Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-142/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, 28 avqust 2024-cü ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 26 fevral 2025-ci ildə saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərarı ilə «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə saat 02:00 radələrində özünə məxsus idarə etdiyi “Ford Fusion” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, ünvan 3 ünvanının arasından keçən köməkçi yol ilə hərəkətdə olarkən, «X4» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin, yəni sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara, velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməli kimi tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələblərinə riayət etməyərək, gözləmədən qəfil əsas yola çıxıb Qaraçuxur qəsəbəsi istiqamətindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Malibu” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsindən vurmuş, nəticədə idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs burunun yumşaq toxumasının şişkinliyi ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı, hər iki budun qançırları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş, bundan sonra yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, lakin Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü öz yaşadığı küçədən çıxmışdır. Hər dəfə çıxdığı kimi sağa baxmışdır ki, digər maşını buraxsın, amma sola baxmağı çatdırmamışdır. “Chevrolet Malibu” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı markalı maşın onun maşını ilə toqquşmuş və yolun qarşı tərəfindəki 3 maşına dəymişdir. Maşının hava yastığı açılmış, biraz həyəcanlı olmuş və qorxmuşdur. Maşından aşağı düşmüş və elə təəsürat yaranmışdır ki, san ki qarşı maşında adam ölmüşdür. Amma ciddi bir xəsarət olmamışdır. O, “Chevrolet Malibu” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı maşına yaxınlaşmış, görmüşdür ki, sürücü əlini üzünə tutmuş və əli qanamışdır. Yaxınlıqda olan kafedən su gətirmiş və hal-əhvalını soruşmuşdur. Sonra növbətçi-təhqiqatçı hadisə yerinə gəlmişdir. Maşınları evakuatora qoymuşdur. Təhqiqatçı sənədləri götürmüş və Suraxanı Rayon Polis İdarəsinə gəlməsini bildirmişdir. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını və müvafiq cinayət təqibinə xitam verilməsini, lakin Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə isə bəraət hökmünün qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. İlkin təhqiqat və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir: “Ford Fusion” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobil özünə məxsusdur. Həmin avtomobili 2024-cü ilin əvvəllərindən idarə edir. Uzaq tanışı olan Ömər adlı şəxs kollecdə oxuduğundan evdə qalması üçün ona yer vermişdir. Elnur isə Ömərin dostu kimi Ömərinin yanına gəlib getdiyindən Elnuru da tanımışdır. Ara sıra həmin şəxslərlə oturub söhbətlər etmişlər. Hadisə baş verən gün dostu Yaqubla özü yaşadığı evdə olan zaman saat təxminən 18 radələrində Ömər və Elnur evə gəlmişlər. Onlarla görüşdükdən sonra birlikdə olurub xeyli söhbətlər etmişlər. Saat təxminən 02 radələrində Elnur yaşadığı evə getmək üçün yola rəvan olmaq istəmiş, bu zaman onu yolun ortasınadək düşürdəcəyini bildirmiş və birlikdə evdən çıxmışlar. Bu zaman dostu Yaqub avtomobildə qarşıda sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuş, özü isə sükanın arxasına keçmişdir. Elnur isə salonun arxa hissəsində sərnişin üçün nəzərdə tutulan yerdə oturmuşdur. Beləliklə saat təxminən 02 radələrində yaşadıqları evin qarşısından yola rəvan olmuşlar. Ara məhəllələrlə fırlanaraq yola çıxan zaman, “Veteranlar parkı" kimi tanıdıqları parkın iki binanın arasından məhəllə arası yol ilə əsas yola çıxan zaman sürəti tənzimləyə bilməmiş və qəflətən yola çıxmışdır. Həmin vaxt idarə etdiyi avtomobil Yeni Günəşli qəsəbəsi istiqamətindən gələn “Chevrolet Malibu” markalı avtomobilin sağ hissəsinə çırpılmış, zərbənin təsirindən həmin avtomobil yolun əks istiqamətinə çıxaraq orada durmuş vəziyyədə olan “Hyundai” markalı **-XR-*** dövlət nömrə nişanlı və “Prius” markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobillərə dəyərək ziyan vurmuşdur. Barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilən cinayət işi üzrə bəraət alsa da, həmin iş üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə barəsində hökm verilmişdir. xx.xx.2024-cü il il tarixdə azadlığa çıxmışdır. Bu səbəbdən məhkumluğunun ödənilmədiyindən yol-nəqliyyat hadisəsi üzrə isə Elnura heçnə etməyəcəklərini düşündüyündən Elnura hadisənin onun tərəfindən törədilməsini bildirməsini xahiş etmişdir. Həmin zaman Elnur onunla razılaşmışdır. Özü isə Yaqubla həmin an avtomobildən düşərək yaxında yerləşən kafeyə getmişlər. Bir qədər sonra isə taksiyə oturaraq evə getmişlər. Hadisə zamanı hadisəni etiraf etməməyinə görə peşmandır. Hadisə özü tərəfindən törədilmişdir. Hadisə zamanı avtomobili saatda 20-30 km sürətlə idarə etmiş, sadəcə hadisə baş verən əsas yola çıxan zaman yolu qəfil çıxdığından soldan gələn avtomobili görməmişdir”. Zərərçəkmiş şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. Lakin 13 may 2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur. İşi ilə əlaqədar məhkəmə proseslərində üzrlü səbəbdən iştirak edə bilmir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir: “xx.xx.2024-cü il tarixdə saat təxminən 02 radələrində özünə məxsus idarə etdiyi “Chevrolet Malibu” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi ilə üzü Bakıxanov qəsəbəsinə doğru baş yol ilə hərəkətdə olan zaman anidən hərəkət istiqamətinin sağ tərəfində, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindən ani məqamda “Ford Fusion” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ hissəsindən dəymişdir. Zərbənin təsirindən avtomobili yoldan çıxaraq yolun əks istiqamətində dayanan “Toyota Prius” və “Hyundai” markalı avtomobillərə çırpılmışdır. Hadisə nəticəsində əsasən burnundan və bədəninin digər nahiyələrindən xəsarət almışdır. Qəzadan az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə zamanı idarə eldiyi avtomobildə özündən başqa heç kəs olmamışdır”. Zərərçəkmiş şəxs istintaq zamanı Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur və təqsirləndirilən şəxsin barəsində aparılan araşdırmaya xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, avtomaşının sahibidir. Hadisə vaxtı ölkə ərazisində olmamışdır. Hadisə barədə sürücü Şahid1 məlumat almışdır. Danışıqlar olmuş və maşını götürüb düzəldib qaytarmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, avtomobilə ziyan dəymiş, ziyanı sığorta qarşılamışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir: “özünə məxsus "Toyota Prius" markalı **-UF-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili etibarnamə ilə idarə etməsi üçün tanışı Şahid1 vermişdir. Kamal hərdən qeyd olunan avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. xx.xx.2024-cü il tarixdə səhər radələrində Kamal ona zəng vurub bildirmişdir ki, həmin günü gecə saat 00 radələrində idarə etdiyi "Toyota Prius" markalı **-UF-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yolun kənarında saxlayıb çay içmək üçün yaxınlıqdakı kafeyə gedibdir. Təxminən 2 saat sonra çöldən səs küy eşidib çölə çıxanda görübdür ki, "Chevrolet Malibu" markalı avtomobil onun avtomobilinə dəyibdir. Özü hadisənin necə baş verməsi barədə ondan maraqlanmış, həmin zaman Kamal ona demişdir ki, hadisə yerinə yaxınlaşdıqdan sonra orada olan tanımadığı şəxslərdən soruşub ona məlum olmuşdur ki, hadisə yerində olan "Ford Fusion" markalı avtomobil həmin "Chevrolet Malibu" markalı avtomobilin yoluna çıxıb həmin avtomobillə toqquşmuş. "Chevrolet Malibu" markalı avtomobil də zəbədən idarəçiliyi itirib onun avtomobilinə və yolun kənarında dayanıqlı vəziyyətdə olan "Hyundai 130" markalı avtomobilə dəyibdir. Hadisə zamanı özünün avtomobilində heç kəs olmamışdır”. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, hadisə çoxdan olmuşdur. Sərxoş vəziyyətdə toydan gəlmişdir. Getmişdir ki, Elməddini ziyarət etsin. Elməddingildə oturmuşar, sonra demişdir ki, onu aparıb yola salacaqdır. Elməddin öz işçisi ilə birlikdə olmuşdur. Bildirmişdir ki, avtoyumaya gedərək oranın suyunu bağlasınlar. Həmin zaman məhlənin arası ilə çıxanda avtomobil onlara dəymişdir. Görmüşdür ki, heç kimdə xəsarət yoxdur, buna görə də taksi ilə evə getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, avtomobil Elməddinin olmuşdur. Avtomobili Elməddin idarə edtmiş, o, Elməddinin yanında öndə oturmuşdur. Avtomobil onlara dəymiş, onlar avtomobilə yox. Yol Polisini cağırmışlar. Görmüşdür ki, heç kim də xəsarət yoxdur taksi ilə getmişdir. Avtomobildəki digər şəxs Elməddinin Elnur adlı işçisi olmuşdur. Hadisədən uzun müddət keçdiyi üçün istintaqda verdiyi ifadənı xatırlamır. İstintaqda verdiyi ifadəni təstiq edir. Avtomobili Elməddin idarə etmişdir. O, taksiyə minib gedəndə Elməddin hadisə yerində qalmışdır. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir: “Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, aralarında dostluq münasibətləri vardır. Şahid2 isə Elməddinə görə tanımışdır. Elnurla da, aralarında normal münasibəti vardır. Hər iki şəxslə də, aralarında heç bir vaxt ədavət və ya düşmənçiliyi olmamışdır. Elməddinin özünə məxsus “Ford Fusion” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobili vardır. xx.xx.2024-cü il tarixdə Elməddinin yaşadığı evdə idi. Həmin günü saat 18 radələrində Elnur və onun tanışı Ömər gəlmiş, xx.xx.2024-cü il tarixə keçən gecə Elnur yaşadığı evə getmək üçün çıxmaq istəmiş, həmin zaman Elməddin ona bildirmişdir ki, yolun bir hissəsinədək özünə məxsus avtomobillə aparıb onu düşürsün. Belə olub birlikdə evdən çıxmışlar. Elməddinin “Ford Fusion” markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobilində qabaq oturacaqda, Elnur isə arxa oturacaqda əyləşmişdir. Avtomobili isə Elməddin özü idarə etmiş, Ömər də, özü tək çıxıb getmişdir. Gecə saat 02 radələrində ara məhəllələrlə fırlanaraq yola çıxan zaman, “Veteranlar parkı” kimi tanıdıqları parkın arasından iki binanın arasından məhəllə arası yol ilə əsas yola çıxanda Elməddin idarəçiliyi itirmiş və qəflətən yola çıxmışdır. Həmin vaxt Elməddinin idarə etdiyi avtomobil Yeni Günəşli qəsəbəsi istiqamətindən gələn “Chevrolet Malibu” markalı avtomobilin sağ hissəsinə çırpılmış, zərbənin təsirindən həmin avtomobil yolun əks istiqamətinə çıxaraq orada dayanıqlı vəziyyədə olan “Hyundai İ30” markalı və “Toyota Prius” markalı avtomobillərə dəymişdir. Hadisədən sonra Elməddin Elnurdan xahiş etmişdir ki, hadisəni guya Elnur törədibdir. Belə ki, Elməddin bildirmişdir ki, barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə höküm olduğundan, məhkumluğu ödənilməmişdir, buna görə də, gələcəkdə ağır cəza ala bilər. Lakin, Elnurun heç bir məhkumluğu olmadığından, ona heçnə edilməyəcəyini bildirmiş, Elnur da, onunla razılaşmışdır. Bundan sonra özü və Elməddin avtomobildən düşüb yaxınlıqda yerləşən kafeyə getmişlər. Bir qədər sonra isə taksiyə oturaraq evə getmişlər. Sonradan isə Elməddin törətdiyi əməldən peşman olaraq hadisəni özünün törətdiyini etiraf etmişdir. Eladisə zamanı özü, Elməddin və Elnur heç bir xəsarət almamışlar. Buna görə də, fərdi qaydada gedib məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmiş və hazırda da heç bir xəsarəti olmadığı üçün ekspertizadan keçməkdən imtina edir. Hadisədən əvvəl Elməddin spirtli içki qəbul etməmişdir. Hadisə ilə bağlı heç kəsdən heç bir şikayət və tələbi yoxdur”. Şahidlər Şahid2, Şahid1, Şahid4 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir: “Ömər adlı dostu Elməddingilin evində yaşadığından özü isə Ömərin yanına gəlib getdiyindən 1 il ərzində Elməddinlə yaxın dostluq-yoldaşlıq münasibətləri olmuşdur. Hadisə baş verən gün Ömərlə birlikdə şəhərdə gəzən zaman saat təxminən 17 radələrində şəhərdən çıxaraq Elməddingilin yaşadığı Suraxanı rayonu, Qaraçuxur məscidinin yanında yerləşən evlərinə yollanmışlar. Evə çatdıqda Elməddin və Elməddinin dostu Yaqubun evdə olmasını görüb onlarla görüşmüşlər. Saat təxminən 02 radələrinədək Elməddingilin yaşadığı evdə özü, Ömər, Elməddin və Yaqub oturub söhbət etmişlər. Saat 02 radələrində oradan çıxıb həmin vaxt yaşadığı Nərimanov rayonunda yerləşən evə yollanmaq istəmiş, bu zaman Elməddin onu yarı yoladək aparacağını bildirmişdir. Beləliklə özü, Elməddin və Yaqub Elməddinə məxsus olan “Ford Fusion” markalı avtomobilə oturaraq yola rəvan olmuşlar. Həmin vaxt özü avtomobilin salonunun arxa hissəsində, Elməddin sükan arxasında, Yaqub isə qabağda sərnişin üçün nəzərdə tutulmuş yerdə oturmuşdur. Elməddin məhəllə arası sürərək fırlanırdı. Bir qədər sonra “Veteranlar parkı” adlanan parkın arasından keçən yoldan əsas yola çıxan zaman Elməddin əsas yolu gözləmədiyindən Yeni Günəşli tərəfdən gələn “Chevrolet Malibu” markalı avtomobilin sağ hissəsindən avtomobili vurmuşdur. Həmin vaxt həmin avtomobil yolun əks istiqamətinə çıxaraq orada durmuş vəziyyətdə olan “Hyundai” markalı **-XR-*** dövlət nömrə nişanlı və “Prius” markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobillərə dəyərək ziyan vurmuşdur. Hadisə baş verən kimi Elməddin ona özünün barəsində məhkəmədə işinin olduğunu və sükan arxasına onun keçərək hadisənin onun tərəfindən törədilməsini boynuna almağım xahiş etmişdir. Bu zaman onunla razılaşmış, avtomobildən qapılan açaraq düşmüşlər və özü avtomobilin qarşısına keçərək hadisənin özünün tərəfindən törədilməsini bildirmişdir. Elməddin və Yaqub isə yaxınlıqda yerləşən kafeyə getmişlər. Bu zaman Ələkbərin burnunu tutmasını görüb ona yaxınlaşmış və sürücülük vəsiqəsinin olmadığını bildirərək ona kömək etməsini xahiş etmişdir. Lakin Ələkbər artıq polisə məlumat verdiyini və əlindən bir işin gəlmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlib sənədləşmə aparmışlar”. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir: “Şahid3 məxsus "Toyota Prius" markalı **-UF-*** qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edib taksi fəaliyyəti ilə məşğul olur. Qeyd olunan avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə saat 00 radələrində idarə etdiyi "Toyota Prius" markalı **-UF-*** qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində saxlayıb çay içmək üçün yaxınlıqdakı kafeyə getmişdir. Təxminən 2 saat sonra çöldən səs küy eşitmiş və çıxanda görmüşdür ki, "Chevrolet Malibu" markalı qeydiyyat nişanını xatırlamadığı avtomobil onun idarə etdiyi avtomobilə dəyibdir. Hadisə yerinə yaxınlaşdıqda ona məlum olmuşdur ki, hadisə yerində olan "Ford Fusion" markalı avtomobil həmin "Chevrolet Malibu" markalı avtomobilin yoluna çıxıb həmin avtomobillə toqquşması nəticəsində "Chevrolet Malibu" markalı avtomobil sürüşüb onun avtomobilinə və yolun kənarında dayanıqlı vəziyyətdə olan "Hyundai İ30" markalı avtomobilə dəyibdir. Hadisə zamanı özünün avtomobilində heç kəs olmamışdır. "Ford Fusion" markalı avtomobilin sürücüsü isə xəsarət almışdı, "Ford Fusion" markalı avtomobildə sürücüdən başqa heç kəs olmamış, həmçinin "Hyundai İ30" markalı avtomobildə də hadisə zamanı heç kəs olmamışdır. Hadisə yerində olan əvvəlcədən tanımadığı, sonradan adını bildiyi Elnur adlı şəxs bildirmişdir ki, "Ford Fusion" markalı avtomobili özü idarə edibdir və hadisəni özü törədibdir”. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir: “özünə məxsus "Hyundai İ30" markalı **-XR-*** qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili baş etibarnamə ilə idarə etsə də, mülkiyyət hüququ özünə məxsusdur, maddi vəziyyəti ilə bağlı olaraq avtomobili alandan sonra qeydiyyat şəhadətnaməsini öz adma sənədləşdirməmişdir. Qeyd etmək istəyir ki, təxminən bir aydır ki, həmin avtomobilini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində avtomobillərin təmiri sexinin qarşısında saxlamışdır. xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin əməkdaşları ona məlumat vermişlər ki, həmin günü gecə radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özünün qeyd olunan yerdə dayanıqlı vəziyyətdə olan avtomobilinə başqa bir avtomobilin dəyməsi nəticəsində qəzalı vəziyyətə düşmüşdür. Belə ki, sonradan ona məlum olmuşdur ki, "Ford Fusion" markalı avtomobil köməkçi yoldan baş yola hərəkət edən zaman əsas yol ilə hərəkət etmiş "Chevrolet Malibu" markalı avtomobil ilə toqquşmuş, toqquşma nəticəsində "Chevrolet Malibu" markalı avtomobil yolun kənarında dayanıqlı vəziyyətdə olan özünün avtomobilinə və "Toyota Prius" markalı avtomobilə dəymişdir. Hadisə baş verən zaman özü evdə olmuşdur. Həmçinin sonradan bilmişdir ki, hadisə zamanı "Toyota Prius" markalı avtomobildə də, heç kəs olmamış, yalnız hadisə nəticəsində "Ford Fusion" markalı avtomobilin sürücüsü xəsarət alıbdır”. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir: “təxminən 1 il olar ki, “Hyundai Matrix” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində idarə etdiyi avtomobil ilə müştəri düşürtməyə gəlmişdi. Müştərini düşürdükdən sonra saat təqribən 02 radələrində “Veteranlar Parkı” adlanan parkın qarşısında avtomobili saxlayaraq hava alan zaman “Veteranlar parkının” arasından keçən yoldan “Ford Fusion” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobil parkın arasından əsas yola çıxan zaman Yeni Günəşli qəsəbəsindən gələn avtomobilləri gözləməli olsa da, yola qəfil çıxmışdır. Bu zaman Yen Günəşli qəsəbəsi istiqamətindən gələn “Chevrolet Malibu" markalı ag rəngli 99-XH- 961 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsindən vurmuşdur. Zərbənin təsirindən “Chevrolet” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq orada durmuş vəziyyətdə olan vəziyyətdə olan “Hyundai” markalı **-XR-*** dövlət nömrə nişanlı və “Toyota Prius” markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobillərə dəyərək ziyan vurmuşdur. Həmin vaxt azda olsa özünün avtomobilinə də hadisə təsir etmiş, lakin heç bir ziyan dəymədiyindən şikayət etmək fikri yoxdur. Bu zaman hadisəni törədən “Ford Fusion” markalı avtomobilə baxmışdır. Həmin an avtomobilin qabaq qapıları açılmış, sürücü və sərnişin tərəfdən 2 nəfər şəxs çıxaraq yaxınlıqda olan kafeyə getmişlər. Həmin şəxsləri izlədikdə görmüşdür ki, kafeyə çatdıqdan az sonra avtomobilin sürücüsü olan şəxs digərinə avtomobildə pul kisəsinin qaldığını və həmin pul kisəsini gedib avtomobildən götürməsini bildirmişdir. Bu zaman avtomobildə sərnişin qismində oturan şəxs “Ford Fusion” markalı avtomobilə yaxınlaşaraq pul kisəsini avtomobildən götürmüş və həmin şəxslər hadisə yerindən uzaqlaşmışlar. Bu zaman “Chevrolet Malibu” markalı avtomobilin sürücüsü avtomobildən çıxaraq yavaş yavaş özünə gəldikdən sonra burnunu tutaraq polis zəng etmişdir. Həmin vaxt hadisəni törədən şəxslərin hadisə yerindən uzaqlaşdıqlarını demiş, həmin an kənardan adını sonradan bildiyi Şahid2 çıxaraq hadisənin onun tərəfindən törədilməsini bildirmişdir. Ona yalan danışmamasını və hadisəni törədən şəxslərin həmin ərazidən uzaqlaşdıqlarını gördüyünü bildirdikdə Elnur təkidlə hadisənin onun tərəfindən törədilməsini bildirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşaları gəlmiş və sənədləşmə aparılmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri barədə 29 aprel 2024-cü il tarixli, 3-16-16/2-8/724 nömrəli rəydən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, Ford Fusion markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, Chevrolet Malibu markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Xaliq oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri barədə 06 iyun 2024-cü il tarixli, 3-16-16/2-8/1370 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Fusion markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Chevrolet Malibu markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs Xaliq oğlunun hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqtəyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 tərəfindən verilmiş 12 fevral 2024-cü il tarixli 101 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs Xaliq oğlunun məhkəmə-tibbi ekspertizasına, tibbi sənədlərə (X3 tərtib olunmuş tibbi sənədlər) əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara əsasən Zərərçəkmiş şəxs Xaliq oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət – burunun yumşaq toxumasının şişkinliyi ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən sınığı, hər iki budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 10 fevral 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində idarə etdiyi avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Suraxanı Rayon Polis İdarəsinin 12 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X1 Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmasına dair heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3-cü maddələri təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 69.3-cü maddələri tətbiq edilməklə 08 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, həbsdə saxlanıldığı müddət cəzasına hesablanmaqla cəzası çəkmiş hesab edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi” haqqında 01 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsinin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin 04 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə yaxalanaraq Suraxanı Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Suraxanı Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qərarı ilə seçilmiş «həbs» növündə qətimkan tədbiri «ev dustaqlığı» növündə qətimkan tədbiri ilə əvəz olunmuş, «ev dustaqlığı» növündə qətimkan tədbirinin tətbiqinə 06 mart 2025-ci ildən başlanmışdır. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə araşdırma aparır və məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun həmin maddə üzrə etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ərizələrini tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş ekspert rəyi və digər iş materialları ilə sübuta yetirildi. Təqsirləndirilən şəxs həmin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirə biləcək hal mövcud deyil. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək hala gəldikdə isə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin qüvvəsinə düşdüyündən, yəni böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıra biləcək başqa hal da mövcud deyil. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə və «ev dustaqlığı»nda saxlanması müddətləri ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası faktiki olaraq çəkilmiş hesab olunmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixindən 04 sentyabr 2025-ci il tarixinədək “həbs” və «ev dustaqlığı»nda saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını faktiki çəkmiş hesab edilməli və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilməli və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsn. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixindən 04 sentyabr 2025-ci il tarixinədək “həbs” və «ev dustaqlığı»nda saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs cəzasını faktiki çəkmiş hesab edilsin və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası saxlanılsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilsin və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 256 (iki yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 35 (otuz beş) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 385 (üç yüz səksən beş) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-142/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-142/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver