Məhkəmə qərarları › İş №1(010)-142/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-142/2020

07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-142/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində nömrəsiz evdə yaşamış, Xəzər Rayon Məhkəməsinin 1(003)-388/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (həmin cəza icra edilməyib), 20 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulmuş, barəsində Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə əvvəli xx xxxxxx 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş (sonradan təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti müvafiq məhkəmə qərarı ilə uzadılıb) və xx xxxxxx 2020-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu ildə saat 23 radələrində İsrafılov Teymur Rövşən oğlunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin plastikdən olan pəncərəsinin dəmir barmaqlığını yerdən tapdığı dəmir parçası ilə sındıraraq həmin pəncərəni açıb evə qanunsuz daxil olaraq evdən içərisində 200 manat olan bir ədəd 15 manat dəyərində təbii dəridən tikilmiş, xarici görünüşünə görə istifadə edilmiş qəhvəyi rəngli pul qabını, 13 manat dəyərində, təxminin uzunluğu 18-19 m, təzə vəziyyətdə, üzəri qara rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K lv4” markalanma göstəricisi olan, diametri 3,2 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 4,50 manat dəyərində bir ədəd təxmini uzunluğu 3,0 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, üzərində “ERSE KABLO LİHCH-OZ 8x0,50 mm2 VDE Re9-Nz 8358” markalanma göstəricisi olan, ümumi diametri 12,2 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı diametrləri 1,5 mm və 4 ədəd möhkəmləndirici ipdən ibarət olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış elektrik naqilini, 16 manat dəyərində bir ədəd təxmini uzunluğu 8,0 m. istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, hər iki ucu bağlı, üzərində “NKS KABLO CAT 6 S/FTP 4x2x24 AWG 100 DHM +/- 15 DHN: 6638/02” markalanma göstəricisi olan, ümumi diametri 5,8 mm, çox damarlı, ayrı-ayrı izolyasiyalı, tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 19 manat dəyərində bir ədəd təxmini uzunluğu 9-10 m, istifadədə olmuş, üzəri sarı rəngli izolyasiyalı, üzərində “ASTEL CABLO UTP-CCA CATSE EİA/TİA 568-92 STANDARD İEC 11801-2002” markalanma göstəricisi olan, ümumi diametri 3,9 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,8 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 10 manat dəyərində bir ədəd təxmini uzunluğu 5 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, üzərində “AR-GE KABLO CAT 5 JTF 4x2x24 AWG 100 Ohk” markalanma göstəricisi olan, ümumi diametri 4,9 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı, diametri 0,8 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis sərintidən hazırlanmış elektrik naqilini, 4 manat dəyərində bir ədəd təxmini uzunluğu 8 sm, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ Lİ05V-K 1x2,5 mm2 2019” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 1 manat dəyərində bir ədəd təxmini uzunluğu 2 m, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x4 mm2” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış, bir hissəsində calağ yeri olan elektrik naqilini, 3,50 manat dəyərində olan bir ədəd təxmini uzunluğu 7 m, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində ”MEK&AN CNYAFİ H05V-K 1x4 mm2” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 2 manat dəyərində bir ədəd təxmini uzunluğu 4m, istifadədə olmuş, üzəri qırmızı rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x2,5 mm2” markalanma göstəricisi olan, diametri 2.9 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 2,40 manat dəyərində olan bir ədəd uzunluğu 4 m, istifadədə olmuş, üzəri sarı-yaşıl rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K 162,5” markalanma göstəricisi olan, diametri 3,5 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 1 manat dəyərində bir ədəd təxmini uzunluğu 2 m, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K 1x4” markalanma göstəricisi olan, diametri 4,2 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış, bir hissəsində calağ yeri olan elektrik naqilini, 1,60 manat dəyərində olan bir ədəd təxmini uzunluğu 80 sm, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 8,7 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 0,90 manat dəyərində olan bir ədəd təxmini uzunluğu 50 sm, üzəri qara rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 7,5 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 2,5 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqilini, 60 manat dəyərində olan bir ədəd gümüşü rəngli metaldan korpusu və kilid yeri, qara rəngli dəriyəbənzər materialdan kəməri, içərisində “TİSSOT" yazısı olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 46,74 qram olan qol saatını, 50 manat dəyərində olan bir ədəd üzərində “Angle Grinder, mod 81259N” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş laqondanı, 130 manat dəyərində olan bir ədəd yaşıl rəngdə plastik qutuya qablaşdırılmış, üzərində “Metabo, BS 12 NİCd, made in Germany” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş tam komplektli dreli, 70 manat dəyərində bir ədəd qara rəngdə plastik qutuya qablaşdırılmış, üzərində “Varyaq Pe-920P” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş tam komplektli perforatoru, 300 manat dəyərində bir ədəd üzərində “HP, Pavilion dv6” markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş, qara rəngdə, fərdi istifadə üçün nəzərdə tutulmuş, “HP” markalı “Pavilion dv6” modelli veb kameralı, qidalandırıcı adaptor ilə birlikdə, üzərində cızıqlar, kiçik zədələr, boya qopuqları müşahidə olunan, alt hissəsində rezin ayaqları yeyilmiş vəziyyətdə olan noutbuk aparatını, cəmi 15 manat dəyərində olan müxtəlif təyinatlı (kəlbətin, tikinti əlcəyi və s.) məişət əşyalarını, 10 manat dəyərində bir ədəd güzgünü, 12 manat dəyərində bir ədəd yaddaş kartını, 10 manat dəyərində bir ədəd xarici görünüşünə istifadə edilmiş, qabağı zəncirbənd ilə bağlanan, göy rəngli qolsuz jileti, 10 manat dəyərində bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, açıq qəhvəyi rəngli uzun qol jileti, 4 manat dəyərində bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, qəhvəyi rəngli dama-dama köynəyi, 5 manat dəyərində bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, cins materialdan tikilmiş şalvarı, 10 manat dəyərində bir ədəd təzə əl-üz dəsmalını, 25 manat dəyərində bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, içi süni tərkibli xəzli papaqlı qəhvəyi rəngli qış gödəkcəsini, 10 manat dəyərində bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, dəstəyi sınmış qırmızı rəngli yük çantasını, bir ədəd 130 manat dəyərində olan “Armani Code” markalı 100 ml həcmində kişi ətrini, ümumilikdə 40 manat dəyərində olan hamam-tualet üçün asılqanları, 35 manat dəyərində “Canon” markalı fotoaparata məxsus olan adapteri, 25 manat dəyərində olan bir ədəd “HP” markalı kompüterə məxsus olan mausu və təxminən 15 manatlıq dəmir pul əsginaslarını gizli olaraq talamış və nəticədə zərərçəkmiş şəxs İsrafılov Teymur Rövşən oğluna ümumilikdə 1.254,9 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən xx xxxxxx 2020-ci ildə saat 17:30 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 Ənvar oğluna məxsus evin həyətinə hasardan aşma yolu ilə həyətdəki saxlanc yerinin açıq qapısından qanunsuz daxil olaraq, oradan 80 manat dəyərində bir ədəd üzərində istehsal yerinə, istehsal ilinə və markalanmasına dair heç bir məlumat olmayan 1,5 kv-lıq elektrik mühərrikini, 40 manat dəyərində bir ədəd üzərində istehsal yerinə, istehsal ilinə və markalanmasına dair heç bir məlumat olmayan böyük ölçülü laqondanı və hər metri 0,80 manat olmaqla cəmi 80 manat dəyərində olan üzərində Made in İran sözləri olan, üzəri izolyasiyalı, 2x2,5 mm-lik mis tərkibli 100 metr elektrik naqilini gizli olaraq talamaqla oğurlayıb qaçarkən, Şahid tərəfindən saxlanılmış və nəticədə, özgə əmlakını gizli olaraq talamaya yönəldilmiş qəsdini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib oğurluğa cəhd etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən bir ildir narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Özü işləmədiyi üçün oğurluq etmək qərarına gəlmiş və buna görə də, xx xxxxxx 2019-cu ildə saat 23 radələrində Binə qəsəbəsindən velosipedlə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsinə gəlmiş və oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Həmin küçədə evlərdən birinin işığının yanmadığını görüb evin küçə qapısını döymüş və həmin evdə heç kimin olmadığına əmin olub hasardan həyətə düşmüşdür. Evin plastik pəncərəsinin dəmir barmaqlığını əyib pəncərəni özündə olan vintaçanla açıb evə girmiş və evi axtarmağa başlamışdır. Evdən pul qabını, laqondanı, dreli, perforatoru, noutbuku, müxtəlif alətləri, elektrik naqillərini, qol saatını, güzgünü, yaddaş kartını, içərisində paltarlar olan çantanı götürüb evdən çıxmışdır. Oğurladığı əşyaları hasardan küçəyə çıxarmış və velosipedinə yükləmişdir. Bir qədər ətrafı yenə gəzməyə başlamışdır. Daha oğurluq etməkdən daşınıb gəldiyi velosipedlə Binə qəsəbəsinə gedərkən avtomobillə ona polis əməkdaşları yaxınlaşmış və ondan kim olmağını, velosipeddəki yükün nə olması barədə soruşanda o, artıq tutulacağını bilib hər şeyi olduğu kimi polis işçilərinə danışmış və velosipeddə olan yükün evlərdən birindən oğurlamış olduğu əşyalar olduğunu demişdir. Daha sonra polis işçiləri onu oğurladığı yüklə birlikdə 31-ci polis bölməsinə gətirmişlər. Evdən oğurladığı əşyaları polis işçisinə birbir təhvil vermişdir. Bundan sonra, həmin cinayətlə bağlı barəsində Suraxanı RPİ-nin İŞ-də cinayət işi başlanmışdır. Daha sonra ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Lakin, Suraxanı Rayon Məhkəməsi onun barəsində həmin iş üzrə həbs qətimkan tədbiri seçməkdən imtina etmiş, bundan sonra barəsində müstəntiq tərəfindən «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. O, da istintaqdan yayınmayacağına, vaxtlı-vaxtında istintaqa gəlib gedəcəyinə söz vermişdir. Lakin, yenə də narkotik vasitə almaq üçün pulu olmadığına görə oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək məqsədi ilə xx xxxxxx 2019-cu ildə saat 03:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kalinin küçəsinə gəlmiş, həmin yerdə hər hansı bir evdən oğurluq etməyi düşünərək gəzərkən bir evin işığının yanmadığını görmüş və hasara yaxınlaşıb həmin evin həyətinə tullanmışdır. Evin qapısına yaxınlaşıb əli ilə qapını açdıqda, qapı açılmış və daha sonra evə daxil olmuşdur ki, oradan hər hansı bir qiymətli əşya oğurlasın. Evə daxil olduqda isə evdə ev sahibi oyanmışdır. O, ev sahibinin oyandığını görüb, oradan qaçmağa başlasa da, ev sahibi onu saxlamış və polisə məlumat vermişdir. Onu Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları saxlayaraq, polis bölməsinə aparmışlar. xx xxxxxx 2020-ci ildə günorta saatlarında bədənində olan ağrılara görə narkotik vasitədən istifadə etmək istəmişdir. Pulu olmadığına görə oğurluq edərək qazanc əldə etmək və narkotik vasitə alıb istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi ilə piyada gəzən zaman orada olan evlərə nəzər yetirib yaşayış olmayan evləri tapmağa başlamışdır. Bu vaxt orada olan evlərdən birində işıq yanmadığını görmüş və həmin evin çöl darvazasını döymüş, lakin cavab verən olmamışdır. Bundan sonra o, həmin evdə heç kimin olmadığını başa düşmüş və hasara qalxıb həyətə düşmüşdür. O, həyətdə olan saxlanc yeri kimi istifadə olunan əl damına yaxınlaşmış və onun açıq vəziyyətdə olan taxta qapısından saxlanc yerinə daxil olmuşdur. O, həmin saxlanc yerindən bir ədəd laqonda, dəqiq uzunluğunu bilmədiyi elektrik naqili və bir ədəd mühərriki götürmüş və orada olan kisəyə yığmışdır. Bundan sonra həmin saxlanc yerindən çıxmış və hasarın yanında olan dəmir jestin üzərinə çıxmışdır ki, hasara qalxıb oradan çölə çıxsın. Lakin həmin jestin altı boş olduğuna görə yerə yıxılmışdır. Bundan sonra oğurladığı əşyaları hasarın başına qoymuş və özü də hasara qalxan zaman bir nəfər orta yaşlı kişi ayağından tutub saxlamışdır. O, həmin kişidən buraxmasını tələb etmiş, lakin həmin kişi onu buraxmamış və polisə zəng edərək məlumat vermişdir. Bir azdan PPX əməkdaşları gəlib onu oğurladığı əşyalarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gətirmişlər. Orada etdiyi oğurluq əməlini etiraf etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, fərdi şəkildə mebel ustası işləyir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Məmmədov küçəsi, 46 saylı ünvanda yerləşən torpaq sahəsi ona məxsusdur və həmin torpaq sahəsində iki fərdi yaşayış evi vardır. Həmin evlərdən biri yeni tikilmiş, digəri isə köhnə evdir. O, ailəsi ilə birlikdə yeni tikdirdiyi evdə yaşayır. Köhnə evi isə ev quşlarını saxlamaq üçün istifadə edir. Bundan başqa həmin həyətdə saxlanc yeri kimi istifadə etmək üçün əl damı tikdirmiş və orada təmir-tikinti əşyaları saxlayırdı. xx xxxxxx 2020-ci ildə səhər tezdən yaşadığı evdən çıxıb işə getmişdir. Saat 17:30 radələrində evdən onunla əlaqə saxlanılaraq yaşadığı evin dəhlizində olan plastik pəncərənin açılmış vəziyyətdə olmasını və həyətdə yerləşən əl damına kiminsə girib oradan oğurluq etdikdən sonra həyətdən çıxan zaman əmisi Nizaminin həmin oğrunu saxladığını bildirilmişdir. O, dərhal işdən çıxıb evinə gəlmişdir. Bu zaman görmüşdür ki, yaşadığı evin həyətində heç kim yoxdur və oğurluq edən şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə aparılıb. O, Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. PB-də ona məlum olmuşdur ki, evindən oğurluq etməyə çalışan və həyətindəki əl damından oğurluq edən şəxs əvvəllər tanımadığı Təqsirləndirilən şəxsdur və həmin şəxs onun həyətindəki saxlanc yerinə açıq olan qapıdan daxil olub oradan 100 manat dəyərində olan 100 metr uzunluğunda mis elektrik naqilini, 200 manat dəyərində olan bir ədəd laqondanı və 280 manat dəyərində bir ədəd mühərriki oğurlayıb hasardan aşıb oradan uzaqlaşmaq istəyən zaman əmisi Nizami onu görüb tutub saxlamışdır. Zərərçəkmiş şəxs qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, gəlməmiş, teleqramla müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 iş üzrə ibtidai araşdırma dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşının oğludur və onlar eyni həyətdə ayrı evlərdə yaşayırlar. xx xxxxxx 2020-ci ildə günorta saatlarında yaşadığı evdə olan zaman həyətdə səs gəldiyini eşitmişdir. Çölə çıxmış və Cavadgilin həyətində bir nəfər şəxsin hasara qalxıb çölə düşmək istədiyini, həmin şəxsin əlində kisə olduğunu görmüşdür. Tez həmin şəxsə yaxınlaşıb əli ilə tutub saxlamışdır. Həmin oğlanın əlindəki kisənin içində məftillər və digər əşyalar olduğunu görmüşdür. Bu zaman ətrafda olan tanımadığı şəxslər də onlara yaxınlaşmış və DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişlər. Bir azdan polis əməkdaşları hadisə yerinə gəlmiş və həmin oğlanı götürüb 31-ci PB-nə aparmışlar. O, da Cavada zəng edib hadisə barədə məlumat vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. xx xxxx 2020-ci il tarixli 3640 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «aparılmış ekspert tədqiqat nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində, mağazalarda və elektrik avadanlıqların satışı mağazalarında mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqat obyektlərinin hazırkı vəziyyətdə, xx xxxxxx 2019-cu il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd, təxminin uzunluğu 18-19 m, təzə vəziyyətdə, üzəri qara rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K 1x4” markalanma göstəricisi olan, diametri 3,2 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmışdır 13,00 manat; bir ədəd təxmini uzunluğu 3,0 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, üzərində “ERSE KABLO LİHCH-OZ 8x0,50 mm2 VDE Re9-Nz 8358” markalanma göstəricisi olan, ümumi diametri 12,2 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı diametrləri 1,5 mm və 4 ədəd möhkəmləndirici ipdən ibarət olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 4,50 manat; bir ədəd təxmini uzunluğu 8,0 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, hər iki ucu bağlı, üzərində “NKS KABLO CAT 6 S/FTP 4x2x24 AWG 100 DHM +/- xx xxxx 6638/02” markalanma göstəricisi olan, ümumi diametri 5,8 mm, çox damarlı, ayrı-ayrı izolyasiyalı, tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmışdır 16,00 manat; bir ədəd, təxmini uzunluğu 9-10 m, istifadədə olmuş, üzəri sarı rəngli izolyasiyalı, üzərində “ASTEL CABLO UTP-CCA CATSE EİA/TİA 568-92 STANDARD İEC 11801-2002" markalanma göstəricisi olan, ümumi diametri 3,9 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,8 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 19,00 manat; bir ədəd təxmini uzunluğu 5 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, üzərində “AR- GE KABLO CAT 5 JTF 4x2x24 AWG 100 Ohk” markalanma göstəricisi olan, ümumi diametri 4,9 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı, diametri 0,8 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 10,00 manat; bir ədəd, təxmini uzunluğu 8 sm, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x2,5 mm2 2019” markalanma göstəricisi olan, diametri 3,3 mm, olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 4,00 manat; bir ədəd təxmini uzunluğu 2 m, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x4 mm2” markalanma göstəricisi olan, diametri 4,0 mm olan, çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır (1 hissəsində calağ yeri var) 1,00 manat; bir ədəd, təxmini uzunluğu 7 m, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x4 mm2” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 3,50 manat; bir ədəd, təxmini uzunluğu 4m, istifadədə olmuş, üzəri qırmızı rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x2,5 mm2” markalanma göstəricisi olan, diametri 2,9 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 2,00 manat; bir ədəd, uzunluğu 4 m, istifadədə olmuş, üzəri sarı-yaşıl rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K 162,5” markalanma göstəricisi olan, diametri 3,5 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 2,40 manat; bir ədəd təxmini uzunluğu 2 m, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K 1x4” markalanma göstəricisi olan, diametri 4,2 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır (1 hissəsində calağ yeri var) 1,00 manat; bir ədəd, təxmini uzunluğu 80 sm, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 8,7 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 1,60 mm; bir ədəd, təxmini uzunluğu 50 sm, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 7,5 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 2,5 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmışdır 0,90 manat; bir ədəd gümüşü rəngli metaldan korpusu və kilid yeri, qara rəngli dəriyəbənzər materialdan kəməri, içərisində “TİSSOT” yazısı olan qol saatı - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, ümumi çəkisi 46,74 qramdır 60,00 manat; bir ədəd təbii dəridən tikilmiş, xarici görünüşünə görə istifadə edilmiş qəhvəyi rəngli pul qabı 15,00 manat; bir ədəd üzərində “Angle Grinder, mod 81259N” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş laqonda 50,00 manat; bir ədəd yaşıl rəngdə plastik qutuya qablaşdırılmış, üzərində “Metabo, BS 12 NİCd, made in Germany” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş tam komplektli drel 130,00 manat; bir ədəd qara rəngdə plastik qutuya qablaşdırılmış, üzərində “Varyaq PE-920P” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş tam komplektli perforator 70,00 manat; bir ədəd üzərində “HP, Pavilion dv6” markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş, qara rəngdə, fərdi istifadə üçün nəzərdə tutulmuş, “HP” markalı “Pavilion dv6” modelli veb kameralı, qidalandırıcı adaptor ilə birlikdə noutbuk. Hazırda noutbukun üzərində cızıqlar, kiçik zədələr, boya qopuqları müşahidə olundu, alt hissəsində rezin ayaqlar yeyilib 300,00 manat; müxtəlif təyinatlı (kəlbətin, tikinti əlcəyi və s.) məişət əşyaları 15,00 manat; bir ədəd güzgü 10,00 manat; bir ədəd yaddaş kartı 12,00 manat; bir ədəd xarici görünüşünə istifadə edilmiş, qabağı zəncirbənd ilə bağlanan, göy rəngli qolsuz jilet 10,00 manat; bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, açıq qəhvəyi rəngli uzun qol jaket 10,00 manat; bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, qəhvəyi rəngli dama-dama köynək 4,0 manat; bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, cins materialdan tikilmiş şalvar 5,00 manat; bir ədəd təzə əl-üz dəsmalı 10,00 manat; bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, içi süni tərkibli xəzli papaqlı qəhvəyi rəngli qış gödəkcəsi 25,00 manat; bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, dəstəyi sınmış qırmızı rəngli yük çantası 10,00 manat». xx xxxx 2020-ci il tarixli 9/1564 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «ekspertiza tədqiqatına təqdim edilmiş malların (üzərində istehsal yerinə, istehsal ilinə və markalanmasına dair heç bir məlumat olmayan 1,5 kv-lıq elektrik motoru – 1 ədəd 80,0 manat; üzərində istehsal yerinə, istehsal ilinə və markalanmasına dair heç bir məlumat olmayan böyük ölçülü laqonda -1 ədəd 40,0 manat; üzərində Made in İran sözləri olan, üzəri izolyasiyalı, 2x2,5 mm-lik mis tərkibli elektrik naqili (təqdim edilmiş nümunə əsasında) - hər metri 0,80 manat olmaqla 100 metr elektrik naqili 80,0 manat) istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, məcburi köçkün olduğunu, ailə vəziyyətini, xəstəlikdən əziyyət çəkdiyini, müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, bir ədəd təbii dəridən tikilmiş, xarici görünüşünə görə istifadə edilmiş qəhvəyi rəngli pul qabı, təxmini uzunluğu 18-19 m, təzə vəziyyətdə, üzəri qara rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K lv4” markalanma göstəricisi olan, diametri 3,2 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 3,0 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, üzərində “ERSE KABLO LİE1CEİ-OZ 8x0,50 mm2 VDE Re9-Nz 8358” markalanma göstəricisi olan, ümumi diametri 12,2 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı diametrləri 1,5 mm və 4 ədəd möhkəmləndirici ipdən ibarət olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 8,0 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, hər iki ucu bağlı, üzərində “NKS KABLO CAT 6 S/FTP 4x2x24 AWG 100 DHM +/- 15 DHN: 6638/02” markalanma göstəricisi olan, ümumi diametri 5,8 mm, çox damarlı, ayrı-ayrı izolyasiyalı, tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 9-10 m, istifadədə olmuş, üzəri sarı rəngli izolyasiyalı, üzərində “ASTEL CABLO UTP-CCA CATSE EİA/TİA 568-92 STANDARD İEC 11801-2002” markalanma göstəricisi olan, ümumi diametri 3,9 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,8 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 5 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, üzərində “AR-GE KABLO CAT 5 JTF 4x2x24 AWG 100 Ohk” markalanma göstəricisi olan, ümumi diametri 4,9 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı, diametri 0,8 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 8 sm, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ Eİ05V-K 1x2,5 mm2 2019” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 2 m, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x4 mm2” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış, bir hissəsində calağ yeri olan elektrik naqili, bir ədəd təxmini uzunluğu 7 m, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x4 mm2” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 4 m, istifadədə olmuş, üzəri qırmızı rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x2,5 mm2” markalanma göstəricisi olan, diametri 2,9 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd uzunluğu 4 m, istifadədə olmuş, üzəri sarı-yaşıl rəngli izolyasiyalı, üzərində TSE GONKUR BAKİ K07V-K 162,5” markalanma göstəricisi olan, diametri 3,5 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 2 m, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K 1x4” markalanma göstəricisi olan, diametri 4,2 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış, bir hissəsində calağ yeri olan elektrik naqili, bir ədəd təxmini uzunluğu 80 sm, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 8,7 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 50 sm, üzəri qara rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 7,5 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 2,5 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd gümüşü rəngli metaldan korpusu və kilid yeri, qara rəngli dəriyəbənzər materialdan kəməri, içərisində “TİSSOT" yazısı olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 46,74 qram olan qol saatını, bir ədəd üzərində “Angle Grinder, mod 81259N” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş laqonda, bir ədəd yaşıl rəngdə plastik qutuya qablaşdırılmış, üzərində “Metabo BS 12 NİCd, made in Germany” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş tam komplektli dreli, bir ədəd qara rəngdə plastik qutuya qablaşdırılmış, üzərində “Varyaq Pe-920P" markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş tam komplektli perforator, bir ədəd üzərində “HP, Pavilion dv6” markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş, qara rəngdə, fərdi istifadə üçün nəzərdə tutulmuş, “HP” markalı "Pavilion dv6” modelli veb kameralı, qidalandırıcı adaptor ilə birlikdə, üzərində cızıqlar, kiçik zədələr, boya qopuqları müşahidə olunan, alt hissəsində rezin ayaqları yeyilmiş vəziyyətdə olan noutbuk aparatı, müxtəlif təyinatlı (kəlbətin, tikinti əlcəyi və s.) məişət əşyaları, bir ədəd güzgü, bir ədəd yaddaş kartı, bir ədəd xarici görünüşünə istifadə edilmiş, qabağı zəncirbənd ilə bağlanan, göy rəngli qolsuz jilet, bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, açıq qəhvəyi rəngli uzun qol jilet, bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, qəhvəyi rəngli dama-dama köynək, bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, cins materialdan tikilmiş şalvar, bir ədəd rəzə əl-üz dəsmalı, bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, içi süni tərkibli xəzli papaqlı qəhvəyi rəngli qış gödəkcəsi və bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, dəstəyi sınmış qırmızı rəngli yük çantası Zərərçəkmiş şəxs1; bir ədəd 1,5 kv-lıq elektrik mühərriki, bir ədəd böyük ölçülü laqonda və 100 metr elektrik naqili Zərərçəkmiş şəxs2 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 – xx xxxxxx 2019-cu il tarixləri üzrə tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xəzər Rayon Məhkəməsinin 1(003)-388/2019 nömrəli cinayət işi üzrə xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablansın, alınan 01 (bir) il 08 (səkkiz) gün hazırkı hökmlə təyin olunan cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxx 2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd təbii dəridən tikilmiş, xarici görünüşünə görə istifadə edilmiş qəhvəyi rəngli pul qabı, təxmini uzunluğu 18-19 m, təzə vəziyyətdə, üzəri qara rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K lv4” markalanma göstəricisi olan, diametri 3,2 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 3,0 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, üzərində “ERSE KABLO LİE1CEİ-OZ 8x0,50 mm2 VDE Re9-Nz 8358” markalanma göstəricisi olan, ümumi diametri 12,2 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı diametrləri 1,5 mm və 4 ədəd möhkəmləndirici ipdən ibarət olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 8,0 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, hər iki ucu bağlı, üzərində “NKS KABLO CAT 6 S/FTP 4x2x24 AWG 100 DHM +/- 15 DHN: 6638/02” markalanma göstəricisi olan, ümumi diametri 5,8 mm, çox damarlı, ayrı-ayrı izolyasiyalı, tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 9-10 m, istifadədə olmuş, üzəri sarı rəngli izolyasiyalı, üzərində “ASTEL CABLO UTP-CCA CATSE EİA/TİA 568-92 STANDARD İEC 11801-2002” markalanma göstəricisi olan, ümumi diametri 3,9 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,8 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 5 m, istifadədə olmuş, üzəri boz rəngli izolyasiyalı, üzərində “AR-GE KABLO CAT 5 JTF 4x2x24 AWG 100 Ohk” markalanma göstəricisi olan, ümumi diametri 4,9 mm, 8 damarlı, ayrı-ayrı izolyasiyalı, diametri 0,8 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 8 sm, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ Eİ05V-K 1x2,5 mm2 2019” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 2 m, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x4 mm2” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış, bir hissəsində calağ yeri olan elektrik naqili, bir ədəd təxmini uzunluğu 7 m, istifadədə olmuş, üzəri göy rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x4 mm2” markalanma göstəricisi olan, diametri 4,0 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 4 m, istifadədə olmuş, üzəri qırmızı rəngli izolyasiyalı, üzərində “MEK&AN CNYAFİ H05V-K 1x2,5 mm2” markalanma göstəricisi olan, diametri 2,9 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd uzunluğu 4 m, istifadədə olmuş, üzəri sarı-yaşıl rəngli izolyasiyalı, üzərində TSE GONKUR BAKİ K07V-K 162,5” markalanma göstəricisi olan, diametri 3,5 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 2 m, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində “TSE GONKUR BAKİ K07V-K 1x4” markalanma göstəricisi olan, diametri 4,2 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış, bir hissəsində calağ yeri olan elektrik naqili, bir ədəd təxmini uzunluğu 80 sm, istifadədə olmuş, üzəri qara rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 8,7 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 3,4 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd təxmini uzunluğu 50 sm, üzəri qara rəngli izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 7,5 mm, 2 damarlı, ayrı-ayrı izolyasiyalı, damarların diametri 2,5 mm olan çox simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis ərintidən hazırlanmış elektrik naqili, bir ədəd gümüşü rəngli metaldan korpusu və kilid yeri, qara rəngli dəriyəbənzər materialdan kəməri, içərisində “TİSSOT" yazısı olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 46,74 qram olan qol saatını, bir ədəd üzərində “Angle Grinder, mod 81259N” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş laqonda, bir ədəd yaşıl rəngdə plastik qutuya qablaşdırılmış, üzərində “Metabo BS 12 NİCd, made in Germany” markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş tam komplektli dreli, bir ədəd qara rəngdə plastik qutuya qablaşdırılmış, üzərində “Varyaq Pe-920P" markalanması olan, xarici görünüşünə görə istifadə edilmiş tam komplektli perforator, bir ədəd üzərində “HP, Pavilion dv6” markalanma yazıları olan, xarici görünüşünə görə əvvəllər uzun müddət istifadədə olmuş, qara rəngdə, fərdi istifadə üçün nəzərdə tutulmuş, “HP” markalı "Pavilion dv6” modelli veb kameralı, qidalandırıcı adaptor ilə birlikdə, üzərində cızıqlar, kiçik zədələr, boya qopuqları müşahidə olunan, alt hissəsində rezin ayaqları yeyilmiş vəziyyətdə olan noutbuk aparatı, müxtəlif təyinatlı (kəlbətin, tikinti əlcəyi və s.) məişət əşyaları, bir ədəd güzgü, bir ədəd yaddaş kartı, bir ədəd xarici görünüşünə istifadə edilmiş, qabağı zəncirbənd ilə bağlanan, göy rəngli qolsuz jilet, bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, açıq qəhvəyi rəngli uzun qol jilet, bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, qəhvəyi rəngli dama-dama köynək, bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, cins materialdan tikilmiş şalvar, bir ədəd rəzə əl-üz dəsmalı, bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, içi süni tərkibli xəzli papaqlı qəhvəyi rəngli qış gödəkcəsi və bir ədəd xarici görünüşünə görə istifadə edilmiş, dəstəyi sınmış qırmızı rəngli yük çantası Zərərçəkmiş şəxs1; bir ədəd 1,5 kv-lıq elektrik mühərriki, bir ədəd böyük ölçülü laqonda və 100 metr elektrik naqili Zərərçəkmiş şəxs2 qaytarıldığından müvafiq olaraq həmin zərərçəkmiş şəxslərin sərəncamına verilmiş hesab olunsunlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar