Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-144/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şahid1, təqsirləndirilən şəxs Elmar Valievin (Təqsirləndirilən şəxs2), onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, 05 aprel 2023-cü il tarixdə, saat 11:45-də, Bakı şəhərində, 29 oktyabr 1988-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Elmar Valievin (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1989-cu ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yaşayan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-256/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 31 may 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 01 sentyabr 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Elmar Valiev (Təqsirləndirilən şəxs2) özgənin əmlakını talamaq məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 24 may 2021-ci il tarixdə, saat 21:00 radələrində işlədiyi ünvan 4 ünvanında yerləşən “010” adlı avtoservis bağlandıqdan sonra servisin yaxınlığında yerləşən sexin qapısını özündə olan açarla açıb hər ikisi içəri daxil olub sexdə saxlanılmış Şahid1 məxsus “Chevrolet Malibu” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1500 manat, “Opel Astra” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 500 manat, Şahid2 məxsus “Hyundai İ30” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1.000 manat dəyərində katalizatorlarını, “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə 150 manat dəyərində üzərində “Dəniz Egzoz” yazıları olan səsboğucunun katalizator hissəsini gizli olaraq talayıb zərərçəkmiş şəxslər Şahid1 ümumilikdə 2.000 manat və Şahid2 isə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talamaq məqsədilə dostu Elmar Valiev (Təqsirləndirilən şəxs2) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətin törədilməsinə yönələn niyyətlə 24 may 2021-ci il tarixdə, saat 21:00 radələrində sonuncunun işlədiyi ünvan 4 ünvanda yerləşən “010” adlı avtoservis bağlandıqdan sonra servisin yaxınlığında yerləşən sexin qapısını Təqsirləndirilən şəxs2 özündə olan açarla açıb hər ikisi içəri daxil olub sexdə saxlanılmış Şahid1 məxsus “Chevrolet Malibu” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1.500 manat, “Opel Astra” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 500 manat, Şahid2 məxsus “Hyundai İ30” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1.000 manat dəyərində katalizatorlarını, “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə 150 manat dəyərində üzərində “Dəniz Egzoz” yazıları olan səsboğucunun katalizator hissələrini gizli olaraq olaraq talayıb zərərçəkmiş şəxslər Şahid1 ümumilikdə 2.000 manat və Şahid2 isə 1.150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Elmar Valiev (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, özü Gürcüstan Respublikası vətəndaşı olsa da 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası ərazisində daimi yaşayır. Əvvəllər ünvan 4 ünvanda yerləşən “010” adlı avtoservisdə usta işləmişdir. İş yeri servisə bitişik olan sexdə olmuşdur. Həmin sexdə avtomobillərin təmiri ilə məşğul olaraq, icarə haqqı ödəmişdir. Sexin açarları özündə olmuşdur. İş fəaliyyəti təmirə verilmiş avtomobillərin sahibləri ilə razılaşıb təmir olunmalı hissəni təmir etməkdən ibarət olmuşdur. İşi çox olduqda gecə saatlarında işlədiyi sexə gəlmiş, təmirlə məşğul olmuş və bəzən gecəni səhərə qədər işləmişdir. Servisdə yer olmadıqda avtomobilləri servisin qarşısında və onun işlətdiyi sexdə saxlanılırmış. Servisdə Şahid3 adlı şəxs avtomobillərin rənglənməsi ilə məşğul olurmuş. 24 may 2021-ci il tarixdə, axşam saatlarında servis bağlanmış, o da sexi bağlayıb getmişdir. İşi olmadığı üçün pula ehtiyacı yaranmışdır. Ona görədə işlədiyi sexdə saxlanılmış avtomobillərin səsboğucularında olan katalizatorlarını sökərək, satmaq qərarına gəlmişdir. Bunun üçün ona kömək edəcək şəxs lazım olmuşdur. Dostu Elnura zəng edərək, ona işlədiyi sexdə olan avtomobillərin katalizatorlarını söküb, satmağı təklif etmişdir. Elnur da razılaşmış və onlar həmin günü görüşərək Elnurun idarə etdiyi “Opel” markalı avtomobillə işlədiyi sexin qarşısına gəlmişlər. Saat 21:00 radələrində sexin qarşısına çatdıqda hər ikisi avtomobildən düşmüşlər. Gecə olduğu üçün servis bağlı olmuşdur. Özündə olan açarla işlədiyi sexin qapısını açıb Elnurla birlikdə sexə daxil olmuşlar. Əvvəlcə sexdə saxlanmış “Chevrolet Malibu” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsinə girərək səsboğucusundakı katalizatoru sökməyə başlamışdır. Elnur da ona kömək etmiş və katalizatoru sökmək üçün lazım olan alətləri ona vermişdir. Avtomobilin katalizatorunu sökərək çıxarıb Elnura vermiş, Elnurda katalizatoru götürüb kənara qoymuşdur. Bundan sonra onlar sexdə saxlanılan “Opel Astra” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Hyundai” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Opel” markalı, 99- RA-712 dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucularında olan katalizatorlarınıda sökərək çıxarmışlar. Ümumilikdə dörd avtomobilin səsboğucularından çıxardıqları 4 ədəd katalizatorları Elnurla köməkləşib sexin qarşısına daşımışlar. Sonra həmin katalizatorları Elnurun idarə etdiyi avtomobilin arxa yük yerinə yığaraq, oradan uzaqlaşmışlar. Yaşadığı evin yaxınlığında avtomobildən düşürmüş və Elnur getmişdir. Səhəri günü günorta saatlarında Elnurla Nərimanov rayonu ərazisində görüşmüşlər və Elnur 04 ədəd katalizatorları cəmi 610 manata satdığını bildirmişdir. Həmin pulun 310 manatını özü götürüb qalan 300 manatını Elnura vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 görməmişdir. Əldə etdiyi pulu xərcləmişdir. Həmin oğurluğu Təqsirləndirilən şəxs1 ilə birlikdə etmiş və onlara başqa heç kim kömək etməmişdir. Oğurluq edəcəyindən heç kimin məlumatı olmamış və bu barədə heç kimə deməmişdir. Elnurun avtomobili olduğu və katalizatorları Elnurun avtomobilinə yığdıqları üçün katalizatorları Elnur satmışdır. Ancaq Təqsirləndirilən şəxs1 katalizatorlar harada, kimə satmasını bilmir. Səsboğucularında olan katalizatorları sökdükləri avtomobillər təmirə verilmiş avtomobillər olmuş, sexə istənilən vaxt girib-çıxmağa icazəsi olsada avtomobilləri idarə etməyə və hər hansı bir hissəsini götürməyə icazəsi olmamışdır. Avtomobil sahiblərini də tanımamışdır. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşman olduğunu, zərərçəkmişlərlə barışıq əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, rəsmi olaraq işləmir, lakin atasına məxsus “Opel” markalı **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobililə taksi fəaliyyəti ilə məşğul olaraq, ailəsinin dolanışığına kömək etmişdir. Elmar Valiev (Təqsirləndirilən şəxs2)nu uzun müddətdir ki, tanıyır və onunla dostdur. Təqsirləndirilən şəxs2 “010” adlı servisdə usta işləmişdir. 2021-ci ilin may ayının 24-də axşam saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək, işlədiyi avtoservisdə olan avtomobillərin səsboğucularında olan katalizatorları sökərək, satıb pul əldə edə biləcəklərini demişdir. Pula ehtiyacı olduğu üçün Elmarın təklifini qəbul etmişdir. Həmin günü axşam saatlarında Elmar ilə xatırlamadığı yerdə görüşüb idarə etdiyi avtomobillə Elmarın işlədiyi sexə getmişlər. Oraya çatdıqda Elmar işlədiyi sexin qapısını özündə olan açarla açmış və içəri daxil olmuşdur. Elmar həmin sexin işlədiyi sex olmasını bildirmişdir. Bundan sonra o, da içəri daxil olmuşlar. Elmar ilə birlikdə əvvəlcə sexdə saxlanmış “Chevrolet Malibu” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Elmar avtomobilin alt hissəsinə girərək səsboğucunun katalizatorunu sökməyə başlamışdır. O isə katalizatoru sökmək üçün lazım olan alətləri Elmara vermişdir. Elmar həmin avtomobilin katalizatorunu sökərək çıxarıb ona vermişdir. O da katalizatoru götürüb kənara qoymuşdur. Bundan sonra onlar sexdə saxlanılan “Opel Astra” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin, “Hyundai” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Opel” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucularında olan katalizatorları sökərək çıxarmışlar. Ümumilikdə dörd avtomobildən çıxardıqları dörd ədəd katalizatoru Elnurla köməkləşib sexin qarşısına çıxararaq, özünün idarə etdiyi avtomobilin arxa yük yerinə yığıb oradan uzaqlaşmışlar. Elmarı yaşadığı evə düşürdükdən sonra özüdə yaşadığı evə gəlmişdir. Avtomobili evin həyətində saxlamış və evinə getmişdir. Səhəri günü katalizatorları satmaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan “stansiya” deyilən yerə getmişdir. Orada katalizatorları tanımadığı şəxsə göstərib özünə məxsus olmasını bildirməklə dörd ədədini 610 manata satmışdır. Həmin günü Nərimanov rayonu ərazisində Elmar ilə görüşüb 610 manat pulu ona vermişdir. Elmar da ona 300 manat pul vermiş, qalan 310 manatı da özünə götürmüşdür. Bundan sonra isə bir daha Elmarı görməmişdir. Həmin oğurluğu özü könüllü olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə etmiş və onlara başqa heç kim kömək etməmişdir. Oğurluq edəcəklərindən heç kimin məlumatı olmamış və bu barədə mən heç kimə deməmişdir. Katalizatorları satan zaman özünə məxsus olmasını bildirməklə satmış və satdığı şəxsi tanımamışdır. Sonda törətdiyi cinayət əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu zərəri tamamilə ödəyərək sonuncularla barışıq əldə etdiyi bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Elmar Valiev (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onların təqsiri özlərinin etirafedici ifadələri ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmənin 05 yanvar 2023-cü il tarixli iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də uzun illərdir ki, Bakı şəhərində avtomobil alqı-satqısı ilə məşğul olur və Gürcüstan Respublikasından avtomobillər gətirib satır. Xatırlamadığı tarixdə “Chevrolet Malibu” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı və "Opel Astra” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillər almışdır. “Chevrolet malibu” markalı, **-LY-*** dövlət qeydiyyat minik avtomobilin “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”də avtomobilin mülkiyyətçisinin X7 olduğu, “Opel Astra” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin X11 olduğu göstərilsə də, hər iki avtomobili o, özü öz şəxsi pul vəsaiti ilə almış və faktiki olaraq həmin avtomobillər ona məxsusdurlar. 2021-ci ilin may avında hər iki avtomobillərini rənglənməsi üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 137 ünvanda yerləşən “010” adlı avtoservisə aparmışdır. Orada işləyən Seymur adlı rəngsazla razılaşıb avtomobilləri sonuncuya təhvil vermişdir. Həmin servisdə yer olmadığı üçün avtomobilləri sexin yanında yerləşən digər sexə yerləşdirmişlər. Bundan sonra avtomobillərin açarlarını Seymura verib getmişdir. 24 may 2021-ci il tarixdə, axşam saatlarında evdə olduğu zaman Seymur ona zəng edərək, həmin avtomobilərinin katalizatorlarının sökülərək oğurlandığını bildirmişdir. Ona görədə avtomobillərin saxlandıqları yerə gedib baxdıqda həqiqətəndə hər iki avtomobilinin alt hissəsi sökülərək səsboğucuların katalizatorlarının çıxarıldıqlarını aşkar etmişdir. Seymur ona bildirmişdir ki, 24 may 2021-ci il tarixdə işə gəldikdən sonra avtomobillərinin mühərrikini işə salmaq istəmiş, lakin avtomobillərin mühərriki işə düşmədiyindən, avtomobilləri yoxlayan zaman avtomobillərin səsboğucularmm içərilərindəki katalizatorların oğurlanmasını aşkar etmişdir. Seymur oğurluq hadisəsində servisdə işləyən şəxslərdən şübhələndiyini bildirdiyindən, gözləməyə qərar vermişlər. Lakin heç bir nəticə olmadığını görüb 15 iyun 2021-ci il tarixdə ərazi üzrə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə hadisə ilə əlaqədar ərizə ilə müraciət etmişdir. “Chevrolet Malibu” markalı, 90- LY- 787 dövlət qeydiyyat nişanlı avtomobilin katalizatoru 1.500 manat, “Opel Astra” markalı, 90- XY-129 dövlət qeydiyyat nişanlı avtomobilin katalizatoru isə 500 manat dəyərində olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2.000 manat maddi ziyan dəymişdir. O, oğurlanmış katalizatorların markasını bilmir. Sonda o, ona dəymiş zərərin Təqsirləndirilən şəxs1 tərəfindən tamamilə ödənildiyini, təqsirləndiriılən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 05 yanvar 2023-cü il tarixli iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin avtomobil alqı-satqısı ilə məşğul olur. Özünə məxsus "Hyundai İ30” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi’-də "Hyundai İ30” markalı, **-LY-*** dövlət qeydiyyat minik avtomobilinin mülkiyyətçisinin X4, “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin X9 olduğu göstərilmişdir. Ancaq hər iki avtomobili o, özü öz şəxsi pul vəsaiti ilə almış və faktiki olaraq ona məxsusdurlar. Həmin avtomobilləri o, Gürcüstan Respublikasından alıb, satmaq üçün Azərbaycana gətirmişdir. Ancaq həmin avtomobilləri alarkən tanışları X2 və X5 adlarına sənədləşdirmişdir. 18 aprel 2021-cı il tarixdə “Opel Astra” markalı avtomobilinin rənglənməsi üçün ünvan 5 ünvanda yerləşən “010” adlı avtoservisə gətirmişdir. Orada işləyən tanıdığı Seymurla görüşüb avtomobili rənglənməsi üçün ona göstərmişdir. Seymurla razılaşdıqdan sonra avtomobili təhvil vermişdir. Seymur da avtomobilini servisin sexinə yerləşdirmişdir. 2021-ci ilin may ayının əvvəllərində avtomobilində rənglənmə işləri bitdikdən sonra avtomobili satmışdır. Lakin avtomobili təhvil verməmiş və avtomobil sexdə qalmışdır. 21 may 2021-ci il tarixdə “Hyundai” markalı avtomobilini də rənglənməsi üçün həmin servisə aparmışdır. Avtomobilin rənglənməsi üçün Seymur ilə razılaşdıqdan sonra avtomobili sonuncuya təhvil vermişdir. 24 may 2021-ci il tarixdə evdə olduğu zaman Seymur ona zəng edərək avtomobilərinin səsboğucularındakı katalizatorları sökülərək oğurlandıqlarını bildirmişdir. Ona görə də o, avtomobilləri saxlandıqları yerə gedib avtomobillərə baxdıqda həqiqətəndə hər iki avtomobilin səs boğucularmda olan katalizatorların sökülərək oğurlandıqlarını aşkar etmişdir. Seymur ona 24 may 2021-ci il tarixdə səhər işə gəldikdən sonra avtomobillərin mühərriklərini işə salmaq istədikdə mühərriklər işə düşmədiyindən avtomobilləri yoxlamış və avtomobillərin alt hissələrinin söküldüyünü səs boğucularmda olan katalizatorların çıxarıldığını aşkar etdiyini bildirmişdir. Seymur oğurluq hadisəsin servisdə işləyən şəxslərdən şübhələndiyini bildirmişdir. Sexdən çıxıb DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin günü onunla əlaqə saxlanılmış və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunmuşdur. Lakin gec olduğu üçün səhəri günü gələcəyini demişdir. 25 may 2021-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə getmişdir. Polis bölməsində hadisə ilə əlaqədar ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. “Opel” markalı avtomobili satsa da avtomobili servisdən götürməmişdir. Ancaq katalizatorlar oğurlandığı üçün avtomobili alıcıya verə bilməmişdir. Baş vermiş həmin hadisə nəticəsində ona ümumilikdə təxminən 2.000 manat maddi ziyan dəymişdir. “Opel Astra” markalı avtomobilin katalizatorunu 1.000 manat, “Hyundai İ30” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucusundan çıxarılmış katalizatoru da 1.000 manat olaraq dəyərləndirmişdir. Sonda o, ona dəymiş zərərin Təqsirləndirilən şəxs1 tərəfindən tamamilə ödənildiyini, təqsirləndiriılən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, uzun müddətdir ki, qeyri-rəsmi olaraq ünvan 5 ünvanında yerləşən “010” adlı avtoservisdə usta işləyir və həmin servisdə avtomobillərin rənglənməsi ilə məşğul olur. 18 aprel 2021-ci il tarixdə tanıdığı Şahid2 işlədiyi servisə özünə məxsus “Huyundai İ30” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili gətirərək, ondan həmin avtomobilini rənglənməsini xahiş etmişdir. Anar ilə qiymətdə razılaşıb avtomobili açarı ilə təhvil almışdır. Həmin günü avtomobili servisin yanında yerləşən sexdə yerləşdirmişdir. 21 may 2021-ci il tarixdə Anar özünə məxsus “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili də servisə gətirib rənglənməsini xahiş etmişdir. Anar ilə razılaşıb avtomobili ilkin olaraq verdiyi avtomobilin yanında sexdə yerləşdirmişdir. Anarın “Opel” markalı avtomobilində rənglənmə işləri qurtardıqdan sonra sonuncuya məlumat vermişdir. Anar da həmin avtomobili satdığını bildirib gəlib götürəcəyini demişdir. 2021-ci ilin may ayının ortalarında tanıdığı Şahid1 da işlədiyi avtoservisə gələrək özünə məxsus “Chevrolet Malibu” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı və “Opel Astra” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri rənglənməsini ondan xahiş etmişdir. Aralarında razılaşdıqdan sonra Şahid1 həmin avtomobilləri gətirib servisin qarşısında saxlamış, işlədiyi servisdə yer olmadığı üçün Sanarla birlikdə avtomobilləri servisin yanındakı sexdə olan digər avtomobillərin yanında yerləşdirdikdən sonra avtomobillərin açarlarını Sanar ona vermişdir. Həmin sexdə Təqsirləndirilən şəxs2 işləyirmiş. 24 may 2021-ci il tarixdə servis və sex bağlandıqdan sonra getmişdir. Həmin günü gecə saatlarında işlədiyi avtoservisə qayıtmış və yarım qalan işləri ilə məşğul olmağa başlamışdır. Əvvəlcə Sanarın “Chevrolet Malibu” markalı, 90-LY- 7S7 dövlət qeydiyyat nişanlı, sonra isə “Opel Astra” markalı, 90- XY-129 dövlət qeydiyyat nişanlı avtomobillərin mühərrikini işə salmaq istəmişdir. Lakin avtomobillərin mühərriklərini işə sala bilməmişdir. Avtomobillərin mühərriklərinin işə düşməməsinin səbəbini öyrənmək üçün avtomobillərin alt hissələrinə baxmışdır. Bu zaman avtomobillərin alt hissəsinin sökülməsini və səsboğucuların katalizatorlarının çıxarıldığını görmüş, katalizatorların xx.xx.2021-ci il tarixdə servis bağlandıqdan sonra oğurlandıqlarını başa düşmüşdür. Lakin servisdə və sexdə heç bir dağıntı və şübhəli hallar görməmişdir. Sexdə olan digər avtomobilləri yoxladıqda Anara məxsus avtomobillərində katalizatorlarının çıxarıldıqlarını aşkar etmişdir. Bundan sonra Sanara və Anara zəng edərək bu barədə bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, bir neçə ildir ki, metal qəbul məntəqəsini tək olaraq işlədir. İşlədiyi yer Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olan “stansi” deyilən yerdə yerləşir. Metalı aldıqdan sonra bu barədə qeydiyyat aparmır, aldığı metalı sonradan metaləritmə zavoduna satır. 2021-ci ilin may ayında səhər saatlarında işdə olan zaman işlədiyi məntəqəyə “Opel” markalı avtomobil gəlmişdir. Həmin avtomobildən əvvəllər tanımadığı bir nəfər şəxs düşüb, satmaq üçün dörd ədəd avtomobil səsboğucularının katalizatorunu gətirdiyini bildirmişdir. Katalizatorlara baxıb neçəyə satmaq istədiyini soruşduqda həmin şəxs dörd ədəd katalizator üçtin ondan ümumilikdə 1000 manat istəmişdir. Ancaq sonradan 610 manata razılaşmışdır. O, həmin şəxsə 610 manat verib həmin dörd ədəd katalizatorları almılşdır. Sonrakı günlərdə həmin katalizatorların üçünü metaləritmə zavoduna satmışdır. Bir ədədi isə özündə qalmışdır. Katalizatorları aldığı şəxsi əvvəllər tanımamış, həmin şəxs avtomobil təmiri ilə məşğul olmasını bildirib katalizatorların özünə məxsus olmasını və satdığını demişdir. Katalizatorların cinayət yolu ilə əldə olunması ilə bağlı məlumatı olmamış və katalizatorları alan zaman sənədləşmə aparmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən “010” adlı avtoservisin müdiri vəzifəsində işləyir. Servisdə müxtəlif markalı avtomobillər təmir edilir və profilaktiki yoxlamadan keçirilir. Servis ayrı-ayrı giriş və çıxışları olan sexlərdən ibarətdir. Həmin sexlərin birini Elmar Valiev (Təqsirləndirilən şəxs2) icarəyə götürərək bir müddət tək olaraq avtomobil təmiri ustası işləmişdir. Həmin sexin giriş-çıxış qapısının açarından bir ədədi onun özündə olmuşdur. Həmin açarla o, istədiyi vaxt həmin sexə girib-çıxa bilirmiş və buna icazəsi-hüququ varmış. Sifarişləri özü qəbul edirmiş və ona aylıq icarə haqqı ödəyirmiş. Yəni faktiki olaraq həmin sexdə fərdi əmək fəaliyyəti ilə məşğul olurmuş. Bildiyinə görə bəzən işi çox olanda gecələrdə gəlib özündə olan açarla sexi açıb işləyirmiş. Təqsirləndirilən şəxs2lə aralarında hər hansı əmək müqaviləsi və ya sexi icarəyə vermə haqqında yazılı olaraq müqavilə bağlanmamışdır. Servisə təmir üçün gətirilmiş avtomobillər çöldə qalmamaları üçün bəzən Elmarın işlədiyi sexdə müvvəqəti olaraq saxlanılırmış. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs2 Elnur adlı tanışı ilə 2021-ci ilin may ayının axırlarında həmin sexdə salanılmış avtomobilləri səsboğucu sistemində olan katalizatorları söküb çıxararaq oğurlamışlar. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 09 sentyabr 2022ci il protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılması zamanı 24 may 2021-ci il tarixdə, saat 21:00 dəqiqədə dostu Elmar Valievin (Təqsirləndirilən şəxs2) işlədiyi ünvan 4 ünvanda yerləşən “010” adlı avtoservisin yanında olan sexdə saxlanılmış müxtəlif markalı avtomobillərin səsboğucularından sonuncu ilə birlikdə ümumilikdə dörd ədəd katalizatorlarını sökərək çıxarıb oğurladıqdan sonra 610 manata satmasını və pulu Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölməsini deyərək hadisə yerlərini göstərmişdir. İş materiallarında olan “İfadələrin yerində yoxlanması haqqında” 10 sentyabr 2022ci il protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Elmar Valievin (Təqsirləndirilən şəxs2) ifadəsi yerində yoxlanılması zamanı 24 may 2021-ci il tarixdə, saat 21:00 radələrində ünvan 4 ünvanında yerləşən “010” adlı avtoservisin yanında olan işlədiyi sexdə saxlanılmış müxtəlif markalı avtomobillərin səsboğucularından dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə ümumilikdə dörd ədəd katalizatorlarını sökərək çıxarıb oğurladıqdan sonra Elnurun həmin katalizatorları 610 manata satmasını və pulu öz aralarında bölməsini deyərək hadisə yerlərini göstərmişdir. İş materiallarında olan “Götürmə aparılması haqqında” 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən metal alqı-satqısı yerindən bir ədəd üzərində “Dəniz Egzoz” yazıları olan avtomobil səsboğucunun katalizator hissəsi götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 yanvar 2022-ci il 8 tarixli 9/8893 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Opel Astra” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus üzərində “dəniz Egzoz” yazıları olan səsboğucunun katalizator hissəsinin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına orta bazar qiyməti təxminən 150,0 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli tələbnaməyə əsasən Elmar Valiev (Təqsirləndirilən şəxs2) məhkum olunmamışdır. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən vuurlmuş zərərin əvəzi olaraq zərərçəkmiş şəxs Şahid2 2000 manat ödənilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Şahid2 Rəhman oğlunun 15 sentyabr 2021ci il tarixli ərizəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində ona təymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tamamilə ödənilib, sonuncuya qarşı şiayət və tələbi yoxdur47 gələcəkdə də olmayacaq. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-144/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs Şahid1 tərəfindən mülki iddiadan imtina edilməsi qəbul edilmiş, Elmar Valievin (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işinin mülki iddia hissəsində icraatına xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Elmar Valievin (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Elmar Valievə (Təqsirləndirilən şəxs2) cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Elmar Valievin (Təqsirləndirilən şəxs2) şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayətləri etiraf edərək səmimi peşman olmasını zərərçəkmiş şəxlərlə barışıq əldə etməsinin, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını məhkəmə Elmar Valievin (Təqsirləndirilən şəxs2) cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Elmar Valievin (Təqsirləndirilən şəxs2) cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Elmar Valievə (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmündən görünür ki, Elmar Valiev (Təqsirləndirilən şəxs2) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək maddələri tətbiq edilməklə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmış və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elmar Valievə (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən bu hökm üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla, Elmar Valievə (Təqsirləndirilən şəxs2) çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 sentyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 11 sentyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Elmar Valiev (Təqsirləndirilən şəxs2) 09 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilmiş, həmin tarixdə Elmar Valievin (Təqsirləndirilən şəxs2) barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Elmar Valievin (Təqsirləndirilən şəxs2) barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Elmar Valievin (Təqsirləndirilən şəxs2) 09 sentyabr 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Elmar Valievin (Təqsirləndirilən şəxs2) üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elmar Valievə (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elmar Valievə (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Elmar Valievə (Təqsirləndirilən şəxs2) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablanmalı və Elmar Valievin (Təqsirləndirilən şəxs2) cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bakı şəhər Elmar Valievin (Təqsirləndirilən şəxs2) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək maddələri tətbiq edilməklə qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına saxlanıldığı, təqsirləndirilən şəxs tərəfindən hazırki hökmün icrasına maneçilik törədilməsi ehtimalına əsasların olmadığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə Elmar Valievin (Təqsirləndirilən şəxs2) barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin təsdiq edilməsinə və ya dəyişdirilməsinə zərurət olmadığından ləğv edilməli, barəsində qətimkan tədbiri seçilməməli, həbsdə olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 23-cü bəndində məhkəmələrə, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etmələri tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinə əsasən məhkəmə müşavirə otağında cinayət işinə məhkəmə baxışının nəticələrinə dair digər məsələlərlə yanaşı həm də cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığını da müzakirə etməli və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 352.2.7 və 353.2.8-ci maddələrinin tələblərinə uyğun olaraq ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 346.1.1-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı gəldiyi nəticələrin motivlərini göstərməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində digər cəza növləri ilə yanaşı həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza nəzərdə tutulmuş və həmin Məcəllənin 43.3-cü maddəsinin tələblərinə görə, bu cəza yalnız əlavə cəza kimi tətbiq edilir. Məhkəmə hesab edir ki, Gürcüstan vətəndaşı olan Elmar Valievə (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməsinə əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.1-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası şamil edilmir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin ediləcək, 10 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası ərazisində daimi yaşayan Elmar Valievə (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza tətbiq edilə bilməz. Həmçinin yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi cinayətəməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxlərə vurduğu zərəri ödəməklə sonuncularla barışıq əldə etməsinin, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 31 may 2022-ci il tarixli protokoldan, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 4(010)-256/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 31 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 31 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmiş, 02 iyun 2022-ci il tarixdə barəsindən 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 01 sentyabr 2022-ci il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti bitdiyindən həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 31 may 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 06 ay azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “Dəniz Egzoz” yazıları olan səsboğucunun katalizator hissəsinin Şahid2 qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Elmar Valievdən (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Elmar Valievin (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Elmar Valievin (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X12 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Elmar Valievə (Təqsirləndirilən şəxs2) məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 18 (on səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X12 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Elmar Valiev (Təqsirləndirilən şəxs2) Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Elmar Valievə (Təqsirləndirilən şəxs2) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Elmar Valievə (Təqsirləndirilən şəxs2) çəkilməsi üçün 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Elmar Valievin (Təqsirləndirilən şəxs2) məhkəməyədək icraat zamanı 09 sentyabr 2022-ci il tarixdən 11 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Elmar Valievə (Təqsirləndirilən şəxs2) təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Elmar Valievə (Təqsirləndirilən şəxs2) çəkilməsi üçün qəti olaraq 02 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Elmar Valiev (Təqsirləndirilən şəxs2) ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Elmar Valievə (Təqsirləndirilən şəxs2) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hissəsi cəzaçəkmə müddətinə hesablansın və Elmar Valievin (Təqsirləndirilən şəxs2) cəzaçəkmə müddətinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın. Elmar Valievə (Təqsirləndirilən şəxs2) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-208/2023 saylı, 01 mart 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin olunduğuna görə Elmar Valievin (Təqsirləndirilən şəxs2) barəsində hazırki cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, həbsdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 31 may 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək sübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs1 təyin edilən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılsın və Təqsirləndirilən şəxs1 çəkilməsi üçün qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “Dəniz Egzoz” yazıları olan səsboğucunun katalizator hissəsinin Şahid2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Elmar Valievdən (Təqsirləndirilən şəxs2) və Təqsirləndirilən şəxs1 müştərək qaydada dövlət nəfinə tutulsun. Elmar Valievə (Təqsirləndirilən şəxs2) məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 16 (on altı) iş saatı üçün 108 (yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs1 məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 03 (üç) iş saatı üçün 18 (on səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X12 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-144/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-144/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver