Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-143/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Zərərçəkmiş şəxs1 Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.2004-cü ildə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 03 noyabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə, saat 23:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «BMW 316» minik markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolunda yolun soldan sağa birinci hərəkət zolağı ilə Zığ istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km/saat sürətdən artıq, yəni 120 km/saat sürətlə hərəkət etdirməklə həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitinə uyğun sürətlə idarə etməli və avtomobilin yoldan çıxmasına səbəb olan təhlükəsizliyi təmin etməyən hərəkətlərə yol verməməli olduğu halda, mövcud şəraitdə həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub avtomobili eyni istiqamətdə hərəkətdə olan Şahid3 texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Mitsubishi L200” markalı, Az **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadı ilə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi, sağ gözdə travmatik enoftalm (göz almasının göz yuvasında arxaya yerini dəyişməsi), göz qapaqlarının alının sağ yan səthinin, sağ yanağın və sağ qulaq seyvanın əzilmiş-cırılmış yaraları və ətraf yumşaq toxumasının sıyrıqları, ağ ciyərin total qansızması ilə müşayiət olunan əzilməsi, sağda paravertebral xətt üzrə İİ qabırğanın qapalı yerinidəyişən sınığı, yuxarı və aşağı ətrafların qançırları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan bədən xəsarətləri ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq baş-beynin əzilməsi nəticəsində 28 iyul 2023-cü il tarixdə X6 ölümünə, avtomobildə olan digər sərnişin X2 isə sol said sümüklərinin metadiafızin yerini dəyişmiş sınığı, başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ saidin sıyrığı kimi nəticələnən, sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində Hövsanda olduğu zaman tanışı Zərərçəkmiş şəxs1 ona zəng edərək gəlib onu evlərindən götürməyini və biraz gəzməyi demişdir. O da razılaşmış və Hövsan qəsəbəsindən beton yola çıxıb həmin yol ilə Xətai rayonu, Telnov küçəsinə getmişdir. Orada Nərmingilə qalxmış və yemək yedikdən sonra Nərmini də götürüb həmin avtomobil ilə Hövsan qəsəbəsinə gəlmişdir.Həmin vaxt Nərmin qardaşı Yusifağa və onun dostu İsmayılı da götürməyi və birlikdə şəhərə gedib gəzməyi təklif etmişdir. O da razılaşmış və beton yol ilə Hövsan qəsəbəsinə gəlmişdir. Orada qardaş Yusifi və dostu İsmayılı Hövsan qəsəbəsində “Şüşəli bazar” deyilən yerdən götürmüş, Nərmin ön sərnişin oturacağında, qardaşı Yusif onun arxasında, İsmayıl isə Nərminin arxasında əyləşmişdir. Onlar üzü şəhər istiqamətində hərəkətə başlamış, həmin vaxt Hövsan qəsəbəsindən Hövsan-Zığ şossesi ilə Zığ qəsəbəsinə doğru hərəkət etmişdir. O, həmin yola daxil olduğu zaman dövlət qeydiyyat nişanına fikir vermədiyi bir “Opel Omega” markalı avtomobil ona yaxınlaşaraq sürməyi təklif etmişdir.O, əvvəlcə razılaşmasa da, həmin sürücü bir neçə dəfə ona işarə etdikdən sonra razılaşmış və həmin avtomobil ilə ötüşməyə başlamışdır. Lakin onun idarə etdiyi avtomobil köhnə olduğu üçün həmin avtomobili keçə bilməmiş və “Opel Omega” markalı avtomobil onu ötüb keçmişdir. Bundan sonra o, sürətini azaltmış və bu vaxt həmin “Opel Omega” markalı avtomobil yenidən ona yaxınlaşaraq sürməyi təklif etmişdir. O da razılaşmış və yenidən həmin avtomobil ilə ötüşməyə başlamışdır. Həmin “Opel Omega” markalı avtomobil onu ötüb önümdə yəni soldan birinci hərəkət yolunda hərəkətini davam etdirmiş, o, isə saatda 120 km sürətlə getsə də, həmin avtomobilə çata bilməmişdir. Təxminən Hövsan-Zığ şossesinin “Halkarnas balıkçısı” adlı restorana dönən hissəsinə çatmışdır ki, həmin “Opel Omega” markalı avtomobil ondan öndə soldan birinci hərəkət zolağı ilə hərəkət edən “Mitsubishi” markalı avtomobilə işıq ataraq ondan yol verməsini istəmişdir. “Mitsubishi” markalı avtomobil isə yol vermək üçün sağa doğru hərəkət edən zaman qəflətən “Opel Omega” markalı avtomobil sağ hərəkət zolağına keçərək sürəti artırıb uzaqlaşmışdır. Bu anda o da 120 km/saat sürətlə hərəkət etdiyi üçün qəflətən “Mitsubishi” markalı avtomobili önündə görmüşdür. Həmin “Mitsubishi” markalı avtomobil ilə toqquşmamaq üçün dərhal əyləci sıxmış və avtomobilin sükanını biraz sola döndərməyə çalışmışdır ki, həmin avtomobilin yanından ötüb keçsin, çünki ondan sağda markasına fikir vermədiyi avtomobillər keçmişdir. O, tormozdan istifadə etsə də hadisənin qarşısını ala bilməmiş, nəticədə idarə etdiyi avtomoblin ön sağ künc və yan hissəsi həmin “Mitsubishi” markalı avtomobilin arxa sol künc hisəsi ilə toqquşmuşdur. Zərbədən həmin avtomobil dönərək torpaq yola kimi sürüşüb dayanmış, o, isə idarəetməni itirdiym üçün qarşı-qarşıya nəqliyyat axınını ayıran enli beton səkiyə çırpılı bonun üzərinə qalxaraq avtomobilin ön sol künc hissəsi beton səkiyə quraşdırılmış elektrik dirəyinə çırpılıb dayanmışdır. Hadisə nəticəsində o, baş nahiyəsindən və belindən xəsarət almışdır. Həmin vaxt avtomobildə olan sərnişinlər Nərmin, Yusif və İsmayıl isə daha ağır dərəcəli xəsarətlər almışlar. İdarə etdiyi avtomobil tam yararsız hala düşdüyü üçün ətrafa toplanmış tanımadığı şəxslər kömək edib onları avtomobildən çıxarmışlar. Biraz sonra isə hadisə yerinə çağırılmış TTYS-nın əməkdaşları onu, Nərmini, Yusifi və İsmayılı X10 aparmışlar. Orada müayinə olunduqdan sonra onun xəsarətləri o qədər də ciddi olmadığından, evə buraxılmışdır. Lakin Nərmin, Yusif və İsmayılın xəsarətləri ağır olduğu üçün həmin xəstəxanada müalicələrinə davam etmiş, buna baxmayaraq, 28 iyul 2023-cü il tarixdə Nərmin hadisə nəticəsində aldığı xəsarətlərdən X6 vəfat etmişdir. Sonda, ilk dəfə cinayət əməlinin törədilməsini və əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, onlara dəymiş maddi ziyanın ödənilməsini, onların ona qarşı heç bir şikayət, tələbi və iddialarının olmadığını nəzərə alınmaqla, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş X8 ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il axşam saatlarında rayonda olan zaman olna məlumat verilmişdir ki, qızı Nərminin də içərisində olduğu “BMW” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilinn sürücüsü Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən Zığ qəsəbəsi istiqamətindən Hövsan-Zığ şossesi ilə hərəkətdə olan zaman “Mitsubishi” markalı avtomobil ilə toqquşmuş və hadisə nəticəsində “BMW” markalı avtomobildə olan qızı, iki nəfər sərnişin və sürücü xəsarət almış və X10 yerləşdirilmişlər. O, tez rayondan Bakı şəhərinə gəlmiş və X3 bildirmişlər ki, qızının vəziyyəti ağırdır. İki gün qızı həmin xəstəxanada müalicə aldıqdan sonra 28 iyul 2023-cü il tarixdə vəfat etmişdir. Qızının meyidi Suraxanı rayon morqundan təhvil aldıqdan sonra Biləsuvar rayonuna aparıb orada dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 14 mart 2024-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını, gələcəkdə də olmayacağını, həmçinin hazırkı cinayət işi üzrə keçiriləcək məhkəmə iclaslarında vaxtının məhdudluğu və şəhərdən kənarda yaşadığı ilə əlaqədar üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində tanınaraq Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 26 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində dostu Yusifağa ilə birlikdə Hövsan qəsəbəsində “7 gözəl” deyilən yerdə dayanıb söhbət edən zaman Mövsümağa və onun tanışı Nərmin Yusifağaya zəng edərək harada olduğunu soruşmuş, Yusifağa da onunla birlikdə Hövsanda olduqlarını demişdir. Onlar şəhərə gəzməyə getdiklərini və birlikdə gedib əylənməyi təklif etmişdir. Onlarda razılaşmış. Bundan biraz sonra Mövsümağa idarə etdiyi “BMW” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib onları Hövsan qəsəbəsində 7 gözəl deyilən yerdən götürmüşdür. Həmin vaxt Nərmin avtomobildə ön sərnişin oturacağında əyləşmiş, o, Nərminin arxasında arxa sərnişin oturacağında, Yusifağa isə qardaşı Mövsümağanın arxasında sürücü oturacağının arxasında əyləşmişdir. Onlar hərəkətə başlamış və Hövsan qəsəbəsindən çıxıb Hövsan-Zığ şossesi ilə üzü Zığ qəsəbəsi istiqamətində hərəkətini davam etdirmişlər. Həmin vaxt qardaşı avtomobili soldan birinci hərəkət zolağı ilə təxminən 80-90 km/saat sürətlə hərəkət etdirmişdir. “Halikarnas balıkçısı” adlı restorana dönən yola çatmağa xeyli qalmış dövlət qeydiyyat nişanına fikir vermədiyi yaşıl rəngli bir “Opel Omega” markalı avtomobil onlara yaxınlaşaraq qardaşına sürməyi təklif etmişdir. Qardaşı Mövsümağa əvvəlcə onunla razılaşmasa da, həmin sürücü bir neçə dəfə işarə etdikdən sonra qardaşı razılaşmış və həmin avtomobil ilə ötüşməyə başlamışdır. Həmin “Opel Omega” markalı avtomobil onların önünə keçib soldan birinci hərəkət zolağı ilə hərəkətini davam etdirməyə başlamış, onlar da arxasınca sürmüşlər. Həmin vaxt onlardan öndəki həmin avtomobilin sürəti 160 km/saat olmuş, onlar isə həmin avtomobilə yaxın getsələr də çata bilməmişlər. Biraz sonra həmin “Opel Omega” markalı avtomobil sürətini azacıq azaltmış və qəflətən sağ zolağa keçib sürətini artıraraq oradan uzaqlaşmışdır. Həmin avtomobil onların qarşısından sağa tərəf keçdikdə qarşılarında bir ədəd “Pikup” markalı avtomobil olduğunu görmüşlər. Bu andan qardaşı həmin avtomobil ilə toqquşmamaq üçün əyləci sıxmış və sükanı biraz sola döndərməyə başlamışdır. Lakin həmin vaxt əyləşdiyi avtomobil həmin öndəki “Pikup” markalı avtomobilin arxa yük hissəsi ilə toqquşmuş və yolu ikiyə ayıran beton səkiyə qalxıb elektrik dirəyinə çırpılaraq dayanmışdır. Həmin vaxt avtomobidlə dördü də xəsarət almışlar. Hadisənin təsirindən huşunu itirmiş və ayıldıqda X1 görmüşdür. Sonradan isə öyrənmişdir ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə ön sərnişin oturacağında əyləşmiş Nərmin aldığı xəsarətlərdən 28 iyul 2023-cü il tarixdə X6 vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş ərizəsində, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, ona qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını, gələcəkdə də olmayacağını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Xalıqverdı oğlu ifadəsində göstərmişdir ki, “Mitsubishi L200” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 2015-ci ildə almış və öz adına rəsmiləşdirmişdir. 19 iyul 2022-ci il tarixdə özünə məxsus həmin avtomobili xx.xx.2031-ci il tarixədək qüvvəsi olan etibarnamə ilə Şahid4 sürməsi üçün vermiş, həmin vaxtdan avtomobil Şahid4 olmuş, həmin vaxtdan bu avtomobili idarə etməmişdir.27 iyul 2023-cü il tarixdə günorta radələrində Oruc onunla əlaqə saxlayaraq ona etibarnamə əsasında sürməsi üçün verdiyi avtomobili tanışı Şahid3 verdiyini, özü də həmin avtomobildə ola-ola Faqi Rüstəmovun bu avtomobili idarə etməsi və Hövsan-Zığ şossesində bir “BMW” markah avtomobilin arxadan gəlib həmin “Mitsubishi L200” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsi ilə toqquşması və avtomobildə xəsarət olması barədə məlumat vermişdir. Bundan sonra o, həmin avtomobilə gedib baxış keçirmiş, hadisə nəticəsində ona məxsus olan «Mitsubishi L200» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4.860 manat maddi ziyan dəymiş,mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, «BMW 316» markalı, Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və öz adıma rəsmiləşdirmişdir. Lakin həmin avtomobili bir neçə ay bundan əvvəl əl krediti ilə Təqsirləndirilən şəxs satmış və ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 27 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ona etibarnamə əsasında sürməsi üçün verdiyi avtomobillə Hövsan-Zığ şossesində “Mitsubishi L200”markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobililə toqquşmasını, özünün və digər sərnişinlərin xəsarət alması barədə məlumat vermişdir. Bundan sonra o, həmin avtomobilə gedib baxış keçirmiş, hadisə nəticəsində ona məxsus olan «BMW 316» markalı, Az **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.625 manat maddi ziyan dəymiş, mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-də sürücü işləyir, özümə məxsus “BC” kateqoriyalı, AE 806583 seriya və nömrəli sürücülük vəsiqəsi vardır və həmin sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. “Mitsubishi L200” markah, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid1 Xahqverdi oğlu məxsusdur və o, digər dostu Şahid4 avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 26 iyul 2023-cü il tarixdə təxminən saat 22 radələrində öz evinə yük daşımaq üçün Suraxanı rayonu, Bahar qəsəbəsində dostu Oruc ilə birlikdə həmin “Mitsubishi L200” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili götürmüşlər. Həmin vaxt Oruc avtomobildə ön sərnişin oturacağında əyləşmiş, o, da avtomobili idarə etmişdir. Həmin avtomobili götürdükdən sonra idarə edərək Bahar qəsəbəsindən Hövsan yoluna çıxmış və Zığ qəsəbəsi istiqamətində Hövsan-Zığ şossesi ilə hərəkət etməyə başlamışlar.Həmin vaxt yolda avtomobil az olmuş və yolda sıxlıq olmamışdır. Həmin yolda yolun ortasına quraşdırlmış işıqlar yanmış və yolda görmə məsafəsi kifayət qədər olmuşdur. O, həmin yol ilə soldan birinci hərəkət zolağı ilə 60-65 km/saat sürətlə hərəkətini davam etdirmiş və Hövsan-Zığ şoseesində olan “Halikarnas bahkçısı” adlanan restorana dönən yolu keçdikdən sonra DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinə çatmağa biraz qalmış, onun hərəkət zolağında arxadan gələn bir “BMW” markalı dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil ona arxadan işıq ataraq ona yol verməyini istəmişdir. O, bunu gördükdən sonra avtomobili sağ tərəfə keçirmək istəmiş, lakin buna macal tapmamış həmin arxasında gələn “BMW” markalı avtomobil ön hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sol künc hissəsi ilə toqquşmuş, sürəti çox olduğu üçün idarəetməni itirərək hərəkət yolunu ikiyə ayıran beton səkiyə çırpılıb səkinin üzərinə qalxaraq həmin səkiyə quraşdırılmış elektrik dirəyinə dəyib dayanmışdır. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil isə fırlanaraq yolun tam sağında yerləşən torpaq sahəyə kimi sürüşərək dayanmışdır. Hadisə nəticəsində o və dostu Oruc heç bir xəsarət almamışlar. Avtomobildən düşdükdə görmüşdür ki, idarə etdiyi avtomobil arxadan vuran “BMW” markalı avtomobilin içərisində sərnişinlər vardır və həmin sərnişinlər xəsarət almışdır. Bu zaman ətrafda olan insanlar yaxınlaşmış və onlarla birlikdə köməkləşib “BMW” markalı avtomobildə olan sürücü və sərnişinləri çıxarmışlar. Bu zaman avtomobildə olan bir nəfər qadın sərnişin və iki nəfər kişi sərnişin xəsarət aldıqları üçün özlərində olmamış, ətrafda olan tanımadığı şəxslərdən kimsə DİN-nin 102 xidmətinə və 103 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.O, və Oruc hadisə yerində dayanıb gözləməyə başlamış,biraz sonra TTYS-nın əməkdaşları və polis əməkdaşları hadisə yerinə gəlmişlər. TTYS-nın əməkdaşları xəsarət alan şəxsləri müayinə etdikdən sonra X10 aparmış, polis əməkdaşları isə hadisə yerini müayinə etmiş və o, həmin prosesdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 7-20-ci vərəqələrində olan iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 27 iyul 2023-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan istiqamətində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 04, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün eni isə 16 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, 02 mart 2023-cü il tarixdə, saat 23:50 radələrində «BMW 316» minik markalı ** XG *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolunda yolun soldan sağa birinci hərəkət zolağı ilə Zığ istiqamətində istiqamətində hərəkətdə olarkən “Mitsubishi L200” markalı, Az **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadı ilə toqquşmuş, «BMW 316» minik avtomobili idarəetməni itirərək, elektrik dirəyinə çırpılaraq dayanmışdır. Cinayət işinin 29-cu vərəqəsində olan 27 iyul 2023-cü il tarixli, 1/2873 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinin 98-103-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X4 rayon şöbəsinin məhkəmətibbi ekspertizası üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 92 №-li rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beynin əzilməsi, sağ gözdə travmatik enoftalm (göz almasının göz yuvasında arxaya yerini dəyişməsi), göz qapaqlarının alının sağ yan səthinin, sağ yanağın və sağ qulaq seyvanın əzilmiş-cırılmış yaraları və ətraf yumşaq toxumasının sıyrıqları. Ağ ciyərin total qansızması ilə müşayiət olunan əzilməsi. Sağda paravertebral xətt üzrə İİ qabırğanın qapalı yerini dəyişən sınığı. Yuxarı və aşağı ətrafların qançırları. Qeyd olunan xəsarətlər həyati olub mərhumun xəstəxanaya gətirilməsindən az əvvəl (X12, xx.xx.2023-cü il saat 22:30) bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə qərarda göstərilən yol- nəqliyyat hadisəsi şəraitində sərnişin qismində törənə bilərdi.Dərəcəsinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda baş-beyinin əzilməsi olmuşdur. Ölüm meytin meyitxanada müayinəsindən 3-5 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir Cinayət işinin 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və X4 rayon şöbəsinin məhkəmətibbi ekspertizası üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 939 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs2 bədən üzərində müəyyən edilmiş xəsarətlər-sol said sümüklərinin metadiafızin yerini dəyişmiş sınığı, başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ saidin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023- cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomaşının digər avtomaşınla və maneə ilə toqquşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Cinayət işinin 142-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 28 avqust 2023-cü il tarixli 3-16-16/2-8/2437 №-li rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW markalı, ** XG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni avtomobili 120 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mitsubishi markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Sürücü Şahid3 avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 107-ci vərəqində olan Suraxanı RPİ-nin DYPŞ-nin həmin şöbənin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2032-ci il tarixədək qüvvədə olan «BC» kotiqoriyah BA 059458 saylı və xx.xx.1987-ci il təvəllüdlü Şahid3 xx.xx.2024-cü il tarixədək qüvvədə olan «BC» kateqoriyalı AE 806583 saylı sürücülük vəsiqəsi verilmişdir. Hər iki sürücünün sürücülük vəsiqələri aktivdir sürücülük hüququndan məhrum olunmamışdırlar. Cinayət işinin 169-170-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası inayət Məcəlləsinin 263.2-ci maddəsi ilı təqsirləndirilən şəxs qismində cəlb edilməs qərara alınmışdır. Cinayət işinin materiallarının 180-ci vərəqində olan 03 noyabr 2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 118-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan zərərçəkmiş şəxs X8 tərəfindən notarial qaydada təsdiq olunmuş 14 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını, gələcəkdə də olmayacağını, həmçinin hazırkı cinayət işi üzrə keçiriləcək məhkəmə iclaslarında vaxtının məhdudluğu və şəhərdən kənarda yaşadığı ilə əlaqədar üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs2 tərəfindən notarial qaydada təsdiq olunmuş 14 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını, gələcəkdə də olmayacağını, bildirmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğu olmayan şəxs olduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, gənc olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələblərinin və iddialarının olmadıqlarının və bu barədə notarial qaydada təsdiq olunmuş ərizələr təqdim edilməsini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-143/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-143/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver