Məhkəmə qərarları › İş №1(010)-137/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-137/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-137/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin hakimi Əliyev Kəramət Fətəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 14 iyul küçəsi ev 7, mənzil 22-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, xx.xx.2020-ci il tarixdən haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə ittiham olunmasına dair işə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə, xx.xx.2020-ci il tarixdə saat 16 radələrində X10 Yol Stansiyası platformasının altında yerləşən, 4 saylı Bakı yol sahəsinin, 8 saylı məntəqəsinin anbarının qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra, anbarının qapısının üzərində olan qıfılı daşla vurub sındırmaqla, içərisində rels yanlıqlarının saxlandığı anbara qanunsuz daxil olub, oradan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nə məxsus ümumi dəyəri 152 manat təşkil edən 8 ədəd R-65 tipli rels yanlıqlarını anbardan çıxardaraq kənara yığdıqdan sonra tanışı Şahid1 zəng edərək dəvət etmiş, Şahid1 idarə etdiyi “Opel Vestra” markalı ** FN *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldikdən sonra rels yanlıqlarını avtomobilin yük yerinə yığaraq gizli yolla talayıb oğurlamaq istəyərkən, həmin ərazidə xidmət aparan polis əməkdaşı onu gördüyü üçün iradəsindən asılı olmayan səbəblərə görə istəyini başa çatdıra bilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəylər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı ev Suraxanı dəmir yol stansiyasının yaxınlığında yerləşir. xx.xx.2020-ci ildə saat 10 radələrində dəmir yol stansiyasının yanından evlərinə gedərkən platformanın altında yerləşən anbarın taxta qapısının açıq sahəsindən baxdıqda içəridə müxtəlif dəmir parçalarının olmasını görmüşdür. Maddi vəziyyəti ağır olduğundan həmin anbarda olan dəmirləri oğurlamaq qərarına gəlmiş və oradan getmişdir. Bu məqsədlə həmin gün saat 16 radələrində anbarın yanına gəlmiş, ətrafda heç kim olmadığından daşla vuraraq taxta qapının üzərində olan qıfılı qıraraq anbara daxil olmuşdur. Anbarda paslı dəmirlərin olmasını görüb qonşusu Şahid1 zəng edərək bir qədər dəmir olmasını və onları metal qəbulu məntəqəsini aparmaq üçün dəmir yol stansiyasına gəlməsini bildirmişdir. Vahid gələnə kimi o hər birinin uzunluğu təxminən 1 metr olan 08 ədəd dəmirləri götürüb anbarın qapısının ağzına yığmış, təxminən 10-15 dəqiqədən sonra Vahid idarə etdiyi maşınla həmin sahəyə gələrək Opel markalı maşının arxa hissəsini anbarın qapısının ağzına vermişdir. Qapının ağzına yığdığı 8 ədəd dəmiri bir-bir Vahidə vermiş, Vahid də həmin dəmirləri maşının yük yerinə yığmağa başlamışdır. Bu zaman mülki geyimdə olan bir nəfər onlara yaxınlaşaraq, polis işçisi olmasını bildirib nə etdiklərini soruşmuş, o da dəmirləri metal qəbulu məntəqəsinə vermək üçün maşına yığdıqlarını bildirmişdir. Buna görə də həmin şəxs zəng edərək əlavə polis əməkdaşları dəvət etmiş və polislər onları dəmir yol stansiyasında yerləşən polis şöbəsinə aparmışlar. Oğurluq hadisəsini tək etmiş, Vahidi taksi maşını kimi dəmirləri aparmaqdan ötrü ora dəvət etmişdir. Həmin sahə yaşayış evlərinin əhatəsində olduğundan Vahid dəmirlərin ona məxsus olmasını bilmişdir. Maddi imkanı olmadığından həmin cinayət hadisəsini törətmiş, buna görə peşman olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, özünə məxsus olan “Opel” markalı ** FN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə taksiçilik fəaliyyəti göstərir. xx.xx.2020-ci il tarixdə Kənan zəng edərək dəmirləri olduğunu və onları dəmir qəbulu məntəqəsini aparmaq üçün dəmir yol stansiyasının yanındakı evlərin qarşısına gəlməyi xahiş etmişdir. O da idarə etdiyi maşınla həmin əraziyə getmiş, bir köhnə tikilinin qapısının ağzında dəmir olmasını görmüş, Kənan həmin dəmirlərin ona məxsus olmasını və metal qəbulu məntəqəsinə aparmaq istədiyini demiş, bu məqsədlə dəmirləri maşına yığarkən polis işçisi gələrək əlavə polislər də dəvət edib onları şöbəyə aparmışlar. Dəmirlərin oğurluq olmasını, dəmir yoluna məxsus olmasını bilməmiş, Kənan həmin dəmirlərin ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu stansiyası XPŞ-nin Suraxanı XPM-nin rəisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində xidməti sahəsinə aid olan dəmir yol stansiyasının ərazisini gəzərkən, stansiyada platformanın altında yerləşən yaşayış evlərinin qarşısında maşın dayanmasını görmüş, həmin ərazidə yaşayan şəxslərdən heç birinin maşını olmadığın bildiyindən maşına doğru getmiş, dəmir yoluna məxsus anbarın qapısının açıq olmasını, qapının qarşısında Opel markalı maşının dayanmasını və iki nəfərin həmin maşının yük yerinə dəmirlər yığmasını görmüşdür. Polis əməkdaşı olmasını bildirib nə etmələri ilə maraqlanmış və aydın olmuşdur ki, onlar anbarda olan rels yanlıqlarını götürərək metal qəbulu məntəqəsinə təhvil vermək istəyirlər. Hadisə yerinə əlavə polislər də dəvət etmiş və onları Sabunçu Rayon XPŞ-nə gətirərək təhvil vermiş, bu barədə raport yazmışdır. Onları polisə apararkən taksi sürücüsü bildirmişdir ki, dəmirlərin oğurluq olmasını bilməmiş, o taksi kimi gəlmiş, Kənan dəmirlərin ona məxsus olmasını bildirdiyindən maşına yığmasına icazə vermişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Azərbaycan Dəmir Yol QSC-nin Hüquq idarəsində hüquqşünas vəzifəsində işləyir. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxslə Şahid1 Suraxanı stansiyasında yerləşən anbardan rels yanlıqlarını maşına yığaraq aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanmışdır. Rels yanlıqları R-65 tipli olmaqla 4 ədədi yararlı, 4 ədədi isə yararsız olmuş, ekspertin rəyinə əsasən cəmi 152 manat dəyərində olmuşdur. Bildiyimə görə həmin dəmirlər qaytarılmışdır, idarənin şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq olunan Sabunçu XPŞ-nin Suraxanı XPM-nin rəisinin xx.xx.2020ci il tarixli raportundan aydın olur ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində ərazidə xidmətdə olarkən iki nəfərin Suraxanı dəmir yol stansiyasında platformanın altında yerləşən anbardan rels yanlıqlarını Opel markalı ** FN *** dövlət qeydiyyat nişanlı maşına yığdıqlarinı gördüyündən onlar polisə gətirilmiş və aydın olmuşdur ki, həmin şəxslər Təqsirləndirilən şəxs və Şahid1dur. Məhkəmədə tədqiq olunan xx.xx.2020-ci il tarixli “Nəqliyyat vasitəsinı baxış keçirilməsi haqqında” olan protokol və foto şəkillərdən aydın olur ki, X1 məxsus olub etibarnamə əsasında Şahid1 tərəfindən idarə edilən Opel markalı ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerində 8 ədəd hər birinin uzunluğu təxminən bir metr olan rels birləşdiriciləri aşkar olunmuş və götürülmüşdür. “Hadisə yerinə baxış keçirilməsi haqqında” olan xx.xx.2020-ci il tarixli protokol və foto şəkillər məhkəmədə tədqiq olunarkən aydın olur ki, hadisə yeri X10 yol stansiyasında, platformanın altında olan anbardan ibarətdir. Anbara giriş bir tağlı taxta qapıdan olmaqla, baxış zamanı qapı açıq vəziyyətdə olmuşdur. Anbarda dəmir yoluna aid işlənmiş vəziyyətdə olan müxtəlif avadanlıqlar-rels birləşdiriciləri, rels altlıqları və s. vardır. Baxış zamanı yerdən bir ədəd açıq vəziyyətdə olan asma qıfıl aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qıfıl qapının üzərində olmuş, daşla vurub açaraq aşkar edilmiş yerə atmışdır. Məhkəmədə tədqiqi olunan “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2020-ci il tarixli 101 saylı məktubunda göstərilmişdir ki, Suraxanı dəmir yol stansiyası platformasının altında yerləşən anbardan oğurlanmış 8 ədəd rels yanlıqlarının ümumi qiyməti 151 manat 98 qəpikdir. Məhkəmədə tədqiq olunan “Məhkəmə əmtəəşünaslıq ekspertizasının” xx.xx.2020-ci il tarixli 9/734 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 8 ədəd R-65 tipli rels yanlıqlarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 152 manat müəyyən edilir. O cümlədən 4 ədəd yararlı R-65 tipli rels yanlığı 130,40 manat, 4 ədəd yararsız R-65 tipli rels yanlığı 21,60 manat. Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhəri, 139 saylı MKİS-nin verdiyi xx.xx.2020-ci il tarixli 69 saylı arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs valideynləri və qardaşının ailəsi ilə birlikdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, bina 7, mənzil 22-də yaşayır. Bakı şəhəri, 139 saylı MKİS-nin verdiyi xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı müddətdə qonşularla pis münasibətdə olmuş, özünü qeyri nümunəvi aparmış, haqqında dövlət orqanları tərəfindən mütəmadi olaraq şikayətlər daxil olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə anadan olmuş Şəfiqə adlı azyaşlı övladı vardır. Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli 233 saylı məktubdan aydın olur ki, onlara dəymiş ziyan tam ödənildiyindən hər hansı tələb və iddiaları yoxdur. Cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqqında” olan xx.xx.2020-ci il tarixli qərardan aydın olur ki, ibtidai istintaq orqanı tərəfindən 08 ədəd R-65 tipli rels yanlıqları maddi sübut kimi tanınaraq maddi sübutların saxlanma kamerasına, xx.xx.2020ci il tarixli qəbzlə isə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən Dəmirov X2 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilsə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər, onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsində göstərilir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsində göstərilir ki, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, 1 azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq Dövlət Xəzinədarlıq Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab N: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Cinayət işinin materiallarından aydın olur ki, təhqiqat və ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili X6, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs olmuş Şahid1 hüquqlarını isə 7 saylı vəkil bürosunun vəkili X3 müdafiə etmişdir. Hər iki müdafiəçinin hüquqi yardım barədə tərtib etdikləri və cinayət işinə əlavə edilmiş hesabatlarında göstərmişlər ki, hər biri 45 saat hüququ yardın göstərməklə hər birinə 270 manat ödənilməlidir. Lakin cinayət işinin materialları ilə müəyyən olunur ki, vəkil X6 təxminən 12 saat hüquqi yardım etdiyindən 72 manat, X3 isə 10 saat hüquqi yardım etdiyindən 60 manat dövlət hesabından tutularaq Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 72 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 02 gün şübhəli şəxs kimi həbsdə saxlandığı müddət 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müəyyən məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti, məhkumun yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrası Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlansın. Cinayət işi üzrə maddi sübut hesab edilmiş 08 ədəd rels yanlıqlarının istintaq müddətində zərərçəkmiş hüquqi şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat Təqsirləndirilən şəxs alınaraq Dövlət Xəzinədarlıq Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab N: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini Bakı şəhəri 7 saylı vəkil bürosunun vəkili X6 müdafiə etdiyindən 72 manat, Şahid1 hüquqlarını 7 saylı vəkil bürosunun vəkili X3 müdafiə etdiyindən 60 manat dövlət hesabından tutularaq Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına, məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 72 manat dövlət hesabından tutularaq Bakı şəhəri 9 saylı vəkil bürosunun (VÖEN: ********** h./h ******************** Bank ABB Suraxanı filialı SWİF GODE İBAZAAZ2X, müxbir hesab: **********031, kod 805692, VOEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən hakim: Kəramət Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar