Məhkəmə qərarları › İş №1(010)-143/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-143/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-143/2021 08.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Qafarov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 19.02.2019-cu il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi, ünvan 3 ünvanın qarşısında yerləşən saxlanc yeri hesab edilən ərzaq mağazasının plastik qapısının dəmir barmaqlığının qıfılını sındırıb mağazaya qanunsuz daxil olaraq, oradan bloku 25 manat qiymətində olan cəmi 50 manat dəyərində 2 blok «Kent-8» markalı siqareti, bloku 25 manat qiymətində olan 50 manat dəyərində «Kent-4» markalı siqareti, bloku 15 manat qiymətində olan 45 manat dəyərində 3 blok «Viceroy» markalı siqareti, 25 manat qiymətində olan 1 blok «Davidoff Gold» markalı siqareti, 19 manat qiymətində olan 1 blok «West Silver» markalı siqareti, bloku 25 manat olan cəmi 75 manat qiymətində 3 blok «Davidoff Blue» markalı siqareti, hər biri 10 manat olmaqla, cəmi 20 manat dəyərində 2 ədəd 750 ml. «Banketnaya» arağı, 1 kq-ı 8 manat olan 16 manat dəyərində 2 kq «Servelat» kolbasasını və kassada olan 150 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 23.05.2019-ci il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs9 qızma məxsus, ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq, başqa saxlanc yeri hesab edilən hasarlanmış həyətində olan 230 manat dəyərində olan “Varteks” markalı velosipedi və 60 manat dəyərində olan samovarı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 290 (iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 24.10.2019-cu il tarixdə, saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs3 məxsus, ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq, mətbəxin plastik pəncərəsini sındırıb evə qanunsuz daxil olaraq, hamamdan 50 manat dəyərində “Bosch” markalı 20 lt-lik qızdırıcısını, 27 manat dəyərində su krantını, mətbəxdən 80 manat dəyərində su qızdırıcısını, hər biri 50 manat qiymətində olan cəmi 100 manat dəyərində “Marquis” markalı MKP62-2 modelli su motorunu (hidrafonla birlikdə), 300 manat dəyərində olan 300 metr uzunluğunda 2x4 mm-lik mis elektrik naqilini, hər biri 10 manat qiymətində olmaqla, cəmi 20 manat dəyərində olan çilçırağı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 577 (beş yüz yetmiş yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 10.11.2019-cu il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs5 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 54 ünvada yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olduqdan sonra, evin plastik pəncərəsini sındırıb içəri qanunsuz daxil olaraq, oradan 200 manat dəyərində olan 200 metr uzunluqda 2x4 ölçüdə olan mis elektirik naqilini, 50 manat dəyərində olan hamam duşunu və su krantı dəstini və 15 manat dəyərində olan istifadə olunmuş, üzərində “Elektirik Drill” yazılar olan kiçik ölçülü elektrik drelini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs5 265 (iki yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 19.11.2019-cu il tarixdə, saat 03 radələrində vətəndaş Zərərçəkmiş şəxs4 məxsus, ünvan 6 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olduqdan sonra, evin plastik pəncərəsini sıxıb açmaqla içəri qanunsuz daxil olaraq, oradan 600 manat dəyərində “Samsung” markalı kondisionerini, həyətdəki hamamtualetdən 200 manat dəyərində “Ariston” markalı su qızdırıcısını, 40 manat dəyərində “Cardinal” markalı unitazı, 100 manat dəyərində “Amica” markalı əl-üz yuyanı və 40 manat dəyərində “Marquis” markalı su motorunu (hidrafonla birlikdə) gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 980 (doqquz yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu Təqsirləndirilən şəxslə 21.11.2019-cu il tarixdə, saat 18 radələrində vətəndaş Zərərçəkmiş şəxs22 məxsus, ünvan 7 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olduqdan sonra, evin hamam-tualetin plastik pəncərəsini sındırmaqla içəri qanunsuz daxil olaraq, dəhlizdən 5 manat dəyərində istifadə olunmuş, üzərində “FSC” fərqlənmə nişanı olan kişi idman ayaqqabısını, 10 manat dəyərində göy rəngli istifadə olunmuş kişi idman köynəyini və yataq otağından 600 manat və 60 manat qəpik pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs22 675 (altı yüz yetmiş beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib bu Təqsirləndirilən şəxslə 28.11.2019-cu il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs6 məxsus, Bakı şəhəri, ünvan 8 ünvanda yerləşən saxlanc yeri hesab edilən mağazanın damma çıxıb lambirin tavanı söküb içəri qanunsuz daxil olaraq mağazadan 1 qutusunun qiyməti 1 manat 70 qəpik olan 30 qutu “West” markalı, 1 qutusunun qiyməti 3 manat olan 40 qutu “Kent-4” markalı, 1 qutusunun qiyməti 1 manat 60 qəpik olan 25 qutu “Classik” markalı, 1 qutusunun qiyməti 2 manat 80 qəpik olan 40 qutu “VVinston” markalı, 1 qutusunun qiyməti 3 manat olan 31 qutu “Kent-8” markalı, 1 qutusunun dəyəri 1 manat 90 qəpik olan 40 qutu “Rothmans" markalı, 1 qutusunun dəyəri 1 manat 40 qəpik olan 42 qutu “Prima” markalı siqaretləri və kassada olan 20 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 570 manat 80 qəpik (beş yüz yetmiş manat 80 qəpik) maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 01.12.2019-cu il tarixdə, saat 22 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus, ünvan 9 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin taxta qapsının tentini cırıb həyətə qanunsuz daxil olduqdan sonra evin zirzəmisinin də qapısının taxta dirəyini çıxardıb qanunsuz daxil olaraq, oradan 1 ədəd 50 manat qiymətində kiçik dəmir kəsən aparatı, 1 ədəd 150 manat dəyərində böyük ölçüdə olan elektirik dəmir kəsən aparatı, 1 ədəd 70 manat dəyərində olan dreli və 300 manat dəyərində olan 1 ədəd perforatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 570 (beş yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 05.12.2019-cu il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs7 məxsus, ünvan 10 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra, həyətyanı sahədə olan başqa saxlanc yeri hesab edilən toyuq hinindən hər birinin qiyməti 30 manat olan cəmi 210 manat dəyərində 7 ədəd ördəyi və hər birinin qiyməti 20 manat olan 40 manat qiymətində 2 ədəd toyuğu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 250 (iki yüz əlli) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 12.12.2019-cu il tarixdə, saat 18 radələrində vətəndaş Zərərçəkmiş şəxs21 məxsus, ünvan 11 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə hasardan aşıb qanunsuz daxil olduqdan sonra evin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq otaqda olan dolabın içərisindən 200 manat pul, həyətdə olan başqa saxlanc yeri hesab edilən yarımtikilidən isə 45 manat dəyərində “Marqius” markalı su matorunu, 50 manat dəyərində alüminium qazan və aşsüzəni və 100 manat dəyərində olan 150 metr elektrik kabelini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs21 395 (üç yüz doxsan beş manat) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 13.12.2019-cu il tarixdə, saat 03 radələrində vətəndaş Zərərçəkmiş şəxs20 məxsus, ünvan 12 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə açıq qapıdan qanunsuz daxil olduqdan sonra evin həyətində olan başqa saxlanc yeri hesab edilən qarajın qıfılını sındırmaqla qanunsuz daxil olaraq oradan 1 ədəd 100 manat dəyərində “Bosch” markalı perforator, 1 ədəd 100 manat dəyərində “Bosch” markalı elektrik dəmir kəsəni, 1 ədəd 60 manat dəyərində “Bosch” markalı dreli və 20 manat dəyərində olan gödəkcəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs20 280 (iki yüz səksən manat) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 16.12.2019-cu il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs15 məxsus, ünvan 13 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olduqdan sonra, həyətdəki başqa saxlanc yeri hesab edilən dolabdan 1 ədəd 40 manat qiymətində olan manqalı, hər biri 3 manat olmaqla 36 manat dəyərində olan 12 ədəd şişi, 50 manat dəyərində olan 10 İt-lik döşəmə üçün lakı, 28 manat dəyərində olan 10 lt-lik emulsiyanı, 50 manat dəyərində olan 10 lt-lik tavana vurmaq üçün boyanı, 10 manat dəyərində olan 1 ədəd yanacaqla işləyən qaynaq lampasını, 80 manat dəyərində olan soyuducunun motorunu söküb çıxartmaqla, 10 manat dəyərində olan 12 ədəd “Vaz-21011” markalı avtomobilə aid olan əyləc nakladkalarını, hər biri 5 manat olmaqla cəmi 10 manat dəyərində 2 ədəd beli, 5 manat dəyərində olan 1 ədəd dırmığı, 15 manat dəyərində olan 1 ədəd elektrik qaynaq aparatını, 40 manat dəyərində olan “Bosch” markalı elektrik laqundanı, 20 manat dəyərində olan istifadə olunmuş, üzərində “Electric Drill” yazıları olan J1Z-10 modelli elektirik dreli, 20 manat dəyərində olan istifadə olunmuş “Avto Stac” markalanma nişanı olan elektrik gücləndiricisini və 20 manat dəyərində olan istifadə olunmuş 1 ədəd “Homayun Gas” markalanma nişanı olan qaz balonuııu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs15 434 (dörd yüz otuz dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 20.12.2019-cu il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs8 məxsus, ünvan 32-də yerləşən başqa saxlanc yeri hesab edilən dəmir qarajın böyür tərəfini söküb qanunsuz daxil olduqdan sonra oradan hər birinin qiyməti 5 manat olan cəmi 250 manat dəyərində olan 50 dəst uşaq paltarını və 1 ədədinin qiyməti 10 manat olmaqla, 20 manat dəyərində olan 2 ədəd istifadə olunmuş üstü qızılı rəngli mürəbbə qabını, 1 ədədinin qiyməti 15 manat olmaqla 75 manat dəyrəində olan 5 ədəd istifadə olunmuş şəffaf xrustal meyvə qablarını, 1 ədəd 20 manat dəyərində istifadə olunmuş qızılı rəngli gül qabı, 1 ədəd 10 manat dəyərində istifadə olunmuş qızılı rəngli çaynik, 1 ədədinin qiyməti 2 manat olmaqla 26 manat dəyərində olan 13 ədəd istifadə olunmuş xrustal stəkanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 401 (dörd yüz bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 16.01.2020-ci il tarixdə, saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs11 məxsus, ünvan 14 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq, evin çöl divarına quraşdırılmış 700 manat dəyərində olan “Sparta” markalı kombini və həyətdəki tumbuçkada olan 180 manat dəyərində “Samsung” markalı mikrodalğalı sobanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 880 (səkkiz yük səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 17.01.2020-ci il tarixdə, saat 12 radələrində vətəndaş Zərərçəkmiş şəxs10 məxsus, ünvan 15 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq, evin plastik pəncərəsinin dəmir barmaqlığını söküb çıxardaraq pəncərədən evə qanunsuz daxil olub 200 manat dəyərində olan “Toshiba” markalı, “Satallite M600” modelli noutbuku, 1 ədəd 180 manat dəyərində olan “Philips” markalı elektirik üzqırxanı, 400 manat dəyərində qızıl boyunbağı və klon dəstini və 40 manat dəyərində olan elektrik dəmir kəsəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 820 (səkkiz yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 27.01.2020-ci il tarixdə, saat 01 radələrində vətəndaş X2 məxsus, ünvan 16 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq, evin zirzəmisinə qanunsuz daxil olub hər biri 300 manat qiymətində olmaqla cəmi 600 manat dəyərində iki ədəd elektrik dəmir kəsən aparatı, hər birinin qiyməti 60 manat olmaqla cəmi 180 manat dəyərində 3 ədəd kombi aparatın hava çəkən fanini, 200 manat dəyərində olan mis elektrik naqilini və 100 manat dəyərində olan “VAZ-2106” markalı avtomobilə məxsus olan difer ehtiyat hissəsini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs19 1080 (min səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 30.01.2020-ci il tarixdə, saat 07 radələrində vətəndaş Zərərçəkmiş şəxs12 məxsus, ünvan 17 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq, evin plastik pəncərəsini açmaqla içəri qanunsuz daxil olub, evdən 1100 manat dəyərində 1 ədəd “Acer” markalı noutbuku və hər biri 5 manat olmaqla 20 manat dəyərində olan 4 ədəd “Pars Shahab” işıq plafonlarını və 50 manat dəyərində olan 1 ədəd “Marquis” markalı su motorunu (hidrafonla birlikdə) gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 1170 (min yüz yetmiş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 05.02.2020-ci il tarixdə, saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs13 məxsus, ünvan 18 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq, evə qanunsuz daxil olub 250 manat dəyərində olan “Samsunq” markalı, “Smart-4” modelli, 101 diaqonal televizoru və 50 manat dəyərində olan yun yorğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs13 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 18.02.2020-ci il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs14 Sair qızma məxsus, ünvan 19 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq, həyətdə olan 250 manat dəyərində “ Saft” markalı velosipedi və hamamdan 150 manat dəyərində su qızdırıcısını gizli olaraq talayıb, zərərçəkmiş şəxs İ.S.Yaşayevaya 400 (dörd yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 20.02.2020-ci il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs16 məxsus, ünvan 20 ünvanda yerləşən saxlanc yeri hesab edilən aptekin lambirin dam örtüyünü kəsib deşməklə aptekə qanunsuz daxil olaraq kassada olan 300 manat nəğd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs16 300 (üç yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 26.02.2020-ci il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs18 məxsus, ünvan 21 ünvanda yerləşən saxlanc yeri hesab edilən avtomobil təmiri sexinin qapısı üzərində olan qıfılı sındırıb qanunsuz daxil olaraq, 1 ədədi 50 qəpik olmaqla cəmi 400 manat dəyərində olan 800 ədəd 8-lik bolt, “Hunday” markalı avtomobilə məxsus 1 ədədi 100 manat dəyərində olmaqla cəmi 1000 manat dəyərində olan 10 ədəd amortizatoru, “Mazda” markalı avtomobilə məxsus 1 ədədi 200 manat dəyərində olan, cəmi 1600 manat dəyərində olan 8 ədəd amortizatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs18 3000 (üç min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 15.03.2020-ci il tarixdə, saat 01 radələrində vətəndaş Zərərçəkmiş şəxs17 məxsus, ünvan 22 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin hasarından aşıb həyətə qanunsuz daxil olaraq, evin arxa tərəfində olan saxlanc yeri hesab edilən tikilinin qapısının qıfılını sındırıb, oradan cəmi 140 manat dəyərində olan qazanları, cəmi 150 manat dəyərində olan 6 ədəd ləyənaltıları, 1 ədəd 25 manat dəyərində qaz peçini, 1 ədəd 300 manat dəyərində olan samovarı, 1 ədəd 40 manat dəyərində olan elektrik sacını, 20 manat dəyərində olan 20 metr uzunluqda şlanqı, 1 ədəd 30 manat dəyərində su motorunu, 1 ədəd 150 manat dəyərində işıq tənzimləyicisini və 100 manat dəyərində olan hamam aksessuarlarını (duş, su krantı, güzgü) gizli olaraq talayıb, Zərərçəkmiş şəxs17 955 (doqquz yüz əlli beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu Təqsirləndirilən şəxslə 06.05.2020-ci il tarixdə, saat 02 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus, ünvan 9 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinin qapsının qıfılını sındırıb həyətə qanunsuz daxil olduqdan sonra, evin zirzəmisinin də qapısının qıfılını sındırıb qanunsuz daxil olaraq, oradan 1 ədəd 120 manat qiymətində elektrik dəmir kəsən aparatını, 1 ədəd 160 manat dəyərində “Borch” markalı perforator aparatını, 1 ədəd dəyəri 370 manat olan elektrik mişarını, 1 ədəd dəyəri 30 manat olan dreli, 1 ədəd dəyəri 60 manat olan mismar vurmaq üçün istifadə olunan elektrik aparatını, 1 ədəd dəyəri 20 manat olan elektrik dəmir kəsəni, 1 ədəd dəyəri 30 manat olan dreli gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 790 (yeddi yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Qafarov Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, 2019-cu ilin fevral ayında gecə saat 02 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsində 4 yol deyilən yerdən keçərkən, ərzaq mağazasını görüb oradan oğurluq etmək qərarına gəlmiş, mağazanın plastik qapısının dəmir barmaqlığının qıfılını özü ilə götürdüyü dəmir parçası ilə sındırıb qapını açmış, bundan sonra mağazaya girmiş və piştaxtalarda olan «Kent-8», «Kent-4», «Davidoff», «West» markalı siqaret bloklarını, 2 ədəd «Banketnaya» arağını, bir qədər də kolbasanı oğurlayıb sellofan torbaya yığmış, sonra isə kassa qutusunu açanda orada da təxminən 150 manat pul olmasını görüb oğurlamışdır. Oğurladığı siqaretləri, araqları və kolbasanı aparıb müvəqqəti yaşadığı ünvan 23 ünvanda yerləşən evdə gizlətmiş, sonra həmin siqaretlərin çox hissəsini xatırlamadığı yerdə küçə ticarəi ilə məşğul olan şəxslərə ucuz qiymətə satmış, əldə etdiyi pulu isə yemək və içkiyə verib xərcləmiş, 2 ədəd araq və kolbasaları isə özü istifadə etmişdir. Oğurladığı siqaretlərdən «Kent-4» və «West» siqaret blokları istintaq zamanı evindən aşkar edilib götürülmüşdür. Bundan sonra o, 2019-cu ilin may ayının axırlarında gecə saat 2-də Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində gəzibdolaşarkən, bir həyət evinin işıqlarının yanmadığını görüb, oradan oğurluq etmək qərarına gəlmiş, evdə yaşayış olmadığından tam əmin olmaq üçün guya kimisə çağırmaq bəhanəsi ilə həyət dərvazasını döymüş və kimsə olmadığından tam arxayın olduqdan sonra hasardan aşıb həyətə düşmüşdür. Həmin vaxtı həyətdə olan 1 ədəd qırmızı-qara rəngli velosipedi və 1 ədəd samovarı oğurlamışdır. Oğurladığı əşyaları aparıb müvəqqəti yaşadığı evdə gizlətmişdir. 1 ədəd velosipedi səhəri günü aparıb Sabunçu rayonunda «Rus bazarı» deyilən yerdə 150 manata satmışdır. 1 ədəd samovarı isə evində gizlətmiş və istintaq zamanı bu samovar aşkar olunub götürülmüşdür. Bundan başqa o, 2019-ju ilin oktyabr ayında, saat 01 radələrində Suraxanı qəsəbəsi ərazisində olarkən, bir həyət evinin işıqlarının yanmadığını görüb, oradan oğurluq etmək qərarına gəlmiş, evdə yaşayış olmadığından tam əmin olmaq üçün guya kimisə çağırmaq bəhanəsi ilə həyət dərvazasını döymüş və kimsə olmadığından tam arxayın olduqdan sonra hasardan aşıb həyətə düşmüş, evin qapısı seyf qapısı olduğundan aça bilməmiş, evə girmək üçün yer axtaranda, mətbəxin pəncərəsini özüylə götürdüyü dəmir parçası ilə sındırıb açmış və oradan mətbəxə, oradan isə hamama keçmiş, hamamdan su qızdırıcısını divardan söküb çıxartmışdır. Bundan başqa hamamdan su krantını da oğurlamış, həmin əşyaları pəncərədən çıxardıb hasarın dibinə yığmış, sonra isə mətbəxə qayıtmış və mətbəxdə olan su qızdırıcısını, 2 ədəd su motorlarını hidrafonla birlikdə oğurlamışdır. Həmin əşyaları da aparıb hasarın yanına qoyduqdan sonra yenidən mətbəxə qayıtmış və orada olan elektirik naqillərini və 2 ədəd də çilçırağı oğurlamış, oğurladığı bütün əşyaları özüylə götürdüyü böyük bir torbaya yığıb, oğurluq etdiyi evdən aralanıb getmişdir. Oğurladığı əşyaları aparıb müvəqqəti yaşadığı evdə gizlətmiş, həmin əşyaların böyük bir qismini həm Sabunçu rayonunda yerləşən «Rus Bazarı» deyilən yerdə, həm də Neftçilər metrostansiyasının yanında səyyar bazarda tanımadığı şəxslərə satmışdır. Əşyaları alan şəxslər onların oğurluq yolu ilə əldə edilməsini bilməmişlər. Oğurladığı əşyalardan 02 ədəd «Marquis» markalı su motoru hidrafonla birlikdə və 1 ədəd su qızdırıcısı istintaq zamanı yaşadığı evindən aşkar edilib götürülmüşdür. Bundan sonra o, 2019-cu ilin noyabr ayında gecə saat 02 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində gəzib-dolaşarkən, bir həyət evinin işıqlarının yanmadığını görüb, oradan oğurluq etmək qərarına gəlmiş, evdə yaşayış olmadığından tam əmin olmaq üçün guya kimisə çağırmaq bəhanəsi ilə həyət dərvazasını döymüş və kimsə olmadığından tam arxayın olduqdan sonra daş hasardan aşıb həyətə düşmüşdür. Həyətə girəndən sonra evin plastik pəncərəsini dəmir alətlə sındırıb açaraq, içəri girmişdir. Qaranlıqda yandıranın işığı ilə otaqlara keçəndə, digər əşyaların çox böyük olmasını görüb oğurlaya bilməmiş, otaqlardan birində bükülmüş vəziyyətdə mis elektirik naqillərin olmasını görüb, həmin elektirik naqillərini oğurlamışdır. Sonra isə 1 ədəd elektirik dreli və hamamdan hələ quraşdırılmamış təzə vəziyyətdə olan su kranını və duş dəstini də oğurlamışdır. Oğurladığı əşyaları aparıb müvəqqəti yaşadığı evdə gizlətmişdir. Mis naqili zibillikdə əridib içərisindən çıxan təxminən 1 kq misi yadında qalmayan metal qəbulu sexlərindən birində 6 manata satmışdır. Həmçinin su krantını və duş dəstini də aparıb Suraxanı bazarında tanımadığı bir şəxsə satmışdır. Əldə etdiyi pulu isə yemək və içkiyə verib xərcləmişdir. 1 ədəd dreli isə satmamış və istintaq zamanı evindən aşkar olunub götürülmüşdür. Bundan sonra o, 2019-cu ilin noyabr ayında gecə saat 03 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində gəzib-dolaşarkən, bir həyət evinin işıqlarının yanmadığını görüb, oradan oğurluq etmək qərarına gəlmiş, evdə yaşayış olmadığından tam əmin olmaq üçün guya kimisə çağırmaq bəhanəsi ilə həyət dərvazasını döymüş və kimsə olmadığından tam arxayın olduqdan sonra daş hasardan aşıb həyətə düşmüşdür. Evin plastik pəncərəsini sıxıb açmaqla içəri daxil olmuşdur. Evdəki «Samsung» markalı kondisioneri və təzə əl-üz yuyanı oğurlamaq qərarına gəlmiş, həmin əşyalar böyük olduğundan, yaşadığı evə gedərək, həyətində olan əl arabasını götürüb həmin ünvana qayıtmış, bundan sonra evdən əvvəlcə «Samsung» markalı kondisioneri sökmüş, sonra isə həyətdəki hamamdan su qızdırıcısını, təzə vəziyyətdə olan unitazı, əl-üz yuyanı, həyətdəki çənin yanından isə su motoru ilə birlikdə qidrafonu oğurlamışdır. Oğurladığı əşyaları ehtiyyatla hasardan aşırıb arabaya yığmış və evinə aparmışdır. Həmin əşyalardan 1 ədəd «Samsung» markalı kondisioneri və su qızdırıcısını aparıb Sabunçu rayonunda yerləşən «Rus bazarı» deyilən yerdə cəmi 300 manata satmış, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, yerdə qalan əşyaları isə sata bilmədiyindən evində saxlamış və istintaq zamanı oğurladığı su motoru, əl-üz yuyan və unitaz evindən aşkar olunub götürülmüşdür. Bundan başqa o, 2019-ju ilin noyabr ayında, saat 18 radələrində Suraxanı qəsəbəsində hərkətdə olub, oğurluq etmək Təqsirləndirilən şəxs ilə evləri gözdən keçirmiş, bir evi görüb evdə kimsənin olubolmamasını müəyyənləşdirməkdən ötrü dəmir darvazanı bərkdən döymüş, kimsə çıxsaymış deyəcəkmiş ki, guya səhv ünvana gəlmişdir. Ancaq darvazanın döyülməsinə cavab verən olmadığından bilmiş ki, evdə kimsə yoxdur. Buna görə də dərvazanın yanından divara dırmaşıb həyətə düşmüş, evin dəmir seyf qapısı bağlı olduğundan özüylə götürdüyü montirovka ilə balaca plastik nəfəsliyi əyib yerindən çıxartmış, sonra isə həmin pəncərə yerindən hamam- tualet olan yerə düşmüşdür. Oradan da evin dəhlizinə çıxmış, evin saxlanc yerlərini axtarmış və yataq otağında güzgülü şkafın qabağından təxminən 600 manat pul və çoxlu qəpik pullar olan sellofan torbanı görüb oğurlamışdır. Dəhlizdən keçib çıxmaq istəyəndə, dəhlizdə kişi idman ayaqqabısı və idman köynəyini görüb özü geyinmək üçün onları da oğurlamış və nəfəslikdən həyətə çıxıb oradan uzaqlaşıb getmişdir. Oğurladığı pulları yeməyə, siqaret və içkiyə verib xərcləmişdir. İdman ayaqqabısı və köynək isə əyninə olmadığından, yaşadığı evdə qalmışdır. Həmin idman ayaqqabısı ilə köynək istintaq zamanı yaşadığı evdən aşkar olunub götürülmüşdür. Bundan sonra o, 2019-cu il noyabr ayının axırlarında Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində olarkən, gecə saat 02 radələrində əvvəlcədən görüb yerini təyin etdiyi mağazadan oğurluq etmək qərarına gəlmiş, bu Təqsirləndirilən şəxslə mağazaya bitişik olan hasara dırmaşıb mağazanın tavanına çıxmış və özüylə götürdüyü kəsici alətlə tavanın lambirin örtüyünü kəsib girmək üçün yer açmışdır. Sonra isə həmin yerdən mağazanın içinə girmiş və kassanın yanında olan siqaretlər yığılmış piştaxtadan «Kent», «West», «Classik» və s. çeşidli siqaretləri oğurlayıb sellofan torbaya yığmışdır. Bundan başqa kassanın gözlüyündə olan təxminən 20 manata yaxın qəpik pulları da oğurlamışdır. Sonra isə girdiyi yerdən də çıxaraq mağazadan çıxıb getmişdir. Oğurladığı siqaretləri aparıb müxtəlif yerlərdə küçədə siqaret satan köşklərə paylamış, sonunjulara bildirmiş ki, guya özü də mağaza işlətmiş, lakin müflis olduğu üçün siqaretləri dəyər dəyməzinə satmaq qərarına gəlmişdir. Bu qaydada oğurladığı siqaretləri satıb qutarmışdır. Oğurladığı 20 manat pulu və satdığı siqaretlərdən əldə etdiyi pulu isə yemək və başqa təlabatlarına verib xərcləmişdir.Bundan sonra o, 2019-cu ilin dekabr ayının əvvəlində, saat 22 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində işıqların yanmadığını görüb, orada kimsə olmamasını bilmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həyətin taxta qapısını çıxardıb kənara qoymuş və həyətə girmişdir. Sonra evin zirzəmisinin də qapısının dirəyini çıxarıb, zirzəmiyə girib, oradan 1 ədəd böyük laqunda, 1 ədəd kiçik laqunda, 1 ədəd drel və 1 ədəd perforatoru oğurlamışdır. Oğurladığı əşyaları satmaq üçün yaşadığı evə gətirmişdir. Lakin həmin əşyaları sata bilmədiyindən, onlar evində qalmışdır. 29.03.2020-ci il tarixdə istintaq zamanı evindən oğurladığı 2 ədəd laqunda, 1 ədəd drel və 1 ədəd perforator aşkar olunub götürülmüşdür. Bundan sonra, o, 2019-cu ilin dekabr ayının əvvəllərində oğurluq etmək Təqsirləndirilən şəxs ilə Suraxanı rayonunun A.Rzayev küçəsi tərəfdə gəzib-dolaşarkən, gejə saat 02 radələrində fərdi yaşayış evlərindən birinin balaca həyət qapısının keçirmə qıfılla bağlı olmasını görmüş və sındırmağa ehtiyac olmadığından qapını açıb həyətə boylanmışdır ki, qiymətli bir şey olsa, əlinə keçirib aparsın. Həmin vaxtı həyətin arxa tərəfində toyuq hini olmasını görüb oradan oğurluq etmək qərarına gəlmiş və sakitcə hinə yaxınlaşıb qapısını açmışdır. Bundan sonra isə səs-küy salmadan hindən 7 ədəd kök ördəyi və 2 ədəd də toyuğu oğurlayıb, özüylə əvvəlcədən götürdüyü böyük torbaya yığmışdır. Sonra isə həyətdən çıxıb getmiş və evə getmədən birbaşa Suraxanı bazarı istiqamətdə getmiş və bazarın arxa tərəfmə çatandan sonra bir dalanacaq tapıb, səhərin açılmasını gözləmişdir. Səhər açılanda isə oğurladığı ördəkləri biri 20-25 manatdan olmaqla tanımadığı şəxslərə satmış, toyuqların isə ikisini 30 manata tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulu şəxsi təlabatlarına verib xərcləmişdir. Bundan sonra, o, 2019-ju ilin dekabr ayında, təxminən saat 18 radələrində Yeni Suraxanı qəsədəsində yerləşən evdən oğurluq etmək qərarına gəlmiş, evin darvazasını döydükdən sonra, orada heç kimin olmadığı qənaətinə gəlmiş, fərdi yaşayış evinin həyətinə hasardan aşıb daxil olduqdan sonra, 1 mərtəbəli evin pəncərəsini əli ilə itələyib açmış və pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra dolabdakı qabın altında 200 manat pulu görüb oğurlamışdır. Otaqdan çıxanda isə pəncərəni səliqə ilə bağlamışdır. Sonra həyətdəki yarımtikiliyə baxmış və oradan qutunun içərisində olan təzə su motorunu, elektirik kabelini və bir neçə ədəd alüminium qazanları oğurlamışdır. 200 manat pulu xərcləmiş, alüminium qazanları və mis kabeli tanımadığı şəxslərə satmışdır. 1 ədəd su motorunu isə sata bilmədiyindən, evində gizlətmiş və bu motoru istintaq zamanı təqdim etmişdir. Bundan sonra o, 2019-cu ilin dekabr ayında, gecə saat təxminən 02-03 radələrində Bakı şəhəri, Suraxanı rayonunun Əmircan qəsəbəsində küçədə gəzərkən, həyət evlərindən birinin həyət dərvazasının olmadığını görüb, oradan oğurluq etmək qərarına gəlmişdir. Bu Təqsirləndirilən şəxslə həyətə girmiş, sonra isə evin 1-ci mərtəbəsinin qapısı olmayan qarajına girmişdir, qarajın içərisindəki qapının asma qıfılını dəmir boru alətlə sındırmışdır. Bundan sonra içəri girib 1 ədəd perforatoru, 1 ədəd laqundanı və 1 ədəd dreli oğurlamışdır. Bundan başqa həyətdə paltar sərgisində olan köhnə gödəkcəni də oğurlamışdır. Həmin gödəkcəsini bir müddət geyindikdən sonra satmışdır. Oğurladığı digər əşyaları isə Sabunçu bazarında cəmi 70 manata tanımadığı şəxsə satmışdır. Bundan sonra o, 2019-cu il dekabr ayında, gecə saat 02 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində həyət evlərindən oğurluq etmək Təqsirləndirilən şəxs ilə gəzib-dolaşarkən, həyət evlərindən birinin işığının yanmadığını görmüş və evdə kiminsə olub-olmamasını dəqiqləşdirmək üçün darvazanı döymüşdür. Cavab verən olmadıqda bilmişdir ki, evdə kimsə yoxdur. Buna görə də darvazanın yanından dırmaşıb həyətə düşmüşdür. Həyətdə çoxlu məişət əşyaları olmuşdur. Belə qərara gəlmişdir ki, həmin məişət əşyalarını hissə-hissə oğurlasın. Bu Təqsirləndirilən şəxslə əvəlcə həyətdə olan manqal və şişləri, döşəmə lakı, emulsiya və boyaları oğurlamışdır. Boya və emulsiya qablarını özüylə götürdüyü torbaya yığmış, manqal ilə şişləri isə bir əlinə alıb yaşadığı evə aparmışdır. Sonra isə səhəri günü axşam saat 02 radələrində həmin evdə yaşayanın qayıdıb-qayıtmamasını yoxlamaq üçün oraya getmiş və bilmişdir ki, evdə yaşayış yoxdur. Oğurluğu davam etdirmək üçün yenə də hasardan aşıb həyətə düşmüş və bu dəfə qaynaq lampası, avtomobil nakladkalarını, bel, dırmıq, elektirik qaynağı oğurlayıb aparmış və evində gizlətmişdir. Həmin evdə yaşayış olmamasından arxayın olmuş, buna görə də səhəri günü gecə saat 01 radələrində həmin evə gedərək eyni qaydada divardan aşıb həyətə düşmüş və soyuducunun motorunu söküb çıxartmışdır. Bu dəfə özüylə araba da aparmış, həmin həyətdən başqa dəmir kəsən, elektirik tənzimləyicisi və sair yadında qalmayan əşyaları oğurlayıb arabaya yığmış və oğurladığı əşyaları aparıb evində saxlamışdır. Bundan sonra oğurladığı əşyaların bir qismini, eləcə də soyuducunun motorunu aparıb Neftçilər metrostansiyasının yanında küçə ticarəti ilə məşğul olan tanımadığı şəxslərə satmış və əldə etdiyi pulu özü üçün xərcləmişdir. Həmin yerdə məişət əşyaları satıldığından, kimsə satdığı əşyaları oğurladığını bilməmişdir. Maşın nakladkalarını isə Suraxanı ərazisində, ancaq konkret olaraq xatırlamadığı ünvanda balaca bir avtomobil təmiri yerində işləyən şəxsə cəmi 40 manata satmışdır. Həmin şəxsə demişdir ki, evdə xəstə uşağı vardır, ehtiyac üzündən avtomobilinə aldığı nakladkaları satır. Həmin şəxs də ona inanmışdır. Həmin evdən oğurladığı əşyalardan elektirik dreli, elektirik dəmir kəsəni, elektirik tənzimləyicisi və qaz balonunu isə sata bilmədiyindən gətirib evdə saxlamış və istintaq zamanı həmin əşyalar aşkar olunub götürülmüşdür. Bundan sonra o, 2019-cu ilin dekabr ayının axırlarında, gecə saatlarında Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində oğurluq etmək Təqsirləndirilən şəxs ilə gəzib-dolaşarkən, bir küçədə olan qarajı görüb oradan oğurluq etmək qərarına gəlmiş, qarajın qapısı qıfıl ilə bağlı olduğundan, səs-küy salmamaq üçün özüylə götürdüyü montirovka ilə qarajın yan tərəfdən dəmir listini bir-birindən ayırıb, içəri keçmişdir. Yandıranın işığı ilə ətrafı işıqlandırdıqda yerdə olan karton qutularda boşqab, stəkan və meyvə qabları dəsti olmasını görüb oğurlamış, bundan başqa, qarajın bir tərəfində sellofan torbada təzə vəziyyətdə olan uşaq paltarlarını da oğurlamışdır. Bundan sonra qarajdan çıxıb, oğurladığı əşyaları aparıb müvəqqəti yaşadığı evdə gizlətmiş, səhəri günü həmin uşaq paltarlarını və qabları Sabunçu rayonunda yerləşən «Rus Bazarı» deyilən yerdə səyyar bazarda tanımadığı şəxslərə satmışdır. Əşyaları alan şəxslər onların oğurluq yolu ilə əldə edilməsini bilməmişlər. Ancaq qabların bir neçəsini sata bilmədiyindən, gətirib evində saxlamışdır. İstintaq zamanı oğurladığı xrustal meyvə və mürəbbə qablarını, gül qabı və stəkanlar evindən aşkar olunub götürülmüşdür. Bundan sonra o, 2020-ci ilin yanvar ayının ortalarında, yəni təxminən 16-na keçən gecə saat 01 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi ilə hərəkətdə olub, oğurluq etmək Təqsirləndirilən şəxs ilə evləri gözdən keçirtmiş, küçədə həyət evinin işıqlarının sönülü olmasını görüb kimsənin olub-olmamasını müəyyənləşdirməkdən ötrü dəmir dərvazanı bərkdən döymüşdür. Kimsə çıxsaymış deyəcəkmiş ki, guya səhv ünvana gəlmişdir. Ancaq dərvazanın döyülməsinə cavab verən olmadığından bilmişdir ki, evdə kimsə yoxdur. Buna görə də dərvazanın yanından divara dırmaşıb həyətə düşmüşdür. Evin dəmir seyf qapısı bağlı olduğundan aça bilməmişdir. Həmin vaxtı cəhd etsə də, pəncərələrin dəmir barmaqlığını da sındıra bilməmişdir. Çünki barmaqlıqlar divara yaxşı bərkidilmişdir. Buna görə də evin çöl divarına quraşdırılmış 1 ədəd kombi aparatını söküb çıxartmışdır. Həyətin sol küncündə olan balaca taxta şkafdan isə 1 ədəd mikrodalğalı sobanı oğurlayıb həyətdən çıxmışdır. Həmin əşyaları evində gizlətmişdir. Növbəti günlərin birində kombi aparatını aparıb Sabunçu rayonunda yerləşən «Rus Bazarı» deyilən yerdə 250 manata satmışdır. Əldə etdiyi pulu isə şəxsi təlabatlarına xərcləmişdir. Oğurladığı 1 ədəd mikrodalğalı sobanı isə sata bilmədiyindən, evində gizlətmişdir. Həmin mikrodalğalı soba istintaq zamanı evindən aşkar olunub götürülmüşdür. Bundan sonra 2020-ci ilin yanvar ayının ortalarında, gecə saat 12 radələrində oğurluq etmək Təqsirləndirilən şəxs ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi ilə hərəkətdə olarkən, dalan kimi bir yerə girib üstü dəmir asmalı olan qara rəngli yaraşıqlı darvazası olan həyət evini görmüşdür. Evdə kimsənin olub-olmamasını müəyyənləşdirməkdən ötrü dəmir dərvazanı bərkdən döymüşdür. Kimsə çıxsaydı deyəcəkmiş ki, guya səhv ünvana gəlmişdir. Ancaq dərvazanın döyülməsinə cavab verən olmadığından bilmişdir ki, evdə kimsə yoxdur. Buna görə də darvazanın yanından divara dırmaşıb həyətə düşmüşdür. Evin dəmir sevf qapısı bağlı olduğundan özüylə götürdüyü montirovka ilə plastik pəncərənin dəmir barmaqlığını əyib yerindən çıxartmışdır. Sonra isə həmin dəmir alətlə sıxıb pəncərəni açmış və oradan otağa girmişdir. Sonra isə pul və ya qızıl əşyalar ələ keçirmək üçün otaqları axtarmış, həmin vaxtı otaqlardan birində dolabın siyirtməsindən qızıl boyunbağı və klonu tapıb oğurlamışdır. Digər otaqdan isə 1 ədəd markası yadında qalmayan noutbuk və üzqırxan maşını oğurlamışdır. 3cü otağa girib axtaranda başqa şey əlinə keçmədiyindən, döşəmənin üstündə olan 1 ədəd elektirik dəmir kəsəni görüb oğurlamışdır. Oğurladığı əşyaları özüylə götürdüyü torbaya yığmış və hasardan keçib küçəyə düşmüş və xəlvətcə uzaqlaşmışdır. Oğurladığı qızıl boyunbağı ilə qızıl klonu Qara Qarayev metrostansiyasının yaxınlığında, dəqiq yeri yadında qalmayan qızıl alış-satışı mağazalarından birində 150 manata satmışdır. Qızılın özünə məxsus olmasını, anasının xəstə olması səbəbindən dərman almaq üçün satdığını demişdir. Növbəti günlərin birində isə digər əşyaları satmaq üçün Sabunçu rayonunda yerləşən «Rus Bazarı» deyilən yerə aparmışdır. Həmin vaxtı üzqırxan maşını 40 manata sata bilsə də, dəmir kəsən maşını sata bilməmişdir. Buna görə də dəmir kəsən elektirik maşını gətirib evində saxlamışdır. Eyni zamanda 1 ədəd noutbuku da kompüter mağazalarına aparsa da, sənədləri olmadığından sata bilməmişdir. Buna görə həmin noutbuku da gətirib evində saxlamışdır. İstintaq zamanı həmin noutbuk ilə elektirik dəmir kəsəni evindən aşkar olunub götürülmüşdür. Bundan başqa, o, 2020-ci il yanvar ayının axırlarında əvvəllər avtomobilini təmir etdiyi üçün qiyabi olaraq tanıdığı Adil adlı şəxsin yaşadığı evin zirzəmisində olan dəmir alətləri oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu Təqsirləndirilən şəxslə 27.01.2020-ci il tarixə keçən gecə, saat 01 radələrində o, Adilin yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsində yerləşən həyət evinə getmişdir. Evin hasarından aşıb, həyətə daxil olmuş, evin zirzəmisinin yanında dayanıb ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra hissə-hissə 2 ədəd dəmir kəsəni, 3 ədəd kombi motorunu, işlənmiş vəziyyətdə olan 1 ədəd elektirik naqilini, Vaz-2106 markalı avtomobilə aid olan difer ehtiyyat hissəsini zirzəmidən çıxardıb dərvazanın yanına yığmışdır. Sonra zirzəmidən çıxıb qapısını örtmüşdür. Sonra oğurladığı əşyaları həyətdən çölə çıxartmış və özü ilə gətirdiyi əl arabasına yığıb yaşadığı evə apararaq gizlətmişdir. Oğurladığı əşyalardan 1 ədəd dəmir kəsəni səyyari şəkildə metal qəbulu ilə məşğul olan şəxə 20 manata satmışdır. Həmin pulu da tanımadığı şəxsdən aldığı narkotik vasitəyə görə vermişdir. Oğurladığı digər əşyaları istintaq zamanı həyətindən götürüb istintaqa təqdim etmişdir. Bundan sonra o, onunla eyni küçədə, yəni Suraxanı rayonu, Bülbülə qəsəbəsi S. Bəhlulzadə küçəsində yerləşən evlərdən birində yaşayan kişi və qadının hər gün səhər saat 07 radələrində evdən çıxıb işə getmələrinin və axşam saatlarında onlar işdən qayıdana kimi evlərində kimsənin olmamasım bir neçə dəfə müşahidə edərək, özlüyündə dəqiqləşdirmişdir. Buna görə də qərara almışdır ki, növbəti dəfə həmin evdə yaşayan kişi ilə qadın evdən çıxanda, evə girib oğurluq etsin. Bu Təqsirləndirilən şəxslə də 2020-ci il yanvar ayının axırında, səhər saat 07 radələrində həmin evə yaxınlaşmış və oğlan ilə qadının evdən çıxıb çöl dərvazanı bağlayaraq getmələrini izləmişdir. Həmin qadının oğlanın anası olmasını güman etmişdir. Onlar gedən kimi, ətrafa baxıb adam olmamasından arxayın olduqdan sonra hasardan aşıb həyətə düşmüşdür. Sonra evin plastik pəncərəsini özüylə götürdüyü kəlbətinlə sıxıb açaraq, yataq otağına daxil olmuşdur. Şkafın gözlüklərini, çarpayıların altını və tıımbuçkaları axtarsa da, pul və ya qızıl tapa bilməmişdir. Buna görə də evdən əliboş çıxmamaq üçün otaqda olan noutbuku oğurlamışdır. Digər otaqda isə 3-4 ədəd işıq plafonları olmuş və həmin işıq plafonlarını da oğurlamışdır. Həyətə çıxıb getmək istəyəndə isə həyətdə su motorunu görmüş və həmin su motorunu da oğurlamışdır. Oğarlıdığı əşyaları özüylə götürdüyü torbaya yığıb hasarı aşaraq həyətdən çıxmışdır. Sonra isə oğurladığı əşyaları yaşadığı evə aparmışdır. Səhəri günü 1 ədəd noutbuku götürüb Sabunçu rayonunda yerləşən «Rus bazarı» deyilən yerə satmaq üçün aparmış, lakin noutbuku orada sata bilmədiyindən, avtobusa minib Qara Qarayev metrosunun çıxışına getmiş və və gəlib-keçən şəxslərə notbuku uşağının xəstə olması bəhanəsi ilə pula ehtiyacı olmasını deyərək satmağı təklif etmişdir. Tanımadığı həmin şəxslərdən biri 200 manat verərək noutbuku ondan almışdır. Həmin noutbukun markasını xatırlamır. Əldə etdiyi pulu yemək və içkiyə verib xərcləmişdir. Oğurladığı 4 ədəd işıq plafonunu və 1 ədəd su motorunu isə sonra satmaq üçün evində saxlamışdır. İstintaq zamanı həmin 1 ədəd su motoru və 4 ədəd işıq plafonu evindən aşkar olunub götürülmüşdür. Bundan sonra o, 2020-ci ilin fevral ayının təxminən 5-də gecə saat 01 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində oğurluq etmək üçün gəzərkən, bir həyət evinin işıqlarının yanmadığını görüb, evdə adam olmamasını başa düşmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə evin darvazasını döymüş və evdə həqiqədən də kimsənin olmadığından tam əmin olduqdan sonra daş hasardan aşıb həyətə girmişdir. Sonra isə evin qapısını itələyəndə, qapı açılmışdır. Evə girib bəzi yerlərə baxsa da, pul və ya qızıl tapa bilməmişdir. Buna görə də otağın baş tərəfində olan 1 ədəd «Samsung» markalı televizoru oğurlamışdır. Bundan başqa otaqdan 1 dəst yorğanı görüb götürmüşdür ki, evdə özü istifadə etsin. Həyətə çıxıb gedəndə, küçədə ayaq səsləri eşitdiyindən, daha sürətlə getməyə başlamışdır. Bu zaman yorğan ona mane olduğundan, yorğanı tullamışdır. Oğurladığı 1 ədəd «Samsung» markalı televizoru sonra aparıb satmaq üçün yaşadığı evdə gizlətmişdir. Lakin başqa oğurluqlar da edərək oğurladığı əşyaları hissə-hissə satdığından, həmin televizoru satmayıb evində saxlamışdır. İstintaq zamanı həmin 1 ədəd «Samsung» markalı televizor evindən aşkar olunub götürülmüşdür. Bundan sonra, o, 2020-ci ilin fevral ayının ortalarında saat 02 radələrində Əmirjan qəsəbəsinin Bəhlulzadə küçəsindən keçərkən, bir həyət evinin işıqlarının yanmadığını görüb evdə adam olmamasını başa düşmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə evin darvazasını döymüş və evdə həqiqədən də kimsənin olmadığından tam əmin olduqdan sonra daş hasardan aşıb həyətə girmişdir. Həmin vaxtı həyətdə 1 ədəd velosipedi görüb oğurlamaq qərarına gəlmişdir. Sonra isə hamama girmiş və divara quraşdırılmış su qızdırıcısını söküb çıxartmaqla oğurlamışdır. Sonra isə oğurladığı velosipedi və su qızdırıcısını divardan aşırıb küçəyə düşmüş və həmin yerdən xəlvətcə uzaqlaşmışdır. Oğurladığı əşyaları yaşadığı evə aparmışdır. 1 ədəd su qızdırıcısını səhəri günü aparıb Sabunçu rayonunda yerləşən «Rus bazarı» deyilən yerdə 90 manata tanımadığı şəxsə satmışdır. Həmin şəxs də su qızdırıcısının oğurluq yolu ilə əldə etməyini bilməmişdir. 1 ədəd qırmızı-qara rəngli velosipedi isə yaşadığı evdə gizlətmişdir ki, sonra aparıb satsın. Lakin başqa oğurluqlar da edərək, oğurladığı əşyaları hissə-hissə satdığından, həmin velosipedi satmamışdır. İstintaq zamanı həmin 1 ədəd velosiped evindən aşkar olunub götürülmüşdür. Bundan sonra o, 2020-cu il fevral ayının axırlarında, gecə saat 02 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində küçədə gəzib-dolaşırmış ki, münasib ev və ya mağaza olsa, oğurluq etsin. Bu Təqsirləndirilən şəxslə özüylə montirovka götürmüşdür ki, oğurluq edəndə, qapı və ya pəncərəni aça bilsin. Həmin vaxtı küçənin sağ tərəfində aptek görmüşdür. O, aptekin damına dırmaşıb, ucu sivri olan dəmir alətlə damın lambirin örtüyünü kəsib qopartmış və girmək üçün yer açaraq, içəri girmişdir. Bundan sonra o, birbaşa kassaya yaxınlaşmışdır. Kassada 10, 20 və 50 manatlıqlardan ibarət 300 manat pul olmuşdur. Həmin pulu oğurladıqdan sonra stolları ayağının altına qoyub girdiyi yerdən, yəni tavandan çıxıb getmişdir. Oğurladığı 300 manat pulu yemək və digər xərclərimə xərcləyib qurtarmışdır. Həmin puldan özünə hər hansı əşya almamışdır. Bundan sonra o, 2020-ji ilin fevral ayının sonlarında Suraxanı rayonunun X.Ələkbərov küçəsində yerləşən avtomobil təmiri sexindən oğurluq etmək qərarına gəlmiş, bu Təqsirləndirilən şəxslə saat təxminən 2 radələrində sexin qapısı üzərində olan qıfılı sındırıb ora daxil olmuşdur. Sexin içərisində girişdən sol tərəfdə təxminən 20-30 ədəd paslı bolt-qayka olan qutuları, 5-6 ədəd içərisində köhnə dəmirdən olan maşın təmiri üçün istifadə olunan açarlar olan qutunu, içərisində amortizatorlar olan qutuları oğurlayıb, özüylə götürdüyü kisənin içərisinə yığmışdır. Bundan sonra oğurladığı əşyaları çölə çıxartmışdır. Sonra isə yoldan təsadüfən keçən tanımadığı Mercedes markalı taksini saxlatmış və oğurladığı əşyaları yığdığı kisəni taksiyə qoymuşdur. Yeni Suraxanı qəsəbəsində yerləşən «Köhnə bazar» deyilən yerə getmiş və tanımadığı səyyar metal yığan şəxslərə oğurladığı avtomobil təmiri avadanlıqlarını kilosu 18 qəpikdən olmaqla satmışdır. Oğurladığı bolt, qayka və digər təmir alətlərinin çəkisi 32 kq olmuş və həmin əşyaları metal şəklində 11 manata satmışdır. Əşyaları alan şəxs onların oğurluq olmasını bilməmişdir. Bundan sonra o, 2020-cu il mart ayının ortalarında, gecə saat 01 radələrində Suraxanı qəsəbəsində həyət evlərindən oğurluq etmək Təqsirləndirilən şəxs ilə gəzib-dolaşarkən, həyət evlərindən birinin dəmir darvazasını döymüş, evdən kimsənin olmadığından əmin olaraq, fərdi yaşayış evinin hasarından aşıb həyətə daxil olmuşdur. Görmüşdür ki, evin arxasında mişar daşından olan saxlanc yeri kimi istifadə olunan tikili vardır və tikilinin qapısı taxtadan olduğu üçün qıfılı sındırıb içəri girmək onun üçün rahat olduğundan, əvvəlcədən özüylə götürdüyü montirovka ilə asma qıfılı sındırmışdır. Sonra içəri girmiş və əlinə keçən qab-qacağı, qazan və ləyənləri özüylə götürdüyü torbaya yığıb çölə çıxmış və aparıb yaşadığı evə yığmışdır. Sonra isə həmin ünvana qayıtmış və bu dəfə saxlanc yerində olan qaz peçini və samovarı oğurlayıb, yaşadığı evə aparmışdır. Oğurluğu başa çatdırmaq üçün həmin gecə 3-cü dəfə oğurluq etdiyi evə qayıtmış və həmin saxlanc yerindən su motoru, işıq tənzimləyicisi və yadında qalmayan digər məişət əşyalarını oğurlayıb torbaya yığaraq, yaşadığı evə aparmışdır. Oğurladığı həmin əşyalardan alüminium qazan və ləyənləri növbəti günlər səyyar metal yığan şəxslərə 10 manata satmışdır. Yerdə qalan əşyaları isə Neftçilər metrostansiyasının yanında və Sabunçu rayonunda yerləşən bazarda küçə ticarəti ilə məşğul olan tanımadığı şəxslərə sataraq, əldə etdiyi təxminən 50-60 manat pulu xərcləmişdir. Oğurladığı əşyaları satarkən, onların özünə məxsus olmasını demişdir, buna görə də alan şəxslər bu əşyaların oğurluq olmasını bilməmişlər. Oğurladığı əşyalardan 1 ədəd qaz peçi və 1 ədəd samovarı isə yaşadığı evdə gizlətmişdir. Həmin əşyalar istintaq zamanı yaşadığı evdən aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 2020-ci il may ayının əvvəllərində saat 02 radələrində əvvəllər oğurluq etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq etmək qərarına gəlmiş, evinin qapsının qıfılını sındırıb həyətə daxil olduqdan sonra, evin zirzəmisinin də qapısının qıfılını sındırıb, ora daxil olaraq, zirzəmidən elektrik mişarını, perforator aparatını, elektirik drelini, mismar vurmaq üçün elektirik aparatını, dəmir kəsən aparatını oğurlayıb, özüylə götürdüyü torbaya yığaraq, yaşadığı evə aparmışdır. Oğurladığı əşyaları səhəri günü aparıb Sabunçu rayonunda «Rus bazarı» deyilən yerdə ucuz qiymətə satmışdır. Əldə etdiyi 30 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanın qarşısında ərzaq mağazasını icarə əsasında işlədir. Hər gün mağazanı axşam saat 23 radələrində bağlayıb, səhər saat 09 radələrində isə açır. 18.03.2019-cu il tarixdə də axşam saat 23 radələrində mağazanın plastik qapısını bağlayıb evə getmişdir. 19.02.2019-cu il tarixdə səhər saat 09 radələrində mağazaya gələndə görmüşdür ki, plastik qapının dəmir barmaqlığın üstündə olan qıfıl sındırılıb və mağazadan oğurluq edilibdir. Mağazaya girib hesabat aparmış və müəyyən etmişdir ki, bloku 25 manat qiymətində olan cəmi 50 manat dəyərində 2 blok «Kent-8» markalı siqareti, bloku 25 manat qiymətində olan 50 manat dəyərində «Kent-4» markalı siqareti, bloku 15 manat qiymətində olan 45 manat dəyərində 3 blok «Viceroy» markalı siqareti, 25 manat qiymətində olan 1 blok «Davidoff Gold» markalı siqareti, 19 manat qiymətində olan 1 blok «West Silver» markalı siqareti, bloku 25 manat olan cəmi 75 manat qiymətində 3 blok «Davidoff Blue» markalı siqareti, hər biri 10 manat olmaqla, cəmi 20 manat dəyərində 2 ədəd 750 ml. «Banketnaya» arağı, 1 kq-ı 8 manat olan 16 manat dəyərində 2 kq «Servelat» kolbasası və kassada olan 150 manat nəğd pul oğurlanmışdır. Bununla bağlı DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, ünvan 25 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. 23.05.2019-cu il tarixdə saat 19 radələrində yaşadığı evin həyətyanı sahəsindən çıxan zaman həyətində olan 60 manat dəyərində olan samovarın oğurlanmasının şahidi olmuşdur. Lakin həmin vaxtı bu barədə ərizə verməmişdir. Bundan sonra 29.05.2019-cu il tarixdə həyətdə təmizlik işləri apararkən müəyyən etmişdir ki, 23.05.2019-cu il tarixdə həyətdə olan 230 manat dəyərində olan qırmızı-qara rəngli, «Varteks» markalı velosiped də oğurlanmışdır. Sadəcə olaraq velosipedin oğurlanmasını vaxtında aşkar etməmişdir. Həmin faktı da aşkar edəndən sonra 29.05.2019-cu il tarixdə 01 ədəd samovarın və 1 ədəd velosipedin həyətindən oğurlanması barədə Suraxanı RPİnin 31-ci PB-nə şikayət ərizəsi yazmışdır. Oğurluq nəticəsində ona 290 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ünvan 26 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Hadisə vaxtı həmin evində təmir işləri görüldüyünə görə başqa yerdə yaşamışlar. Sonuncu dəfə hadisədən 4 gün əvvəl evinə baş çəkəndə hər şey qaydasında olmuşdur. 25.10.2019-cu il tarixdə saat 09:30 radələrində evinə gələndə isə hamamdan 50 manat dəyərində olan su qızdırıcısı, 27 manat dəyərində su krantı, mətbəxdən istifadədə olan 80 manat dəyərində su qızdırıcısı, həmin yerdən hər biri 50 manat dəyərində olan cəmi 100 manat dəyərində «Marquis» markalı su matorları hidrafonla birlikdə oğurlanmasının şahidi olmuşdur. Həmçinin mətbəxdə olan istifadəyə yararlı 1 metri 1 manat olmaqla 300 manat qiymətində olan 300 metr 2x4 mm elektirik naqili, hər biri 10 manat olmaqla cəm 20 manat qiymətində olan 2 ədəd çilçıraq da oğurlanmışdır. Evinə qanunsuz olaraq girən şəxs mətbəxin plastik pəncərəsini güc tətbiq edib açaraq evə daxil olmuş, oğurladığı əşyaları arabaya yığıb hasara qədər aparmış və hasardan aşırmaqla oğurluğu başa çatdırmışdır. Oğurluq nəticəsinə ona 577 manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşiinaslıq ekspertizasının 29.03.2021 -ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dinidirlmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində də əlavə evi vardır, lakin həmin evdə yaşayış yoxdur. Yaşayış olmasa da mütamadi olaraq ora gedib nəzarət edir. Evində təmir-tikinti alətləri vardır. 10.11.2019-cu il tarixdə saat 11 radələrinə evinə gəlmiş və həyətə girəndə, evin pəncərəsinin açıq olmasını görmüşdür. Evinə girən naməlum şəxs 200 manat dəyərində 2x4 ölçüdə mis materialdan olan 200 metr uzunluqda naqili, 50 manat dəyərində olan duş və su krantı dəstini və 15 manat dəyərində olan, üzərində “Elektirik Drill” yazılar olan kiçik ölçülü elektrik dreli oğurlamışdır. Oğurluq nəticəsində ona 265 manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ünvan 27 ünvanda yerləşən həyət evi vardır. 2019-cu ilin oktyabr ayında təmir işləri apardığına görə, o, ailəsi ilə birlikdə həmin evdən çıxıb, qeydiyyatda olduğu Fatmai kəndinə köçmüşlər. 19.11.2019-cu il tarixdə saat 18:30 radələrində həmin evinə gəldikdə, qonaq otağının pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş, pəncərə sıxma yolu ilə açılmışdır. Evə daxil olduqda isə 600 manat dəyərində “Samsung” markalı kondisioner, həyətdəki hamamtualetdən 200 manat dəyərində “Ariston” markalı su qızdırıcısı, 40 manat dəyərində “Cardinal” markalı unitaz, 100 manat dəyərində “Amica” markalı əl-üz yuyan və 40 manat dəyərində “Marquis” markalı su matorunun (hidrafonla birlikdə) oğurlanmasının şahidi olmuşdur. Oğurluq nəticəsində ona 980 (doqquz yüz səksən) manat maddi ziyan dəymişdir. Hadisə barədə Suraxanı rayon Polis İdarəsinə ərizə vermişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, o, ünvan 28 ünvanda yaşayır. Hər gün həyat yoldaşı ilə səhər saat 09 radələrində evdən çıxıb işə gedir və axşam saat 20-21 radələrində evə qayıdırlar. 21 noyabr 2019cu il tarixdə də həmişə olduğu kimi həyat yoldaşı ilə birlikdə saat 09 radələrində evdən çıxıb, evin və həyətin qapsını bağlayıb işə getmişlər və həmin gün axşam saat 20 radələrində evə qayıdarkən görmüşdür ki, evin içində olan hamam-tualetin arxa tərəfdən olan balaca pəncərəsi(nəfəsliyi) sındırılaraq açılıbdır. Başa düşmüşdür ki, evindən oğurluq olubdur. Evə baxanda görmüşdür ki, evinə girən şəxs dəhlizdən ona məxsus, 5 manat dəyərində olan, üzərində “FSC” fərqlənmə nişanı olan istifadə olunmuş idman ayaqqabısını, 10 manat dəyərində olan istifadə olunmuş kişi köynəyini oğurlayıbdır. Sonra isə yataq otağına keçmiş və görmüşdür ki, güzgülü tumbuçkanın qarşısında olan 600 manat pulu və onun yanında sellofan paketdə olan 60 manata bərabər qəpik pulları oğurlanıbdır. Oğurluq nəticəsində ona cəmi 675 manat maddi ziyan dəymişdir. Hadisə barədə DİNnin 102 zəng xidmətinə və Suraxanı RPİ-nə məlumat vermişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.202 -ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, yaşadığı Bakı şəhəri, ünvan 29 ünvanda yerləşən özünə məxsus olan mağazanı işlədir. 27.11.2019-cu il tarixdə saat 21 radələrində mağazanı bağlayıb evə getmiş və 28.11.2019-cu il tarixdə mağazanı açıb içəri girəndə, naməlum şəxsin mağazanın tavanını sındırıb içəri girərək, oğurluq etməsinin şahidi olmuşdur. Mağazadan 1 qutusunun qiyməti 1 manat 70 qəpik olan 30 qutu “West” markalı, 1 qutusunun qiyməti 3 manat olan 40 qutu “Kent-4” markalı, 1 qutusunun qiyməti 1 manat 60 qəpik olan 25 qutu “Classik” markalı, 1 qutusunun qiyməti 2 manat 80 qəpik olan 40 qutu “VVinston” markalı, 1 qutusunun qiyməti 3 manat olan 31 qutu “Kent-8” markalı, 1 qutusunun dəyəri 1 manat 90 qəpik olan 40 qutu “Rothmans" markalı, 1 qutusunun dəyəri 1 manat 40 qəpik olan 42 qutu “Prima” markalı siqaretləri və kassada olan 20 manat pul oğurlanmışdır. Oğurluq nəticəsində ona 570 manat 80 qəpik maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 30 ünvanda yerləşən fərdi evində yaşayır. 01.12.2019-cu il tarixdə saat 17 radələrində o, qardaşı oğlunun toyuna hazırlıqla əlaqədar olaraq ailəsi ilə birlikdə evdən çıxıb qardaşıgilə getmişdir. Həmin gün saat 23 radələrində evə qayıdarkən görmüşdür ki, evin taxta darvazası yerindən çıxarılıb kənara qoyulubdur. Həyətdəki saxlanc yeri kimi istifadə etdiyi zirzəminin taxta qapısı isə açılmışdır. Oğurluq olmasını bilərək zirzəmiyə düşmüş və oradan 1 ədəd 50 manat qiymətində kiçik dəmir kəsən aparatının, 1 ədəd 150 manat dəyərində böyük ölçüdə olan elektrik dəmir kəsən aparatının, 1 ədəd 70 manat dəyərində olan drelin və 300 manat dəyərində olan 1 ədəd perforatorun oğurlanmasını aşkar etmişdir. Həmin vaxtı DİN-nin 102 zəng xidməti və Suraxanı RPİ-nə oğurluq barədə məlumat vermişdir. O, 05.05.2021-ci il tarixdə saat 23 radələrində evində gecələmiş və səhər saat 08 radələrində evdən çıxıb işə gedərkən, naməlum şəxsin evinin qapsının qıfılını sındırıb həyətə daxil olduqdan sonra, evin zirzəmisinin də qapısının qıfılını sındırıb, oraya daxil olduğunu aşkar etmişdir. O, zirzəmidən 1 ədəd 120 manat qiymətində elektrik dəmir kəsən aparatının, 1 ədəd 160 manat dəyərində “Borch” markalı perforator aparatının, 1 ədəd dəyəri 370 manat olan elektrik mişarının, 1 ədəd, dəyəri 30 manat olan drelin, 1 ədəd, dəyəri 60 manat olan mismar vurmaq üçün istifadə olunan elektrik aparatının, 1 ədəd, dəyəri 20 manat olan elektrik dəmir kəsənin və 1 ədəd dəyəri 30 manat olan drelin oğurlanmasının şahidi olmuşdur. Həmin oğurluq nəticəsində də ona 790 (yeddi yüz doxsan) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi A.Rzayev küçəsi, 62/7-də yaşayır. Evinin arxa tərəfində yerləşən həyətyanı sahədə ördək, toyuq-cücə saxlayır. 2019cu il dekabr ayının 4-də axşam saat 17 radələrində o, toyuqları və ördəkləri hinə salıb qapısını da bağlamışdır. Səhər saat 08 radələrində yuxudan durub quşları hindən çıxartmaq istəyəndə görmüşdür ki, hinin qapısı açıq vəziyyətdədir, quşlar isə çölə çıxmışlar. Başa düşmüşdür ki, hindən oğurluq olubdur. Həmin vaxtı quşları saymış və müəyyən etmişdir ki, ona məxsus olan hər biri 30 manat dəyərində olan 7 ədəd ördək və 2 ədəd toyuq oğurlanmışdır. Bundan başqa hinin qabağında kişi ayaqqabısının izləri də olmuşdur. Ördək və toyuqları yaxşı bəslədiyindən quşlar çəkisinə görə iri olmuşlar. 7 ədəd ördəyin və 2 ədəd toyuğun oğurlanmasına görə ona 250 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, o, ünvan 31 ünvanda anası Rəhilə ilə birlikdə yaşayır. 12.12.2019-cu il tarixdə saat 07 radələrində anası Rəhilə evdən çıxıb işə getmiş, təxminən 1 saatdan sonra özü də evdən çıxıb işə getmişdir. Həmin gün axşam xalası oğlunun ad günü olduğundan, anası ilə birlikdə işdən çıxıb bir başa Binə qəsəbəsində yaşayan xalası oğlugilə getmişdir. Gecəni onlarda qalmışlar və 13.12.2029-cu il tarixdə saat 20 radələrində anası ilə evinə qayıtmışdır. 14.12.2019-cu il tarixdə saat 11 radələrinə o, həyətə çıxıb əşyaları saxladıqları yarımtikiliyə baxdıqda, 45 manat dəyərində su motorunun yerində olmamasını görmüşdür. Bundan sonra evindən oğurluq olmasından şübhələnmiş və evə girib 200 manat pulu saxladığı qablar olan dolaba baxmışdır. 200 manat pulun da yerində olmamasını görəndən sonra oğurluq olmasından tam əmin olmuşdur. Bundan sonra evini diqqətlə nəzərdən keçirdikdə, ona məlum olmuşdur ki, həyətdəki yarımtikilidə olan 100 manat dəyərində olan 150 metr uzunluqda mis edektrik kabeli, hər biri 25 manat olmaqla ümumi dəyəri 50 manat olan alüminium aşsüzən və qazan da oğurlanmışdır. Evin qapısı bağlı olduğundan naməlum şəxs evə pəncərədən daxil olmuşdur. Oğurluq nəticəsinə ona 395 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsi, dalan 4, 42 nömrəli fərdi yaşayış evində yaşayır. Evini yeni təmir etdirdiyindən, həyətin giriş qapısı yoxdur. 12.12.2019-cu il tarixdə saat 23 radələrində evə gəlib, gecəni evində olmuş, 13.12.2019-cu il tarixdə isə səhər tezdən durub işə getmişdir. Həmin gün günorta vaxtları evinə gəldikdə aşkar etmişdir ki, evin birinci mərtəbəsində olan qarajın saxlanc yerinin qapısının qıfılı sındırılıb və içəridən 1 ədəd 100 manat dəyərində “Bosch” markalı perforator, 1 ədəd 100 manat dəyərində “Bosch” markalı elektrik dəmir kəsən, 1 ədəd 60 manat dəyərində “Bosch” markalı drel və 20 manat dəyərində olan gödəkcə oğurlanıbdır. Oğurluq nəticəsində ona 280 (iki yüz səksən) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, 15.12.2019-cu il tarixdən 16.12.2019-cu il tarixədək olan 1 gün ərzində yaşadığı ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evini tərk edib, rayona getmişdir. 16.12.2019-cu il tarixdə səhər saat 09 radələrində evinə gəlmiş və həmin vaxtı evindən oğurluq olmasını aşkar etmişdir. Naməlum şəxs evinə qanunsuz daxil olaraq, həyətdəki dolabdan 1 ədəd 40 manat qiymətində olan manqalı, hər biri 3 manat olmaqla 36 manat dəyərində olan 12 ədəd şişi, 50 manat dəyərində olan 10 İt-lik döşəmə üçün lakı, 28 manat dəyərində olan 10 lt-lik emulsiyanı, 50 manat dəyərində olan 10 lt-lik tavana vurmaq üçün boyanı, 10 manat dəyərində olan 1 ədəd yanacaqla işləyən qaynaq lampasını, 80 manat dəyərində olan soyuducunun motorunu, 10 manat dəyərində olan 12 ədəd “Vaz-21011” markalı avtomobilə aid olan əyləc nakladkaları, hər biri 5 manat olmaqla, cəmi 10 manat dəyərində 2 ədəd beli, 5 manat dəyərində olan 1 ədəd dırmığı, 15 manat dəyərində olan 1 ədəd elektrik qaynaq aparatını, 40 manat dəyərində olan “Bosch” markalı elektrik laqundanı, 20 manat dəyərində olan istifadə olunmuş, üzərində “Electric Drill” yazıları olan J1Z-10 modelli elektirik dreli, 20 manat dəyərində olan istifadə olunmuş “Avto Stac” markalanma nişanı olan elektrik gücləndiricisini və 20 manat dəyərində olan istifadə olunmuş 1 ədəd “Homayun Gas” markalanma nişanı olan qaz balonunu oğurlamışdır. Oğurluq nəticəsində ona 434 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onun yaşadığı ünvan 32 ünvanda, yəni küçədə özünə məxsus dəmir qarajı vardır. 20.12.2019-cu il tarixdə saat 11 radələrində qarajın qapısını açıb içəri girəndə görmüşdür ki, qarajın sol böyür tərəfdən dəmir yan tərəfi sökülüb bir-birindən ayrılmaqla qaraja girmək üçün yer açılmışdır. Qaraja girən naməlum şəxs, oradan hər birinin qiyməti 5 manat olan cəmi 250 manat dəyərində olan 50 dəst uşaq paltarını və 1 ədədinin qiyməti 10 manat olmaqla, 20 manat dəyərində olan 2 ədəd istifadə olunmuş üstü qızılı rəngli mürəbbə qabını, 1 ədədinin qiyməti 15 manat olmaqla 75 manat dəyrəində olan 5 ədəd istifadə olunmuş şəffaf xrustal meyvə qablarını, 1 ədəd 20 manat dəyərində istifadə olunmuş qızılı rəngli gül qabı, 1 ədəd 10 manat dəyərində istifadə olunmuş qızılı rəngli çayniki, 1 ədədinin qiyməti 2 manat olmaqla 26 manat dəyərində olan 13 ədəd istifadə olunmuş xrustal stəkanları oğurlamışdır. Oğurluq nəticəsində ona 401 (dörd yüz bir) manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, ünvan 33 ünvanda qeydiyyatda olmaqla yaşayır. ünvan 34 ünvanda yerləşən fərdi yaşayış evi vardır, lakin orada yaşayış yoxdur. 15.01.2020-ci il tarixdə, saat 19 radələrində həmin evinə nəzarət etmək üçün getmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. Bundan sonra 17.01.2020-ci il tarixdə, saat 23 radələrində həmin evinə getmiş və bu dəfə həyət dərvazasının açıq olmasını görüb, oğurluq olmasından şübhələnmişdir. Həyətə daxil olduqda, evin sağında çöl tərəfindən quraşdırdığı 700 manata aldığı «Sparta» markalı kombinin yerindən çıxardılaraq oğurlanmasını aşkar etmişdir. Bundan başqa müəyyən etmişdir ki, həyətdə taxta tumbuçkanın içində olan 180 manat dəyərində olan «Samsung» markalı elektirik peçi «mikravalnovka» da oğurlanmışdır. Beləliklə, oğurluq nəticəsində ona 880 manat ziyan dəymişdir. Hadisə barədə Suraxanı RPİ-nə ərizə vermişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qivmətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 17.01.2020-ci il tarixdə saat 17 radələrində atası və anası ilə birlikdə yaşadıqları ünvan 35 ünvanda yerləşən fərdi yaşayış evlərindən çıxaraq toy mərasiminə getmişlər. 18.01.2020-ci il tarixdə saat 01:50 radələrində evlərinə qayıdarkən, darvazanın açıq olmasını görmüş, həyətə girdikdə isə evin qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlığının sındırılmasını görmüşdür. Evinə qanunsuz daxil olan naməlum şəxs yataq otağından 1 ədəd 200 manat dəyərində «Toshiba» markalı, “Satallite M600” modelli noutbuku, 1 ədəd 180 manat dəyərində «Philips» markalı üzqırxanı, digər yataq otağında kiçik dolabın içində olan 400 manat dəyərində qızıl boyunbağı və klonu, digər otaqdan isə 40 manat dəyərində elektrik dəmir kəsəni oğurlamışdır. Oğurluq nəticəsində ona 820 manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.2021 -ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, o, ünvan 36 ünvanda yaşayır. 27.01.2019-cu il tarixdə səhər tezdən evdən çıxıb dostları ilə getmiş, həmin vaxtı evin zirzəmisinə fikir verməmişdir. Həmin gün saat 12 radələrində evə qayıdanda evin zirzəmisinin qapısının üstündə olan qıfılın sındırılmasını, zirzəmidən oğurluq olmasını aşkar etmişdir. Ona məxsus olan zirzəmidən hər biri 300 manat qiymətində olmaqla cəmi 600 manat dəyərində iki ədəd elektrik dəmir kəsən aparatı, hər birinin qiyməti 60 manat olmaqla cəmi 180 manat dəyərində 3 ədəd kombi aparatın hava çəkən fanini, 200 manat dəyərində olan mis elektrik naqili və 100 manat dəyərində olan “VAZ-2106” markalı avtomobilə məxsus olan difer ehtiyat hissələri oğurlanmışdır. Oğurluq nəticəsində ona 1080 (min səksən) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs12 məhkəməyə teleqramla mürajiət edərək, hərbi xidmətdə olduğu səbəbindən məhkəmə ijlaslarında iştirak edə bilməyəjəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, anası Rübabə Nəsirova ilə birlikdə ünvan 17 ünvanda yaşayır. 30.01.2020-ci il tarixdə, saat 07 radələrində anası ilə birlikdə evdən çıxıb işə getmişlər. Həmin gün saat 19:30 radələrində evə gəlmiş və qapını açıb həyətə girəndə, yataq otağının plastik pəncərəsinin açıq olmasını görmüşdür. Bundan sonra otaqlara baxanda aşkar etmişdir ki, evdən 1100 manat dəyərində 1 ədəd “Acer” markalı noutbuku və hər biri 5 manat olmaqla 20 manat dəyərində olan 4 ədəd “Pars Shahab” işıq plafonları və 50 manat dəyərində olan 1 ədəd “Marquis” markalı su motoru (hidrafonla birlikdə) evinə qanunsuz daxil olan naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsinə ona 1170 manat maddi ziyan dəymişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, ünvan 18-də yaşayır. 2020-ci ilin fevral ayının əvvəllərində həyat yoldaşı Aysel İsmayılova xəstə olduğuna görə xəstəxanada müalicə olunmuş, evdə tək qala bilmədiyindən, fevral ayının 3-də evdən çıxıb yeznəsigilə getmişdir. Evdən çıxanda qapını bağlamış, ancaq qapı yaxşı bağlanmamışdır. Həyat yoldaşı Aysel xəstəxanadan çıxandan sonra, yəni 2020-ci il fevral ayının 22-də axşam saatlarında evinə gələndə görmüşdür ki, qapı açıq vəziyyətdədir. Evə girəndə isə otağın baş tərəfində divara bərkidilmiş 250 manat dəyərində olan «Samsung» markalı Smart-4 modelli 101 diaqonal televizorun oğurlanmasını aşkar etmişdir. Bundan başqa yataq otağından 1 ədəd 50 manat dəyərində yun yorğan da oğurlanmışdır. Buna görə də oğurluq nəticəsində ona 300 manat ziyan dəymişdir. Hadisə barədə DİN-nin 102 xidmətinə ilkin məlumatı həyat yoldaşı Aysel vermişdir. Lakin o, televizorun qiymətinin 1500 manat olmasını düzgün göstərməmişdir. Hadisə barədə özü ərizə ilə Suraxanı rayon polis idarəsinə müraciət etmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, ünvan 37 ünvanda yerləşən fərdi yaşayış evində tək yaşayır. 17.02.2020-ci il tarixdə səhər vaxtı evdən çıxıb qızı Elmiragilə getmiş və axşam onlarda qalmışdır. 18.02.2020-ci il tarixdə səhər tezdən qızı Elmiragildən çıxıb işə getmiş və həmin axşam saat 22 radələrində öz evinə qayıtmışdır. Həmin vaxtı evin həyətyanı sahəsində olan 1 ədəd 250 manat dəyərində olan, nəvəsi üçün aldığı “Saft” markalı velosipedin və hamamda olan 150 manat dəyərində “Termet” markalı su qızdırıcısının naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Oğurluq barədə 19.02.2020-ci il tarixdə Suraxanı rayon polis idarəsinə ərizə vermişdir. Oğurluq nəticəsinə ona 400 manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki clasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 Təvəkgiil oğlu ifadəsində göstərmişdir ki, o, ünvan 20 ünvanda yerləşən apteki icarə əsasında işlədir. Həmin apteki səhər saat 08 radələrində açır, axşam isə saat 22 radələrində bağlayır. 20 fevral 2020-ci il tarixdə saat 08 radələrində hər gün olduğu kimi yaşadığı evdən çıxıb işlətdiyi aptekə getmişdir və içəri girərkən, 300 manat pulun kassada olmadığını aşkar etmişdir. Həmin vaxtı aptekdən oğurluq olmasından şübhələnmiş və dərmanların və digər qiymətli əşyaların yerində olub-olmadığını yoxlayarkən müəyyən etmişdir ki, hər şey yerindədir. O, aptekin lambirin dam örtüyünün kəsilib deşməklə, aptekə daxil olunduğunu aşkar etmişdir. Buna görə də o, həmin gün Suraxanı RPİ-nin 31-ci PB-nə gedərək aptekdən 300 manat pulun oğurlanması barədə ərizə yazmışdır. Bundan sonra polislər hadisə yerinə gələrək baxış keçirmişlər. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş və doğru yazıldığından tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Köhnə Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsində yerləşən özünə məxsus olan avtomobil təmiri sexi vardır. 2020-ci ilin fevral ayına kimi o, həmin sexi işlətməmişdir. Ancaq hərdən bir gedib, sexə baş çəkmişdir. Sonuncu dəfə 26.02.2020-ci il tarixdə, saat 12 radələrində sexə baş çəkmək üçün getmiş və həmin vaxtı sexin çöl tərəfinin qapısı üzərində olan qıfılın sındırılmasını görmüşdür. Ona məlum olmuşdur ki, kimsə qıfılı sındırıb içəri giribdir. Qarajdan əlavə içəridə olan balaca qapının qıfılı sındırılmamış, dəmir qapı əyilərək içəri girilmişdir. O, sexə daxil olub, hansı əşyaların oğurlanmasını dəqiqləşdirərkən müəyyən etmişdir ki, 1 ədədi 50 qəpik olmaqla cəmi 400 manat dəyərində olan 800 ədəd 8-lik boltlar, “Hunday” markalı avtomobilə məxsus, 1 ədədi 100 manat dəyərində olmaqla, cəmi 1000 manat dəyərində olan 10 ədəd amortizatorlar, “Mazda” markalı avtomobilə məxsus, 1 ədədi 200 manat dəyərində olan, cəmi 1600 manat dəyərində olan 8 ədəd amortizatorlar oğurlanmışdır. Oğurluq nəticəsində ona 3000 (üç min) manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, ünvan 22-də yaşayır. Həmin evin arxa tərəfində isə ev əşyalarını saxladığı ona məxsus tikili vardır. Həmin saxlanc yerinə sonuncu dəfə 08.03.2020-ci il tarixdə baxmışdır. 15.03.2020-ci il tarixdə, saat 10 radələrində o, saxlanc yeri kimi istifadə etdiyi tikiliyə baxanda, naməlum şəxs tərəfindən tikilinin qapısının qıfılı sındırılaraq, oradan əşyalarının oğurlanmasının şahidi olmuşdur. Həmin saxlanc yerindən 140 manat dəyərində olan qazanlar, cəmi 150 manat dəyərində olan 6 ədəd ləyənaltılar, 1 ədəd 25 manat dəyərində qaz peçi, 1 ədəd 300 manat dəyərində olan samovar, 1 ədəd 40 manat dəyərində olan elektrik sacı, 20 manat dəyərində olan 20 metr uzunluqda şlanq, 1 ədəd 30 manat dəyərində su motoru, 1 ədəd 150 manat dəyərində işıq tənzimləyicisi və 100 manat dəyərində olan hamam aksessuarları (duş, su krantı, güzgü) oğurlanmışdır. Oğurluq nəticəsində ona 955 (doqquz yüz əlli beş) manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli, 9/1467 №-li rəyində göstərilən qiymətlərlə razıdır. Təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan 30 yanvar 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Qafarov Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməəmtəəşünaslıq ekspertizasının 19 fevral 2020-ci il tarixli 3058 №-li rəyində göstərilmişdir ki, “Vaz- 2106 markalı avtomobilə məxsus olan difer ehtiyyat hissəsi 1 ədədinin qiyməti 100 manat; 1 ədəd göy rəngli kiçik ölçülü drel 1 ədədinin qiyməti 25 manat, 1 ədəd “Kuzbur” markalı 1200BT laqunda 1 ədədin qiyməti 30 manat, 1 ədəd markalanma göstəricisi olmayan laqunda 1 ədədin qiyməti 70 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 225,00 manat müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməəmtəəşünaslıq ekspertizasının 13 may 2020-ci il tarixli 9/1126 №-li rəyində göstərilmişdir ki, “ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 215,00 manat müəyyən edilir. O cümlədən: 01 ədəd kiçik ölçülü laqunda - 25,00 manat, 1 ədəd böyük ölçülü laqunda - 65,00 manat, 1 ədəd orta ölçülü drel - 45,00 manat, 1 ədəd orta ölçülü perforator - 80,00 manat.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəməəmtəəşünaslıq ekspertizasının 29 mart 2021-ci il tarixli 9/1467 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs5 məxsus, istifadə olmuş, üzərində “Elektirik Drill” yazılar olan kiçik ölçülü 1 ədəd elektirik drelin 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti-1 ədədinin qiyməti 15.0 manat olmaqla, ümumi dəyəri 15.0 manatdır. 2019-cu ilin noyabr ayı üçün Zərərçəkmiş şəxs4 məxsus istifadədə olmamış, “Amica” markalı əl-üz yuyan dəsti - 1 ədədinin qiyməti 100,0 manat; istifadədə olmamış, “Cardinal” markalı unitaz - 1 ədədinin qiyməti 40,0 manat; istifadədə olmuş “Marquis” markalı su matoru (hidrafonla birlikdə) - 1 ədədi 40,0 manat müəyyən edilir. 2019-cu ilin dekabr ayı üçün Zərərçəkmiş şəxs8 məxsus istifadədə olmuş, üstü qızılı rəngli mürəbbə qabı - 1 ədədinin qiyməti 10,0 manat, 2 ədədinin qiyməti 20 manat; istifadədə olmuş şəffaf xrustal meyvə qabı - 1 ədədinin qiyməti 15,0 manat, 5 ədədinin qiyməti 75,0 manat; istifadədə olmuş qızılı rəngli gül qabı - 1 ədədinin qiyməti 20 manat; istifadədə olmuş, qızılı rəngli çaynik - 1 ədədinin qiyməti 10,0 manat, istifadədə olmuş xrustal stəkan 1 ədədinin qiyməti 2,0 manat, 13 ədədinin ümumi dəyəri 26,0 manat müəyyən edilir. 2019-cu ilin dekabr ayı üçün Zərərçəkmiş şəxs15 məxsus istifadədə olmuş, “Homayun Gas” markalanma nişanı olan qaz balonu - 1 ədədinin qiyməti 20,0 manat, istifadədə olmuş, “Bosch” markalı elektirik laqonda - 1 ədədinin qiyməti 40,0 manat, istifadədə olmuş, üzərində “Electiric Drill” yazıları olan J1Z-10 model elektirik dreli - 1 ədədin qiyməti 20 manat; istifadədə olmuş, “Avto Stac” markalanma nişanı olan elektirik gücləndiricisi- 1 ədədi 20 manat müəyyən edilir. 2020-ci ilin yanvar ayı üçün Zərərçəkmiş şəxs12 məxsus “Acer” markalı notbuk qiyməti aydın deyildir; istifadədə olmamış “Pars Shabab” markalı işıq plafonu - 1 ədədin qiyməti 5,0 manat olmaqla, 4 ədədin ümumi dəyəri 20,0 manat; istifadədə olmuş “Marquis” markalı su matoru (hidrafonla birlikdə) - 1 ədədi 50,0 manat müəyyən edilir. 2020-ci ilin yanvar ayına Zərərçəkmiş şəxs10 məxsus istifadədə olmuş, “Toshiba” markalı “Satallite M600” markalı notbuk-1 ədədi 200,0 manat, istifadədə olmuş markalanma nişanı olmayan böyük ölçülü elektirik dəmir kəsən-1 ədədinin qiyməti 40 manat müəyyən edilir. 2020-ci ilin yanvar ayına Zərərçəkmiş şəxs11 məxsus istifadədə olmamış, “Samsunq" markalı mikravalnovka - 1 ədədinin qiyməti 180 manat müəyyən edilir. 2020ci ilin mart ayı üçün Zərərçəkmiş şəxs17 məxsus istifadə olmuş qaz peçi - 1 ədədin qiyməti 25,0 manat müəyyən edilir. Samovarın qiyməti aydın deyildir. 2020-ci ilin fevral ayı üçün Zərərçəkmiş şəxs14 Sair qızma məxsus olan istifadədə olmuş “Saft” markalı “SFT900” model dəyişən sürətli, tam komplektli velosiped - 1 ədədin qiyməti 250,0 manat müəyyən edilir. 2020-ci ilin fevral ayı üçün Zərərçəkmiş şəxs13 məxsus istifadədə olmuş, “Samsunq” markalı, “Smart 4” modelli 101 diaqanal televizor - 1 ədədin dəyəri 250,0 manat müəyyən edilir. 2020-ci ilin may ayı üçün Zərərçəkmiş şəxs22 məxsus istifadədə olmuş, üzərində “FSG” fərqlənmə nişanı olan kişi idman ayaqqabısı - 1 ədədi 5,0 manat; istifadədə olmuş göy rəngli istifadə olunmuş kişi idman köynəyi -1 ədədi 10,0 manat müəyyən edilir. 2020-ci ilin may ayına olan Zərərçəkmiş şəxs3 məxsus istifadədə olmuş, “Marquis” markalı MKP62-2 model su matoru (hidrafonla birlikdə) - 1 ədədi 50 manat; istifadədə olmuş, “Marquis” markalı MKP62-2 model su matoru (hidrafonla birlikdə) - 1 ədədi 50 manat; istifadədə olmuş, “Bosch” markalı 20 lt-lik su qızdırıcısı- 1 ədədi 50 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 26 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1626,00 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, həcmi və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmədaktiloskopik ekspertizasının 30.03.2021-ci il tarixli, 21/228R №-li rəyində göstərilmişdir ki: 1. 26.02.2020-ci il tarixdə ünvan 21 ünvanda yerləşən, vətəndaş Zərərçəkmiş şəxs18 məxsus saxlanc yeri hesab edilən avtomobil təmiri sexində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 06 ədəd yapışqan lent kəsiklərinin üzərində olan əl izlərindən 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. 2. Tədqiqata təqdim edilmiş, vətəndaş Qafarov Təqsirləndirilən şəxs adına çıxarılmış daktiloskopik xəritə müqayisəli tədqiqat üçün yararlıdır. 3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl-barmaq izlərindən 01 ədədi 16.06.1978-ci ildə Qazax rayonunda anadan olmuş Qafarov Təqsirləndirilən şəxs sağ əlinin böyük barmağın əksi ilə eynilik müəyyən edilmişdir. 4.Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Qafarov Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik aşkar edilmədi. İş materiallarında olan, iş üzrə zərərçəkmiş şəxslərin məhkəməyə ünvanladıqları ərizələrdən görününr ki, onların təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)- 161/2015 saylı, 26.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-161/2015 saylı, 26.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq Təqsirləndirilən şəxslə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq Təqsirləndirilən şəxs daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın Təqsirləndirilən şəxsdən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq Təqsirləndirilən şəxs ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1 və 59.1.10-cu və 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, iş üzrə zərərçəkmiş şəxslərin ondan heç bir tələblərinin və şikayətlərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Qafarov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Qafarov Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qafarov Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan - 08 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 150 (yüz əlli) manat Qafarov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Həmçinin, iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd «Samsung» markalı «Smart 4» modelli 101 dioqonal televizor, 1 ədəd samovar, 1 ədəd «Toshiba» markalı noutbuk və elektirik dəmir kəsən, 1 ədəd «Amica» markalı əl-üz yuyan dəsti və «Cardinal» markalı unitaz, «Samsung» markalı mikrodalğalı soba, 1 ədəd «Kent-4» və 1 ədəd «West» markalı siqaret blokları, 2 ədəd “Marquis” markalı su motoru (hidrafonla birlikdə) və 1 ədəd “Bosch” markalı 20 lt-lik su qızdırıcısı, 1 ədəd markalanma nişanı olmayan elektirik dreli, 02 ədəd üstü qızılı rəngli mürəbbə qabı, 5 ədəd şəffaf xrustal meyvə qabı, 1 ədəd qızılı rəngli gül qabı, 1 ədəd qızılı rəngli çaynik və 13 ədəd xrustal stəkan, 1 ədəd üzərində “FSG” fərqlənmə nişanı olan istifadə olunmuş kişi idman ayaqqabısı və göy rəngli istifadə olunmuş kişi idman köynəyi, 1 ədəd üzərində “Saft” markalanma nişanı olan velosiped, 1 ədəd işlənmiş qaz peçi və 1 ədəd samovar, 1 ədəd «Marquis» markalı su motoru (hidrafonla birlikdə) və 4 ədəd işıq plafonları, 1 ədəd üzərində «Homayun Gas» markalanma nişanı olan qaz balonu, 1 ədəd «Bosch» markalı elektirik dəmir kəsən aparat, 1 ədəd elektirik dreli, 1 ədəd «Avto Stac» markalanma nişanı olan elektirik gücləndiricisi, 1 ədəd «Vaz-2106» markalı avtomobilə məxsus olan difer ehtiyat hissəsi, 1 ədəd göy rəngli kiçik ölçülü drel, 1 ədəd «kzbur» markalı 1200 Vt laqonda və 1 ədəd markalanma göstəricisi olmayan laqunda, 1 ədəd «Marquis» markalı su motoru (hidrafonla birlikdə), 1 ədəd kiçik, 1 ədəd böyük ölçülü markalanma nişanı olmayan laqunda, 1 ədəd markalanma nişanı olmayan drel və 1 ədəd markalanma nişanı olmayan pereforator zərərçəkmiş şəxslərə qaytarıldığından, zərərçəkmişlərə qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Qafarov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ji və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Qafarov Təqsirləndirilən şəxs jəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qafarov Təqsirləndirilən şəxs jəzasının əvvəli 08 iyul 2021-ci il tarixdən hesablansın. Qafarov Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qafarov Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 150 (yüz əlli) manat Qafarov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd «Samsung» markalı «Smart 4» modelli 101 diaqonal televizor, 1 ədəd samovar, 1 ədəd «Toshiba» markalı noutbuk və elektirik dəmir kəsən, 1 ədəd «Amica» markalı əl-üz yuyan dəsti və «Cardinal» markalı unitaz, «Samsung» markalı mikrodalğalı soba, 1 ədəd «Kent-4» və 1 ədəd «West» markalı siqaret blokları, 2 ədəd “Marquis” markalı su motoru (hidrafonla birlikdə) və 1 ədəd “Bosch” markalı 20 lt-lik su qızdırıcısı, 1 ədəd markalanma nişanı olmayan elektirik dreli, 02 ədəd üstü qızılı rəngli mürəbbə qabı, 5 ədəd şəffaf xrustal meyvə qabı, 1 ədəd qızılı rəngli gül qabı, 1 ədəd qızılı rəngli çaynik və 13 ədəd xrustal stəkan, 1 ədəd üzərində “FSG” fərqlənmə nişanı olan istifadə olunmuş kişi idman ayaqqabısı və göy rəngli istifadə olunmuş kişi idman köynəyi, 1 ədəd üzərində “Saft” markalanma nişanı olan velosiped, 1 ədəd işlənmiş qaz peçi və 1 ədəd samovar, 1 ədəd «Marquis» markalı su motoru (hidrafonla birlikdə) və 4 ədəd işıq plafonları, 1 ədəd üzərində «Homayun Gas» markalanma nişanı olan qaz balonu, 1 ədəd «Bosch» markalı elektirik dəmir kəsən aparat, 1 ədəd elektirik dreli, 1 ədəd «Avto Stac» markalanma nişanı olan elektirik gücləndiricisi, 1 ədəd «Vaz-2106» markalı avtomobilə məxsus olan difer ehtiyat hissəsi, 1 ədəd göy rəngli kiçik ölçülü drel, 1 ədəd «kzbur» markalı 1200 Vt laqonda və 1 ədəd markalanma göstəricisi olmayan laqunda, 1 ədəd «Marquis» markalı su motoru (hidrafonla birlikdə), 1 ədəd kiçik, 1 ədəd böyük ölçülü markalanma nişanı olmayan laqunda, 1 ədəd markalanma nişanı olmayan drel və 1 ədəd markalanma nişanı olmayan pereforator zərərçəkmiş şəxslərə qaytarıldığından, zərərçəkmişlərə qaytarılmış hesab edilsin. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar