Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-14/2023 31.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı Şahid1 nümayəndəsi və vəkili “AİM” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 10 noyabr 1972-ci il tarixdə Lerik rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, məhkumluğu olmayan, Lerik rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuş, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayıb qeyri-yaşayış obyekti tikdirməklə həmin torpaq sahəsini özbaşına tutmuşdur. Belə ki, Şahid1 Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli (qeydiyyat nömrəsi-**********, reyestr nömresi-**********09) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış” əsasında verilmiş, Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəhəri, Suraxani rayonu, Hövsan Donuzkökəltmə sovxozu ərazisində Logistika mərkəzin arxasında (köhnə binə ticarət mərkəzinin olduğu yer) yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin x422166.9864, y4476281.3196, x422195.7114, y4476284.4319, x422199.7634, y4476266.851 kordinatları daxilində olan 0.09 ha hissəsini 2021-ci ilin mart-aprel ayları ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlayıb mal tövləsi tikdirməklə həmin torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq savxozunda nömrəsiz evdə yaşayır. Mal-qara saxlamaqla ailəsini dolandırır. Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində, Logistika mərkəzinin arxasında (köhnə binə ticarət mərkəzinin olduğu yer) yerləşən 09 (0.09 ha) sot torpaq sahəsini 2020-ci ilin sonlarında Valeh Abdullayevdən 6.000 manata almışdır. Həmin vaxt Valehə pulun bir qismini ödəmiş, Valeh isə torpağın sənədi kimi ona Güloğlanın adına olan əmrdən çıxarış vermişdir. Həmin vaxt Valeh ona demişdir ki, torpaq sahəsini bu sənəd əsasında Asəf Əsədov adlı şəxsdən almış, həmin şəxs isə indi vəfat etmişdir. Bundan sonra torpağın qalan pulunu hissə-hissə bir neçə dəfəyə Valehə ödəmiş və tanışı Alim Hətəmov da bu hala şahid olmuşdur. Torpaq sahəsinə qaz, işıq və su çəkdirmək istəsə də Valehin verdiyi sənəd əsasında bu mümkün olmamışdır. Bundan sonra Valehə müraciət edərək verdiyi sənədin əsaslı olmadığını və torpağa dair ona əsaslı sənəd verilməsini tələb etmişdir. Valeh isə həmin torpağa dair əsas sənədin Elşən Əliyevdə olmasını və sonuncudan onun adına sənəd alacağını bildirmişdir. Bundan sonra Valehlə birlikdə Elşənlə görüşmüşlər, sonuncu isə onlara bildirmiş ki, həmin torpaq sahəsinin sənədi ondadır, torpaq sahəsinin sənədini və müvafiq etibarnaməni onun adına verə bilər. Bundan bir gün sonra, xx.xx.2021-ci il tarixdə Elşən və Valeh ilə birlikdə Suraxanı qəsəbəsində yerləşən 35 saylı Notariat Ofisinə getmişlər, orada Elşən həmin sənədə dair ona etibarnamə vermişdir. Həmin sənədləşmə işini Valeh təşkil etmiş, sənədləşməyə görə Valehin Elşənə nə qədər pul verməsindən məlumatsızdır. Həmçinin həmin tarixdə torpağa görə ödəməli olduğu pulun son 1000 manatını Binə qəsəbəsində “Qreen” kafedə Valehə vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə görə ona verilmiş sənədlərin heç bir əsası yoxdur, torpaq sahəsinin əsl sahibi Şahid1dur. Bundan sonra Qasım onun barəsində şikayət vermiş və barəsində hazırki cinayət işi başlanmışdır. İş üzrə ibtidai araşdırma zamanı Valeh xahiş etmişdir ki, onun adını çəkməsin, ancaq Asəfin adını çəksin ki, guya torpağı ondan almışdır. Həmin şəxs isə vəfat etdiyi üçün heç kimə problem yaranmayacaq. Valeh həmçinin onun əmin etmişdir ki, əgər bir problem yaransa belə bu işi özü həll edəcəkdir. Ona görə hazırki iş üzrə ibtidai araşdırma zamanı Valehin təsiri ilə həmin hissədə düzgün ifadə verməmişdir. İş üzrə istintaq aparan müstəntiq də öncə bildirmiş ki, əgər ölmüş bir şəxsin adını qeyd etsə heç kim məsuliyyətə cəlb edilməyəcək. Lakin, iş məhkəməyə gəldiyi zaman Valehin vədlərinin yalan olmasını başa düşdüyü üçün həm burada doğru ifadə vermək qərarına gəlmiş, həm də Valehin barəsində şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Bundan sonra həmin faktla bağlı Valeh Abdullayev və Elşən Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Bütün bu sadalananlar bir daha təsdiq edir ki, o, torpaq sahəsini özbaşına zəbt etməmiş və belə niyyəti olmamışdır. Daha öncədən başqa şəxslər, yəni Valeh, Elşən, Asif və qeyriləri tərəfindən tutularaq hasara alınmış torpaq sahəsinin həmin şəxslərə aid olmasını zənn edərək almışdır. Sədrlik edənin sualına cavab olaraq izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsini alarkən ora artıq hasar ilə əhatələnmişdi. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrıayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin təkibinin olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsndə hüquq məsləhətçisi vəzifəsində işləyir. Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu adından da bəlli olduğu kimi Suraxanı rayonun inzibati ərazi vahidi hesab edilir. Lakin, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində olan və Suraxanı rayonun başqa ərazilərində olan bəzi torpaq sahələri Abşeron İcra Hakimiyyətinin istifadəsindədir. Suraxani RPİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, 31073 saylı sorğu məktubu ilə bağlı Abseron Rayon İcra Hakimiyyətində araşdırma aparılmış və müəyyən edilmişdir ki, vətəndaş Şahid1 xx.xx.2020-ci il tarixli, (qeydiyyat nömrəsi-**********,reyestr nömrəsi- **********09) çıxarış əsasında verilmiş kənd təsərrüfatlı təyinatli torpaq sahəsi Zərərçəkmiş şəxs mülkiyyətindədir. Şahid1 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş həmin torpaq sahəsinin 0.09 ha hissəsinin Elman adlı şəxs tərəfindən zəbt edilməsi barədə müraciəti ilə əlaqədar torpaq sahəsinə özünün də iştirakı ilə baxış keçirilərkən müəyyən etmişdir ki, həmin torpaq sahəsinin x422166.9864, y4476281.3196, x422195.7114, y4476284.4319, x422199.7634, y4476266.851 koordinatlarında yerləşən hissəsində mişar daşından 2.20 metr hündürlükdə hasar çəkilmiş, içəridə də qeyriyaşayış tipli obyekt tikilmişdir. Hansı ki, həmin təsərrüfat təyinatlı torpaqda tikinti aparılması qanunsuzdur. Şahid1 bildirmişdir ki, Elman adlı şəxs özbaşına olaraq həmin koordinatlarda yerləşən torpaq sahəsini zəbt edib hasara alaraq qeyri-yaşayış obyekti tikmişdir. Məhkəmə iclasında şahid, həmçinin mülki iddiaçı qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı rayon, Donuzkökəltmə sovxozu ərazisində, Logistika mərkəzin arxasında (köhnə binə ticarət mərkəzinin olduğu yer) yerləşən 0.249 ha torpaq sahəsini 2015-ci il tarixdə X5 alqı-satqı müqaviləsi əsasında almışdır və müqavilə əsasında DƏDRX-nin Abşeron ərazi idarəsindən çıxarış almışdır. Həmin torpaq sahəsinin bir hissəsini alqı-satqı əsasında başqa şəxslərə satmışdır və hazırda həmin ərazidən 0,1632 ha torpaq sahəsinə dair çıxarışı vardır. Bundan əvvəl isə torpaq sahəsinin 0,03 ha hissəsini Şahid2 alqı-satqı ilə satmışdır. Bu torpaqlar kənd təsərrüfatı təyinatlıdır və orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmişdir. 2021-ci ilin iyun ayında torpaq sahəsinə gedən zaman adına olan həmin 0,1632 ha torpaq sahəsinin bir hissəsinin, yəni hazırda sənədlə özünə məxsus olan sahədən 0,06 ha, Şahid2 satdığı sahədən isə 0,03 ha kənar şəxs tərəfindən qanunsuz olaraq zəbt edilərək hasara alınmışdır. Orada yaşayan kənd camaatından maraqlanıb torpaq sahəsini özbaşina tutan şəxsin Elman adlı şəxs olmasını müəyyən etmişdir və ***-***-**-** mobil nömrəsini öyrənib ona zəng vurmuşdur. Bir qədər sonra Elman torpaq sahəsinə gəlmiş və onunla görüşüb məsələyə aydınlıq gətirməyə çalışmışdır. Elman demişdir ki, Binə qəsəbəsində qəssab işləyir, bir nəfər şəxs həmin torpaq sahəsini ona pulu ilə satmışdır, buna görə də həmin yeri özünün hesab edir. Ondan torpağa görə sənəd soruşduqda isə torpaq sahəsinə görə heç bir sənədi olmamasını, hamıda necədirsə özünün də eləcə almasini bildirmişdir. Torpağa dair çıxarış və digər sənədləri göstərib oranın qanuni sənədlər ilə özünə məxsus olmasını demişdir. Lakin Elman adlı şəxs dediklərinə heç bir əhəmiyyət verməmişdir. Elman demişdir ki, bir həftə ərzində ona torpaq satan şəxsi tapıb aydınlıq gətirəcəkdir. Lakin bir həftədən sonra zəng vuranda Elman ona «mən orani tikəndə sən harada idin» kimi sözlər deyərək qışqır-bağır salmışdır. Bundan sonra məcbur olmuşdur ki, Elmanın hərəkətləri barədə qanuni şəkildə müraciət etsin. Eyni zamanda Şahid2 da 0.03 ha torpaq sahəsinin Elman adlı şəxs tərəfindən zəbt olunaraq tikinti aparmasi barədə müraciət etmişdir. Elman adlı şəxs onun torpaq sahəsinin qanunsuz tutulması ilə bağlı məsələni araşdırmağa başladığını bilərək tələm-tələsik torpaq sahəsində mal tövləsi tikib qurtarmışdır ki, kimsə qanunsuz olaraq tutduğu torpaq sahəsini ondan ala bilməsin. Bundan əlavə Şahid1 mülki iddiasını müdafiə edərək 7000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sona qızı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,03 ha kənd təsərrüfatli torpaq sahəsini Şahid1 alqı-satqı müqaviləsi əsasında 05 fevral 2020-ci il tarixdə almışdir. Belə ki, Şahid1 Abşeron İcra Hakimiyyəti tərəfindən ona verilmiş torpaq sahəsindən 0,03 ha sahəsini ona satmışdir. Torpaq sahəsinə baxmağa gedərkən torpaq sahəsi boş olmuşdur. Lakin Şahid1 torpaq sahəsinin Elman adlı şəxs tərəfindən zəbt olunmasını deyəndən sonra, yəni 2021-ci ilin avqust ayının əvvəllərində torpaq sahəsinə gedərkən hasara alınmasını və qeyri-yaşayış obyektinin tikilməsinin şahidi olmuşdur. Bundan sonra Elman adlı şəxs ilə əlaqə saxlayıb bu məsələyə aydınlıq gətirmək istəmişdir. Elman torpaq sahəsini pul verib almasını, oranı heç vaxt boşaltmayacağını bildirmişdir. Elman qanunsuz olaraq ona məxsus olan torpaq sahəsini zəbt etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, hazırki iş üzrə qeyd edilən torpaq sahəsini 2014-cü ildə mərhum X7 almış, buna görə sonuncuya 8000 manat ödəniş etmişdir. Asəf Əsədov isə ona Donuzkökəltmə sovxozunun müvafiq vəzifəli şəxslərinin imzaları ilə təsdiq edilmiş və möhürlənmiş Güloğlan Həsənovun adına əmrdən çıxarışlar vermişdir. Torpağı aldıqdan sonra istifadə etməmiş və yalnız 2020-ci ilin sonlarında pula ehtiyacı olduğu üçün satmaq qərarına gəlmişdir. Bundan sonra isə torpaq sahəsinin 6000 manata satılması ilə bağlı Təqsirləndirilən şəxslə aralararında razılıq əldə edilmiş və torpaq sahəsini Elmana satmışdır. Elman əvvəlcə ona 3000 manat ödəniş etmiş, qalan məbləği isə hissə-hissə ödəmişdir. Təxminən 2021-ci ilin may ayında Elman ona müraciət edərək mövcud sənədlər əsasında torpaq sahəsinə kommunal xətlər çəkdirə bilmədiyini bildirmiş və buna görə də əsaslı sənəd verilməsini tələb etmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair əlavə bir sənəd əldə etmək üçün maraqlanmış və torpaq sahəsinə dair əmrdən çıxarış olmasını öyrənmişdir. Elmanı çağırıb bu sənəd barədə ona bildirmiş və daha sonra notariusa gedərək həmin torpaq sahəsində dair X11 adına etibarnamə almışlar. Həmçinin bildirmişdir ki, torpaq sahəsinə görə Elmandan aldığı pulun sonuncu 1000 manatını bu sənədi verdikdən sonra almışdır. Sərdlik edənin suallarına cavab olaraq ifadəsində bildirmişdir ki, sözügedən torpaq sahəsi təqsirləndirilən şəxsə satılarkən 3 tərəfi hasarlı olmuşdur. Cinayət işinin materiallarında olan 16 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********42 saylı məktubundan görünür ki, sözügedən torpaq sahəsinin 0,06 ha hissəsi xx.xx.2020-ci il tarixli, **********09 reyestr nömrəli, 0,03 ha hissəsi isə xx.xx.2018-ci il tarixli, **********30 reyestr nömrəli Şahid1 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli, 5/x/85 saylı məktubundan görünür ki, təqdim edilmiş torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı barədə ********** qeydiyyat nömrəli reystrdən çıxarışa əsasən torpaq sahəsi Abseron Rayon İcra Hakimiyyətinin idarəçiliyindədir. Cinayət işinin materiallarında olan Abşeron Rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 48 saylı məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə vətəndaşlara torpaq sahəsi ayrılmışdır və adlı siyahı tərtib edilmişdir. Həmin siyahıda vətəndaş Təqsirləndirilən şəxs adı aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xəzər rayon prokurorunun müavininin 01 mart 2023-cü il tarixli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsdiq edilmədən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq edilmədən iş üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi əsasında xitam verilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Suraxani rayonu, Hövsan Donuzkökəltmə sovxozu ərazisində Logistika mərkəzin arxasında (köhnə binə ticarət mərkəzinin olduğu yer) yerləşən kənd təsərrüfatlı təyinatli torpaq sahəsini Valeh Abdullayev 2014-cü ildə mərhum X7 almış, buna görə sonuncuya 8000 manat ödəniş etmişdir. Asəf Əsədov isə X2 sovxozunun müvafiq vəzifəli şəxslərinin imzaları ilə təsdiq edilmiş və möhürlənmiş Güloğlan Həsənovun adına əmrdən çıxarışlar vermişdir. Həmin vaxt, yəni 2014-cü ildə torpaq sahəsi 8 mişar daşı hündürlüyündə hasara alınmış vəziyyətdə olmuşdur. Torpağı aldıqdan sonra Valeh Abdullayev istifadə etməmiş və yalnız 2020-ci ilin sonlarında satmaq qərarına gəlmişdir. Bundan sonra isə torpaq sahəsinin 6000 manata satılması ilə bağlı Təqsirləndirilən şəxslə aralarında razılıq əldə edilmiş və torpaq sahəsini Təqsirləndirilən şəxs satmışdır. Təqsirləndirilən şəxs əvvəlcə ona 3000 manat ödəniş etmiş, qalan məbləği isə hissə-hissə ödəmişdir. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs Valeh Abdullayevə müraciət edərək mövcud sənədlər əsasında torpaq sahəsinə kommunal xətlər çəkdirə bilmədiyini bildirmiş və buna görə də əsaslı sənəd verilməsini tələb etmişdir. Bundan sonra Valeh Abdullayev həmin torpaq sahəsinə dair əlavə bir sənəd əldə etmək üçün maraqlanmış və torpaq sahəsinə dair əmrdən çıxarış olmasını öyrənmişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və daha sonra notariusa gedərək həmin torpaq sahəsinə dair X12 Əliyevin adına etibarnamə almışlar. Torpaq sahəsinə görə razılaşdırılmış pulun sonuncu 1000 manatını Təqsirləndirilən şəxs bundan sonra Valeh Abdulayevə ödəmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan edilmiş ittihamlar üzrə araşdırma apararaq hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar əsasında - təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, Bakı şəhəri Suraxanı rayon prokurorunun müavininin 01 mart 2023-cü il tarixli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsdiq edilmədən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı, həmçinin cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin tərkib əlamətlərinin olmaması müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs istintaq zamanı kənar şəxslərin təsiri altında düzgün ifadə vermədiyi üçün iş üzrə obyektiv araşdırma aparılması mümkün olmamış və işin həqiqi halları müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı torpaq sahəsini vəfat etmiş şəxs olan Asəf Əsədovdan aldığını bildirmiş və bununla məsuliyyətdən azad olacağını zənn etmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətə cəlb edilərək iş məhkəməyə göndərildikdən sonra iş üzrə düzgün ifadə vermiş və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin düzgün olması məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində qeyd edilən torpaq sahəsini Valeh Abdullayevdən 6000 manata almasını, həmin torpaq sahəsinə dair sonuncunun ona sənəd verməsini və verilmiş sənədin əsaslı sənəd olmasını zənn etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi bu xüsusatlar isə həm Valeh Abdullayevin ifadəsi, həm də Bakı şəhəri Xəzər rayon prokurorunun müavininin 01 mart 2023-cü il tarixli cinayət işi üzrə tərtib edilmiş ittiham aktının təsdiq edilmədən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallarla öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən qərarla müəyyən edilmişdir ki, hazırki iş üzrə ittihamın verilməsinə səbəb olmuş torpaq sahəsini Valeh Abdullayev mərhum Asəf Əsədovdan almış və Təqsirləndirilən şəxs satmışdır. Təqsirləndirilən şəxs isə torpaq sahəsini alarkən onun məhz Valeh Abdullayevə məxsus olmasını zənn etmişdir. Bu səbəbdən də Valeh Abdullayevə Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə ittiham elan edilsə də sonuncunun özü də torpaq sahəsinin qanunsuz zəbt edilməsini bilməməsi səbəbindən cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmunundan görünür ki, o, Baki şəhərı, Suraxanı rayonu, Hövsan Donuzkökəltmə sovxozu ərazisində Logistika mərkəzin arxasında (köhnə binə ticarət mərkəzinin olduğu yer) yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlayıb mal tövləsi tikdirməklə həmin torpaq sahəsini özbaşına tutmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-ci maddəsinin dispozisyasına diqqət yetirdikdə müəyyən edilir ki, həmin maddə ilə məsuliyyətin yaranması üçün də dispozitiv şərtlərdən biri torpaq sahəsinin özbaşına tutulması nəzərdə tutulmuşdur. Lakin indiki halda işin hallarından görünür ki, Təqsirləndirilən şəxs torpaq sahəsini özbaşına tutmamış, Valeh Abdullayedən pul verərək almış, torpaq sahəsini alarkən onun Valeh Abdullayevə məxsus olmasını düşünmüş və sonuncunun verdiyi sənədin əsaslı olmasını zənn etmişdir. İşin məhkəmə istintaqı zamanı müəyyən edilmiş yuxarıda qeyd edilən hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs kənar şəxsə (şəxslərə) aid torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozması, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfati təyinatli torpaq sahəsini özbaşına tutması niyyəti olmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir. Belə ki, Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibi xüsusi yer tutur. Cinayət tərkibi dedikdə ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirilən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyekti və subyektiv əlamətləsin məcmusu başa düşülür. Cinayət tərkibi isə dörd vacib elementdən ibarətdir; cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti — cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti — üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir. şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. İndiki halda isə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs torpaq sahəsini qanunsuz olaraq tutma niyyətinin mövcud olmaması işin halları ilə tam təsdiq edildiyi üçün məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia edilən cinayət əməlinə münasibətdə subyektiv cəhət mövcud deyil. Bu əlamət mövcud olmadığı üçün isə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi də mövcud deyil. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi mövcud deyil. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin əməldə cinayət tərkibi olmaması müəyyən edildikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.2-ci maddələrinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü ilə elan edilmiş ittiham üzrə ona bəraət verilməli, iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalı və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməldir. Mülki iddianı araşdıraraq məhkəmə hesab edir ki, mülki iddiaçı Şahid1 mülki iddiası baxılmamış saxlanılmalı və onun həmin iddia ilə bağlı mülki-mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın həmin ittihamlar üzrə sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.2, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin təkibi olmadığı üçün ona bəraət verilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Mülki iddiaçı Şahid1 mülki iddiası baxılmamış saxlanılsın və onun həmin iddia ilə bağlı mülki-mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-14/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-14/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver