Məhkəmə qərarları › İş №1(010)-142/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-142/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-142/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə 04 iyun 1996-cı ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsi, İnqilab İsmayılov küçəsi, nömrəsiz evdə yaşayan, 03 – 04 sentyabr 2021-ci il tarixləri üzrə tutulmuş, 04 sentyabr 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1988-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanı üzrə qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, 03 – 04 sentyabr 2021-ci il tarixləri üzrə tutulmuş, 04 sentyabr 2021-ci il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən ərazisində yerləşən həyət evinə hasardan aşma yolu ilə və evin pəncərəsinin dəmir çərçivəsini sındırmaqla qeyri qanuni yolla həyətə və evə daxil olaraq üzərində 5 (beş) manat dəyərində mobil nömrə olan bir ədəd 400 (dörd yüz) manat dəyərində “Xiomi not 6” markalı mobil telefonu, bir ədəd 280 (iki yüz səksən) manat dəyərində olan “Apple İpods” markalı ötürücülü qulaqcığı, bir ədəd 20 (iyirmi) manat dəyərində dəmir korpuslu fanarı və həyətdən bir ədəd 500 (beş yüz) manat dəyərində “Sport Stles” markalı velosipedi gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1.205 (min iki yüz beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, 3-cü Mədən ərazisində yerləşən həyət evinə hasardan aşma yolu ilə və evin pəncərəsinin dəmir çərçivəsini sındırmaqla qeyri qanuni yolla həyətə və evə daxil olaraq üzərində 5 (beş) manat dəyərində mobil nömrə olan bir ədəd 400 (dörd yüz) manat dəyərində “Xiomi not 6” markalı mobil telefonu, bir ədəd 280 (iki yüz səksən) manat dəyərində olan “Apple İpods” markalı ötürücülü qulaqcığı, bir ədəd 20 (iyirmi) manat dəyərində dəmir korpuslu fanar və həyətdən bir ədəd 500 (beş yüz) manat dəyərində “Sport Stles” markalı velosipedi gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1.205 (min iki yüz beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 01 sentyabr 2021-ci il tarixdə axşam radələrində Bakıxanov qəsəbəsinə getmiş və Təqsirləndirilən şəxs1lə telefon əlaqəsi saxlayaraq həyətə düşməsini bildirmişdir. Xəzərlə söhbət edən zaman ona bildirdi ki, Ceyhunun evində narkotik maddə var. Həmin narkotik maddəni götürüb atmaq üçün Ceyhunun evinə getməyi Xəzərə təklif etdi. Narkotik maddəni götürüb atmaqda məqsədləri heç kimin narkotik maddəni tapmaması və Ceyhunun tutulmaması idi. O, Ceyhunun evində olduğu üçün evi tanıyırdı. Xəzərlə gedərək həmin evə daxil oldular. Evdə çətənə kolu və patı kimi tanıdığı narkotik maddə var idi. Evdən 4 büküm çətənə kolu və patını götürüb çıxdılar. Narkotik maddə ilə yanaşı evdən bir ədəd mobil telefon, bir ədəd telefon qulaqcığı, bir ədəd dəmir fanar və həyətdən velosiped götürdülər. Daha sonra götürdüyü əşyalarla birlikdə Ceyhunun evindən çıxdılar. Mobil telefonu Xəzər, velosipedi isə o, götürdü. Evdən götürdükləri narkotik maddəni, qulaqcığı və dəmir fanarı yolda olan zaman atdılar. Xəzər mobil telefonu, o, isə velosipedi götürərək yaşadığı Günəşli qəsəbəsində yerləşən ünvana gəldi. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman velosipedi onlara qaytardı. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2la qohum olduğu üçün əvvəldən tanışlıqları var. Zərərçəkmiş şəxs isə onun dostudur. 01 sentyabr 2021-ci il tarixdə axşam radələrində evdə olan zaman Təqsirləndirilən şəxs2 həyətə düşməyi üçün ona zəng vurdu və o, da onun yanına həyətə düşdü. Ümidvarla söhbət edən zaman sonuncu Ceyhunun evində narkotik maddə olmasını bildirdi və həmin narkotik maddəni götürüb atmaq üçün Ceyhunun evinə getməyi təklif etdi. Narkotik maddəni götürüb atmaqda məqsədi heç kimin narkotik maddəni tapmamağı və Ceyhunun tutulmaması idi. O, Ceyhunun evini tanımırdı, Ümidvar isə həmin evdə olduğu üçün tanıyırdı. Ümidvarla gedərək evə daxil oldular. Evdə çətənə kolu və patı kimi tanıdığı narkotik maddə var idi. Evdən 4 büküm çətənə kolu və patını götürüb çıxdılar. Narkotik maddə ilə yanaşı evdən bir ədəd mobil telefon, bir ədəd telefon qulaqcığı, bir ədəd dəmir fanar və həyətdən velosiped götürdülər. Daha sonra götürdükləri əşyalarla birlikdə Ceyhunun evindən çıxdılar. Mobil telefonu o, velosipedi isə Ümidvar götürdü. Evdən götürdükləri narkotik maddəni, qulaqcığı və dəmir fanarı yolda olan zaman atdılar. O, mobil telefonu, Təqsirləndirilən şəxs2 isə velosipedi götürərək yaşadığı Günəşli qəsəbəsində yerləşən ünvana getdilər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun yaxın dostudur. Bir müddətdir ki, işləri olduğu üçün bir-biri ilə əlaqə saxlaya bilmirdilər. Təqsirləndirilən şəxs2 isə həmişə onun yanında olub və ailə problemləri olduğu üçün çox vaxt onun evində qalırdı. Bakı şəhəri, Suraxanı rayonu, ünvan 7 ünvanda özü tək yaşayır. 01 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvandan çıxaraq satıcı olaraq fəaliyyət göstərdiyi marketə getdi. 02 sentyabr 2021-ci il tarixdə saat 18 radələrində ailəsinə məxsus həmin evə gəldi. Evə gəldikdə evin darvazasının açıq olduğunu gördü. Həyətə daxil olduqda pəncərənin çərçivəsinin sındırıldığını və evin qapısının zamokunun sındırıldığını və həyətdə olan “Steel Sport” markalı boz yaşıl rəngli 500 manat dəyərində olan velosipedin evə daxil olduqda isə evin dağınıq halda olduğunu koridorda olan stolun üstündə olan üzərində beş manat dəyərində mobil nömrə olan qiyməti 400 manat olan “Xiomi” markalı “Redmi note 6” modelli mobil telefonun, içəri otaqda ütü masasının üstündə olan təxmini dəyəri 280 manat olan “apple aipods” markalı ötürücülü qulaqcığın, təxmini dəyəri 20 manat olan fanarın oğurlandığını aşkar etdi. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1.205 manat maddi ziyan dəymişdir. Oğurlanan əşyalar ona qaytarılmışdır. Təqsirləndirilən şəxslərə qarşı şikayətinin və tələbinin olmadığını bildirir. Təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin müvafiq cinayət əməlini törətməsi faktı təqsirləndirilən şəxslərin səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. 12 noyabr 2021-ci il tarixli 9/7891 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzər alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 410,0 manat müəyyən edilir. O cümlədən: 1 ədəd qara rəngli, “Sport Stles” markalı velosiped – 250,00 manat, 1 ədəd qara rəngli “Xiomi” markalı, “Redmi Note 6” modelli mobil telefon – 160,00. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin yuxarıda göstərilən maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrinin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, 2-ci Qarabağ müharibəsi veteranı olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmadığını, 05 iyul 2007-ci ildən 04 fevral 2008-ci il tarixinədək Kosovo bölgəsində aparılmış sülhməramlı əməliyyatlarda iştirak etdiyini və təltif olunduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiomi” markalı, “Redmi Note 6” modelli mobil telefon və bir ədəd “Sport Stles” markalı velosiped zərərçəkmiş şəxsin anası X1 qaytarıldığından zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab olunmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlundan müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 03 – 04 sentyabr 2021-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 03 – 04 sentyabr 2021-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 24.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Xiomi” markalı, “Redmi Note 6” modelli mobil telefon və bir ədəd “Sport Stles” markalı velosiped zərərçəkmiş şəxsin anası X1 qaytarıldığından zərərçəkmiş şəxsin sərəncamına verilmiş hesab olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlundan müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar