Məhkəmə qərarları › İş №1(010)-137/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-137/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-137/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Xüsusi ittihamçı X5, , Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X15, Təqsirləndirilən şəxs X14, X2 iştirakı ilə, 26 aprel 1966-cı ildə Şahbuz rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X19 xüsusi ittihamçı X11 tərəfindən ona görə ittiham olunmuşdur ki, o, xüsusi ittihamçı barəsində böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatları yaymaqla, sonuncunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçatmışdır. Xüsusi ittihamçı X11 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 11 sentyabr 2020-ci il tarixində Azərbaycan Televiziyasının ARB kanalı vasitəsilə onun 2 sot torpaq sahəsini ələ keçirdiyi və orada itləri ac və işgəncə verərək, orada saxladığı barədə böhtan xarakterli xəbər yayılmışdır. Əhməd Rzayev ARB kanalının curnalisti Gündüz Məmmədovla müsahibə zamanı onun haqqında bilərəkdən yalan məlumatlar yaymışdır. Ə.Rzayev reportacda bu barədə danışıb, ölkə daxili və bütün dünyaya haqqında kütləvi informasiya vasitələrində demişdir ki, o, yolu bağlayaraq 2 sot ərazini ələ keçirmişdir, həftədə bir-iki dəfə əraziyə gəlir, itlərə baxmır, onlara işgəncə verir və ac saxlayır, sahəsində antisanitariyadır, itlərin yeməyi və suyu yoxdur, itlər aclıqdan çuxur qazır və yemək axtararaq, küçəyə çıxıb, uşaqları dişləyirlər. Bunların hamısı yalan və böhtandır. O, öz torpaq sahəsində küçədən götürdüyü itləri saxlayır. Bunlar köməyə ehtiyacı olan itlərdir: əlil, zəif, ağır xəstə. Onlar üçün kifayət qədər geniş yerlər düzəltmişdir. Onlar üçün qutular quraşdırmışdır. Bütün itlər mikroçiplənib, onlara peyvənd vurulmuşdur. O, mütəmadi olaraq tək ərazisini deyil, həm də qapının xaricindəki ərazini dezinfeksiya edir, yerlərini təmizləyir və hər gün itləri yedirdir. Əvvəllər yol olan əlavə sahənin ələ keçirməsinə gəldikdə, bu da yalan və böhtandır. Belə ki, o, torpağını 12 il əvvəl almışdır. Qeyd olunan torpağı aldıqda, artıq o, hasara alınmışdır. O, heç nəyi nə azaldıb, nədəki torpağa əlavə etməmişdir. Orada heç vaxt yol olmayıb. Plan mövcuddur və həmin planda yol nəzərdə tutulmayıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması dedikdə, bu cür məlumatların mətbuatda dərc edilməsi, radio və televiziya və digər kütləvi informasiya vasitələrində yayımlanması, internetdə yayılması, habelə digər telekommunikasiya vasitələrindən istifadəsi, xidmət xüsusiyyətlərində təqdimatı, ictimai çıxışlar, vəzifəlilərə ünvanlanan açıqlamaları başa düşülməlidir. Ə.Rzayev müxbirin öz həyətindən ümumi həyətə daxil olmasına və onun icazəsi olmadan (o, olmayanda) ona məxsus olan ərazinin çəkilişinin aparılmasına icazə vermişdir, bu da onun hüquqlarının pozulmasıdır. Üstəlik, Ə.Rzayev və ailə üzvləri mütəmadi olaraq ərazinin çəkilişini edir və Youtube kanalında yayırlar. Azərbaycan Respublikası Konstitusiyasının şəxsi toxunulmazlıq hüququ haqqında 32-ci maddəsinin lll bəndinə əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkünlüyünə yönəlmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1-ci, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü və 147-ci maddələrini, eləcə də Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən ünvan 3 ünvanında yaşayan vətəndaş X16 qarşı cinayət işi başlanmasını, kütləvi informasiya vasitələrində böhtana görə Ə.Rzayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və ona qanuna uyğun olaraq cəza təyin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X11 şikayəti müdafiə edərək, əlavə oraqa göstərmişdir ki, o, hazırda istifadəsində olan torpaq sahəsini başqa şəxsdən satın almışdır. Onun hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsi 6 sotdan artıqdır, lakin o, torpaq sahəsini elə bu həjmdə satın almışdır, əlavə olaraq heç bir ərazini zəbt etməmişdir və heç bir hasar inşa etməmişdir. Ərazinin peykdən çəkilən çəkilişindən də görünür ki, onun torpaq sahəsinin yanında heç bir yol mövjud olmamışdır. Təqsirləndirilən şəxs digər qonşuları da onun üzərinə qaldıraraq, müxtəlif instansiyalara onun barəsində həqiqətə uyğun olmayan məlumatları özündə əks etdirən ərizələr yazır. Sonunjunun məqsədi onun əlindən torpaq sahəsini almaqdan ibarətdir. ARB kanalında onun barəsində reportac getdikdən sonra müxtəlif şəxslər tərəfindən onun nüfuzunu alçaldan komentariyalar yazılmışdır. Göstərilənlərə əsasən, X14 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X19 xüsusi ittihamçının ona verdiyi ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, iş üzrə xüsusi ittihamçı X3 qonşuluqda yerləşən torpaq sahəsi vardır. İlk olaraq qeyd etmək istəyir ki, ərazidə yaşayan bütün sakinlərin hər birinə, o, jümlədən onun özünə və xüsusi ittihamçıya da 5 sot həjmində torpaq sahəsi verilmişdir. Torpaq sahələri əvvəllər Nord müəssisəsinə məxsus olmuşdur və xüsusi ittihamçının bu torpaq sahəsini digər şəxsdən almasına dair fikirlərinin heç bir əsası yoxdur. Xüsusi ittihamçı özünə məxsus torpaq sahəsini başqa şəxsdən alsaydı belə, yenə də sonunjunun sənədlərinə əsasən bu sahənin həjmi 5 sotdur. Lakin xüsusi ittihamçı 7 sotdan artıq torpaq sahəsindən istifadə etməklə, onun fikrinjə, dənizə gedən yolu bağlamışdır. Suraxanı rayon İH-nin mütəxəsisləri tərəfindən də yerdə ölçmə işləri aparılmış və müəyyən olunmuşdur ki, xüsusi ittihamçı tərəfindən 5 sot deyil, daha artıq həjmdə torpaq sahəsi istifadə olunur. Xüsusi ittihamçının özü də 6 sotdan artıq torpaq sahəsindən istifadə etməsini inkar etmir, lakin bildirir ki, bu sahəni elə bu həjmdə almışdır və əlavə olaraq heç bir hasar inşa etməmişdir. Onun və digər qonşular üçün bunun heç bir əhəmiyyəti yoxdur, əsas odur ki, xüsusi ittihamçı tərəfindən faktiki olaraq hal-hazırda özünə məxsus 5 sot torpaq sahəsindən artıq həjmdə torpaq sahəsi istifadə olunur və onun və digər qonşuların fikrinjə, bu dənizə gedən yolun bağlanmasına səbəb olur. Bu səbəbdən o, və digər qonşular tərəfindən bu məsələ ilə bağlı Suraxanı rayon məhkəməsində iddia qaldırılmışlar. 11 sentyabr 2020-ci il tarixində Azərbaycan Televiziyasının ARB kanalının müxbir tərəfindən ərazidə fəaliyyət göstərən avtomaşınları yuma məntəqələri barəsində reportac hazırlayarkən, o, və ərazidə yaşayan digər qonşular müxbirə müsahibə verərək, ərazidə olan problemlər barədə danışmışlar. Bu zaman konkret olaraq onun tərəfindən xüsusi ittihamçının əraziyə həftədə bir-iki dəfə gəlməsinə, itlərə baxmamasına, onlara işgəncə verməsinə və ac saxlamasına, sahəsində antisanitariya olmasına, itlərin yeməyinin və suyunun olmadığına, itlərin aclıqdan çuxur qazdığına və yemək axtararaq, küçəyə çıxıb uşaqları dişləməsinə dair heç bir fikir səsləndirilməmişdir, bunu müxbirə digər qonşular bildirmişlər və ərazidə itlərin saxlanmasının qanuna zidd olmasına dair fikirlər qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də öz təsdiqini tapmışlar. O, müxbirə müsahibə verərkən, yalnız xüsusi ittihamçı tərəfindən özünə məxsus torpaq sahəsindən artıq həjmdə torpaq sahəsinin zəbt etdiyi və onun fikrinjə, bunun nətijəsində dənizə gedən yolun bağlanması göstərilmişdir. Bir daha qeyd edir ki, torpaq sahəsindən artıq həjmdən sahənin istifadə edilməsi xüsusi ittihamçının özü tərəfindən də inkar olunmur, bunun nətijəsində yolun bağlanması isə onun mülahizəsidir, bu barədə o, və digər qonşular tərəfindən məhkəmədə iddia qaldırılmışdır. O, ARB kanalının müxbirinə müsahibə verərkən, xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələmək, sonunjunun işgüzar nüfuzuna xələl gətirmək niyyəti olmamışdır, problemi həll etmək məqsədi olmuşdur. O, və digər qonşular dəfələrlə xüsusi ittihamçıya mürajiət edərək, bu problemlərin həll olunmasını təklif etmiş, lakin sonunju onlara heç bir əhəmiyyət verməmişdir. Bu səbəbdən o, ona elan edilmiş ittihamla qətiyyən razı deyil. X10 barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərdi ki, iş üzrə xüsusi ittihamçı və təqsirləndirilən şəxs onun qonşularıdır, arada xüsusi ittihamçının saxladığı it fermasıdır, bir tərəfində, o, Əhməd Rzayev və digərləri yaşayır. Onun torpaq sahəsinin də həjmi digər qonşular kimi 5 sot təşkil edir. O, 4-5 ildir ki, orada yaşayır. Torpaq sahələri sakinlərə Nord zavodu tərəfindən verilib. O, özünə məxsus evi tikəndən bəri itlər oradadır. Yelena Semakina onun qonşusudur, sonunju dənizə gedən yolu zəbt etmişdir, nətijədə dənizə getmək üçün 1 km yol gedilməlidir. Məhkəmə xüsusi ittihamçını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, X14 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyinə görə, təqsirləndirilən şəxsə bəraət verilməlidir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 1(010)-137/2021 saylı 18.05.2021-ci tarixli qərarından görünür ki, Simakina Yelena X1 qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmuşdur. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 1(103)-1107/2021 saylı 26.07.2021-ci tarixli qərarından görünür ki, X11 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş və iş materialları Suraxanı rayon Məhkəməsinə hazırlıq iclası mərhələsinə göndərilmişdir. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 2(010)-4683/2021 saylı 13.10.2021-ci tarixli qərardadından görünür ki, iddiaçı X5 cavabdeh X16 qarşı tikinti qaydalarına uyğun olaraq pəncərənin bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Suraxanı rayon Məhkəməsinin 2(010)-782/2021 saylı 09.04.2021-ci tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən torpaq sahəsində saxladığı heyvanların həmin ərazidən köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7010/2021 saylı 27.10.2021-ci tarixli qərarından görünür ki, cavabdeh X5 nümayəndəsi və vəkili X13 təfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X16 xüsusi ittihamçı X11 tərəfindən Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozisiyasına görə, həmin maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət böhtan, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla törədildikdə yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfidedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqətidedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzudedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Böhtan hər hansı digər diffamasiya halları kimi (ləkələyici, böhtan və ya təhqiredici xarakterli məlumatların yayılması) həmişə şəxsi, mənəvi hüquqların toxunulduğu hallardır. Diffamasiya ümumi mənada böhtan xarakterli məlumatların yayılması deməkdir. Sonra isə onun müxtəlif konfiqurasiyaları olur: qeyri-dəqiq ləkələyici məlumatların yayılması, sadəcə olaraq qeyri-dəqiq və bilərəkdən yalan ləkələyici məlumatların yayılması – məhz bu, böhtandır. Mülki-hüquqi diffamasiyanın klassik tərkibi böhtan xarakterli qeyri-dəqiq məlumatdır, lakin onu yayan şəxs bu məlumatın yalan olduğunu bilməyə də, vicdanlı olaraq aldanmış və ya xətaya düşmüş ola bilər. Böhtan, diffamasiyaya dair mülki iddiadan fərqli olaraq cinayət əməlidir. Və bu iki hüquq pozuntusu arasındakı fərq ondan ibarətdir ki, böhtan həmişə bilərəkdən yalan olan faktoloji məlumatların yayılmasıdır. Bu o deməkdir ki, həmin şəxs yalan yaydığını əvvəlcədən bilmiş və kiminsə nüfuzuna xələl gətirmək məqsədi ilə bilərəkdən bunu etmişdir. Ləyaqət və şərəf bir çox hüquq sahələrinin normaları ilə qorunur. Lakin ictimai münasibətləri daha kobud və yolverilməz formada pozan hər hansı əməl, bir qayda olaraq, cinayət qanununda cinayət kimi nəzərdə tutulur. Şəxsin konstitusion dəyərləri olan ləyaqəti, şərəfi, nüfuzu, cinayət hüququnun müdafiə obyekti xassəsini itirməməlidir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab edir ki, öz fikirlərini açıq şəkildə ifadə etmək o halda cinayət məsuliyyətinə səbəb ola bilər ki, bu fikirləri qəbul edən insanları qanunsuz hərəkətlərə və ya zorakılığa sövq edə bilsin və yalnız bu şərtlə ki, əməl qəsdən, yüksək ehtimalla, bu kimi hərəkətlərə təhrik etmək niyyətilə edilsin. Şəxsin ictimai qiymətinin ədalətliliyinin hüquqi müdafiəsini yüksək sosial təhlükə törətməyən, əksər hallarda məişət və ya xidməti münaqişələr zəminində inzibati və ya mülki hüquq normaları ilə həyata keçirmək daha humanistcəsinədir. Bu cür hərəkətləri edən şəxs, bir qayda olaraq, məlumdur, bir şəxs haqqında ədalətsiz qiymətləndirmə nisbətən kiçik bir qrupda (kollektiv üzvləri, evin sakinləri arasında) yayılır, zərər isə yalnız müəyyən bir şəxsin mənafeyinə vurulur. Çətin ki, ibtidai istintaqa xas olan mürəkkəb və uzun prosedurlar burada özünü doğrultsun. Böhtan işlərinin ən çətin tərəfi böhtan atan şəxsin yalan yaydığını bildiyini sübut etməkdir. Əgər bu sübuta yetirilməzsə, inzibati məsuliyyət, mənəvi zərərin ödənilməsi mümkündür, lakin cinayət təqibi mümkün deyil. Böhtan əlamətlərini müəyyən etmək üçün zərərçəkmiş haqqında yayılan yalan məlumatın onun şərəf, ləyaqət və nüfuzunu ləkələməsi lazımdır. Yayılan məlumat yalan da olsa, qurbanı rüsvay etmirsə, böhtan yoxdur. Qanunda açıq şəkildə göstərilir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Buradan belə nəticə çıxır ki, böhtana məhkəmə-hüquqi qiymət verilməsi təkcə cinayət qanunu normalarının ifadəsini deyil, həm də onun əsaslandırılmasını nəzərdə tutur. Məhkəmə göstərməlidir ki, böhtanı niyə belə tövsif etmişdir. Məhz hökmün tərtib edilməsi mərhələsində məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı nəticə çıxarmalıdır. Böhtan yalnız birbaşa qəsdən törədildiyi üçün hökmdə müttəhimin bilavasitə niyyəti olduğunu göstərən halların məcmusuna istinad etmək lazımdır. Başqa sözlə, niyyət cinayətin baş verməsi hallarının məcmusu ilə sübuta yetirilir. Bütövlükdə təqsirləndirilən şəxsin təqsiri və ya irəli sürülən ittihamın ayrı-ayrı epizodları, təqsirinin forması, cinayətin törədilməsində iştirak dərəcəsi və xarakteri, vicdanlı yanılma da daxil olmaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. kimi aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar müttəhimin lehinə şərh edilməlidir. İttihamın dəstəklənməsi təkcə məhkəmə iclasında iştirakla məhdudlaşmır, bütün məhkəmə prosesi boyu həyata keçirilir. Yuxarıda deyilənlərin məna və mahiyyətindən çıxış edərək, şəxsin təqsirini sübut etmək, yəni qəsdi və bildiyini sübut etmək vəzifəsi xüsusi ittihamçının üzərinə düşür. Məhkəmə, ilk olaraq qeyd edir ki, X19 tərəfindən ARB telekanalında verdiyi müsahibəsində səsləndirilmiş fikirlərdə ümumiyyətlə xüsusi ittihamçının şərəfini ləkələyən, sonunjunun şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan sözlərdən istifadə edilməmişdir. Belə ki, məhkəmə ijlasında tərəflərin iştirakı ilə videodiskdə baxılaraq tədqiq edilmiş 11 sentyabr 2020-ci il tarixində Azərbaycan Televiziyasının ARB kanalının müxbir tərəfindən hazırlanmış reportacdan müəyyən olunur ki, ərazidə yaşayan qonşular müxbirə müsahibə verərək, ərazidə olan problemlər barədə danışmış, bu zaman konkret olaraq təqsirləndirilən şəxs tərəfindən xüsusi ittihamçının əraziyə həftədə bir-iki dəfə gəlməsinə, itlərə baxmamasına, onlara işgəncə verməsinə və ac saxlamasına, sahəsində antisanitariya olmasına, itlərin yeməyinin və suyunun olmadığına, itlərin aclıqdan çuxur qazdığına və yemək axtararaq, küçəyə çıxıb uşaqları dişlədiyinə dair heç bir fikir səsləndirilməmişdir, bunu müxbirə digər qonşular bildirmişlər. Reportacdan görünür ki, hazırki iş üzrə təqsirləndirilən şəxs müxbirə müsahibə verərkən, yalnız xüsusi ittihamçı tərəfindən özünə məxsus torpaq sahəsindən artıq həjmdə torpaq sahəsinin zəbt etdiyi və onun fikrinjə, bunun nətijəsində dənizə gedən yolun bağlanmasını göstərmişdir. Məhkəmə böhtan yayan şəxsin niyyətini müəyyən etməli və bunu sübut etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz ifadəsini yalan və ya doğru hesab etdiyinə şübhə ilə yanaşır, çünki o, özü və digər insanlar üçün çox əhəmiyyətli hesab etdiyi məsələyə münasibətini açıq şəkildə ifadə edib. Torpaq sahəsinin zəbt edilməsi ilə bağlı dənizə aparan yolun daralması ilə bağlı fikrə baxsaq, bunu qanunun anladığı mənada böhtan hesab etmək çətindir. Bunlar daha çox dəyər mühakimələridir. Düzdür, fikir tənqidi xarakterlidir və şikayətçi üçün həssasdır. Buna baxmayaraq, bu yalnız qiymətdir. Əgər şəxs vicdanla səhv edibsə, yayılan məlumatı doğru hesab edibsə, böhtana görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirkar şəxsin hərəkətlərində CM 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasını müəyyən etmək üçün yayılan böhtan xarakterli məlumatın onun üçün bilərəkdən yalan olması lazımdır. İnsanın zərərçəkmiş şəxs haqqında subyektiv fikrinin ifadəsi olan ifadə edilmiş dəyər mühakimələri böhtan sayılmır. Məlumatın qəsdən yalan olması o deməkdir ki, təqsirkar şəxs onların reallığa açıq-aşkar uyğun olmadığını bilir. Başqa şəxs haqqında biabıredici olsa da, həqiqətə uyğun məlumatların yayılması böhtana görə cinayət məsuliyyətinə səbəb olmur. Eyni şəkildə, əgər bir şəxs səhvən vicdanla, həqiqətə uyğun gəlməyən böhtan xarakterli məlumat yayırsa, bu məsuliyyət də istisna edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin Planı və Ölçüsündən görünür ki, Bakı şəhər XDS İK-nin 12.10.1985-ci il tarixli 16/358 saylı və “Nord” b/y-nin 08.06.1999-u il tarixli 2-99 saylı protokolu ilə X7 10 saylı bağ evinin tikintisi üçün Suraxanı rayonu Hövsan bağ massivində 500 kvadrat metr həjmində torpaq sahəsi verilmişdir. Məhkəmə baxışı zamanı izahat vermiş xüsusi ittihamçı X11 özünə məxsus qeyd olunan torpaq sahəsinin digər vətəndaşdan aldığını, hal-hazırda istifadəsində olan torpağın sahəsinin 6 sotdan artıq olduğunu, lakin torpaq sahəsini alarkən, onun elə bu həjmdə olduğunu və bu səbəbdən heç bir əlavə sahəni zəbt etmədiyini və yeni hasar çəkmədiyini bildirmişdir. Bu zaman xüsusi ittihamçı tərəfindən qanuni əsaslarla ona məxsus 5 sot torpaq sahəsindən əlavə olaraq digər torpaq sahəsini hansı əsaslarla istifadə etməsinə, hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin əldə etməsinə dair notariat qaydada təsdiq olunmuş müqavilə təqdim etməmişdir. İş materialarında olan, iş üzrə iddiaçılar Əhməd Rzayev və digərləri tərəfindən Suraxanı Rayon Məhkəməsinə verilmiş iddia ərizəsindən görünür ki, iddiaçılar cavabdeh X4rşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, zəbt edilmiş, ümumi küçəyə məxsus torpaq sahəsinin ərazidə sakinlərin ümumi istifadəsinə qaytarılmasının təmin edilməsi üçün məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişlər. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında torpaq sahəsinin qanuni və ya qanunsuz istifadə edilib-edilməməsinə dair məhkəmə mübahisəsi mövjuddur. Belə olan halda, təqsirləndirilən şəxs Ə.Rzayev tərəfindən Azərbaycan Televiziyasının ARB kanalında səsləndirdiyi mülahizələr faktın əks etdirilməsi kimi deyil, onun fikrinin əks etdirilməsi kimi qiymətləndirilməlidir ki, bu da özü-özlüyündə jinayət-hüquqi qiymətləndirmə baxımından böhtan sayıla bilməz. Təqsirləndirilən şəxsin ərazidə mövjud olan ümumi problemə münasibətdə fikrinin bildirməsi onun ifadə azadlığına hər hansı məhdudiyyət qoyulmasının zəruriliyini istisna edir. Belə bir məhdudiyyətin tətbiqi üçün ciddi ictimai tələbat mövcud deyildir. Məhkəmə müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin xüsusi ittihamçının hərəkətləri ilə bağlı dövlət orqanlarına və məhkəmələrə dəfələrlə müraciət etdiyi və şikayət etməkdə davam etdiyi üçün onun barəsində mənfi fikir söyləməyə əsası olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslər arasında yaranmış gərgin şəxsi münasibətləri, habelə prosesdə müəyyən edilmiş faktiki halları nəzərə alaraq, belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs yayılmasında təqsirləndirildiyi informasiya yayarkən, onları yalan hesab etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ə.Rzayevin yalan olduğunu bilə-bilə xüsusi ittihamçı Y.Semakinanın şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və internet informasiya ehtiyatında yaymaqla böhtan atması, yəni Ə.Rzayevin əməlində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olması barədə hər hansı bir fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və Siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmin Məjəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məjəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məjəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məjəllənin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Həmin Məjəllənin 42.1.1- 42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məjəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məjəllənin 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məjəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007- ci il tarixli, X6rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi təqsirləndirilən şəxs Ə.Rzayevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsi ilə bağlı BMT İnsan Haqları Komitəsi tərəfindən qəbul edilmiş 34 saylı Ümumi Şərhdə qeyd edildiyi kimi, “İştirakçı dövlətlər böhtanın cinayətlər kateqoriyasından çıxarılmasını nəzərdən keçirməlidirlər, lakin istənilən halda cinayət hüququ yalnız ən ağır işlərlə bağlı tətbiq olunmalı və azadlıqdan məhrum etmə heç bir halda adekvat cəza tədbiri sayılmamalıdır. İştirakçı dövlət şəxs böhtanda ittiham edildikdən sonra həmin şəxsin dərhal mühakimə olunmaması hallarından çəkinməlidir, çünki bu təcrübə həmin şəxsin və ya başqalarının ifadə azadlığı hüququnun həyata keçirilməsini lazımsız şəkildə məhdudlaşdırıcı təsirə malikdir”. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək, Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Ə.Rzayevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ji maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X16 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-350, 352, 353, 381, 384 və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X19 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və əməlində cinayət tərkibi olmadığına görə X16 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə bəraət verilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müdətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar