Məhkəmə qərarları › İş №1(010)-138/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-138/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-138/2021 29.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 22 – 24 aprel 2019-cu il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qərarı ilə barəsində əvvəli 17 iyul 2019-cu il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, 17 oktyabr 2019-cu ildə həbsdən azad olunmuş, 28 – 29 iyun 2020-ci il tarixləri üzrə tutulmuş, barəsində Suraxanı Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərarı ilə əvvəli 28 noyabr 2020-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 28 noyabr 2020-ci il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 fevral 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində nömrəsiz ünvanda yerləşən yorğan-döşək sırıma sexinin qapısının açıq olmasından və sexdə heç kimin olmamasından istifadə edərək, qanunsuz olaraq sexə daxil olub döşəyin altına gizlədilmiş Zərərçəkmiş şəxs6 məxsus içərisində 400 manat nağd pul vəsaiti, 583 əyarlı 500 manat dəyərində qızıl üzük və 583 əyarlı 500 manat dəyərində bir cüt qızıl sırğa olan dəyəri 10 manat təşkil edən əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1410,00 məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, 21 aprel 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində istintaqa məlum olmayan “Elvin” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,328 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib saxlamaqla üzərində daşımış, 22 aprel 2019-cu il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yanında saxlanılaraq 32-ci polis bölməsinə gətirilmiş, orada hal şahidlərinin iştirakı ilə üzərinə baxış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,328 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 10 iyul 2019-cu il tarixdə saat 22 radələrində ünvan 5 ünvanında yerləşən həyətə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs8 məxsus olan 180 manat dəyərində “Sport Master” markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 180 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 iyul 2019-cu il tarixdə saat 02 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus olan evin qapısını açmaq yolu ilə evə qanunsuz daxil olmaqla, yataq otağında olan paltar dolabının içindən 120 manat nağd pul vəsaitini, içərisində 750 əyarlı qızıldan hazırlanmış 20,12 qram çəkisi olan 1509,00 manat dəyərində boyunbağı, 583/585 əyarlı qızıldan hazırlanmış 0,72 qram çəkisi olan 39,00 manat dəyərində olan kulon, 583/585 əyarlı qızıldan hazırlanmış 2,54 qram çəkisi olan 139,00 manat dəyərində olan üzük, 583/585 əyarlı qızıldan hazırlanmış 3,84 qram çəkisi olan 211,00 manat dəyərində qiymətli qaşları olmayan üzük, 750 əyarlı qızıldan hazırlanmış 3,59 qram çəkisi olan 269,00 manat dəyərində kulon, 750 əyarlı qızıldan hazırlanmış, 22,53 qram çəkisi olan 2002,00 manat dəyərində brilyant qaşlı sırğa cütü üzük dəsti, mis əsaslı ərintidən hazırlanmış 19,80 qram çəkisi olan 6,00 manat dəyərində qolbaq, 5,21 qram çəkisi olan 2,0 manat dəyərində muncuq və 1,53 qram çəkisi olan 1.0 manat dəyərində muncuq olan 2.0 manat dəyərində mücrünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 4300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 noyabr 2019-cu il tarixdə saat 02 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə qanunsuz daxil olmaqla həyətdən 80 manat və 125 manat dəyərində olan iki ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 205,00 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 noyabr 2019-cu il tarixdə saat 03 radələrində ünvan 8 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinə həyətinə hasardan keçmək yolu ilə orada olan evin ikinci mərtəbəsinə qalxıb pəncərənin şüşəsini çıxarmaq yolu ilə evə qanunsuz daxil olmaqla, oradan bir ədəd 70 manat dəyərində alüminium qapını, ümumi dəyəri 60 manat olan iki ədəd alüminium pəncərəni, 600 manat dəyərində hər ikisində altı dəst olan beş qutu xrustal stəkanı, 1800 manat dəyərində iyirmi dörd nəfərlik “Madonna” yemək dəstini, 80 manat dəyərində on iki nəfərlik çay dəstini, 200 manat dəyərində ağ rəngli “Bogema”nı və altı ədəd stəkan dəstini, 100 manat dəyərində altı ədəd “Bogema” bakalını və 700 manat dəyərində qızılı rəngli diplomatda olan qaşıq dəstini, 250 manat dəyərində qazan dəstini, 80 manat dəyərində divar saatını, 150 manat dəyərində çay servisini, 10 manat dəyərində qadın əl çantasını və 100 manat dəyərində qaz sobasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 4200,00 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 yanvar 2020-ci il tarixdə saat 02 radələrində ünvan 9 ünvanda yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi yaşayış evinə plastik pəncərəni açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evdən 180 manat dəyərində “LG” markalı plazma televizoru və evin həyətində yerləşən saxlanc yerindən 1800 manat dəyərində kombi istilik sistemini gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 1980,00 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 yanvar 2020-ci il tarixdə saat 17:45-də ünvan 10 ünvanda yerləşən evin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “Mercedes Benz C klass” minik markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə açıq olan ön sərnişin oturacağının qapısından daxil olub avtomobildən içərisində 665 manat pul vəsaiti olan 5 manat dəyərində pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 670,00 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 23 fevral 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs9 məxsus olan fərdi yaşayış evinə hasardan aşmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla, oradan 70 manat dəyərində bir ədəd velosipedi və 80 manat dəyərində bir ədəd samovarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 150,0 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 fevral 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs11 məxsus olan fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq həyətdə olan saxlanc yeri kimi istifadə olunan damdan 100 manat dəyərində bir ədəd elektrik qaynaq aparatı, 110 manat dəyərində bir ədəd su qızdırıcı aparatı, hər birinin dəyəri 40 manat olan iki ədəd laqondanı, 50 manat dəyərində bir ədəd böyük ölçülü dreli, 30 manat dəyərində bir ədəd kiçik ölçülü dreli, 40 manat dəyərində bir ədəd batareyalı drel aparatı, 80 manat dəyərində bir ədəd plastik boru birləşdirici ütü aparatını, 96 manat dəyərində 12 kiloqram çəkidə mis elektrik naqilini, 40 manat dəyərində olan bir ədəd təmir açarı dəstini, 30 manat dəyərində elektrik samovarını , 40 manat dəyərində adi samovarı, 40 manat dəyərində kişi qol saatını, 150 manat dəyərində gümüşdən olan saniyəölçəni, 40 manat dəyərində şirəçəkən aparatı, 30 manat dəyərində 3 ədəd tavanı, 30 manat dəyərində mis ləyəni və içərisində beş kiloqram çəkidə sovet qəpik pulları olan 100 manat dəyərində qutunu gizli olaraq talamış və nəticədə, Zərərçəkmiş şəxs11 ümumilikdə 1086 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 11 iyun 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yelkən bağları adlanan yerdə nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs10 Məhəmməd oğluna məxsus fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan cəmi 300 manat dəyərində olan 60 metr uzunluğunda mis elektrik naqilini, 80 manat dəyərində bir ədəd böyük ölçülü perforatoru, 40 manat dəyərində bir ədəd laqondanı və 100 manat dəyərində su borusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 Məhəmməd oğluna ümumilikdə 520,0 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 27 iyun 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə, təmiz çəkisi 0,249 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manata əldə edib üzərində saxlamaqla daşımış və 28 iyun 2020-ci il tarixdə saat 00:10-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq 30-cu PŞ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə təmiz çəkisi 0,249 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 avqust 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsi, nömrəsiz ünvanda yerləşən X3 məxsus fərdi yaşayış evinə plastik pəncərəni açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq həmin evdə usta işləyən Zərərçəkmiş şəxs2 məxsus 450 manat dəyərində bir ədəd qaynaq aparatını, 100 manat dəyərində bir ədəd “Bosch” markalı perforatoru, 60 manat dəyərində bir ədəd laqonda aparatını, evin həyətində yerləşən hamamdan isə içərisində 1200 manat nağd pul, 35 manat dəyərində bir ədəd kişi qol saatı və 35 manat dəyərində bir ədəd kişi gümüş üzüyü olan 20 manat dəyərində “Reebok” markalı idman çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində yolun kənarında 52 nömrəli fərdi həyət evinin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz E 260” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq olan ön sərnişin oturacağının qapısından avtomobilə daxil olub avtomobilin idarəetmə panelinə quraşdırılmış bir ədəd 40 manat dəyərində olan “USB FM” oxuducusu olan avtomaqintolanı və idarəetmə panelində olan əşya qutusundan içərisində 600 manat nağd pul vəsaiti olan 10 manat dəyərində kişi pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 650,00 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilərək bildirmişdir ki, 10 iyul 2019-cu ildə saat 22 radələrində oğurluq etmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində piyada gəzərək evlərə nəzər yetirən zaman Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən həyət evlərinin birinin həyətində velosiped görmüş və həmin velosipedi oğurlamaq qərarına gəlmişdir. 10 iyul 2019-cu il tarixdə o, həmin həyət evinin qarşısına gəlmişdir və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasara qalxıb həmin həyətə düşmüşdür. Bu zaman həyətdə divara söykənmiş halda olan velosipedi götürüb hasardan çölə çıxarmış və özü də həyətdən çölə çıxmışdır. Sonra isə oğurladığı velosipedi idarə edərək oradan uzaqlaşmışdır. O, həmin velosipedi yaşadığı evə aparmış və səhəri gün onu tanımadığı taksi ilə Sabunçu rayonunda yerləşən “Rus bazarı” deyilən bazara aparmışdır. Orada həmin oğurladığı velosipedi tanımadığı şəxsə 130 manata satmışdır. Həmin vaxt velosipedi alan oğlan ondan onun özünə məxsus olan hər hansı bir şəxsiyyət vəsiqəsini istədikdə o, öz şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb həmin oğlana təqdim etdikdən sonra oğlan ondan sözü gedən velosipedi alaraq ona 130 manat pul vermişdir. O, həmin pulu alıb öz ehtiyacları üçün xərcləmişdir. 16 iyul 2019-cu ildə saat 20 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində piyada gəzib oğurluq etmək üçün ev axtaran zaman orada yerləşən evlərdən birinin çöl tərəfdən yaxşı göründüyünü görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin evin ətrafında gəzib həyətə daxil olmaq üçün yer axtaran zaman evin yan tərəfindən olan qapısının açıq olduğunu görüb həyətə daxil olmuşdur. Evdə kiminsə olubolmadığını bilmək üçün evin qapısını döymüş, lakin heç kim evdə olmadığından o, geri qayıtmış, veteranların parkına tərəf gedib bir az orada dayanmış və yenidən 20:40 radələrində həmin həyətə gəlmiş, yenidən həmin evin yan tərəfindən həyətə daxil olmuş və qapını döymüşdür. Əmin olmuşdur ki, evdə heç kim yoxdur. Buna görə də o, həyətə girdiyi qapını arxadan bağlamışdır. Evə pəncərədən daxil olmaq istəmiş, lakin qapının yanında olan balaca pəncərənin yanında əskinin altında açar olduğunu görmüşdür. O, açarı oradan götürmüş və qapının açarı olacağını zənn edərək həmin açarla evin qapısını açaraq içəri daxil olmuşdur. Dəhlizdən qonaq otağına və oradan da yataq otağına daxil olmuş, yataq otağında olan şkafın qapısını açmışdır. Şkafın qapısını açdıqda balaca dəmir qab görmüş və açıb içinə baxdıqda orada qızıl olduğunu görmüş, həmin balaca dəmir qabı götürdükdən sonra orada qara rəngli pul kisəsi da olmuşdur, həmin pul kisəsinin içinə baxanda orada 90 manat pul olduğunu görüb pul kisəsinin içində olan 90 manat pulu cibinə qoyaraq evdən çölə çıxmışdır. Daha sonra oradan hasara çıxaraq digər qonşunun həyətinə tullanıb oradan uzaqlaşaraq çıxıb getmişdir. İlk öncə aşağı məhəllədə olan dükana girib özünə siqaret almış və oradan da çıxıb yaşadığı evə getmişdir. Daha sonra polis əməkdaşları tərəfindən oğurladığı qızılları satmadan saxlanılmış və onu 31-ci polis bölməsinə gətirmişlər. O, oğurladığı qızılları polis əməkdaşlarına təqdim etmişdir. 26 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində piyada yol ilə gedən zaman yolun kənarında bir “Mercedes Benz” markalı avtomobilin dayandığını görmüşdür. O, həmin avtomobilə yaxınlaşıb içinə baxmış və əlini atıb qapını yoxladıqda avtomobilin ön sərnişin oturacağının qapısının açıq olduğunu müəyyən etmişdir. Ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra avtomobilin ön sərnişin oturacağının qapısını açmış və avtomobilə girib içinə göz gəzdirmişdir. Bu zaman avtomobilin maqnitofonunu görmüş və əli ilə sıxaraq maqnitofonu yerindən çıxarmışdır. Sonra avtomobilin bardaçokunu açıb içinə baxmış və orada bir pul kisəsi görüb onu götürmüşdür. Bundan sonra avtomobildən çıxıb oradan uzaqlaşmış və bir az uzaqlaşdıqdan sonra oğurladığı pul kisəsini açıb içində 600 manat olduğunu görüb həmin pulu götürmüş, pul kisəsini isə yadında qalmayan yerdə atmışdır. Həmin pulu ehtiyaclarına xərcləmiş və borclarını qaytarmışdır. Oğurladığı maqnitofonu isə evə apararaq gizlətmişdir ki, sonradan satıb ehtiyaclarını ödəyər. Polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət edildikdə PŞ-də etdiyi oğurluq əməlini etiraf etmiş və oğurladığı maqnitofonu könüllü olaraq təqdim etmişdir. Törətdiyi həmin cinayət əməllərinə görə peşmandır. Təqsirləndirilən şəxs bildirir ki, ittiham aktının nəticəvi hissəsində göstərilən digər cinayətləri törətməyib, yuxarıda qeyd olunanlardan başqa əşyaları oğurlamayıbdır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, tanışları arasında lotereya oyunu oynayırdı. Onun növbəsi olduğuna görə 900 manat götürmüşdür ki, kreditini ödəyə bilsin. 08 yanvar 2020-ci il tarixdə əmisi oğlunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən nömrəsiz evinə rayondan göndərilmiş payı “Mercedes Benz C klass markalı, **- MC-*** dövlət nömrə nişanlı avtomobili ilə gətirmişdir. Payı evə qoyub qayıdan zaman avtomobilin qapısının açıq olduğunu və oturacağın üstünə qoyduğu içərisində ona məxsus olan şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, vöen sənədi və pul olan 15 manat dəyərində pul qabının olmadığını aşkar etdi. İçərisində 665 manat pul olan pul kisəsinin qiyməti 5 manat idi. Hadisə nəticəsində ona 670 manat maddi ziyan dəyib. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, "Mercedes Benz E 260” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 26 noyabr 2020-ci il tarixdə saat 18 radələrində həmin avtomobili idarə edib yaşadığı evin, yəni Hövsan qəsəbəsində Bağlar yaşayış massivi 52 saylı evin yaxınlığında saxlayıb evinə getmişdir. Həmin vaxt maşının qapılarını açıq saxlamışdır. 27 noyabr 2020-ci il tarixdə saat 08 radələrində maşının yanına gəldi və qapını açıb salona daxil olduqda salonda olan maqnitofonun yerində olmadığını, daha sonra əşya qutusuna baxanda içərisində 600 manat pulun da saxlanc yeri kimi bilinən əşya qutusunda olmadığını gördü. Daha sonra fikirləşdi ki, naməlum şəxs avtomobilin açıq qapısından istifadə edib avtomobilə girib oğurluq edib. Oğurluq zamanı ona ümumilikdə 1.160 manat ziyan dəymişdir. Belə ki, maqnitofonu 550 manat və pul qabını isə 10 manat olaraq qiymətləndirir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, fərdi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində nömrəsiz ünvanda yerləşən yorğan-döşək sırıma sexində işləyir. 19 fevral 2019-cu il tarixdə saat 15 radələrində o, işə gedərək sexi açıb işlə məşğul olmağa başladı. Həmin günü o, sexdə tək olmuşdur. Saat 21:00 radələrində o, sexin qapısını açıq qoyub qonşuluqda yerləşən dərzi sexinə çay götürməyə getmişdir. Təxminən 5-10 dəqiqə keçmiş dərzi sexindən bir fincan çay götürüb özünün işlədiyi sexə qayıtdı. Sexin içərisinə daxil olduqda açıq qəhvəyi rəngli əl çantasını gizlətdiyi, yəni sırıdığı döşəyin altına baxdıqda çantanın naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdi. Çantanı 10 manata qiymətləndirir. Çantanın içərisində ona müvəqqəti olaraq verilmiş Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi, 400 manat pul, 500 manat dəyərində qızıl üzük və bir cüt 500 manat dəyərində qızıl sırğa var idi. Ona 1.410 manat maddi ziyan dəymişdir. Çantanın oğurlanmasını aşkar etdikdən sonra DİN 102 xidmətinə zəng edərək bu barədə məlumat verdi. Üzüyün və sırğanın əyarı 583 olmuşdur. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs7 bildirmişdir ki, o, 1984-cü ildən ünvan 13 ünvanında yerləşən birmərtəbəli fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 16 iyul 2019-cu il tarixdə saat 19 radələrində ailəsi ilə birlikdə yaşadığı həmin evdən çıxaraq Mərdəkan qəsəbəsində qonaqlığa getmişdir. Həmin gün saat 21:20 radələrində ailəsi ilə birlikdə qonaqlıqdan evə qayıtdı. O, evin yan tərəfində yerləşən həmişə açıq vəziyyətdə qoyduğu qapının bağlı olduğunu gördü. Buna görə də, hasara qalxıb həyətə düşdü və evin çöl qapısını üzərində olan açarla açıb evə daxil oldu. Bu zaman evin yataq otağına nəzər yetirdikdə bəzi əşyaların yerə düşdüyünü gördü. Həmin vaxt şübhələnərək evi axtarmağa başladı və yataq otağında olan paltar dolabının yuxarıdan ikinci gözündə içərisində qızıl-zinət əşyaları olan mücrünün və həmin mücrünün yanında olan pul kisəsinin içərisindəki 120 manat pulun yerində olmadığını müəyyən etdi. Bu vaxt evindən oğurluq baş verdiyinə əmin oldu və tez Suraxanı RPİ-nin 31-ci PB-nə gedərək hadisə barədə məlumat verdi. Bir az sonra polis əməkdaşları hadisə yerinə gəldilər və araşdırma aparıldı. Araşdırma zamanı ona məxsus olan və yaşadığı evin qarşısında yerləşən mağazanın çöl tərəfinə quraşdırdığı və evinin qarşısını çəkən təhlükəsizlik kamerasına baxış keçirildi və baxış zamanı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin yaşadığı evin qarşısında ayrı-ayrı vaxtlarda o yan, bu yana getdiyini müəyyən etdi. Hadisə nəticəsində ona məxsus olan bir ədəd 800 manat dəyərində olan qızıl boyunbağı, bir ədəd 150 manat dəyərində olan kulonla birlikdə, bir ədəd 300 manat dəyərində üzərində ağ qaşlar olan başqa qızıl üzük, bir ədəd 70 manat dəyərində olan başqa qızıl kulon, bir ədəd 250 manat dəyərində üzərində dairəvi daşları olan qızıl üzük, 3400 manat dəyərində olan bir komplekt brilyant qaşlı üzük sırğa dəsti və bir ədəd 30 manat dəyərində bijuteriya qolbaq, eləcə də 120 manat nağd pulu oğurlanmışdır. Ona ümumilikdə 4.300 manat ziyan dəyib. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Bakı şəhəri, ünvan 14 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bundan başqa Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış sahəsində bağ sahəsi vardır və orada ona məxsus ikimərtəbəli yaşayış evi mövcuddur. Həmin fərdi yaşayış evini bağ evi kimi istifadə etməklə yay aylarında ailə üzvləri ilə birlikdə orada yaşayır. Lakin digər mövsümlərdə o, və atası mütəmadi olaraq həmin bağ evinə nəzarət edirdilər. Sonuncu dəfə 23 noyabr 2019-cu il tarixdə, saat 00 radələrində atası Bəxtiyar Ağayevlə birlikdə bağ evindən çıxaraq yaşadığı Bakı şəhəri, ünvan 14 ünvanına getmişlər. 26 noyabr 2019-cu il tarixdə saat 22 radələrində bağ evinə nəzarət etmək üçün getdikdə birinci mərtəbəyə giriş qapısından daxil oldu. Həmin vaxt birinci mərtəbədəki hamam otağına baxan zaman ona məxsus bir ədəd 70 manat dəyərində alüminium qapının və ümumi dəyəri 60 manat olan iki ədəd alüminium pəncərənin orada olmadığını aşkar etdi. Pilləkəndə isə bir ədəd divar saatının qabı ilə birlikdə yerdə olduğunu gördü. O, bundan şübhələnərək ikinci mərtəbəyə qalxdı və dəmir qapını açarla açaraq içəri daxil olan zaman aşkar etdi ki, naməlum şəxs və ya şəxslər evin ikinci mərtəbəsinin taxta pəncərəsini açaraq içəri daxil olmuşlar. Evin yataq otağında saxladığı bacısı üçün alınan cehiz əşyalarını, yəni 600 manat dəyərində hər birinin içərisində altı dəst olan beş qutu xrustal stəkanı, 1.800 manat dəyərində 24 nəfərlik «Madonna» yemək dəstini, 100 manat dəyərində 12 nəfərlik çay dəstini, 200 manat dəyərində ağ rəngli «Bogema» və altı ədəd stəkan dəstini, 100 manat dəyərində altı ədəd göy «Bogema» bakalını, 700 manat dəyərində qızılı rəngli diplomatda olan qaşıq dəstini, 250 manat dəyərində qazan dəstini, 80 manat dəyərində divar saatını, 150 manat dəyərində çay servisini və 100 manat dəyərində qaz sobasının oğurlanmasını aşkar etdi. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar o, DİN-in 120 zəng mərkəzinə məlumat verdi və ərizə ilə Suraxanı RPİ-yə müraciət etdi. Ona ümumilikdə 4.200 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs8 bildirmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. 16 iyul 2019-cu il tarixdə saat 21 radələrində evdən ailəsi ilə birlikdə çıxıb getmiş və 17 iyul 2019-cu il tarixdə səhər saat 10 radələrində evə qayıtmışdır. Həyətə baxan zaman həyətdə saxladığı “Sport Master” markalı velosipedin evin həyətində olmadığını gördü. Bundan sonra ona məlum oldu ki, həmin velosiped oğurlanıb. Velosipedi o, 650 manata almışdır. Daha sonra velosipedin oğurlanması barədə 31-ci polis bölməsinə ərizə yazaraq məlumat verdi. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs9 bildirmişdir ki, 23 fevral 2020-ci il tarixdə naməlum şəxs onun yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz evin həyətinə hasarı aşaraq həyətə daxil olub həyətdən 70 manat dəyərində velosipedi və evin həyətində olan saxlanc yeri kimi istifadə etdiyi dolabdan 50 manat dəyərində samovarı oğurlayıb və nəticədə ona 120 manat maddi ziyan dəymişdir. Velosipedi və samovarı onun qonşuluğunda yaşayan Cəmil adlı şəxs törətmişdir. Belə ki, Cəmilin velosipedi və samovarı oğurladığını qonşuluqdakı kameraya düşmüşdür. O, özü Cəmilə yaxınlaşıb əşyalarını qaytarmasını bildirdi, o isə qaytaracağına söz vermişdir. Lakin əşyalarını ona qaytarmadığını görüb polisə şikayət etdi. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şəxs Zərərçəkmiş şəxs10 Məhəmməd oğlu bildirmişdir ki, 11 iyun 2020-ci il tarixdə saat 12-dən həmin günü saat 18-dək olan müddətdə o, təmir etdirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yelkən bağları, nömrəsiz ünvanda yerləşən evdə olmamışdır. Həmi gün saat 18-də evə gəlib baxanda evin pəncərəsinin dəmir barmaqlığının sındırıldığını gördü. Evə daxil olanda evdən bir ədəd perforatorun, bir ədəd laqondanın, 60 metr uzunluğunda elektrik naqilinin və su borularının oğurlandığını aşkar etdi. Bundan sonra o, 102 xidmətinə və ərizə ilə 30-cu Polis Şöbəsinə müraciət etdi. Oğurluq zamanı ona 300 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. İş üzrə ibtidai araşdırma dövründə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərinə baxmayaraq, gəlib ifadə verməmiş, məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiklərini və ibtidai istintaq dövründə verdikləri ifadələri təsdiq etdiklərini, təqsirləndirilən şəxsə qarşı şikayətlərinin və tələblərinin olmadığını bildirmişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır və fərdi qaydada Bakı şəhəri, Nərimanov rayonu, metronun «Nərimanov» stansiyasının sol tərəfində yerləşən qızıl əşyaların alışı və satışı ilə məşğul olan mağazanı kirayə götürüb işlədir. 03 mart 2019-cu il tarixdə günün birinci yarısında işdə, yəni mağazada olduğu zaman tanımadığı bir oğlan mağazaya daxil olaraq ona 01 ədəd 583 əyarı olan qadın üzüyünü təqdim edərək üzüyün ailəsinə məxsus olduğunu və pula ehtiyacları olduğuna görə satdığını bildirmişdir. O, üzüyə baxıb gördü ki, üzüyün yuxarı hissəsi üç küncdür, hər küncündə balaca brilyant qaşlar və ortasında yaşıl qaş var. Həmin üzüyün çəkisi təxminən 2 qram, yaxud 2,5 qram olardı. Üzüyü nəzərdən keçirdikdən sonra, üzüyü ona təqdim edən oğlana dedi ki, şəxsiyyət vəsiqəsini təqdim etsə, üzüyü 80 manata ondan ala bilər. Oğlan onunla razılaşaraq öz şəxsiyyət vəsiqəsini ona təqdim etdi. Şəxsiyyət vəsiqəsinə baxdıqda həmin oğlanın Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Şəxsiyyət vəsiqəsinin kserosurətini çıxararaq, kserosurətin arxasında oğlanın özü tarixi qeyd edərək yazdı kı, qızıl öz qızılıdır, oğurluq olmadığını öz imzası ilə təsdiq edir. Bundan sonra o, oğlandan üzüyü götürüb ona 80 manat pul verdi və oğlan mağazadan çıxıb getdi. Aldığı üzüyü 2-3 gün keçmiş tanımadığı bir şəxsə 90 manata satdı. Arasından bir qədər keçmiş Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə işlətdiyi mağazaya gəldi. Polislər Təqsirləndirilən şəxs qızıl üzük aldığını ondan soruşduqda, o, etiraf edərək ondan 03 mart 2019-cu il tarixdə 80 manata 01 ədəd qadın üzüyü aldığını bildirdi və onun şəxsiyyət vəsiqəsinin kserosurətini göstərdi. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 22 aprel 2019-cu il tarixdə işdə, yəni xidmətdə olarkən Suraxanı RPİ-nin 32-ci PB-nin ərazisində oğurluq hadisəsi törətməkdə şübhəli bilinən «Cəmil» adlı şəxsin Nizami rayonunda metronun «Xalqlar Dostluğu» stansiyasının ətrafında olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı dəqiqləşdirməkdən ötrü 22 aprel 2019-cu il tarixdə axşam saatlarında işlədiyi polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 ilə birlikdə metronun «Xalqlar Dostluğu» stansiyasının yanına getmişlər və saat 22:00 radələrində metronun yaxınlığında yerləşən «Ağ Çiçəyim» gül mağazasının arxa tərəfində «Cəmil» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdığı Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etdilər. Polis bölməsində onun, baş əməliyyat müvəkkili Şahid5, əməliyyat müvəkkili, polis kapitanı Şahid6, dəvət edilmiş 9 saylı hüquq bürosunun müdafiəçisi X2 və iki nəfər hal şahidinin iştirakı ilə saat 23:00-da Təqsirləndirilən şəxs üzərinə baxışın keçirilməsi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş maddə aşkar edilərək götürüldü. Sorğu zamanı Təqsirləndirilən şəxs 19 fevral 2019-cu il tarixdə saat 21:00 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yerləşən yorğan-döşək sırıma sexindən içərisində pul və qızıl əşyalar olan qadın çantasını oğurladığını, ondan aşkar edilərək götürülmüş 01 ədəd bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən heroin olduğunu və o, həmin heroin bükümünü 21 aprel 2019-cu il tarixdə saat 18 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi «Elvin» adlı şəxsdən özü üçün istifadə etməkdən ötrü 10 manata alaraq üzərində saxlamaqla daşıdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroin bükümü zərfə qablaşdırılaraq DİN-nin 153 №-li möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılarına ucadan oxundu və düzgün tərtib edildiyinə görə imzalandı. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmayıb. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Suraxanı RPİ-nin 30-cu PŞ-də Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Cəmil” adlı şəxsin narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə 27 iyun 2020-ci il tarixdə ondan, işlədiyi PŞ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis baş leytenantı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonradan 28 iyun 2020-ci il tarixdə onlar tərəfdən keçirilmiş təbdirlər nəticəsində saat 00:10-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində zahiri əlamətləri “Cəmil” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qəflətən qaçıb yaxınlıqda olan yarımtikili evin damına çıxıb oradan da aşağı tullanıb qaçmaq istəmişdir. Buna baxmayaraq onlar onu saxlayıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün PŞ-nə müdafiəçi dəvət olunmuş və inzibati binada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarışın və götürmənin aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilə narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızından ibarət büküm təqdim etmiş və bükümün içərisində şüşə kimi tanıdığı psixotrop maddənin olduğunu, maddəni 27 iyun 2020-ci il tarixdə günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün aldığını, bir qismini istifadə etdiyini, qalıq hissəsini isə sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan büküm sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin zərflər üçün 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı X4 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş cinayət əməllərini törətməsi faktı müdafiəçisinin iştirakı ilə iş üzrə ibtidai araşdırma dövründə verdiyi ifadələr, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 23 aprel 2019-cu il tarixli 10593 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,328 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir”. 12 iyun 2019-cu il tarixli 1306 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. 27 avqust 2019-cu il tarixli 19748/19749 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Tədqiqata təqdim edilmiş: 20,12 qram kütləli boyunbağı 750 əyarlı qızıldan hazırlanmışdır; 0,72 qram kütləli kulon 583/585 əyarlı qızıldan hazırlanmışdır; 2,54 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır; 3,84 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 3,59 qram kütləli kulon 750 əyarlı qızıldan hazırlanmışdır; 22,53 qram kütləli sırğa cütü-üzük dəsti 750 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aiddir-brilyantdır. Qaşların 3 ədədi hər biri 0,087 karat, 72 ədədi hər biri 0,006 karat ölçüdə olmaqla, ümumilikdə 4/4 keyfiyyətlidir; 19,80 qram kütləli qolbaq mis əsaslı ərintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 5,21 qram kütləli muncuq qiymətli qaşlara aid deyildir; 1,53 qram kütləli muncuq qiymətli qaşlara aid deyildir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların 2019-cu ilin iyul ayına pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 20,12 qram kütləli boyunbağı - 1509,00 manat; 0,72 qram kütləli kulon - 39,00 manat; 2,54 qram kütləli üzük - 139,00 manat; 3,84 qram kütləli üzük - 211,00 manat; 3,59 qram kütləli kulon – 269,00 manat; 22,53 qram kütləli sırğa cütü-üzük dəsti - 2002,00 manat; 19,80 qram kütləli qolbaq - 6,00 manat; 5,21 qram kütləli muncuq - 2,0 manat; 1,53 qram kütləli muncuq - 1,0 manat”. 28 iyun 2020-ci il tarixli 6/1194 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 194 “ dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar edilmiş maddi sübut” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,249 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş 28 iyun 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. 27 yanvar 2021-ci il tarixli 9/281 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 997,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Zərərçəkmiş şəxs4 məxsus istifadədə olmuş pul kisəsi 1 ədədi 5 manat dəyərində. Zərərçəkmiş şəxs7 məxsus istifadədə olmuş mücrü 1 ədədi 2 manat dəyərində. Zərərçəkmiş şəxs8 məxsus istifadədə olmuş “Sport Master” markalı velosiped 1 ədədi 180 manat dəyərində. Zərərçəkmiş şəxs9 məxsus istifadədə olmuş odun samovarı 1 ədədi 80 manat dəyərində. Zərərçəkmiş şəxs3 məxsus istifadədə olmuş odun samovarı 1 ədədi 80 manat dəyərində. Zərərçəkmiş şəxs10 Məhəmməd oğluna məxsus istifadədə olmuş, böyük ölçülü perforator 1 ədədi 80 manat dəyərində, istifadədə olmuş, orta ölçülü laqonda 1 ədədi 40 manat dəyərində. Zərərçəkmiş şəxs2 məxsus istifadədə olmuş “Bosch” markalı perforator 1 ədədi 100 manat dəyərində, istifadədə olmuş, böyük ölçülü laqonda 1 ədədi 60 manat dəyərində. Zərərçəkmiş şəxs5 məxsus istifadədə olmuş çay dəsti 80 manat dəyərində, istifadədə olmuş qadın əl çantası 1 ədədi 10 manat dəyərində. Zərərçəkmiş şəxs11 Balaəli qızına məxsus istifadədə olmuş, orta ölçülü laqonda 2 ədəd, hər birinin qiyməti 40 manat, cəmi 80 manat dəyərində. Zərərçəkmiş şəxs12 məxsus istifadədə olmuş “LG” markalı, 32LC4R model televizor 1 ədədi 160 manat dəyərində. Zərərçəkmiş şəxs1 məxsus istifadədə olmuş USB FM oxuducu avtomaqnitola 1 ədədi 40 manat dəyərində.” Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxsin işin məhkəmə baxışı dövründəki ifadələri isə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməklə işin faktik hallarını tam əks etdirmirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini qismən də olsa etiraf etdiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs9 ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini iki dəfə, yəni 21 aprel 2019-cu il və 27 iyun 2020-ci il tarixlərində törədib. Bu Azərbaycan Respublikası CM-nin 16-cı maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İş üzrə cəzanı ağırlaşdıra biləcək başqa hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,199 qram təşkil edən maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,278 qram təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti iş materiallarında saxlanılmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus “USB FM” oxuducusu olan avtomaqnitola, Zərərçəkmiş şəxs12 məxsus “LG” markalı plazma televizoru, Zərərçəkmiş şəxs7 məxsus 750 əyarlı qızıldan hazırlanmış 20,12 qram çəkisi olan boyunbağı, 583/585 əyarlı qızıldan hazırlanmış 0,72 qram çəkisi olan kulon, 583/585 əyarlı qızıldan hazırlanmış 2,54 qram çəkisi olan üzük, 583/585 əyarlı qızıldan hazırlanmış 3,84 qram çəkisi olan qiymətli qaşları olmayan üzük, 750 əyarlı qızıldan hazırlanmış 3,59 qram çəkisi olan kulon, 750 əyarlı qızıldan hazırlanmış, 22,53 qram çəkisi olan brilyant qaşlı sırğa cütü üzük dəsti, mis əsaslı ərintidən hazırlanmış 19,80 qram çəkisi olan qolbaq, 5,21 qram çəkisi olan muncuq və 1,53 qram çəkisi olan muncuq və mücrü, Zərərçəkmiş şəxs8 məxsus “Sport Master” markalı velosiped, Zərərçəkmiş şəxs9 məxsus samovar, Zərərçəkmiş şəxs3 məxsus samovar, Zərərçəkmiş şəxs10 Məhəmməd oğluna məxsus böyük ölçülü perforator və orta ölçülü laqonda, Zərərçəkmiş şəxs2 məxsus “Bosch” markalı perforator və böyük ölçülü laqonda, Zərərçəkmiş şəxs5 məxsus çay dəsti və qadın əl çantası, Zərərçəkmiş şəxs11 məxsus 2 ədəd orta ölçülü laqonda, Zərərçəkmiş şəxs4 məxsus markalanma nişanı olmayan pul qabı aidiyyəti zərərçəkmiş şəxslərə qaytarıldığından müvafiq olaraq onların sərəncamlarına verilmiş hesab edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 229 (iki yüz iyirmi doqquz) manat 12 (on iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və məhkum edilsin. Təyin olunmuş cəzaları Azərbaycan Respublikası CM-nin 66.2-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 – 24 aprel 2019-cu il, 17 iyul – 17 oktyabr 2019-cu il, 28 – 29 iyun 2020-ci il tarixləri üzrə tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 03 (üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 28 noyabr 2020-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış, Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,199 qram təşkil edən maddə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,278 qram təşkil edən maddə – kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surəti iş materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus “USB FM” oxuducusu olan avtomaqnitola, Zərərçəkmiş şəxs12 məxsus “LG” markalı plazma televizoru, Zərərçəkmiş şəxs7 məxsus 750 əyarlı qızıldan hazırlanmış 20,12 qram çəkisi olan boyunbağı, 583/585 əyarlı qızıldan hazırlanmış 0,72 qram çəkisi olan kulon, 583/585 əyarlı qızıldan hazırlanmış 2,54 qram çəkisi olan üzük, 583/585 əyarlı qızıldan hazırlanmış 3,84 qram çəkisi olan qiymətli qaşları olmayan üzük, 750 əyarlı qızıldan hazırlanmış 3,59 qram çəkisi olan kulon, 750 əyarlı qızıldan hazırlanmış, 22,53 qram çəkisi olan brilyant qaşlı sırğa cütü üzük dəsti, mis əsaslı ərintidən hazırlanmış 19,80 qram çəkisi olan qolbaq, 5,21 qram çəkisi olan muncuq və 1,53 qram çəkisi olan muncuq və mücrü, Zərərçəkmiş şəxs8 məxsus “Sport Master” markalı velosiped, Zərərçəkmiş şəxs9 məxsus samovar, Zərərçəkmiş şəxs3 məxsus samovar, Zərərçəkmiş şəxs10 Məhəmməd oğluna məxsus böyük ölçülü perforator və orta ölçülü laqonda, Zərərçəkmiş şəxs2 məxsus “Bosch” markalı perforator və böyük ölçülü laqonda, Zərərçəkmiş şəxs5 məxsus çay dəsti və qadın əl çantası, Zərərçəkmiş şəxs11 məxsus 2 ədəd orta ölçülü laqonda, Zərərçəkmiş şəxs4 məxsus markalanma nişanı olmayan pul qabı aidiyyəti zərərçəkmiş şəxslərə qaytarıldığından müvafiq olaraq onların sərəncamlarına verilmiş hesab edilsinlər. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 229 (iki yüz iyirmi doqquz) manat 12 (on iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar