Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-149/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 12:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4042/60, 1 nömrəli evin 57 nömrəli mənzilində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində X3 yaşadığı Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 nömrəli evin 48 nömrəli mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək, yaşayış sahəsinə qanunsuz daxil olub oradan sonuncuya məxsus içərisində 250 manat olan 50 manat dəyərində əl çantasını gizli olaraq talayıb zərərçəkmiş şəxs S.İ.Azayevaya ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda əvvəlcə özünü qismən təqsirli bilərək göstərdi ki, tanışı Zeynalın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində 9 mərtəbəli binanın 4-cü mərtəbəsində aldığı təmirsiz mənzildə təmir işləri aparıldığı üçün sonuncunun xahişi ilə orada işləyən ustalara nəzarət etmişdir. xx xxxx 2020-ci il tarixdə, axşam saatlarında Zeynalın təmir etdirdiyi mənzildən çıxaraq yaşadığı evə getmək üçün marşurut dayanacağına tərəf gedərkən tanımadığı bir nəfər qadının keçdiyini görmüş, həmin qadından xoşu gəldiyindən onun arxasınaca getmişdir. Həmin qadın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 nömrəli yaşayış binasına daxil olmuş, bir qədər gözlədikdən sonra həmin binaya daxil olduqda qadın artıq liftlə yuxarı mərtəbəyə qalxmışdır. Həmin qadının arxasınca liftlə binanın 9-cu mərtəbəsinə qalxmışdır. Liftdən çıxıb təxminən 2-3 dəqiqə orada dayanmış, heç kim çıxmadığını görüb pilləkənlərlə aşağı düşməyə başlamışdır. 7 və yaxud 8-ci mərtəbədə sağ tərəfdə olan mənzilin giriş qapısının bir qədər açıq olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Mənzilin giriş qapısının qarşısında dayanıb evdə kimlərinsə olub-olmamasını yoxlamışdır. Evdə sakitlik olduğunu görüb qapıdan içəri daxil olmadan, yəni başını qapıdan içəri salıb evin içərisinə baxmış, həmin vaxt evin dəhlizində olan şakafdan asılmış bir ədəd əl çantasının asıldığını görmüşdür. Qapıdan əlini uzadıb həmin çantanın içərisində olan pul kisəsini götürüb oradan uzaqlaşmışdır. Yolla gələn zaman heç kəsin olmadığı ərazidə pul kisəsini açıb içərisinə baxmış və pul kisəsində biri 100 manatlıq, biri 10 manatlıq, ikisi isə 01 manatlıq əskinazlar olmaqla ümumilikdə 112 manat pulun olduğunu aşkar etmişdir. Həmin pulu götürmüş, pul kisəsini isə orada olan zibil qabına atmışdır. Oğurladığı pulla borclarını qaytarmışdır. Sonradan Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, göstərdi ki, ona istinad edilən cinayəti tam etiraf etməməsi barədə əvvəlki ifadəsini o, özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. Əslində isə onun oğurladığı əl çantasının içərisində 250 manat məbləğində pul vəsaiti olmuşdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs X5 məhkəmədə göstərdi ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı, 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 48 nömrəli mənzilində ailə üzvüləri ilə birlikdə yaşayır. Yaşadığı mənzilin giriş hissəsinin sol tərəfində paltarları asmaq üçün dəhliz şkafı var. xx xxxx 2020-ci il tarixdə yaşadığı evdə olmuş, həmin vaxt içərəisində 250 manat pul olan çantası həmin şkafın üzərindən asılı vəziyyətdə olmuşdur. Təxminən saat 21-22 radələrində dəhlizə gəldikdə əl çantasının yerindən olmadığını aşkar etmiş, ailə üzvülərindən bu barədə soruşduqda sonuncular əl çantasının harada olduğundan xəbərlərinin olmadığını bildirmişlər. Sonradan əl çantasının naməlum şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Belə ki, həmin vaxt yaşadığı mənzilin qapısı açıq vəziyyətdə olmuşdur. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər keçdikdən sonra yaşadığı mənzilə bir neçə polis əməkdaşı gəlib mənzilə baxış keçirmişlər. Baş vermiş cinayət hadisəsi nəticəsində ona ümumilikdə 300 manat miqdarında maddi ziyan dəymişdir. Sonda S.İ.Azayeva cinayət nəticəsində ona vurulmuş maddi zərəri tam olaraq ödədiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs X2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı, 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 48 nömrəli mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin KTQ-nin ekspert kriminalisti hadisə yerindən 06 ədəd əl barmaq izləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin 48 nömrəli mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinə baxış zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bazasına Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən və Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olan), xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağı ilə eynilik təşkil etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin 48 nömrəli mənzilini göstərərək, xx xxxx 2020-ci il tarixdə, saat 20 radələrində qeyd etdiyi mənzildən içərisində 112 manat pul vəsaiti olan pul kisəsini oğurladığını bildirmişdir. İş materiallarında olan məhkəmə daktiloskopik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 20/290R saylı rəyindən görünür ki, X3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 saylı evin 48 nömrəli mənzilində xx xxxx 2020-ci il tarixdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 05 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərindən 05 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Qalan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X5 arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı zərərçəkmiş şəxs şəxs X5, xx xxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 121 nömrəli evin 48 nömrəli mənzilindən içərisində 250 manat pul olan bir ədəd 50 manat dəyərində əl çantasının oğurlandığını Təqsirləndirilən şəxs üzünə deyərək ibtidai istintaq verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək, onunla razılıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 və Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxsə, ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 31 (otuz bir) iş saatı üçün 186 (yüz səksən altı) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 31 (otuz bir) iş saatı üçün 186 (yüz səksən altı) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə isə Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN- ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-149/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-149/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver