Məhkəmə qərarları › İş №1(010)-148/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-148/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-148/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:50-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Xanlar Ələkbərov küçəsi, 3 nömrəli evin 9 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində və həmin günü saat 22 radələrində vahid niyyətlə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 27 saylı ünvanda yerləşən Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin inzibati binasının taxtadan hazırlanmış pəncərəsini sındırıb içəri qanunsuz daxil olaraq, oradan 01 ədəd 1.300 manat qiymətində Çin istehsalı “Toshiba” markalı, “C660-B111 İntel Core i3” modelli noutbuku (cəryan qidalandırıcısı ilə birlikdə), hər birinin qiyməti 50 manat olmaqla, cəmi 100 manat qiymətində 02 ədəd “Multitek” markalı, “MS20” modelli stasionar telefon aparatlarını, 01 ədəd 140 manat qiymətində elektrik samovarını, 180 manat qiymətində olan 200 metr uzunluqda, 240 manat qiymətində olan 200 metr uzunluqda, 290 manat qiymətində olan 100 metr uzunluqda, 180 manat qiymətində olan 100 metr uzunluqda, 200 manat qiymətində olan 38 metr uzunluqda elektirik naqillərini (gizli işıq), hər birinin qiyməti 07 manat olmaqla cəmi 112 manat qiymətində olan 16 ədəd elektirik açarlarını, 01 ədəd 70 manat qiymətində böyük gərginlikli elektirik açarını, hər birinin qiyməti 04 manat olmaqla cəmi 80 manat qiymətində olan 20 ədəd elektirik yuvacığını, hər birinin qiyməti 04 manat olmaqla cəmi 32 manat qiymətində olan 08 ədəd işıq yandırıb-söndürəni gizli olaraq talayıb zərərçəkmiş şəxs Əmircan Bələdiyyəsinə ümumilikdə 2.924 (iki min doqquz yüz iyirmi dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən, özgənin əmlakını açıq talama məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs təqib edib ünvan 1 ünvanının qarşısında, onun əlində tutduğu içərisində 130 manat nəğd pul olan 30 manat qiymətində “Valentino Caravono” markalı əl çantasını dartıb almaq istəmiş, Zərərçəkmiş şəxs əl çantasını vermək istəmədikdə isə ona həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, yəni sillə və təpik zərbələri ilə vurub yerə yıxaraq, ona sol gicgah nahiyəsinin şişkinliyi-qançırı, sol baldırın qançırı, sol əlin V barmağının sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə dəyəri 600 manat olan “Samsung” markalı, “A70” modelli mobil telefonunu (10 manat dəyərində telefon koburası ilə birlikdə) açıq talayaraq, soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, əvvəllər quldurluq etdiyiniə görə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlığa çıxdıqdan sonra heç bir yerdə işləməmiş və tüfeyli həyat tərzi sürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində təsadüfən tanışı Raufla rastlaşmışdır. Raufla birlikdə Əmircan Bələdiyyəsinin inzibati binasının qarşısından keçərkən, oradan oğurluq etmək qərarına gəlmiş, lakin bu barədə Raufa heç nə deməmişdir. Raufa işinin olduğunu, onu gözləməyini deyib bələdiyyənin taxta pəncərəsini sındıraraq içəri daxil olub açıq olan otaqları nəzərdən keçirmişdir. Orada olan elektirik naqillərini ağ torbaya yığıb Raufa vermiş və ondan torbanı aparıb yaşadığı evdə gizlətməsini xahiş etmişdir. Bundan sonra o, həmin gün saat 22 radələrində təkrarən Əmircan Bələdiyyəsinin binasına daxil olub “Toshiba” markalı noutbuku, 02 ədəd telefon aparatlarını, elektirik samovarını, müxtəlif elektrik açarını və elektirik yuvacığını da oğurlamışdır. “Toshiba” markalı noutbuku və 01 ədəd telefon aparatını yaşadığı evdə gizlətmiş, digər əşyaları isə həmin gün aparıb Sabunçu bazarında dəyər-dəyməzə tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu isə xərcləmişdir. Oğurladığı “Toshiba” markalı noutbuk və “Multitek” markalı telefon aparatı sonradan polis əməkdaşları tərəfindən onun yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Bundan başqa, xx xxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində “10-cu dairə” adlanan yerdə dayanacaqda olduğu zaman bədənində ağrılar hiss etmiş, narkotik vasitə almaq üçün pul əldə etmək məqsədilə soyğunçuluq etmək qərarına gəlmişdir. Həmin vaxt əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtobusdan düşüb Atamoğlan Rzayev küçəsi ilə “Atəşgah” istiqamətində getdiyini görmüş, Şəbnəmin geyimi səliqəli olduğundan, sonuncunun qolunda qara rəngli çantasında pul ola biləcəyini güman etmişdir. Buna görə də Şəbnəmin çantasını əlindən dartıb almaq üçün onu izləmişdir. Şəbnəm bir qədər gedib dalana döndükdə özünü ona çatdırıb çantasını qolundan dartıb almaq istəmişdir. Şəbnəm ona müqavimət göstərdiyindən 1-2 sillə vurub onu yerə yıxaraq fiziki güc tətbiq etmişdir. Lakin Şəbnəm çantasının tutacağından yapışıb buraxmadığından onu ələ keçirə bilməmişdir. Buna görə də həmin vaxt yerə düşmüş Şəbnəmə məxsus mobil telefonu götürüb qaçmışdır. Bu zaman tanışı Ram adlı şəxs hadisəni görüb onun arxasınca qaçdığını görüb ələ keçəcəyindən ehtiyyat edərək mobil telefonunu yerə atmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs onu, etdiyi əmələ görə bağışlamasa da, zərərçəkmiş şəxs Əmircan Bələdiyyəsinin nümayəndəsi X6 ilə razılıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs Əmircan Bələdiyyəsinin nümayəndəsi X4, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonunda yaşayan rəfiqəsi Elmiranı görmək üçün xx xxxxx 2020-ci il tarixdə, saat 15 radələrində işlədiyi 13 nömrəli xəstəxanadan çıxıb avtobusla Bakı şəhəri, Suraxanı rayonu ərazisində olan “10-cu dairə” adlana yerə gəlmiş, orada “50 qəpik” adlı restoranın qarşısında düşüb rəfiqəsinin yaşadığı evə tərəf getmişdir. O, Elmiranın yaşadığı dalana çatıb içəri döndükdə bir nəfər arxadan ağzını tutub qara rəngli çantasını dartıb əlindən almaq istəmişdir. Lakin o, çantasını bərk tutub əlindən buraxmamışdır. Bunun gördükdə, əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs çantasını ələ keçirmək üçün ona əvvəlcə sillə vurmuş, daha sonra yerə yıxaraq təpiklə vurmuşdur. Bununla belə o, çantasını əlindən buraxmamış, Təqsirləndirilən şəxs isə ona fiziki zor tətbiq etməkdə davam etmişdir. Həmin vaxt qışqırıb köməyə adam çağırsa da, lakin küçədə heç kim olmadığından köməyinə çatan olmamışdır. Təqsirləndirilən şəxs çantasını ala bilməyəcəyini görüb, həmin an əlindən yerə düşmüş, üzərində qırmızı rəngli koburası olan “Samsung A70” markalı mobil telefonunu götürərək qaçıb getmişdir. O, Təqsirləndirilən şəxs arxasınca qaçmış, yenə də qışqıraraq kömək istəmiş, bu zaman bir nəfər şəxs Təqsirləndirilən şəxs arxasınca qaçmış və sonuncudan telefonunu alıb ona qaytarmışdır. Elə həmin “Samsung” markalı, “A70” modelli mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər sonra hadisə yerinə polislər gəlib hadisənin baş verdiyi yeri müşahidə edən kameranın video görüntülərini götürmüşlər. Zərərçəkmiş şəxs həmçinin göstərdi ki, iş üzrə təyin edilmiş ekspert rəyində ona məxsus olan əl çantasının qiymətinin 30 manat, “Samsung” markalı, “A70 modelli mobil telefonun isə qiymətinin 600 manat olması ilə razıdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi etdiyi əməlinə görə bağışlamadığını, ondan şikayətçi olduğunu bildirdi. xx xxxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxs Əmircan Bələdiyyəsinin nümayəndəsi X6 göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 09:40 radələrində Əmircan Bələdiyyəsində vergi müfəttişi işləyən Şahid1 sabiq bələdiyyə sədri Rəfail Cəfərovun mobil telefonuna zəng edərək həmin günü saat 09:00-da işə gəlib Bələdiyyənin giriş qapısını açıb içəri daxil olduqda otaqların açıq və dağınıq vəziyyətdə olduğunu, oradan oğurluq edildiyini bildirmişdir. Rəfail Cəfərov da Şahid1 göstəriş verərək baş vermiş hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat versinə dair göstəriş vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Bələdiyyənin binası əvvəllər poçt olmuş, sonradan isə poçt bağlandığından həmin bina Bələdiyyənin istifadəsinə verilmişdir. Bələdiyyənin inzibati binasına və orada olan otaqlara nəzər salındıqda məlum olmuşdur ki, naməlum şəxs və ya şəxlsər Bələdiyyənin binasına sağ yan tərəfində taxtadan olan pəncərəni sındıraraq təmir olunmamış otağa, oradan da qapını sındıraraq binaya daxil olmuş, xidməti otaqdan dəyəri 1.300 manat olan 01 ədəd “Toshiba” markalı noutbuku, hər birinin dəyəri 50 manat olan 02 ədəd “Multitek” stasionar telefon aparatlarını, dəyəri 140 manat olan 01 ədəd elektrik samovarı, dəyəri 180 manat olan 200 metr, dəyəri 240 manat olan 200 metr, dəyəri 290 manat olan 100 metr, dəyəri 180 manat olan 100 metr elektirik naqillərini, dəyəri 200 manat olan 38 metr gizli işığı, hər birinin dəyəri 07 manat olmaqla cəmi dəyəri 112 manat olan 16 ədəd elektirik açarını, 01 ədəd 70 manat dəyərində böyük gərginli elektirik açarını, hər birinin dəyəri 04 manat olmaqla cəmi dəyəri 80 manat olan 20 ədəd elektirik yuvacığını, hər birinin dəyəri 04 manat olmaqla cəmi dəyəri 32 manat olan 08 ədəd işığı yandırıb-söndürəni oğurlamışdır. İstintaq zamanı Bələdiyyə binasından oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Oğurluq hadisəsi nəticəsində Əmircan Bələdiyyəsinə ümumilikdə 2.924 manat məbləğində maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi S.A.Xəlilova təqsirləndirilən şəxslə barışıq əldə edildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbin olmadığını bildirdi. Şahid qismində dindirilmiş Şahid1 məhkəmədə zərərçəkmiş şəxs Əmircan Bələdiyyəsinin nümayəndəsi X3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsi ilə yaşadığı evə gedərkən möhkəm qadın qışqırtısı eşitmiş və görmüşdür ki, bir qadın “Şram Elman” ləqəbli Elman adlı şəxsin arxasınca qaçaraq “telefonumu apardılar” deyib kömək istəyir. Elmanın əlində qırmızı rəngli telefon olduğundan, sonuncunun həmin mobil telefonunu qadının əlindən alıb qaçdığını başa düşmüş və həmin qadına kömək etmək üçün Elmanın ardınca qaçmışdır. Elmana çatmağa təxminən 01 metr qalmış sonuncu əlindəki “Samsung” markalı telefonu yerə tullayıb qaçıb getmişdir. Həmin telefonu gətirib, adını sonradan bildiyi Zərərçəkmiş şəxs qaytarmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs bildirmişdir ki, Elman küçədə onu döyüb əvvəlcə çantasını ələ keçirmək istəmiş, lakin müqavimət göstərdiyi üçün onun telefonunu alıb qaçmışdır. Zərərçəkmiş şəxs sonradan öz mobil telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Heydər Əliyev adına X8 Aviasiya Təhlükəsizliyi Baş İdarəsində agent vəzifəsində işləyir. Qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə 5 otaqlı mənzildə yaşayır. Otaqların birində özü yaşayır, digər otaqlara isə Elman yiyələnmiş və onu həmin otaqlara buraxmır. Elə vaxtlar olmuşdur ki, Elman bir neçə gün evə gəlməmiş, gələndə də harada olduğunu ona deməmişdir. Elmanın evə gəlib-getməsi ilə əlaqədar mənzilin qapısını gecələr açıq qoyub yatır. xx xxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində yaşadığı mənzilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları gələrək Elmanın harada olduğunu soruşmuşlar, sonunculara Elmanın 10-15 dəqiqə olar evdən çıxıb harasa getdiyini demişdir. Polis əməkdaşları Elmanın otağını onlara göstərməyi xahiş etmişlər, qonaq otağını göstərərək Elmanın həmin otaqda yatdığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə həmin otaqda olan şkafın qapılarını açıb baxdıqda, şkafın içərisində gizlədilmiş çantanın içərisində olan 01 ədəd “Toshiba” markalı noutbukun və 01 ədəd “Multitek” markalı stasionar telefon aparatının olduğunu görmüşdür. Həmin əşyaların onlara məxsus olmadığını bildirərək onları polis əməkdaşlarına təqdim etmiş, sonuncular da hal şahidlərinin iştirakı ilə protokol tərtib etmişlər və protokol düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. xx xxxxxx 2019-cu il tarixdə səhər vaxtı evdən çıxaraq işə getmiş, işdən evə qayıtdıqda Elmanın polis əməkdaşları tərəfindən saxlanaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə aparıldığını bilmişdir. Qardaşı Elmanın 01 ədəd “Toshiba” markalı noutbuku və 01 ədəd “Multitek” markalı stasionar telefon aparatını haradan oğurlaması və nə vaxtı evə gətirib gizlətməsindən xəbəri olmamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Elmanla təssadüfən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində rastlaşmışdır. Bir qədər söhbət etdikdən sonra Elmanla birlikdə Əmircan Bələdiyyəsinin inzibati binasının qarşısından keçərkən, Elman ona demişdir ki, bir az onu gözləsin gəlir. Əmircan Bələdiyyəsinin binasının yaxınlığında olan döngədə Elmanı gözləmiş, Elman isə fəaliyyəti dayandırılmış köhnə poçtun binasından bələdiyyənin binasına keçmiş, təxminən 10 dəqiqə sonra Elman əlində ağ rəngli torba ilə ona yaxınlaşıb xahiş etmişdir ki, torbanı aparmaqda ona köməklik etsin. Torbanın bir tərəfindən Elman, digər tərəfindən isə o, tutumub onu birlikdə aparmışlar. Yolda Elman torbanın içərisində müxtəlif miss naqillər olduğunu, həmin elektirik naqillərini oğurladığını demişdir. Bundan sonra həmin kabelləri yaşadığı binanın blokunda qoyaraq yaşadığı evə getmişdir. Səhərisi günü yaşadığı evdən çıxıb getmiş və saat 10 radələrində evə gəldikdə, blokda qoyduğu içərisində elektirik naqilləri olan çantanın yerində olmadığını aşkar etmişdir. Evə daxil olduqda isə anası ona, polis əməkdaşlarının onu axtardıqlarını demiş, polis əməkdaşlarının nə üçün axtardıqlarını soruşanda, cavabında bilmədiyini demişdir. X12 Bələdiyyəsindən digər əşyaları oğurlamasından xəbəri olmamışdır. İş materiallarında olan hadisə yerinə baxış keçirmə haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxx 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanının qarşısında, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edilmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin yerdə tanımadığı şəxs onun əlindən içərisində 130 manat nəğd pul olan əl çantasını dartıb almaq istəmiş, buna nail ola bilməyəcəyini gördükdə isə sillə və təpik zərbələri ilə vurub onu yerə yıxmış və bu zaman qeyd etdiyi şəxs, onun əlindən yerə düşmüş “Samsung” markalı, “A70” modelli mobil telefonunu götürüb qaçmışdır. Həmin vaxt tanımdaığı başqa bir şəxs isə, onun telefonunu götürüb qaçan şəxsi təqib etməyə başlamış, buna görə də sonuncu telefonu tullayıb qaçmışdır. İş materialalrında olan canlı şəxsin ekspertizasının xx xxxxx 2020-ci il tarixli, 353 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyəsinin şişkinliyi – qançırı, sol baldırın qançırı, sol əlin V barmağının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan xx xxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmədindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs, xx xxxxx 2020-ci il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanının qarşısında onun əlindən içərisində 130 manat nəğd pul olan əl çantasını dartıb almaq istədiyini, buna nail ola bilməyəcəyini gördükdə isə sillə və təpik zərbələri ilə vurub onu yerə yıxdığını və bu əlindən yerə düşmüş “Samsung” markalı, “A70” modelli mobil telefonunu götürüb qaçdığını, həmin vaxt başqa bir şəxs ardınca qaçdığına görə mobil telefonu tullayıb qaçdığını Təqsirləndirilən şəxs üzünə deyərək ibtidai istintaq verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. İş materiallarında olan “CD” diskə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə bir ədəd “CD” diskə baxış keçiirlmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, küçə ilə gedən Zərərçəkmiş şəxs arxadan tutub fırlayaraq hasara çırpır və əlindəki çantasını dartıb almaq istəyir. Zərərçəkmiş şəxs çantasını əlindən buraxmadığına görə Təqsirləndirilən şəxs sillə ilə onu vurub yerə yıxır və yerdə də təpiklə sonuncuya zərbələr endirməklə çantanı ələ keçirmək istəyir. Həmin vaxt Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs əlindən yerə düşən qırmızı koburada olan “Samsung” markalı, “A70” modelli mobil telefonu götürüb hadisə yerindən qaçıb uzaqlaşır, Zərərçəkmiş şəxs isə onun arxasınca qaçır. İş materiallarında olan cinayət işinin birgə icraata birləşdirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi **********nömrəli cinayət işi ilə birgə icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 27 saylı ünvanda yerləşən Əmircan Bələdiyyəsinin inzibati binasından oğurluq edilmişdir. Baxış zamanı Əmircan Bələdiyyəsinin inzibati binasının sağ yan tərəfində olan pəncərənin və bir neçə xidməti otağın qapılarının sınıdırılmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Bələdiyyənin vergi müfəttişi Şahid1 müxtəlif ölçüdə elektrik naqillərinin, elektrik avadanlıqlarının və telefon aparatlarının oğurlandığını bildirmişdir. Baxış zamanı inspektor kriminalist tərəfindən 02 ədəd əl-barmaq izləri aşkar edilərək, yapışqan lent kəsiklərinə köçürülməklə götürülmüşdür. İş materialalrında olan baxış keçirilməsi və əşyanın götürülməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi, 3 nömrəli evin 9 nömrəli mənzilinə, hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Həmin vaxt Şahid2, qardaşı Təqsirləndirilən şəxs yatdığı qonaq otağında olan şkafın içərisində gizlədilmiş çantanın içərisindəki 01 ədəd “Toshiba” markalı noutbuku və 01 ədəd “Multitek” markalı stasionar telefon aparatını təqdim edərək, həmin əşyalardan xəbərinin olmadığını, onların qardaşı tərəfindən gətirilərək şkafın içərisində gizlədildiyini güman etdiyini bildirmişdir. İş materialalrında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 27 ünvanında yerləşən Əmircan Bələdiyyəsinin inzibati binasına haradan və necə daxil olduğunu, oradan hansı əşyaları oğurladığını əyani şəkildə göstərərək, ibtidai sitintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan oğurlanmış əşyaların götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 1849-cu keçid, 5 nömrəli yaşayış binasının 3-cü mərtəbə ilə 4cü mərtəbənin arasında, idman çantasında olan Əmircan Bələdiyyəsindən oğurlanmış elektrik naqilləri aşkar edilərək götürülmüşdür. Habelə həmin yaşayış binasının ətrafına baxış keçirilən zaman Əmircan Bələdiyyəsindən oğurlanmış naqillərin bir qisminin binanın yaxınlığındakı təpədə yandırıldığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2019cu il tarixli, 22389 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş istifadədə olmuş Çin istehsalı “Toshiba” markalı, “C660-B111 İntel Core i3” modelli noutbuk (cəryan qidalandırıcısı ilə birlikdə) qiyməti 220 manat, istifadədə olmuş “Multitek” markalı, “MS20” modelli stasionar telefon aparatı 10 manat, istifadədə olmuş, üzərində qüsurlar olan “Toshiba” markalı noutbuk çantası 05 manat olmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 235 manat müəyyən edilir. İş materiallarında olan materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 26171/26172 saylı rəyindən görünür ki, aparılmış fiziki – kimyəvi tədqiqatların nəticəsini nəzərə alaraq təqdim edilmiş nümunə qismində üzəri şəffaf izolasiyalı, 02 damarlı və 01 ədəd lent üzərində dəmir diodları olan, eyni 9.6 mm, hündürlüyü 4.8 mm olan çoxsimli 38 metr gizli işıq kabelinin işlənmiş vəziyyətdə, xx xxxxxx 2019-cu il tarixdə, köhnəlməsi nəzərə alaraq respublikadaxili orta bazar satış qiyməti təxminən 34 manat 20 qəpik müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 213 saylı rəyindən görünür ki, üzərində “Valentino Caravone” markalanma yazısı olan, süni tərkibli dəridən tikilmiş qadın əl çantasının qiyməti 30 manat, “Samsung” markalı, “A70” modelli mobil telefon aparatının isə qiyməti 600 manat olmaqla, Zərərçəkmiş şəxs məxsus 02 adda həmin əmlakların 2020-ci ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri 630 manat müəyyən edilir. İş materiallarında olan sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 32.5, 177.2.3, 194.1 və 307-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərəçəkmiş şəxs Əmircan bələdiyyəsinin nümayəndəsi ilə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs, məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini məhkəmə cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. İş materiallarında olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxxxx 2007-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxxxx 2019-cu il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 30 gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4 və 83.4-cü maddələrinə əsasən ağır cinayət törətməyə görə isə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu gündən 06 il keçmədən, törətmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddələrinə görə azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələrində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Toshiba” markalı, “C660- B111 İntel Core i3” modelli noutbukun, 01 ədəd “Multitek” markalı telefon aparatının, 01 ədəd işlənmiş təxmini uzunluğu 32 metr, üzəri şəffaf izolasiyalı, 02 damarlı və 01 ədəd lent üzərində dəmir diodları olan, üzərində heç bir markalanma göstəricisi olmayan, eni 9.6 mm, hündürlüyü 4.8 mm olan çoxmisli gizli işıq elektirik naqilin zərərçəkmiş Əmircan Bələdiyyəsinə, 01 ədəd “Valentino Caravone” markalı qadın əl çantasının və “Samsung” markalı, “A70” modelli mobil telefonun (qırmızı rəngli koburası ilə birlikdə) Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının, materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 211 (iki yüz on bir) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, müvafiq olaraq ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, habelə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 180.2.2 və 180.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə isə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. X7 məhkəməyədək icraat zamanı xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, X9 üzərində çəkilməsi üçün qəti olaraq 05 (beş) il 09 (doqquz) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Toshiba” markalı, “C660-B111 İntel Core i3” modelli noutbukun, 01 ədəd “Multitek” markalı telefon aparatının, 01 ədəd işlənmiş təxmini uzunluğu 32 metr, üzəri şəffaf izolasiyalı, 02 damarlı və 01 ədəd lent üzərində dəmir diodları olan, üzərində heç bir markalanma göstəricisi olmayan, eni 9.6 mm, hündürlüyü 4.8 mm olan çoxmisli gizli işıq elektirik naqilin zərərçəkmiş Əmircan Bələdiyyəsinə, 01 ədəd “Valentino Caravone” markalı qadın əl çantasının və “Samsung” markalı, “A70” modelli mobil telefonun (qırmızı rəngli koburası ilə birlikdə) Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizalarının, materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 211 (iki yüz on bir) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, habelə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar