Məhkəmə qərarları › İş №1(010)-138/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-138/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-138/2023 23.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işlməyən, evli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(003)-717/2022 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurmuş, qəsdən sağlamlığa yüngül zərər vurmuş, qanunsuz olaraq soyuq silahı əldə etmiş, gəzdirmişdir, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 186.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 2 (iki) il 6 (altı) ay həddində müəyyən edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərari ilə azadliqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 9 (doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya müvafiq qaydada götürülməmiş yenidən 16 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89A ünvanda yerləşən yaşayış binasının qarşısında, sonra isə həmin binanın 2 nömrəli mənzilində keçmiş arvadi Zərərçəkmiş şəxs ondan aliment öhdəliyini yerinə yetirmədiyinə görə İcra məmuruna müraciət etməsi səbəbindən aralarında yaranmiş mübahisə zamanı əl və təpik zərbələri ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol gözaltı nahiyənin qançırı, üst dodağın selikli qişasının qansızması, sol bazunun ön-bayır səthinin və sağ budun bayir səthinin hematomaları, boynun yuxarı şöbəsinin sağ yarısının cızığı, boynun yuxarı və aşağı şöbəsinin sağ yarısının sıyrıqları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasina səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan «Surxay» adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, bir ədəd bükümdə təmiz çəkisi 0,410 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, daşımaqla üzərində saxlamış, həmçinin kustar üsulla kastet tipində hazirlanmiş, vurucu-əzici-deşici xassəyə malik soyuq silah hesab edilən “beşbarmaq” adlanan predmet əldə edib gəzdirmiş, Azərbaycan Respublikası DİNnin Suraxani RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 avqust 2022-ci il tarixdə saat 12:30 radələrində qanunsuz olaraq narkotik vasitələri əldə edib dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu,Yeni-Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi “Badu Kübə" adlanan binanin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi yaşayiş massivi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş, PB-də üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ kiçik cibindən bir ədəd şəffaf rəngli sellefona bükülmüş təmiz çəkisi 0,410 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və sağ arxa cibindən kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici-deşici xassəyə malik soyuq silah hesab edilən, təyinatı üzrə istifadəyə yararlı olan “beş barmaq” adlanan predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, həmin Məcəllənin 228.4-cü və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həbs olunub azadlığa çıxdıqdan sonra arvadı Aysel və iki övladı ilə birlikdə yaşamış, heç vaxt Ayselin sərbəst olmasına imkan verməmişdir. Hadisədən bir ay əvvəl Aysel evdən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə anasıgilə gedərkən Aysel zəng vurub anasıgilə, yəni Nizami rayonu, Qara Qarayev prospekti, 89A, mənzil 2 ünvanına gəldiyini demiş, həmin gün saat 15 radələrində Ayseli binanın qarşısında görüb evdən çıxıb tək gəlməsindən əsəbləşmiş, bu səbəbdən də aralarında mübahisə yaranmış, evə qalxdıqdan sonra da aralarında mübahisə davam etmiş, əsəbləşərək Ayselə 1-2 şillə vurmuşdur. Həmçinin bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16-17 radələrində yaşadığı Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi 12, 250 nömrəli mənzilində olduğu zaman qapı açılmış, qapını açarkən 2 nəfər mülki geyimli şəxsin olmasını görmüş, həmin şəxslər 33-cü polis bölməsinin əməkdaşları olduqlarını demiş, həmçinin bildirmişlər ki, oğlu Samirlə bağlı PB-də olan araşdırma ilə əlaqədar onlarla getməlidir. O, polis bölməsinə getməyə etiraz etməmiş, polislər qapını bağlamaqda ona kömək etmiş, sonra isə qapının qarşısında üzərini yoxlamışlar. Yoxlama zamanı üzərindən hər hansı qanunsuz əşya və ya alət aşkar edilməmişdir. PB-nə getdikdə ona məlum olmuşdur ki, bölməyə oğlu Samirin işinə görə gətirilməmişdir. Belə ki, polis əməkdaşları ona bildirmişlər ki, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə sənədləşmə edəcəklər. O isə buna etiraz etdiyi üçün həmin gecəni bölmədə saxlanılmış, həmçinin olmayan narkotik vasitəni boynuna götürməsi üçün polis əməkdaşları ona fiziki zor tətbiq etmişlər. Təzyiq altında bir büküm narkotik vasitəni və bir ədəd “beşbarmağı” üzərinə götürməyə məcbur olmuş, bundan bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında videoçəkiliş aparılmaqla guya üzərində şəxsi axtarış aparılmışdır. Polislərin təsir və təzyiqlərinə görə çəkiliş zamanı əynində olan göy rəngli cins şalvarının sağ iç cibindən bir ədəd bükülünü, həmçinin şalvarının arxa cibindən bir ədəd “beşbarmağı” çıxarıb təqdim etmişdir. Lakin, nə beşbarmaq, nə də ki, narkotik vasitə ona məxsus olmamış, çəkilişdən öncə polis əməkdaşları üzərinə qoymuşlar. Təhqiqat zamanı ifadəni təhqiqatçı özü istədiyi kimi yazmış, o isə təsir və təzyiqlərə görə məcbur olub imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, 33-cü polis bölməsinin əməkdaşları ona fiziki təzyiqdən əlavə hədə-qorxu gələrək bildirmişlər ki, əgər videoçəkiliş zamanı narkotikin və “beşbarmağın” ona məxsus olmasını bildirməsə, həmçinin sənədləri imzalamasa barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə sənədləşmə ediləcək, həmçinin oğlunu da həbs edəcəklər. Ona görə işin təhqiqat mərhəsində sənədləri imzalamışdır. İş istintaqa gələn zaman baş vermiş qanunsuzluqlar barədə müstəntiqə də məlumat vermiş, lakin müstəntiq ona əhəmiyyət verməyərək öz istədiyi ifadəni yazaraq ona təqdim etdiyi üçün təqdim edilmiş bütün prosessual sənədlərin aşağısından “razı deyiləm” qeydi yazmışdır. Həmçinin həbs qətimakn tədbirinin seçilməsi üçün məhkəməyə gətirilən zaman da özünü təqsirli bilmədiyini, narkotik vasitə və “beşbarmağın” üzərinə qoyulmasını bildirmişdir. Məhkəmə qərarında da bu barədə qeyd vardır. Göstərilən halları nəzərə alaraq Azərbaycan Respublikası CMnin 228.4 və 234.1-ci maddələri ilə barəsində bəraət hökmünün qəbul edilməsini, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə isə barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128, 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci ilə təqsirli olması sübuta yetirilsə də, onun həmin Məcəllənin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızi ifadəsində göstərmisdir ki, Təqsirləndirilən şəxs ilə 2002-ci ildə rəsmi olaraq ailə qurmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, «V» yaşayiş massivi, Samir Cəfərov küçəsi, ev 13M, mənzil 250-də yaşamışlar. Birgə nigahlarından oğlu Şahid1 və qızı Əsma Abbasova dünyaya gəlmişdir. Birgə yaşadıqları dövürdə Təqsirləndirilən şəxs qısqancliği üzündən aralarında tez-tez mübahisələri olmuş, 2020-ci ildə aralarında yaranan mübahisələrə görə rəsmi olaraq məhkəməyə müraciət edib boşanmişlar. Ayrıldıqdan sonra bir müddət övladları ilə birlikdə anasına məxsus evdə yaşamışdır. Ayrı yaşadıqları dövürdə də Təqsirləndirilən şəxs onu sakit buraxmamış, daima narahat etmiş, qorxusundan həmişə Təqsirləndirilən şəxs gizlənmək macburiyyətində qalmişdir. 2020-ci ildə Təqsirləndirilən şəxs cinayət törətdiyinə görə barəsində cinayət işi başlanılaraq həbs olunandan sonra özünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Samir Cəfərov küçəsi, ev 13M, mənzil 250-də yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs alimenti ödəmədiyi üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probarsiya şöbəsinə gedib icra məmuruna məlumat xarkterldi şikayətini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs görməmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89A ünvanında yerləşən dəftərxana ləvazimatları mağazasına gedərkən mağazanın qarşısında təsadüfən Təqsirləndirilən şəxs la rastlasmışlar. Təqsirləndirilən şəxs aliment tələb etməsi səbəbindən mübahisə etməyə başlayaraq sillə, yumruq və təpiklə onu döymüşdür. Qaçaraq qaynanası Rəhilə Abbasovanın yaşadığı ünvan 7 ünvada yerəlşən mənzilinə getdikdə Təqsirləndirilən şəxs da arxasınca gələrək orada da bədənin müxtəlif nahiyələrinə yumruq vətəpiklə vurmuşdur. Həmin vaxtı qaynanası Rəhilə Abbasova, qaynı Rövşən Abbasov və oğlu Şahid1 mənzildə olmuşlar. Şikayət ərizəsi yazarkən həddindən artiq əsəbi olduğundan emosional vəziyyətdə qərəzli olaraq hadisə zamani Təqsirləndirilən şəxs onu bıcaqla hədələməsini göstərsə də, əsil həqiqətə həmin vaxtı Təqsirləndirilən şəxs onu bıcaqla hədələməmişdir, bu barədə ərizəsində göstərdiyi doğru deyildir. Təqsirləndirilən şəxs ona bıçaq, şüşə qırıntısı və ya başqa kəsici əşya ilə xəsarət yetirməmişdir, onu ancaq əl və təpik zərbələri ilə vurub xəsarət yetirmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs nigahın pozulması və aliment ödəməsindən xəbərsiz olmasi, guya onu sərbəst şəkildə icazəsiz hərəkət etməsinə görə döyməsi barədə verdiyi ifadəsi yalandır. Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə ondan boşanmasını və aliment ödəmək öhdəliyinin olması barədə məlumatlıdır. Təqsirləndirilən şəxs onu məhz aliment ödəməməsinə görə şikayət etməsi səbəbindən döyüb xəsarət yetirmişdir. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışması, ondan tələb və şikayətinin olmaması barədə notarial ərizə versə də, hazırda fikrini dəyişmişdir, Təqsirləndirilən şəxs şikayətçidir, ona görə də işə baxılaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baki şəhəri Suraxani RPİ-nin 33-cü PB-nin başəməliyyat müvəkkili, polis polkonik leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxani RPi-nin 33-cü PB-nə “Elnur” adli şəxsin psixotrop maddələr və narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, daşıyib gəzdirməsi və qanunz dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin məlumatin yoxlanılmasindan ötrü raportla Suraxani PRİ-nin 33-cü PB-nin rəhbərliyinə məruzə olunduqdan və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid3la birlikdə əməliyyat tədbirləri həyata keçirilmiş, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, “Badi Kubə” adlanan yerin yaxınlığında Elnur adlı şəxsi narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib, üzərində saxlayıb daşımaqda və qanusuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlayaraq Bakı şəhəri Suraxani RPİnin 33-cü PB-nə aparmışlar. Bölmədə həmin şəxsin xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, PB-nin inzibati binasinda, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarinin müdafiə olunması üçün müdafiəçi dəvət olunmuş, üzərində video çəkliş aparılmaqla şəxsi axtarış aparılağacı barədə qərar elan olunmuş, axtarış aparılmasina başlanılmazdan əvvəl üzərində narkotik vasitə, psixtorp maddə, eləcə də əldə edilib saxlanmasi və daşınması qadağan olunmuş hər hansi bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ kiçik cibindən 01 (bir) ədəd şəfaf sellofan kəsiyi bükümünü, sağ arxa cibindən bir ədəd “beş barmaq” adlandırılan cismi, sol arxa cibində olan ağ rəngli “İphone X” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Onun üzərində axtarış davam etdirilmiş, amma özünün təqdim etdiyi 01 (bir) ədəd şəfaf sellofan kəsiyi bükümü, bir ədəd “beşbarmaq” adlandırılan cism və bir ədəd “İphone X” markali mobil telefondan başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bir ədəd sellofan kəsiyi bükümünün arasında narkotik vasitə olan heroindir, heroini xx.xx.2022-ci il tarixdə səhər saatlarında Baki şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində Surxay adlı şəxsdən 20 manata alaraq özü istifadə etməsi üçün üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə narkotik vasitə heroinə oxşar kütlə bir ədəd zərfə, “beşbarmaq” adlandırilan cism bir ədəd zərfə, “İphone X” markalı mobil telefon isə başqa bir zərfə qablaşdırılmış, zərflər möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərflərin üzərini imzalamışlar. Təqsirləndirilən şəxs saxlanilarkən,PB-gərilərkən və PB-də olduğu zaman ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, saxlanılan zaman sonuncu heç bir müqavimət göstərməmiş, saxlanıldığı yer ilə PB-nin arasında 10-15 dəqiqəlik yol var. Təqsirləndirilən şəxs saxlanılmamışdan bir gün öncə bir neçə polis əməkdaşı onun yaşadığı ünvana gedərək PB-nə gətirmişdilər, belə ki, həm Təqsirləndirilən şəxs, həm də onun oğlu barəsində 33-cü polis şöbəsində şikayət üzrə material olmuş, Təqsirləndirilən şəxsla söhbət aparıldıqdan sonra sonuncu sərbəst buraxılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs evinə getməmişdən öncə onunla telefonla əlaqə saxlanılmamış, Təqsirləndirilən şəxs evdə tək olmuş və polis bölməsinə gətirilməsi qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermiş, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmamışdan bir gün öncə bir neçə polis əməkdaşı onun yaşadığı ünvana gedərək sonuncu PB-nə gətirmişlər, belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə onlarda məlumat olmuş, sonuncu ilə profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə anasıdır. 2020-ci ildə atası ilə anasi rəsmi olaraq boşanmışlar. Atası Təqsirləndirilən şəxs anasından ayrıldıqdan sonra aliment ödəməmiş, ona görə də xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami rayon İcra və Probarsiya şöbəsinə gedib icra məmuruna məlumat vermişdir. xx.xx.2022-ci ildə əmisi və ya nənəsi zəng vurub onun nənəsinin yaşadığı ünvan 7 ünvanında yerəlşən mənzilə çağırmışlar. Nənəsigilə gedəndə həm atasının, həm də anasının orada olmasını görmüş, həmçinin nənəsigildən eşitmiş ki, atası anasını döyərək xəsarət yetirmişdir. Bundan sonar anası ilə birlikdə yaşadıqları Baki şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Samir Cəfərov küçəsi, ev 13M, 250 saylı mənzilə gəmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə atası Təqsirləndirilən şəxs və o evdə olarkən 33-cü PB-nin əməkdaşları evlərinə gəlmişlər və atasını bölməyə aparmışlar. Bundan sonra atasını PB-də saxlamışlar və buraxmamışlar. Həmin vaxtdan atası ilə əlaqə saxlaya bilməmiş və yalnız 1 ay sonra təcridxanada olan zaman atası ilə danışa bilmişdir. Atasını polis əməkdaşları aparan zaman binada olan bir neçə kameraya düşmüşdür. Həmin əməkdaşların bəziləri mülki geyimdə, biri isə formada olmuşdur. Atasını PB-nə mülki maşında aparmışlar. Həmçinin bildirmişdir ki, istinaq zamanı o şahid qismində cəlb edilməsinə etiraz etmiş və heç bir sənədə imza atmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş iş üzrə istintaq aparmış müstəntiq Bakı şəhəri Suraxanı RPİ-nin müstəntiqi, polis mayoru X2 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə Şahid1 iki dəfə Suraxanı RPİ-də onun işlədiyi 308 saylı xidməti otaqda olmuşdur. 1 dəfə izahat vermiş, bir dəfə isə şahid qismində ifadə vermiş, izahat və ifadəsini də bilavasitə özü imzalamışdır. Şahid2 ilə Təqsirləndirilən şəxs ifadələrində ziddiyyətlər olduğu üçün aralarında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə şikayətlər olduğu üçün onu PB-nə dəvət etmişlər. Belə ki, bina sakini PB-nin rəisinə müraciət etmiş ki, təqsirləndirilən şəxs evində narkotik vasitə istifadə edir və yanına gəlib gedən şəxslər olur. Təqsirləndirilən şəxs daha öncə polis bölməsinə dəvət edilərkən qeydiyyatsız dəvət edilmiş və onunla sadəcə profilakitik söhbət aparılmışdır. İcraatında nəqliyyat vasitəsinə zərər yetirilməsi ilə bağlı material olmuş, lakin sübuta yetirilmədiyi üçün rədd qərarı qəbul edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, münasibətləri yaxşıdır və 2016-cı ildən onu tanıyır. 18 avqust 2022-ci ildə avtomobilini ustaya aparmış və evə gec saatda gəlmişdir. Evə gələn zaman həyat yoldaşı ona bildirmiş ki, Elnur evin açarını ona vermiş və bölməyə getdiyini demişdir. Dərhal 33-cü PB-nə getmiş və Elnurun anasını orada görmüşdür. Həmin vaxt Elnurun anası növbətçi hissədə dayanan polis əməkdaşı ilə danışırmış. Bölməyə getdiyi vaxt təxmini 21:30 radələri olmuş, evləri ilə bölmə arasındakı məsafə təxmini 700-800 metrdir. Orada Təqsirləndirilən şəxs bölmədə olmasını öyrənmiş və bir gün sonra təkrar maraqlandıqda sonuncunun hələ də buraxılmamasını eşitmişdir. Həmin vaxtdan, yəni 18 avqust 2022-ci ildən sonra Təqsirləndirilən şəxs buraxılmadığı üçün onu görməmişdir. Hadisədən bir gün sonra Elnurun qardaşını həyətdə görmüş, 3-4 gün sonra isə Elnurun oğlu onlara gələrək mənzilin açarlarını götürmüşdür. Məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi X11 göstərmişdir ki, məhkəmənin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş cavabda göstərilən ünvanlar onların stansiyalarının ünvanını göstərir. “L” ilə qeyd edilən koordinatlar ***-**** metr məsafəni əhatə edir, “UBBK” ilə olan koordinatlar 6-7 km. məsafəni əhatə edir. “UBBK 0283” Qaraçuxur qəsəbəsindəki məscidin yaxınlığını göstərir. 5821 və 0283 kodları ilə göstərilən koordinatlar PB-nin yaxınlığındakı koordinatlardır. 5290 koordinatı təqsirləndirilən şəxsin evini göstərə bilər. Həmçinin bildirmişdir ki, 18-19 avqust 2022-ci il tarixlərdə bütün stansiyaları normal işlək vəziyyətdə olmuş, heç bir texniki nasazlıq olmamışdır. ********** nömrəli telefonun 18-19 avqust 2022-ci il tarixlərdə əhatə dairəsi xx.xx.2022-ci il tarixdə bütün gün ərzində sonuncu qeydə alma saat 19:27-də olmaqla “UBBK5290B/UBBK529” və “LBBK5290O2/LBBK5290” koordinatlarında olmuş, bu koordinatlar təqsirləndirilən şəxsin yaşadığı evə yaxın stansiyalarda qeydə alınmış, xx.xx.2022-ci il tarixdə saat 19:46-dan fasiləsi olaraq xx.xx.2022-ci il tarixdə saat 13:36-ya qədər olan bütün müddət ərzində "UBBK0283D/UBBK0283” və "LBBK0283O1/LBBK0283 G” koordinatlarında olmuş, bu koordinatlar 33-cü Polis Bölməsinin yanında olan stansiyada qeydə alınmışdır. Dövlət ittihamçısının sualına cavab olaraq bildirmişdir ki, şəxsə məxsus telefonun əhatə dairəsi ona ən yaxın olan stansiya üzrə qeydə alınır. Şəxsə ən yaxın olan stansiya həddən artıq yüklənərsə bu zaman onun əhatə dairəsi digər stansiyaya keçə bilər, lakin belə hallar gündüz saatlarında və çox nadirən baş verir. Cinayət işinin materiallarında olan 19 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:40 radələrində şübhəli şəxs kimi saxlanılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 avqust 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Suraxanı RPİ-nin 33-cü PB-nin xidməti iş otaqlarının birində qeydə alınmış və görüntülərdə Suraxanı RPİ-nin 33-cü PBnin baş təhqiqatçısı, polis mayoru Vaqif Əliyev, həmin Bölmənin əməliyyatçıları Şahid2, Şahid3, həmçinin şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs vardır. Görüntülərə əsasən müəyyən edilir ki, təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ kiçik cibindən 01 ədəd şəffaf selofan kəsiyi bükümünü, sağ arxa cibindən “beşbarmaq” adlandırılan aləti, sol arxa cibindən “İphone X” markali mobil telefonu çıxarıb təqdim edir, həmçinin bildirir ki, təqdim etdiyi şəffaf sellofan kəsiyi bükümünün arasındaki narkotik vasitə heroindir, heroini həmin gün səhər saatlarında Suraxani rayonu,Yeni Günəşli qəsəbəsində “Surxay” adlı şəxsdən 20 manata özü isttifadə etməsi üçün alaraq üzərində saxlamışdır. Daha sonra aşkar edilmiş vasitələr zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən üzəri imzalanır. Cinayət işinin materiallarına müdafiə tərəfinin vəsatəti ilə əlavə edilərək araşdırılmış diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə üç ayrı video görüntü mövcuddur: 1) Birinci video görüntü çoxsaylı yaşayış binasının eyvanına quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış, görüntülərdə bir nəfər polis leytenantı formasında olan əməkdaş, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyatçıları Şahid2 Şahid3 və digər adı bilinməyən polis əməkdaşı qapısı açıq mənzilin yanında gözləmələri, bir qədər sonra Təqsirləndirilən şəxs mənzildən çıxaraq qapını bağlaması, qapının bağlanmasına polis əməkdaşlarının da kömək etməsi, daha sonra qapıdan təxmini 3 metr məsafədə polis əməkdaşı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və bir qədər sonra oradan getmələri müşahidə edilir. Video görüntü 2 dəqiqə 30 saniyə davam edir. Görüntülərin 20-ci saniyəsindən etibarən sol üst küncdə olan rəqəmlərə əsasən müəyyən edilir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə saat 19:29-da qeydə alımışdır. 2) İkinci video görüntü də çoxsaylı yaşayış binasının eyvanına quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış, görüntülərdə əvvəlcə bir neçə şəxs natamam şəkildə görünür, daha sonra həmin şəxslərdən Təqsirləndirilən şəxs kamera olan istiqamətə gələrək əvvəlcə sol tərəfdə olan mənzilin qapısını döyür, qapını açan olmadığı üçün qarşı tərəfdə yerləşən mənzilin qapısını döyür və həmin qapını bir nəfər qadın açır. Təqsirləndirilən şəxs qadına açar verməsi müşahidə edilir. Həmin müddət ərzində isə mülki geyimdə olan 33-cü PB-nin əməliyyatçısı Şahid3 və bir nəfər polis leytenantı rütbəsində formada olan əməkdaşı Təqsirləndirilən şəxs lap yaxınlığında onu gözləyirlər. Daha sonra oradan getmələri müşahidə edilir. Video görüntü 1 dəqiqə 29 saniyə davam edir. Görüntülərdən müəyyən edilir ki, kadrlar xx.xx.2022-ci il tarixə aiddir. 3) Görüntülər çoxsaylı yaşayış binasının yuxarı mərtəbələrinin birində quraşdırılmış kameralarla qeydə alınmışdır. Görüntülərə əsasən binanın yanına gələn içərisində polis əməkdaşı da olan bir neçə şəxs iki ayrı avtomobilə əyləşərək oradan uzaqlaşırlar. Video görüntü 59 saniyə davam edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi MTE və PA birliyi X12 Nizami rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 730 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədən səthində sol gözaltı nahiyyənin qançırı, üst dodağin selikli qişasının qansızması, sol bazunun ön bayır səthinin və sağ budun bayir səthinin hematomalari, boyunun yuxarı şöbəsinin sağ yarısının cızığı, boyunun yuxari və aşağı şöbəsinin sağ yarısının sıyrıqları müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər cızıq iti kənara malik olan əşyanın (ola bilsin şüşə qəlpələrinin) təsirindən, digər xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə alınmalari mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiyası və xüsusiyətlərini nəzərəalaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2022-ci il tarixli, 6/4410 saylı məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №171” dəirəvi möhür əksi və ”şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut şübhəli şəxs: Təqsirləndirilən şəxs - imza, iştirakçılar-iki imza; qablaşdırdı: V.Əliyev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,410 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,410 qram, tədqiqata sərf olunub 0,05 qram, qalıq 0,360 qramdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 3/1159 saylı məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmişbir ədəd predmet, kustar üsülla kastet tipində hazırlanmış vurucu-əzici-desici xassəyə malik soyuq silahdır, üzrində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 və 64 manat olmaqla, ümumilikdə 156 (bir yüz əlli altı) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli 6088 saylı rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardır, ərazi narkoloji dispanserində qeydiyyata alinmasi məsləhət görülür. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında 20 avqust 2022-ci il tarixli protokolların 2-ci səhifəsinin aşağı hissəsində “razı deyiləm” qeydi edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin 17 aprel 2023-cü il tarixli müşayət məktubu ilə məhkəməyə daxil olmuş CD diskə məhkəmə iclasında mütəxəssis qismində iştirak edən "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəli telefonun 18-19 avqust 2022-ci il tarixlərdə əhatə dairəsi belə olmuşdur: 1) xx.xx.2022-ci il tarixdə bütün gün ərzində sonuncu qeydə alma saat 19:27-də olmaqla “UBBK5290B/UBBK529” və “LBBK5290O2/LBBK5290” koordinatlarında. Mütəxəssisin izahına əsasən bu koordinatlar təqsirləndirilən şəxsin yaşadığı evə yaxın stansiyalarda qeydə alınmışdır. 2) xx.xx.2022-ci il tarixdə saat 19:46-dan fasiləsi olaraq xx.xx.2022-ci il tarixdə saat 13:36-ya qədər olan bütün müddət ərzində "UBBK0283D/UBBK0283” və "LBBK0283O1/LBBK0283 G” koordinatlarında. Mütəxəssisin izahına əsasən bu koordinatlar 33-cü Polis Bölməsinin yanında olan stansiyada qeydə alınmışdır. Cinayət işinin materiallarında olan Suraxanı RPİ-nin 33-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X6 Mənsimovun icraatında olan araşdırma materialı ilə əlaqədar şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə bölməyə dəvət edilmiş və izahatı alınaraq sərbəst buraxılmışdır. xx.xx.2022-ci il tarixdə isə narkotik vasitənin qanunsuz olaraq saxlanılması və istifadəsinə görə şübhəli şəxs kimi bölməyə gətirilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı RPİ-nin 33-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə daxil olmuş materialın surətlərindən görünür ki, həmin material vətəndaş Budaq Cabbarovun müraciəti üzrə üzrə başlanmış və materialların içərisində hazırki iş üzrə Təqsirləndirilən şəxs və ya onun oğlu Şahid1 aid hər hansı şikayət, araşdırma və ya onların izahatları mövcud deyil. Cinayət işinin materiallarında olan Suraxanı RPİ-nin 33-cü PB-nə daxil olan şəxslərin qeydiyyatı barədə jurnaldan çıxarışdan görünür ki, həmin çıxarış xx.xx.2022-ci il tarixə aid olmaqla orada Təqsirləndirilən şəxs 12:40 radələrində şübhəli şəxs kimi gətirilərək MSY-nə təhvil verilməsi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan 08 noyabr 2022-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,410 qram çəkidə olan narkotik vasitə hesab edilən heroinin ekspertiza tədqiqatından sonrakı ümumi 0,360 qram çəkidə qalıq hissəsi, həmçinin kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici-deşici xassəyə malik soyuq silah hesab edilən “beş barmaq” adlanan predmet maddi sübut kimi tanınmaqla saxlanılması üçün Suraxanı RPİnin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Xətai rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 178.2.1, 178.2.4-cü maddələri ilə təqslirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək 03 şərti sınaq müddəti təyin edilmişdir; 2) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqslirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək 04 şərti sınaq müddəti təyin edilmişdir; 3) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 may 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 fevral 2005-ci il tarixli hökmü ilə müəyyən edilmiş şərti məhkum etmə ləğv edilərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 4) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 iyul 2014-cü il tarixli qərarı ilə 02 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir; 5) Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü madddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü madddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(003)-717/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilməsə də, onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurma cinayətini törətməsi, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş ekspert rəyi və digər iş materialları ilə sübuta yetirildi. Təqsirləndirilən şəxs həmin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirli bildiyi əməli səmimi etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 186.1, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü madddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(003)-717/2022 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və həmin müddət başa çatmadan 16 avqust 2022-ci il tarixdə qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs şərti məhkum etmə zamanı cəzasının çəkilməmiş hissəsi ərzində yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun əvvəllər də dəfələrlə məhkum edilməsini və bu halın onun şəxsiyyətini mənfi xarkterizə edən hal kimi qiymətləndirilməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(003)-717/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən ləğv edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 09 (doqquz) günü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs tutulması haqqında protokol 19 avqust 2022-ci il tarixdə tərtib edilsə də, məhkəmə istintaqı zamanı onun azadlığının faktiki olaraq 18 avqust 2022-ci il tarixdən məhdudlaşdırılması müəyyən edildiyindən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə qaldığı müddət nəzərə alınmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, təqdim edilmiş video görüntülər, təqsirləndirilən şəxsin olduğu yerin koordinatlarının müəyyən edilməsi ilə bağlı "xxxx" MMC-dən götürülmüş məlumatlar, məhkəmənin sorğusu əsasında Suraxanı RPİnin 33-cü PB-dən götürülmüş əlavə materiallar, həmçinin cinayət işinin istintaq mərhələsində tərtib edilmiş bəzi prosessual sənədlərin məzmununun təhrif edilməsi, ibtidai istintaq materiallarında olan bəzi sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmə, həmçinin satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətlərini törətməsi sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə ilk öncə təqsirləndirilən şəxsin saxlanılma yeri və vaxtı ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil etməməsi və təhrif edilməsini qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu,Yeni-Günəşli qəsəbəsi, V” yaşayış sahəsi “Badu Kübə" adlanan binanin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə gətirilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin bundan bir gün öncə, yəni 18 avqust 2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi 12, 250 nömrəli mənzildən polis əməkdaşları tərəfindən 33-cü PB-nə gətirilməsi müəyyən edilmişdir. Bununla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadə vermiş, həmçinin ifadəsində göstərdiyi xüsusatları təsdiq edən video görüntüləri məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, üç ayrı video görüntü mövcuddur: 1) birinci video görüntü çoxsaylı yaşayış binasının eyvanına quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış, görüntülərdə bir nəfər polis leytenantı formasında olan əməkdaş, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyatçıları Şahid2, Şahid3 və digər adı bilinməyən polis əməkdaşının qapısı açıq mənzilin yanında gözləmələr, bir qədər sonra Təqsirləndirilən şəxs mənzildən çıxaraq qapını bağlaması, qapının bağlanmasına polis əməkdaşlarının da kömək etməsi, daha sonra qapıdan təxmini 3 metr məsafədə polis əməkdaşı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və bir qədər sonra oradan getmələri müşahidə edilir. Görüntülərin 20-ci saniyəsindən etibarən sol üst küncdə olan rəqəmlərə əsasən müəyyən edilir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə saat 19:29-da qeydə alınmışdır. 2) ikinci video görüntü də çoxsaylı yaşyış binasının eyvanına quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış, görüntülərdə əvvəlcə bir neçə şəxs natamam şəkildə görünür, daha sonra həmin şəxslərdən Elnur Abbbasov kamera olan istiqamətə gələrək əvvəlcə sol tərəfdə olan məznilin qapısını döyür, qapını açan olmadığı üçün qarşı tərəfdə yerləşən mənzilin qapısını döyür və həmin qapını bir nəfər qadın açır. Təqsirləndirilən şəxs qadına açar verməsi müşahidə edilir. Həmin müddət ərzində isə mülki geyimdə olan 33-cü PB-nin əməliyyatçısı Şahid3 və bir nəfər polis leytenantı rütbəsində formada olan əməkdaşı Təqsirləndirilən şəxs lap yaxınlığında onu gözləyirlər. Daha sonra oradan getmələri müşahidə edilir. Görüntülərdən müəyyən edilir ki, kadrlar xx.xx.2022-ci il tarixə aiddir. 3) Görüntülər çoxsaylı yaşayış binasının yuxarı mərtəbələrinin birində quraşdırılmış kameralarla qeydə alınmışdır. Görüntülərə əsasən binanın yanına gələn içərisində polis əməkdaşının da olduğu bir neçə şəxs iki ayrı avtomobilə əyləşərək oradan uzaqlaşırlar. Video görüntü 59 saniyə davam edir. Həmçinin "xxxx" MMC-nin 17 aprel 2023-cü il tarixli müşayiət məktubu ilə məhkəməyə daxil olmuş CD diskə məhkəmə iclasında mütəxəssis qismində iştirak edən "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəli telefonun 18-19 avqust 2022ci il tarixlərdə əhatə dairəsi belə olmuşdur: 1) xx.xx.2022-ci il tarixdə bütün gün ərzində sonuncu qeydə alma saat 19:27-də olmaqla “UBBK5290B/UBBK529” və “LBBK5290O2/LBBK5290” koordinatlarında. Mütəxəssisin izahına əsasən bu koordinatlar təqsirləndirilən şəxsin yaşadığı evə yaxın stansiyalarda qeydə alınmışdır. 2) xx.xx.2022-ci il tarixdə saat 19:46-dan fasiləsi olaraq xx.xx.2022-ci il tarixdə saat 13:36ya qədər olan bütün müddət ərzində "UBBK0283D/UBBK0283” və "LBBK0283O1/LBBK0283 G” koordinatlarında. Mütəxəssisin izahına əsasən bu koordinatlar 33-cü Polis Bölməsinin yanında olan stansiyada qeydə alınmışdır. Bundan əlavə məhkəmə iclasına şahid qismində ifadə vermiş şəxslər Şahid1 və X4 da təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 33-cü Polis Bölməsinə aparılmış və orada saxlanılmışdır. Beləliklə də, təqsirləndirilən şəxsin özünü və şahidlərin ifadələri, təqdim edilmiş video görüntülər və "xxxx" MMC-dən götürülmüş məlumatlar əsasında sübut edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən 33-cü Polis Bölməsinə aparılaraq orada saxlanılmış və bir daha azad edilməmişdir. İttiham tərəfinin məhkəmə iclasında mövqeyinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 33-cü Polis Bölməsinə aparılsa da bu başqa iş üzrə olmuş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X6 Mənsimovun icraatında olan təhqiqat materialı ilə bağlı ilə PB-nə dəvət edilmişdir. Həmin iddianın özü ilə bağlı da bir neçə ziddiyyətli məqamlar olmuşdur. Belə ki, Suraxanı RPİ-nin 33-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə bölməyə dəvət edilmiş və izahatı alınaraq sərbəst buraxılmışdır. Lakin, məhkəmə iclasında şahid qismində iştirak edən 33-cü PB-nin əməliyyatçısı Şahid2 bildirmiş ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılmışdır. Həmçinin bildirmişdir ki, həmin vaxt Təqsirləndirilən şəxs hansı məsələyə görə bölməyə gətirmələri yadında deyil. Təqsirləndirilən şəxs evinə getməmişdən öncə onunla telefonla əlaqə saxlanılmamış, Təqsirləndirilən şəxs evdə tək olmuş və polis bölməsinə gətirilməsi qeydiyyata alınmışdır. Qeyd edilən ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəmənin sorğusu əsasında Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Yusif Mənsimovun icraatında olmuş materialın surəti götürülüb araşdırılaraq müəyyən edilmişdir ki, həmin material vətəndaş Budaq Cabbarovun müraciəti üzrə olmuş və materialların içərisində hazırki iş üzrə Təqsirləndirilən şəxs və ya onun oğlu Şahid1 aid hər hansı şikayət, araşdırma və ya onların izahatları mövcud deyil. Bundan əlavə Suraxanı RPİ-nin 33-cü PB-nə daxil olan şəxslərin qeydiyyatı barədə jurnaldan çıxarışdan görünür ki, xx.xx.2023 il saat 19:10-da polis əməkdaşları tərəfindən bölməyə gətirilmiş və həmin gün izahatı alındıqdan sonra sərbəst buraxılması barəsində qeyd aparılmışdır və əlavə olaraq növbəti gün, yəni xx.xx.2022-ci il tarixə aid olmaqla orada Təqsirləndirilən şəxs 12:40 radələrində şübhəli şəxs kimi gətirilərək MSY-nə təhvil verilməsi qeyd edilmişdir. Amma xx.xx.2022-ci il tarixdə sərbəst buraxılması qeyd aparılsa belə, nə Təqsirləndirilən şəxs, nə digər şəxslər tərəfindən sərbəst buraxılması imza ilə təsdiq edilməmişdir. Beləliklə də məhkəmə bu hallara münasibət bildirərək qeyd edir ki, əvvəla Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə bölməyə gətirildikdən sonra azad edilməsi yuxarıda qeyd edilən sübutlar əsasında tam təkzib edilmiş, onun həmin gecə 33-cü PBdə saxlanılması və bir daha azad edilməməsi sübuta yetirilmişdir. Digər tərəfdən 33-cü PB-nin təhqiqatçısı Yusif Mənsimovun icraatında olan işin Təqsirləndirilən şəxs və ya onun yaxınlarına aidiyyəti heç nə ilə təsdiq edilmir. Əgər təsdiq edilmiş olsa idi belə, bu halda səthi araşdırma aparılmış bir material üzrə bir neçə polis əməkdaşının qəfil Təqsirləndirilən şəxs evinə gedərək onu təcili bölməyə aparmalarının motivi də mövcud deyil. Nəzərə almaq lazımdır ki, bu tip araşdırma materialları üzrə bölməyə dəvət edilməli olan şəxslə başqa cür (misal üçün telefonla zəng edilib) əlaqə saxlanılıb bölməyə dəvət edilə bilərdi. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə bölməyə gətirilsə də, sərbəst buraxılması təsdiqini tapmamışdır. Bütün bu qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 33-cü Polis Bölməsinə başqa işlə bağlı dəvət edilməsi barədə ittiham tərəfinin mövqeyi tamamilə əsassızdır. Göstərilənlərdən əlavə cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra prosessual sənədlər qanunvericiliyin tələblərinin pozulması şəraitində məzmunları təhrif edilməklə tərtib edildiyindən məhkəmə hesab edir ki, həmin sənədlər iş üzrə ittihamın sübut edilməsində sübut kimi qiymətləndirilə və mötəbər hesab edilə bilməz. Bu baxımdan məhkəmə cinayət işinin materiallarında olan 19 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, 19 avqust 2022-ci il tarixli şühəli şəxsin izahatı, 20 avqust 2022-ci il tarixli şübhəli şəxsin ifadəsi protokolunu və 20 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsi protokolunu məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, qeyd edilən prosessual sənədlərlə işin həqiqi halları müəyyən edilmir və həmin protokollarda Təqsirləndirilən şəxs iradəsi təhrif edilmiş formada öz əksini tapmışdır. Belə ki, protokoların məzmuna əsasən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və soyuq silah olmasını səmimi etiraf edir, şəxsi axtarış zamanı könüllü təqdim edir və etirafedici ifadə verir. Lakin, məhkəmə istintaqı zamanı aparılmış araşdırmalarla öz təsdiqini tapır ki, qeyd edilən protokollarda göstərilənlərin əksinə Təqsirləndirilən şəxs saxlanılan andan etibarən üzərində narkotik olması ilə bağlı hər hansı etiraf etməmiş, sənədləri könüllü imzalamamış və yalnız kənar təsirlər altında videoçəkiliş zamanı üzərində narkotik olmasını etiraf etmişdir. Bununla bağlı ilk öncə nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış protokolda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə PB-də deyil, xx.xx.2022-ci il tarixdə öz yaşadığı mənzilin qapısının təxmini 3 metrliyində 33-cü PB-nin əməliyyatçısı Şahid3 tərəfindən aparılmış və heç nə aşkar edilməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş video görüntülərlə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, faktiki olaraq üzərində şəxsi axtarış aparılaraq heç nə aşkar edilməmiş və bundan sonra polisin nəzarətində saxlanılan şəxsin bir gün sonra üzərində yenidən şəxsi axtarış və götürmə aparılması, şəxsi axtarış zamanı isə üzərindən narkotik vasitə və soyuq silah aşkar edilməsi formal xarakter daşımışdır. Bu hal, yəni video görüntüdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və soyuq silah aşkarlanması, sonuncunun bunu səmimi etiraf etməsi həmin predmetlərin Təqsirləndirilən şəxs üzərinə qoyularaq etirafa məcbur edilməsi ilə bağlı məhkəmədə əsaslı şübhələr yaradır. Həmçinin iş üzrə təhqiqat mərhələsindən sonra Təqsirləndirilən şəxs təqdim edilmiş prosessual sənədlərin hamısının altından “razı deyiləm” qeydi yazmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təhqiqat mərhələsində könüllü olaraq bütün sənədləri imzaladığı iddia edilən şəxsin bundan cəmi bir gün sonra istintaq mərhələsində bu qeydləri yazması halının özü də könüllü imzalanması iddia edilən sənədlərin kənar təsirlər altında imzalanması barədə məhkəmədə əsaslı şübhələr yaradır. Məhkəmə cinayət işinin materiallarında olan şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi haqqında 20 avqust 2022-ci il tarixli protokollara da münasibət bildirməyi zəruri hesab edir. Protokollara diqqət yetirildikdə müəyyən edilir ki, həmin protokolların aşağı hissəsində də Təqsirləndirilən şəxs tərəfindən “razı deyiləm” qeydi yazmış, lakin müstəntiq Təqsirləndirilən şəxs özünü tam təqsirli bilməsi məzmununda ifadə yazılmışdır. Təqsirləndirilən şəxs isə buna etiraz edərək razı olmadığını bildirmişdir. İstintaqa etiraz olaraq təqdim edilmiş prosessual sənədlərə həmin qeydləri yazan şəxsin özünü tam ifşa edən ifadə verməsinə də məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, bir tərəfdən özünü təqsirli bilməyərək etiraz yazan şəxsin digər tərəfdən özünü tam ifşa edən ifadə verməsi ağlabatan deyil. Təqsirləndirilən şəxs bu qeydləri onun özünü təqsirli bilməməsi ilə bağlı müstəntiq tərəfindən vəsatət kimi qəbul edilmiş və müstəntiq həmin vəsatətin rədd edilməsi barədə qərar qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmədə olarkən də özünü təqsirli bilmədiyini, aşkar edilmiş narkotik vasitə və soyuq silahın 33-cü PB-də üzərinə qoyulmasını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 19-20 avqust 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs adından yazılmış izahat və ifadələr onun özü tərəfindən verilməmiş, iradəsini əks etdirməmiş, hazır şəkildə yazılaraq iradəsi əleyhinə ona imzalatdırılmışdır. Bundan əlavə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs 20 avqust 2022-ci il tarixdə özünü təqsirli bilmədiyi halda, hətta bunu məhkəmədə də ifadə etdiyi halda bu xüsusatlarla bağlı, yəni özünü təqsirli bilməməsinin səbəbləri barədə onun əlavə ifadəsi alınmamışdır. Bu yöndə yeni ifadə yalnız iki ay yarım sonra 05 noyabr 2022-ci il tarixdə işə sonradan qoşulmuş müdafiəçinin təşəbbüsü ilə alınmışdır. Bu hal isə bir daha onu təsdiq edir ki, istintaq orqanı iş üzrə obyektiv araşdırma aparmaqda maraqlı olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş 19 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, 20 avqust 2022-ci il tarixli şübhəli şəxsin ifadəsi protokolu və 20 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsi protokolu təhqiqat və istintaqın gedişini düzgün əks etdirmədiyi, protokollarda şübhəli və təqsirləndirilən şəxsin iradəsi təhrif edilmiş formada əks etdirildiyi üçün, həmin protokollar mümkün olmayan sübut kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Həmin Məcəllənin 51.5-ci maddəsinə məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki pozuntular və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Təsviri hissəsində istintaq hərəkəti zamanı müəyyən edilmiş hallar tam və obyektiv qeyd edilməklə iştirakçıların protokola dair iradə ifadələrini sərbəst ifadə etmələrinə şərait yaradılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “şübhəli şəxsin üstünə baxış keçirilməsi haqqında” protokol saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, həmin günün səhəri Suraxanı RPİ-nin 33-cü PB-də keçirilmişdir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında saxlanılması iddia edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bu qədər vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şübhəli şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tədqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi halı da aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Beləliklə də məhkəmə istintaqı zamanı tədqiq edilən sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan 0,410 qram heroinin və soyuq silah hesab edilən kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici-deşici xassəyə malik soyuq silah hesab edilən “beş barmaq” adlanan predmetin Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilməmiş, eləcə də ittiham olunduğu cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qanunsuz olaraq soyuq silahı əldə etmə, gəzdirmə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdardan artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama ilə əlaqədar ittihamlar üzrə Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə narkotik və psixotrop vasitələrin kimyəvi ekspertizasının, soyuq silahın ballistik ekspertizasının keçirilməsinə xərclənmiş 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Suraxanı Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut 0,410 qram narkotik vasitə heroinin ekspertiza təqdiqatından sonrakı 0,360 qram qalığı və kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici-deşici xassəyə malik soyuq silah hesab edilən “beş barmaq” adlanan predmet materiala əlavə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ezam olunmuş təhqiqatçısı, polis mayoru, X8, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis polkonik leytenantı Şahid2 Heydər ağa oğlu və Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 7(003)-717/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən ləğv edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 ay 09 günü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 avqust 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə həbsdə qaldığı müddət nəzərə alınmaqla təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan edilən ittihamlarda təqsirliyi sübuta yetirlimədiyi üçün Təqsirləndirilən şəxs bəraət verilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan 0,410 qram heroinin qanunsuz dövriyyəsi, həmçinin kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici-deşici xassəyə malik soyuq silah hesab edilən “beş barmaq” adlanan predmetlə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra qalan 0,360 qram hissəsi, həmçinin kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici-deşici xassəyə malik soyuq silah hesab edilən “beş barmaq” adlanan predmet həmin araşdırma ilə əlaqədar Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi və ballistik ekspertilarının keçirilməsinə xərclənmiş 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti dövlətə aid edilsin Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X2, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə ezam olunmuş təhqiqatçısı, polis mayoru, X8, Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid2 Heydər ağa oğlu və Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar