Məhkəmə qərarları › İş №1(010)-139/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-139/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-139/2021 05.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs2, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs1, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, (Bakı şəhər Xətai rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4, 178.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin il tarixli qərarın ilə cəzası 05 il 06 ay müddətinə endirilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 23.07.2020-ci il tarixli qərarı ilə cəzasınının qalan hissəsini cəkmək ücün məntəqə tipli cəzacəkmə müəssiəsinə kecirilmiş və cəzasının 6 ay 15 gün müddətini cəkib qurtarmamış) məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 11 fevral 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən “Anar” adlanan mağazanın arxasında olan anbar kimi istifadə etdiyi otağın qarşısına gələrək orada aralarında olan razılaşmaya əsasən o, üzərində olan vintaçanla otağın qapısının klidini və şüşəsini sıbdırdıqdan sonra hər ikisi qapıdan qanunsuz olaraq içəri daxil olub otaqdan Zərərçəkmiş şəxs məxsus bir ədədinin dəyəri 1 manat olan 288 ədəd 288 manat dəyərində “Bizon” markalı, 450 ml həcimli enerji içkisi, bir ədədinin dəyəri 1 manat 50 qəpik olan 48 ədəd 72 manat dəyərində “GO Vodka” markalı, 450 ml həcmli spirtli eneji içkisi, bir ədədinin dəyəri 80 qəpik olan 48 ədəd 38 manat 40 qəpik dəyərində “Hell” markalı, 250 ml həcmli enerji içkisi, ümumilikdə dəyəri 1101 manat 60 qəpik təşkil edən 48 ədəd “koktyel” içkisi, 20 ədəd müxtəlif növ spirtli içki araq və pivəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımış və dost olmuşlar. 10 fevral 2021-ci il tarixdə dostu Əlimurad ilə yaşadığı qəsəbənin ərazisində görüşmüş və söhbət etməyə başlamışlar. Söhbət zamanı hər ikisi də pulsuzluqdan danışmış və oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etməyi o və yaxud Əlimurad təklif etməmiş, belə, ki, onlar ümumi razılıq əsasında oğurluq etməyə razılaşmışlar. 11 fevral 2021-ci il tarixə keçən gecə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən “Anar” adlı mağazanın qarşısından keçən zaman mağzanın bağlı olmasını görmüşlər. Onlar hər ikisi oğurluq etmək üçün mağazanın münasib olmasını fikirləşib oradan oğurluq etməyə qərar vermişlər. Həmin mağazanın yanından mütamadi olaraq gedib-gəlmiş, lakin içərisində olmamışdır. Mağaza bağlı olmuş, o və Əlimurad mağazanın arxa tərəfinə keçmiş, mağazanın arxasında böyük dəmir qapısı olmuş və həmin vaxt üzərində qalın vintaçan olmuşdur. Ətrafda heç kəs olmamış, üzərində olan vintaçanla dəmir qapının yanındakı daş hasarı deşmiş, lakin qapını aça bilməmişdir. İçəri daxil olmaq üçün mağazanın digər tərəfimə getmiş, orada başqa bir qapı görmüşdür. Vintaçanla həmin qapının klidini açmaq istəyən zaman Əlimurad mağazanın yanında olan sanitar qovşağın üzərində olan açarı gətirib gəlmiş və açarı vermişdir. Həmin açarla qapını açmış, həmin qapı açıldıqda başqa bir plastikdən də qapı olmasını görmüşdür. Həmin qapını vintaçanla açarkən qapının şüşəsi sınmışdır. Qapının şüşələrini səliqəli şəkildə çıxarıb kiçik yerdən içəri keçmişdir. Qarşısına bir qapıda çıxmış, həmin qapını vintaçanla klidini sındıraraq açmış, lakin mağazanın içərisinə daxil ola bilməmişdir. Belə ki, açdığı qapılar kiçik otağa gəlmək üçün olan qapılar olmuşdur. Mağazaya daxil olmaq üçün böyük dəmir qapını açmaq lazım olmuş, lakin onlar həmin qapını aça bilməmişlər. Kiçik otağa daxil olduqda içəridə müxtəlif növ sərinləşdirici və spirtli içkilər olmasını görmüşdür. Onlar yalnız sərinləşdirici içkiləri oğurlamağa qərar vermişlər. Oradan bir ədəd ağ rəngli kisə tapmış və içərisinə Əlimuradla birlikdə 3 karopka “GO”, iki karopka “Hell” və 6 ədəd “Bizon” markalı sərinləşdirici içkilər qoymuşdur. Həmin kisəni Əlimurad çiyin nahiyəsinə qoyaraq mağazaya daxil olduğu yerlərdən çölə çıxarmağa başlamışdır. Bundan sonra kisəni çiyin nahiyəsinə qaldırmış və çölə çıxarmağa başlamışdır. Kisə çiynindən yerə düşmüş və içərisində olan içkilərin bir neçə ədədi partlamışdır. Onlar hər ikisi kisəni oradan çölə çıxarmış və Əlimuradın yaşadığı evə aparmışlar. Onlar qərarlaşdırmışlar ki, içkiləri səhəri gün müştəri tapıb satsınlar. Oğurladıqları içkilərin bir neçə ədədini Əlimuradla içmiş, qalan qismini isə satmaq üçün saxlamışlar. Lakin müştəri tapa bilməmişlər. 16 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən 226 saylı məktəbin yaxınlığında olan zaman saat 15-16 radələrində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonda Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımış və dost olmuşlar. 10 fevral 2021-ci il tarixdə dostu Emil ilə yaşadığı qəsəbənin ərazisində görüşmüş və söhbət etməyə başlamışlar. Söhbət zamanı hər ikisi də pulsuzluqdan danışmış və oğurluq etmək qərarına gəlmişlər. Oğurluq etməyi o və yaxud Emil təklif etməmiş, belə, ki, onlar ümumi razılıq əsasında oğurluq etməyə razılaşmışlar. 11 fevral 2021-ci il tarixə keçən gecə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən “Anar” adlı mağazanın qarşısından keçən zaman mağzanın bağlı olmasını görmüşlər. Onlar hər ikisi oğurluq etmək üçün mağazanın münasib olmasını fikirləşib oradan oğurluq etməyə qərar vermişlər. Həmin mağazanın yanından mütamadi olaraq gedib-gəlmiş, lakin içərisində olmamışdır. Mağaza bağlı olmuş, o və Emil mağazanın arxa tərəfinə keçmiş, mağazanın arxasında böyük dəmir qapısı olmuş və həmin vaxt Emilin üzərində qalın vintaçan olmuşdur. Ətrafda heç kəs olmamış, Emil üzərində olan vintaçanla dəmir qapının yanındakı daş hasarı deşmiş, lakin qapını aça bilməmişdir. İçəri daxil olmaq üçün mağazanın digər tərəfimə getmiş, orada başqa bir qapı görmüşdür. Emil vintaçanla həmin qapının klidini açmaq istəyən zaman o mağazanın yanında olan sanitar qovşağın üzərində olan açarı tapıb gətirmiş və açarı Emilə vermişdir. Həmin açarla qapını açmış, həmin qapı açıldıqda başqa bir plastikdən də qapı olmasını görmüşdür. Həmin qapını vintaçanla açarkən qapının şüşəsi sınmışdır. Qapının şüşələrini səliqəli şəkildə çıxarıb kiçik yerdən içəri keçmişdir. Qarşısına bir qapıda çıxmış, həmin qapını vintaçanla klidini sındıraraq açmış, lakin mağazanın içərisinə daxil ola bilməmişdir. Belə ki, açdığı qapılar kiçik otağa gəlmək üçün olan qapılar olmuşdur. Mağazaya daxil olmaq üçün böyük dəmir qapını açmaq lazım olmuş, lakin onlar həmin qapını aça bilməmişlər. Kiçik otağa daxil olduqda içəridə müxtəlif növ sərinləşdirici və spirtli içkilər olmasını görmüşdür. Onlar yalnız sərinləşdirici içkiləri oğurlamağa qərar vermişlər. Oradan bir ədəd ağ rəngli kisə tapmış və içərisinə Emil ilə birlikdə 3 karopka “GO”, iki karopka “Hell” və 6 ədəd “Bizon” markalı sərinləşdirici içkilər qoymuşdur. Bundan sonra kisəni çiyin nahiyəsinə qaldırmış və çölə çıxarmağa başlamışdır. Kisə çiynindən yerə düşmüş və içərisində olan içkilərin bir neçə ədədi partlamışdır. Onlar hər ikisi kisəni oradan çölə çıxarmış və yaşadığı evə aparmışlar. Onlar qərarlaşdırmışlar ki, içkiləri səhəri gün müştəri tapıb satsınlar. Oğurladıqları içkilərin bir neçə ədədini Emil ilə içmiş, qalan qismini isə satmaq üçün saxlamışlar. 16 fevral 2021-ci il tarixdə 17-18 radələrində polis əməkdaşları tərəfindən yaşadığı evdə olan zaman saxlanılmışdır Sonda təqsirləndirilən şəxs X2 törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etiraf edici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 06 may 2021-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən Anar adlı mağazası vardır. Mağazada ondan başqa heç kim işləmir, mağazada satıcı kimi də özü işləyir. Mağazada müxtəlif ərzaq, tərəvəz məhsulları və başqa əşyalar satır, lakin mağazada gözətçi yoxdur. Mağazanın arxasında anbar var, həmin anbarda artıq olan, yəni mağazada satılan əşyaların bir qismini saxlayır və satıldıqca oradan götürüb mağazaya qoyur. Mağazanın arxasında və qarşısında qapılar var. Mağazanın arxa qapısı böyük dəmirdəndir. Mağazanı hər gün saat 09 radələrində açır və axşam saat 22-23 radələrində bağlayır. 10 fevral 2021-ci il tarixdə səhər saatlarında mağazanı açıb işləri ilə məşğul olmuş, 11 fevral 2021-ci il tarixdə 01 radələrində mağazanı bağlayıb çıxıb getmişdir. Gecəni evdə yatmış və səhər yuxudan oyanıb saat 06 radələrində mağazaya gəlmişdir. Mağazanın arxasında olan anbarın qarşısına gəldikdə anbarın qapısının klidinin və qapının üzərində olan şüşənin sındırıldığını görmüşdür. Anbara daxil olduqda orada olan içkilərin dağıdıldığını aşkar etmişdir. Belə ki, bir neçə ədəd sərinləşdirici içkilər yerdə dağınıq vəziyyətdə olmuşdur. Gecə mağazanı bağlayıb getdikdən sonra mağazaya kənar şəxslərin daxil olması və oğurluq etməkləri məlum olmuşdur. Lakin mağazanın içərisinə daxil olmamışdır. Yalnız anbara daxil olmuş və oradan oğurluq etmişlər. Hansı əşyaların oğurlandığını müəyyən etmək üçün anbarda olan içkiləri saymış və baxmışdır. Anbarda bir karobkada 24 ədəd olan 12 karopka Bizon, 20 ədəd müxtəlif növ spirtli içki araq və pivə, bir karopkada 24 ədəd olan 2 karopka GO, bir karopkada 24 ədəd olan 2 karopka Hell və bir karopkada 24 ədəd olan 2karopka kokteyl oğurlanmışdır. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək məluymat vermiş. Bir neçə dəqiqə keçdikdən sonra Suraxanı RPİ-nin və 31ci PB-nin əməkdaşları mağazanın qarşısına gəlmişlər. Bu barədə ərizə ilə müraciət etmiş. Polis əməkdaşları hadisə yerinə baxış keçirib fotoşəkillər çəkmişlər. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, mağazadan oğurlanmış sərinləşdirici və spirtli içkilər özünə məxsus olmuşdur. Belə ki həmiç içkilərin pulunu ödəmiş, satmaq üçün mağazaya və anbara qoymuşdur. Mağazadan ifadəsində qeyd etdiyi sərinləşdirici və spirtli içkilıər oğurlanmışdır. Anbardan başqa heç bir əşya oğurlanmamışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində ümumilikdə 1500 manat miqdarında maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10 mart 2021- ci il tarixli 9/1153 saylı rəydən görünür ki, bir ədəd “GO Vodka” markalı, 450 ml həcmli spirtli enerji içkisinin dəyəri 1 manat 50 qəpik, bir ədəd “Hell” markalı, 250 ml həcmli enerji içkisinin dəyəri 80 qəpik, bir ədəd “Bizon” markalı, 450 ml həcmli enerji içkisinin dəyəri 1 manat olmaqla, həmin içkilərin 2021-ci ilin fevral ayına orta bazar qiyməti 3 manat 30 qəpik təşkil etmişdir. İş materiallarında olan 11 fevral 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, cinayət hadisəsi ünvan 3 ünvanda yerləşən “Anar” adlanan mağazanın arxasında yerləşən anbarda baş vermişdir. İş materiallarında olan 16.02.2021-ci il tarixli götürmə protokolundan görünür ki, 22 ədəd “Go Vodka” markalı və 21 ədəd “Hell” markalı içkilər ünvan 1 ünvandan müəyyən edilərək götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması zamanı o, 11 fevral 2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən “Anar” adlı mağazadan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sərinləşdirici içkilər oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılması zamanı o, 11 fevral 2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Anar” adlı mağazadan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə sərinləşdirici içkilər oğurladığını deyərək hadisə yerlərini göstərmiş və bu barədə protokol tərtib olunmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və Bakı şəhər Xətai rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4, 178.2.2, 185.2.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 13.07.2020-ci il tarixli qərarınə əsasən Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında qanuna əsasən Təqsirləndirilən şəxs1 oğlunun cəzası 5 il 6 ay müddətinə endirilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 23.07.2020-ci il tarixli qərarınə əsasən Təqsirləndirilən şəxs1 oğlu cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Cinayət işinin materiallarında olan 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun hazırki cinayəti törətdiyi vaxt 6 ay 15 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-ci maddəsinin sanksiyasının yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 13.07.2020-ci il tarixli hökmü ilə təyin olunmuş 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 ay 15 gün hissəsi yeni hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Məhkəmə qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən az ağır cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 oğlu zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəməsinə baxmayaraq onun əməlində cəzasını ağırlaşdıran hal olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin müddəsı tətbiq oluna bilməz. İş materiallarında olan Suraxanı rayon məhkəməsinin 17 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 fevral 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi mövcud olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 16 fevral 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 17 fevral 2021-ci tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, Suraxanı RPİ-nin MSYdən azad edilmiş və onun barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığının məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Təqsirləndirilən şəxs2 16 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixə kimi həbsdə qaldığı cəmi 1 gün müddət iki azadlığının məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 50 manata görə ekspertiza xərci Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut 22 ədəd “Go Vodka” markalı spirtli və 21 ədəd “Hell” markalı enerji içkilərinin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 oğluna məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 16 fevral 2021-ci il tarixdən 17 fevral 2021-ci il tarixə kimi həbsdə qaldığı cəmi 1 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən iki azadlığının məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Suraxanı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 13.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 6 (altı) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 50 manata görə ekspertiza xərci Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut 22 ədəd “Go Vodka” markalı spirtli və 21 ədəd “Hell” markalı enerji içkilərinin sahibinə təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 oğluna məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (on) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar