürərkən məhz xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan kütləvi informasiya vasitəsinin hüquqi ünvanını əsas götürmüş, həmçinin, ərazi aidiyyəti qaydaları üzrə mübahisəni həll edərkən Bakı Apellyasiya Məhkəməsi də bu faktı əsas götürərək məhkəmə ərazi aidiyyətini müəyyənləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarında Nərimanov epizodu ilə bağlı hal qeyd olunmamış, yalnız paylaşımın Mediatv.az saytında paylaşılması nəzərə alınaraq işin baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilməsi qeyd olunmuşdur. Sonda isə bildirmişdir ki, Mediatv.az saytının Suraxanı Rayon Məhkəməsinin verdiyi sorğuya rəsmi cavabından aydın şəkildə görünür ki, hüquqlarını müdafiə etdiyi M.Məmmədova həmin saytda belə məlumatın paylaşılması ilə bağlı heç bir müraciət ünvanlamamışdır. Həmçinin M.Məmmədovaya qarşı verilmiş xüsusi ittihamla onun əməlində cinayət tərkibi olmasını müəyyənləşdirəcək heç bir hal mövcud deyildir. Sonda isə bütün bunları nəzərə alaraq X8 onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X47 və onun nümayəndəsi vəkil Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə təqsirsiz bilinərək bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 nömrəli tam orta məktəbdə fiziki-tərbiyə müəllimi vəzifəsində işləyən X9 ifadəsində bildirmişdir ki, “X28”-sinin sədridir. 21 sentyabr 2023-cü il tarixədək Miranə Məmmədovanı tanımamışdır. Həmin tarixdə həmkarları ona bildirmişlər ki, özünü məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni kimi təqdim etmiş Miranə Məmmədova adlı şəxs məktəbləri haqqında “Facebook” sosial şəbəkəsində təhqir və böhtan xarakterli paylaşımlar etmişdir. Miranə Məmmmədova valideyn olmadığı halda, özünü 201 nömrəli məktəbdə təhsil alan şagirdin valideyni kimi göstərmişdir. Paylaşımlarda onunla da bağlı iddialar olmuşdur. Qeyd edilmişdir ki, o, guya dərsə gəlməyən şagirdlərə qiymət yazır, lakin o, bunu heç vaxt etməmişdir, sinif rəhbəri olduğu üçün şagirdlərin qiymətləndirilməsi ilə bağlı ilin sonunda hesabat verməlidir, buna görə də, jurnalda olan qiymətləri hesabat vermək üçün yazır. X29 paylaşımlarda qeyd etdiyi kimi şagirdlərin qiymətlərini o, jurnala yazmır, paylaşımda adı çəkilən şagird isə məktəbə gəlmiş və dərslərdə iştirak etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, sosial şəbəkələrdən istifadə etmir. 201 nömrəli məktəblə bağlı paylaşımları müəllimlər ona göstərmişdir. “Facebook” sosial şəbəkəsində olan Təhsil Formu qrupunda olan şərh və Mediatv.az saytında olan paylaşımları görmüşdür. Şahid1 tanıyır, o, 1995-ci ildən 2023-cü ilin dekabr ayınadək 201 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində işləmişdir. Afaq xanım isə 2022-ci ildən direktor vəzifəsində işləmişdir. Şahid1 həyat yoldaşı Şahid2 nəvəsini məktəbə gətirdiyindən tanıyır. Afaq Əliyeva tərəfindən ona şagirdlərin qiymətlərini müəllim yerinə yazmasına görə töhmət verilməmiş, çünki qiymətləri o yazmamışdır. Töhmət ona jurnalda olan pozuntularla bağlı verilmişdir. Mediatv.az saytında olan paylaşıma əlavə edilmiş video barədə məlumatı var, lakin həmin videoya baxmamışdır. Video ilə bağlı eşitmişdir ki, bu video yayıldığına görə, Elmira xanımın ailəsində problemlər yaşanıb, belə ki, Elmira xanım özünü balkondan ataraq öldürmək istəmişdir. Miranənin 201 nömrəli məktəblə bağlı böhtan və təhqir xarakterli məlumatlarını “Mediatv.az” saytında və “Facebook” sosial şəbəkəsində olan Təhsil Formu qrupunda olan şərhlərdən görmüşdür. Başqa hansısa saytda paylaşılması barədə məlumatı yoxdur. Bu paylaşımları özünü valideyn kimi təqdim edən Miranə Məmmədova adlı şəxs paylaşmışdır. Araşdırma apardıqdan sonra onlara məlum olmuşdur ki, Miranə Məmmədova valideyn deyil, özü universitet tələbəsidir və övladı yoxdur. “Mediatv.az”-da olan paylaşımları əslində Şahid1 və Şahid2 paylaşması barədə məlumatı yox idi. Pedaqoji Şuradan sonra məktəblə bağlı böhtan və təhqir xarakterli paylaşımlar yayılmağa başlamışdır. Şahid1 və Teymur X10 intriqaları ilə bağlı məlumatı vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 nömrəli tam orta məktəbin direktor müavini vəzifəsində çalışan X14 ifadəsində bildirmişdir ki, 1994-cü ildən 201 nömrəli tam orta məktəbdə işləyir. İşi ilə əlaqədar olaraq məktəbdə təhsil alan şagirdlərin çoxunun valideynlərini tanıyır. Təxminən 20-21 sentyabr 2023-cü il tarixlərində valideynlər Miranə Məmmədova adlı valideynin sosial şəbəkələrdə məktəb haqqında yalan məlumatlar paylaşdığını bildirmiş və bu məsələnin araşdırılmasını xahiş etmişlər. X30 kim olması barədə araşdırma aparmış və məlum olmuşdur ki, o, əslində valideyn deyil, Azərbaycan Pedoqoji Universitetinin tələbəsidir və Şahid1 ilə birlikdə yaşayır. Miranə Məmmədovanın paylaşımları məktəbə mənfi təsir göstərmiş, bu paylaşımlara görə bir çox yaxşı şagirdlər başqa məktəbdə təhsillərini davam etdirmək üçün məktəblərini dəyişdirmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 201 nömrəli məktəblə bağlı paylaşımları “Facebook” sosial şəbəkəsində olan Təhsil Formu qrupunda və Mediatv.az saytından görmüşdür. Miranə Məmmədova “Facebook” sosial şəbəkəsində olan Təhsil Formu qrupunda öz profilindən şərh yazmışdı. “Mediatv.az” saytında olan paylaşıma həm də video əlavə olunmuşdur. O, videodakı şəxsləri də tanıyır. Həmin videoda Şahid1 və Elmira Nəcəfova olmuşdur. Hətta həmin videoya görə, Elmira Nəcəfovanın ailəsində problemlər yaşanmış, Elmira xanım özünü balkondan ataraq öldürmək istəmişdir. Şahid1 videonu qərəzli olaraq çəkmiş, Elmira Nəcəfovanı məcbur etmiş, buna görə də Elmira xanım videoda demişdir ki, məktəbə gəlməyən şagirdlərə Afaq xanım qiymət yazdırır. 2 ildir ki, Afaq xanım direktor vəzifəsində çalışır və heç vaxt bu kimi hallar olmamışdır. Miranəni daha əvvəl Yasamal rayon Məhkəməsində bu işlə bağlı görmüşdür. Lakin onu bu işdən əvvəl görməmişdir. Qəsəbə sakinlərinin dediklərinə görə, o, Şahid1 ilə birlikdə qalır və qohumudur. Mediatv.az saytında olan paylaşıma əlavə edilmiş video barədə məlumatı var, həmin videoya baxmış, lakin nə danışıldığını unutmuşdur. Həmin videoda Şahid1 bildirir ki, İsmayıl Namazov tapşırıldığına görə məktəbə gəlmir, lakin dərsə gəlmədiyi halda qiymətləri yazılır. Bu deyilən böhtandır. İsmayıl Namazov bu il məktəbdən məzun olub, hər zaman məktəbə gəlib. Elmira Nəcəfovanın videoda Şahid1 dedikləri ilə bağlı nə bildirdiyini xatırlamır. Svetlana xanımın Elmira xanımı məcbur etdiyinə şahidlik etməmişdir. Elmira xanım ona özü bu barədə deyib. Bu məcburiyyətin səbəbini bilmir. Svetlana xanıma Afaq Əliyeva tərəfindən Pedaqoji Şuranın iclasında töhmət verilməyib, sadəcə xəbərdarlıq olub. Miranə Məmmədova valideyn olmadığı halda məktəblə bağlı yalan məlumatlar paylaşmış, böhtan və təhqir xarakterli şərhlər yazmışdır. Şahid1 və Afaq Əliyeva arasında olan problemlərin, söz-söhbətlərin səbəblərini dəqiq bilmir. Məktəblə bağlı olan paylaşımlar bu cür söz-söhbətlərin yaranmasına səbəb olmuşdur. Məktəblə bağlı paylaşımları Miranə Məmmədova etmişdir. Şahid1 məktəbdə olduğu iddia edilən qanunsuzluqlar barədə “Facebook”-da paylaşımlar etmişdir. Miranə Məmmədovanın bu paylaşımlara şərh yazıbyazmamasını sosial şəbəkələrdən çox istifadə etmədiyi üçün bilmir. Sadəcə Təhsil Formu qrupunda və “Mediatv.az” saytında paylaşımları görmüşdür. Şahid1 və Afaq Əliyeva arasında münasibət yaxşı olmuşdur, Şahid1 Afaq xanımın ən çox dəyər verdiyi müəllimlər arasında idi. Miranə Məmmədova məktəblə bağlı videonu Şahid1 vasitəsi ilə əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 nömrəli tam orta məktəbdə dilədəbiyyat müəllimi vəzifəsində çalışan X33 ifadəsində bildirmişdir ki, 21 sentyabr 2023-cü il tarixədək Miranə Məmmədovanı tanımamışdır. 1988-ci ildən Keşlə qəsəbəsində yaşayır, Seçki Komisiyasının sədridir. 21 sentyabr 2023-cü il tarixdə tanıdığı valideynlər ona yaxınlaşaraq məlumat vermişlər ki, Miranə Məmmədova adlı valideyn sosial şəbəkələrdə məktəb haqqında yalan məlumatlar paylaşmışdır. Onlar bu məsələnin araşdırılmasını xahiş etmişlər. X3 kim olması barədə araşdırma aparılması tapşırılmış, onlara məlum olmuşdur ki, o, əslində valideyn deyil, Azərbaycan Pedoqoji Universitetinin tələbəsidir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, sosial şəbəkələrdən istifadə etmir. 201 nömrəli məktəblə bağlı paylaşımları sosial şəbəkələrdən istifadə etmədiyi üçün valideynlər göstərən zaman bilmişdir. Ona “Facebook” sosial şəbəkəsində olan Təhsil Formu qrupunda olan şərh və “Mediatv.az” saytında olan paylaşımları göstərmişlər. Daha sonra isə məktəbdə olan zaman müəllimlər də göstərmişdir. X16 adı ilə olmuşdur. Miranə Məmmədovanın paylaşım etməsi, yoxsa sadəcə şərh yazmasını dəqiq bilmir, ona müəllimlər demişlər ki, paylaşım edib. Başqa saytlarda məktəblə bağlı paylaşım görməmişdir. “Hürriyyət az” saytında olan məqaləni görməmişdir. “Mediatv.az” saytında olan videonu da görməmişdir. Pedoqoji Şuralarda iştirak edir. Pedaqoji Şuradakı iclasın nəticəsini xatırlamır. Şahid1 müəllimləri böhtan etməyi ilə bağlı müzakirələr olmuşdu. 14 sentyabr 2023-cü il tarixdə keçirilmiş X36 Hüseynovaya şiddətli töhmət verilməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 nömrəli tam orta məktəbdə çalışan X24 ifadəsində bildirmişdir ki, təxminən 22 sentyabr 2023-cü il tarixdə, saat 8 radələrində məktəbdə olan zaman müəllimlərin məktəbin qarşısında toplaşdığını görmüş, onlara yaxınlaşan zaman bildirmişlər ki, Miranə Məmmədova adlı valideyn sosial şəbəkələrdə məktəb haqqında şikayətlər yazmış, yalan məlumatlar paylaşmışdır. Eynəyi yanında olmadığı üçün həmin paylaşımları ona müəllimlər oxumuşdur. Miranə Məmmədova paylaşımlarda yazmışdır ki, məktəbdə təhsil alan iki övladı var, həmin məktəbdə özbaşınalıq vardır, məktəbin direktoru, müavinlər düzgün işləmirlər. Müdiriyyət olaraq qərara almışlar ki, “Həmkarlar Təşkilatının” 7 nəfər üzvü bu məsələni aydınlaşdırsınlar. Araşdırma aparıldıqdan sonra ona Valeh müəllim bildirmişdir ki, paylaşımları edən Miranə Məmmədova əslində valideyn deyil, Azərbaycan Pedoqoji Universitetinin tələbəsidir, məktəblə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, sosial şəbəkələrdən istifadə etmir. 201 nömrəli məktəblə bağlı “Facebook” sosial şəbəkəsində olan Təhsil Formu qrupunda və “Mediatv.az” saytında olan paylaşımları ona müəllimlər göstərmişlər. “Mediatv.az” saytında olan videonu görməmişdir. Afaq xanımın təqdimatlarını yazmır, kimin yazması barədə isə məlumatı yoxdur. Məktəbdən çıxan təqdimatlar barədə məlumatı da həmçinin olmur. 14 sentyabr 2023-cü il tarixdə keçirilən Pedoqoji Şurada iştirak etmişdir. Pedaqoji Şuranın nəticəsində Şahid1 şiddətli töhmət verilməmişdir. Şuranın nəticəsi barədə məlumatı da var. Pedaqoji Şurada bu məsələ ilə bağlı mövzu müzakirə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 nömrəli tam orta məktəbdə müəllimə vəzifəsində çalışan X18 ifadəsində bildirmişdir ki, sözügedən videoda olan müəllimə özüdür. 21 sentyabr tarixdə özünü məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni kimi təqdim etmiş Miranə Məmmədova adlı şəxs məktəb haqqında “Facebook” sosial şəbəkəsində təhqir və böhtan xarakterli paylaşımlar etmişdir. Miranə Məmmmədova valideyn olmadığı halda özünü 201 nömrəli məktəbdə təhsil alan şagirdin valideyni kimi göstərmişdir. Videonu keçmiş direktor müavini olan Svetlana adlı xanım onu təhdid edərək çəkmişdir. Məktəbə gəlməyən uşaqlara qiymətin yazılması anlayışı boş və əsassızdır. Yəni onun işlədiyi məktəbdə heç kimə dərsə gəlməyə-gəlməyə qiymət yazılmamışdır. Video çəkilən zaman onun çəkilişdən xəbəri olmamışdır. Həmin videoya görə, onun ailəsində ciddi problemlər olmuşdur. Keçmiş direktor müavini olan Svetlana adlı xanım onu işdən çıxaracağı ilə təhdid etmişdir. X48 müəllimlərdən hər zaman davamiyyətə nəzarət etməklərini tələb etmişdir. E.Nəcəfova bildirmişdir ki, heç kimə məcburiyyət qarşısında qiymət yazmamışdır və buna görə, ona heç kim təzyiq göstərməmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, sosial şəbəkələrdən istifadə etmədiyi üçün paylaşımları ona müəllimlər göstərmişdir. “Facebook” sosial şəbəkəsində olan Təhsil Formu qrupunda olan paylaşımları görmüşdür. Afaq Əliyeva 2022-ci ildən 201 nömrəli məktəbin direktoru vəzifəsində işləyir. Şahid1 həyat yoldaşını tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 nömrəli tam orta məktəbdə çalışan X19 ifadəsində bildirmişdir ki, Miranəni tanımır. “Mediatv.az” saytında və Media forumunda Miranənin etdiyi paylaşımları görmüşdür. Miranə özünü məktəbdə oxuyan şagirdin valideyni kimi təqdim edərək onlara qarayaxmalar etmişdir. “İnstagram” və “Facebook” sosial şəbəkəsində olan paylaşımları da görmüşdür. Məktəbədə hər hansısa dərsə gəlməyən şagirdə qiymət yazılması kimi anlayışlar tam yalnışdır. O, sonradan bilmişdir ki, Miranə keçmiş direktor müavini Svetlananın qohumudur. Miranə bütün yazıları sifarişlə paylaşmışdır. Həmin paylaşımlardan sonra, məktəbə az şagird gəlir və onların məktəbinə olan tələb azalmışdır. Videonu görmüşdür və bildiyi qədəri ilə həmin videonu Svetlana çəkmişdir. Həmin video təxribat xarakterli videodur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, X37 Hüseynovaya qarşı hər hansısa qərəzli olaraq davranması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 nömrəli tam orta məktəbdə dilədəbiyyat müəlliməsi vəzifəsində çalışan X15 ifadəsində bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının sonlarında məktəbə getdiyi zaman orada eşitmişdir ki, Miranə adlı şəxs sosial şəbəkələrdə 201 nömrəli məktəbə dair xoşagəlməz paylaşımlar etmişdir. Sonradan isə bəlli olmuşdur ki, Miranə keçmiş direktor müavini Svetlana xanımın qohumudur. 201 nömrəli məktəbdə heç bir dərsə gəlməyən şagirdə qiymət yazılmır və bu cür məlumatlar tam yalnışdır. Həmin yazılmış məlumatları o, özü şəxsən oxumuşdur. Məktəbin bütün müəllimləri haqqında şər-böhtan xarakterli məlumatlar paylaşılmışdır. O, və kollektiv olaraq heç biri dərsə gəlməyən heç bir uşağa qiymət yazmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, mediatv.az saytında olmuş paylaşımdan da məlumatlıdır. Özü sosial şəbəkədən istifadə etmir. X16 adı ilə edilmişdir. 14 sentyabr 2023-cü il tarixdə keçirilmiş X36 Hüseynovaya şiddətli töhmət verilib-verilməməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 saylı orta məktəbdə təlim-tərbiyəvi işləri üzrə direktor müavini vəzifəsində çalışan Şahid1 ifadəsində bildirmişdir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyinə görə, Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən çıxarılmışdır. Miranə onun qohumudur və onun evində yaşamışdır. Miranə heç bir paylaşım etməmişdir. O, özü gedib saytdan maraqlanmışdır və sayt rəhbəri Vüqar müəllimlə bu barədə görüşmüşlər. Miranə zəng edib bildirmişdir ki, ona Yasamal Məhkəməsindən mesaj gəlib. Miranə ilə birlikdə oraya getmişdir. Orada bilmişlər ki, Miranəni etdiyi paylaşımlara görə məhkəməyə veriblər. Sonradan evə gələndə onlara məlum olmuşdur ki, həmin paylaşımları həyat yoldaşı Şahid2 etmişdir. Teymur bildirmişdir ki, özü telefonda qeydiyyatdan keçə bilmədiyindən məcbur qalıb Miranənin telefonundan qeydiyyatdan keçmiş və “portaledu.az” saytında paylaşımlar etmişdir. Onun şikayəti əsasında Korrupsiyada cinayət işi başlanmış və 8 epizod üzrə rüşvət almaya dair cinayət işinin istintaqı davam etmişdir. Aşkar etmişdir ki, xaricdə olan şagirdə məktəbdə rüşvət alınıb və qiymət yazılıb. O, müstəntiqlə bu yaxınlarda telefonla danışan zaman cinayət işinin istintaqının davam etdiyini bildirmişdir. Onda disk var ki, şagirdlər bildirir ki, İsmayıl Namazov adlı sinif yoldaşlarını bir dəfə də görməmişlər. İsmayıl Namazov adlı şagirdin məktəbin direktoruna ünvanladığı ərizəni də təqdim edə bilər. Həmin ərizədə İsmayıl bildirir ki, Yasamal rayonuna köçdüyündən dərslərdə iştirak edə bilməmişdir. Afaq onun barəsində dəfələrlə təqdimat yazıb ki, o, işdən çıxarılsın. Hazırda işə bərpaya dair iddiası Nizami Rayon Məhkəməsində iş icraatdadır. Onunla bərabər 3 müəllimə də məhkəməyə müraciət etmişdir. Onların üçü də, Korrupsiyaya şikayət etdinə görə işdən çıxarılmışdır. Afaq Əliyeva onu dəfələrlə “Erməni” adlandırıb və buna görə də, ondan Xəzər Rayon Məhkəməsinə şikayət etmişdir. Onun özü də bəzi paylaşımlar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 həyat yoldaşı Şahid2 ifadəsində bildirmişdir ki, həyat yoldaşı Şahid1 201 nömrəli məktəbdə direktorun müavini vəzifəsində işlədiyi zaman Afaq Əliyeva ondan xahiş etmişdir ki, inventar hesabalamaları aparsın və o, həmin hesablamanı aparmışdır. Hesablama aparan zaman oradan 70000 (yetmiş min) manatlıq inventarın çatışmadığını müəyyən etmişdir. Sentyabr ayının 19-u o, Miranənin telefonundan qeydiyyatdan keçmiş və “Portaledu.az” saytında paylaşım etmiş və “Hüriyyət.az” saytında məqalənin paylaşılması üçün müraciət etmişdir. “Hüriyyət.az” saytının redaktoru Vüqar müəllimlə şəxsən özü danışmış və saytın “Whatsapp səhifəsinə bu barədə baş verənlərlə bağlı paylaşım etmişdir. Həmin günü, yəni sentyabr ayının 19-u o, öz telefonu ilə həmin məlumatları yenidən Vüqar müəllimə göndərmişdir. Paylaşdığı məlumatlarda heç bir şər-böhtan xarakterli məlumat paylaşılmamışdır. Hürriyyət.az saytından xahiş etmişdir ki, gəlib onlar məktəbi çəksinlər. Sonda isə bildirmişdir ki, Miranə Məmmədovanın hazırki işə heç bir aidiyyəti yoxdur və onun bunlardan heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 201 nömrəli tam orta məktəbdə dilədəbiyyat müəlliməsi vəzifəsində çalışan X25 ifadəsində bildirmişdir ki, 2023-cü ilin axırlarında Svetlanayla olan məsələylə bağlı Afaq Əliyeva ilə aralarında söz-söhbət və problem olmuşdur. Ona və kollektivə qarşı çox əsəbi olduğundan Afaq Əliyeva barəsində o da, facebook sosial şəbəkəsində paylaşımlar etmişdir. Lakin bu paylaşımları tək etməmişdir. Belə ki, onun Şahid1 ilə həm qonşu olması, həm də qızının müəlliməsi olması səbəbindən yaxın əlaqələri olmuş, Miranə Məmmədovanı da Şahid1 evinə gedərkən orada görmüşdür. Şahid1 yazmaları üçün Afaq Əliyeva ilə bağlı mətnləri kağız formatda, həm ona, həm Miranəyə, həm də gəlini, oğlu və digər ailə üzvlərinə vermiş, bəzən də, məlumatları onlara diktə etmiş, Baş prokurorluq, Təhsil Nazirliyinin səhifəsini də taq etmələrini onlara tapşırmışdır. Həm əsəbi olması səbəbindən, həm də Svetlanaya əl borcu olduğundan onun dediklərini etmişdir. Miranə təhsil alan Universitet tələbəsi olmuş, onlarda müvəqqəti yaşamışdır. Onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Özü isə sonradan Afaq Əliyeva ilə bağlı etdiyi paylaşımlara görə peşman olmuş və A.Əliyeva ilə 2024-cü ilin mart-aprel aylarında barışmışdır. Miranə nəsə paylaşmış, lakin konkret olaraq hansı mətni paylaşmasının şahidi olmamışdır. A.Əliyeva ilə bağlı paylaşımı ilk dəfə facebook sosial şəbəkəsində, daha sonra, Tiktok sosial şəbəkəsində, saytlarda, redaksiyalarda və qəzetlərdə görmüşdür. Mediatv.az saytında olan paylaşımın isə şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş hürriyet.az saytının və hürriyyət qəzetinin müxbiri vəzifəsində çalışan X39 ifadəsində bildirmişdir ki, Miranə Məmmədovanı şəxsən tanımır. İşi şikayətlərlə bağlı olduğundan müraciət edənlərin şikayətlərini dinləyir və saytda dərc edir. Uzun müddət keçdiyindən məqaləni tam xatırlamasa da, məqaləni təkrar oxuduqdan sonra xatırlamışdır. Verilişlər yayımlanarkən alt hissədə baş redaktor V.Məmmədov telefon nömrəsi qeyd edildiyindən şikayət ilkin olaraq və təcili formada Vüqar Məmmədova daxil olmuşdur. Vüqar Məmmədov onu 19 sentyabr 2023-cü il tarixdə çağırmış, belə bir şikayətin daxil olmasını və telefon nömrəsi verərək həmin mömrə ilə əlaqə saxlamasını bildirmişdir. O, zəng etdikdə telefona cavab verilmədiyindən mesaj yazmışdır. Gün ərzində təqribi 12 şikayət daxil olduğundan yazılan mesajları qarşı tərəfin silməsinin fərqinə varmamışdır. Mesajlaşmadan sonra məqaləni dərc etdirmiş, işi səbəbindən hər zaman olduğu kimi qarşı tərəfə zəng edərək artıq həmin məlumatların dərc edilməsi barədə məlumatı vermiş və linki göndərmişdir. Zəng edərkən telefonu bir xanım açmış və göndərdiyi videonun da əlavə edilib-edilməməsini soruşmuş, o isə məqaləyə əlavə olunmasını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əlaqə saxladığı və şikayətin daxil olduğu mobil nömrə ***-***-**-** olmuşdur. Xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq zərərçəkmişə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxslə barışmaq hüququnun olması izah edilmiş, lakin məhkəmə hazırlıq və baxış iclaslarında tərəflər arasında barışıq halının olması qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixdə “Mediatv.az” informasiya portalına yerləşdirilmiş məqalədə qeyd olunmuşdur ki, “201 nömrəli orta məktəbin direktoru X47 barəsində Hürriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Övladı həmin təhsil ocağında oxuyan şikayətçi X21 iddia edir ki, bu məktəbdə özbaşınalıq hökm sürür. Mən X1 xahiş edirəm ki, 201 nömrəli məktəbdə olan problemləri işıqlandırasınız. Belə ki, məktəbdə direktor tərəfindən tapşırılmış uşaqlara qiymət yazılır. Yəni bir dəfə də olsun məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırır. Bir valideyn kimi mənə çox maraqlıdır, hansı maraqlara görə direktor bu qədər əziyyət çəkir? Əlimizdə olan məlumata görə direktor bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verib. Direktor əlindən gələni edir ki, öz oyunları açılmasın. Mən bilirəm ki, belə direktorlar çox təəssüf az deyil. Bəs Təhsil Nazirliyi hara baxır?! Şikayət edirik “önəmsizdir” deyib dəstəyi üstünə qoyurlar. Belə iş olar, nəyə görə uşaqlar arasında ayrı-seçkilik yaradırlar?! Hörmətli redaksiya xahiş edirəm mənim səsimi yuxarılara çatdırın. Direktorun gəlməyən uşaqlara qiymət yazdırdığı haqda videonu da yazıya əlavə etməyinizi xahiş edirəm.” İş materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış zamanı müəyyən olunur ki, X21 tərəfindən öz facebook sosial şəbəkəsindəki profili vasitəsilə həmin məktəblə və direktorla bağlı bir sıra kommentlər və paylaşımlar etmişdir. Qeyd olunan kommentlər və paylaşımlar aşağıdakı kimidir: Sevinc Hüseynova adlı şəxsin paylaşımının altında-N qədər olan hallara görə təhsilimiz bu günə qalıb elə. Saxta qiymətlərə görə təhsil səviyyəmiz aşağı düşüb. Yanınızdayıq müəllimə. Təhsildə güzəşt vətənə xəyanət etmək kimi bir şeydir. Aaa Elm və Təhsil Nazirliyi hara baxır? Bundan başqa Miranə Məmmədova tərəfindən Bəhram Səfərov adlı şəxsə komment yazılaraq-mən bu paylaşımı yaymaq istəyirəm, lakin tağ etdiyim səhifələrdə görünmür, kömək edə bilərsiz? Həmçinin qeyd etmişdir ki, məlumat yayılmalıdır, hazırda orada vəziyyət çox pisdir, müəllimləri sıxışdırırlar. Lakin qeyd olunan paylaşımların hansı tarixlərdə edilməsi müəyyən edilmir. Bundan başqa CD diskin içərisində bir ədəd səs yazısını özündə əks etdirən fayl mövcuddur. Həmin fayl 41 saniyədən ibarətdir, iki qadın səsli şəxsin danışığından bəhs edir. Danışıqda bir qadın digərindən niyə görə şagirdə dərsə gəlmədiyi halda qiymət yazmasına, Afaq müəllimənin tapşırığına əsasən qiymət yazmasına irad bildirilir, digər müəllimə isə onu gedin Afaq müəllimə ilə danışın, mən nə edə bilərəm deyir. Digər qadın isə niyə görə qanunsuzluq etməsini irad bildirir. Həmin görüntüdə olan qadınların kim olması müəyyən edilmir. Şikayətə əlavə edilmiş 12404 nömrəli tələb çapından görünür ki: tələbin nömrəsi: 127404, tələbin statusu: icraata alındı, prioritetlik dərəcəsi: elektron müraciətlər, müştəri: X21, daxil edilmə tarixi: 9/19/2023 10:06:54 AM., icraçı: BŞTİ Məhpəri Mövsümova; kim tərəfindən: “Portal.Edu”. Tələbin başlığı: təhsil müəssisəsinin rəhbərliyindən, tələbin açıqlaması: ““201 nömrəli orta məktəbin direktoru Afaq Əliyeva 10d və 8r siniflərinin sinif rəhbərlərinə göstəriş verərək Namazov İsmayıl və Nəsibov Məcid adlı 2 nəfərin adını sinif jurnallarına yazdırmışdır. Şagirdlər dərsə gəlmədikləri halda, hətta fənn müəllimləri onları tanımadıqları halda sinif rəhbərləri fənn müəllimlərindən xəbərsiz həmin şagirdləri öz xətləri ilə jurnallarda qiymətləndirmişlər. 2020-ci ilin oktyabr ayından Qazaxıstana köçmüş X11 adı 10r sinif jurnalında saxlanılmış 2020-2021 və 2021-2022-ci tədris illərində bu qanunsuzluq nəticəsində dərslərin bölünməsi hesabına 10000 manatdan artıq dövlət hesabı qanunsuz mənimsənilmişdir. 2022-2023-cü tədris ilində bağlanmalı olan bir neçə sinifə digər paralel siniflərdən şagirdlərin adlarını yazdıraraq siniflərin bağlanmasının qarşısını saxta yolla almış və nəticədə 80000 manata yaxın dövlət hesabı qanunsuz mənimsənilmişdir. 2017-ci ildə direktorun otağından oğurlanmış 70000 manata yaxın əmlak 2022-ci ildə hüquq-mühafizə orqanlarına xəbər vermək əvəzinə X48 tərəfindən balansdan silinmiş və bununla da, cinayət ört-basdır edilmişdir. Bu faktlar barəsində 201 saylı məktəbin direktor müavini Şahid1 elm və təhsil nazirinə 2 ay bundan əvvəl şikayət ərizəsi yazsa da, teleqram vursa da təhsil naziri bu barədə heç bir tədbir görmür, cinayət ört-basdır edilir. 18 sentyabr sübutlardan biri videoçarx şəklində “facebook”-da paylaşılmışdır, bu gün də digər sübutlar paylaşılacaq.” Müraciət növü: şikayət, istiqamətlər: ümumi təhsil, müraciət edən: digər şəxslər, mövzular: təhsil müəssisəsinin rəhbərliyindən, şəhər (müəssisə yerləşdiyi): Bakı/Nizami, təhsil müəssisəsi: 201 nömrəli orta məktəb. Şəxsi məlumatlar-vətəndaşlıq: Azərbaycan Respublikası vətəndaşı, sənəd növü-şəxsiyyət vəsiqəsi, ad: Miranə, soyad: Məmmədova, ata adı: Gəray qızı, doğum tarixi: xx.xx.2002, qeydiyyat ünvanı: ünvan 1 ə/d, Nərimankənd kəndi, faktiki yaşadığı ünvan: Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsi, 23/2, əlaqə nömrəsi: +**********34, e-poçt: Elektron ünvan . Azərbaycan Respublikası Mərkəzi X2 19 yanvar 2024-cü il tarixli qəbzindən görünür ki, X47 tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, dövlət hesabına 50,4 (əlli manat, qırx qəpik) manat rüsum ödənilmişdir. Bakı şəhəri 201 saylı tam orta məktəbin (sabiq) direktor müavini Şahid1 tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəisinə ünvanlanmış ərizədə məktəbin təsərrüfat işləri üzrə direktor müavini Sevil Fətəliyevanın izahatında çatışmayan aktivlərin 2017-ci ildən direktorun otağından oğurlanması, 2020-ci ilin oktyabr ayından ailəsi ilə Qazaxıstan Respublikasına köçmüş X12 adının iki il “10r” sinfində jurnalda saxlanılması, təxminən 60000-70000 manata yaxın büdcə vəsaitinin qanunsuz olaraq mənimsənilməsi, sinif rəhbərinin şagirdi jurnalda fənn müəllimlərindən xəbərsiz öz xətti ilə qiymətləndirməsi göstərilmişdir. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin (sabiq) direktor müavini Şahid1 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Şahid1 2022-ci ilin sentyabr ayında məktəbdaxili inventarizasiya komissiyasının sədri kimi 70522 manat məbləğində aktivlərin çatışmamasını müəyyən etmiş, həmin vaxt izahat yazaraq bildirmişdir ki, həmin avadanlıqların bir qisminin özü deyil, qaiməsi məktəbə gəlib, qalanları isə sabiq direktor S.Salmanovanın kabinetindən 2017-ci ildə oğurlanmışdır. İnventarizasiya aktını və hesabatı Afaq Əliyevaya təqdim etmiş, polisə müraciət etməsinə təkid etmiş, lakin oğurluq faktı barəsində A.Əliyeva polisə məlumat verməmiş, cinayəti ört-basdır etmişdir. Bundan əlavə, şagird sayı 20-dən az olan siniflər Təhsil Qanununa və Nazirlər Kabinetinin qərarına əsasən bağlanmalı olduğu halda, 2022-2023-cü tədris ilində ən azı 3 belə sinif bağlanmamış və dövlət büdcəsindən təxminən 60000-70000 manat vəsait talanmışdır. 2020-2022-ci illərdə məktəbdə işləmədiyi halda, Əsli Bayramovanın adının texniki işçilərin siyahısına salınmaqla, ona əmək haqqı hesablanmış, beləcə də, bu vəsait də mənimsənilərək dövlət büdcəsi talanmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi, ədliyyə müşaviri Mehman Hümmətov tərəfindən “LCG” vəkil bürosunun vəkili Müdafiəçi2 ünvanlanmış 22 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Şahid1 müraciəti əsasında Bakı şəhəri 201 saylı orta məktəbin vəzifəli şəxsləri barəsində fakta görə, 30 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılır. 201 №-li tam orta məktəbin direktoru Afaq Əliyevanın 07 dekabr 2023-cü il tarixli, 630 nömrəli təqdimatı əsasında, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 dekabr 2023-cü il tarixli, 3-29-59/3-1-1993K/2023 saylı əmri ilə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid1 ilə bağlanmış əmək müqaviləsi əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 19 dekabr 2023-cü il tarixdən etibarən ləğv edilmişdir. 05 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs X8 müdafiəçisi Müdafiəçi2 tərəfindən Suraxanı Rayon Məhkəməsinə təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, hazırkı işdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə aidiyyəti doğru təsbit edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təhqir və böhtan xarakterli məlumatların qeyd olunduğu "X48 bir dəfə də olsun, məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır" - şikayət başlıqlı xəbər əvvəlcə - ilk olaraq “www.hurriyyet.az” redaksiyası tərəfindən, 2 (iki) gün sonra isə, həmin subyektə istinad verməklə “www.mediatv.az” redaksiyası tərəfindən kütləvi nümayiş etdirilməklə paylaşılmışdır. Bütün bunları nəzərə alaraq vəsatətin təmin edilməsi və xüsusi ittihamçı X32 təqsirləndirilən şəxs X13 qarşı onun Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X8 müdafiəçisi Müdafiəçi2 15 aprel 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, xüsusi ittiham qaydasında tərtib edilmiş şikayət qanunsuz və əsassız olduğundan və əməldə cinayət tərkibi mövcud olmadığına görə təqsirləndirilən şəxs X21 barəsində bəraət hökmü çıxarılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarı ilə vəsatət təmin edilmiş və xüsusi ittiham qaydasında şikayət materialı ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsi isə ərazi aidiyyəti məsələsini mübahisələndirmiş, nəticədə Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 1(103)-1454/2024 saylı qərarı ilə X8 Azərbaycan Respublikası CMin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayətə dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. “Mediatv.az” informasiya portalının baş redaktoru X40 tərəfindən Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan məktubda göstərilmişdir ki, X21 tərəfindən 201 saylı məktəbin direktoru X47 barəsində ’’MEDİATV.AZ” xəbər portalının redaksiyasına hər hansı müraciət daxil olmamışdır. 201 saylı məktəbin direktoru X47 barəsində ’’MEDİATV.AZ xəbər portalında, 18 oktyabr 2023cü il tarixində ”201 saylı məktəb, yoxsa BAŞQA NƏSƏ?” sərlövhəli məqalə dərc edilmişdir. Qeyd olunan məqalə “azerbaycanreaalıgı.com” saytına istinadən verilmişdir və bildirilir ki, məlumatların mənbəyi “azerbaycanreallıgı.com” xəbər portalıdır. “Mediatv.az” informasiya portalının baş redaktoru X40 tərəfindən Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan ikinci məktubda göstərilmişdir ki, X21 tərəfindən 201 saylı məktəbin direktoru X47 barəsində “mediatv.az” xəbər portalının redaksiyasına hər hansı müraciət daxil olmamışdır. 201 saylı məktəbin direktoru X47 barəsində “mediatv.az” xəbər portalında, 21 sentyabr 2023-cü il tarixində “X48 bir dəfə də olsun məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” - ŞİKAYƏT" sərlövhəli məqalə dərc edilmişdir. Qeyd olunan məqalə “hürriyyet.az” saytına istinadən verilmişdir və məlumatların mənbəyi “hürriyyet.az” xəbər portalıdır. "xxxx" qəzeti MMC-nin baş redaktoru Vüqar Məmmədov tərəfindən Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan məktubda göstərilmişdir ki, həqiqətən də 19 sentyabr 2023-cü il tarixində 201 nömrəli orta məktəbin direktoru X47 barəsində redaksiyaya şikayət məktubu daxil olmuşdur. Övladının həmin təhsil ocağında oxuduğunu bildirən X21 öz məktubunda bu məktəbdə "baş verən qanunsuzluqlar" haqqında yazmışdır. Bu şikayət məktubu əsasında Hurriyyet.az saytında "X48 bir dəfə də olsun məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır" sərlöhvəli yazı dərc olunmuşdur. Eyni zamanda, şikayətçinin təqdim etdiyi videomaterial da yazıya əlavə olunmuşdur. "xxxx" qəzeti MMC-nin baş redaktoru Vüqar Məmmədov tərəfindən Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan ikinci məktubda göstərilmişdir ki, həqiqətən də, 19 sentyabr 2023-cü il tarixində 201 nömrəli orta məktəbin direktoru X47 barəsində redaksiyalarına şikayət məktubu daxil olmuşdur. Övladının həmin təhsil ocağında oxuduğunu bildirən şikayətçi X21 + 99 477 *** ** ** “WhatsApp” nömrəsi ilə "xxxx" qəzeti MMC-yə məxsus +99 477 *** ** ** nömrəli “WhatsApp” xəttinə məktub ünvanlamış və 201 saylı məktəbdə “baş verən qanunsuzluqlar” haqqında yazmışdır. Əlavə olaraq, gizli çəkilən 41 saniyəlik videogörüntünü də “WhatsApp” üzərindən redaksiyalarına göndərmişdir. Bu şikayət məktubu əsasında rəhbərlik etdiyi "xxxx" qəzetinin əməkdaşları tərəfindən “X48 bir dəfə də olsun məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” sərlöhvəli yazı hazırlanmışdır. Bu yazıda məktuba heç bir düzəliş və dəyişiklik olunmadan, müəllifin fikri dırnaq işarəsi daxilində verilmişdir. Eyni zamanda, şikayətçinin təqdim etdiyi videomaterial da məqaləyə əlavə olunaraq, yuxarıda qeyd edilən sərlövhə ilə 19 sentyar 2023-cü il, saat 13:42-də “hurriyyet.az” saytında dərc olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, yazı saytda dərc olunduqdan sonra, şikayətçi X21 “WhatsApp”-ın texniki imkanlarından istifadə edərək, göndərdiyi məktubu və videogörüntünü qarşı tərəfdən, yəni "xxxx"-in “WhatsApp” nömrəsindən silmişdir. Həmin məlumatların silindiyi, telefonda aşkar şəkildə görülür. Bundan əlavə, “hurriyyet.az” saytının axtarış bölməsinə “X48 bir dəfə də olsun məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” cümləsini əlavə etməklə, həm şikayətçinin göndərdiyi yazı, həm də videomaterialla tanış olmaq mümkündür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “X20” MMC-nin hüquqi ünvanı ünvan 18 2024-cü il tarixdə Xüsusi ittiham qaydasında şikayətə xüsusi ittihamçı X32 nümayəndəsi Müdafiəçi1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə “xüsusi ittihamın dəqiqləşdirilməsi barədə” yazılı ərizə ünvanlamışdır. Həmin ərizəni müdafiə edərək məhkəmədən dəqiqləşdirilmə qaydasında xüsusi ittihamı göstərilən məzmunda nəzərə alınmasını xahiş etmişdir: Təqsirləndirilən şəxs X8 19 sentyabr 2023-cü il tarixdə “hürriyyət.az” saytında və 21 sentyabr 2023-cü il tarixdə, “mediatv.az” saytında dərc etdirdiyi eyni məzmunlu “X48 bir dəfə də olsun, məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” məqalələrində, habelə 2023-cü ilin sentyabr ayında müvəqqəti yaşadığı ünvan 20 ünvanında “Facebook” sosial şəbəkəsinin “Təhsil forumu” qrupunda etdiyi paylaşımlarda, guya Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva tərəfindən tapşırılmış uşaqlara qiymət yazılmasını, bir dəfə olsun belə məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırılmasını, bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verdiyini, öz oyunlarının açılmaması üçün əlindən gələnini etdiyini, uşaqlar arasında ayrı-seçkilik yaratdığını bildirərək ona böhtan atmış, yəni yalan olduğunu bilə-bilə Afaq Əliyevanı nüfuzdan salan məlumatları mediada və kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında yaymış və onu təhqir etmişdir, yəni mediada və kütləvi nümayiş etdirildiyi internet informasiya ehtiyatında Afaq Əliyevanın şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Həmin ərizəyə münasibət bildirən təqsirləndirilən şəxs X8 müdafiəçisi Müdafiəçi2 13 avqust 2024-cü il tarixli, xüsusi ittihamın dəqiqləşdirilməsi haqqında ərizəyə verdiyi yazılı etirazında bildirdi ki, ərizə xüsusi ittiham qaydasında şikayətin dəqiqləşdiriməsi barədə deyil, xüsusi ittihamın əsasında duran faktiki halların və hüquqi əsasların dəyişdirilməsi, yeni ittihamın irəli sürülməsidir. İkinci növbədə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində xüsusi ittihamın dəqiqləşdirilməsi və bu barədə ərizə verilməsi nəzərdə tutulmamışdır. Üçüncü olaraq, xüsusi ittiham qaydasında şikayət ittiham aktına bərabər tutulduğundan və ittiham aktının da dəqiqləşdirilməsi mümkün olmadığından xüsusi ittihamın da dəqiqləşdirilməsi mümkün deyildir. Son olaraq isə bildirmişdir ki, xüsusi ittihamın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi məhkəmə ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələnəcək, iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin aidiyyətinə aid olacaqdır. Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli qərarı ilə vəsatət rədd edilərək qeyd edilmişdir ki, məhkəmə baxışı gedişində xüsusi ittiham qaydasında şikayət materialına düzəliş və əlavələr edilərək dəqiqləşdirmə aparmaq yolverilməzdir. Xüsusi ittiham qaydasında şikayət üzrə yalnız 21 sentyabr 2023-cü il tarixdə “Mediatv.az” saytında edilmiş paylaşımla əlaqədar işə mahiyyəti üzrə baxılmalı və qanuna uyğun yekun qərar qəbul edilməlidir. Digər aşkar olunmuş epizodlar üzrə və ya gələcəkdə aşkar olunacaq faktlar üzrə isə xüsusi ittihamçı tərəfindən ayrıca olaraq aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Təqsirləndirilən şəxs X8 müdafiəçisi Müdafiəçi2 13 avqust 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə vəsətət verərək bildirmişdir ki, xüsusi ittihamçı tərəfindən 21 sentyabr 2023-cü il tarixdə, facebook sosial şəbəkəsində Təhsil Forumu adlı səhifədə xüsusi ittihamçı barəsində təhqir və böhtan xarakterli paylaşım etdiyini bildirmişdir. Lakin M.Məmmədova həmin qrupa 23 sentyabr 2023-cü il tarixdə üzv olmuşdur. Odur ki, M.Məmmədova tərəfindən facebook sosial şəbəkəsində həmin qrupda xüsusi ittihamçı barəsində hansısa paylaşım etməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan böhtan cinayəti obyektiv cəhətdən «yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma»da ifadə olunur. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan təhqir cinayəti obyektiv cəhətdən “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma”da ifadə olunur. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm. Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X21 21 sentyabr 2023-cü il tarixdə “Mediatv.az” saytında dərc etdirdiyi “X48 bir dəfə də olsun, məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” məqaləsində, guya onun tərəfindən tapşırılmış uşaqlara qiymət yazılması, bir dəfə belə olsun, məktəbə gəlməyən şagirdlərə müəllimlər tərəfindən məcburi qiymət yazdırılması, bu cür qanunsuz əməllərinə etiraz edən müavinini işdən çıxarmaq üçün ona töhmət verdiyi, öz oyunlarının açılmaması üçün əlindən gələni etdiyini, uşaqlar arasında ayrı-seçkilik yaratdığı barədə təqsirləndirilən şəxs Miranə Məmmədova ona böhtan atmış, təhqir etmiş və həmin halları təsdiq edən videogörüntünü həmin məqaləyə əlavə etdirmişdir. Miranə Məmmədova Bakı şəhər Təhsil İdarəsinə 19 sentyabr 2023-cü il tarixdə elektron qaydada etdiyi müraciətdə “şagirdlərin dərsə gəlmədikləri, hətta fənn müəllimlərinin onları tanımadıqları halda, sinif rəhbərləri tərəfindən fənn müəllimlərindən xəbərsiz öz xətləri ilə həmin şagirdlərin jurnallarda qiymətləndirilməsi, Qazaxıstana köçmüş Həbib Muradov adlı şagirdin adının jurnalda saxlanılması, bu qanunsuzluq nəticəsində dərslərin bölünməsi hesabına 10000 (on min) manatdan artıq dövlət vəsaitinin qanunsuz mənimsənilməsi, 2017-ci ildə direktorun otağından oğurlanmış 70000 (yetmiş min) manata yaxın dəyəri olan əmlakın 2022-ci ildə hüquq mühafizə orqanlarına xəbər vermək əvəzinə balansdan silinməsi və bununla da, cinayətin ört-basdır edilməsi, bu faktlar barəsində müavini Şahid1 02 (iki) ay bundan əvvəl şikayət ərizəsi yazsa da, teleqram vursa da, təhsil nazirinin bu barədə heç bir tədbir görməməsi, cinayətin ört-basdır edilməsi, sübutlardan birinin videoçarx şəklində “facebook”-da paylaşılması, digər sübutların da paylaşılacağı” barədə böhtan xarakterli məlumatlar vermişdir. Lakin, məhkəməyə təqdim olunmuş materiallarından, həmçinin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla bu hal öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs Miranə Məmmədova “Mediatv.az” saytında xüsusi ittihamçı barədə heç bir paylaşım etmədiyini və məlumatların onun mobil telefonundan istifadə edilməklə evində müvəqqəti yaşadığı Şahid2 tərəfindən hürriyyət.az veb-saytına göndərildiyini bildirmişdir. Bundan əlavə, hürriyyət.az redaksiyasının whatsapp mobil tətbiqindən Şahid2 whatsapp mobil tətbiqinə göndərilən mesajlardan görünür ki, hürriyyət.az redaksiyasına ***-***-**-** mobil nömrədən yalnız aşağıdakı məzmunda müraciət daxil olmuşdur: "Salam. Sizə 201 saylı məktəbdə baş verənləri çəkməyinizi istəyirəm. Direktor müəllimlərə dərsə gəlməyən tanımadıqları uşağa zorla qiymət yazdırır. Bunu üzə çıxaran direktor müavinini isə işdən çıxarmaq üçün töhmət verib". Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilən sübutlardan, həmçinin məhkəmə istintaqı zamanı araşdırılmış işin halları ilə həmin paylaşımın X21 tərəfindən edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, həmin paylaşımla bağlı təqsirləndirilən şəxsin əməlində cinayətin tərkibi olsaydı, o zaman həmin paylaşımda olan yazıların böhtan xarakterli olub-olmaması da araşdırıla bilərdi. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Həmin məqalədə qeyd olunan məlumatlar xüsusi ittihamçı Afaq Əliyevanı nüfuzdan salan məlumatlar olsa da, Miranə Məmmədova tərəfindən paylaşılması sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, işin faktiki hallarından, Hürriyyət Qəzeti MMC tərəfindən imzalanmış arayışdan, whatsapp mobil tətbiqindən çıxarışlardan və təqsirləndirilən şəxs M.Məmmədovanın məhkəmədə verdiyi ifadəsindən də görünür ki, www.hurriyyet.az vebsaytının redaksiyasına xx.xx.2023-cü il tarixində ***-***-**-** telefon nömrəsi vasitəsilə göndərilən "Salam. Sizə 201 saylı məktəbdə baş verənləri çəkməyinizi istəyirəm. Direktor müəllimlərə dərsə gəlməyən tanımadıqları uşağa zorla qiymət yazdırır. Bunu üzə çıxaran direktor müavinini isə işdən çıxarmaq üçün töhmət verib" mətnində olan mesajın təqsirləndirilən şəxs M.Məmmədova tərəfindən yox, onun evində qaldığı qohumu Şahid2 tərəfindən göndərilmişdir. Belə ki, M.Məmmədovanın tələbə olaraq evində müvəqqəti yaşadığı Şahid1 iş yerində məruz qaldığı qanunsuzluqlara və təzyiqlərə görə onun əri Şahid2 www.hurriyyet.az redaksiyası tərəfindən bu barədə araşdırma aparılmasını istəmiş və həmin redaksiyaya whatsapp mobil tətbiqi vasitəsilə qanunsuzluqlar və təzyiqlər barədə mesaj göndərmək qənaətinə gəlmişdir. Lakin mobil telefonunda problem olduğuna görə həmin vaxt evdə olan M.Məmmədovadan telefonundan istifadə etmək üçün icazə almış və məlumatları onun yanında www.hurriyyet.az redaksiyasına göndərmişdir. Faktiki olaraq görünür ki, qeyd olunan mesajları www.hurriyyet.az redaksiyasına göndərən M.Məmmədova yox, Şahid2 olmuşdur. Bunu məhkəmə baxışında şahid qismində çıxış etmiş Şahid2 və Şahid1 da məhkəmə iclasında təsdiq etmiş və təqsirləndirilən şəxslə ifadələri arasında heç bir ziddiyyət olmamışdır. Məhkəmə araşdırması gedişində “Mediatv.az” informasiya portalının baş redaktoru X40 tərəfindən Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan məktubda göstərilmişdir ki, X21 tərəfindən 201 saylı məktəbin direktoru X47 barəsində ’’MEDİATV.AZ” xəbər portalının redaksiyasına hər hansı müraciət daxil olmamışdır. 201 saylı məktəbin direktoru X47 barəsində ’’MEDİATV.AZ xəbər portalında, 18 oktyabr 2023cü il tarixində ”201 saylı məktəb, yoxsa BAŞQA NƏSƏ?” sərlövhəli məqalə dərc edilmişdir. Qeyd olunan məqalə “azerbaycanreallıgı.com” saytına istinadən verilmişdir və bildirilir ki, məlumatların mənbəyi “azerbaycanreaalıgı.com” xəbər portalıdır. “Mediatv.az” informasiya portalının baş redaktoru X40 tərəfindən Suraxanı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan ikinci məktubda göstərilmişdir ki, X21 tərəfindən 201 saylı məktəbin direktoru X47 barəsində “mediatv.az” xəbər portalının redaksiyasına hər hansı müraciət daxil olmamışdır. 201 saylı məktəbin direktoru X47 barəsində “mediatv.az” xəbər portalında, 21 sentyabr 2023-cü il tarixində “X48 bir dəfə də olsun məktəbə gəlməyən şagirdə məcburi qiymət yazdırır” - ŞİKAYƏT" sərlövhəli məqalə dərc edilmişdir. Qeyd olunan məqalə “hurriyyet.az” saytına istinadən verilmişdir və məlumatların mənbəyi “hurriyyet.az” xəbər portalıdır. Göründüyü kimi “Mediatv.az” saytında xüsusi ittihamçı X47 barəsində olan paylaşımın X21 tərəfindən edilməsi faktı öz təsdiqini tapmamışdır. Hər bir cinayət əməlinin mövcud olması üçün 4 tərkib əlaməti olmalıdır. Bunlar obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhətdir. Hazırki xüsusi ittiham qaydasında şikayət üzrə aparılmış araşdırma nəticəsində cinayətin subyektinin Miranə Məmmədova olması, həmçinin onun tərəfindən obyektiv cəhətin əlamətlərinin olması xüsusi ittihamçı tərəfindən mötəbər dəlillərlə sübuta yetirilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittihamçı X32 təqsirləndirilən şəxs X13 qarşı onun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi barədə" xüsusi ittiham qaydasında şikayət üzrə əməldə cinayət tərkibi mövcud olmadığına görə təqsirləndirilən şəxs X13 bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 293-cü maddəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi kimi halların sübuta yetirilməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə vəzifə olaraq qoyulmuşdur. Böhtan hər hansı digər diffamasiya halları kimi (ləkələyici, böhtan və ya təhqiredici xarakterli məlumatların yayılması) həmişə şəxsi, mənəvi hüquqların toxunulduğu hallardır. Diffamasiya ümumi mənada böhtan xarakterli məlumatların yayılması deməkdir. Sonra isə onun müxtəlif konfiqurasiyaları olur: qeyri-dəqiq ləkələyici məlumatların yayılması, sadəcə olaraq qeyri-dəqiq və bilərəkdən yalan ləkələyici məlumatların yayılması – məhz bu, böhtandır. Mülki-hüquqi diffamasiyanın klassik tərkibi böhtan xarakterli qeyri-dəqiq məlumatdır, lakin onu yayan şəxs bu məlumatın yalan olduğunu bilməyə də, vicdanlı olaraq aldanmış və ya xətaya düşmüş ola bilər. Böhtan, diffamasiyaya dair mülki iddiadan fərqli olaraq cinayət əməlidir. Və bu iki hüquq pozuntusu arasındakı fərq ondan ibarətdir ki, böhtan həmişə bilərəkdən yalan olan faktoloji məlumatların yayılmasıdır. Bu o deməkdir ki, həmin şəxs yalan yaydığını əvvəlcədən bilmiş və kiminsə nüfuzuna xələl gətirmək məqsədi ilə bilərəkdən bunu etmişdir. Ləyaqət və şərəf bir çox hüquq sahələrinin normaları ilə qorunur. Lakin ictimai münasibətləri daha kobud və yolverilməz formada pozan hər hansı əməl, bir qayda olaraq, cinayət qanununda cinayət kimi nəzərdə tutulur. Şəxsin konstitusion dəyərləri olan ləyaqəti, şərəfi, nüfuzu, cinayət hüququnun müdafiə obyekti xassəsini itirməməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, öz fikirlərini açıq şəkildə ifadə etmək o halda cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu fikirləri qəbul edən insanları qanunsuz hərəkətlərə və ya zorakılığa sövq edə bilsin və yalnız bu şərtlə ki, əməl qəsdən, yüksək ehtimalla, bu kimi hərəkətlərə təhrik etmək niyyətilə edilsin. Şəxsin ictimai qiymətinin ədalətliliyinin hüquqi müdafiəsini yüksək sosial təhlükə törətməyən, əksər hallarda məişət və ya xidməti münaqişələr zəminində inzibati və ya mülki hüquq normaları ilə həyata keçirmək daha humanistcəsinədir. Bu cür hərəkətləri edən şəxs, bir qayda olaraq, məlumdur, bir şəxs haqqında ədalətsiz qiymətləndirmə nisbətən kiçik bir qrupda (kollektiv üzvləri, evin sakinləri arasında) yayılır, zərər isə yalnız müəyyən bir şəxsin mənafeyinə vurulur. Çətin ki, ibtidai istintaqa xas olan mürəkkəb və uzun prosedurlar burada özünü doğrultsun. Böhtan işlərinin ən çətin tərəfi böhtan atan şəxsin yalan yaydığını bildiyini sübut etməkdir. Əgər bu sübuta yetirilməzsə, inzibati məsuliyyət, mənəvi zərərin ödənilməsi mümkündür, lakin cinayət təqibi mümkün deyil. Böhtan əlamətlərini müəyyən etmək üçün zərərçəkmiş haqqında yayılan yalan məlumatın onun şərəf, ləyaqət və nüfuzunu ləkələməsi lazımdır. Yayılan məlumat yalan da olsa, qurbanı rüsvay etmirsə, böhtan yoxdur. Qanunda açıq şəkildə göstərilir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Bəraətin əsslarından biri olan əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Yuxarıda qeyd olunanların məna və mahiyyətindən çıxış edərək, şəxsin təqsirini sübut etmək, yəni qəsdi və bildiyini sübut etmək vəzifəsi xüsusi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-nin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli Qərarına əsasən məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Habardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübutetməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi təqsirləndirilən şəxs M.Məmmədovaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X5rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Məhkəmə iş materiallarını, sənədləri və tərəflərin çıxışlarını, o cümlədən yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X8 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkib əlaməti olmadığına görə ona bəraət verilməli, xüsusi ittihamçı X47 və onun nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42, 344-356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkib əlaməti olmadığına görə ona bəraət verilsin. Xüsusi ittihamçı X47 və onun nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar