Məhkəmə qərarları › İş №1(010)-14/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-14/2020

28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-14/2020 28.01.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X16 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Bakı şəhər prokurorluğunda dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1959-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş səhiyyə idarəsinin 13 nömrəli X2 baş həkimi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” massivi, 12 nömrəli evin 144 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxx 2004-cü il tarixdən xx xxxx 2018-ci il tarixədək ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş səhiyyə idarəsinin 13 nömrəli X2 baş həkimi vəzifəsində işləyərkən, qeyd olunan xəstəxanada yaradılmış həkim məsləhət komisiyasının sədri kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq olunmuş “X19iza müayinəsinə göndərişlərin verilməsi” qaydalarına əsasən şəxslərə göndərişlərin onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən, şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması və sair əsaslara görə göndərişin verilməsi üçün müraciət edən şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq, həmin səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələrin aparılmasını, xəstəlik tarixindən çıxarışların (epikrizlərin) toplanılmasını, ehtiyac yaranarsa diaqnozun dəqiqləşdirilməsi üçün şəxsin əlavə ambulator və ya stasionar müayinəyə göndərilməsini, göndərişin müalicə həkimi tərəfindən göndərişdə şəxsin fərdi identifıkasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu göstərilərək protokolla rəsmiləşdirilib həkim məsləhət komissiyasının sədri kimi imzalanmasını və gücləndirilmiş elektron imza ilə reyestrə daxil edilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq olunmuş “X19 komissiyaları haqqında Əsasnaməyə” əsasən əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumatın elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya sistemində Tibbi-Sosial Ekspertiza və X9 göndərilməsini təmin etməli olduğu halda, həmin tələbləri yerinə yetrməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və sair əsaslar barədə hər hansı bir səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün müayinə aparılmadan, xəstəlik tarixindən çıxarışlar toplanmadan tanışı Şahid3 ilə aralarında yaranmış səmimi münasibətlərə görə sonuncunun xahişi və təqdim etdiyi şəxsiyyət vəsiqələrindəki məlumatlara əsasən rəhbərlik etdiyi xəstəxananın yuxarda qeyd olunan ünvanda yerləşən inzibati binasının kompyuter otağında quraşdırılmış Tibbi-Sosial Ekspertiza və X1yn çıxış üçün nəzərdə tutulmuş komyuterə - informasiya resurslarına Şahid2 birinci qrup əlilik dərəcəsinin təyin olunması üçün, xx xxxxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixdə sonuncunun barəsində guya xroniki böyrək xəstəliyi V mərhələ, xroniki böyrək xəstəliyi terminal mərhələ, başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya, diabetik retinopatiya, böyrək çatışmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez baş verən hipertonik krizlərlə, xronik nefritik sindrom, xroniki qlomerulonefit, böyrək dializi vəziyyəti, şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, diabetik nefropatiya diaqnozu ilə, Şahid1 birinci qrup əlillik dərəcəsinin təyin olunması üçün xx xxxxxx 2018-ci il tarixdə sonuncunun guya xroniki böyrək xəstəliyi V mərhələ, xroniki böyrək xəstəliyi terminal mərhələ, böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez baş verən hipertonik krizlərlə, dializ üçün arteriovenoz şunt olması, böyrəyin dializdən asılı vəziyyəti, başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, böyrək çatışmazlığı nəticəsində baş verən renal anemiya, qan dövranı sisteminin digər dəqiqləşdirilməmiş pozğunluqları, hipertonik angiopatiya diaqnozu ilə müalicə almalarına dair bilə-bilə yalan məlumatların daxil edilməsini, həmin saxta məlumatları kosmissiya sədri kimi özü imzalayaraq, komissiya üzvləri - Şahid6, Şahid7, Şahid8 və komissiya üzvü olmayan Şahid4 oğlunun elektron imzalarından istifadə etməklə təsdiqlədikdən sonra Tibbi-Sosial Ekspertiza və X9 göndərməsini təmin edib, bununla da, həmin saxta məlumatlar əsasında Şahid1 xx xxxxxx 2018-ci il tarixdə Əmək və X11 Nazirliyinin 17 saylı X19 Komissiyası tərəfindən 1-ci qrup əlillik dərəcəsinin təyin olunması və xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixinədək cəmi 819 manat 70 qəpik məbləğində, Şahid2 xx xxxxx 2018-ci il tarixdə 14 saylı X19 Komissiyası tərəfindən 1-ci qrup əlillik dərəcəsinin təyin olunması və xx xxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixinədək cəmi 234 manat məbləğində olmaqla, ümumilikdə adları göstərilən şəxslərə qanunsuz olaraq 1.053 manat 70 qəpik məbləğində əlilliyə görə təqaüdün verilməsi ilə nəticələnən əməlləri ilə Əmək və X11 Nazirliyinin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sair şəxsi niyyətlə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 1983-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş və həmin vaxtdan da əmək fəaliyyətinə 15 saylı X3 başlamışdır. 2005-ci ilədək müxtəlif xəstəxanalarda işləmiş, 2005-ci ildən isə 13 saylı X2 baş həkimi təyin olunmuşdur. 2018-ci ilin may ayınadək həmin xəstəxananın baş həkimi işləmiş, 2018-ci ilin may ayından isə öz xahişi ilə vəzifədən azad edilmişdir. 2017-ci ilin əvvəllərindən 13 saylı X2 həkim məsləhət komissiyasının sədri olmuş, həkim məsləhət komissiyasının üzvləri həkim terapevt - Şahid8, həkim - nevropotoloq Şahid6, həkim oftalmoloq Şahid7 olmuşlar. Həkim məsləhət komissiyasının bütün üzvləri, o cümlədən özü elektron imza kartlarını ASAN xidmət vasitəsi ilə almışlar. Onun və digər üzvlərin elektron imza kartları kompyuter üzrə opertator X4 otağındakı seyfdə saxlanılmışdır. Xəstəxanaya hər hansı xəstəliklə bağlı müraciət edən xəstələr ixtisas həkimləri tərəfindən qeydiyyata alınıb adlarına ambulator kartalar açılmış, daha sonra həkim məsləhət komissiyasının qərarı ilə adlarına forma 88 saylı arayış tərtib edilərək onun göstərişi ilə komissiya üzvlərinin və onun elektron imzalarından istifadə edilməklə sistemə yüklənilmişdir. Zümüd Abdullayeva bundan başqa ifadəsində göstərmişdir ki, Şahid3 2017-ci ilin sonlarından tanımış, həmin zaman Şahid3 qəbuluna gələrək özünü sahə həkiminin yanına gəlib-gedən xəstə kimi təqdim etmişdir. Aybənizin danışığından ona etibar etmiş və münasibətləri yaxınlaşmışdır. Bundan sonra Şahid3 bir neçə dəfə otağında olub şəkər xəstəsi olmasından danışmış və qeydiyyata alınması qaydası ilə maraqlanmışdır. Daha sonra 2018-ci ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə Şahid3 yanına gələrək qohumu və yaxın rəfiqəsi Şahid2 İ qrup əlillik dərəcəsi təyin edilməsində ona köməklik etməsini xahiş etmişdir. Şahid3 Şahid2 həqiqətən xəstə olduğunu, maddi imkanının çox zəif olmasını demişdir. O, Şahid2 görməmiş və hansı xəstəlikdən əziyyət çəkdiyini bilməmişdir. Aybənizin xahişi ilə onun şəxsiyyət vəsiqəsinin surətini alıb operator Maya Hüseynovaya vermiş və başqa tibbi sənədlərə əsasən İ qrup əlillik dərəcəsi təyin edilməsinə əsas verən diaqnozu ona demişdir. Maya onun göstərişi ilə həkim məsləhət komissiyasının üzvlərinin elektron imza kartlarından istifadə etməklə forma 88 arayışını sistemə yükləmişdir. Dəqiq xatırlamadığı tarixdə Şahid2 əlillik dərəcəsinin təyin edilməsindən imtina verilmişdir. Bu müddət ərzində Şahid3 ondan başqa bir tanışı və yaxın rəfiqəsi kimi təqdim etdiyi Şahid1 da əlillik dərəcəsi təyin edilməsində köməklik göstərməsini xahiş etmişdir. Sonuncu dəfə olmaq şərti ilə bununla razılaşdıqdan sonra Aybəniz xidməti otağında 2018-ci ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə və vaxtda yanına gələrək Şahid1 şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Şahid1 şəxsiyyət vəsiqəsinin surətini operator Maya Hüseynovaya vermiş və başqa tibbi sənədlərə əsasən İ qrup əlillik dərəcəsi təyin edilməsinə əsas verən diaqnozu ona demişdir. Maya onun göstərişi ilə həkim məsləhət komissiyasının üzvlərinin elektron imza kartlarından istifadə etməklə forma 88 arayışını sistemə yükləmişdir. 2018-ci ilin yanvar ayında Şahid1 İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra 2018-ci ilin aprel ayında Şahid2 şəxsiyyət vəsiqəsinin surətini və diaqnozunu operator Maya Hüseynovaya vermiş, Maya onun göstərişi ilə həkim məsləhət komissiyasının üzvlərinin elektron imza kartlarından istifadə etməklə forma 88 arayışını sistemə yükləmişdir. 2018-ci ilin aprel ayının əvvələrində Şahid2 İ qrup əlillik dərəcəsi təyin edilmişdir. Qeyd edilən əməllərindən həkim məsləhət komissiyasının üzvlərinin məlumatı olmamışdır. Adları qeyd edilən şəxslərə əlillik dərəcəsinin təyin edilməsindən ötrü hər hansı məbləğdə pul və sair maddi nemət istəməmiş və almamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənildiyini bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmişin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2019-cu ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin nümayəndəsi Nümayəndə göstərdi ki, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********3 nömrəli məktubunda olduğu kimi Şahid2 əlillik dərəcəsi 14 saylı, Şahid1 17 saylı X19 Komissiyası tərəfindən təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx xxx 2019-cu il tarixli, **********8 nömrəli məktubuna əlavə edilmiş elektron sistemdən çıxarışlardan göründüyü kimi Şahid2 barəsində forma 88 arayışı xx xxxxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixlərdə, Şahid1 barəsində forma 88 arayışı xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhər Baş Səhiyyə İdarəsinin 13 saylı X3 tərtib edilərək Tibbi-Sosial Ekspertiza və X9 göndərilmişdir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Yasamal rayon şöbəsinin xx xxxxx 2019-cu il tarixli **********4 nömrəli məktubundan göründüyü kimi Şahid1 xx xxxxxx 2018-ci il tarixdə İ qrup əlilliyə görə pensiya təyinatı aparılmış, xx xxxx 2018-ci il tarixdən əlillik dərəcəsi ləğv edildiyindən artıq ödənilmiş 819 manat 70 qəpik pulun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Habelə Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Nəsimi rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli **********2 nömrəli məktubundan göründüyü kimi Şahid2 xx xxxxx 2018-ci il tarixdə İ qrup əlilliyə görə pensiya təyinatı aparılmış, xx xxxx 2018-ci il tarixdən əlillik dərəcəsi ləğv edildiyindən artıq ödənilmiş 234 manat pulun dövlət büdcəsinə pulun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Sonda Nümayəndə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2017-ci ilin noyabr ayında xalası qızı Donara Süleymanovanın vasitəsi ilə Şahid3 ilə tanış olmuş, X10 Mustafayevanın pensiya düzəldə biləcəyini demiş, xx xxxxxx 2018-ci il tarixdə Şahid3 yaşadığı evə dəvət edib orada qanuni əsaslarla pensiya almaq istədiyini demişdir. Şahid3 şəxsiyyət vəsiqəsinin əslini və surətini vermiş, Şahid3 onun üçün pensiyanı kimin vasitəsi ilə düzəldəcəyini deməmişdir. Bir neçə gün sonra Şahid3 ona İ qrup əlillik dərəcəsi təyin edilməsi barədə sənəd vermiş, Şahid3 ilə birlikdə həmin sənədi Dövlət X14 Yasamal şöbəsinə təqdim etmişdir. Daha sonra ona pensiya təyin edilmişdir. 2018-ci ilin mart ayında “Kapital Bank”-dan pensiya kartını götürmüşdür. 2018-ci ilin iyul ayında Dövlət X14 Yasamal rayon şöbəsindən ona zəng edilib pensiyanın kəsildiyini və 818 manat pulun dövlət büdcəsinə ödənilməli olduğunu bildirmişlər. Şahid3 ilə əlaqə saxlayıb pulun ödənilməli olduğu kodu öyrənib ona demişdir. Bundan sonra Aybəniz pulun ödənilməsi barədə qəbzin surətini ona göndərmişdir. 13 saylı X2 baş həkimi Təqsirləndirilən şəxs ilə şəxsən görüşməmiş, Təqsirləndirilən şəxs ondan hər hansı məbləğdə pul istəmiş və almamışdır. 13 saylı X3 olmamış, orada hər hansı müayinədən keçməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 13 saylı X3 hər hansı tibbi müayinədən keçməmiş, şəxsiyyət vəsiqəsinin surətini Şahid3 vermiş, 2018-ci ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə Aybəniz ona əlillik dərəcəsi təyin edilməsindən imtina edildiyini demişdir. Daha sonra 2018-ci ilin aprel ayında Aybəniz onunla görüşərək ona İ qrup əlillik dərəcəsi təyin edilməsi barədə sənədi təqdim etmişdir. Həmin sənədi Dövlət X14 Nəsimi rayon şöbəsinə verdikdən sonra ona 155 manat pensiya təyin edilmişdir. Ümumilikdə 253 manat pensiya aldıqdan sonra pensiyanın verilişi dayandırılmış və tərəfindən həmin pul dövlət hesabına ödənilmişdir. Şahid2 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs pul verməmiş və Aybənizin Təqsirləndirilən şəxs pul verməsinin şahidi olmamışdır. 13 saylı X2 baş həkimi Təqsirləndirilən şəxs ondan şəxsən hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş 13 saylı X2 kompüter üzrə operatoru İsgəndərova (Hüseynova) Maya Etibar qızı göstərdi ki, 2014-cü ildən 13 saylı X3 kompyuter üzrə operator işləmişdir. 2018-ci ilin iyul ayından isə analıq məzuniyyətinə çıxmışdır. Kompyuter üzrə operator işlədiyi müddətdə 13 saylı X2 28 nömrəli kompyuter otağında əyləşmişdir. Xəstələrin müalicə həkimi və ya baş həkim Təqsirləndirilən şəxs şifahi dediyi sözlər əsasında xəstələr barəsində forma 88 arayışında qeyd edilməli məlumatları sistemə yükləmiş, daha sonra Təqsirləndirilən şəxs ona verdiyi elektron imza kartları ilə bu məlumatı sistemdə təsdiqləmişdir. Tibbi savadı olmadığından xəstələr barəsində yazılan diaqnozlar yalnız həkim və baş həkim tərəfindən ona deyildikdən sonra sistemə yükləyə bilmişdir. Xəstələr barəsində forma 88 saylı arayışı yüklədikdən sonra elektron kartın oxuyucusu ilə sistem arayışı təsdiq etmişdir. Daha sonra sistemə yüklədiyi forma 88 arayışları barəsində TSEK-dən verilən cavabları çıxardıb baş həkimə təqdim etmişdir. Şahid2 və Şahid1 tanımır və onların barəsində forma 88 arayışının sistemə yüklənməsini xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Baş səhiyyə idarəsinin 13 saylı X2 poliklinika şöbəsinin nevropatoloqu, həkim məsləhət komissiyasının üzvü Şahid6 göstərdi ki, 1996-cı ildən 13 saylı X2 poliklinika şöbəsində nevropatoloq işləyir, 2017-ci ildən işlədiyi xəstəxanada həkim məsləhət komissiyasının üzvüdür. Həkim məsləhət komissiyasının sədri Təqsirləndirilən şəxs, üzvləri oftalmoloq - Şahid7 və terapevt Şahid8 olmuşlar. Həkim məsləhət komissiyasının üzvü kimi onkoloq X7 da iclaslarda iştirak etmişdir. Həkim məsləhət komissiyasının üzvü kimi vəzifəsinin əlillik dərəcəsi almaq üçün müraciət edən şəxslərin tibbi sənədlərinə və qoyulmuş diaqnoza əsasən barəsində tərtib edilmiş forma 88 saylı arayışının sistemə yüklənməsinə razılıq verməkdən ibarət olmuşdur. Həkim məsləhət komissiyasının üzvü kimi elektron imza kartı Təqsirləndirilən şəxs olmuşdur. Şahid2 və Şahid1 Cəlal qızını tanımır. Adları qeyd edilən şəxslərin barəsində hər hansı tibbi sənəd tərtib etməmiş, həkim məsləhət komissiyasının üzvü kimi hər hansı qərarın verilməsində iştirak etməmiş, hər hansı sənəd imzalamamışdır. Şahid1 Cəlal qızı və Şahid2 barəsində forma 88 arayışının tərtib edilməsində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş 13 saylı X2 poliklinika şöbəsinin həkimterapevti, həkim məsləhət komissiyasının üzvü Şahid8 və həmin xəstəxananın həkimterapevti X7 Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş 13 saylı X2 poliklinika şöbəsinin həkimoftalmoloqu, həkim məsləhət komissiyasının üzvü Şahid7 göstərdi ki, 1978-ci ildən 13 saylı X3 həkim-oftalmoloq işləyir, 13 saylı X3 həkim məsləhət komissiyasının sədri kimi Təqsirləndirilən şəxs, üzvlər isə nevropatoloq – Şahid6, terapevt Səmayə Əşrafovanı tanımış, özü yalnız göz xəstəliyindən əziyyət çəkən xəstələrin müayinəsini aparıb tibbi sənədlərini müalicə həkimi kimi yazıb komissiyanın üzvlərinə təqdim etmiş, həkim məsləhət komissiyasının üzvü olmağı barədə məlumatı olmamışdır. Şahid2 və Şahid1 Cəlal qızını tanımır. Adları qeyd edilən şəxslərin barəsində hər hansı tibbi sənəd tərtib etməmiş, həkim məsləhət komissiyasının üzvü kimi hər hansı qərarın verilməsində iştirak etməmiş, hər hansı sənəd imzalamamışdır. Şahid1 Cəlal qızı və Şahid2 barəsində forma 88 arayışının tərtib edilməsində iştirak etməmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 2017-ci ilin iyun ayından tanıyır, həmin zaman Təqsirləndirilən şəxs qəbuluna gedib özünü xəstə kimi təqdim etmiş, Zümrüdlə söhbətindən sonra aralarında mehriban münasibətlər yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə yanında olub şəkər xəstəsi kimi xəstəxanada qeydiyyata alınma qaydası ilə maraqlanmışdır. Bu müddət ərzində xəstəxanada olan həkim məsləhət komissiyasının qərarı ilə elektron sistemə xəstə barədə məlumatlar yükləndikdən sonra onlara əlillik dərəcəsi təyin edilməsini və onların pensiya almasını öyrənmişdir. Bundan əlavə o ifadəsində göstərdi ki, Şahid2 ilə 2017-ci ilin sonlarında Suraxanı rayonu ərazisində, dəmiryol xəttinin yanında yerləşən “Nuş olsun” kafesində görüşmüşdür. Həmin vaxtı Şahid2 pensiyaya çıxmaq istədiyini demiş, pula ehtiyacı olduğu üçün Şahid2 onu qanuni əsaslarla 5.300 manat müqabilində pensiyaya çıxarda biləcəyini demişdir. Çinar heç yerdə işləmədiyi halda bunu necə edə biləcəyini soruşduqda, özünün tanışları olduğunu demişdir. Daha sonra 2017-ci ilin noyabr ayında Şahid2 ilə telefonla danışaraq “Olimpik Star” idman və əyləncə kompleksinin qarşısında görüş təyin etmiş və orada onunla görüşmüşdür. Şahid2 hansı qaydada ona pensiya təyin etdirəcəyini yenidən soruşduqda 5.300 manat pulu onun adına sosial müdafiə fondunda açılmış bank hesaba köçürəcəyini və ona pensiya düzəltdirəcəyini demişdir. xx xxxxxx 2017-ci il tarixdə nahar saatlarında Şahid2 dəvəti ilə yenidən “Olimpik Star” idman və əyləncə kompleksinin qarşısına getmiş, Şahid2 100 və 50 manatlıq əskinazlarla olan 5.300 manat pulu və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Həmin pulu öz ehtiyaclarına sərv etmişdir. 2018-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs yanına gedərək qohumu kimi təqdim etdiyi Şahid2 əlillik dərəcəsi təyin edilməsində köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ilkin olaraq onunla razılaşmasa da, Şahid2 həqiqədən xəstə olmasını, köməyə ehtiyacı olduğunu demişdir. Aralarında yaranmış mehriban münasibətə görə Təqsirləndirilən şəxs razılıq vermiş, sonra xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs yanında olaraq TSEK tərəfindən Şahid2 pensiya təyin edilməsi ilə əlaqədar imtina verildiyini, forma 88 arayışının bir neçə ay sonra yenidən sistemə yükləyəcəyini öyrənmişdir. Təqsirləndirilən şəxs onu 2018-ci ilin aprel ayının əvvəllərində yanına çağırıb Şahid2 İ qrup əlillik dərəcəsi təyin edilməsi barədə arayışı ona vermiş, həmin arayışı aldıqdan sonra Şahid2 verib yaşayış yeri üzrə Dövlət X14 şöbəsinə təqdim etməsini tapşırmışdır. Şahid3 bundan başqa ifadəsində göstərdi ki, Şahid1 ilə xx xxxxxx 2018-ci il tarixdə xalası qızı Şahid1 ilə sonuncunun evində görüşmüş, Şahid1 pensiya almaq istədiyini bildirmiş, həmin vaxtı pula ehtiyacı olduğundan Şahid1 qanuni əsaslarla onu pensiyaya çıxara biləcəyini demişdir. Tamaranın yaşadığı Yasamal rayonu, Vasif Əliyev küçəsi ev 267, mənzil 1 ünvanında olarkən pula ehtiyacı olduğu üçün ona 5.000 manat müqabilində onu xəstəliyi ilə əlaqədar qanuni şəkildə pensiyaya çıxarda biləcəyini demiş, Şahid1 onu kimin vasitəsi ilə pensiyaya çıxaracağını soruşduqda, özünün tanışları olduğunu, həmin 5.000 manat pulu onun adına sosial müdafiə fondunda açılmış bank hesabına qoyacağını və ona pensiya düzəltdirəcəyini bildirmişdir. Tamara ona 5.000 manat pulu 100 və 50 manatlıq əskinaslarla vermişdir. Puldan əlavə Tamaradan şəxsiyyət vəsiqəsinin əslini və surətini də almışdır. Bundan sonra Suraxanı rayonu ərazisində yerləşən 13 saylı Birləşmiş şəhər xəstəxanasına tək getmiş, baş həkim Təqsirləndirilən şəxs xidməti otağına daxil olub Şahid1 qohumu kimi təqdim edərək sonuncuya pensiya təyin etməkdə köməklik etməsini xahiş etmişdir. İlk olaraq Təqsirləndirilən şəxs razılaşmasa da, sonradan köməklik edəcəyini deyib Tamaranın vəsiqəsinin surətini almışdır. Bir neçə gün sonra Zümrüd onu yanına çağıraraq Şahid1 İ qrup əlillik dərəcəsi təyin edilməsi barədə sənəd vermiş, həmin sənədi götürüb Şahid1 ilə birlikdə DSMF-un Yasamal şöbəsinə getmiş və həmin sənədi ora təqdim etmişlər. Daha sonra eşitmişdir ki, Şahid1 artıq pensiya alır. 2018-ci ilin iyul ayında Tamara ona zəng edərək DSMF-un Yasamal rayon şöbəsindən pensiyanın dayandırılması və 818 manat pulun dövlət büdcəsinə ödənilməli olması barədə məlumat verildiyini demişdir. Bundan qorxub Tamaradan pulu ödəməli olduğu kodu öyrənib 818 manat pulu ödəyib qəbzi ona göndərmişdir. Şahid1 və Şahid2 əlillik təyin edilməsi üçün Təqsirləndirilən şəxs ondan hər hansı məbləğdə pul, qiymətli əşya və sair nemət istəməmiş və almamışdır. Sadəcə ondan xahiş etdiyi üçün Şahid2 və Şahid1 əlillik dərəcəsi təyin edilməsində köməklik etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Suraxanı rayon 13 nömrəli X2 xx xxxxxx 2018-ci il tarixli, 211 nömrəli məktubundan görünür ki, xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək 13 nömrəli X2 həkim məsləhət komissiyasının sədri baş həkim X5, üzvləri həkim terapevt Şahid8, həkim nevropatoloq Şahid6 və həkim oftalmoloq Şahid7 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət-Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, **********3 nömrəli məktubundan görünür ki, xx xxxxxx 2018-ci il tarixdə Şahid1, xx xxxxx 2018-ci il tarixdə isə Şahid2 əlillik vəziyyətləri qiymətləndirilərək birinci dərəcə əlillik təyinatı aparılmışdır. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, birinci dərəcə təyinatı aparılmış Şahid1 və Şahid2 xəstəliyinə dair Səhiyyə Nazirliyinin müvafiq məlumat bazalarında rəsmi sənədlər aşkar edilməmiş və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş etibarsız hesab edilmişdir. Buna görə də Əlillik altsistemində əlillik dərəcələri etibarsız edilmişdir. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Bakı şəhər Nəsimi rayon Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Şahid2 Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Bakı şəhər Nəsimi rayon Şöbəsində xx xxxx 2018-ci il tarixədək İ qrup ümumi səbəbdən əlilliyə görə sosial müavinət alan kimi qeydiyyatda olmuşdur. Şahid2 müavinət xx xxxxx 2018-ci il tarixdən təyin olunmuş, xx xxxx 2018-ci il tarixdən əlilliyin ləğvi ilə əlaqədar olaraq ödənişi dayandırılmışdır. “Əlillik altsistemində” müayinələrin araşdırılması nəticəsində vətəndaşın əlilliyi etibarsız hesab olunmuş və artıq ödənilmiş 234 manat vəsait büdcəyə bərpa edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Suraxanı rayonu 13 nömrəli X2 xx xxxx 2019-cu il tarixli, 39 nömrəli məktubundan görünür ki, Şahid2 xx xxxxxx 2018-ci il tarixdən 13 nömrəli X3 Forma – 88 yazılaraq TSEK-na göndərilmişdir. xx xxxxxx 2018-ci il tarixdə həmin xəstaxanaya imtina cavabı gəlmişdir. Lakin həmin xəstəyə xx xxxxx 2018-ci il tarixdə yenidən Forma – 88 yazılaraq TSEK-na göndərilmişdir və İ qrup əlillik təyin olunmuşdur. X8 xx xxxxxx 2018-ci il tarixdə Forma – 88 yazılaraq TSEK-na göndərilmişdir və xəstəyə əlillik təyin olunmuşdur. Lakin qeyd olunmuş xəstələrin adlarına 13 nömrəli X3 heç bir sənəd, epikriz və ambulator karta yoxdur. xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək müəssisənin kompyuterində TSEKna göndərilən xəstələrin sadəcə olaraq adları, soyadları, təvəllüdləri qeyd olunur. Bu xəstələrə təyin olunan əlillik dərəcələri ləğv olunduğu üçün başq heç bir məlumat əldə etmək olmur. Həmin müddətdə (xx xxxxxx 2018-ci il tarixdən – xx xxxx 2018-ci il tarixədək) 13 nömrəli X2 HMK-nın üzvləri nevropatoloq – Şahid6, oftalmoloq – Şahid7 və terapevt – Şahid8 olmuşdur. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X14 Bakı şəhər Yasamal rayon Şöbəsinin xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, X8 X19 Komissiyasının qərarı ilə xx xxxxxx 2018-ci il tarixdə İ dərəcəli əlillik verilmişdir və şöbə tərəfindən İ qrup əlilliyə görə xx xxxxxx 2018-ci il tarixdən 74 manat müavinət, 66 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. “Əlillik altsistemində” əlilliyin etibarsız hesab olunması ilə əlaqədar olaraq ödəniş xx xxxx 2018-ci il tarixdən dayandırılmışdır. Vətəndaş ona ödənilmiş 819 manat 70 qəpik məbləği dövlət büdcəsinə geri qaytarmışdır. Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx xxx 2019-cu il tarixli, **********8 nömrəli məktubuna əlavə edilmiş elektron sistemdən çıxarışlardan görünür ki, Şahid2 barəsində forma 88 arayışları xx xxxxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixlərdə, Şahid1 barəsində forma 88 arayışı xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Baş səhiyyə idarəsinin 13 saylı X3 tərtib edilərək Tibbi-Sosial Ekspertiza və X9 göndərilmiş və Şahid2 birinci qrup əlilik dərəcəsinin təyin olunması üçün onun xroniki böyrək xəstəliyi V mərhələ, xroniki böyrək xəstəliyi terminal mərhələ, başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, renal anemiya, diabetik retinopatiya, böyrək çatışmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez baş verən hipertonik krizlərlə, xronik nefritik sindrom, xroniki qlomerulonefit, böyrək dializi vəziyyəti, şəkərli diabet zamanı yumaqcıq zədələnmələri, diabetik nefropatiya diaqnozu, Şahid1 birinci qrup əlillik dərəcəsinin təyin olunması üçün isə onun xroniki böyrək xəstəliyi V mərhələ, xroniki böyrək xəstəliyi terminal mərhələ, böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez baş verən hipertonik krizlərlə, dializ üçün arteriovenoz şunt olması, böyrəyin dializdən asılı vəziyyəti, başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, böyrək çatışmazlığı nəticəsində baş verən renal anemiya, qan dövranı sisteminin digər dəqiqləşdirilməmiş pozğunluqları, hipertonik angiopatiya diaqnozu ilə müalicə almalarına dair məlumatlar daxil edilmişdir. Qeyd edilən məlumatlar kosmissiya sədri və komissiya üzvləri tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan xx xxxxx 2004-cü il tarixli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən Bakı şəhər Baş səhiyyə idarəsinin 13 saylı X2 baş həkimi vəzifəsinə təyin edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli, 140 nömrəli qərarı ilə təsdiq olunmuş “X19iza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarına əsasən şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması və sair göndərişin verilməsi üçün əsasdır. Göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Göndəriş müalicə həkimi tərəfindən doldurulur. Göndərişdə şəxsin fərdi identifıkasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir. Göndəriş protokolla rəsmiləşdirilir. Protokol həkim-məsləhət və ya hərbihəkim komissiyasının sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq olunmuş “X19 komissiyaları haqqında” Əsasnaməyə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X12 göndərilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, həmin cəzalar toplanmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə 2.000 (iki min) manat, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə isə 1.500 (min beş) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq, 2.500 (iki min beş yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar