Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-145/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs oğlunun, Təqsirləndirilən şəxs, xx.xx.1991-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Lerik rayonu Şivə kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südsülük sovxozu nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində qaynı X1 onunun icazəsi olmadan yaşadığı evə gəlməsi səbəbindən arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli və istintaqa məlum olmayan plastik boru ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona başın təpə və alın nahiyəsini əhatə edən yumşaq toxumasının hematoması, sol göz yuvası ətrafı nahiyənin hematoması, hər iki bazunun, sol kürək nahiyəsinin, hər iki kürəkarası nahiyənin çoxsaylı zolağ şəkilli hematomaları ilə nəticələn xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Təxminən 1 ildir ki, Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş və birgə nikahdan 1 övladı vardır. xx.xx.2023-cü il tarixdə arvadı Amidə ona zəng edərək qardaşı Afiqin onlara qonaq gəldiyini və onun da evə gəlməyini söyləmişdir. Lakin o, ona işdən çıxa bilməyəcəyini söylədiyi üçün Zərərçəkmiş şəxs onunla kobud şəkildə danışmış və sağollaşmışlar. Təxminən saat 18 radələrində o, işdən evə qayıtdıqda Amidə heç bir əsaslı səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. O, isə Amidədən ona qarşı kobudluq etməməsini tələb edərək işləri ilə əlaqədar qardaşını qonaq kimi qarşılaya bilmədiyini söyləmişdir. Bundan sonra Amidə masanın üzərində olan qənd qabını əli ilə masaya vurub sındırdığı üçün o, arvadı Zərərçəkmiş şəxs bu hərəkətindən əsəbləşmiş və bir dəfə arvadı Zərərçəkmiş şəxs üzündən şillə ilə vuraraq sakitləşməsini tələb etmişdir. Bundan sonra Amidə ağlayaraq otağa keçmişdir. O, da qonaq otağında əyləşmişdir. Daha sonra isə aralarında heç bir mübahisə yaşanmamışdır. Mübahisə zamanı orada ikisindən başqa heç kim olmamışdır. Mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışmağa çalışdığını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci il tarixdə valideynlərinin icazəsi ilə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nigahından 2023-cü ilin aprel ayının 30da azyaşlı qızı X3 dünyaya gəlmişdir. Birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozu, nömrəsiz evdə yaşayırdı. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində qardaşı X2 yaşadığı Lerik rayonundan onlara qonaq gəlmiş və həmin günü saat 13:00 radələrində öz yaşadığı Lerik rayonuna geri qayıtmışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində işdən və gəlmiş və yaşadıqları evin qonaq otağında onunla sözlə mübahisə edərək qardaşının icazəsin onların evinə gəlməsi ilə bağlı mübahisə etmiş və mübahisə zamanı əli ilə onun daşına və bədəninin müxtəlif yerlərinə vurmuşdur. Daha sonra həyətyanı sahədə olan plastik boru ilə onun başına və hər iki qoluna vuraraq ona xəsarət yetirmişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxslə 1 ildir ki ailə həyatı qurmuş və birgə nikahdan 1 övladı vardır. xx.xx.2023-cü il tarixdə gəlinləri Amidənin qardaşı onlara qonaq gəlmiş və bir qədər oturduqdan sonra qayıdıb Lerik rayonuna getmişdir. Həmin gün təxminən saat 18 radələrində qardaşı Zakir evə qayıtdıqda Amidə heç bir əsaslı səbəb olmadan Zakirlə mübahisə etməyə başlamışdır. Həmin vaxt o, öz otağında olduğundan və ailə məsələsinə qarışmadığı üçün otağdan çıxmamışdır. Heç nəyi eşitməmiş, yəqin ki, yatmışdır. Cinayət işinin materiallarının 89-90-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarının 89-90-cu vərəqlərində olan ifadənin yerində yoxlanılması haqqında 02 avqust 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin tələblərinə riayət edərək Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları yerində göstərməsi təklif olundu və ona izah olundu ki, ifadənin yerində yoxlanlması istintaq hərəkətinin həyata keçirilməsi zamanı foto-çəkiliş aparılacaqdır. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları yerində göstərə biləcəyini bildirdi. Bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə həmin ünvana gəlmişlər. X9 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində qardaşı X2 yaşadığı Lerik rayonundan onlara qonaq gəlmiş və həmin günü saat 13:00 radələrində öz yaşadığı Lerik rayonuna geri qayıtmışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində işdən evə gəlmiş və yaşadığı evin qonaq otağında onunla sözlə mübahisə edərək qardaşının ondan icazəsiz evə gəlməsi ilə bağlı mübahisə etmiş və mübahisə zamanı əli ilə onun başına və bədəninin müxtəlif yerlərinə vurmuş, daha sonra həyətyanı sahədə olan plastik boru ilə yenidən başına və hər iki qoluna vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarının 11-12-ci vərəqlərində olan iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 582 saylı rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə və alın nahiyəsini əhatə edən yumşaq toxumasının hematoması, sol göz yuvası ətraf nahiyənin hematoması, hər iki bazunun, sol kürək nahiyəsinin, hər iki kürəkarası nahiyənin çoxsaylı zolaq şəkilli hematomaları müəyyən edildi, xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin özünün göstərdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənə bilər, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işinin materiallarının 15-17-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 06 fevral 2023-cü tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, daxil olmuş hadisə ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiy yeri göstərək, xx.xx.2023-cü il tarixdə həmin ünvanda qonaq otağında Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyini bildirdi. Hadisə yerinə baxış zaman fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarının 98-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 110-cu vərəqində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərara əsasən, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Cinayət işinin materiallarının 51-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı 880905 nömrəli, xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 may 2023-cü il tarixdə 3085 sayla qeyd edilmişdir. Ata qrafasında X4, ana qrafasında X5 qeyd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fotöşəkillərdə bədənin müxtəlif nahiyyələrində xəsarətlərin izləri əks olunur. Məhkəmənin yekun iclasında həmin şəkilləri özündə əks etdirən Zərərçəkmiş şəxs məxsus telefona baxış keçirdərək müəyyən olunur ki, həmin telefon “Xiaomi Redmi 13” markalıdır, özündə əks olunan fotoşəkillərin tarixi, 05 iyul və 07 iyul 2023-cü il tarixlərə aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü təqsirli bilməməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudıaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və himayəsində bir azyaşlı uşağının olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-145/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-145/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver