Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-149/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Paşa Holding”də mühafizəçi işləyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 80, mənzil 83-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 avqust 2020-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən mənzildə arvadı Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər deməsi səbəbindən aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı əlləri və evin pəncərəsinin qulpu ilə sonuncunun bədənin müxtəlif nahiyələrinə vurub, sağ almacıq nahiyəsinin qançırı, sol bazunun sıyrığı, sağ diz oynağının qançırı kimi hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri ləyin edilməyən xəsarətlər yetirmiş, sağ budun şişkinlik və qançırı (hematoması) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə on ildən artıqdır ki, ailə həyatı qurmuş və birgə nikahdan bir övladı dünyaya gəlmişdir. Günayla uzun müddətdir ailə qursa da, 3 il əvvəl bir övladı dünyaya gəldikdən sonra aralarındakı münasibətlər pisləşmişdir. Belə ki, Günayla qayınanası Xanımağa onunla kobud rəftar etmiş və cüzi şeylərin üstündə mübahisələr etmişlər. Hər dəfə evə bazarlıq etsə də, Günay artıq evdə yemək belə bişirməmiş, sonuncunun anası da müxtəlif formalarda şər-böhtan atmağa başladığı üçün, artıq onlarla yola gedə bilməyəcəyini başa düşmüşdür. Hətta dəfələrlə özünə məxsus və birlikdə yaşadıqları evi onlara verib evdən çıxıb getməsini, bundan sonra ondan əl çəkəcəklərini bildirmişlər. 07 avqust 2020-ci il tarixdə, saat 12 radələrində Günayla aralarında sözlə mübahisə baş vermiş və onunla yola gedə bilməyəcəyini başa düşdüyü üçün boşanmaq barədə qərar vermişdir. Lakin uşaqları olduğuna görə bir qədər səbr etmək istəmiş, sonuncu dəfə isə Günay qayınanası ilə birlikdə onun barəsində polisə şikayət etdikləri üçün artıq Günayla boşanmışdır. O, göstərmişdir ki, aralarında baş vermiş mübahisələr zamanı Zərərçəkmiş şəxs vurmamış, ona xəsarət yetirməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 04 mart 2021-ci il tarixli 07/717 saylı rəyində göstərilən xəsarətləri Zərərçəkmiş şəxs hansı şəraitdə almasını bilmir. 07 avqust 2020-ci il tarixdə saat 12 radələrində o, Günayla mübahisə etsə də, onu vurmamış və ona xəsarət yetirməmişdir. Həmin günü, onunla münaqişədən əvvəl Günay heç kimlə mübahisə və münaqişə etməmiş və sonuncunun bədəni üzərində hər hansı xəsarət olmamışdır. Hadisə zamanı yaşadıqları evdə özü, Günay və azyaşlı oğlundan başqa heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə on ildən artıqdır ki, ailə həyatı qurmuş və birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Elşənlə uzun müddətdir ailə qursa da, uşaqları olmamış, lakin 3 il əvvəl övladları dünyaya gəldikdən sonra Elşənlə aralarındakı münasibətlər pisləşmişdir. Belə ki, Elşən evdən soyumuş və ona xəyanət etmiş, bu səbəbdən o, arada anasıgildə qalmışdır. Hər dəfə mübahisələri düşdükdə Elşən onu nalayiq sözlərlə təhqir etmiş, bir dəfə də evin qapısının kilidini dəyişmiş, onu evə buraxmamışdır. 07 avqust 2020-ci il tarixdə evə bazarlıq edib qayıdan zaman Elşən onun qarşısına çıxmış və evin işıq borc pullarının qəbzlərini qarşısına qoymuşdur ki, ödəsin. O, pulunun olmadığını dedikdə, aralarında mübahisə yaranmış. Elşən yenidən onu təhqir etmiş, əlləri və pəncərənin qulpu ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Ona görə də o, polis bölməsinə zəng edərək, polis əməkdaşlarını evə çağırmış, polis əməkdaşları gəlib sənədləşmə apararaq, onun şikayət ərizəsini almışlar. O, göstərmişdir ki, hadisə yaşadıqları evdə baş vermiş, həmin vaxtı evdə özü, Elşən və azyaşlı oğlu olmuşdur. Pəncərənin sınmış qulpunu hadisədən sonra məişət tullantıları yerinə atmışdır. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxsla onun qızı Günay 2009-cu ildə ailə qurmuş, birgə nigahlarından 4 yaşlı övladları var. Təxminən 2016-cı ildən onların arasında olan münasibətlər pisləşməyə başlamışdır. 08 avqust 2020-ci il tarixdə günorta saatlarında qızı Günay ona bildirmişdir ki, Elşən onu pəncərənin qulpu ilə vurmaqla döyüb xəsarət yetirmiş və ona görə də o, bu barədə polisə müraciət etmişdir. Ona görə də o, dərhal onların yaşadığı mənzilə gəlmiş və həqiqətən Günayın bədəni üzərində xəsarətlər olmasının şahidi olmuşdur. Aralarında olan söhbət zamanı Günay ona demişdir ki, bədəni üzərində olan xəsarətləri ona Elşən pəncərənin qulpu ilə vurmaqla yetirmişdir. Həmin günü, yəni 08 avqust 2020-ci il tarixdə Bakı şəhərində gecələməyə yeri olmadığına görə o, qızı Günayın yaşadığı evdə qalmış, həmin günü saat təxminən 23 radələrində Elşən onun evindən çıxıb getməsini dedikdə, aralarında sözlə mübahisə yaranmış, lakin həmin vaxtı Elşəni vurmamış, ona xəsarət yetirməmişdir. Həmçinin, həmin hadisə zamanı Elşən də onu vurmamış, heç bir xəsarət yetirməmişdir. Bundan sonra bir neçə gün o, Günayın yaşadığı evdə onunla birlikdə qalmış, 11 avqust 2020-ci il tarixdə Elşən, onun yaşadığı evdən çıxıb getməsini dedikdə, aralarında sözlə mübahisə baş vermişdir. Lakin, həmin vaxtı Elşənlə aralarında dava-dalaş hadisəsi baş verməmiş, özü, həmçinin Elşən heç bir xəsarət almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən DİO-da, 2020-cu ilin iyul ayından isə hazırkı tutduğu vəzifədə xidmət edir, polis leytenantı rütbəsi daşıyır. 07 avqust 2020-ci il tarixdə xidmət etdiyi bölmədə aylıq növbətçilik cədvəli üzrə növbədə olan zaman DİN-nin 102 xidmətinə Zərərçəkmiş şəxs zəng edərək, əri X2 onu döyməsi barədə məlumat vermiş, o, bölmənin tədqiqatçısı, polis mayoru Şahid2 ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə baş vermiş yer ünvan 2 ünvanı olmuşdur. Həmin ünvana getdikdə, Zərərçəkmiş şəxs və əri Təqsirləndirilən şəxs evdə olmuş, evə daxil olduqda, Zərərçəkmiş şəxs həyəcanlı vəziyyətdə əri Təqsirləndirilən şəxs onu döydüyünü və özünün də evdə olduğunu demiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döymədiyini, ancaq mübahisə etdiklərini bildirmişdir. Şahid2 Zərərçəkmiş şəxs xəsarəti olub-olmaması barədə soruşduqda, sonunju xəsarət aldığını bildirmişdir. Bundan sonra o, həmin şəxsləri polis bölməsinə dəvət etmiş, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə müraciət etmiş və həmin ərizə qeydiyyata alınmışdır. O, göstərmişdir ki, baş vermiş hadisənin şahidi olmasa da, Zərərçəkmiş şəxs çox həyəcanlı danışdığını və əri Təqsirləndirilən şəxs onu döyməsini və xəsarət almasını deməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oglu Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından müəyyən olunur ki, 04.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB-nin publik hüquqi şəxsin 04 mart 2021-ci il tarixli 07/717 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ almacıq nahiyəsinin qançırı, sol bazunun sıyrığı, sağ budun şişkinlik və qançırı (hematoması), sağ diz oynağının qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. 07 avqust 2020-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə sağ budun şişkinlik və qançırı (hematoması) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən cinayət əməlini törətmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. İş materiallarında olan ekspert rəyindən də müəyyən olur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər 07 avqust 2020-ci il tarixdə əmələ gəlmişlər. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs isə ifadəsində göstərmişdir ki, 07 avqust 2020-ci il tarixdə onunla münaqişədən əvvəl Günay heç kimlə mübahisə və münaqişə etməmiş və sonunjunun bədəni üzərində hər hansı xəsarət olmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-149/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-149/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver