Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-139/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx.xx.1985-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş və həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq yolla talayıb soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs5 Natiq oğluna məxsus 2006-cı il buraxılışlı, ağ rəngli «VAZ-2107» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir edəcəyinə dair yalan vəd verərək aldadıb, bu məqsədlə sonuncudan 18 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən Zərərçəkmiş şəxs3 evinin həyətində adı çəkilən avtomobili təhvil götürdükdən sonra Zərərçəkmiş şəxs5 avtomobilin təmir olunması üçün 400 manat zəhmət haqqı, bundan sonra təhvil götürdüyü avtomobilə aid 5000 manat dəyərində ehtiyat hissələrini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib 2022-ci ilin noyabr ayının axırlarına qədər olan müddət ərzində hissə-hissə olmaqla şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərə sataraq, verdiyi vədinə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs5 5400 manat xeyli miqidarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 qızma məxsus "Ssang yong Korando" markalı, **-ZJ-*** dövlət nömrə nişanlı avtomobili təmir edəcəyi adı ilə 16 aprel 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək olan müddət ərzində sonuncudan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsində ümumilikdə 995 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 995 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə 01 dekabr 2023-cü il tarixdə saat 22 radələrində qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs3 yaşadığı ünvana gəldikdən sonra evdə aralarında yaranmış mübahisə zamanı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun boğazından əli ilə tutub sıxaraq divana yıxdıqdan sonra Zərərçəkmiş şəxs3 onu özündən kənara itələyib kömək çağırmaq üçün çölə çıxmış, bu zaman divanın üzərində Zərərçəkmiş şəxs3 məxsus 6 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən 2500 manat dəyərində “Apple 14 Plus” markalı mobil telefonu açıq talayıb evdən qaçaraq Zərərçəkmiş şəxs3 2506 (iki min beş yüz altı) manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 sonuncuya məxsus Mersedes C180 markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini təmir edəcəyinə və avtomobilin digər nasazlıqlarını aradan qaldıracağına inandırıb etibarını qazanaraq, etibarından sui istifadə edib 18 dekabr 2023cü il tarixdən 2024-cü ilin yanvar ayının əvvəllərinə qədər olan müddətdə sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən evinin həyətində və öz işlədiyi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Türkan marketin (indiki Al market) yanında yerləşən avtotəmir sexində avtomobilin ehtiyat hissələrini alacağı və avtomobili təmir edəcəyi adı ilə hissə hissə olmaqla ümumilikdə 1800 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 1800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 oğlu X2 İ qrup əlillik dərəcəsi və arvadı Şahid7 xəstə oğluna baxdığı üçün müavinət düzəldəcəyinə inandırıb etibarını qazanaraq, etibarından sui istifadə edib Allahverdi İmanovun Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən əsəb ruhi dispanserində stasionar müalicədə olan zaman həkimə pul vermək, sonuncu üçün dərmanlar almaq və sistem qoşdurmaq adı ilə 15 dekabr 2023cü il tarixdən 2024-cü ilin yanvar ayının əvvəllərinədək olan müddətdə yaşadığı ünvan 4 ünvanında hissə-hissə olmaqla ümumilikdə 2000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs1 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 məxsus olan Reno Meqan markalı, 99UB607 dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini təmir edəcəyinə sonuncunun inandırıb etibarını qazanaraq, 03 yanvar 2024-cü ilin tarixdən 2024-cü ilin yanvar ayının ortalarına qədər olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Türkan marketin (indiki Al market) yanında yerləşən avtotəmir sexinin qarşısında avtomobil üçün ehtiyat hissələri alacağını və avtomobilin təmirini tezliklə başa çatdıracağını bildirib hissə hissə olmaqla 1370 manat, sonuncu dəfə 2024-cü ilin yanvar ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1 nömrəli Zeytun Sovxozu ərazisində 130 manat, ümumilikdə 1500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək və “Reno Meqan” markalı, 99UB607 dövlət qeydiyyat nişanlı avtomobilin sürətlər qutusunu və akkumlyatorunu satmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Sadıqov X4 Respublikası CM-nin 178.2.2, 178.2.4 VƏ 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclası zamanı yazılı vəsatət verərək bildirmişdir ki, həmin cinayət işi Sabunçu RPİ-nin istintaq şöbəsində CM-in 178.2.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə başlanmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunaraq həmin maddələrlə ona yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixdə CM-in 180.1-ci maddəsi ilə barəsində başlanılmış digər cinayət işi hazırkı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinin hakimi tərəfindən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2, 178.2.4 və 180.1-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələrinə tövsif olunmuş, xx.xx.2024cü il tarixdə həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmiş və toplanmış materiallar aidiyyəti üzrə Suraxanı RPİ-nə göndərilmişdir. Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyət ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs5 Natiq oğluna məxsus 2006-cı il buraxılışlı, ağ rəngli «VAZ-2107» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir edəcəyinə dair yalan vəd verərək aldadıb, bu məqsədlə sonuncudan 18 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən Zərərçəkmiş şəxs3 evinin həyətində adı çəkilən avtomobil təhvil götürdükdən sonra Zərərçəkmiş şəxs5 avtomobilin təmir olunması üçün 400 manat zəhmət haqqı, bundan sonra təhvil götürdüyü avtomobilə aid 5000 manat dəyərində ehtiyat hissələrini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib 2022-ci ilin noyabr ayının axırlarına qədər olan müddət ərzində hissə-hissə olmaqla şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərə sataraq, verdiyi vədinə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs5 5400 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Odur ki. cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddə tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda CPM-in 223.5-ci maddəsinin tələbi pozulmasına səbəb olmuşdur. Qeyd olunan hallar bariz şəkildə təqsirləndirilən şəxsin həm də müdafiə hüququnun pozulması ilə nəticələnmişdir ki, göstərilənlər şəxsin nədə ittiham olunduğunu dərk etmədiyi, ittihamın mahiyyətinin ona aydın olmadığı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPMnin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməməsi cinayət işinin materiallarına xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsasdır. Qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə məhkəmə cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla уanaşı məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verən şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verməklə həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd etdiklərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 84, 303 və 307-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmişlərin hər biri ayrı-ayrılıqda cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatət münasibət bildirərək məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs vəsatətlə tanış olduğunu, CM-nin 180-ci maddəsini müstəntiqin prinsipi əsasında yazıldığını bildirdi. Zərərçəkmiş şəxs3 qeyri-rəsmi yaşadığı insandır, onun şikayəti yoxdur, hər gün də onun yanına gəlir. O, işinə düz baxılmadığını, işin heç bir ekspertizaya göndərilmədiyini bildirdi. O, 3 nəfərlə - Qadir, Şahmərdan və Günayla üzləşməsi olduğunu, digər şəxslərlə üzləşdirmə edilmədiyini bildirdi. O, 10000 ödənişi olduğunu, istintaq dövründə şəxzslərə ödəniş edəcəyini, bu səbəbdən cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, işə məhkəmə hazırlıq iclasında ilkin dinləmələr aparılmaqla baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 303-cü maddəsində sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Həmin pozuntular cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsini mümkünsüz edir. Buna görə də cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarında olan: Cinayət işin materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında 18 noyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 17:30-da tutulması, azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 17:30 dəqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır. Cinayət işin materiallarına əlavə edilmiş şəxsin dövlət hesabına müdafiəçi ilə təmin edilməsi barədə 18 noyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs hüquqlarını müdafə edilməsindən ötrü dövlət hesabına müdafiəçinin dəvət edilməsi, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə haqqı dövlət hesabına ödənilməsi və qərarın surətinin icra edilməsi üçün 07 saylı Vəkil Bürosuna göndərilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş Bakı şəhəri 07 saylı Vəkil Bürosunun 18 noyabr 2023-cü il tarixli, 11265 saylı orderə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi X8 qeyd edilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Sadıqov X9 RPİ-nin MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərara əsasən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.2.2, 178.2.4 və180.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə müdafiəçinin iştirakına xitam verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlu tərəfindən hüquqlarının müdafiə edilməsindən imtina etmiş, iş üzrə hüquqlarının Bakı şəhəri 07 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən müdafiə edilməsini xahiş etmiş, bu səbəbdən Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun cinayət prosesində iştirakına xitam verilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Cinayət işin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli “müdafiəçi təyin etmə haqqında” qərarına əsasən Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkilləri sırasından müdafiəçi təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli, 008848 saylı orderinə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi qeyd edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli “axtarış-həbs” qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 19 mart 2025ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. 85-ci maddəsinə əsasən müstəntiqin vəzifələridir: 85.2.12. Bu Məcəllənin 158, 159, 218—221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək; CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında baxılan məsələlər sırasında aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmamasına da baxılır. CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də 300.1.5-ci maddədə qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardır. CPM-nin 301.1-ci maddəsinə əsasən məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə aşağıdakı hallarda təyin edilir: 301.1.1. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda; 301.1.2. ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə; 301.1.3. məhkəməyədək icraat bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda. Belə olan halda, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən ibtidai istintaq zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işi materiallarına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Hazırkı cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular vardır və bu səbəbdən, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar digər pozuntularla yanaşı aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində həmçinin aşağıdakılar göstərilir: 289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; 289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar. 289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. 223.2-ci maddəsinə əsasən bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Belə ki, ibtidai istintaq orqanı 5 epizod üzrə dələduzluq, 1 epizod üzrə isə soyğunçuluq cinayət əməllərinə görə Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CM-nin 16.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası CMnin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Beləliklə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinə görə CM-nin 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə ittiham verilsə də, lakin onun əməlinə CM-in 180.2.2-ci maddəsi ilə bağlı hissədə hüquqi qiymət verilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı təcrübəyə əsasən müdafiə hüququnun pozulmasına səbəb olur. Bundan əlavə zərərçəkmiş şəxs X6 ifadəsində onunla bağlı epizodda ondan götürülmüş ona məxsus “İphone 1 Plus” markalı telefonunun 3500 manatla kreditə götürülməsini qeyd edilməsinə baxmayaraq, ittiham aktında telefonun qiyməti hər hansı araşdırma aparılmadan və yaxud da əmtəəşünaslıq ekspertizasının rəyi əlavə olunmadan, telefonun qiyməti və vurulmuş zərərin məbləgi 2500 manat kimi qeyd edilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 ifadəsinin sonunda telefonun Lombarddan çıxarıldığını, Təqsirləndirilən şəxs tərəfindən ona telefonun Lomabarddan qaytarıdması üçün 500 manat pulun ödənildiyini qeyd etsə də, müstəntiq tərəfindən istər sübutları qiymətləndirilməsi haqqında qərarında, istərsə də ittiham aktında buna hər hansı hüquqi qiymət verilməmişdir. Bundan əlavə telefonun dəyəri ilə əlaqədar hər hansı məhkəməəmtəəhünaslıq ekspetizası aparılmamış və yaxud mütəxəssisə rəyi verilməmişdir. Bundan əlavə ittiham aktında “Sadıqov X10 Qadir Natiq oğluna məxsus 2006-cı il buraxılışlı, ağ rəngli «VAZ-2107» markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir edəcəyinə dair yalan vəd verərək aldadıb, bu məqsədlə sonuncudan 18 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən Zərərçəkmiş şəxs3 evinin həyətində adı çəkilən avtomobil təhvil götürdükdən sonra Zərərçəkmiş şəxs5 avtomobilin təmir olunması üçün 400 manat zəhmət haqqı, bundan sonra təhvil götürdüyü avtomobilə aid 5000 manat dəyərində ehtiyat hissələrini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib 2022-ci ilin noyabr ayının axırlarına qədər olan müddət ərzində hissə-hissə olmaqla şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərə sataraq, verdiyi vədinə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs5 5400 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir” qeyd olunsa da, Qadir Əsgərovdan təhvil götürdüyü avtomobilə aid ehtiyat hissələrinin məhz 5000 manat dəyərində olması barədə qənaətə gələrkən, hansı sübutlara əsaslanması müstəntiq tərəfindən göstərilməmiş, bu barədə hər hansı qeyd olunna maşının ehtiyyat hissələrinə dair qüsur aktı təqdim edilməmiş, həmin hissələrə dair məhkəmə-əmtəəşünaslıq ekspertizası aparılmamış, bununla da ittiham aktının tərtib edilməsində natamamlığa, qeyri-müəyyən göstəricilərin, ifadələrin əks edilməsinə yol vermişdir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 dekabr 1994-cü tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin konkret olaraq nədə ittiham olunduğu təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında konkret göstərilməlidir. Odur ki, dövlət ittihamçısının yazılı vəsatəti təmin edilərək cinayət işinin baxılmasına xitam verilməli və o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. CPM-nin 307-ci maddəsinin tələbləri nəzərə alınaraq müstəntiq, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, o cümlədən aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli “axtarış-həbs” qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək barəsində axtarış elan edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri 1 ay müddətinə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Beləliklə, məhkəmə ilkin dinləmələr aparmaqla yuxarıda qeyd edilən halları və cinayət işi materiallarını ətraflı tədqiq edərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göründüyü kimi CPM-nin 300.1.5-ci maddəsində qeyd olunmuş cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərardan şikayət və ya protest verilməsi qanunda nəzərdə tutulmamışdır. CPM-nin 303.5-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verildikdə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarıldıqda o, prokurorluğa daxil olduğu vaxtdan istintaq müddəti əvvəllər aparılmış məhkəməyədək icraat zamanı hesablanmış müddətə əlavə olaraq hesablanır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 (on altı) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 176 (bir yüz yetmiş altı) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 299-300, 303, 306-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 180.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına CPM-in 303-cü maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 180.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin ittiham aktını tərtib etmiş Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X7 barəsində xüsusi qərar qəbul edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri 1 (bir) ay müddətinə uzadılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-139/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-139/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver