Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-141/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanunu nümayəndəsi X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, faktiki nikah münasibətlərində olan, üç yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, heç yerdə işləməyən, Yevlax şəhəri, Neftkəməri küçəsində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsi, 42 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxx 2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 40 saylı ünvada yerləşən fərdi yaşayış evində, yetkinlik yaşına çatmayan 2009-cu il təvəllüdlü oğlu, Zərərçəkmiş şəxs evə gec gəlməsinə irad bildirdikdə, Zərərçəkmiş şəxs buna cavab olaraq “sənə nə” ifadəsini işlətməsindən əsəbləşərək bir dəfə sillə ilə onun sifətindən, bir dəfə isə təpiklə bədən nahiyəsindən vurmuş, bununla kifayətlənməyərək masanın üzərində olan stəkanı götürüb onun başından vurmuş, daha sonra mətbəx bıçağını onun arxasınca qəsdən atmaqla Zərərçəkmiş şəxs təpə nahiyəsinin kəsilmiş yarası, sol bud və sol said nahiyələrinin cızıqları ilə müşayiət olunan, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, oğlu Canəli tüfeyli həyat tərzi sürür, günlərlə evə gəlmir. Canəliyə dəfələrlə evə gec gəlməməsini və icazəsiz heç yerə getməməsini tapşırmışdır. Belə ki, öz növbəsində onun valideyinləri, Canəlinin əxlaqı ilə məşğul olmadığını bildirib dəfələrlə onu danlamışlar. xx xxx 2020-ci il tarixdə, təxminən saat 01 radələrində evdə olduğu zaman Canəli evə gəlmiş, ondan iki gün harada olduğunu soruşduqda, sonuncu kobud şəkildə “sənə nə” deyə ona cavab vermişdir. Bundan əsəbləşib Canəlinin sifətindən bir dəfə sillə ilə, bədən nahiyəsindən isə bir dəfə təpiklə vurmuşdur. Bunula belə sakitləşməyərək, masanın üzərində olan stakanı Canəlinin başına vurmuş, daha sonra mətbəx bıçağını onun arxasınca atmışdır. Səsə valideyinləri və arvadı oyanıb Canəlini onun əlindən almışlar və başından qan gəldiyinə görə Canəliyə ilkin tibbi yardım göstərmişlər. O, isə sakitləşmək üçün evdən çölə çıxmış, daha sonra isə çıxıb getmişdir. Hazırda o, etdiyi əməlindən səmimi peşmançılıq çəkir və zərərçəmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı aradan qaldıraraq onunla barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, daimi olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 2 saylı İnternatda yaşasa da, karantin müddətində ünvan 2 ünvanında valideynləri ilə birlikdə yaşamışdır. xx xxx 2020-ci il tarixdə, saat 22 radələridə egə gəlmiş, həmin vaxt atası üstünə gələrək qonşuluqdakı Aslan adlı uşağa qoşulmasının və evə gec gəlməsinin səbəbini soruşmuşdur. Həmin vaxt atası bir dəfə sillə ilə sifətindən, bir dəfə isə təpiklə bədən nahiyəsindən vurmuşdur. Bununla sakitləşməyərək atası masanın üzərində olan stəkanı onun başından vurmuş, o, geri çönüb getmək istəyəndə isə arxasınca mətbəx bıçağını atmış və həmin bıçaq arxadan onun baş nahiyəsinə dəymişdir. Səsə nənəsi, babası və anası gəlib atasını ondan uzaqlaşdırmışlar və başından qan gəldiyinə görə ona ilkin tibii yardım göstərmişlər. Atası isə evdən çıxıb getmişdir. Bir müddət sonra isə təcili tibbi yardım gəlib onu xəstəxanaya aparmışdır. Əvvəllər də evə gec gəldiyinə görə də atası tərəfindən danlanmış, lakin sonuncu ilk dəfədir döyüb ona xəsarət yetirmişdir. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 Zərərçəkmiş şəxs xahişini müdafiə edərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, onun qanuni nümayəndəsini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-141/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-141/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver