Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-144/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:35-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhıəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 4(010)- 619/2021 nömrəli qərarı ilə əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 iyun 2021-ci il tarixdə, saat 05 radələrində tanışı X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ünvan 3 ünvansız fərdi yaşayış evinə yaxınlaşmış, əvvəlcədən aralarında olan razılaşmaya əsasən X8 ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs isə həmin evin arxa tərəfində olan hasarın alçaq hissəsindən aşmaq yolu ilə yaşayış sahəsi hesab olunan evin həyətinə qanunsuz daxil olaraq evin yan tərəfindən olan pəncərənin açıq olmasından istifadə edib həmin yerdən əlini evin içərisinə uzadıb pəncərinin qarşısında olan masanın üzərindən 01 ədəd 570 manat dəyərində “Redmi Note 9” markalı mobil telefonu üzərində olan 05 manatlıq 051 *** ** ** nömrədə istifadə etdiyi “Sim” danışıq kartını 05 manatlıq danışıq konturu ilə birlikdə və 70 manat nağd pulunu 10 manat dəyərində olan 01 ədəd pul kisəsi ilə birlikdə gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.261 qram və 0.326 qram olmaqla, ümumi təmiz çəkisi 0.587 qram olan ağ kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, daşımaqla üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 noyabr 2021-ci il tarixdə, saat 21:00-da Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze küçəsində saxlanılıb Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman həmin 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.261 qram və 0.326 qram olmaqla, ümumi təmiz çəkisi 0.587 qram ağ kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəlcə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə elan olunmuş ittihamda isə özünü təqsirli bilməyərək göstərmişdir ki, 13 iyun 2021-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, ünvan 3 ünvansız fərdi yaşayış evindən oğurluğu tək törətmişdir. Belə ki, sürücülük vəsiqəsi olmadığından 12 iyun 2021-ci il tarixdə, saat 11 və ya 12 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yaşayan tanışı İsmayıldan “rent a car”dan avtomobil götürməkdə ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra İsmayılla birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan “Elşən rent a car”dan İsmayılın sürücülük vəsiqəsi əsasında 50 manat ödəyərək 01 günlük “Kia” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili İsmaylın sürücülük vəsiqəsi əsasında icarəyə götürmüşlər. Həmin avtomobilə görə 50 manat icarə haqqını özü ödəmişdir. “Rent a car”dan çıxan zaman avtomobili İsmayıl idarə etmiş, kəndə gəldikdən sonra isə avtomobili özü idarə etməyə başlamışdır. Həmin gecəni avtomobili bir qədər idarə etdikdən sonra yaşadığı evə getmiş, nənəsinə, babasına və qardaşına həmin avtomobili “rent a car”-dan icarəyə götürməyi barədə bir söz deməmişdir. Həmin gün, saat 22 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində avtomobili idarə edən zaman “Araz” marketdən bir qədər öndə yol kənarı ilə hərəkət edən zaman təxminən 3-4 ildir dostluq etdiyi Talehi görmüş, idarə etdiyi avtomobili saxlayıb Talehi də götürüb onunla birlikdə Yeni Suraxanı qəsəbəsində bir qədər gəzmişlər. 12 iyun 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixə geçən gün, səhər saatlarında Yeni Suraxanı qəsəbəsində Zeytunluq tərəfdə 1-ci köndələn adlan yerdə olan Qaz idarəsinin yanındakı evlərdən birinin hasarının bir istiqamətə tam olaraq tikilməmiş olması diqqətini cəlb etmiş, oradan həyətə daxil olmağın rahat olacağını düşünüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də idarə etdiyi avtomobili həmin evin arxa tərəfində saxlamış və Talehlə birlikdə avtomobildən düşmüş və o, tək evin arxa tərəfindən evə yaxınlaşdır. Evin açıq olan pəncərəsindən əlini içəri salıb pəncərənin kənarında olan 01 ədəd “Redmi Note 9” markalı mobil telefonu və 01 ədəd pul kisəsini götürüb cibinə qoymuşdur. Pul kisəsinin içərisinə baxan zaman orda 70 manat pulun, kartlar və şəxsiyyət vəsiqələrinn olduğunu görmüş, həmin əşyaları zibil qutusuna atmışdır. Sonra Talehi aparıb 101 saylı məktəbin yanında düşürtmüş, özü isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedib oradakı xatırlamadığı telefon mağazlarının birində həmin telefonu 140 manata öz şəxsiyyət vəsiqəsi əsasında satmışdır. Telefonun üzərində olan sim kartı isə çıxardıb atmışdır. Həmin puldan 23 manata 01 ədəd dövşan üzərində ürək olan parça toxunuşlu kukla almış, qalan hissəsini isə yeməyinə xərcləmişdir. Həmin gün avtomobili İsmayılla birlikdə aparıb qaytarmışdır. Oğurluq yolu ilə əldə etdiyi puldan Talehə 01 manat olsun belə verməmişdir. Təxminən hadisədən bir neçə gün sonra ev sahibinin oğlunu tapıb, onların evindən oğurluq edildiyini və dəymiş ziyanın onun tərəfindən ödəniləcəyini bildirmiş, lakin həmin şəxsə oğurluğun onun tərəfindən edildiyini deməmişdir. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, ümumiyyətlə narkotik vasitələrin istifadəçisi deyil, üzərimdə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis bölməsində, polis əməkdaşları onu döyərək psixotrop maddəni öz üzərinə götürməyə məcbur etmişlər. Buna görə də məcbur olub polis əməkdaşlarının təqdim etdiyi psixotrop maddənin özünə məxsus olması barədə etirafedici ifadələr vermişdir. Prokurorluqda, polis bölməsində döyüldüyünü bildirmişdir. Habelə təcridxanaya aparılan zaman döyülməyi ilə bağlı izahatı da alınmışdır. Sonradan Təqsirləndirilən şəxs məhkəmədə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, bildirdi ki, əvvəlki ifadəsini o, özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, atası ilə anası xeyli müddət olar ayrılmışlar, o və qardaşı, ana nənəsi və babasının himayəsinə verilmişlər. Babası taksi sürücüsü, nənəsi isə təqaüdçüdür. 2017-ci il tarixdə İdman Akdemiyasının güləş ixdisasına daxil olmuş və hazırda Akademiyanın 4-cü kursunda təhsil alır. Qardaşı hər hansı ali təhsil almamış və hazırda taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 23 ay aydır qardaşı evlənmiş və hazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində kirayə mənzil tutub yaşayır. Təxminən 7-8 ay müddətində o, “Ballı” market şəbəkəsinin Hövsan, Yeni Suraxanı, Köhnə Suraxanı, Günəşli qəsəbəsində olan mağazlarında mühafizəçi olaraq işləmiş və həmin mağazaya onu Orxan adlı şəxs işə götürmüş və səhv etmirsə onunla əmək müqaviləsi bağlanmışdır. Aylıq 500 manat əmək haqqı verildiyindən, həmin əmək haqqı onun tələbatlarını ödəmədiyinə görə işdən çıxmaq məcburiyyətində qalmışdır. Bundan başqa o, Şuşada olan “Xarı Bülbül” festivalı zamanı səhnənin qurulmasında fəhlə kimi işləmişdir. Hər gün səhər saat 08 radələrində dərsdə olur və günorta 15 və ya 16 radələrində dərsdən çıxıb evinə gedir. Hazırkı vaxta kimi bir dəfə olsun ki, narkotik vasitə və psixotrop maddə qəbul etməmişdir. Bir müddət işsiz olduğundan maddi vəziyyəti pis olmuş və şəxsi xərclərini qarşılamaq üçün oğurluq etmək qərarına gəlmişdir. 12 iyun 2021-ci il tarixdə, saat 11 və ya 12 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yaşayan tanışı İsmayıldan “rent a car”dan avtomobil götürməkdə ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra İsmayılla birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olan “Elşən rent a car”dan İsmayılın sürücülük vəsiqəsi əsasında 50 manat ödəyərək 01 günlük “Kia” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili İsmaylın sürücülük vəsiqəsi əsasında icarəyə götürmüşlər. Həmin avtomobilə görə 50 manat icarə haqqını özü ödəmişdir. “Rent a car”-dan çıxan zaman avtomobili İsmayıl idarə etmiş, kəndə gəldikdən sonra isə avtomobili özü idarə etməyə başlamışdır. Həmin gecəni avtomobili bir qədər idarə etdikdən sonra yaşadığı evə getmiş, nənəsinə, babasına və qardaşına həmin avtomobili “rent a car”-dan icarəyə götürməyi barədə bir söz deməmişdir. Həmin gün, saat 22 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində avtomobili idarə edən zaman “Araz” marketdən bir qədər öndə yol kənarı ilə hərəkət edən zaman təxminən 3-4 ildir dostluq etdiyi Talehi görmüş, idarə etdiyi avtomobili saxlayıb Talehi də götürüb onunla birlikdə Yeni Suraxanı qəsəbəsində bir qədər gəzmişlər. 12 iyun 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixə geçən gün, səhər saatlarında Yeni Suraxanı qəsəbəsində Zeytunluq tərəfdə 1-ci köndələn adlan yerdə olan Qaz idarəsinin yanındakı evlərdən birinin hasarının bir istiqamətə tam olaraq tikilməmiş olması diqqətini cəlb etmiş, oradan həyətə daxil olmağın rahat olacağını düşünüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də idarə etdiyi avtomobili həmin evin arxa tərəfində saxlamış və Talehlə birlikdə avtomobildən düşüb evin arxa tərəfindən evə yaxınlaşmışdır. Həmin vaxt niyyəti qeyd edilən evdən oğurluq etmək olmuş, Taleh də buna etiraz etməmişdir. Oğurluq yolu ilə əldə olanacaq pul Talehə deyil, ona lazım olmuşdur. Həmin pul hesabına şəxsi xərclərini qarşılamaqla yanaşı, bir nəfər ona yaxın olan şəxsə hədiyyə almaq istəmişdir. Beləliklə Talehlə birlikdə hasarın alcaq olan hissəsindən həyətə yaxınlaşmışlar və həyətə daxil olmamışdan öncə bir qədər ətrafı müşahidə edib həyətdə heç kimin olmadığına əmin olduqdan sonra həmin daş hasarın alçaq yerindən həyət daxil olmuş, Taleh isə bir kənarda qalıb ətrafı müşahidə etmişdir. O, həmin vaxt həyətdə evin pəncərəsinin açıq olduğunu görmüş və pəncərənin kənarında olan 01 ədəd “Redmi Note 9” markalı mobil telefonu və bir ədəd pul kisəsini götürüb cibinə qoymuş, sonra ikisi də küçə ilə qaçıb həmin ünvandan evin arxa tərəfindən keçmişlər və ordan onun idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Pul kisəsinin içərisinə baxdıqda orda 70 manat pulun, kartlar və şəxsiyyət vəsiqəsinin olduğunu görmüş və həmin əşyaları zibil qutusuna atmışdır. Sonra Talehi aparıb 101 saylı məktəbin yanında düşürtmüş, özü isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə gedib oradakı xatırlamadığı telefon mağazlarının birində həmin telefonu 140 manata öz şəxsiyyət vəsiqəsi əsasında satmışdır. Telefonun üzərində olan sim kartı isə çıxardıb atmışdır. Həmin puldan 23 manata 01 ədəd dövşan üzərində ürək olan parça toxunuşlu kukla almış, qalan hissəsini isə yeməyinə xərcləmişdir. Həmin gün avtomobili İsmayılla birlikdə aparıb qaytarmışdır. Oğurluq yolu ilə əldə etdiyi puldan Talehə 01 manat olsun belə verməmişdir. Təxminən hadisədən bir neçə gün sonra ev sahibinin oğlunu tapıb, onların evindən oğurluq edildiyini və dəymiş ziyanın onun tərəfindən ödəniləcəyini bildirmiş, lakin həmin şəxsə oğurluğun onun tərəfindən edildiyini deməmişdir. Lakin həmin şəxsə heç nə verməmiş və sonradan da onunla və ya atası ilə əlaqə saxlamamışdır. Bundan başqa, təxminən altı aya yaxındır “şüşə” kimi tanıdığı psixotrop maddədən istifadə edir. 30 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerdən içərəisində psixotrop maddə metamfetamin olan 02 bükümdə tapmış və onları sonra istifadə etməsi üçün üzərində saxlamışdır. Həmin gün, yəni 30 noyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Caparidze küçəsində olduğu zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmiş, orada xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də o, əynindəki şalvarın sağ arxa cibində saxladığı 02 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə psixotrop maddə metamfetamindir, onları saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerdən tapmış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol onun və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış aparılan zaman ona qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 14 aprel 2022-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, təxminən 04 ildir Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 1ci köndələn küçəsi Zeytun bağları sovxozu Qaz paylayıcı idarənin yanında öz adına olmaq şərti ilə 03 sot torpaq sahəsi almış və həmin torpaqda fərdi yaşayış evi olmaqla 01 mərtəbəli kürsülü ev tikmişdir. Evin həyətinin yol tərəfə olan hissəsində mişar daşları ilə əhatələnmiş hasarı olmuş, arxa tərəfində isə mişar daşından 05 daş hörülmüş olmuşdur ki, ordan həyətə rahat daxil olmaq mümkündür. Evin həyətinin giriş qapısı taxtadan pəncərələri isə plastik olmuş, pəncərələrin üzərində dəmir barmaqlıq olmamışdır. 12 iyun 2021-ci il tarixdə ailə üzvələri ilə birlikdə evdə olmuş və axşam saat 24 radələrində yatmışdır. Yatarkən hava isti olduğundan evin havalanması üçün yan tərəfdə olan yataq otağının pəncərəsini açıq qoymuş və həmin pəncərənin qarşısında olan hündür masanın üzərinə 570 manta aldığı özünə məxsus “Redmi Note 9” markalı mobil telefonunu qoymuşdur. Həmin telefonu o, oğlunun adına aldığı 051 *** ** ** nömrəsi ilə istifadə etmiş və telefonun üzərində 05 manatlıq danışıq konturu olmuşdur. Masanın üzərinə həmçinin içərisində 70 manat pul, “Bravo”, “Araz” marketə aid olan bonus kartları, “Bank of Baku”, “Unibank”, “Kapital” bankdan arvadı X3 adına verilmiş plastik kartlar, oğlu X6 şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində pul kisəsi olmuşdur. 13 iyun 2021-ci il tarixdə, saat 07 radələrində yuxudan ayılan zaman yataq otağında pəncərənin qarşısında olan masanın üzərindəki mobil telefonunun və pul kisəsinin yerində olmadığını müəyyən etdikdə, axşam yatdığı zaman naməlum şəxsin evin pəncərəsindən həmin əşyaları əl atıb götürdüyünü anlamışdır. Buna görə də əvvəlcə hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat vermiş, daha sonra isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət etmişdir. Hadisə zamanı onun başqa hər hansı əmlakı oğurlanmamış və yaşadığı evin qapısı və ya digər hər hansı əmlakı qəsdən məhv edilib zədələnməmişdir. O, hadisənin dəqiq olaraq nə zaman baş verməsini bilməmişdir. Evindən oğurluq etmiş şəxsi və ya şəxsləri nə o, nə də ki ailə üzvüləri görmüşdür. Hadisə nəticəsində ona cəmi 660 manat maddi ziyan dəymişdir. Sonradan həmin hadisəni törtəmiş Ümudvar onun oğlu Qulu Xəlilovla görüşüb özünü oğurluq edən şəxs olaraq təqdim etmədən həmin ziyanı qarşılamağa hazır olduğunu bildirmişdir. Sonda Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 30 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çağaridza küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə ondan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 21:00-da onlar, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çağaridze küçəsində xarici əlamətlərindən xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini istəmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxsə qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını bildirib onu, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs də öz növbəsində etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif olunmuşdur. Buna görə də Təqsirləndirilən şəxs, əynindəki şalvarın sağ arxa cibində saxladığı 02 ədəd bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə psixotrop maddə metamfetamindir, onları saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerdən tapmış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki psixotrop maddə metamfetamin qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmişdir. Protokol Təqsirləndirilən şəxs, habelə bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Saxlanılıb polis bölməsinə gətirilərkən, habelə üzərində axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir təsir, təzyiq və ya zor tətbiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru Şahid1, şahid Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 2009-cu X7 ilə rəsmi nikaha daxil olmuşa və həmin nikahdan onun iki övladı vardır. Usta köməkçisi və ya fəhləlik edib ailəsini dolandırır. Təqsirləndirilən şəxs Bəyəlr oğulunu təxminən 01 il 06 ay müddət olar ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən tanımış və onun tələbə olmasını bilmişdir. 12 iyun 2021-ci il tarixdə, saat 11 və ya 12 radələrində Ümidvar Bayramov ona Xətai metrosunun yaxınlığında rentekar olduğunu və oradan avtomobil götürməyi və avtomobilin 01 gününün 70 manat olmasını bildirmişdir. Ümidvarla birlikdə Xətia metrosunun yanına gəlmişlər və orada o, 01 günlük öz adına olmaq şərti ilə “Kia” markalı, ** RN *** dövlət qeydiyyat nişanla avtomobil götürmüşdür. Avtomobili o, idarə etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə gəlmişdir. Rentekardan çıxan zaman avtomobili o, idarə etmiş və kəndə gəldikdən sonra Ümidvar avtomobili idarə etmək üçün ondan götürmüşdür. Ümidvarın sürücülük vəsiqəsinin olmadığını bilmiş və buna görə də həmin avtomobili öz adına icarəyə götürmüşdür. Həmin gecəni avtomobili Ümidvar sürüb səhər gətirməli olmuşdur ki, səhəri aparıb təhvil versinlər. Səhəri günü onlar birlikdə avtomobili aparıb təhvil vermişlər və həmin gecə o, Ümidvarla birlikdə olmadığından sonradan sonuncunun avtomobillə nə etməsini, haralara getməsini və kiminlə olmasını bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, 13 iyun 2021-ci il tarixdə səhər saatlarında Talehlə Ümidvar Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində avtomobili idarə edən zaman Yeni Suraxanı qəsəbəsində Zeytunluq tərəfdə 1-ci köndələn adlanan yerdə olan Qaz idarəsinin yanında olan evlərdən birindən oğurluq etmişdir. Həmin puldan bir manat olsun ki, Ümidvar ona pul verməmişdir. O, Ümidvar və digər şəxsin əməllərindən xəbərdar olmamış və onların necə və nə qədər oğurluq etmələrini bilməmiş və sonuncular ilə həmin oğurluq və ya başqa hər hansı oğurluq cinayətində iştirak etməmişdir. Hadisə barədə sonradan polislər onu Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 31-ci Polis Bölməsinə dəvət edən zaman məlumatlı olmuş və Ümidvarla danışan zaman sonuncu ona həmin oğurluğu Taleh adlı şəxslə etdiyini və özünün işi qaydasına qoyacağını demişdir. Talehin anket məlumatlarını bilməmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə baxış keçiriləcəyi bildirilmiş və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ arxa cibində saxladığı 02 bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin bükümlərdə olan maddə psixotrop maddə metamfetamindir, onları saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerdən tapmış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin dövriyyəsi qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Həmin bükümlərdəki psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülmüş və baxışın nəticələrinə dair protokol tərtib edilmiş, protokol Təqsirləndirilən şəxs və digər proses iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 dekabr 2021-ci il tarixli, 6/5315 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №195” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxsmn üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.261 qram və 0.326 qram olmaqla, ümumi təmiz çəkisi 0.587 qram olan ağ kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Ümumi təmiz çəkisi 0.587 qram olan metamfetaminin 0.06 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0.527 qram təşkil etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 02 dekabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin inzibati binasında, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilir və bununla əlaqədar üzərində olan dövriyyəsi qadağan olunmuş əşyaları təqdim etmək təklif olunur. Təqsirləndirilən şəxs könüllü olaraq, əynində olan şalvarın sağ arxa cibində saxladığı 02 bükümü polis əməkdaşlarına təqdim edir və bildirir ki, həmin bükümlərdə psixotrop maddə metamfetamin var, onları saxlanılmamışdan bir qədər əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerdən tapmış və daha sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin bükümlərdəki psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq, götürülür və baxışın nəticələrinə dair protokol tərtib edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin sonuncunun üzərindən dövriyyəsi qadağan olunmuş əlavə hər hansı bir əşya aşkar olunmur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 13 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, ünvan 3 ünvansız fərdi yaşayış evində oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı hadisə yerini əks etdirən təhlükəsizlik kameraların video görüntüləri diskə köçürülərək götürülmüşdür. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdədki video görüntüdən görünür ki, iki nəfər şəxs ağ rəngli, dövlət qeydiyyat nişanı görünməyən “Kia Optima” markalı avtomobilin yanında dayanıb ətrafa nəzər bir qədər söhbət etdikdən sonra videogörüntünün əhatə dairəsindən çıxırlar, bir qədər sonra isə yəni videogörüntünün 01 dəqiqə 19 saniyəsində həmin şəxslər Kia Optima” markalı avtomobilin yanından yaxınlıqdakı bir mərtəbəli fərdi yaşayış evinə yaxınlaşıb həmin evin alçaq daş hasarının yanı ilə ətrafa baxa-baxa piyada evin arxasına doğru hərəkət edirlər. Sonradan isə birinin əynində qara rəngli gödəkçəsi olan, digərinin əynində isə açıq göy rəngli qısaqol köynək olan iki nəfər şəxs qaçaraq yolun döngəli hissəsindən dönüb təhlükəsizlik kamerasına doğru yaxınlaşaraq qaçıb hadisə yerindən uzaqlaşırlar. Diskə baxışda istirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə olan şəxslərdən birinin özü, digərinin isə dostu X8 olduğunu, sonuncu ilə oğurluq etdiyi evə yaxınlaşdıqlarını, əvvəlcədən razılaşdıqları kimi X1 dayanıb ətrafa nəzər yetirdiyini, özünün isə həmin evin həyətinə daxil olaraq evin açıq olan pəncərəsindən əlini içəri salıb oğurluq etdiyini və bundan sonra hər ikisinin qaçaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 fevral 2022-ci il tarixli, 596 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə X5 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin mövcudluğu kifayət qədər mötəbər dəlillərlə sübuta yetirilsə də, istintaqın hazırki mərhələsində X5 istintaqa təmin etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olmadığından, cinayət işinin ibtidai istintaq müddəti nəzərə alınaraq ********* saylı cinayət işindən X5 barəsində Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və istintaqı aparılmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Bundan əlavə, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci və İİ siyahısının 67-ci bəndlərinə əsasən həm heroinin, həm də metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı hədləri 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 2 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 12-ci bəndinin “a” yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Ağır Atletika üzrə çoxsaylı Respublika və Beynəlxalq yarışlarında İ, İİ və İİİ yerlər tutduğuna görə təltif edilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında 21 oktyabr 2021-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 21 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilərək, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad edilməsi qərara alınmış və bundan sonra Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 4(010)-619/2021 nömrəli qərarı ilə əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, 31 yanvar 2022-ci il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* nömrə altında istintaq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 30 noyabr 2021-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 08 (səkkiz) ay 05 (beş) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 08 (səkkiz) ay 07 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.527 qram olan psixotrop maddə - metamfetamin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 02 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün, habelə məhkəməyədək icraat və məhkəmə baxışı zamanı 30 noyabr 2021-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 08 (səkkiz) ay 05 (beş) gün, ümumilikdə isə tutulduğu və həbsdə saxlanıldığı 08 (səkkiz) ay 07 (yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 04 (dörd) ay 14 (on dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0.527 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 02 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-144/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-144/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver