Məhkəmə qərarları › İş №1(010)-14/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-14/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-14/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, M.Cavadov küçəsi, 6 nömrəli evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Zərərçəkmiş şəxs5 məxsus “Hyundai Akcent” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə doğru H.Əliyev prospektinin 17ci kilometrliyində yerləşən yolun sağdan birinci hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 67ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağa nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış hərəkət zolağında idarə etdiyi avtomobili 100 km/saat sürətlə hərəkət etdirmiş, habelə həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, avtomobili yolun sağdan birinci hərəkət zolağından soldan birinci hərəkət zolağına istiqamətləndirərək hərəkət hissəsini ayıran dəmir arakəsməyə çırpıldıqdan sonra sağa doğru istiqamətlənərək soldan ikinci hərəkət zolağında həmin hərəkət zolağı ilə hərəkət edən Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs4 məxsus “Opel Zafıra” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduraraq, ehtiyatsızlaqdan Zərərçəkmiş şəxs1 sağ ayağın qayığabənzər sümüyünün sınığı və İ pazabənzər sümüyün çıxığı, sağ pəncənin şişkinliyi, sağ diz oynağının sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti, həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 sağ mil sümüyünün sınığı, alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının və sol bazunun sıyrıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti və Zərərçəkmiş şəxs3 solda Vİİİ, İX qabırğaların az yerini dəyişən sınığı, döş qəfəsinin solda şişkinliyi, sol diz oynağının qançırı və sıyrığı və sol baldırın sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmçinin “Hyundai Akcent” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs5 16.000 (on altı min) manat və “Opel Zafira” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində isə Zərərçəkmiş şəxs4 5.000 (beş min) manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, “Hyundai Akcent” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin aprel ayından etibarən Zərərçəkmiş şəxs5 icarəyə götürərək etibarnamə əsasında idarə edir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolanır. xx xxxxxx 2020ci il tarixdə, saat 23 radələrində “Hyundai Akcent” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti ilə Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə sağdan birinci hərəkət zolağı ilə 100 km/saat sürətlə hərəkətdə olarkən qəflətən idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun soluna doğru istiqamətlənərək sağdan birinci hərəkət zolağından soldan birinci hərəkət zolağına kimi çəpinə hərəkət edib, yolun əks hərəkət hissəsini ayıran dəmir arakəsməyə dəymiş, zərbənin təsirindən idarə etdiyi avtomobil sağa doğru istiqamətlənərək soldan ikinci hərəkət zolağına çıxmış və həmin hərəkət zolağı ilə hərəkətdə olan “Opel Zafira” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət aldığı üçün ətrafda olan şəxslərin köməyi ilə avtomobildən çıxarılmış, sonra isə hadisə yerinə çağırılmış təcili tibbi yardın avtomobili ilə Sabunçu rayonu 3 saylı şəhər kliniki xəstəxanasına aparılmışdır. Orada müalicə olunduqdan sonra evə buraxılmışdır. Sonradan ona məlum olmuşdur ki, yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 da müxtəlif bədən xəsarətləri almışlar. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, “Hyundai Akcent” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs5 ona qarşı heç bir şikayət və tələbinin olmadığını, lakin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurulmuş zərəri maddi imkanı olmadığına görə ödəyə bilmədiyini bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, A.A.Təqsirləndirilən şəxsbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 məhkəmədə bildirdi ki, özünə aldığı “Opel Zafira” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Pərvizin adına rəsmiləşdirmiş və həmin avtomobili sonuncudan aldığı etibarnamə əsasında 2017-ci ilin oktyabr ayından özü idarə edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi avtomobillə Hava limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə saatda 100 km surətlə sağdan 3-cü zolaqda hərəkətdə olan zaman, ondan təxminən 10-15 metr məsafədə, sağdan birinci hərəkət zolağı ilə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən həmin avtomobil hərəkətdə olduğu zolağdan sol 4-cü zolağa istiqamətlənərək, yolun əks hərəkət hissəsini ayıran dəmir arakəsməyə çırpılıb yolun, onun hərəkətdə olduğu zolağına çıxmışdır. O, hadisənin qarşısını almaq üçün idarə etdiyi avtomobilin əyləcini sıxaraq avtomobili sağ tərəfə çəksə də, yol nəqliyyat hadisəsindən yayına bilməmiş nəticədə onun idarə etdiyi avtomobilin ön hissəsi “Hyundai” markalı avtomobilin sağ orta hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilində olan atası Elburus, anası Rübabə və özü xəsarət almışlar. Sonradan onlar, hadisə yerində olan tanımadığı şəxsin avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına getmişlər. Sonda Zərərçəkmiş şəxs1 yolnəqliyyat hadisəsi nəticəsində ona və ailə üzvlərinə vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək aradan qaldırılmadığını, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirirək, sonuncunun barəsində qanunla müəyyən edilmiş həddə ən ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, yolnəqliyyat hadisəsi nəticəsində onlara vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək aradan qaldırılmadığını, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduqlarını bildirirək, sonuncunun barəsində qanunla müəyyən edilmiş həddə ən ciddi tədbir görülməsini məhkəmədən xahiş etdilər. Zərərçəkmiş şəxs4 məhkəmədə bildirdi ki, qardaşı Xəyal 2017-ci ildə aldığı “Opel Zafira” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına deyil, onun adına rəsmiləşdirmişdir. O, isə həmin avtomobili idarə edə bilməsi üçün qardaşı Xəyala etibarnamə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində evdə olan zaman Xəyal ona zəng edib həmin avtomobillə Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətində hərəktdə olan zaman, ondan öndə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsünün idarəetməni itirərək onunla toqquşduğunu və hadisə nəticəsində özünün, eləcə də avtomobildə olan atası Elbrusun və anası Rübabənin xəsarət aldığını bildirmişdir. Sonda Zərərçəkmiş şəxs4 yolnəqliyyat hadisəsi nəticəsində ona və ailə üzvlərinə vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək aradan qaldırılmadığını, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirirək, sonuncunun barəsində qanunla müəyyən edilmiş həddə ən ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Hyundai Akcent” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxx 2019-cu ildə almışdır. Lakin həmin avtomobili öz adına rəsmiləşdirməmiş və mülki qaydada avtomobilin ona məxsus olması və almağı barədə mülki etibarnamə almışdır. xx xxxxx 2019cu il tarixdə isə həmin avtomobili taksi fəaliyyəti ilə məşğul olması üçün etibarnamə əsasında Təqsirləndirilən şəxs vermişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs “Hyundai Akcent” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi barədə məlumat almışdır. O, dərhal yol-nəqliyyat hadisəsi yerinə getmiş və qeyd etdiyi həmin avtomobillə “Opel Zafıra” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu və hər iki avtomobilə maddi ziyan dəydiyini görmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan avtomobilə 16.000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş yolnəqliyyat hadisəsinin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə doğru H.Əliyev prospektinin 17-ci kilometrliyində yerləşən yolun sağdan birinci hərəkət zolağında baş vermişdir. Yolun 4 hərəkət zolağı olmaqla, örtüyünün eni 16, hərəkət hissəsinin eni isə 04 metrdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx xxxxxx 2020-ci il tarixli, 2/243 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 17 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində sağ mil sümüyünün sınığı, alın-təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol diz oynağının, sol bazunun sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 18 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində sağ ayağın qayığabənzər sümüyünün sınığı və İ pazabənzər sümüyün çıxığı, sağ pəncənin şişkinliyi, sağ diz oynağının sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 19 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində solda Vİİİ, İX qabırğaların az yerini dəyişən sınığı, döş qəfəsinin solda şişkinliyi, sol diz oynağının qançır və sıyrığı, sol baldırın sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materialarında olan diskə baxış keşirilməsi haqqında xx xxxxxx 2020ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki görüntülərdən görünür ki, dövlət qeydiyyat nişanı görünməyən “Hyundai Sonata” markalı, avtomobilin yolun sağdan birinci hərəkət yolu ilə hərəkət etdiyi zaman idarəetməni itirərək soldan birinci hərəkət zolağına istiqamətlənib qarşı hərəkət yolunu iki hissəyə ayıran dəmir arakəsməyə dəyərək sağa doğru istiqamətlənməsi və soldan ikinci hərəkət zolağında arxadan gələn dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobillə toqquşduğu müəyyən edilmişdir. DVD diskdəki görüntülərə həm ibtidai istintaq zamanı baxış keçirilən zaman, həm də məhkəmə iclasında tədqiqi zamanı Zərərçəkmiş şəxs1 yolun soldan ikinci hərəkət zolağı ilə hərkətdə olan dövlət qeydiyyat nişanı və markası görünməyən avtomobilin, “Opel Zafıra” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobil olduğunu, həmin avtomobilin onun idarə etdiyi, Təqsirləndirilən şəxs isə öz növbəsində, yolun sağdan birinci hərəkət zolağı ilə hərəkət edən, idarəetməni itirərək soldan birinci hərəkət zolağına istiqamətlənib qarşı hərəkət yolunu iki hissəyə ayıran dəmir arakəsməyə dəyərək sağa doğru istiqamətlənən və soldan ikinci hərəkət zolağı ilə arxadan gələn “Opel Zafıra” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxmaqla həmin avtomobillə toqquşan dövlət qeydiyyat nişanı **-OK-*** olan “Hyundai Sonata” markalı avtomobilin onun idarə etdiyi avtomobil olduğunu bildirmişlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3020 saylı rəyindən görünür ki, “Hyundai Accent” markalı, **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 80 km/saata qədər məhdudlaşdırılmış hərəkət zolağında avtomobili 100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda “Opel Zafira” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 96.5 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda “Opel Zafira” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 96.5 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş materiallarında olan ifadənin yerində yoxlanması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Suraxanı rayonu, Hava Limanı istiqamətindən Sabunçu dairəsi istiqamətinə doğru H.Əliyev prospektinin 17ci kilometrliyində yerləşən yolun sağdan birinci hərəkət zolağını göstərərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində idarə etdiyi “Opel Zafira” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yolda hərəkətdə olarkən ondan təxminən 10-15 metr qarşıda, yolun sağdan birinci hərəkət zolağı ilə eyni istiqamətdə hərəkətdə olan “Hyundai Accent” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirdiyindən, həmin avtomobil yolun sağdan birinci hərəkət zolağından soldan birinci hərəkət zolağına istiqamətlənmiş, avtomobilin arxa hissəsi yolun hərəkət hissəsini ayıran dəmir arakəsməyə dəyərək zərbənin təsirindən onun hərəkət zolağına çıxmış və bu səbəbindən də yol-nəqliyyat hadisəsi baş vermişdir. İfadənin yerində yoxlanması haqqında protokoldan həmçinin müəyyən olunur ki, hərəkət üçün təhlükə yarandığı andan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Zafira” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu yerdən toqquşma yerinə kimi 90 metr məsafə qət etmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində biri azyaşlı, ikisi isə yetkinlik yaşına çatmayan olmaqla üç uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 70 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPMnin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar