Məhkəmə qərarları › İş №1(010)-14/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-14/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-14/2022 17.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 nömrəli evin 59 nömrəli mənzilində qeydiyyatda olan, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(010)-233/2021 nömrəli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi 25 iyul 2014-cü il tarixdən başlayaraq 06 aprel 2009-cu il təvəllüdlü X5 və 29 aprel 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin alınaraq Əliyeva (Əkbərova) Simuzər Hacıağa qızına verilməsinə və 30 manat dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinn 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli, 3(010)-900/2016 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün və həmin Məhkəmənin 25 iyul 2019-cu il tarixli, 3(010)-797/2019 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarına əsasən isə 25 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 03 noyabr 2016-cı il, 13 yanvar 2020-ci il və 19 fevral 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 08 aprel 2021-ci il tarixədək 16.892 manat borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, bununla da zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmşdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilməyərək göstərdi ki, X6 ilə 28 iyun 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, evli olduqları müddətdə 02 oğlu – 06 aprel 2009-cu il təvəllüdlü Əkbərov İsmayıl və 29 aprel 2011-ci il təvəllüdlü Əkbərov Əli anadan olmuşlar. Yaşadıqları müddətdə yola getmədikləri üçün ayrılmaq qərarına gəlmişlər və Simuzər övladları ilə birlikdə valideynlərinin yanına köçərək orada yaşamışdır. Simuzər 2014-cü ildə ona qarşı Bakı şəhəri Suraxanı rayon Məhkəməsində aliment tələbinə dair iddia qaldırmış, həmin Məhkəmənin 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 saylı qətnaməsinə əsasən ondan 25 iyul 2014-ci il tarixdən hesablanmaqla, uşaqlarının yetkinlik yaşlarına çatanək saxlanılması üçün hər ay hər bir uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin tutularaq Əliyeva (Əliyeva) Simuzər Hacıağa qızına verilməsi, həmçinin 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödanilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmiş, İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. İcra zamanı dəfələrlə qətnamənin icra edilməsi barədə xəbərdarlıqlar edilməsinə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli və 25 iyul 2019-cu il tarixli, qərarları ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 20 gün və 25 gün müddətinə inzibati qaydada həbs edilməsinə, inzibati tənbehdən sonra yenidən alimentin ödənilməsi üçün müddət təyin olunaraq Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyətim izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini maddi imkanını kifayət qədər yaxşı olmadığından icra edə bilməmişdir. O, icra sənədinin icrasında qərəzli olaraq yayınmır, sadəcə olaraq maddi imkanı aşağı olduğundan aliment ödəyə bilmir. Sonda Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs X6 göstərdi ki, 08 iyun 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi qaydada nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 06 aprel 2009-cu il təvəllüdlü X7 və 29 aprel 2011-ci il təvəllüdlü X11 anadan olmuşlar. Ailə qurduqları ilk vaxtlar mehriban yaşamışlar, daha sonra münasibətləri pozulduğuna görə uşaqları ilə birlikdə qayınatası 2014-cü ilin fevral ayında evdən çıxartdığı üçün atası evinə qayıdaraq uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşamağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış və uşaqların böyüdülməsi üçün maddimənəvi yardım göstərməmişdir. Bu səbəbdən uşaqların saxlanılmalarından ötrü alimentin alınması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur olmuş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 nömrəli qətnaməsinə əsasən 25 iyul 2014-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 103 manat, cəmi 206 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs maddi imkanı olduğu halda, uşaqlarına lazımi maddi köməklik etməmişdir. Təqsirləndirilən şəxs 10 oktyabr 2016-cı il və 25 iyul 2019-cu il tarixdə tarixlərdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib müvafiq olaraq 20 gün və 25 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmamışdır. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün icra məmuru tərəfindən təqdimat verilən 08 aprel 2021-ci il tarixə kimi ödənilməmiş alimentin miqdarı 16.892 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs əvvəl fəhlə kimi daş karyerində işləmiş, sonra isə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Anar açıq şəkildə heç bir aliment ödəməyəcəyini, heç kimdən qorxmadığını bildirmiş, heç bir ödəniş etməmişdir. Sonda Zərərçəkmiş şəxsa məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş hədd daxilində sərt cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Çöbəsinin icra məmuru Şahid1 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli qətnaməsi üzrə verilmiş 29 sentyabr 2014-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2014-cü il tarixdən başlayaraq 06 aprel 2009-cü il təvəllüdlü X5 və 29 aprel 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Əkbərova) Simuzər Hacıağa qızına verilməlidir. Suraxanı rayon icra şöbəsində 16 oktyabr 2014-cü il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Təqsirləndirilən şəxs 11 oktyabr 2016-cı il və 25 iyul 2019-cu il tarixlərdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib müvafiq olaraq 20 gün və 25 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati tənbehdən sonra icra tələbini icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq sonuncu icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. İcra sənədi üzrə 08 aprel 2021-ci il tarixədək tələbkara ödəməli olduğu 16.892 manat aliment pulundan heç bir ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Şahid qismində dindirilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 nömrəli qətnaməsindən və həmin qətnaməyə dair icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2014-cü il tarixdən başlayaraq 06 aprel 2009-cu il təvəllüdlü X5 və 29 aprel 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat məbləğində alimentin alınaraq Əliyeva (Əkbərova) Simuzər Hacıağa xeyrinə ödənilməsi qət edilmiş, həmin qətnaməyə dair icra sənədi 29 sentyabr 2014-cü il tarixdə verilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 16 oktyabr 2014-cü il tarixli qərardan görünür ki, 15 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru B.S.Həsənovun icraatına daxil olmuş Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 16 oktyabr 2014-cü il tarixdə icraata başlanılmış, Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 16 oktyabr 2014-cü il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən 10 gün müddətində könüllü icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli, 3(010)-900/2016 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin 03 noyabr 2016-cı il tarixli xəbərdarlıq məktubundan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs bir daha 10 gün müddətinə vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstinaq İdarəsinə müvafiq təqdimat veriləcəyi barədə xəbərdar edilmiş, həmin məktubun surəti Təqsirləndirilən şəxs 03 noyabr 2016-cı il tarixdə təqdim edilmişdir. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 8(010)-3419/2016 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materialarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 3(010)-797/2019 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 25 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “Kapital Bank” açıq səhmdar cəmiyyətinin 23 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs bank hesabı aşkar olunmamışdır. İş materiallarında olan “AzərTürkBank” açıq səhmdar cəmiyyətinin 19 fevral 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs bank hesabı aşkar olunmamışdır. İş materiallarında olan “BankRespublika” açıq səhmdar cəmiyyətinin 30 yanvar 2020ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs bank hesabı aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 13 yanvar 2020-ci il və 19 fevral 2020-ci il tarixli sonuncu xəbərdarlıq məktublarından və onların üzərindəki qeydlərdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borcunu ödəmək üçün Təqsirləndirilən şəxs müvafiq olaraq 13 yanvar 2020-ci il və 19 fevral 2020-ci il tarixlərdə təkrarən 10 gün müddətinə vaxt verilmiş, borcunu ödəməkdən boyun qaçıracağı təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstinaq İdarəsinə müvafiq təqdimat veriləcəyi barədə xəbərdar edilmiş, həmin məktubların surəti Təqsirləndirilən şəxs müvafiq tarixlərdə təqdim edilmişdir. İş materialarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Suraxanı rayon Məşğulluq Mərkəzinin 12 mart 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatda deyil. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dəfələrlə zəng olunmasına baxmayaraq, onunla telefon əlaqəsi saxlamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs mərkəzə müraciət edəcəyi təqdirdə işlə təmin olunmasına köməklik göstəriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 08 aprel 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli, 2(010)- 5347/2014 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar X3 08 aprel 2021-ci il tarixə olan borcu 16.892 manat təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli, 2(010)-5347/2014 nömrəli qətnaməsini, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 10 oktyabr 2016-cı il və 25 iyul 2019-cu il tarixli qərarlarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, müvafiq olaraq 20 və 25 gün müddətinə inzibati həbs edilməsinə, habelə üzürlü səbəblər olmadan borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunacağı barədə 03 noyabr 2016-cı il, 13 yanvar 2020-ci il və 19 fevral 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada 03 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, yenidən qərəzli olaraq icra sənədini icra etməmiş və buna görə də icra qurumu olan Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halllar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(010)-233/2021 nömrəli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 24 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 22 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, həbs edilərək istintaq təcridxanasına yerləşdirildiyi vaxtdan, yəni 19 noyabr 2021-ci il tarixdən һesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, həbs edilərək istintaq təcridxanasına yerləşdirildiyi vaxtdan, yəni 19 noyabr 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri qüvvəsində saxlanılsın. Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar