Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-141/2021 31.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Zəfər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 03 oktyabr 2014-cü il tarixdən başlayaraq 08.07.2005-ci il təvəllüdlü X5 və 30.12.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 manat olmaqla, cəmi 216,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(010)-159/2015 saylı, həmçinin, həmin uşaqların saxlanması üçün 07 fevral 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136,00 manat olmaqla, cəmi 272,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(010)-2205/2017 saylı və həmin uşaqların saxlanması üçün 05 iyul 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 2(010)-3258/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 17 fevral 2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs və 15 yanvar 2021-ci il tarixdə Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə, bundan sonra qətnamələri könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, hər üç qətnamə üzrə ümumilikdə 13.821,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək, Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Zəfər oğlu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Zəfər oğlu ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş, 30.12.2004-cü il tarixdə nikahları rəsmiləşdirilmiş, həmin nikahdan 08.07.2005-ci il təvəllüdlü Nigar adlı və 30.12.2013-cü il təvəllüdlü Nərmin adlı uşaqları vardır. Zərərçəkmiş şəxs ilə ailə münasibəti pozulduqdan sonra 2015-ci ildə ayrılaraq sonuncu uşaqlarla birlikdə valideyinlərinin evinə qayıtmış, daha sonra uşaqların saxlanmasına dair ondan alimentin tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və nəticədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(010)-159/2015 saylı qətnaməsinə əsasən, 03 oktyabr 2014-cü il tarixdən başlayaraq 08.07.2005-ci il təvəllüdlü X5 və 30.12.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 manat olmaqla, cəmi 216,00 manat sabit pul məbləğində aliment ondan tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, bundan əlavə Zərərçəkmiş şəxs aliment məbləğinin artırılması ilə bağlı təkrar məhkəməyə müraciət edərək, həmin uşaqların saxlanması üçün 07 fevral 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136,00 manat olmaqla, cəmi 272,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2(010)-2205/2017 saylı və uşaqların saxlanması üçün 05 iyul 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 2(010)-3258/2018 saylı qətnamələri qət edilmişdir. Qətnamələr üzrə icra vərəqələri icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona icra etməsi üçün könüllü müddət təyin edilməsinə baxmayaraq, o, qətnamələrinin icrasını təmin etməmiş, həmin vaxt daimi iş yeri olmamış, yalnız işəmuzd şəklində fərdi qaydada fəhlə kimi işləmiş, sonradan yaşayış binasında gözətçi kimi işləyərək, aylıq məvacibi 350,0 manat təşkil etmiş, icra məmuru tərəfindən barəsində dəfələrlə inzibati protokol tərtib edilərək, baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 17 fevral 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs və 15 yanvar 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilmiş, inzibati tənbehlərdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən ona xəbərdarlıq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda, aliment üzrə borcu 13.821,00 manat təşkil etmişdir. Aliment məbləğinin ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı olmuşdur. Məhkəmə prosesi gedişində o, yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə müəyyən olunmuş aliment üzrə yaranmış 13.821,00 manat borcunu tam olaraq ödəmişdir. Ailəli olmasını, əməlindən peşimançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə olan borcunu tam həcmdə ödəməsini, zərərçəkmiş şəxsin bu barədə məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edib barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişini nəzərə alaraq, barəsində olan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, etdiyi xahiş məzmunlu ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2014-cü il tarixdən başlayaraq 08.07.2005-ci il təvəllüdlü X5 və 30.12.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 108,00 manat olmaqla, cəmi 216,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(010)-159/2015 saylı, həmçinin həmin uşaqların saxlanması üçün 07 fevral 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136,00 manat olmaqla, cəmi 272,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsinə dair həmin məhkəmənin 27 mart 2017-ci il tarixli 2(010)-2205/2017 saylı və həmin uşaqların saxlanması üçün 05 iyul 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154,0 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsinə dair eyni məhkəmənin 04 iyun 2018-ci il tarixli 2(010)-3258/2018 saylı qətnamələri çıxarılmışdır. Məhkəmə qətnəmələri icra olunması üçün aidiyyəti üzrə Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamələr üzrə qət edilmiş aliment pulu borclu Mahir İmanov tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən dəfələrlə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Suraxanı Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, həmçinin, həmin məhkəmənin 15.01.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, bundan sonra icra məmuru tərəfindən borcluya yenidən qətnamələri icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirib aliment üzrə cuzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərəkən, Təqsirləndirilən şəxs tərəfindən 13.821,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmə baxışı gedişində Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə müəyyən olunmuş aliment üzrə yaranmış 13.821,00 manat məbləğində borcunu tam olaraq ödəmişdir. Halhazırda təqsirləndirilən şəxsin ona heç bir borcu yoxdur. Bu səbəbdən onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. O, bu barədə məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edib, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, xahişi məzmunda məhkəməyə notariat qaydasında təsdiq olunmuş ərizə təqdim etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-159/2015 saylı, 03.06.2015-ci il tarixli icra sənədinə əsasən 03.10.2014-cü il tarixindən etibarən borclu Təqsirləndirilən şəxs hər ay cəmi 216,00 manat miqdarında, həmin məhkəmənin 2(010)-2205/2017 saylı, 27.03.2017ci il tarixli icra sənədinə əsasən 07.02.2017-ci il tarixindən hər ay cəmi 272,00 manat və eyni məhkəmənin 2(010)-3258/2018 saylı, 04.06.2018-ci il tarixli icra sənədinə əsasən 04.06.2018-ci il tarixindən hər ay cəmi 308,0 manat miqdarında aliment tutularaq 08.07.2005-ci il təvəllüdlü X5 və 30.12.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədləri şöbənin icraatına 27.07.2015-ci il, 11.04.2017-ci il və 12.07.2018-ci il tarixlərində daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında qərar və bildiriş borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, tələbi icra etdirmək üçün görülmüş məcburi icra tədbirləri qənaətbəxş olmamışdır. Borclu icra hərəkətlərinin aparılması üçün icra şöbəsinə rəsmi qaydada çağrılmasına baxmayaraq, çağırışdan yayınmış, 06.10.2016-ci il tarixində borclu barəsində axtarış qərarı qəbul edilərək icrası Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə həvalə edilmiş. 05.04.2017-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş, müvafiq məhkəmə qərarlarının surətləri və icraata başlamaq haqqında qərarlar və bildirişlər rəsmi olaraq bir daha borcluya təqdim edilmiş, bunun nəticəsində borclu aliment borcundan müəyyən ödəniş aparmış, 16.01.2018-ci il tarixindən etibarən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, lakin bir müddət sonra borclu uzun müddətin keçməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş aparmamışdır. 17.02.2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbinə yerinə yetirilməməsinə və tələbi icra etməməsinə görə Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmiş, bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, 15.01.2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində bir daha inzibati protokol tərtib edilmərək baxılması üçün məhkəməyə göndərilmiş və Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə borclu təqsirli bilinərək barəsində 500,00 manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin məlum qətnamələrini icra etməkdən yayınmışdır. 26.10.2020-ci il tarixdə iş üzrə tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək, borclu Təqsirləndirilən şəxs ona 13.821,00 manat borcun olmasını, sonuncu qərəzli mövqe nümayiş etdirdiyini bildirərək borclunun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən, barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 30.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zəkiyev X6 RPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, 31.03.2021-cu il tarixdə Təqsirləndirilən şəxs Zəfər oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 159/2015 saylı 03.06.2015-ci il tarixli qətnaməsinə əsasən 03.10.2014-cü il tarixindən etibarən borclu Təqsirləndirilən şəxs hər ay cəmi 216,00 manat miqdarında alimentin tutularaq 08.07.2005-ci il təvəllüdlü X5 və 30.12.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 27.07.2015-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zəfər oğluna təklif olunmuşdur ki, o, 5 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2205/2017 saylı, 27.03.2017-ci il tarixli qətnaməsinə əsasən 07.02.2017-ci il tarixindən hər ay cəmi 272,00 manat miqdarında aliment tutularaq 08.07.2005-ci il təvəllüdlü X5 və 30.12.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. . İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 12.04.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zəfər oğluna təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3258/2018 saylı, 04.06.2018-ci il tarixli qətnaməsinə əsasən 04.06.2018-ci il tarixindən hər ay cəmi 308,0 manat miqdarında aliment tutularaq 08.07.2005-ci il təvəllüdlü X5 və 30.12.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. . İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 12.07.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zəfər oğluna təklif olunmuşdur ki, o, 10 gün müddətində icranı könüllü təmin etsin. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 256/2020 saylı, 17.02.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zəfər oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 126/2021 saylı, 15.01.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zəfər oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zəfər oğlu əvvəllər məhkum olunmamışdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zəfər oğlu yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zəfər oğlu 19.03.2019-cu il tarixdə Qardaşova (Zəkiyeva) Səbinə Cəmil qızı ilə nikaha daxil olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zəfər oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(010)-159/2015 saylı, 27 mart 2017-ci il tarixli 2(010)-2205/2017 saylı və 04 iyun 2018-ci il tarixli 2(010)-3258/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən olunmuş aliment üzrə yaranmış 13.821,00 manat borcunu tam olaraq ödəmişdir, ona görə də təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Zəfər oğlunun ərizəsindən görünür ki, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(010)-159/2015 saylı, 27 mart 2017-ci il tarixli 2(010)-2205/2017 saylı və 04 iyun 2018-ci il tarixli 2(010)-3258/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən olunmuş aliment üzrə yaranmış 13.821,00 manat borcunu tam olaraq zəpərçəkmiş şəxsə ödəmişdir, göstilənlərə əsasən, barəsində olan cinayət işinin icraatına xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi məhkəmədə iş üzrə təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan pul zərərçəkmiş şəxsə ödənilmiş və bu səbəbdən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışaraq ona qarşı heç bir şikayət, tələb və iddiası olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Zəfər oğlunun cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Odur ki, məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zəfər oğlunun CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Ona görə də onun əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışlına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqlan üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «xxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasınaa qarşı" (21 iyul 2005-ci il) işdə Məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə baxışının gedişində müəyyən olundu ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs tərəfindən ödənilməli olan pul zərərçəkmiş şəxsə tam ödənilmiş və bu səbəbdən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, habelə təqsirləndirilən şəxsə istinad edilən 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklilər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.138.3-cü maddəsinə əsasən CM-nın 306-ci maddəsinin Qeydində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs Zəfər oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona olan borcunu tam həcmdə ödəməsini, ailəli olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. CPM-nin 39.1.11-ci maddəsində göstərilir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdıqda CPM-nin 40.2.2-cı maddəsinə əsasən onun barəsində cinayət təqibi həyata keçirilməyə və cinayət təqibinə xitam verilə bilər. CPM-nin 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi müdafiə tərəfi də məhkəməyə ərizə ilə müraciət edərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cinayətin xarakterini və təqsirləndirilən şəxsi səciyyələndirən halları nəzərə alaraq, bu hallara uyğun olan obyektiv və ədalətli qərar qəbul edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməyə səy göstərməsi, ödəməli olduğu pulun ödənilməsi ilə bağlı çalışmasını, danışıqlar aparmaqla nəticədə həmin pulu tam olaraq ödəməsi və bunu əks etdirən ərizəsinin notariat qaydasında təsdiq olunmuş formada zərərçəkmiş şəxs tərəfindən fərdi qaydada məhkəmə iclasında məhkəməyə təqdim edilməsi, təqsirləndirilən şəxsin əməllərindən peşimançılıq bildirməsi kimi davranışları müsbət tərəfdən qiymətləndirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində CM-in 306-ci maddəsinin Qeydi tətbiq edilməli və onun barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306cı maddəsinin Qeydi tətbiq edilsin, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Suraxanı rayon Məhkəməsinin vasitəsiilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-141/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-141/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver