Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-137/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, 2-ci qrup əlilliyi olan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək ə/d, Sədərək kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, 09 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 4(010)- 224/2024 saylı qərarı ilə barəsində əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmaqla, 01 oktyabr 2024-cü il tarixədək həbs növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, 4(010)-272/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(010)-543/2024 saylı qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda, etibardan sui-istifadə etməklə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmə ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun həbsdə olan qardaşı X6 həbsdən azad edilməsinə nail olmasına yalandan vəd verib aldadaraq vahid niyyətə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla, Zərərçəkmiş şəxs 2021-ci ilin avqust ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Heydər Əliyev parkında 4000 (dörd min) manat, 2021-ci ilin sentyabr ayında həmin yerdə 2000 (iki min) manat, 2021-ci ilin dekabr ayında həmin yerdə 5000 (beş min) manat, 2022-ci ilin yanvar ayında həmin yerdə 3000 (üç min) manat, 2022-ci ilin may ayında isə həmin yerdə 7000 manat məbləğində pul vəsaitlərini ələ keçirərək, ümumilikdə 21000 (iyirmi bir min) manat pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs, ümumilikdə 21000 (iyirmi bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Şahid vasitəsilə tanış olmuşdur. Şahid təxminən 2021-ci ilin tarixini dəqiq xatırlamadığı vaxtda ona zəng edərək Zərərçəkmiş şəxs qardaşı barəsində cinayət işi olduğunu və həmin cinayət işi ilə bağlı köməklik etməsini xahiş etmişdir. Bundan sonra, Vidadi və Anarla görüşmək üçün Hövsan qəsəbəsində parka getmişdir. Məsələ ilə bağlı olaraq Zərərçəkmiş şəxsla danışmış və bildirmişdir ki, ona köməklik edə bilər. İlkin olaraq Hövsan qəsəbəsində parkda Zərərçəkmiş şəxs 6000 manat pul almışdır. Həmin 6000 manat pulu müəyyən işlər görmək üçün xərcləmiş, sonradan Zərərçəkmiş şəxs 2000 manat pul almış və həmin pulu da vəkillə müqavilə bağlanması üçün ödəmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs hissə-hissə olmaqla, 12000 manat pul almışdır. Həmin 12000 manat puldan isə heç kimə heç nə verməmiş, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs aldığı pullara görə aralarında mübahisələr yaranmış, o, hissə-hissə olmaqla, Zərərçəkmiş şəxs 7400 manat pulu geri qaytarmışdır. Hazırda isə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və barışmışlar, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və ya şikayəti yoxdur. Lakin məhkəmə tərəfindən ona kifayət qədər vaxt verilməyinə baxmayaraq maddi imkanı olmadığından dövlət büdcəsinə olan 25 faiz məbləği ödəyə bilməmişdir. Ona dövlət büdcəsinə 25 faiz məbləğin ödənildiyi halda cinayət məsuliyyətindən azad ediləcəyi məhkəmədə izah olunmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs qardaşı Azərbaycan Respublikası CM-in 234-cü maddəsi ilə ittiham olunmuşdur. İş Bakı Ağır Cinayətlər Məhkəməsinin, sonra isə Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Pulu işin ibtidai istintaqı zamanı almışdır. Zərərçəkmiş şəxsə pulu Bakı Apellyasiya Məhkəməsi qərar qəbul etdikdən sonra qaytarmışdır. Şahid əvvəlcədən tanımış, belə ki, onunla birlikdə işləmişlər. 2-ci qrup əlilliyi vardır. Şahid pul verməmişdir. Həmçinin pulu qaytarmaqda Şahid köməkliyi də olmamışdır. Zərərçəkmiş şəxslə barışmasını, şikayət və tələbin olmamasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, 2-ci qrup əlilliyinin olmasını, əməlindən peşiman olmasını nəzərə alaraq yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş yükünün ağırlığı səbəbindən iştirak etməmiş, məhkəməyə bu barədə ərizə təqdim edərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bundan əlavə, təqdim etdiyi ərizələrdə təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə tərəfindən Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı olan Şahid vasitəsilə tanımışdır. 2021-ci il tarixdə, qardaşı X11 RPİ tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə, CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbs edilmişdir. Həmin vaxt qardaşına köməklik etmək üçün adam axtarmışdır. Bu zaman Vidadi ona bildirmişdir ki, tanışı var, bu işlərlə məşğuldur, özü də keçmiş polis əməkdaşıdır. Həmin şəxsin keçmiş polis əməkdaşı olmasına inanıb onu aldatmayacağı qənaətinə gələrək Təqsirləndirilən şəxslə görüşmək istəmişdir. Bu zaman Şahid Malikə zəng edərək yanlarına, Hövsan qəsəbəsində parkda görüşə dəvət etmişdir. Onlar görüşüb məsələni Malikə danışmışdır. Həmin vaxt Malik özündən əmin şəkildə bundan əvvəl də belə işlər gördüyünü bildirib həll edəcəyini demiş və telefonla kimləsə danışmışdır. 2021-ci ilin avqust ayında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Heydər Əliyev parkında Malikə 4000 manat pul vermiş, Malik isə 4000 manatı iş üzrə təyin edilmiş müstəntiqə verəcəyini bildirmişdir. Pulu verdikdən sonra isə Maliklə əlaqə saxladıqda narahat olmamasını, düzələcəyini demişdir. Bundan sonra Maliklə birlikdə, Nizami RPİ-nin İŞ-ə getmişlər. Özü çöldə dayanmış, Malik müstəntiqin yanına girib çıxdıqdan sonra bildirmişdir ki, müstəntiq 3000 manat pul istəyir, lakin onunla razılaşmamış və müstəntiqə 2000 manat pul çatdırmaq lazım olduğunu bildirmişdir. Həmin vaxt üzərində o qədər pul olmadığını demiş, Malik isə ona pulu təcili tapmalı olduğunu bildirmişdir. Həmin vaxt pulu müstəntiqə verməsinin orada olan sənədlərdə düzəlişə görə lazım olduğunu demişdir. Yenidən borc alaraq təxminən iki gün sonra, Hövsan qəsəbəsində görüşüb həmin parkda Təqsirləndirilən şəxs pulu çatdırmışdır. Malik isə pulu müstəntiqə çatdırdığını bildirmişdir. Bundan sonra, iş məhkəməyə göndərilmiş və 2021-ci ilin dekabr ayında Malik bildirmişdir ki, işi məhkəmədə həll edəcək, əlavə olaraq 5000 manat pul lazımdır. 2021-ci ilin dekabr ayında, dəqiq hansı tarixdə yadında qalmamışdır, həmin 5000 manat pulu tapıb Hövsan qəsəbəsində Heydər Əliyev parkında Malikə verdikdən sonra, növbəti gün yenidən zəng edərək əlavə olaraq 3000 manat da pul lazım olduğunu bildirmişdir. Əlacsız qalıb təxminən 2022-ci ilin yanvar ayında həmin 3000 manatı da tapıb həmin parkda Malikə çatdırmışdır. Bundan sonra qardaşına Bakı Ağır Cinayətlər məhkəməsində 9 il cəza vermişlər. Malikdən nə üçün belə olduğu barədə maraqlandıqda işi apellyasiyada həll edəcəyini, apellyasiya məhkəməsinə 7000 manat pul lazım olduğunu bildirmişdir. Həmin 7000 manat pulu tapıb 2022-ci ilin may ayında Malikə vermişdir. Lakin Apellyasiya Məhkəməsi olduqdan sonra, qardaşının cəzası bir il endirilmiş, Malikə nə üçün belə olduğunu bildirdikdə isə demişdir ki, burada alınmadı, Ali Məhkəmədə həll edəcək. Malikin artıq dediklərinə inanmadığı üçün ondan pulunu tələb etmişdir. Malik hər gün müxtəlif bəhanələr gətirərək müddəti uzadırdı. Ondan pulunu tələb etdikdə, hissə-hissə olmaqla, yəni 200 manat, 300 manat, 400 manat, 800 manat, 1200 manat olmaqla, ümumilikdə 7200 manat pulunu geri qaytarmışdır. Lakin qalan pulu qaytarmadığı üçün Malik barəsində polisə rəsmi müraciət etmişdir. Şahid pul verməmiş, pulu yalnız Təqsirləndirilən şəxs özünə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs ona zəng edərək bildirmişdir ki, Hövsan qəsəbəsində yerləşən Heydər Əliyev parkındadır, onun problemi var, gəlib onunla görüşsün. Heydər Əliyev adına parka gedib Anarla görüşdükdə sonuncu bildirmişdir ki, qardaşı tutulub, ona kömək lazımdır. O, Anara demişdir ki, bu işi özü həll edə bilməyəcək, lakin Təqsirləndirilən şəxs adlı bir tanışı var, bu məsələni həll edə bilər. Anarın xahişi ilə Maliki çağırmış, Malik Hövsan qəsəbəsində yerləşən Heydər Əliyev adına parka gəlmiş və Anarı dinləyəndən sonra demişdir ki, köməklik edəcək, Anar ona pul verməlidir. Səhərisi gün özü, Anar və Təqsirləndirilən şəxs Hövsan qəsəbəsində Heydər Əliyev parkında görüşdükdə Anar Təqsirləndirilən şəxs 4000 manat pul vermişdir. Onlar Nizami Rayon Polis İdarəsinə getmiş, X12 daxil olduqdan təxminən 20-30 dəqiqədən sonra çıxmışlar və Malik demişdir ki, Anarın qardaşının işi həll olundu. Ətraflı ona deməmişlər. Bundan sonra, Malik və Anarla Anarın qardaşının işinə görə, birlikdə məhkəməyə getmişlər. Bir neçə dəfə görüşüb danışmışlar. X9 2000 manat, 3000 manat və digər məbləğlərdə pullar almış, ümumilikdə Malik Anardan 21000 (iyirmi bir min) manat pul almışdır. Sonradan eşitdiyinə görə, Malik Anardan götürdüyü pullardan 7000 manat pulu özünə qaytarmışdır. Özü Zərərçəkmiş şəxs pul almamış, Anar pulu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs məxsus və Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 21000 manat puldan ona heç nə çatmamışdır. Maliki Anarla tanış edərkən istəyirdi ki, Anara kömək olunsun, bu işdə heç bir maddi marağı olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Anarla qonşuluqda yaşadıqları üçün tanışdırlar. Təqsirləndirilən şəxsin əvvəllər məhkumluğu olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs ona pul verməmişdir. O, sadəcə Anara köməklik etmək istəmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 7000 manat pul almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni gözü zəif olduğu üçün oxuya bilməmişdir. Təqsirləndirilən şəxs pulu qaytarmaqda köməklik etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: ********* nömrəli cinayət işi 01 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X7 tərəfindən HK-1/971 saylı material əsasında fakta görə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəisinə ünvanlanmış 03 aprel 2024-cü il tarixli raportdan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs müraciəti icraata daxil olmuşdur. Aparılmış ilkin araşdırma zamanı vətəndaşa külli miqdarda ziyan dəyməsi müəyyən edilmişdir. (iş.v. 3) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanan 01 mart 2024-cü il tarixli ərizədən görünür ki, qardaşı X8 12 avqust 2021-ci il tarixdə, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün onu məsuliyyətdən qurtarmaq məqsədilə keçmiş tanışı olan Vidadi adlı şəxsə ümumilikdə, 20000 manat pul vermişdir. Lakin qardaşının məsələsini həll edə bilməmiş, həmin pulun 7000 manatı qaytarılsa da, qalan pulu bugünədək ala bilməmişdir. Vidadi adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və ona dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. (iş.v. 5) Zərərçəkmiş şəxs tərəfindən qəbzlərdən görünür ki, Suraxanı RPİ-yə ilkin ərizə verdiyi 03 aprel 2024-cü il tarixədək Təqsirləndirilən şəxs tərəfindən ona 400, 500, 400, 1000, 1200, 600, 800, 400, 250, 200, 250, 700, 500 və 200 (qəbzi yoxdu) manat olmaqla, ümumilikdə 7400 manat məbləğində pul qaytarılmışdır. (iş.v. 10-13) 02 iyul 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 26-27) 11 iyul 2024-cü il tarixli “üzləşdirmə istintaq hərəkəti protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı öz ifadəsində göstərdiklərini bir daha onun üzünə qarşı deyərək təsdiq etmişdir. (iş.v. 68-70) 08 sentyabr 2024-cü il tarixli “qəbzlərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs tərəfindən ona dələduzluq yolu ilə vurulmuş maddi ziyanın ödənilməsi zamanı ödəniş terminallarından Zərərçəkmiş şəxs göndərilmiş qəbzlərin surətlərinə Suraxanı RPİ-də baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş 13 (on üç) ədəd ödəniş terminallarının qəbzərinin surətləridir. Həmin qəbzlər aşağıdakılardır:
1. “eManat” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 400 manat pulun ödənilməsi,
2. “M10” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023cü il tarixdə 500 manat pulun ödənilməsi,
3. “M10” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023cü il tarixdə 400 manat pulun ödənilməsi,
4. “Mpay” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 1000 manat pulun ödənilməsi,
5. “eManat" ödəniş terminalından X1 məxsus kart hesabına xx.xx.2022-ci il tarixdə 1200 manat pulun ödənilməsi,
6. “Mpay” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 600 manat pulun ödənilməsi,
7. “Mpay” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 800 manat pulun ödənilməsi,
8. “Mpay” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 400 manat pulun ödənilməsi,
9. “Mpay” ödəniş terminalından Şamama S.S. məxsus kart hesabına xx.xx.2024-cü il tarixdə 250 manat pulun ödənilməsi,
10. “MilliÖn” ödəniş terminalından Şamama S.S. məxsus kart hesabına xx.xx.2024cü il tarixdə 200 manat pulun ödənilməsi,
11. “Mpay” ödəniş terminalından Şamama S.S. məxsus kart hesabına xx.xx.2024cü ildə 250 manat pulun ödənilməsi,
12. “M10” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 700 manat pulun ödənilməsi,
13. “M10” ödəniş terminalından Zərərçəkmiş şəxs məxsus kart hesabına xx.xx.2023-cü il tarixdə 500 manat pulun ödənilməsi. Həmin qəbzlərə əsasən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş cəmi 21000 (iyirmi bir min) manat pul məbləğindən Zərərçəkmiş şəxs ödənilmiş pul məbləğlərinin cəmi 7200 manat təşkil etmişdir. (iş.v. 95) Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin İŞ-nə ünvanlanan 16 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan 13500 manat tam məbləğdə ona ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. (iş.v. 99) 21 sentyabr 2024-cü il tarixli, “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham qanuni və əsaslı olduğundan, həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ümumi məbləği 21000 manat hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 310, 312.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Anar Soİtanovdan dələduzluq yolu ilə aldığı 4000 manat, sonra 2000 manat pul vəsaitlərinin Zərərçəkmiş şəxs qardaşı Asif Soltanovun təqsirləndirilməsinə dair iş üzrə istintaqı aparmış Nizami RPİ-nin İŞ-nin müstəntiqinə verməsi, 2000 manat pul vəsaitini vəkilə verməsi barədə ifadələri özünümüdafiə xarakterli olduqları üçün cinayət işi üzrə sübut kimi qiymətləndirilməmişdir. Zərərçəkmiş şəxs 04 dekabr 2024-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən həmin ərizəyə əlavə edilmiş 07 noyabr 2024-cü il tarixli, **********130 saylı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizə öz sözləri ilə yazılmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Təqsirləndirilən şəxs gəlir məlumatlarından müəyyən olunmuşdur ki, o, həqiqətən 2-ci qrup əlildir və buna görə dövlətdən pensiya alır. 02 iyul 2024-cü il tarixdə, Suraxanı RPİ-nin İŞ tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, 09 iyul 2024-cü il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuş, 11 iyul 2024-cü il tarixdə, saat 13:10-da Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 4(010)-224/2024 saylı qərarı ilə barəsində əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmaqla, 01 oktyabr 2024-cü il tarixədək həbs növündə qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 26 avqust 2024-cü il tarixli, 4(010)-272/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(010)-543/2024 saylı qərarı ilə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 15, 42, 71-72, 89- 91, 100-103,) Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, sorğulara alınmış cavabları, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-nin 14-cü maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vəd etdiyi öhdəlikləri yerinə yetirməmiş və zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə və aldatmaqla xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında həmçinin qeyd olunmuşdur ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kimisə həbsdən azad etmə kimi səlahiyyətləri olmamış, həmçinin o bu işin həlli üçün hansısa vəzifəli və səlahiyyətli şəxslə danışmamış, dələduzluq yolu ilə ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bununla da müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri yaranmır. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarına əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi üçün kifayət qədər vaxt verilib məhkəmə iclasları təxirə salınsa da, o, həmin ödənişi etməmişdir. Baxmayaraq ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmış, həmçinin ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizələr təqdim etmiş, lakin Təqsirləndirilən şəxs dövlət büdcəsinə vurduğu ziyanın 25 faizi məbləğində ödəniş etmədiyindən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilə bilməz. Buna görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 07 il 03 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin cəza 02 il şərti sınaq müddəti ilə əvəz edilmişdir. (iş.v. 96-97) CM-nin 15-ci maddəsinə əsasən CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına aid edilir. CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və götürülmüş, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam məbləğdə ödəməsi, zərərçəkmiş şəxsin onunla barışması, ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizələr təqdim etməsi, həmçinin təqsirləndirilən şəxsin 2-ci qrup əlil olması məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid edilmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzası altı aydan beş ilədək müddətə təyin edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Vüsal Hüseynov tərəfindən prosessual pozuntulara yol verildiyindən barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat məbləğində əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 iyul 2024-cü il tarixdən 01 oktyabr 2024-cü il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 02 ay 22 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 05 ay 14 gün çıxılsın və ona qəti olaraq 02 il 06 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Vüsal Hüseynov tərəfindən prosessual pozuntulara yol verildiyindən barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim Pərviz Muradov