Məhkəmə qərarları › İş №1(010)-143/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-143/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-143/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs1, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, xx.xx.2016-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 13 (on üç) gün şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyi halda məhkumluğu ödənilmiş, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin, 62 saylı mənzilində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 saylı evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Papanin” qəsəbə ünvanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) bükümdə ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış 1,075 qram psixotrop maddəmetamfetamini 20 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2021ci il tarixdə psixotrop maddəni özü ilə daşıyaraq ünvan 1 ünvanının qarşısına gətirmiş və Təqsirləndirilən şəxs1 psixotrop maddəninin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin ünvan 5 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan ağ rəngli idman şalvarının sol yan cibindən 01 (bir) bükümdə ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış 1,075 qram psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qəsdən tamah niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat 05 radələrində ünvan 8in, yalnız sakinlərin sərbəst giriş-çıxışı üçün nəzərdə tutulmuş 4-cü girişinə (blok) daxil olaraq və pilləkənlə həmin evin dam hissəsinə qalxaraq saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 ədəd odboyni molotok aparatı cəmi 1700 manat, 2 ədəd qara qırmızı rəngli, “MAGNESİUM SRD-1300-K” markalı olan perforator hər birinin qiyməti 120 manat olmaqla cəmi 240 manat, 3 ədəd laqunda hər birinin qiyməti 150 manat olmaqla cəmi 450 manat, 1 ədəd qara yaşıl “PUSELLO VQS-300İ” markalı olan qaynaq aparatı cəmi 250 manat, 1 ədəd lift əyləci cəmi 100 manat və 1 metri 1.30 manat olan 150 metr uzunluğunda 195 manat dəyərində “4”-lük elektrik naqilini gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 2935 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat 08 radələrində ünvan 8in, yalnız sakinlərin sərbəst giriş-çıxışı üçün nəzərdə tutulmuş 6-cı girişinə (blok) daxil olaraq və pilləkənlə həmin evin dam hissəsinə qalxaraq saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 ədəd qaynaq aparatı cəmi 250 manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən tamah niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat 05 radələrində Bakı qəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 17 saylı evin, yalnız sakinlərin sərbəst giriş-çıxışı üçün nəzərdə tutulmuş 4-cü girişinə (blok) daxil olaraq və pilləkənlə həmin evin dam hissəsinə qalxaraq saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 ədəd odboyni molotok aparatı cəmi 1700 manat, 2 ədəd qara qırmızı rəngli, “MAGNESİUM SRD-1300-K” markalı olan perforator hər birinin qiyməti 120 manat olmaqla cəmi 240 manat, 3 ədəd laqunda hər birinin qiyməti 150 manat olmaqla cəmi 450 manat, 1 ədəd qara yaşıl “PUSELLO VOS-300İ” markalı olan qaynaq aparatı cəmi 250 manat, 1 ədəd lift əyləci cəmi 100 manat və 1 metri 1.30 manat olan 150 metr uzunluğunda 195 manat dəyərində “4”-lük elektrik naqilini gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 2935 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində özgənin əmlakını gizli olaraq talama məqsədilə cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə saat 08 radələrində ünvan 8in, yalnız sakinlərin sərbəst giriş-çıxışı üçün nəzərdə tutulmuş 6-cı girişinə (blok) daxil olaraq və pilləkənlə həmin evin dam hissəsinə qalxaraq saxlanc yerinə qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs məxsus 1 ədəd qaynaq aparatı cəmi 250 manat məbləğində əmlakını gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, “Sovetski” qəsəbə ünvanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 04 (dörd) bükümdə tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,227 qram, 0,644 qram, 0,241 qram ümumi təmiz çəkisi 1,458 qram narkotik vasitə heroini 40 manat müqabilində əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə həmin narkotik vasitələri özü ilə daşıyaraq Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, “Limon” kafesinin qarşısına gətirmiş və Təqsirləndirilən şəxs2 narkotik vasitənin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, “Limon” kafesinin qarşısında Təqsirləndirilən şəxs2 saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ- nin ünvan 7 ünvanında yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan 04 (dörd) bükümdə tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,227 qram, 0,644 qram, 0,241 qram ümumi təmiz çəkisi 1,458 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, azyaşlı övladının məktəbə getməsi ilə əlaqədar pula ehtiyac yaranmışdır.Bu səbəbdən qardaşı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, birlikdə ünvan 8 ünvanında olan “Baklift 2” şirkətinə məxsus avadanlıqları birlikdə oğurlasmlar. Beləliklə də, yaşadığı ünvan 11 ünvanının yaxınlığında olan ünvan 8 ünvanında yerləşən “Baklift 2” şirkətinə məxsus avadanlıqlarının olduğu yer üzrə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlmişdir. Həmin binada yaşayış olmuşdur. Liftdə və binanın daxili bloklarında təmir işləri getmişdir. O qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlayacağı əşyaların görünməməsi üçün evdən əvvəlcədən çıxarkən özləri ilə boş sellofan paket götürmüşdür. Nəticə etibari ilə ünvan 8 6 (altı) bloklu olmuşdur. Beləliklə də, o və qardaşı Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 05 radələrində ünvan 8in 4-cü girişinə daxil olaraq, pilləkənlərlə həmin evin dam hissəsinə qalxmışdır. Məqsədi dəmir və ya digər materiallardan hazırlanmış əşyalardan hər hansını görsələr oğurlayaraq aparıb satmaq olmuşdur. Son olaraq həmin evin giriş dam hissəsinə çıxmışdır. Həmin evin dam hissəsinin qapısı açıq olmuşdur. Həmin evin damında, yəni dam hissəsinin orta hissəsində qarşısına 02 ədəd prefarator, 03 ədəd laqunda, 01 ədəd qaynaq aparatı, 01 ədəd lift əyləci və 150 metrlik elektrik naqillərinin olduğunu görmüşdür..Onlar bu zaman ani və cəld olaraq orada olan 02 ədəd prefarator, 03 ədəd laqunda, 01 ədəd qaynaq aparatı, 01 ədəd lift əyləci və 150 metrlik elektrik naqillərini oğurlayaraq əllərində olan boş sellofan paketə qoymuşdur. Binanın girişi ilə yəni pilləkənlərə aşağı düşərkən qardaşı Nicatı və onu heç kim görməmişdir. Beləliklə də, oğurladığı əşyaları yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evinin həyətinə birlikdə köməkləşib gətirmişdir. Daha sonra həmin oğurladığı əşyaları bir yerə yığaraq qərara gəlmişdir ki, yaxınlıqda olan evin digər giriş hissələrinə gedərək yenidən oğurluq etsinlər. Beləliklə də, o və qardaşı Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvan 10 ünvanından əllərində olan boş sellofan paket ilə çıxaraq ünvan 8in 6-cı girişinə gələrək daxil olmuşdur. Beləliklə də, o və qardaşı Təqsirləndirilən şəxs2 piyada olaraq pilləkənlərlə həmin evin dam hissəsinə qalxmışdır. Həmin evin dam hissəsinin qapısı açıq olmuşdur. O və qardaşı Təqsirləndirilən şəxs2 həmin dam hissəyə qanunsuz daxil olaraq oradan 01 ədəd qaynaq aparatını əllərində olan boş sellofan paketə yığaraq ünvan 10in həyətinə gətirmişdir. Bundan sonra o və qardaşı Təqsirləndirilən şəxs2 oğurladıqları əşyaları Bakı şəhəri Nizami rayonu 8-ci kilometr bazarına apararaq birlikdə satmağı və əldə etdikləri pulu aralarında dədə malı kimi bölməkləri barədə qərara gəlmişdilər. Qardaşı Təqsirləndirilən şəxs2 maddi imkanı olmadığından və pula ehtiyacı olduğundan dərhal onun ilə razılaşmışdır. Bundan sonra o qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində 01 ədəd prefarator, 03 ədəd laqunda, 01 ədəd qaynaq aparatı, 01 ədəd lift əyləci və 150 metrilik elektrik naqillərini Bakı şəhəri Nizami rayonu 8-ci kilometr bazarına apararaq üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsə bilrikdə satmışdılar. Həmin 01 ədəd prefaratoru 30 manata, 03 ədəd laqundanı 30 manata, 01 ədəd qaynaq aparatını 45 manata, 01 ədəd lift əyləcini 10 manata və 150 metrilik elektitik naqilini 15 manat pula satmışdır. Ümumilikdə o və qardaşı Təqsirləndirilən şəxs2 oğurladığı əşyalara görə 130 manat pul almış və həmin pulu qardaşı Təqsirləndirilən şəxs2 ilə aralarında bölmüşdür. Bununla yanaşı olaraq yaşadığı ünvan 10 ünvanında 01 ədəd prefarator və 01 ədəd qaynaq aparatı evdə qalmışdır. Daha sonra onu polis əməkdaşları tutan zaman könüllü olaraq yaşadığı evdə saxladığı 01 ədəd prefarator və 01 ədəd qaynaq aparatını təqdim etməsini göstərmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edilməsi ilə əlaqədar olaraq, özünü təqsirli bilmədiyini bildirmişdir. Sonda, oğurluqla bağlı səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə bütün əşyaların qaytarılmasını, daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o qardaşı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, birlikdə ünvan 8 ünvanında olan “Baklift 2” şirkətinə məxsus avadanlıqları birlikdə oğurlasmlar. Beləliklə də, yaşadığı ünvan 11 ünvanının yaxınlığında olan ünvan 8 ünvanında yerləşən “Baklift 2” şirkətinə məxsus avadanlıqlarının olduğu yer üzrə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə getmişdir. Həmin binada yaşayış olmuşdur. Liftdə və binanın daxili bloklarında təmir işləri getmişdir. O qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlayacağı əşyaların görünməməsi üçün evdən əvvəlcədən çıxarkən özləri ilə boş sellofan paket götürmüşdür. Nəticə etibari ilə ünvan 8 6 (altı) bloklu olmuşdur. Beləliklə də, o və qardaşı Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 05 radələrində ünvan 8in 4-cü girişinə daxil olaraq, pilləkənlərlə həmin evin dam hissəsinə çıxmışdır. Məqsədləri dəmir və ya digər materiallardan hazırlanmış əşyalardan hər hansını görsələr oğurlayaraq aparıb satmaq olmuşdur. Son olaraq həmin evin giriş dam hissəsinə qardaşı ilə birlikdə qalxmışdır. Həmin evin dam hissəsinin qapısı açıq olmuşdur. Həmin evin damında, yəni dam hissəsinin orta hissəsində qarşılarına 02 ədəd prefarator, 03 ədəd laqunda, 01 ədəd qaynaq aparatı, 01 ədəd lift əyləci və 150 metrilik elektrik naqillərinin olduğunu görmüşdür. Onlar bu zaman ani və cəld olaraq orada olan 02 ədəd prefarator, 03 ədəd laqunda, 01 ədəd qaynaq aparatı, 01 ədəd lift əyləci və 150 metrilik elektrik naqillərini oğurlayaraq əllərində olan boş sellofan paketə qoymuşdur. Binanın girişi ilə yəni pilləkənlərə aşağı düşərkən qardaşı Təqsirləndirilən şəxs1 və onu heç kim görməmişdir. Beləliklə də, birlikdə oğurladıqları əşyaları yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz fərdi yaşayış evinin həyətinə birlikdə köməkləşib gətirmişdilər. Daha sonra həmin oğurladıqları əşyaları bir yerə yığaraq qərara gəlmişlər ki, yaxınlıqda olan evin digər giriş hissələrinə gedərək yenidən oğurluq etsinlər. Beləliklə də, o və qardaşı Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 08 radələrində yenidən yaşadığı ünvan 10 ünvanından əllərində olan boş sellofan paket ilə çıxaraq ünvan 8in 6-cı girişinə gələrək daxil olmuşdur. Beləliklə də, o və qardaşı Təqsirləndirilən şəxs1 piyada olaraq pilləkənlərlə həmin evin dam hissəsinə qalxmışdır. Həmin evin dam hissəsinin qapısı açıq olmuşdur. O və Təqsirləndirilən şəxs1 həmin dam hissəyə qanunsuz daxil olaraq oradan 01 ədəd qaynaq aparatını əllərində olan boş sellofan paketə yığaraq ünvan 11in həyətinə gətirmişdir. Bundan sonra o və qardaşı Təqsirləndirilən şəxs1 oğurladıqları əşyaları Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr bazarına apararaq birlikdə satmağı və əldə etdikləri pulu aralarında bölməkləri barədə qərara gəlmişdilər. Bundan sonra o və qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 11 radələrində 01 ədəd prefarator, 03 ədəd laqunda, 01 ədəd qaynaq aparatı, 01 ədəd lift əyləci və 150 metrilik elektrik naqillərini Bakı şəhəri Nizami rayonu 8-ci kilometr bazarına apararaq üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmayan şəxsə birlikdə satmışdılar. Həmin 01 ədəd prefaratoru 30 manata, 03 ədəd laqundanı 30 manata, 01 ədəd qaynaq aparatını 45 manata, 01 ədəd lift əyləcini 10 manata və 150 metrlik elektrik naqilini 15 manat pula satmışdılar. Ümumilikdə o və qardaşı Təqsirləndirilən şəxs1 oğurladığı əşyalara görə 130 manat pul almış və həmin pulu qardaşı Təqsirləndirilən şəxs1 ilə aralarında bölmüşdür. Bununla yanaşı olaraq yaşadığı ünvan 10 ünvanında 01 ədəd prefarator və 01 ədəd qaynaq aparatı evdə qalmışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edilməsi ilə əlaqədar olaraq, özünü təqsirli bilmədiyini bildirmişdir. Sonda, oğurluq cinayətinin törədilməsində səmimi peşmançılıq hissi keçirdiyini, oğurlanmış əşyaların qaytarıılmasını, ailəli olduğunu, azyaşlı uşaqlarının olduğunun nəzərə alınmaqla, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsirləri, özlərinin etirafedici ifadələri ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə qeyri rəsmi razılaşma əsasında Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 17 və 21-ci binalarda Liftlərin sökülüb yığılması ilə bağlı fəaliyyət başlamışdır.İşin mahiyyəti ondan ibarət olmuşdur ki, o Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 17 və 21-ci binalarda Liftlərin sökülüb yenidən təmir etdikdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xeyri olmaqla pulunu almışdır.Beləliklə də, bir neçə həftə işlədikdən sonra Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 17- ci binada Liftlərin sökülüb yenidən yığılması ilə bağlı fəaliyyətə başlamışdır.xx.xx.2021-ci il tarixdə X6 onun istifadəsində olan mobil telefona zəng edərək bildirmişdir ki, ünvan 8in 4-cü girişində ona məxsus olan 01 ədəd adboynı, 02 ədəd prefarator, 03 ədəd laqunda, 01 ədəd qaynaq aparatı, 01 ədəd lift əyləci və 150 metrilik elektirik naqilləri və ünvan 8in 6-cü girişində olan ona məxsus 01 ədəd qaynaq aparatının oğurlanması barədə məlumat vermişdir.Həmin ərəfədə onun vacib işləri olduğundan oğurluq barədə X2 xahiş etmişdir ki, bu barədə şikayət ərizəsi ilə müraciət etsin. Beləliklə də, X6 xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir ki, oğurluğu edən şəxslərin şəxsiyyəti müəyyən edilərək cinayət məusliyyətinə cəlb edilsinlər.Bununla yanaşı olaraq bildirmişdir ki, oğurluq nəticəsində 01 ədəd odboyni aparatının ümumi qiyməti 1700 manat, 02 ədəd prefarator hər birinin qiyməti 120 manat olmaqla ümumilikdə 240 manat, 03 ədəd laqunda hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə 450 manat, 02 ədəd qaynaq aparatı, hər birinin qiyməti 250 manat olmaqla, ümumilikdə 500 manat, 01 ədəd lift əyləci ümumi qiyməti 100 manat, 150 metrilik elektrik naqilin 1 metri 1.30 manat olmaqla ümumilikdə 195 manat dəyərində “4”-lük elektirik naqilinin oğurlanması nəticəsində ona ümumilikdə 3185 manat maddi ziyan dəyməsini göstərmişdir. Eyni zamanda o, bildirmişdir ki, o Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.11,20221ci il tarixli 9/8354 nömrəli rəyində 1 ədəd qara qırmızı Magnesium SRD markalı perforator 50,00 manat və 1 ədəd qara yaşıl rəngli pusello vos- 300i markalı qaynaq aparatı 60,00 manat dəyəri ilə qiymətləndirilməsi ilə tam olaraq razı deyildir. Belə ki, ona məxsus 01 ədəd odboyni aparatı ümumi qiyməti 1700 manat, 02 ədəd prefarator hər birinin qiyməti 120 manat olmaqla ümumilikdə 240 manat, 03 ədəd laqunda hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə 450 manat, 02 ədəd qaynaq aparatı, hər birinin qiyməti 250 manat olmaqla ümumilikdə 500 manat, 01 ədəd lift əyləci ümumi qiyməti 100 manat, 150 metrilik elektirik naqilin 1 metri 1.30 manat olmaqla ümumilikdə 195 manat dəyərində “4”-lük elektirik naqilinin oğurlanması nəticəsində ona ümumilikdə 3185 manat maddi ziyan dəyməsi olaraq qiymətləndirilməsini xahiş etməsini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən X9, 2017-ci il tarixdən isə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xüsusi rütbəsi polis kapitanıdır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, 11,07.2016-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2017-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 13 (on üç) gün şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarıldığı halda məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin, 62 saylı mənzilində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi, daşıması, istifadə etməsi barədə əvvəlcədən qərəzsiz agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs1 tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı Rayon Polis idarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə nəqliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Namiq Məmmədovun adına xx.xx.2021-ci il tarixdə tərəfindən raport yazılmışdır. Bundan sonra əməliyyat qrupunun təşkil edilməsi barədə tərəfindən protokol tərtib edilməklə, 30-cu PŞ-nin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnikleytenantı Namiq Məmmədov tərəfindən əmr verilməklə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmçinin tədbirin keçirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna və Suraxanı rayon Məhkəməsinə məktubla məlumat verilmişdir.Beləliklə də xx.xx.2021-ci il tarixdə saat 19:30-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə ünvan 11 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbiri keçirilmişdir.Tədbir nəticəsində Təqsirləndirilən şəxs1 əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, sonuncudan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü- xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, 11,07.2016-cı il tarixli Bakışəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2017cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 13 (on üç) gün şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarıldığı halda məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin, 62 saylı mənzilində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs1 olaraq özünü təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərəbar Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Pş-nin ünvan 7 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs1 həmin zaman heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 30-cu Polis Şöbəsinə getməsinə razlıq vermişdir. Bundan sonra tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnikleytenantı Namiq Məmmədovun adına raport tərtib etmişdir ki, şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilən Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X8 həvalə edilmişdir. Suraxanı RPİ- nin 30-cu Pş-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs1 istəyi və razılığı ilə Bakı şəhəri Suraxanı rayon 9 saylı vəkil bürosunun vəkili X1 dəvət edilərək şöbədə ona təqdim edilmişdir. Beləliklə də, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin ünvan 7 ünvanında yerləşən inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə təhqiqatçı X11 tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 təhqiqatçı Vüqar İsizadə tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürülmə aparılması barədə Təqsirləndirilən şəxs1 izah edilmişdir ki, üzərində qanunsuz olan əşya və ya predmet varsa könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoymaqla təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli idman şalvarının sol yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş 01 (bir) ədəd bükümü, yəni narkotik vasitəyə bənzər maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan metamfetamin olduğunu bir daha özü tərəfindən məlumat verilməklə ona bildirilmişdir. Sorğu-Sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində 01 (bir) ədəd bükümdə olan narkotik vasitə olan metamfetamini Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan metamfetaminə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün 194 saylı zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi Bakı şəhəri Suraxanı RPİnin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən ona bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan metamfetaminə bənzər maddəzərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 194 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Ekspertiza tədqiqatından sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülən 01 ədəd bükümdə 1,075 qram metamfetamin olduğu müəyyən edilmişdir. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Hazırda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək ümumilikdə narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o 2009-cu il tarixdən X9, 2018-ci il tarixdən isə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xüsusi rütbəsi polis baş leytenantıdır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, xx.xx.2016-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2017-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 13 (on üç) gün şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarıldığı halda məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin, 62 saylı mənzilində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi, daşıması, istifadə etməsi barədə əvvəlcədən qərəzsiz agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs1 tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı Rayon Polis idarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 30- cu Polis Şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Namiq Məmmədovun adına xx.xx.2021-ci il tarixdə Şahid2 tərəfindən raport yazılmışdır. Bundan sonra əməliyyat qrupunun təşkil edilməsi barədə Şahid2 tərəfindən protokol tərtib edilməklə, 30-cu PŞ-nin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Namiq Məmmədov tərəfindən əmr verilməklə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Şahid2 tərəfindən qərar qəbul edilmişdir. Həmçinin tədbirin keçirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna və Suraxanı rayon Məhkəməsinə məktubla məlumat verilmişdir. Beləliklə də, xx.xx.2021-ci il tarixdə saat 19:30-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə ünvan 11 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs1 əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, sonuncudan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü-xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, xx.xx.2016-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2017cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 13 (on üç) gün şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarıldığı halda məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin, 62 saylı mənzilində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs1 olaraq özünü təqdim etmişdir.Həmin zaman Təqsirləndirilən şəxs1 xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərabar Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin ünvan 7 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs1 həmin zaman heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 30-cu Polis Şöbəsinə getməsinə razlıq vermişdir. Bundan sonra tərəfindən Suraxanı RPİ- nin 30-cu PŞ-nin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnikleytenantı Namiq Məmmədovun adma Şahid2 tərəfindən raport tərtib etmişdir ki, şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilən Təqsirləndirilən şəxs1 barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin.Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X8 həvalə edilmişdir.Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən Təqsirləndirilən şəxs1 istəyi və razılığı ilə Bakı şəhəri Suraxanı rayon 9 saylı vəkil bürosunun vəkili X1 dəvət edilərək şöbədə ona təqdim edilmişdir. Beləliklə də, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin ünvan 7 ünvanında yerləşən inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə təhqiqatçı X11 tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 təhqiqatçı Vüqar isizadə tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürülmə aparılması barədə Təqsirləndirilən şəxs1 izah edilmişdir ki, üzərində qanunsuz olan əşya və ya predmet varsa könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoymaqla təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olanağ rəngli idman şalvarının sol yan cibindən qızılı rəngli siqaret çığalasma bükülmüş 01 (bir) ədəd bükümü, yəni narkotik vasitəyə bənzər maddəni cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmağa başlanılmışdır.İlk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan metamfetamin olduğunu bir daha özü tərəfindən məlumat verilməklə ona bildirilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində 01 (bir) ədəd bükümdə olan narkotik vasitə olan metamfetamini Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 20 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan metamfetaminə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün 194 saylı zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi Bakı şəhəri Suraxanı RPİnin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən ona bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 01 (bir) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan metamfetaminə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 194 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Ekspertiza tədqiqatından sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülən 01 ədəd bükümdə 1,075 qram metamfetamin olduğu müəyyən edilmişdir. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Hazırda Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək ümumilikdə narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o 2016-ci il tarixdən X9, 2021-ci il tarixdən isə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xüsusi rütbəsi polis leytenantıdır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 saylı evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi, daşıması, istifadə etməsi barədə əvvəlcədən qərəzsiz agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs2 tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 30-cu PŞnin rəisi polis polkovnik-leytenantı Elnur Əliyevin adma xx.xx.2021-ci il tarixdə tərəfindən raport yazmışdır. Bundan sonra əməliyyat qrupunun təşkil edilməsi barədə tərəfindən protokol tərtib edilməklə, 30-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Elnur Əliyev tərəfindən əmr verilməklə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmçinin tədbirin keçirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna və Suraxanı rayon Məhkəməsinə məktubla məlumat verilmişdir. Beləliklə də, xx.xx.2021-ci il tarixdə saat 19:00-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, “Limon” kafesinin qarşısında Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbiri keçirilmişdir.Tədbir nəticəsində Təqsirləndirilən şəxs2 əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, sonuncudan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü-xx.xx.1992ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 saylı evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs2 olaraq özünü təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərabər Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs2 həmin zaman heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 30-cu Polis Şöbəsinə getməsinə razlıq vermişdir. Bundan sonra tərəfindən Suraxanı RPl-nın 30-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Elnur Əliyevin adına raport tərtib etmişdir ki, şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilən Təqsirləndirilən şəxs2 barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədi ilə müvafiq əməkdaşa göstəriş versin. Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X10 həvalə edilmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X13 tərəfindən Təqsirləndirilən şəxs2 istəyi və razılığı ilə Bakı şəhəri Suraxanı rayon 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 dəvət edilərək şöbədə ona təqdim edilmişdir. Beləliklə də, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin ünvan 7 ünvanında yerləşən inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə təhqiqatçı X13 tərəfindən protokol tərtib edilmişdir.Həmin zaman Təqsirləndirilən şəxs2 təhqiqatçı Zaur Eyvazov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürülmə aparılması barədə Təqsirləndirilən şəxs2 izah edilmişdir ki, üzərində qanunsuz olan əşya və ya predmet varsa könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoymaqla təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümlərdə narkotik vasitəyə bənzər maddələri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroin olduğunu bir daha özü tərəfindən məlumat verilməklə onlara bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 21,09.2021-ci il tarixdə səhər saatlarında ümumilikdə 04 (dörd) ədəd bükümlərdə olan narkotik vasitələri “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün 194 saylı zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi Bakı şəhəri Suraxanı RPİ-nin 30cu PŞ-nin təhqiqatçısı polis kapitanı X13 tərəfindən ona bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 194 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Ekspertiza tədqiqatından sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülən 04 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,227 qram, 0,644 qram, 0,241 qram və ümumi çəkisi 1,458 qram heroin olduğu müəyyən edilmişdir.Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır.Hazırda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək ümumilikdə narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2006-ci il tarixdən X9, 2020-ci il tarixdən isə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xüsusi rütbəsi polis kapitandır. Cinayət işinin mahiyyəti üzrə göstərmişdir ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 saylı evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə etməsi, daşıması, istifadə etməsi barədə əvvəlcədən qərəzsiz agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs2 tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun təşkil olunmasına və təxirə-salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Suraxanı RPİ-nin 30-cu PŞnin rəisi polis polkovnik- leytenantı Elnur Əliyevin adına xx.xx.2021-ci il tarixdə Şahid4 tərəfindən raport yazılmışdır. Bundan sonra əməliyyat qrupunun təşkil edilməsi barədə Şahid4 tərəfindən protokol tərtib edilmiş, 30-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Elnur Əliyev tərəfindən əmr verilməklə həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Şahid4 tərəfindən qərar qəbul edilmişdir.Həmçinin tədbirin keçirilməsi ilə bağlı Suraxanı rayon prokurorluğuna və Suraxanı rayon Məhkəməsinə məktubla məlumat verilmişdir. Beləliklə də, xx.xx.2021-ci il tarixdə saat 19:00-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının bir daha yoxlanılması məqsədi ilə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, “Limon” kafesinin qarşısında Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs2 əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, sonuncudan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü-xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 saylı evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs2 olaraq özünü təqdim etmişdir.Həmin zaman Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, özünü şübhəli aparması ilə bağlı, onlar ilə bərəbar Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin ünvan 7 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs2 həmin zaman heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə bərabər 30-cu Polis Şöbəsinə getməsinə razılıq vermişdir.Bundan sonra Hüseynov X7 RPİ-nin 30-cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Elnur Əliyevin adına raport tərtib etmişdir ki, şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilən Təqsirləndirilən şəxs2 barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X10 həvalə edilmişdir. Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X13 tərəfindən Təqsirləndirilən şəxs2 istəyi və razılığı ilə Bakı şəhəri Suraxanı rayon 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 dəvət edilərək şöbədə ona təqdim edilmişdir. Beləliklə də, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Pş-nin ünvan 7 ünvanında yerləşən inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürülmə aparılması barədə təhqiqatçı X13 tərəfindən protokol tərtib edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs2 təhqiqatçı Zaur Eyvazov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürülmə aparılması barədə Təqsirləndirilən şəxs2 izah edilmişdir ki, üzərində qanunsuz olan əşya və ya predmet varsa könüllü olaraq xidməti otaqda olan masanın üzərinə qoymaqla təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükümlərdə narkotik vasitəyə bənzər maddələri cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroin olduğunu bir daha özü tərəfindən məlumat verilməklə onlara bildirmişdir. Sorğu-Sual zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında ümumilikdə 04 (dörd) ədəd bükümlərdə olan narkotik vasitələri “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 40 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün 194 saylı zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X13 tərəfindən ona bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 194 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Ekspertiza tədqiqatından sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülən 04 ədəd bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,227 qram, 0,644 qram, 0,241 qram və ümumi çəkisi 1,458 qram heroin olduğu müəyyən edilmişdir. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Hazırda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək ümumilikdə narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat axtarış tədbirlər davam etdirildiyini göstərmişdir. Cinayət işinin 5-8-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 23 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov 17 ünvanında oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı yalnız sakinlərin sərbəst giriş-çıxışı üçün nəzərdə tutulmuş 4-cü girişinə (blok) daxil olaraq və pilləkənlə həmin evin dam hissəsinə qalxaraq saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq edilməsi müəyyən edilmişdir. Cinayət işinin 10-11-ci vərəqlərində olan maddi sübutun götürülməsi barədə 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqa təqdim etdiyi ünvan 8dən oğurladığı əşyaların bir qismi olan “Bosch” markalı drel və 01 ədəd qaynaq iş üzrə sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Cinayət işinin 68-ci vərəqində olan ********* nömrəli cinayət işi üzrə “şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 sentyabr 2021-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 30-31-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə “şübhəli şəxsin tutulması haqqında” 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 77-78-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılması haqqında 06 sentyabr 2021-ci il tarixli protokola əsasən, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli idman şalvarının sol cibindən qızılı rəngli siqaret çığalasında bir bükümdə ağ rəngli kristal şəklində olan narkotik maddəyə bənzər vasitə aşkar edilərək götürüldü. Cinayət işinin 121-123-cü vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 08 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, qərarın sürəti Təqsirləndirilən şəxs1 həbsdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirini seçilməsi, Təqsirləndirilən şəxs1 qərar elan edilməklə həbsdə saxlanıldığı Suraxanı RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınışdır. Cinayət işinin 126-127-ci vərəqində olan ********* nömrəli cinayət işi üzrə “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 08 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 131-132-ci vərəqində olan 25 sentyabr 2021-ci tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərara əsasən, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaqı davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin 154-cü vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə “şübhəli şəxsin tutulması haqqında” 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 23 sentyabr 2021-ci il tarixdə, saat 19:00-dan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 165-166-cı vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılması haqqında 23 sentyabr 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən xarici görünüşünə və kimyəvi komponentlərinə görə eyni olan 04 (dörd) bükümdə tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış hər birinin ayn-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,227 qram, 0,644 qram, 0,241 qram ümumi təmiz çəkisi 1,458 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin 24-28-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2021-ci il tarixli qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 barəsində əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 32-37-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 sentyabr 2021-ci il tarixli qərarına əsasən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 barəsində əvvəli 24 sentyabr 2021-ci il tarixdən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 95-98-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23 dekabr 2021-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 107-110-cu vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 24 dekabr 2021-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cildinin 88-93-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/3930 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün N 194” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs1 ...” yazı və imzalar olan zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1.075 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd:Metamfetaminin təmiz çəkisi-1,075 qram, tədqiqata sərf edilən ümumi miqdar - 0,05 qram qalıq -1,025 qram. Cinayət işinin 1-ci cildinin 174-178-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/4249 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün N194” dairəvi möhür əksi “...Təqsirləndirilən şəxs2 üzərindən yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qr, 0,227 qr, 0,644 qr və 0,241 qram olmaqla, ümumi təmiz çəkisi 1,458 qram olan tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd:Heroinin təmiz çəkisi-1,458 qr, tədqiqata sərf edilən miqdar - 0,20-qram (hər b ir obyektdən 0,05 qram olmaqla) qalıq -1,258 qram. Cinayət işinin 2-ci cildinin 158-159-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X12-narkoloji X4 xx.xx.2021-ci il tarixli 4688 №li rəyindən görünür ki, - Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində asılhq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 160-161-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 X12-narkoloji X4 xx.xx.2021-ci il tarixli 4691 №li rəyindən görünür ki, - Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 162-165-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/8354 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri qaydada təxminən 110 manat müəyyən edilir. O cümlədən - 1 ədəd qara qırmızı rəngli, “MAGNESİUM SRD-1300-K” markalı olan perforator 50,00 manat, 1 ədəd qara yaşıl “PUSELLO VQS-300İ” markalı olan qaynaq aparatı - 60,00 manat. Cinayət işinin 2-ci cildinin 166-170-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/135 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün N194” dairəvi möhür əksi “...Təqsirləndirilən şəxs2 üzərindən ..” yazı və imzalar olan zərfdə 4 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4 ədəd bükümdə hər birinin ayn-aynlıqda təmiz çəkisi 0,296 qr, 0,177 qr, 0,594 qr və 0,191 qram heroinlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd:Heroinin ümumi çəkisi-1,258 qr, tədqiqata sərf edilən miqdar - 0,12-qram (hər b ir obyektdən 0,03 qram olmaqla) qalıq -1,138 qram. Cinayət işinin 2-ci cildinin 118-119-cu vərəqlərində olan CD kompakt diskə baxış keçirilməsi haqqında 29 dekabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntülərdən görünür ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, xx.xx.2016-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2017-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 13 (on üç) gün şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarıldığı halda məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 8 saylı evin, 62 saylı mənzilində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 13 ünvanında yerləşən inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 əynində olan ağ rəngli idman şalvarının sol yan cibindən qızılı rəngli siqaret çığalasma bükülmüş 01 (bir) ədəd bükümü təqdim etmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı sizadə Vüqar ilqar oğlu tərəfindən 01 (bir) ədəd kağızərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər” üçün 194 saylı möhür ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 120-121-ci vərəqlərində olan CD kompakt diskə baxış keçirilməsi haqqında 05 yanvar 2022-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntülərdən görünür ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmayan, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 saylı evdə qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin ünvan 7 ünvanında yerləşən inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 04 ədəd bükülünü təqdim etmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis kapitanı X13 tərəfindən 04 (bir) ədəd kağızərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “Zərflər” üçün 194 saylı möhür ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 45-46-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2016-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, xx.xx.2017-cı il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 05 (beş) ay 13 (on üç) gün şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəza müddəti bitmişdir. Cinayət işinin 2-ci cildinin 47-48-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında məlumat mövcud deyildir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hərhansı mötəbər sübuta əsaslanmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,458 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən narkotik vasitə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1,075 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 1(001)-696/2022 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilininməklə və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “Euromax” markalı direl, 1 (bir) ədəd “Meakida” markalı lobzik və 1 (bir) ədəd “Candan” markalı santexnik ütüsünün saxlanılması üçün sahibi zərərçəkmiş şəxs Qurbanəliyeva iradə Rafik qızına təhvil verilməsi nəzərə alınması və iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməsi hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məһrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 66.5 maddəsinə əsasən bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanmalı, Təqsirləndirilən şəxs1 06 sentyabr 2021-ci il tarixindən 08 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün və 24 sentyabr 2021-ci il tarixindən 24 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu 03 (üç) ay müddət cəzasından çıxılmalı, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzalarının əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), hökmün qanuni qüvvəyə minməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 barəsindəki Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs2 təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 23 sentyabr 2021-ci il tarixindən 23 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu 03 (üç) ay müddət cəzasından çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 08 dekabr 2022-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,075 qram olan narkotik vasitə - metamfetamin, xalis çəkisi 1,458 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara qırmızı rəngli “MAGNESİUM SRD-1300-K” markalı perforator və 01 ədəd qara-yaşıl “PUSELLO VOS-300İ” markalı qaynaq aparatı Zərərçəkmiş şəxs qaytarılmalıdr. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcləri 316,10 (üç yüz on altı manat on qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Novruz oğluna və Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Novruz oğluna, Təqsirləndirilən şəxs2 isə məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 1 (001)-696/2022 saylı hökm ilə ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə və onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 06 sentyabr 2021-ci il tarixindən 08 sentyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün və 24 sentyabr 2021-ci il tarixindən 24 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu 03 (üç) ay müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs1 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı, yəni 19 iyul 2022-ci il tarixdən hesablansın. Hökmün qanuni qüvvəyə minməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 barəsindəki Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs2 23 sentyabr 2021-ci il tarixindən 23 dekabr 2021-ci il tarixləri üzrə tutulduğu 03 (üç) ay müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs2 ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 08 dekabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 1,075 qram olan narkotik vasitə - metamfetamin, xalis çəkisi 1,458 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə ekspertiza xərcləri 316,10 (üç yüz on altı manat on qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara -qırmızı rəngli “MAGNESİUM SRD- 1300-K” markalı perforator və 01 ədəd qara-yaşıl “PUSELLO VOS-300İ” markalı qaynaq aparatı Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs1, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Novruz oğluna ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar