Məhkəmə qərarları › İş №1(010)-139/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-139/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-139/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq 500 manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 80 nömrəli evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bahar bağları yaşayış massivi 21 ünvanda yerləşən “Bahar” marketdə işləyən satıcı Şahid2 yerində olmamasından istifadə edərək, mağazada olan piştaxtanın üzərindəki Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 739 manat dəyərində “Samsung A7” markalı mobil telefonu, üzərində olan 30 manat dəyərində ***-***-**-** və 05 manat dəyərində ***-***-**-** nömrələrlə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 774 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 13Z ünvanında yerləşən “Ailə” marketdə işləyən satıcı Şahid1 yerində olmamasından istifadə edərək, marketin kassasının yanında olan kardondan hazırlanmış pul qabından Zərərçəkmiş şəxs2 məxsus 150 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2020-ci ilin yanvar ayının əvvəllərində maddi çətinlikləri olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində yerləşən mağazaların birindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində tanımadığı taksi sürücüsü ilə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Bahar massivində yerləşən “Bahar” marketin yaxınlığına getmiş, oğurluq etmək məqsədi ilə həmin marketə daxil olmuşdur. Marketdə olan mallara baxan zaman piştaxtanın arxa tərəfində mobil telefon olduğunu görmüş, bundan sonra mağazada olan mallardan bir qədər götürüb kassanın qarşısına yığmış və həmin vaxt piştaxtanın arxa tərəfində olan mobil telefonu götürüb əynində olan şalvarın arxa sol cibinə qoymuşdur. Daha sonra bir neçə ədəd yumurta götürüb salofan paketə qoyaraq yenidən kassaya tərəf yaxınlaşmış, kassada olan cavan oğlana əlavə nəsə alacağını deyib yenidən kassadan aralanmış və marketin qapısından çıxaraq oradan uzaqlaşmışdır. Yolda oğurladığı mobil telefona baxdıqda onun “Samsung” markalı olduğunu görmüş, daha sonra Bakı şəhərində yerləşən metronun “Neftçilər" stansiyasının yaxınlığına gedib oğurladığı həmin mobil telefonu üzdən tanıdığı Kənan adlı şəxsə 70 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən “Ailə" marketin yaxınlığına gedib oğurluq etmək məqsədi ilə həmin marketə daxil olmuşdur. Marketdə olan mallara bir qədər baxdıqdan sonra bir ədəd çörək götürüb kassanın üstünə qoymuş və tanımadığı qadın satıcıya qabların yuyulmasında istifadə edilən “Fairy” və yaxud da “Ace” kimyəvi məhsullarından birini almaq istədiyini bildirmişdir. Həmin qadın da qeyd etdiyi kimyəvi məhsulları gətirmək üçün kassanın arxasından çıxıb bir qədər aralaşdıqda, cəld kassanın arxasına keçib orada olan müxtəlif əskinaslardan ibarət pulları götürüb kassanın qarşısına keçmişdir. Satıcı qadın kassaya yaxınlaşdıqda isə mobil telefonunu qulağına tutub ona zəng gəldiyini, ev üçün əlavə nəsə almaq lazım olduğunu deyib yavaş-yavaş marketdən çıxmış və cəld həmin yeri tərk etmişdir. Yolla gedərkən marketdən oğurladığı pulları saydıqda həmin pulların cəmi 150 manat olduğunu görmüş, həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında göstərdi ki, maddi vəziyyəti çətin olduğu üçün 2019-cu ilin mart ayında kreditə “Samsung A7” markalı mobil telefon almışdır ki, həmin telefonun kreditini ödəyəndən sonra onu satıb uzun müddətdir göz xəstəliyindən əziyyət çəkən kiçik oğlu Asimin gözlərini müalicə etdirsin. Həmin mobil telefonu müvəqqəti olaraq işlətmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Bahar bağları yaşayış massivi 21 ünvanında yerləşən “Bahar” marketdə satıcı işləyən böyük oğlu Yasinə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində oğlu Yasin işlədiyi mağazada olan vaxt həmin mobil telefonu piştaxtanın arxasında saxlamış, həmin vaxt “VAZ 21099” markalı avtomobillə mağazaya müştəri qismində gəlmiş tanımadığı şəxs qeyd etdiyi mobil telefonu piştaxtanın arxasından oğurlayıb oradan uzaqlaşıb getmişdir. Hadisədən sonra oğlu Yasin ona zəng edib naməlum şəxsin mobil telefonunu mağazadan oğurladığını bildirmişdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər, daha sonra isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis Şöbəsinin 30-cu Polis Şöbəsinə müraciət etmişdir. Habelə oğurluq edildiyi zaman, mağazada quraşdırılmış videokamera vasitəsilə qeydə alınmış videogörüntüləri hüquq mühafizə orqanlarına təqdim etmişdir. Oğurlanmış mobil telefonun dəyəri 739 manat, üzərində olan ***-***-**-** mobil nömrənin dəyəri 30 manat, ***-***-**-** mobil nömrənin dəyəri isə 05 manat olduğundan baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 774 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində ağır cəza təyin edilməsini xahiş etdi. xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Ailə” marketdə satıcı qismində Şahid1 işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 22:10 radələrində İlahə ona zəng edib mağazadan oğurluq edildiyini bildirmişdir. Oğurluq edən şəxsin kimliyi barədə soruşduqda İlahə ona bildirmişdir ki, mağazada quraşdırılmış videokamera görüntülərinə baxan zaman tanımadığı bir nəfər müştərinin mağazanın kassasından 150 manat pul oğurladığını görmüşdür. Sonradan özü mağazaya gəlib videokamera görüntülərinə baxdıqda tanımadığı bir nəfər şəxsin mağazaya daxil olub bir ədəd çörək aldığını, İlahə kassanın yanından uzaqlaşandan sonra isə həmin şəxsin orada heç kəsin olmamasından istifadə edərək kassada olan pulu götürdüyünü görmüşdür. Baş vermiş hadisə ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət etmişdir. Sonradan polis əməkdaşları gəlib hadisə yerinə, o cümlədən videokamera görüntülərinə baxış keçirmişlər, həmin vaxt polis əməkdaşları oğurluq edən şəxsi tanımışlar və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 150 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, sonuncunun barəsində qanunla müəyyən edilmiş hədd daxilində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Ailə” marketdə satıcı işləyir. İşlədiyi mağaza iki hissədən ibarətdir. Mağazanın bir hissəsində ərzaq malları, digər hissəsində isə qeyriqida malları satılır. xx xxxxxx 2020- ci il tarixdə, saat 22:10 radələrində mağazada olan zaman tanımadığı 25-30 yaşlarında, üzü saqqallı bir nəfər şəxs mağazaya daxil olaraq 01 ədəd çörək götürüb kassaya yaxınlaşmış və ondan qab yumaq üçün yuyucu vasitə verməsini xahiş etmişdir. Həmin şəxsə qabyuyan məhsulu gətirmək üçün kassadan uzaqlaşmış, yuyucu vasitəni gətirən zaman sonuncu başqa bir şey lazım olub-olmadığını soruşmaq üçün evə zəng etdiyini deyərək mağazanı tərk etmiş, götürdüyü malları isə mağazada qoymuşdur. Təxminən 10 dəqiqə gözlədikdən sonra kassanın yanında olan kameraya baxdıqda həmin şəxsin kassadan pul oğurladığını görüb mağazanın müdiri Ramilə zəng edib hadisə barədə məlumat vermişdir. Ramil mağazaya gəlib kassanı yoxladıqda kassadan 150 manat pulun oğurlandığını dəqiqləşdirmiş və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları mağazaya gələrək hadisə yerinə, o cümlədən videokamera görüntülərinə baxış keçirmişlər, həmin vaxt polis əməkdaşları oğurluq edən şəxsi tanımışlar və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsində yerləşən “Bahar” marketdə satıcı işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində mağazada olan zaman mağazaya daxil olmuş əvvələr tanımadığı, adını sonradan bildiyi Elşən adlı şəxs ilkin olaraq piştaxtadan müxtəlif növ şokoladları, sonra isə meyvə yığıb kassa aparatının qarşısına qoymuş və ondan yumurta olub-olmadığını soruşmuşdur. Yumurtanın piştaxtanın digər tərəfində olduğunu demiş və Elşən gedib 10 ədəd yumurta gətirdikdən sonra ondan kənd yumurtasının yerini soruşmuşdur. Kənd yumurtasının da həmin yerdə olduğunu demiş, bundan sonra Elşən selofana yığılmış 10 ədəd kənd yumurtasını gətirib kassaya qoymuş və başqa nəsə lazım olub-olmadığını soruşmaq üçün evə zəng edəcəyini deyib mağazadan çölə çıxmışdır. Təxminən yarım saat gözlədikdən sonra Elşənin gəlmədiyini görüb marketdə olan kameraya baxmış və sonuncunun kənd yumurtası götürərkən piştaxtanın üstündə olan “Samsung” markalı mobil telefonu oğurlayıb əynində olan şalvarın arxa cibinə qoyduğunu görmüşdür. Bundan sonra atası Əhədə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra atası Əhəd mağazaya gəlmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Şahid2 həmçinin göstərmişdir ki, oğurlanmış mobil telefonu o, işlətsə də həmin telefon atası Əhədə məxsus olmuşdur. Elşən adlı şəxs mağazaya tək daxil olmuş, lakin video görüntüyə baxan zaman sonuncunun mağazaya ağ rəngli “VAZ 21099” markalı taksi ilə gəldiyini, telefonu oğurladıqdan sonra da həmin taksi ilə çıxıb getdiyini görmüşdür. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bahar bağları yaşayış massivi, 21 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 işlədiyi “Bahar” marketdə oğurluq hadisəsi baş vermişdir. İş materiallarında olan müşahidə kamerasına baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaqa təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bahar bağları yaşayış massivi, 21 ünvanda yerləşən “Bahar” marketə quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxış zamanı, oğurluq etməkdə şübhəli bilinən şəxsin orta yaşlarında, kafi bədən quruluşlu, qara saçlı, əynində isə göy rəngli cins şalvarın, qara rəngli gödəkçənin, ayağında qara rəngli ayaqqabının olduğu, habelə sonuncunun hadisə yerinə “VAZ 21099” markalı avtomobillə gəldiyi müəyyən edilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, 13Z ünvanında yerləşən Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi “Ailə” marketdə oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs2 kassa aparatının olduğu yerdə olan kardondan hazırlanmış pul qabından təxminən 150 manat məbləğində pul vəsaitinin oğurlandığını bildirmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ibtidai istintaqa təqdim edilmiş 02 ədəd “DVD” diskə hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. 01 rəqəmi ilə nömrələnmiş diskə baxış zamanı kişi cinsinə mənsub şəxsin mağazanın kassasına yaxınlaşaraq əlindəki əşyaları kassanın üzərinə qoyub oradan uzaqlaşdığı, görüntülərin 10-cu saniyəsində həmin şəxsin mağazada olan piştaxtaya yaxınlaşdığı, piştaxtanın arxa tərəfində olan mobil telefona bənzər əşyanı götürüb əynində olan şalvarın sol arxa cibinə qoyduğu və əlində olan əşya ilə birlikdə kassaya yaxınlaşdığı, sonradan isə kassadan uzaqlaşdığı, 02 rəqəmi ilə nömrələnmiş diskə baxış zamanı isə kişi cinsinə mənsub şəxsin mağazanın kassasına yaxınlaşdığı, görüntünün 50-55-ci saniyələrində əlində olan bir ədəd çörəyi kassanın yanına qoyduğu, kassada işləyən satıcı qadının kassadan uzaqlaşmasından istifadə edərək kassada olan pulu götürdüyü müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hər iki diskdə olan görüntülərdəki oğurluq hadisələrini törətmiş şəxsin onun özü olduğunu bildirmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusatlar üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Habelə Təqsirləndirilən şəxs oğurluq yolu ilə əldə etdiyi “Samsung A7” markalı mobil telefonu satdığı Kənan adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkib əlamətlərinin olması aparılmış istintaqla sübuta yetirilmədiyindən həmin xüsusat üzrə Kənan adlı şəxsin barəsində də cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.4-cü maddəsi tətəbiq edilməklə qəti olaraq 500 manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb etmək, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair vəsatətin rədd edilməsi haqqında, habelə qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun xx xxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon X2 Şöbəsinin müstəntiqinin vəsatətinin rədd edilməsi, barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, saxlanıldığı X3 azad edilməsi qərara alınmış və bundan sonra barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Bakı şəhəri Suraxanı rayon X1 Saxlama Yerindən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. İş materiallarında olan Füzuli rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 355 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 500 manat cərimə cəzasına məhkum olunmasına dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Füzuli rayon İcra və Probasiya Şöbəsinə xx xxxx 2019-cu il tarixdə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs 500 manat cərimədən bu günə qədər dövlət büdcəsinə heç bir ödəniş etməmişdir. Bununla da işdə olan sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş cərimə cəzasını icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş, lakin icra edilməmiş cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməli, həmin cərimə cəzası hazırki iş üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə toplanarkən, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon X2 Şöbəsində Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddi ilə istintaq edilən başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi hazırki cinayət işi üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsinə və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsə də, faktiki olaraq Təqsirləndirilən şəxs həbs edilməsi hissəsində həmin qərar icra edilməmiş və sonuncu Bakı şəhəri Suraxanı rayon X2 Şöbəsində Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddi ilə istintaq edilən başqa cinayət işi üzrə barəsində Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri əsasında həbs edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 500 (beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 500 (beş yüz) manat miqdarında cərimə növündə və 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş iki ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar