Məhkəmə qərarları › İş №1(010)-138/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-138/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-138/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1979-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəbrayıl rayonu, Mahmudlu stansiyası ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 31 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 4(010)- 288/2024 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 4(010)-297/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 27 noyabr 2023-cü il tarixdə, qeyri-təbii yolla cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə ünvan 2-da onun üçün aşkar surətdə on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan xx xxxxxx 2010-cu il təvəllüdlü qohumu Zərərçəkmiş şəxs azyaşlı və sadəlövh olmasından istifadə edərək əynindəki şalvarı və tumanı çıxardıb əlləri və dizləri üstə dayanmasını tələb etmiş, Zərərçəkmiş şəxs onun tələblərini yerinə yetirməklə həmin vəziyyətdə dayandıqdan sonra o, Zərərçəkmiş şəxs hər iki əli ilə sağrı nahiyəsindən tutub sıxaraq gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə yeridib hərəkət etdirməklə fiziki ağrı yetirərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını pozğun şəkildə təmin edib Zərərçəkmiş şəxs arxa keçəcəyi büzən əzələnin cüzi boşalması və arxa keçəcəkdə çat ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onun üçün aşkar surətdə ön dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. İbtidai istintaq və məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2000-ci ildə həyat yoldaşı Səidə İsmayılova ilə ailə həyatı qurmuş və iki övladı vardır. O, və ailəsi 1994-cü ildən Cəbrayıl rayonundan qaçqın olduğuna görə, Sabirabad rayonunda məskunlaşmış və oğlu Şahid1 2001-ci ildə, qızı Şahid2 isə 2004-cü ildə anadan olmuşdur. Təxmini 3-4 ay olardı ki, arvadı Səidə ilə rəsmi şəkildə boşanmış və onunla aralarında həyat yoldaşı kimi münasibət olmamışdır. Onlar bir evdə yaşamış və yalnız boşandıqdan sonra, ayrı-ayrı otaqlarda yatmışlar. Onların evi 3 otaqlıdır, atası və anası ilə də münasibəti yaxışıdır. Onun boşanmaq səbəbi Səidəyə Füzulidən, özünə də Cəbrayıldan ev almaq olmuş və Səidə həmçinin ondan 7 yaş böyükdür. Qoşanağara alətinin ifaçısıdır, 22 ildir ki, bu işlə məşğul olur və Cəbrayıl rayonu, St. Mahmudluda qeydiyyatda olmaqla ünvan 2 nömrəli evdə yaşamışdır. Qanuni nümayəndə onun doğma dayısı qızı, onun qızı Zərərçəkmiş şəxs isə onun doğma dayısı nəvəsidir. Onlarla əvvəllər aralarında düşmənçilik və ədavət olmamış, münasibətləri qohum kimi normal olmuşdur. Təxminən ayda bir dəfə dayısı oğlu Süleyman Əhmədov və ya dayısı qızı Qanuni nümayəndəgilə qonaq gəlmiş və onlarda 1-2 gün qonaq qalandan sonra isə yaşadığı evə getmişdir. Zərərçəkmiş şəxs uşaqlıqdan çox istəmiş və həmişə onu “ömrüm” deyə çağırırmış. Hətta onu oğluna alacağını da demişdir. Həmin müddət ərzində də, Zərərçəkmiş şəxs ona deyirmiş ki, səni çox istəyirəm və ona “aşqım” deyə müraciət edirmiş. Həmin müddət ərzində də Qanuni nümayəndə kasıb olduğu üçün ona demişdir ki, “uşaqlarının geyinmədiyi paltarlarını gətir mənim uşaqlarım geyinsin.” Buna görə də o, özünün və bacısı X6 uşaqlarının geyinmədiyi paltarları gətirib dayısı qızı Qanuni nümayəndə verirdi. Qanuni nümayəndə işlətdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi var idi. Həmin telefon nömrəsi ilə Qanuni nümayəndə, Zərərçəkmiş şəxs, Ləman Əhmədova və ya Sübhan Əhmədov onun istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə mütəmadi olaraq zəng edib danışmışlar. Çox vaxt həmin nömrənin balansında pul (kontur) olmadığı üçün “WhatsApp” proqramı vasitəsi ilə ona adi zəng və ya görüntülü zəng etmiş, bəzən də səsli və ya yazılı mesaj yazmışlar. Ona görüntülü zəng edən vaxt da hamısı onunla qohum kimi telefonla görüntülü hal-əhval tutmuş və danışmışlar. Hətta 2023-cü ilin xatırlamadığı ayında Səmanın anası Tahirə onun ***-***-**- ** nömrəsinə xatırlamadığı nömrədən zəng edərək, hərbi xidmətdə əsgər olan oğlu Kamran üçün mobil nömrə almasını xahiş etmiş və o da öz şəxsiyyət vəsiqəsi ilə Tahirənin adına ***-***-**-** nömrəsini almış və nömrəni xatırlamadığı qazel şoferi ilə Biləsuvara onlara göndərmişdir. Tahirə həmin nömrəni özü evdə işlətmişdir. Hətta 2023-cü ilin noyabr ayında ***-***-**-** nömrədən ***-***-**-** saylı onun nömrəsinə Səma “WhatsApp” proqramı vasitəsi ilə özünün xalatda şəklini göndərmiş və o da ondan yazaraq soruşmuşdur ki, “bu şəkili mənə nə üçün göndərmisən?” Səma da ona yazaraq bildirmiş ki, səhv göndərmişəm və dərhal şəkli silmişdir. Hətta 2023-cü ilin dekabr ayının əvvəllərində Səmanın bibisi Sima, yəni əmisi qızı onun ***-***-**-** saylı nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə səs yazısı göndərmiş ki, Biləsuvara da gəlmə, Səmagilə getmə və o da demişdir ki, onu qızı kimi çox istəyir. Sima da ona demişdir ki, Səmanı da çox istəməsin və oraya gedib-gəlməsin. Bununla razılaşmış, onların mobil nömrələrini bloklamış və əlaqəni kəsmişdir. Süleyman Əhmədovun və Qanuni nümayəndə yaşadığı evdə qonaq kimi qalan müddət ərzində Zərərçəkmiş şəxs ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Hətta Cəbrayıl Rayon Polis Şöbəsinə bu şikayətlə bağlı çağırılan zaman təəcüblənmiş, çünki ona qızı kimi baxmışdır. Spirtli içki qəbul edir, lakin heç vaxt narkotik vasitə qəbul etməmişdir. Biləsuvara gedən zaman da spirtli içki qəbul etməmişdir. Səmanın dayısı Əhmədgildə qalıb spirtli içki qəbul etmiş, Biləsuvarda Cəbrayılın qəsəbələrində iki mağazadan, Qüdrət adlı şəxsin mağazasından da spirtli içki alıb içmişdir. Süleymangilin evində spirtli içki qəbul etməmiş və Səma da Süleymangildə olmuşdur. Səmanı “ömrüm” deyə uşağı kimi əzizləmişdir. Hətta Səmaya kitab almaqdan ötrü anasının xatırlamadığı bank kartına 25 manat pulu bankomatdan Səmanın “WhatsApp” proqramı vasitəsi ilə onun telefonuna göndərdiyi bank hesabına Günəşlidən marketdə göndərmiş və təxmini 2023-cü ilin dekabr ayında 100 manat Səmanın ad gününə pul vermişdir. Çünki onların maddi imkanları çox aşağı olmuşdur. Onun atası heç kimə görə elçi getməmiş və o da Səmanı heç vaxt vurmamışdır. O, Səmaya barmaqlarını onun arxa nahiyəsinə sal deməmiş, onun qızlığına toxunmamış, kök gətirməmiş və özünü öldürməyi deməmişdir. Heç bir sim nömrə də verməmişdir. Səma ilə heç bir əlaqədə olmamış, 26 noyabr 2023-cü il tarixdə toyda spirtli içki qəbul etmiş və Səmanı evinə aparmaq istəmişdir ki, onun qızının paltarlarını, qolbaq və sep olan qızıllarını çıxarıb versin, çünki Səmanın rayondan gəldiyi paltarı onların evində qalmışdı. Səmanı evinə aprmaq istəyən zaman əmisi Əlövsətlə mübahisə etmiş, belə ki, əmisi demişdir ki, Səma onunla getməsin, bundan sonra, Səma İlkingilə getmişdir. O, İlkinə ***-***-**-** nömrəli mobil telefonundan xatırlamadığı nömrəsinə zəng edərək demişdir ki, Səmanı tezdən onlara gətirə bilərmi, lakin İlkin tezdən işdə olacağını bildirmiş və ona demişdir ki, gəl Səmanı götür apar. O, da Səmanı gətirmiş və özü onu rayona xatırlamadığı taksi ilə aparmışdır. Onun Səmaya heç bir sevgisi olmamışdır. Səma da ona əmisi kimi baxmışdır. 21 mart 2024-cü il tarixdə, harada olduğunu dəqiq bilməmiş və həmin gün bayram günü olduğunu zənn edərək Bakı şəhərində olduğunu bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, 27 noyabr 2023-cü il tarixdə evdə Zərərçəkmiş şəxs və özündən başqa, həyat yoldaşı, qızı və oğlu da evdə olmuşdur. Zərərçəkmiş şəxs ilə telefon danışığı və yazışmaları olmuş, belə ki, Səma ilə, həm də digər ailə üzvləri ilə qohum kimi danışmışdır. ***-***-**-** mobil telefon nömrəsini Səmanın qardaşı əsgərlikdə olan zaman ondan nömrə almasını xahiş etdikləri üçün özü alıb göndərmişdir. İstifadəsində olan 051 919 47 29 saylı mobil telefon nömrəsinə oxşar mobil telefon nömrəsi almasına səbəb olaraq məhkəmədə bildirmişdir ki, bir müddət sonra Azercell nömrəsi olmadığı üçün almışdır. Zərərçəkmiş şəxs dayısıgildə qonaq qalıb-qalmamasını xatırlamır. Zərərçəkmiş şəxslə arasında heç bir cinsi münasibət olmamışdır. Toydan gəldikləri gün spirtli içki qəbul etdiyi üçün xatırlamır. ***-***-**-** mobil telefon nömrəsinə Səma qardaşı ilə danışmaq üçün konturu olmadığını demiş və ona kontur vurmasını xahiş etdiyindən ona kontur yükləmişdir. Daha sonra isə kitab almaq üçün pul istəmiş, o da 25 manat pul vermişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, Cəbrayıl rayonu, Qurbantəpə kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 106 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə dayısı oğludur. Onunla əvvəllər arasında düşmənçilik və ədavət olmamış, münasibətləri qohum kimi normal olmuşdur. Anası Qanuni nümayəndə atası Zaur Əhmədovdan boşanmış və atası Rusiya Fedarasiyasında yaşayır. O, bacısı Ləman, qardaşları Kamran və Sübhan ilə birlikdə anası Qanuni nümayəndə himayəsində yaşayırlar. 26 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhərində yerləşən “Xarı bülbül” şadlıq sarayında bibisi qızı Aytacın toy şənliyi keçirilmiş və o da həmin toy şənliyində iştirak etmişdir. 25 noyabr 2023-cü il tarixdə Bakıya tanımadığı qazellə gəlmiş və Bakının tanımadığı yerində Tahirin yaşadığı evə gələrək həmin gün Tahirin qızı Minarə ilə eyni otaqda yatmışdır. 27 noyabr 2023-cü il tarixdə, gecə 01 radələrində toydan sonra onu anasının dayısı oğlu İlkin öz yaşadığı tanımadığı evlərinə aparmışdır. Lakin gecə Tahir İlkinə zəng edərək, “Səmanı çölə çıxart gəlib aparacam” demişdir. Tahir gecə təxmini 03 radələrində İlkingilə gəlmiş və onu öz evlərinə aparmışdır. O, Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun yaşadığı ünvanını dəqiq bilmədiyi evə getmişdir. Səhər Tahirin həyat yoldaşı və uşaqları evi tərk etmişlər. Bundan sonra, evdə Təqsirləndirilən şəxs ilə tək qalmış və 27 noyabr 2023-cü il tarixdə, saat 10:30 radələrində Təqsirləndirilən şəxs onun yatağına gəlmiş, Tahir onun üzünü arxaya çevirmiş və əynində olan şalvarı və alt paltarını aşağı çəkmişdir. Sonra gərilmiş cinsiyyət orqanını arxa nahiyəsinə salaraq onunla arxadan, yəni qeyri-təbii yolla cinsi əlaqədə olmağa başlamışdır. 27 noyabr 2023-cü il tarixdə, təxmini saat 13:00 radələrində evlərinə qayıtmışdır. Təqsirləndirilən şəxs onunla arxadan, yəni qeyri-təbii yolla cinsi əlaqədə olduğunu heç kimə deməmişdir. 2024-cü ilin aprel ayının sonlarında xəstələnmiş və anası Qanuni nümayəndə demişdir ki, onu həkimə aparacaq və müayinə olmaq üçün aparatlarla yoxlatdıracaq. Bundan sonra, qorxmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs ilə arxadan, yəni qeyri-təbii yolla cinsi əlaqədə olması bilinəcək. Buna görə də, 01 may 2024-cü il tarixdə, bu barədə anası Qanuni nümayəndə və bibisi Sima Əhmədovaya demişdir. Bu səbəbdən də 01 may 2024-cü il tarixdə bibisi Sima Əhmədova DİN-in “102” Xidməti-Zəng Mərkəzinə zəng edərək, bu barədə məlumat vermiş və 02 may 2024-cü il tarixdə anası ilə birlikdə Cəbrayıl rayon polis şöbəsinə getmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evinə tək getmişdir. İlkin adlı şəxsin evindən gecə vaxtı onu götürən zaman Tahir sərxoş vəziyyətdə olmuşdur. Onun yaşadığı evin ünvanını dəqiq bilmir, lakin Suraxanı rayonu ərazisində yaşayır. Təqsirləndirilən şəxsə müqavimət göstərmiş, qeyri-təbii yolla cinsi əlaqədə olmağa razılığı olmamışdır. Təqsirləndirilən şəxslə yalnız bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt xəsarətləri olmamışdır. Hadisə barədə ilk anasına məlumat vermişdir. DİN-in “102” Xidmətinə zəng edən isə bibisi Sima olmuşdur. Təqsirləndirilən şəxs qardaşına mobil telefon nömrəsi almış, həmin nömrəni isə bacısı və qardaşları ilə birlikdə istifadə etmişlər. Təqsirləndirilən şəxs ona dəymiş ziyan olaraq 10000 min manat ödəmişdir. Başqa şəxslə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlmişdir ki, olanlar barəsində heç kimə deməsin, 18 yaşı olan zaman onunla evlənəcəkdir. Tahirlə mobil telefon vasitəsi ilə qardaşını soruşduğu zamanlar danışmışlar. Təqsirləndirilən şəxsdən istifadə etdiyi mobil telefon nömrəsinə balansa pul yükləməsini istəmişdir. Tahir ona əvvəllər heç bir pul göndərməmiş, ancaq mobil telefon nömrəsinə kontur vurmuşdur. Qanuni nümayəndə tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş 11 sentyabr 2024cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, azyaşlı övladı Zərərçəkmiş şəxs anası və qanuni nümayəndəsi olaraq bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı onlara dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir və bununla bağlı heç bir şikayət və tələbləri yoxdur. (iş.v. 217-218) Qanuni nümayəndə tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş 12 sentyabr 2024cü il tarixli yazılı ərizədən görünür ki, Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs tərəfindən qızı Zərərçəkmiş şəxs dəymiş maddi ziyan, yəni 10000 manat tamamilə ödənilmiş, onlar Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. (iş.v. 219) Qanuni nümayəndə tərəfindən məhkəmə istintaqı zamanı təqdim edilmiş 18 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti yoxdur. Gələcəkdə də heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadfəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs da əmisioğlu Zaur Əhmədovun qızıdır. 26 noyabr 2023-cü il tarixdə toyda olan zaman Tahir Səmanı oturduğu stolda qucaqlayaraq öpürmüş, lakin o, heçnədən şübhələnməmişdir. Hətta toyda Səma ilə səmimi olduğuna görə, yəni Səmanı Tahir qucaqladığına və onunla rəqs elədiyinə görə əmisi Əlövsət Tahirə əsəbləşmiş və çöldə söz-söhbət olmuşdur. O, bibisi qızı Humay, Zülfiyyə və Səma ilə birlikdə taksi ilə bibisi qızlarını düşürüb evə Səma ilə getmişdir. Həmin vaxt anası Qızbəst onları evdə qarşılamış və qardaşı Fərhad da evdə yatmışdır. Həmin gecə Tahir onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edəərk, Səmanın paltarlarının onlarda qaldığını, ona görə Səmanı gəlib evlərinə aparacağını bildirmişdir. O, da Səmaya demişdir ki, “Tahir səni aparmağa gəlir və Səmanın gözləri yaşararaq demişdir ki, “məni bağışla mən getməliyəm”, Tahir gəlmiş və Səmanı aparmışdır. Təxmini üstündən bir neçə gün keçdikdən sonra, Səmanın anasından eşitmişdir ki, Tahir Səma ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. O, bu olanlara inanmamış və heç vaxt bu barədə şübhələnməmişdir. Həmin vaxt gecə 02-03 radələrində Tahir taksi ilə gəlmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs, təxminən saat 01:00 radələrində gəlib Zərərçəkmiş şəxs aparmışdır. Səma demişdir ki, paltarları Tahirin evindədir və sabah rayona qayıtmalıdır. Ona görə də, getmək istəmişdir. Təqsirləndirilən şəxs əmisi Əlövsətlə nə üçün mübahisə etmiş dəqiq bilmir. Güman etmişdir ki, Tahirin toyda Səmanı qucaqlayıb öpdüyü üçün şübhələnmiş, buna görə də, mübahisə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, evdə tək yaşamış və Zərərçəkmiş şəxs bacısı Qanuni nümayəndə qızıdır. Təqsirləndirilən şəxs onun Əli dayısının oğludur. Tahirəgilin evi onun evinin yaxınlığında yerləşir. Zərərçəkmiş şəxs onun evinə həmişə gəlib-getmiş və o, yoldaşından ayrıldıqdan sonra da Səma onun evinə gəlib yemək bişirib evi təmizləmiş, gecə də qalıb öz qəsəbələrində yerləşən məktəbə gedirmiş. 2023-cü il tarixdə ayını xatırlamadığı vaxtda Səmanın ağzından qan gəlməyi ilə əlaqədar bacısı Tahirə Bakıya gətirmiş və orada məlum olmuşdur ki, Səma anası Tahirəyə demişdir ki, Təqsirləndirilən şəxs onun boğazına bıçaq dayayaraq, ağzını tutaraq və dayısını, bacısını, anasını öldürməklə hədələməklə, onunla qeyri-təbii yolla arxa nahiyəsindən əlaqədə olmuşdur. Səma anasına bildirmişdir ki, Tahir ona demişdir ki, 4 əl barmağını onun arxasına salsın və Səma da 4 barmağını Tahirin arxa nahiyəsinə salmışdır. Hətta Tahir kök də gətirmişdir ki, Səma Tahirin arxasına salsın. Tahirin atası Əli dəfələrlə Tahirənin yanına gəliblər ki, Tahirlə Səmanı nişanlasınlar və Səmanın 18 yaşı tamam olanda evləndirsinlər, lakin Tahirə buna razılıq verməyərək onları evdən qovmuşdur. Tahirə də Cəbrayıl Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs barəsində ərizə ilə müraciət etmiş və buna baxmayaraq Əli dayısı dəfələrlə, Səmaya görə elçi gəlmişdir. Təqsirləndirilən şəxs qəsəbəyə gələndə evində ayrı-ayrı vaxtlarda 3-5 gün qalırmış. Tahir hətta həyat yoldaşı Səidədən də ayrılmışdır. Tahirə ilk dəfə ona demişdir ki, Tahir Səma ilə bıçağı Səmanın boğazına dayamaqla onunla arxa nahiyədən zorla qeyri-təbii yolla cinsi əlaqədə onun evində olmuşdur. Hətta sonradan Tahirədən eşitmişdir ki, baş vermiş hadisəyə görə, Səma qolunu lezva ilə doğrayaraq özünə xəsarət yetirmiş və xlor içərək özünü öldürmək istəmişdir, çünki Tahir dəfələrlə onu “Tiktok” sosial şəbəkəsində və onun atası Zaura deyəcəyi ilə, Səmanı öldürəcəyi ilə hədələmişdir. Tahir çamadanlarını yığıb gündüz vaxtı Səma evdə olanda onlara gəlirmiş. Tahir qəsəbəyə gələndə onun evində də spirtli içki qəbul edirmiş, lakin o, spirtli içki qəbul etmədiyinə görə, Tahir tək içirmiş. Hətta Tahir onun evində olanda atası onun mobil telefonuna zəng edərək, Tahirlə dalaşırdı ki, “niyə ailəni dağıtmısan?”. Tahir də atasını söyüb təhqir edərək yaxşı edib ailəsini dağıtdığını bildirmişdir. O, da başa düşmüşdür ki, Tahirin ailəsi ilə münasibətləri yaxşı deyil. Tahir hətta onun yanında Səmaya “gəlinim”, “qızım” və “minişim” deyə müraciət edərək əzizləmişdir. O, həmin vaxt evdə Tahirlə eyni qonaq otağında yatmış, Səma isə digər otaqda tək yatmış və onun bu barədə heç bir məlumatı olmamışdır. Tahir müxtəlif vaxtlarda, müxtəlif yerlərdə Səma ilə qeyri-təbii yolla əlaqədə olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Səma onun evində olanda Tahir də gəlmiş, bəzən birlikdə qalmışlar. Həmin vaxt evdə Tahirlə eyni qonaq otağında yatmış, Səma isə digər otaqda tək yatmışdır. Təqsirləndirilən şəxs atasının Səmaya görə elçi gəlməsi barədə bacısı Tahirə ona məlumat verəndə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onun şəxsiyyət vəsiqəsində adı Sadə olsa da ona hamı Səidə deyə müraciət etmişdir. Qanuni nümayəndə Tahirin doğma dayısı qızıdır, onun qızı Zərərçəkmiş şəxs da Tahirin doğma dayısı nəvəsidir. Onlarla əvvəllər aralarında düşmənçilik və ədavət olmamış, münasibəti qohum kimi normal olmuşdur. Qohum kimi Qanuni nümayəndə və onun qızı Zərərçəkmiş şəxs adını eşitmiş, lakin özlərini görməmişdir. 25 noyabr 2023-cü il tarixdə atası Səmanı 26 noyabr 2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Xarı bülbül” şadlıq sarayında Zərərçəkmiş şəxs bibisi qızı Aytacın toy şənliyi keçiriləcəyi üçün onlara gətirmiş və Səma Tahirin atasının bacısı Sara ilə birlikdə, Biləsuvardan gəlmişdir. Sara öz bacısıgilə getmiş və Səma da toya geyinməyə paltarı olmadığı üçün onu onlara gətirmişdir. Səma onlarda qalanda qızı Minarə ilə bir otaqda qalmış və toya gedən gün isə Minarənin paltarlarını, ayaqqabısını və qızıl boyunbağını taxaraq Tahirlə birlikdə toya getmiş və Tahirlə də onlara qayıtmışdır. Həmin gecə Səma qızı Minarə ilə bir otaqda yatmış və 27 noyabr 2023-cü il tarixdə, saat 07 radələrində Minarə Sumqayıta universitetə getmiş, oğlu Məhərrəm evdə yatmış və Tahir Zərərçəkmiş şəxs Cəbrayıl qəsəbəsinə tanımadığı avtomobillə yaşadığı Biləsuvar rayonundakı evinə apararaq anası Qanuni nümayəndə təhvil vermişdir. Həmin gün evdə Tahir Səma ilə tək qalmamış və o, Tahir və Səma evdən bir yerdə çıxaraq getmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla hazırda rəsmi olaraq boşanmışlar, lakin birlikdə yaşayırlar. 01 mart 2024-cü il tarixdə ev verilməsi üçün planlı şəkildə boşanmışlar. Zərərçəkmiş şəxs onlara Tahirlə birlikdə gəlmişdir. Bir gün qalmış, daha sonra isə evlərinə qayıtmışdır. Səmanın ailə üzvləri ilə hamısı birlikdə danışmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “qızım” deyə müraciət etmişdir. Toydan sonra Zərərçəkmiş şəxs İlkingilə getmişdir. Tahir təxminən saat 01:00 radələrində İlkingilə gedərək Səmanı götürüb evlərinə gətirmişdir. Toy günü Təqsirləndirilən şəxs spirtli içki qəbul etmişdi. Səma qızı Minarənin paltarlarını geyinmişdi və səhər Səma rayona getməli olduğundan Tahir Səmanı onlara gəlmişdir. Həmin toyda şəxsi işləri olduğundan iştirak etməmişdir. O, Tahir və Səma səhər evdən çıxmış, özü işə getmiş, Tahir isə Səmanı avtovağzala aparıb yola salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, o, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin 4-cü kurs tələbəsidir. Təqsirləndirilən şəxs onun atasıdır. Tahir qoşanağara alətinin ifaçısıdır və 22 ildir ki, bu işlə məşğuldur. Onların ailəsi Sabirabad rayonunda qeydiyyatda olmaqla, ünvan 2 nömrəli evdə yaşayır. Qanuni nümayəndə onun atası Tahirin doğma dayısı qızıdı, onun qızı Zərərçəkmiş şəxs da atasının doğma dayısı nəvəsidir. Onlarla əvvəllər aralarında düşmənçilik və ədavət olmamış, münasibəti qohum kimi normal olmuşdur. O, qohum kimi Qanuni nümayəndə və onun qızı Zərərçəkmiş şəxs adını eşitmiş, lakin özlərini görməmişdir. 25 noyabr 2023-cü il tarixdə, atası Səmanı onlara 26 noyabr 2023-cü il tarixdə Bakı şəhərində yerləşən “Xarı bülbül” şadlıq sarayında Zərərçəkmiş şəxs bibisi qızı Aytacın toy şənliyi keçiriləcəyi üçün gətirmiş və Tahirin atasının bacısı Sara ilə birlikdə, Səma Biləsuvardan gəlmişdir. Sara öz bacısıgilə getmişdi və Səma da toya geyinməyə paltarı olmadığı üçün atası onu onlara gətirmişdir. Səma onlarda qalanda onunla bir otaqda və toya gedən gün isə onun paltarlarını, ayaqqabısını və qızıl boyunbağını taxaraq atası ilə birlikdə toya getmiş, atası ilə də evə qayıtmış və həmin gecə də onunla bir otaqda yatmışdır. 27 noyabr 2023-cü il tarixdə saat 07 radələrində o, Sumqayıta universitetə getmiş və Səma da onun otağında yatmışdır. Həmin vaxt evdə qardaşı Məhərrəm, anası və atası olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onlara ilk dəfədir ki, gəlmişdir. Toya atası və Səma birlikdə getmişlər. Zərərçəkmiş şəxs onlara atası ilə birlikdə gəlmişdir. Səmanın ailə üzvləri ilə hamısı ailəcə birlikdə danışaraq əlaqə saxlamışlar. Toydan sonra Zərərçəkmiş şəxs İlkingilə getmişdir. Atası təxminən saat 01:00 radələrində İlkingilə gedərək Səmanı götürüb evlərinə gətirdi. Atası Təqsirləndirilən şəxs rayona tez-tez getməmiş, bəzən nənəsini görmək üçün Sabirabad rayonuna getmişdir. 27 noyabr 2023-cü il tarixdə dərsə getdiyi üçün Zərərçəkmiş şəxs rayona kimin aparmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası, anası, bacısı və o, ünvan 2-da evdə yaşayırlar. Qanuni nümayəndə atasının doğma dayısı qızıdır, onun qızı Zərərçəkmiş şəxs da atasının doğma dayısı nəvəsidir. Onlarla əvvəllər aralarında düşmənçilik və ədavət olmamış, münasibəti qohum kimi normal olmuşdur. O, Qanuni nümayəndə və onun qızı Zərərçəkmiş şəxs adını eşitmiş, lakin özlərini görməmişdir. Səma 26 noyabr 2023-cü il tarixdə, bibisi qızı Aytacın toyuna getmək üçün onlara gəlmişdir. Səma onlarda qalanda bacısı Minarə ilə bir otaqda qalmış və toya gedən gün isə Minarənin paltarlarını, ayyaqqabısını və qızıl boyunbağını taxaraq atası ilə birlikdə toya getmiş, o, gecə növbəsində işlədiyi üçün evə gəlib yatmışdır. 28 noyabr 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs Cəbrayıl qəsəbəsinə gedən tanımadığı avtomobillə yaşadığı Biləsuvar rayonundakı evinə yola salmaq üçün anası, Səma və atası getmişlər. Onlar evdən çıxan zaman yuxudan oyanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər evlərinə gəlməmiş, ilk dəfə idi onlara gəlmişdi. Bacısı həmin gün evdə olmamışdır. Belə ki, bacısı universitetdə əyani təhsil aldığı üçün səhər dərsə getmişdi. Təqsirləndirilən şəxs toydan qayıdan zaman spirtli içki qəbul edib-etməməsini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 242006059 nömrəli cinayət işi 13 iyun 2024-cü il tarixdə Azərbaycan Respubikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə Qanuni nümayəndə müraciəti əsasında fakta görə başlanmışdır. (iş.v. 1) Cəbrayıl RPŞ-nin rəisinə ünvanlanmış 01 may 2024-cü il tarixli, 158 saylı raportdan görünür ki, 01 may 2024-cü il tarixdə, saat 19:47-də Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil olmuş ********** saylı məlumatda göstərilmişdir ki, Cəbrayıl rayonundan X9 ***-***-**-** nömrəli mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək qardaşı qızı 13 yaşlı Zərərçəkmiş şəxs 46 yaşlı Təqsirləndirilən şəxs (***-***-**-**) təcavüz etməsi və hədələməsi barədə məlumat vermişdir. (iş.v. 3) Qanuni nümayəndə tərəfindən 02 may 2024-cü il tarixdə Cəbrayıl Rayon Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü qızı Zərərçəkmiş şəxs qohumu 46 yaşlı Təqsirləndirilən şəxs bir neçə təcavüz edərək onunla arxadan cinsi əlaqədə olmuş və kiməsə deyəcəyi halda, onu öldürməklə hədələmişdir. (iş.v. 4) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4” X13 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 03 may 2024-cü il tarixli, 263 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərsol saidin aşağı 1/3-nin ön səthində yaralar kəsici xassəyə malik əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən müayinə olunanın göstərdiyi vaxtda və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorun boşalması və sair) aşkar edilmiş, lakin arxa keçəcək dəliyinin girəcəyinin selikli qişasında və düz bağırsağın selikli qişasında hər hansı bir xəsarət olmadığı halda müddəti barədə fikir söyləmək mümkün deyildir. (iş.v. 24-25) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4” X13 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 10 may 2024-cü il tarixli, 286 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. (iş.v. 26-27) Qanuni nümayəndə tərəfindən 03 iyul 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış ərizədən görünür ki, qızı xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilməsini xahiş etmişdir. (iş.v. 37) 03 iyul 2024-cü il tarixli, “qanuni nümayəndənin təyin edilməsi haqqında” qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmamış xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. (iş.v. 38) 03 iyul 2024-cü il tarixli, “zərərçəkmiş şəxs kimi tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 42) 03 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs və şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, ifadələrini bir daha təsdiq etmişdir. (iş.v. 60-66) 03 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid5 üzünə qarşı deməklə, ifadələrini bir daha təsdiq etmişdir. (iş.v. 67-73) 03 iyul 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid1 üzünə qarşı deməklə, ifadələrini bir daha təsdiq etmişdir. (iş.v. 74-80) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 5(010)-524/2024 saylı, 5(010)-525/2024 saylı və 5(010)-526/2024 saylı qərarları ilə müvafiq olaraq Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin 01 yanvar 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin və SMS mesajların siyahısının, yazılı mətnin, qeyd olunan telefonlara dair anten məlumatların müvafiq mobil operatorlardan götürülməsi qərara alınmışdır. 15 iyul 2024-cü il tarixli, “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 7 ünvanına baxış keçirilmişdir. Mənzil 3 otaq, 1 mərtəbə və 1 hamam otağından ibarətdir. 2 yataq otağı və 1 qonaq otağı vardır. Yataq otaqlarının hər birində bir yataq vardır. Qonaq otağında 1 divan, 1 televizor, mətbəxdə isə stol, stul və mətbəx mebeli vardır. Hadisə yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyətli hallar aşkar edilməmişdir. (iş.v. 105-109) 17 avqust 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**-** nömrəli mobil nömrədən ***-***-**-** və ***-***-**-** nömrəsinə və ***-***-**-** və ***-***-**-** nömrədən ***-***-**-** mobil nömrəsinə müxtəlif vaxtlarda göndərilən müxtəlif smslər, yəni smslərdə-“ömrüm konturum yoxdu” kimi smslər və zənglər olduğu görünmüşdür. Həm də ***-***-**-** nömrəli mobil nömrədən müxtəlif nömrələrə smslər yazılmış və həmin nömrələrdən də ***-***-**-** saylı mobil nömrəyə smslər və zənglər olduğu müəyyən edilmişdir. (iş.v. 121) 17 avqust 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**-** nömrəli mobil nömrədən ***-***-**-** nömrəsinə və 051-919- 47-27 nömrədən ***-***-**-** mobil nömrəsinə müxtəlif vaxtlarda göndərilən müxtəlif smslər, yəni smslərdə-ömrüm konturum yoxdu kimi smslər və zənglər olduğu görünmüşdür. Həm də ***-***-**-** saylı mobil nömrədən müxtəlif nömrələrə smslər yazılmış və həmin nömrələrdən də ***-***-**-** nömrəli mobil nömrəyə smslər və zənglər olduğu müəyyən edilmişdir. (iş.v. 122) 17 avqust 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**-** nömrəli mobil nömrədən ***-***-**-** nömrəsinə və 051-919- 47-27 nömrədən ***-***-**-** mobil nömrəsinə müxtəlif vaxtlarda göndərilən müxtəlif smslər, yəni smslərdə-ömrüm konturum yoxdu kimi smslər və zənglər olduğu görünmüşdür. Həm də ***-***-**-** saylı mobil nömrədən müxtəlif nömrələrə smslər yazılmış və həmin nömrələrdən də ***-***-**-** nömrəli mobil nömrəyə smslər və zənglər olduğu müəyyən edilmişdir. (iş.v. 123) Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrənin və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 01 yanvar 2023-cü il tarixdən 01 iyul 2024-cü il tarixdək olan müddət ərzində daxil olan və çıxan zənglərin və SMS mesajların siyahısı, yazılı mətni, qeyd olunan telefonlara dair anten məlumatları ilə bağlı maddi sübut qismində tanınmış diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 21 mart 2023-cü il tarixdən 26 mart 2023-cü il tarixədək olan müddətdə Biləsuvar rayonunda olduğu, 27 noyabr 2023-cü il tarixdə, saat 00:02-də ünvan 8 ünvanında, 27 noyabr 2023-cü il tarixdə, saat 00:03 və 00:16-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D Massivi, 29 nömrəli qarajında, Mərkəzi küçə 31, Hybrid servis yaxınlığı olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 27 noyabr 2023-cü il tarixdə, saat 17:59-da 151 saniyə müddətində telefon danışığı, 29 noyabr 2023cü il tarixdə saat 16:59-da 88 saniyə müddətində telefon danışığı, həmin tarixdə 20:12-də 55 saniyə müddətində telefon danışığı, həmin tarixdə 21:47-də 26 saniyə müddətində telefon danışığı, 01 dekabr 2023-cü il tarixdə, saat 12:05-də 88 saniyə müddətində telefon danışığı, həmin tarixdə saat 12:10-da 420 saniyə müddətində telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 19 noyabr 2023-cü il tarixdə, saat 10:11-də “Omrum konturum qurtardi”, 17 yanvar 2024-cü il tarixdə, saat 22:12-də “Salam bir ele dalasmisiq sen ne vaxt meni yiqanda senin zengini cavabsiz qoymusam eyer azda olsa xetrimiz qalibsa meni corniden cixart sozum var eyer imk” SMS mesaj mətnləri göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 13 noyabr 2023-cü il tarixdə, saat 10:21-də “Omrum biraz caw qaldim pisik hara omrun hara”, həmin tarixdə, saat 10:21-də “Ozun zeng vur”, 28 dekabr 2023-cü il tarixdə, saat 22:15-də “Men evden cixiram mene zeng catmasa naragat olma vurdum seydeni basin yardim”, 30 yanvar 2024-cü il tarixdə, saat 14:30-da “eyilem isdediyin vaxt corniye atasan isdediyin vaxt cixardasan agilli ol” və “Salam birde menim nomremi bloka atsan and olsun bizi yaradana hem vatcapda hem telefonda omurluk cornide qalassan buda son sozum men senin ucun oyuncaq deyiləm” SMS mesaj mətnləri göndərilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 13 noyabr 2023-cü il tarixdə, saat 10:03-də “Bu seferde mesqula atsan özünnən küs”, həmin tarixdə, saat 10:13-də “Ac ömrüm ac”, həmin tarixdə, saat 10:20-də “Ac birdene sözüm var son soz” SMS mesaj mətnləri göndərilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 06 avqust 2023-cü il tarixdə, saat 19:40-da “Salam omrüm necesen”, 30 avqust 2023-cü il tarixdə, saat 07:34-də “Salam omrum necesen set yoxdu vayfay gelmeyib hele”, 04 sentyabr tarixdə, saat 04:58-də “Salam omrum necesen neynirsen vayfayin yoxdu senin yazdim sene bir xet dusdu can ureyimsen essek”” SMS mesaj mətnləri göndərilmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsinin kimə məxsus olduğunu bilmədiyini bildirmişdir. Həmçinin ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs və onun qardaşı ilə əlaqə saxladığını bildirmişdir. “Ac ömrüm ac”, “Ac birdene sözüm var son soz” SMS mesaj mətnlərinin Zərərçəkmiş şəxs yazdığını, Zərərçəkmiş şəxs qızı kimi gördüyünü, buna görə də ona ömrüm dediyini, öz oğlu ilə Zərərçəkmiş şəxs ailə həyatı qurmasını istədiyini bildirmişdir. Suraxanı RPİ-nin İŞ-in əməliyyat tapşırığına Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən göndərilmiş 13 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə rayon sakini Qanuni nümayəndə 02 may 2024-cü il tarixdə Cəbrayıl RPŞ-nə ərizə ilə müraciət edərək dayısı oğlu Təqsirləndirilən şəxs övladı 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs təcavüz etməsi və onunla qeyri-təbii yolla cinsi əlaqədə olması barədə vermiş olduğu şikayətlə bağlı istintaqın gedişi üçün əhəmiyyət kəsb edəcək xüsusatların əldə edilməsi, həmçinin qeyd olunan nüansların müəyyənləşdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş, Zərərçəkmiş şəxs hər hansı xəsarətlərlə bağlı xəstəxanaya müraciət etməsi, Təqsirləndirilən şəxs ilə hər hansı ədavətinin, habelə 10 saylı qəsəbə ərazisində və başqa yerdə yaşayan şəxslərlə münasibətinin olması istiqamətində heç bir fakt aşkar olunmamışdır. (iş.v. 226) Məhkəmə Psixoloji Ekspertizasının 16 avqust 2024-cü il tarixli, 2393 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ünsiyyətçillik, fəallıq, müstəqilliyə və sərbəstliyə can atmaq çeviklik, zirəklik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə hadisə barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs yalan danışmağa və özündən uydurmaya patoloji meyillilik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə (ünsiyyətçillik, fəallıq, müstəqilliyə və sərbəstliyə can atmaq çeviklik, zirəklik və s.) görə Təqsirləndirilən şəxs tərəfindən edilən zorakılıq hərəkətləri zamanı öz yaş xüsusiyyətləri çərçivəsində müqavimət (səs-küy salmaq; yaxınlarına, müəllimlərinə və ya yoldaşlarına, polisə söyləmək) göstərə bilərdi. (iş.v. 228-230) Məhkəmə Psixoloji Ekspertizasının 24 avqust 2024-cü il tarixli, 2468 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zaman güclü ruhi həyəcan vəziyyətində, fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir. (iş.v. 232-234) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4” X13 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 06 sentyabr 2024-cü il tarixli, 367 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər yüksəkdir. Təqsirləndirilən şəxs arxa keçəcək nahiyəsində hal-hazırda qeyri-təbii yolla cinsi əlaqəni göstərən əlamət, dəyişiklik aşkar edilməmişdir. (iş.v. 237-239) 30 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış və Suraxanı Rayon Məhkəməsi tərəfindən barəsində 12 sentyabr 2024-cü il tarixli qərarla seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri nəzərə alınmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Qanuni nümayəndə və yaxın qohumlarını öldürməklə hədələyərək onun boğazına bıçaq dayayıb onun arxa nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olması barədə ifadəsində göstərdikləri məhkəmə-psixoloji ekspertizasının 2393 saylı, 16 avqust 2024-cü il tarixli rəyi və istintaq materialları ilə öz təqsdini tapmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. Zərərçəkmiş şəxs 11 sentyabr 2024-cü il tarixli ifadəsində onun Tahirlə ancaq virtual olaraq sevgi yaşayıb ilk və sonuncu dəfə Tahirin Günəşlidəki evində qeyri-təbii yolla əlaqədə olması barədə göstərdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yalnız bir dəfə qeyri təbii-yolla cinsi əlaqədə olduğu faktını təsdiq etiyinə görə və Təqsirləndirilən şəxs barəsində həmin əməli Zərərçəkmiş şəxs qarşı təkrar törətməsi faktı öz təsdiqini apmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 152.4-cü maddəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. 06 dekabr 2024cü il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ifadəsində onun Tahirlə ancaq virtual olaraq sevgi yaşayıb ilk və sonuncu dəfə Tahirin Günəşlidəki evində qeyri-təbii yolla əlaqədə olması barədə göstərdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yalnız bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olduğu faktını təsdiq etməsi və əvvəlki ifadələrində göstərdiklərinin doğru olmadığını bildirməsi Azərbaycan Respublıikasıya CM-nin 297-ci maddəsinin subyekti olmadığından Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 297.2-ci maddəsi ilə cinayət təqibi Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. Qanuni nümayəndə qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs qeyri-təbii yolla cinsi əlaqədə olması və qızının intihara cəhd etməsinə dair müraciəti əsasında toplanmış materiallar üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinə hüquqi qiymət verilməsindən ötrü cinayət işindən material ayıraraq Cəbrayıl Rayon Prokurorluğuna göndərilmişdir. (iş.v. 241-252) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 1(010)-138/2025 nömrəli sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 X12 X17 tərəfindən göndərilmiş məktubdan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ünvan 9 ünvanında yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzə yalnız ambulator müraciət etmişdir. 09 aprel 2025-ci il tarixində mərkəzin kardioloqu S.Qasımovanın qəbulunda olmuş və ona döş qəfəsində başqa səbəblə ağrı (R 07.4) diaqnozu qoyulmuşdur. 11 aprel 2025-ci il tarixdə mərkəzin nevroloqu S.Həsənovanın qəbulunda olmuş və ona dəqiqləşdirilməmiş ensefalopatiya (G 93.4), dəqiqləşdirilməmiş ekstropiramid və hərəki pozğunluq ( G 25.9) diaqnozu qoyularaq ’’X14” PHŞ-ə göndəriş verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 X14 X17 tərəfindən göndərilmiş məktubdan görünür ki, xx xxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) 14 aprel 2025-ci il tarixində “X14” X13ndə həkim nevroloq müayinəsindən keçmişdir. Təqsirləndirilən şəxs “Ambulator xəstənin tibbi kartasından çıxarış” məhkəməyə göndərilmişdir. X14 tərəfindən göndərilmiş Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixli tibbi kartasından çıxarışdan görünür ki, o, yıxılıb başından travma almışdır. Baş beyin və bel nahiyəsinin kt müayinəsinə göndərilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 X14 X13 tərəfindən göndərilmiş 06 may 2025-ci il tarixli bel fəqərələrinin kt müayinəsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs lomber vertebrolardo destruktiv sümük dəyişikliyi sümük tamlığının pozulması qeyd olunmur. Fizioloji lordoz mülayim artıb. Lomber vertebralarda sümük denstliyi mülayim azalıb. L4-L5 səviyyəsində intervertebral disk aralıqları bir qədər daralmış olub, bu səviyyədə intervertebral disk aralığında vakkum fenomeni qeyd olunur. Vertebral korpusların hündürlüyü saxlanılmışdır. LS fəqərə cisminin xəfif anteriolistezi qeyd olunur. L3-L4 intervertebral diskdə ön epidural sahəni daraldan, təqribən 2.3 mm ölçülü diffuz sirkular fonda arxa sentral protruziya qeyd olunur. Bilateral nevral kanallar inferiordan mülayim daralıb. Dural kisəyə mülayim kompressiya qeyd edilir. L4-L5 intervertebral diskdə ön epidural sahəni daraldan, dural kisəyə və nevral kanallara inferiordan mülayim kompressiya edən təqribən 3.5 mm ölçülü diffuz sirkular sağa meyilli protruziya qeyd olunur. Bu səviyyədə dural kanalda vakkum fenomenə ll-li olaraq mm-lik ölçüdə sərbəst hava qabarcığı qeyd olunur. L5-S1 intervertebral diskdə ön epidural sahəni daraldan, təqribən 3.3 mm ölçülü sola meyilli diffuz sirkular protruziya qeyd olunur. Sol nevral kanal inferiordan bir qədər daralıb. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 X14 X13 tərəfindən göndərilmiş 06 may 2025-ci il tarixli baş-beyinin kt müayinəsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs arxa kəllə çuxurunda:Beyincik yarımkürələrində və Varilio körpüsündə patologiya aşkar edilmir. Mesensefalon strukturasında patologiya aşkar edilmir. Dördüncü, üçüncü və yan mədəciklər normal ölçü və konfiqurasiyadadır. Bazai sisternaiar normal olaraq dəyərləndirilmişdir. Əsas qabıqaltı nüvələrdə patologiya aşkar olunmur. X5 mərkəzlərdə, Corono Radiota səviyyəsində periventrikulyar beyinin ağ maddəsində angiopatik dəyişikliklər qeyd olunur. Beyin yarımkürələrində qırış və şırımlar, Silvian fissuraları mülayim geniş izlənir. Kəllə əsası və kəllə qapağı sümüklərində patologiya izlənilmir.Sınıq və ya destruksiya aşkar edilmir. Göz yuvasında: Hər iki göz almasında, əzələrində və görmə sinirində KT olaraq patologiya müşahidə olunmur. Retrobulbar patologiya aşkar olunmur. Frontal və sfenoid sinusun pnevmotizasiyası təbiidir. Hər iki maksilyar sinusda xəfif mukozal qalınlaşma qeyd olunur. Sol aşağı konxa bir qədər hipertrofik izlənir. Ethmoid sinusun labirintlərində patologiya aşkar edilmir. Bunlardan əlavə, məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin özünü pis hiss etməsi səbəbindən ona təcili tibbi yardım göstərilməsi ilə bağlı 28 aprel 2025-ci il tarixli akt və 12 iyun 2025-ci il tarixli tövsiyə vərəqəsi də iş materiallarına əlavə edilmişdir. Suraxanı Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Best Klinik MMC tərəfindən göndərilmiş 26 may 2025-ci il tarixli sənəddən görünür ki, xəstə xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixində Best Klinikə ürək döyüntüsü, arterial təzyiqin qalxması, döş qəfəsində yandırıcı ağrılar, sancılar, əllərdə titrəmə, baş gicəllənməsi və ağızda quruluq şikayətləri ilə müraciət etmişdir. Xəstə özünü 1 ilə yaxın xəstə hesab edir. Deməsinə görə, müxtəlif preparatlar qəbul edib, lakin müalicənin effekti olmayıb. Xəstə siqaret çəkir, içki qəbul edir. Kardioloji irsi anamnez müsbətdir. Baxış zamanı xəstənin vəziyyəti orta ağırdır. Huşu aydındır. Konstitusiya normasfenikdir. Dəri örtükləri solğundur. PS 100, AT 160/100. Xəstəyə kliniki, laborator və instrumental müayinələr aparılıb və UİX, gərginlik stenokardiasiyası, İİFS, esensial hipertenziya, preddiabet, autoimmun tireoidit, vitamin D çatışmazlığı, təşviş sindromu diaqnozu qoyulmuşdur. Xəstə "Best Klinik"-də 26 may 2025-ci il tarixindən 10 iyun 2025-ci il tarixinə qədər gündüz stasionarda müalicə almışdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2024-cü il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuş, 02 sentyabr 2024-cü il tarixdə, saat 09:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 4(010)-288/2024 saylı qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, Bakı şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov tərəfindən ********* saylı cinayət işinin ibtidai istintaq müddəti 02 ay, yəni 13 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 4(010)-297/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs növündə qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(010)-544/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş.v. 148, 165-166, 198-204, 210-211, 220-225) Qanuni nümayəndə tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş 11 sentyabr 2024cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, azyaşlı övladı Zərərçəkmiş şəxs anası və qanuni nümayəndəsi olaraq bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı onlara dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir və bununla bağlı heç bir şikayət və tələbləri yoxdur. Qanuni nümayəndə tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş 12 sentyabr 2024cü il tarixli yazılı ərizədən görünür ki, Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs tərəfindən qızı Zərərçəkmiş şəxs dəymiş maddi ziyan, yəni 10000 manat tamamilə ödənilmiş, onlar Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. Qanuni nümayəndə tərəfindən məhkəmə istintaq zamanı təqdim edilmiş 18 noyabr 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti yoxdur. Gələcəkdə də heç bir iddiası və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Səmanı “ömrüm” deyə uşağı kimi əzizləmişdir. Onun atası heç kimə görə elçi getməmiş və o da Səmanı heç vaxt vurmamışdır. O, Səmaya barmaqlarını onun arxa nahiyəsinə sal deməmiş, onun qızlığına toxunmamış, kök gətirməmiş və Səmaya özünü öldürməyi deməmişdir. Heç bir sim nömrə də verməmişdir. Səma ilə heç bir əlaqədə olmamış, 27 noyabr 2023-cü il tarixdə toyda spirtli içki qəbul etmiş və Səmanı evinə aparmaq istəmişdir ki, onun qızının paltarlarını, qolbaq və sep olan qızıllarını çıxarıb versin, çünki Səmanın rayondan gəldiyi paltarı onların evində qalmışdı. Səmanı evinə aparmaq istəyən zaman əmisi Əlövsətlə mübahisə etmiş, belə ki, əmisi demişdir ki, Səma onunla getməsin, bundan sonra, Səma İlkingilə getmişdir. O, İlkinə ***- ***-**-** nömrəli mobil telefonundan xatırlamadığı nömrəsinə zəng edərək demişdir ki, Səmanı tezdən onlara gətirə bilərmi, lakin İlkin tezdən işdə olacağını bildirmiş və ona demişdir ki, gəl Səmanı götür apar. O, da Səmanı gətirmiş və özü onu rayona xatırlamadığı taksi ilə aparmışdır. Onun Səmaya heç bir sevgisi olmamışdır. Səma da ona əmisi kimi baxmışdır. 27 noyabr 2023-cü il tarixdə evdə Zərərçəkmiş şəxs və özündən başqa, həyat yoldaşı, qızı və oğlu da evdə olmuşdur. Zərərçəkmiş şəxs ilə telefon danışığı və yazışmaları olmuş, belə ki, Səma ilə, həm də digər ailə üzvləri ilə qohum kimi danışmışdır. ***-***-**-** mobil telefon nömrəsini Səmanın qardaşı əsgərlikdə olan zaman ondan nömrə almasını xahiş etdikləri üçün alıb göndərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və gətirdiyi digər dəlillərlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs dediklərini təsdiq edəcək heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin 27 noyabr 2023-cü il tarixdə, hadisə baş verən ünvanda bir evin içərisində, yəni ünvan 2-da olması onların özlərinin və şahidlərin ifadələri ilə tam təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4” X13 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 03 may 2024-cü il tarixli, 263 nömrəli rəyinin nəticəvi hissəsindən də görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol saidin aşağı 1/3-nin ön səthində yaralar kəsici xassəyə malik əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən müayinə olunanın göstərdiyi vaxtda və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin-anal dəliyin açıq olması, şüavari büküşlərin hamarlaşması, düz bağırsağın xarici büzücü əzələsinin-sfinktorun boşalması və sair) aşkar edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ibtidai istindaq zamanı maddi sübut qismində tanınmış diskə baxış keçirilərkən də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və 051 919 47 29 saylı mobil telefon nömrələri ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə dəfələrlə yazışmalar və zənglər olmuş, həmin yazışmalar əsasən gecə saatlarında baş vermiş, 27 noyabr 2023-cü il tarixdə, saat 17:59-da 151 saniyə müddətində telefon danışığı, 29 noyabr 2023-cü il tarixdə saat 16:59-da 88 saniyə müddətində telefon danışığı, həmin tarixdə 20:12-də 55 saniyə müddətində telefon danışığı, həmin tarixdə 21:47-də 26 saniyə müddətinə telefon danışığı, 01 dekabr 2023-cü il tarixdə, saat 12:05-də 88 saniyə müddətində telefon danışığı, həmin tarixdə saat 12:10-da 420 saniyə müddətində telefon danışığının olması müəyyən edilmişdir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına görə hadisə barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs yalan danışmağa və özündən uydurmaya patoloji meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Omrum konturum qurtardi”, “Salam bir ele dalasmisiq sen ne vaxt meni yiqanda senin zengini cavabsiz qoymusam eyer azda olsa xetrimiz qalibsa meni corniden cixart sozum var eyer imk” SMS mesaj mətnləri, digər ***-***-**-** saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Omrum biraz caw qaldim pisik hara omrun hara”, “Ozun zeng vur”, “Men evden cixiram mene zeng catmasa naragat olma vurdum seydeni basin yardim”, “eyilem isdediyin vaxt corniye atasan isdediyin vaxt cixardasan agilli ol” və “Salam birde menim nomremi bloka atsan and olsun bizi yaradana hem vatcapda hem telefonda omurluk cornide qalassan buda son sozum men senin ucun oyuncaq deyiləm” SMS mesaj mətnlərinin göndərilməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən isə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Bu seferde mesqula atsan özünnən kus”, həmin tarixdə, saat 10:13-də “Ac ömrüm ac”, “Ac birdene sözüm var son soz” SMS mesaj mətnləri, ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Salam omrüm necesen”, “Salam omrum necesen set yoxdu vayfay gelmeyib hele”, “Salam omrum necesen neynirsen vayfayin yoxdu senin yazdim sene bir xet dusdu can ureyimsen essek” SMS mesaj mətnləri göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs ilə səmimi və yaxın münasibəti iş üzrə dindirilmiş şahidlər və zərərçəkmiş şəxsin ifadələri ilə də kifayət qədər təsdiq olunur. Həmçinin qeyd olunmalıdır ki, 27 noyabr 2023-cü il tarixdə Tahirin Səmanı evinə aparması ilə bağlı toy zalında qohumu Əlövsətlə mübahisəsi olmuş, bundan sonra Səmanı qohumu Şahid4 evinə aparmış, Tahir isə gecə vaxtı içkili vəziyyətdə ona yığaraq Səmanı gəlib götürəcəyini bildirmiş və Səmanı özünün yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs Səma ilə bir yerdə qalması üçün inadkar cəhdlər etməsi özlüyündə onun niyyətini gerçəkləşdirmək üçün imkan axtarmasına və ittihamda qeyd olunan əməli məhz 27 noyabr 2023-cü il tarixdə törətməsinə dəlalət edir. Odur ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməməsi ilə bağlı qeyd etdiyi xüsusatlar tam təkzib edilmiş və bildirdikləri cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə özünümüdafiə kimi qiymətləndirilmişdir. Ona görə də təqsirləndirilən şəxsin ifadələri məhkəmə tərəfindən sübut növü qismində qiymətləndirilmir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ailə üzvləri iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid5 tərəfindən verilmiş ifadələr sübut kimi qiymətləndirilmir. Çünki həmin şahidlər təqsirləndirilən şəxsin ailə üzvü olmaqla yaxın qohumu hesab olunur. Cinayət Məcəlləsinin 297-ci maddəsinin qeydinə əsasən şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə təyin edilmiş məhkəmə ekspertizası rəylərini, üzləşdirmə istintaq hərəkəti protokollarını, sorğulara alınmış cavabları, arayışları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsinə əsasən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. CM-nin 149-cu maddəsinin qeydinə əsasən bu Məcəllənin 152.2 – 152.4-cü maddələrində nəzərdə tutulmuş əməllər on iki yaşına çatmayan şəxs barəsində və ya ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşməyən yetkinlik yaşına çatmayan digər şəxs barəsində törədildikdə, həmin əməllər bu Məcəllənin müvafiq olaraq 149.3.3-cü və ya 150.3.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, 27 noyabr 2023-cü il tarixdə, qeyri-təbii yolla cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə ünvan 2-da onun üçün aşkar surətdə on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan xx xxxxxx 2010-cu il təvəllüdlü qohumu Zərərçəkmiş şəxs azyaşlı və sadəlövh olmasından istifadə edərək əynindəki şalvarı və tumanı çıxardıb əlləri və dizləri üstə dayanmasını tələb etmiş, Zərərçəkmiş şəxs onun tələblərini yerinə yetirməklə həmin vəziyyətdə dayandıqdan sonra o, Zərərçəkmiş şəxs hər iki əli ilə sağrı nahiyəsindən tutub sıxaraq gərginləşmiş vəziyyətdə olan cinsiyyət üzvünü Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə yeridib hərəkət etdirməklə fiziki ağrı yetirərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla cinsi ehtirasını pozğun şəkildə təmin edib Zərərçəkmiş şəxs arxa keçəcəyi büzən əzələnin cüzi boşalması və arxa keçəcəkdə çat ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onun üçün aşkar surətdə ön dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, üzləşdirmə istintaq hərəkəti protokolları, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyləri, sorğular və onlara alınmış cavablar, arayışlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməl az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 114) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi, onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən bununla bağlı ibtidai və məhkəmə istintaqı dövründə ərizələr təqdim edilməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması, dəqiqləşdirilməmiş ensefalopatiya (G 93.4), dəqiqləşdirilməmiş ekstropiramid və hərəki pozğunluq (G 25.9), esensial hipertenziya, preddiabet, vitamin D çatışmazlığı, təşviş sindromu kimi xəstəliklərdən əziyyət çəkməsi CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 152.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 152.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırki iş üzrə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs musiqi aləti ifaçısı olduğundan, ailəsini toylarda və digər məclislərdə iştirak etməklə dolandırdığından, rəsmi iş yeri olmadığından, zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən, səhhəti ilə əlaqədar başqa fəaliyyət növündə çalışmağa imkanı yoxdur. Göründüyü kimi qanunvericilik maddənin sanksiyasında cəza növü olan müəyyən vəzifə tutuma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiqini imperativ norma olaraq deyil, əksinə dispozitiv norma kimi qeyd etmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün tətbiq olunmasına zərurət yoxdur. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 31 avqust 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, ibtidai istintaq dövründə mobil operatorlardan əldə edilmiş maddi sübut qismində tanınmış 03 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 24 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 24 iş saatı üçün 264 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 31 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İbtidai istintaq dövründə mobil operatorlardan əldə edilmiş maddi sübut qismində tanınmış 03 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 24 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 264 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar