Məhkəmə qərarları › İş №1(010)-146/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-146/2021

25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-146/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Məmmədova Çimnaz Rafiq qızının, Təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3- 2 və 177.2.4-cü maddələri, xx xxxxxxxx 1997-ci Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, H.Əliyev prospekti, 155 ünvanda qeydiyyatda olan, barəsində “ev dustaqlığı” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 oktyabr 2019-cu il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən "xxxx" Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X7 Stansiyasına məxsus anbarın açıq olan qapısından qanunsuz olaraq içəri daxil olub, anbardan 5 ədəd, bir ədədinin dəyəri 6 manat olan 30 manat dəyərində 3612 markalı yastıq, 9 ədəd, bir ədədinin 6 manat olan 54 manat dəyərində 3615 markalı yastıq, 2 ədəd, bir ədədinin 9 manat olan 18 manat dəyərində 3616 markalı yastıq, 2 ədəd, bir ədədinin dəyəri 85 manat 9 qəpik olan 170 manat 18 qəpik dəyərində 50x16 markalı siyirmə və bir ədəd 145 manat dəyərində 43 mm markalı qıfıl dayağını gizli olaraq talayıb, zərərçəkmiş şəxs “Suraxanı OYL Opereyşen Kompani S.A" şirkətinə ümumilikdə 417 manat 18 qəpik məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 dekabr 2019-cu il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X7 Stansiyasının 1607 nömrəli işlək vəziyyətdə olan neft quyusunun 161 manat 60 qəpik dəyərində 20 metr uzunluğunda KPBK 90 3 x 10 mm markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini yerdən tapdığı daş parçası ilə vurub kəsərək, gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" şirkətinə ümumilikdə 161 manat 50 qəpik məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 fevral 2020-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 2 saylı X7 Stansiyasının məxsus RO-104 aylı neft quyusuna gələn, bir metri 10 manat 57 qəpik olan KPBK 90 3x16 markalı kabelin 35 metrini yerdən tapdığı daş parçası ilə vurub kəsərək gizli olaraq talayıb, zərərçəkmiş şəxs "Suraxanı OYL Opereyşen Kompani S.A” Şirkəyinə ümumilikdə 396 manat 95 qəpik məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə adı istintaqa Bəhruz kimi məlum olan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq, 19 mart 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X6 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı X7 Stansiyasının 967 manat dəyərində, hər birinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm-lik boruları kəsib avtomobilə yükləyən zaman, şirkətin əməkdaşlarının gəlməsini görüb oradan qaçaraq, öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyun 2020-ci il tarixdə, saat 01 radələrində "Suraxanı OYL Opereyşen Kompani S.A” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X7 stansiyasına məxsus 1455 saylı Neft quyusu yaxınlığında yerləşən 6 nömrəli birqadanın istifadəsində olan köşkün qapısının klidini sındıraraq, qanunsuz olaraq içəri daxil olub, içəridəki yeşiyin dəmir qıfılını sındırıb, bir ədədinin dəyəri 65 manat olan üç ədəd 195 manat dəyərində zəncirli açar, bir ədədinin dəyəri 220 manat olan 4 ədəd 880 manat dəyərində 60 mm tez bağlanan qayka, bir ədəd 120 manat dəyərində 73 ınm şarnirli boru açarı, bir ədəd 230 manat dəyərində 1 14 mm boru açarı, bir ədəd 94 manat dəyərində 12-36 mm qayka açar dəsti, bir ədədinin dəyəri 27 manat olan iki ədəd 54 manat dəyərində lom, bir ədəd 8 manat dəyərində 0,8 kq çəkic, bir ədəd 18 manat dəyərində 3 kq kuvald, bir ədədinin dəyəri 6 manat 50 qəpik olan iki ədəd 13 manat dəyərində bel düz, bir ədədinin dəyəri 4 manat olan iki ədəd 8 manat dəyərində M 27 L 130 markalı bolt, bir ədədinin dəyəri 10 manat olan 9 ədəd 90 manat dəyərində 25 mm kanat sıxanı gizli olaraq talayıb, "xxxx" Şirkəyinə ümumilkidə 1710 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 oktyabr 2020-ci il tarixdə, saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X7 Stansiyasının ərazisində olan 1607 saylı neft quyusuna gələn bir metrinin dəyəri 8 manat 50 qəpik olan, ümumilikdə dəyəri 255 manat olan 30 metr KPBK 90 3x10 markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini üzərində olan balta ilə vurub kəsərək, gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 255 manat məbləğdə maddi ziyan vuraraq, dövlət xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində "Suraxanı OYL Opereyşen Kompani S.A” şirkətinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi magistral yolun üzərində yerləşən hava və kollektor üzərində quraşdırılmış 434,53 manat dəyərində dövlət əhəmiyyətli 50 metr 114 mm-lik kompressor borularını sındırılaraq gizli olaraq talayıb, MMC-yə ümumilikdə 434 manat 53 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 noyabr 2020-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində olan "xxxx" Şirkətinin 1 saylı X7 Stansiyasının ərazisində yerləşən 822 saylı neft quyusuna birləşən 127 manat 50 qəpik dəyərində olan 15 metr uzunluğunda KPBK- 90 3x10 mm-lik dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini kəsməklə gizli olaraq talayıb, MMC-yə ümıımilkidə 127 manat 50 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyrirəsmi yaşadığı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 01 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək olan müddət ərzində gecə saatlarında ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlnc yerinə həyətə daxil olaraq, həyətdəki anbarın qapısının qıfılını və pəncərəsini sındırıb içəri daxil olmuş və MMC-yə məxsus, ümumilikdə dəyəri 9000 manat olan, bir ədədinin uzunluğu 1 metr, eni 40 sm olan mis listləri hissə-hissə olaraq və bir ədəd 100 manat dəyərində əl arabasını gizli talayıb, MMC-yə ümumilikdə 9100 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslərin nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 dindirilmişlər. İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-2-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddələrlə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işi 17.01.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə başlanmışdır.17.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşlar.17.01.2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 19.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə onlara ittiham elan edilmiş, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs, Təqsirləndirilən şəxs2nm barəsində isə ev dustaqlığı növündə qətimkan tədbirləri seçilmişdir. 20.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 CM-nin 29, 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ona ittiham elan olunmuş, barəsində həbs qətimkan tədbirinin olması nəzərə alınmışdır.26.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə tövsif edilməklə qeyd olunan maddələrlə ona yenidən ittiham elan olunmuş, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə onlara ittiham elan edilmişdir.Təqsirləndirilən şəxs1 təqsirləndirilib məhkəməyə verilmişdir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 oktyabr 2019-cu il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Suraxanı OYL Opereyşen Kompani S.A. Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X7 Stansiyasına məxsus anbarın açıq olan qapısından qanunsuz olaraq içəri daxil olub anbardan 5 ədəd bir ədədinin dəyəri 6 manat olan 30 manat dəyərində 3612 markalı yastıq, 9 ədəd bir ədədinin 6 manat olan 54 manat dəyərində 3615 markalı yastıq, 2 ədəd birədədinin 9 manat olan 18 manat dəyərində 3616 markalı yastıq, 2 ədəd bir ədədinin dəyəri 85 manat 9 qəpik olan 170 manat 18 qəpik dəyərində 50x16 markalı siyirmə və bir ədəd 145 manat dəyərində 43 mm markalı qıfıl dayağını gizli olaraq talayıb zərərçəkmiş şəxs “Suraxanı OYL Opereyşen Kompani S.A" şirkətinə ümumilikdə 417 manat 18 qəpik məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 dekabr 2019-cu il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən “Suraxanı OYL Opereyşen Kompani S.A" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X7 Stansiyasının 1607 nömrəli işlək vəziyyətdə olan neft quyusunun 161 manat 60 qəpik dəyərində 20 metr uzunluğunda KPBK 90 3 x 10 mm markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini yerdən tapdığı daş parçası ilə vurub kəsərək gizli olaraq talayıb zərərçəkmiş şəxs “Suraxanı OYL Opereyşen Kompani S.A" şirkətinə ümumilikdə 161 manat 50 qəpik məbləğdə maddi ziyan vuraraq dövlət xətlərinə münasibətdə oğurluq etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 fevral 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsi,S.Əliyev küçəsində yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 2 saylı X7 Stansiyasının məxsus RO-104 aylı neft quyusuna gələn bir metri 10 manat 57 qəpik olan KPBK 90 3x16 markalı kabelin 35 metrini yerdən tapdığı daş parçası ilə vurub kəsərək gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" Şirkəyinə ümumilikdə 396 manat 95 qəpik məbləğdə maddi ziyan vuraraq dövlət xətlərinə münasibətdə oğurluq etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə adı istintaqa Bəhruz kimi məlum olan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 19 mart 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X6 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı X7 Stansiyasının 967 manat dəyərində hər birinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm- lik boruları kəsib avtomobilə yükləyən zaman şirkətin əməkdaşlarının gəlməsini görüb oradan qaçaraq öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyun 2020-ci il tarixdə saat 01 radələrində "xxxx" şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin 1 saylı X7 stansiyasına məxsus 1455 saylı Neft quyusu yaxınlığında yerləşən 6 nömrəli birqadanın istifadəsində olan köşkün qapısının klidini sındıraraq qanunsuz olaraq içəri daxil olub içəridəki yeşiyin dəmir qıfılını sındırıb bir ədədinin dəyəri 65 manat olan üç ədəd 195 manat dəyərində zəncirli açar, bir ədədinin dəyəri 220 manat olan 4 ədəd 880 manat dəyərində 60 mm tez bağlanan qayka. bir ədəd 120 manat dəyərində 73 mm şarnillı boru açarı, bir ədəd 230 manat dəyərində 114 mm boru açarı, bir ədəd 94 manat dəyərində 12- 36 mm qayka açar dəsti, bir ədədinin dəyəri 27 manat olan iki ədəd 54 manat dəyərində lom, bir ədəd 8 manat dəyərində 0,8 kq çəkic, bir ədəd 18 manat dəyərində 3 kq kuvald, bir ədədinin dəyəri 6 manat 50 qəpik olan iki ədəd 13 manat dəyərində bel düz, bir ədədinin dəyəri 4 manat olan iki ədəd 8 manat dəyərində M 27 L 130 markalı bolt, bir ədədinin dəyəri 10 manat olan 9 ədəd 90 manat dəyərində 25 mm kanat sıxanı gizli olaraq talayıb "xxxx" Şirkəyinə ümumilkidə 1710 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 oktyabr 2020-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Suraxanı rayonu. Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikası nümayəndəliyinin 1 saylı X7 Stansiyasının ərazisində olan 1607 saylı neft quyusuna gələn bir metrinin dəyəri 8 manat 50 qəpik olan ümumilikdə dəyəri 255 manat olan 30 metr KPBK 90 3x10 markalı dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini üzərində olan balta ilə vurub kəsərək gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə ümumilikdə 255 manat məbləğdə maddi ziyan vuraraq dövlət xətlərinə münasibətdə oğurluq etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 oktyabr 2020-ci il tarixdə saat 11 radələrində "xxxx" şirkətinin Bakı şəhəri. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi magistral yolun üzərində yerləşən hava və kollektor üzərində quraşdırılmış 434,53 manat dəyərində dövlət əhəmiyyətli 50 metr 114 mm-lik kompressor borularım sındırılaraq gizli olaraq talayıb MMC-yə ümumilikdə 434 manat 53 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 noyabr 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində olan "xxxx" Şirkətinin 1 saylı X7 Stansiyasının ərazisində yerləşən 822 saylı neft quyusuna birləşən 127 manat 50 qəpik dəyərində olan 15 metr uzunluğunda KPBK-90 3x10 mm-lik dövlət əhəmiyyətli hesab edilən elektrik kabelini kəsməklə gizli olaraq talayıb MMC-yə ümumilikdə 127 manat 50 qəpik məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir.Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri- rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 və istintaqa məlum olmayan iki nəfər şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayətkar plana uyğun olaraq 01 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək olan müddət ərzində gecə saatlarında ünvan 4 ünvanda yerləşən "xxxx" MMC-nin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlnc yerinə həyətə daxil olaraq həyətdəki anbarın qapısının qıfılını və pəncərəsini sındırıb içəri daxil olmuş və MMC-yə məxsus ümumilikdə dəyəri 9000 manat olan bir ədədinin uzunluğu 1 metr, eni 40 sm olan mis listləri hissə-hissə olaraq və bir ədəd 100 manat dəyərində əl arabasını gizli talayıb MMC-yə ümumilkidə 9100 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında qərarlardan və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 təkrarən adı istintaqa Bəhruz kimi məlum olan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 mart 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X6 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı X7 Stansiyasının 967 manat dəyərində hər birinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm-lik boruları kəsib avtomobilə yükləyən zaman şirkətin əməkdaşlarının gəlməsini görüb oradan qaçaraq öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etməsi epizodu üzrə ittiham elan edilmişdir. Lakin bu əmələ görə CM-nin hansı maddəsində nəzərdə tutulan cinayəti törətməsi göstərilməmişdir.Belə ki, Azərbaycan Respublikası CPM-nin 223.3-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasmm səbəbləri və cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü göstərilir.Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir.Eləcə də, CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir.Göründüyü kimi, müstəntiq tərəfindən qəbul edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında qərarların və tərtib olunmuş ittiham aktının nəticəvi hissəsində “Təqsirləndirilən şəxs1 təkrarən adı istintaqa Bəhruz kimi məlum olan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında 19 mart 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində yerləşən “X6 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 4 saylı X7 Stansiyasının 967 manat dəyərində hər birinin uzunluğu 10 metr olan 14 ədəd 73 mm-lik borularını kəsib avtomobilə yükləyən zaman şirkətin əməkdaşlarının gəlməsini görüb oradan qaçaraq öz iradəsindən asılı olmayan səbəblərdən cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir” epizodu üzrə verilmiş ittiham təsvir edilsə də, həmin əmələ görə nəzərdə tutulmuş cinayət qanununun maddələri göstərilməmişdir.Bundan başqa, məhkəmə baxışı zamanı müvafiq sorğuya cavab olaraq “X6 Kompani S.A” şirkətindən daxil olmuş 22.07.2021-ci il tarixli məktubundan görünür ki, oğurluğa cəhd edilmiş 14 ədəd 73 mm-lik nasos-kompressor borular neftin quyu dibindən hasil olunmasında və neft yığım məntəqəsinə ötürülməsində, eləcə də hava, su, atqı, qaz, injektor xətlərinin çəkilməsində qəbul körpünün, işçi və mühərrik meydançalarının yığılmasında, mancanaq dəzgahlarmın quraşdırılmasında və s. istifadə olunur. Bu nasos-kompressor borularının oğurlanması quyuda iş rejiminin ahənginin pozulması, neft hasilatında itkiyə yol verilməsi kimi fəsadlara səbəb olur.Beləliklə də, yuxarıda qeyd olunan, yəni təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında neft kəmərlərinə münasibətdə oğurluğa cəhd etmə epizodu üzrə Təqsirləndirilən şəxs1 CM-nin 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-2-ci maddələri ilə də ittiham irəli sürülməli idi.Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır.Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3- 2-ci maddələri ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını nəzərdən keçirib, hazırkı mərhələdə toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, vəsatət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Dövlət ittihamçısının vəsatətini və prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Həmin Məcəllənin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7 – 159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, o cümlədən təqsirləndirilən şəxsin həbsdə saxlanılması zərurətinin aradan qalxmadığını, yəni azadlıqda qalacağı təqdirdə cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəb olmadan gəlməməsi, istintaqdan qaçıb gizlənməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə və s. üsullarla istintaqın normal gedişinə maneələr törətməsi ehtimallarının hələ də yüksək olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti 01 ay – 25 sentyabr 2021-ci il tarixinədək uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs1 başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün hazırkı iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti 01 (bir) ay, yəni 25 sentyabr 2021-ci il tarixinədək uzadılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbirinin müddəti 01 (bir) ay, yəni 25 sentyabr 2021-ci il tarixinədək uzadılsın Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına və Suraxanı Rayon Polis İdarəsinə həvalə olunsun. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar