Məhkəmə qərarları › İş №1(010)-139/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-139/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-139/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1973-cü il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Qazax şəhəri, Bakı küçəsi, döngə 1, 5 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,271 qram narkotik vasitə heroini 20 (iyirmi) manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2022-ci il tarixdə narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri Suraxanı rayonu, Hovsan qəsəbəsi, X9, Dənizkənarı küçəsinə gətirmiş və Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 17:00-da Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Suraxanı Rayon Polis idarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, X9, Dənizkənarı küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,271 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6 (altı) ilə yaxındır ki. narkotik vasitə kimi tanıdığı heroindən inyeksiya yolu ilə istifadə edir.Belə ki, o ümumillikdə narkotik maddəni, yəni heroini Bakı şəhəri Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxslərdən öz şəxsi istifadə üçün alır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 (iyirmi) manat pul müqabilinə öz şəxsi istifadəsi üçün siqaretin qızılı rəngli kağızına bükülmüş heroin kimi tanıdğı narkotik vasitəsini almışdır. Bununla yanaşı olaraq həmin narkotik vasitə aldığı andan özü ilə daşıyaraq Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, X9, Dənizkənarı küçəsinə gətirmişdir. Beləliklə də xx.xx.2021-ci il tarixdə saat 17:00-dəqiqədə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, X9. Dənizkənarı küçəsində olan zaman 2 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün bir balaca həyəcanlanmış və polis əməkdaşları ondan şübhələnərək sorğu-sual etməyə başlamışdır. Həmin vaxt o özünü - xx.xx.1973-cü il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Qazax şəhəri. Bakı küçəsi, döngə 1, 5 saylı evdə qeydiyyatda olan. Bakı şəhəri. Xətai rayonu. NZS qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir.Bundan sonra polis əməkdaşları onu yaxınlıqda olan 30-cu PŞ-nə dəvət etmişdir. O, polis əməkdaşlarının qanuni tələbinə əməl edərək könüllü olaraq onlar ilə birlikdə 30-cu polis şöbəsinə gəlmişdir.Suraxanı RPİ-nin 30-cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını ona izah edilmişdir. O, həmin zaman video çəkiliş aparılmasına etiraz etməmişdir. Bundan sonra ona Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən hüquq və vəzifələri izah olunmaqla, öz istəyi və razılığı ilə Suraxanı rayon 9 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən öz razılığı əsasında huquqları müdafiə edilməklə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasında olan xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə ona ilkin olaraq sual verilmişdir. Bundan sonra o üzərində saxlamaqla daşıdığı özünə məxsus içərisində heroin kimi tanıdığı narkotik maddə olan 1 (bir) ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü əynində olan açıq qəhvəyi rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə könüllü halda çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitə heroindir. Aşkar edilmiş narkotik maddəni xx.xx.2022-ci il tarixdə saat 16:00-də Bakı şəhəri Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 (iyirmi) manat pul müqabilində öz şəxsi istifadəsi üçün alıb daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə-müəyyən ediləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır.Videoçəkiliş hər bir iştirakçıya və ona nümayiş etdirilmişdir. Bununla yanaşı olaraq bildirmişdir ki, əvvəlcədən üzərində olan narkotik vasitə olan heroin olduğunu bildiyini, ona görə ki, uzun illərdir ki. narkotikadan istifadə edir. Hazırda əməlindən peşman olduğunu və Suraxanı RPİ-nin 30-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Sonda əməlini səmimi etiraf etdiyini, səmimi peşmançılıq hissi keçirildiyini, özünün “1-ci Qarabağ Müharibəsinin veteranı” olduğunu, bununla bağlı dövlət tərəfindən xüsusi təqaüdün alındığını nəzərə alınmaqla, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlimiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1973-cü il tarixdə Qazax şəhərində doğulmuş. Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis vəzifəsini icra edən polis polkovnik-leytenantı Namiq Məmmədovun adma xx.xx.2022-ci il tarixdə raport tərtib etmişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis vəzifəsini icra edən polis polkovnik-leytenantı Namiq Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə əmr verilməklə, əməliyyat qrupunun təşkil edilməsi barədə və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Beləliklə də, xx.xx.2022-ci il tarixdə saat 17:00də Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, X9, Dənizkənarı küçəsində Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü-xx.xx.1973-cü il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Qazax şəhəri, Bakı küçəsi, döngə 1, 5 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərabər olaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs onlara həmin zaman heç bir etiraz etmədən, könüllü olaraq 30-cu PŞ-nə getməsinə razılıq vermişdir.Bundan sonra o Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis vəzifəsini icra edən polis polkovnik- leytenantı Namiq Məmmədovun adına raport tərtib etmişdir ki, şöbəyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin.Nəticə etibari ilə həmin raportun araşdırılması Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X5 həvalə edilmişdir. Beləliklə də, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 2 ünvanda verləsən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində "şəxsi axtarış və götürülmə aparılması” haqqında X8 tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs hüquq vəzifələri təhqiqatçı X8 tərəfindən izah edilmişdir.Bundan sonra ‘’şəxsi axtarış və götürülmə aparılması” zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya və ya narkotik vasitə varsa könüllü olaraq təqdim etsin.Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə gümüşü rəngli bükülünü çıxardaraq otaqda olan masanın üzərinə qoymuşdur.Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli bükülünü göstərərək həmin bükülüdəkinin el içində "heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdiyini sual edilən zaman narkotik vasitəyə bənzər maddəni xx.xx.2022-ci il tarixdə saat 16 radəərində Bakı şəhəri Xətai rayonu. Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 (iyirmi) manat pula öz şəxsi istifadəsi üçün siqaretin qızılı rəngli kağızına bükülmüş heroin kimi tanıdğı narkotik vasitəsni aldığını bildirmişdir.Bununla yanaşı olaraq həmin narkotik vasitəni aldığı gündən etibarən yəni xx.xx.2022-ci il tarixə olan müddət ərzində həmin narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi. X9, Dənizkənarı küçəsinə gətirdiyini qeyd etmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 1 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün X8 tərəfindən 194 nömrəli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi qeyd edilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu hamı tərfindən müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 1 (bir) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin 30-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 194 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır.Nəticə etibari ilə Təqsirləndirilən şəxs götürülmüş maddənin narkotik vasitə olan heroin olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,271 qram narkotik vasitə narkotik vasitə olan heroindir.Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1973-cü il tarixdə Qazax şəhərində doğulmuş, Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 30-cu PŞnin rəis vəzifəsini icra edən polis polkovnik-leytenantı Namiq Məmmədovun adına xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 raport yazmışdır. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis vəzifəsini icra edən polis polkovnik-leytenantı Namiq Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə əmr verilməklə, əməliyyat qrupunun təşkil edilməsi barədə və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Beləliklə də, xx.xx.2022-ci il tarixdə saat 17:00-də Şahid1 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi. X9, Dənizkənarı küçəsində Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs Əlvar oğlunun əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə məlumat verməsini xahiş etmişdir.Həmin şəxs özünü - xx.xx.1973-cü il tarixdə Qazax şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, Qazax şəhəri, Bakı küçəsi, döngə 1, 5 sayh evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərəbar Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs həmin zaman heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 30-cu PŞ-nə getməsinə razılıq vermişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1. Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis vəzifəsini icra edən polis polkovnik-leytenantı Namiq Məmmədovun adına raport tərtib etmişdir ki. şöbəyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş versin. Nəticə etibari ilə həmin raportun araşdırılması Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X5 həvalə edilmişdir.Beləliklədə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 1 ünvanda yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində "şəxsi axtarış və götürülmə aparılması” haqqında X8 tərəfindən protokol tərtib edilmişdir.Həmin zaman Təqsirləndirilən şəxs hüquq vəzifələri təhqiqatçı X8 tərəfindən izah edilmişdir. Bundan sonra "şəxsi axtarış və götürülmə aparılması” zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki. üzərində qanunsuz olan əşya və ya narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə gümüşü rəngli bükülünü çıxardaraq otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi paltarların boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli bükülünü göstərərək həmin bükülüdəkinin el içində "heroin” deyilən narkotik vasitə olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 (bir) ədəd bükülünü haradan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdiyini sual edilən zaman narkotik vasitəyə bənzər maddəni xx.xx.2022-ci il tarixdə saat 16 radəərində Bakı şəhəri Xətai rayonu. Əhmədli metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 (iyirmi) manat pula öz şəxsi istifadəsi üçün siqaretin qızılı rəngli kağıza bükülmüş heroin kimi tanıdğı narkotik vasitəsni aldığını bildirmişdir.Bununla yanaşı olaraq həmin narkotik vasitəni aldığı gündən etibarən yəni xx.xx.2022-ci il tarixə olan müddət ərzində həmin narkotik vasitəni özü ilə daşıyaraq Bakı şəhəri Suraxanı rayonu. Hövsan qəsəbəsi. X9. Dənizkənarı küçəsinə gətirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli, 1 (bir) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün X8 tərəfindən 194 nömrəli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi qeyd edilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu hamı tərimdən müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 1 (bir) ədəd şəffaf rəngli, sellofan bükülü zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin 30-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 194 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Nəticə etibari ilə Təqsirləndirilən şəxs götürülmüş maddənin narkotik vasitə olan heroin olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Suraxanı RPİnin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,271 qram narkotik vasitə narkotik vasitə olan heroindir.Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini göstərmişdir. Cinayət işinin 36-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 22 iyul 2022ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 101-102-ci vərəqlərində olan 24 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi və o, müvəqqəti saxlama yerindən azad olunması, qərarın sürəti icra olunması, şəxsin azad olunması üçün Suraxanı RPİ-nin müvəqqəti saxlama təcridxanasına göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 104-105-ci vərəqlərində olan 24 iyul 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 41-42-ci vərəqlərində olan 22 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Biyar oğlu əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək bildirdi ki, bu narkotik vasitələri 22 iyul 2022-ci il tarixdə saat 16:00 radələrində Əhmədli qəsəbəsi, Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 20 ( iyirmi) manat pul ödəyərək öz şəxsi istifadəsi üçün almış, istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə saat 17:00 dəqiqədə Hövsan qəsəbəsi Dənizkənarı küçəsinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli toz halında narkotik vasitəyə bənzər maddə 01 ədəd açıq qəhvəyi rəngli büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Cinayət işinin 50-54-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci Z il tarixli 6/4005 №-li rəyindən görünür ki. - Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №-194 dairəvi möhür əksləri olan, "Ş/ş Təqsirləndirilən şəxs üzərində” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,271 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi-1,271 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq -1,221 qram. Cinayət işinin 127-128-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 X6-narkoloji X2 xx.xx.2022-ci tarixli 6/4438 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 139-cu vərəqində olan “diskə baxış keçirilməsi haqqında 05 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Suraxanı RPİ- nin 30-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X8 xidməti otağında masa arxasında ayaq üzərində dayanmış vəziyyətdə özünü təqdim edikdən sonra otaqda olan saxlanılan ayaq üstə dayanmış Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis baş leyetantı Şahid1 və həmin PŞ-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı X4 təqdim edir, saxlanılan əynidə açıq qəhvəyi rəngli şalvarı olan Təqsirləndirilən şəxs ayaq üstə dayanmış vəziyyətdədirlər. X7 şəxsi axtarış və götürmə aparılmasını və Samsung modelli mobil telefonla video çəkiliş aparıldığını bildirir. Saxlanlınan şübəli şəxsə özünü təqdim etməsini və anket məlumatlarını soruşaraq saxlanılan şəxsə hüquq vəzifələrini elan etdikdən sonra üzərində hər hansı bir qanunsuz əşyanın olub olmadığını və könüllü olaraq təqdim etməyini təklif edir. Bu zaman özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etdi. Daha sonra təhqiqatçı Z.Eyvazov bir ədəd sellofan bükümünü özü açır və kamera yaxınlaşdığı zaman bükümdə açıq vəziyyətdə toz şəkilli maddənin olduğu görünür. Təhqiqatçı Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümdə olan maddənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs otaqda olan iştirakçıların yanında suala cavab olaraq həmin bükümünün içərisində narkotik maddə heroin olduğunu və həmin vasitəni o saxlanılmamışdan bir neçə saat əvvəl tanımadığı şəxsdən 20 manata aldığını söyləyir. Bundan sonra əməliyyat müvəkkili bir daha əmin olmaq üçün ayağa qalxaraq ayaq üstə dayanmış Təqsirləndirilən şəxs üzərinə əlləri ilə yoxlayaraq axtarış keçirir, lakin axtarış zamanı hər hansı bir əşya aşkar olunmur. Təhqiqatçı Z.Eyvazov narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs üzərindən aşakar olunaraq götürülməsi faktı ilə əlaqədar şəxsi axtarış və götürmə aparılması haqqında protokola hər hansı bir əlavə və düzəlişin olub olmamasını soruşur. Təqsirləndirilən şəxs isə xeyir deyə cavab verir. Təhqiqatçı pisxotrop maddəsini iştirakçıların yanında zərfə qoyaraq qablaşdırır və üzərinə möhür yapışdırır. Cinayət işinin 115-116-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixində cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,271 qram narkotik vasitə heroin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,271 qram heroin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, “1-ci Qarabağ müharibəsinin” veteranı olmasını və “Vətən uğrunda” döyüşlərdə iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 03 avqust 2023-cü ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində Xətai Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdən 24 iyul 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 03 avqust 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,221 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar