Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-140/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1956-cı ildə Fizuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 mənzil 40 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Xudavedi oğlunun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Xudavedi oğlu xx xxxxxx 2019-cu ildə saat 08 radələrində özünə məxsus olan “Volkswagen Passat” minik markalı 99MP118 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Zığ yolunun sağ kənarı ilə şəhər istiqamətində 20 km/saat sürətlə hərəkətdə olub 1521 ünvanında yerləşən Qaz kompressoru idarəsinin qarşısından keçərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələbini pozmaqla avtomobilini sağdan sola döndərmiş (həmin normaya əsasən sürücü dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır), bu zaman arxadan eyni istiqamətdə hərəkət edən, Zərərçəkmiş şəxs tərəfindən 90 km/saat sürətlə idarə olunan “Hyundai Elantra” minik markalı 33BG524 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi onun avtomobilinin arxa sol tərəfi ilə toqquşmuş, təqsirləndirilən şəxsin həmin ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Xudavedi oğlu yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, “Volkswagen Passat” minik markalı 99MP118 dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə etmək üçün digər sənədləri qaydasındadır. xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində həmin avtomobilini idarə edərək Hövsan qəsəbəsindən çıxıb şəhər istiqamətdə hərəkət edirdi. Bu zaman arvadı Aybəniz Albənzadə də yanında olub. Qum Adası deyilən yerə çatmağa bir az qalmış, sol tərəfdə olan qaz kompressoru idarəsinin qarşısında avtomobilində nasazlıq hiss etmiş və geri qayıtmaq qərarına gəlmişdir. Ona görə də sola dönmə işığını yandırıb avtomobili hərəkət hissənin sağı ilə təxminən 20 km/saat sürətlə idarə etməyə başlamışdır ki, qırıq xətti görəndə dönüb geri qayıtsın. Güzgü vasitəsilə baxıb arxadan “Hyundai Elantra” minik markalı 33BG524 nömrəli avtomobilin gəldiyini görmüş və həmin avtomobil ona çatanadək sola dönüb keçə biləcəyini güman etmişdir. Qeyd edir ki, həmin yerdə yol işləri aparıldığına görə maksimal sürət həddi 60 km/saatdır. O, sola dönüb dayanan kimi “Hyundai Elantra” minik markalı avtomobil sürətli, yəni təxminən 90-100 km/saat sürətlə gəldiyindən tormozlanma etsə də vaxtında dayana bilməmiş və həmin vaxt arxadan gələn “Hyundai Elantra” minik markalı avtomobilin qabaq tərəfi onun avtomobilinin arxa sol tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobili əks yola çıxıb tərs vəziyyətdə qalmışdır. “Hyundai Elantra” minik markalı avtomobil isə əks yolun təmir olan hissəsinə düşmüşdür. Hadisə vaxtı bədən xəsarətləri alıb. Qeyd edir ki, “Hyundai Elantra” minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs müalicəsinə 700 manat xərcləyib. Lakin sonuncu dəfə Zərərçəkmiş şəxs onu təhqir etdiyinə görə ona yenə də pul verməkdən imtina edib. Törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, “Hyundai Elantra” minik markalı 33BG524 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarə etmək üçün digər sənədləri qaydasındadır. xx xxxxxx 2019-cu ildə saat 08 radələrində 2 qadın və 2 kişi olmaqla 4 nəfər sərnişini Hövsan qəsəbəsindən götürüb şəhər istiqamətinə hərəkət edirdi. Avtomobili tam saz vəziyyətdə olub. Hövsan yolunda Qum Adasına təxminən 200 metr qalmış 90 km/saat sürətlə hərəkət etdiyi zaman 30-40 metr qabaqda “Volkswagen Passat” markalı avtomobilin şəhər istiqamətində yolun hərəkət hissənin sağ tərəfində dayandığını görmüşdür. Yol boş olduğundan həmin avtomobilin sol tərəfdən ötüb keçmək istəyərkən həmin avtomobil qəfildən sola dönməyə başlamış, bu zaman heç bir xarici işıq siqnalından istifadə etməmişdir. Qəzadan yayınmaq üçün avtomobilini tam dayanma həddinədək əyləcləmək istəmiş, lakin qəzadan yayına bilməmişdir. Beləliklə avtomobilinin qabaq tərəfi «Volkswagen Passat» minik markalı avtomobilin arxa sol tərəfi ilə toqquşmuşdur. Toqquşmadan sonra avtomobili əks yolun sol tərəfində qazılmış yerə düşüb. Digər avtomobil isə sol hərəkət hissənin əks istiqamətinə fırlanıb qaldı. Sol ayağından şiddətli ağrı hiss etdiyindən avtomobildən çıxa bilməmiş, həmin vaxt yoldan keçən adamlar kömək edib onu çıxarmışlar. Avtomobilində olan sərnişinlər isə ciddi xəsarət almayıblar. Qeyd edir ki, təqsirləndirilən şəxs ona müalicəsi üçün 500 manat pul verib. Lakin onun müalicəsinə bundan xeyli çox, yəni təxminən 3.000 manat pul xərclənib. Həmçinin avtomobilinə də 3.000 manatdan çox ziyan vurulub. Təqsirləndirilən şəxs isə bu xərclərin əvəzini ödəməkdən imtina edir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş cəza təyin edilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Mahmud qızı zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla tam təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 8/642 nömrəli eskpert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən: 1.2. Volkswagen Passat markalı, 99MP118 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. Hyundai Elantra markalı, 33BG524 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı xx xxxxxx 2019-cu il tarixli 981 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Təqsirləndirilən şəxs Xudavedi oğlunun məhkəmə-tibbi ekspertiza, tibbi sənədə əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş sualları cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər – alının hematoması, sol diz oynağının sol baldıradək davam edən hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aiddir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı xx xxxxxx 2020-ci il tarixli 1109 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizasına və tibbi sənəddə qeyd olunanlara, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol qamış və incik sümüyünün distal ucunun oynaqdaxili qapalı qəlpəli yerini dəyişən sınığı, sağ iç və bayır topuq nahiyələrinin şişkinliyi. 2. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Xudavedi oğluna Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Xudavedi oğlunun CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Xudavedi oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Xudavedi oğlunun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə cinayət nəticəsində vurduğu zərəri qismən ödədiyini, Füzuli rayonundan məcburi köçkün olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Xudavedi oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Xudavedi oğluna Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Xudavedi oğlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs Xudavedi oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 354, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Xudavedi oğlu Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Xudavedi oğlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Xudavedi oğlu barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs Xudavedi oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-140/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-140/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver