Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-15/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1967-ci ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Tərtər rayonu, Seydimli kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşamış, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(011)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə, barəsində 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində vətəndaş Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilə həmin binanın eyvanından sallanaraq plastik pəncərənin kilid hissəsindən sıxıb açmaq yolu ilə daxil olaraq həmin mənzilin yataq otağında olan güzgülü termonun üzərindəki zinət əşyalarının yığıldığı qutunun içərisindən 6000 manat dəyərində bir ədəd qızıl boyunbağı, bır ədəd qızıl klon və bir cüt qızıl sırğadan ibarət olan 585 əyarlı brilliant qaşlı buta formalı dəst, 5000 manat dəyərində bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl bilərzikdən ibarət olan 750 əyarlı qaşsız qızıl dəsti, 400 manat dəyərində 585 əyarlı bir ədəd qadın qızıl üzüyü, hər biri 450 manat olmaqla cəmi 900 manat dəyərində olan 585 əyarlı iki ədəd qadın qızıl üzüyü, 500 manat dəyərində 585 əyarlı bir ədəd qadın qızıl üzüyü, 300 manat dəyərində 585 əyarlı bir cüt qadın qızıl sırğası. 320 manat dəyərində 585 əyarlı bir cüt qadın qızıl sırğası, 400 manat dəyərində 585 əyarlı bir cüt qadın qızıl sırğası. 380 manat dəyərində 585 əyarlı bir cüt qadın qızıl sırğası, 500 manat dəyərində 585 əyarlı bir ədəd qədimi qızıl halqalardan ibarət qızıl boyunbağının tökülmüş hissələri, 23 manat dəyərində 4,71 qram kütləli. üzərində rəngsiz, şəffaf qaşlar olan, 925 əyarlı gümüşdən hazırlanmış bir ədəd üzük, 0.50 manat dəyərində 5,81 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmış bir cüt sırğa və 5 manat dəyərində 55,31 qram kütləli halqa formalı, sarı rəngli qiymətsiz metal ərintisindən (mis. sink və s.) hazırlanmış bir ədəd qolbağı və həmin termonun ən aşağı siyirməsində olan qadın pul kisəsinin içərisindən 1096.92 manat ekvivalentində olan 550 AVRO və 3100 manat pulu gizli olaraq talamış və nəticədə zərərçəkmış şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 18925,42 manat (on səkkiz min doqquz, yüz iyirmi beş manat qırx iki qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 27 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə həmin binanın eyvanından sallanaraq plastik pəncərənin kilid hissəsindən sıxıb açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq həmin mənzilin yataq otağında paltar şkafının üst gözündə, olan zinət əşyaları yığılan kiçik ölçülü sandıqçanın içindən 840 manat dəyərində 12 qram çəkidə, 583 əyarlı, içərisində "Nadir+İradə xx.xx.1983” yazısı olan bir ədəd qızıl nişan üzüyü, 840 manat dəyərində 12 qram çəkidə 583 əyarlı, üzərində qara rəngli yarpaq şəkli çəkilmiş bir ədəd qızıl üzük, 500 manat dəyərində 7 qram çəkidə, 583 əyarlı, üzərində nazik brilliant qaşı olan qızıl üzük, 700 manat dəyərində 10 qram çəkidə, 583 əyarlı, üzərində qırmızı rəngli qaşı olan qızıl üzük, 700 manat dəyərində 10 qram çəkidə, 583 əyarlı, üzərində açıq bənövşəyi rəngli qaşı olan qızıl üzük, 455 manat dəyərində 6.5 qram çəkidə, 583 əyarlı, üzərində bir ədəd qaşı olan qızıl üzük, 560 manat dəyərində 8 qram çəkidə, 583 əyarlı, sonsuzluq işarəsi formasında qızıl üzük, 1330 manat dəyərində cəmi 19 qram çəkidə, 583 əyarlı, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst, 700 manat dəyərində 10 qram çəkidə, 583 əyarlı, üzərində kiçik ölçülü yaşıl qaşı olan qızıl klon, ümumilikdə 4830 manat dəyərində cəmi 69 qram çəkidə. 583 əyarlı, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbaqdan ibarət dəst, 2367 manat dəyərində 26.3 qram çəkidə, 750 əyarlı, zəncir formalı qızıl boyunbağı, 1190 manat dəyərində 17 qram çəkidə, 583 əyarlı qızıl qolbaq, 1750 manat dəyərində 25 qram çəkidə, 583 əyarlı qızıl boyunbağı, 2100 manat dəyərində 30 qram çəkidə, 583 əyarlı, “kale” tipli qızıl boyunbağı, 1400 manat dəyərində cəmi 20 qram çəkidə, 583 əyarlı, bir ədəd üzərində 4 ədəd brilliant qaşı olan qızıl saat və bir ədəd qızıl qolbaqdan ibarət dəst, 3150 manat dəyərində 45 qram çəkidə, 583 əyarlı, bir ədəd qızıl saat, hər bırı 1000 manat olmaqla cəmi 5000 manat dəyərində olan 10 qram çəkidə olmaqla cəmi 50 qram çəkidə 5 ədəd qızıl onluq, bir ədəd cəmi 273 manat dəyərində olan bir ədəd mirvari qolbaq və mirvari boyunbağı dəsti, 1134 manat dəyərində 12,6 qram çəkidə, 750 əyarlı, ərəbcə “Allah” yazılmış qızıl klon və 1400 manat dəyərində 20 qram çəkidə, 583 əyarlı tros formalı qızıl boyunbağım və həmin sandıqçanın yanında olan boş telefon qutusunun içindən 5850 manat nağd pulu gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs2 ümumilikdə 37069 (otuz yeddi min altmış doqquz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Ramil Bağırovu həmkəndlisi olduğu üçün uzun müddətdir ki, tanımış və onunla arasında yaxşı münasibət olmuşdur. Ramil taksi fəaliyyəti ilə məşğul olmuş və o, dəfələrlə Ramilin idarə eldiyi avtomobili taksi kimi müxtəlif ünvanlara getmişdir. O, özünə iş tapa bilmədiyinə görə və öz maddi ehtiyaclarım ödəmək üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 21 sentyabr 2021-ci il tarixdə axşam təxminən saat 23 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gəlmiş və burada oğurluq etmək üçün ev axtarmağa başlamışdır. Bu zaman Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən binalara baxıb işıqları yanmayan ev axtarmışdır. Həmin vaxt qeyd etdiyi yerdə olan 16 saylı binada olan evlərdən birində işıqların yanmadığını görmüş və bundan sonra həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə də, 21 sentyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Suraxanı rayonu, yeni Günəşli qəsəbəsinə gələrək orada piyada hərəkət edib hündür mərtəbəli binaların ən üst mərtəbəsində işıqları yanmayan evləri axtarmağa başlamışdır. Bu zaman Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində olan 16 saylı binanın ən üst mərtəbəsi olan doqquzuncu mərtəbəsində yerləşən evlərdən birində işıqların yanmadığını görmüşdür. Bundan sonra həmin binanın blokuna daxil olub pilləkənlə yuxarı qalxmış və doqquzuncu mərtəbədə olan dəmir pilləkənlə qalxıb eyvanın qapısını açaraq oradan eyvana daxil olmuşdur. Bundan sonra eyvandan həmin işıqları yanmayan pəncərəsi ilə aşağı sallanan qalın internet naqillərindən yapışıb bərkliyinə tam əmin olduqdan sonra həmin naqili ilə yavaş-yavaş çöldən binanın aşağısımı doğru sallanmağa başlamışdır. Bir neçə metr sallandıqdan sonra 9-cu mərtəbədə yerləşən və işıqları yanmayan həmin evin pəncərəsinə çatmış və ehtiyyatla ayaqlarını həmin evin plastik pəncərəsinə dayamışdır. Daha sonra bir əli ilə plastik pəncərənin kilid hissəsindən sıxıb pəncərəni açmış və oradan evə daxıl olmuşdur. O, həmin evin yataq otağına keçmiş və oranı axtarmağa başlamışdır. Bu zaman güzgülü termonu görüb həmin termoya yaxınlaşmış və yuxarı siyirməsini açdıqda orada qızıl-zinət əşyaları olduğunu görmüşdür. Həmin zinət əşyalarının hamısını götürüb cibimə yığmışdır. Sonra həmin siyirməsinin digər gözlərini də açıb baxmış və bu zaman bu siyirmənin ən alı gözündə bir miqdar Azərbaycan manatı və AVRO olduğunu görüb həmin pulların da hamısını özü ilə götürmüşdür Daha sonra həmin evə daxil olduğu yerdən, yəni plastik pəncərədən əlini alıb aşağı doğru sallanan internet xəttindən yapışmış və sonra pəncərəyə qalxıb yavaş-yavaş həmin naqildən sallanmışdır Bundan sonra ehtiyyatla naqildən dartınaraq yuxarı kimi qalxmış və yenə binanın eyvanına daxil olub oradan da həmin evin olduğu yerdən deyil binada açıq olan digər blokun eyvanından pilləkənlə doqquzuncu mərtəbəyə düşmüşdür. Bundan sonra həmin binanın birinci mərtəbəsinə liftlə düşmüş və binadan çıxıb uzaqlaşmışdır. Biraz getdikdən sonra heç kimin onu təqib etmədiyinə əmin olmuş və oğurladığı pulu sayıb 3100 manat, 550 AVRO olduğunu görmüşdür. Səhərisi gün 550 AVRO pulu tanımadığı səyyari qaydada valyuta dəyişən şəxsdə Azərbaycan manatına çevirib səhv etmirsə 1070 manat almış və oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir Oğurladığı qızılları da aparıb Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl alış-satışı ilə məşğul olan bir neçə mağazaya göstərmiş, lakin üzərində sənəd olmadığından onu sənədsiz almamışlar. Bu zaman tanımadığı bir nəfər cavan oğlan metronun yaxınlığında ona yaxınlaşmış və nə baş verdiyini maraqlanmışdır. O da özünə məxsus qızıl olduğunu, lakin sənədi üstündə olmadığı üçün sata bilmədiyini demişdir. Həmin şəxs qızılların kimə məxsus olduğunu bir daha soruşmuş, o da özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin satmaq istədiyi qızılları yoxlayıb həmin zinət əşyalarından bir cüt sırğa, bir ədəd üzük və bir ədəd qolbağın qızıl olmadığını, digər əşyaların isə qızıldan olduğunu demişdir. Bundan sonra həmin qızıl olan əşyaların hamısını ondan hazırda xatırlamadığı qiymətə almış, qızıl olmayan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd qolbağı isə ona qaytarmışdır. O, qızılları satdığı pulu da öz ehtiyacları üçün xərcləmişdir. Sata bilmədiyi və qızıl olmayan bir cüt sırğa, bir ədəd üzük və bir ədəd qolbağı isə həmin vaxt yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Göl küçəsində yerləşən həyət evinin olduğu küçədə gizlətmişdir Daha sonra polis əməkdaşları tərəfindən ifadəsinin yerində yoxlanıldığı zaman həmin bir cüt sırğa, bir ədəd üzük və bir ədəd qolbağın yerini göstərmiş və həmin əşyalar götürülmüşdür. Bundan başqa, bir neçə gün sonra təxminən saat 18 radələrində yenə də öz ehtiyaclarını ödəmək üçün oğurluq etmək qərarına gəlmiş və bu niyyətlə də, tanışı Ramilə zəng edərək taksi kimi onu Yeni Günəşli qəsəbəsinə aparmasını xahiş etmişdir, Ramil də razılaşmışdır. Bundan sonra Ramil idarə etdiyi xatırlamadığı avtomobil ilə gəlib onu götürmüş və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə gətirmişdir. Yolda Ramil ondan hansı səbəbdən Yeni Günəşli qəsəbəsinə getdiyini soruşmuş, o da bir nəfər qızla tanış olduğunu və onunla görüşüb pul aldıqdan sonra onu aparacağını, onu gözləməsini demişdir. Ramil onu Yeni Günəşli qəsəbəsində yerləşən Bolmart marketin yaxınlığımı gətirmişdir. O, Ramilə avtomobili saxlamasını və düşdükdən sonra buralarda yaxınlıqda bır yerdə oturub çay içməsini, 20-25 dəqiqəyə kimi ona xəbər edəcəyini və onu aparmasını demişdir. Ramil də razılaşmışdır. Bundan sonra o, avtomobildən düşmüş və Yeni Günəşli qəsəbəsi, "D" yaşayış massivində yerləşən binalara baxıb işıqları yanmayan ev axtarmışdır. Həmin vaxt qeyd etdiyi yerdə olan 9 saylı binada olan doqquzuncu mərtəbədəki evlərdən birində işıqların yanmadığını görmüş və bundan sonra həmin evdə heç kimin olmadığına əmin olub oradan oğurluq etmək qərarımı gəlmişdir. Bu niyyətlə də, həmin binanın dəqiq xatırlamadığı blokundan yuxarı qalxıb doqquzuncu mərtəbədə olan dəmir pilləkənlə binanın eyvanına qalxmış və oğurluq etmək istədiyi evin çöl pəncərəsi ilə aşağıya doğru sallanan qalın internet xəttindən yapışıb bərkliyinə və möhkəm olmasına əmin olduqdan sonra həmin naqil ilə yavaş-yavaş çöldən binanın aşağısına doğru sallanmağa başlamışdır. Bir neçə metr sallandıqdan sonra 9-cu mərtəbədə yerləşən və işıqları yanmayan həmin evin pəncərəsinə çatmış və ehtiyyatla ayaqlarını həmin evin plastik pəncərəsinə dayamışdır. Daha sonra bir əli ilə plastik pəncərənin kilid hissəsindən sıxıb pəncərəni açmış və oradan evə daxil olmuşdur. Evə çöldən kimsə daxil ola bilməsin deyə evin çöl qapısının arxa kilidini bağlamişdır. Sonra həmin evin yataq otağına keçmiş və oranı axtarmağa başlamışdır. Bu zaman yataq otağında olan paltar şkafının yuxarı gözündə zinət əşyalarının yığıldığı qab və həmin qabın yanında telefon qutusu görmüşdür. Zinət əşyaları olan qabı açıb içində zinət əşyaları olmasını və telefon qutusunu açıb içində bir miqdar pul olmasını görmüşdür. Bundan sonra o, qabın içindəki qızılların və qutunun içindəki pulun hamısını götürmüş və evə daxil olduğu plastik pəncərədən əlim atıb aşağı doğru sallanan internet xəttindən yapışaraq, pəncərəyə qalxıb yavaş-yavaş həmin naqildən sallanmışdır. Bundan sonra ehtiyyatla naqildən dartınaraq yuxarı kimi qalxmış və yenə binanın eyvanına daxil olub oradan da həmin evin olduğu yerdən deyil binada açıq olan digər blokun eyvanından pilləkənlə doqquzuncu mərtəbəyə düşmüşdür. Bundan sonra həmin binanın birinci mərtəbəsinə liftlə düşmüş və binadan çıxıb uzaqlaşmışdır. Biraz getdikdən sonra heç kimin onu təqib etmədiyinə əmin olmuş və oğurladığı pulu sayıb 5850 manat olduğunu görmüşdür. Sonra Ramil ilə əlaqə saxlamış və gəlib onu “Bolmart” mağazasının qarşısından götürmüşdür. Ramil onu şəhərə gətirmiş və ona taksi pulunu verib yola saldıqdan sonra isə başqa taksi ilə kirayədə yaşadığı evə gəlmişdir. Səhərisi gün oğurladığı qızılları aparıb Neftçilər metrostansiyasının yaxınlığında yerləşən qızıl alışsatışı ilə məşğul olan bir neçə mağazaya göstərmiş, lakin üzərində sənəd olmadığından ondan sənədsiz almamışlar. Bu zaman tanımadığı bir nəfər oğlan ona yaxınlaşıb satmaq istədıyi qızılların kimə məxsus olduğunu soruşmuş, o da özünə məxsus olduğunu və ehtiyac üzündən satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin satmaq istədiyi qızılları yoxlayıb hazırda dəqiq olaraq xatırlamadığı qiymətə satmışdır O isə oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Həmin oğurluq əməllərini hadisə günləri maddi sıxıntıları olduğu üçün qərara almış və oğurluq etmişdir. Hər iki oğurluq əməlini tək halda törətmiş və heç kim ona hansısa bır formada köməklik göstərməmişdir. Tanışı Ramil onun həmin oğurluqları etdiyi zaman ona heç bir formada köməklik göstərməmişdir. Ramil ümumiyyətlə onu harasa aparanda ona oğurluq etmək üçün getdiyini deməmişdir. Bir dəfə onunla Yeni Günəşli qəsəbəsinə getmiş, həmin vaxt oraya oğurluq etmək üçün getsə də, Ramilə bir xanımla görüşmək üçün getdiyini demiş və Ramil də ona inanmışdır. Ramilə gözləməsini demiş və Ramil də gedib yaxınlıqda yerləşən çayxanada oturub çay içərək onu gözləmiş, o özü oğurluq etdikdən sonra gəlib Ramilə yalandan qızla görüşdüyünü demişdir. Yəni Ramil onun oğurluq etdiyini heç vaxt bilməmişdir. Oğurladığı qızıl-zinət əşyalarını satdığı şəxslərə həmin zinət əşyalarının özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığımı demişdir. Həmin şəxslərə qızılzinət əşyalarını oğurlamağını deməmişdir. Yuxarıda göstərdiyi iki oğurluq əməlindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Məhkəmə iclasında ilk dəfə Təqsirləndirilən şəxs ifadəsində təqsirini etiraf etməyərək göstərdi ki, saxta sübutlar edilmişdir. Belə ki, o həmin hadisə olan yerdə olmamışdır. Dəfələrlə onu polis bölməsinə çağırmışlar, işgəncə vermişlər ki, “boynuna götür və qol çək”. Qeyd edilmişdir ki, internet kabeli ilə içəriyə düşmüşdür. Plastik pəncərə adam saxlaya bilərmi?, “bunu aparıb, satmışamsa necə ola bilər ki, kamera onu çəkməsin. Yaşlıdır, astma xəstəsidir, gözləri yaxşı görmür. Eynəyi sonradan gətiriblər, o, boş vərəqə imza etmişdir, həmçinin də imza edəndə ona bildirdilər ki, bu iş xitam olunacaqdır. İş materiallarından da görünür ki, şəkildə üzü görsənmir. O, Suraxanı rayonunda yaşamamışdır. Onu zorla gətiriblər, kimin evi olduğunu da bilməmişdir. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində təqsirini etiraf edərək göstərdi ki, o, həqiqətən də o əməli etmişdir. Məhkəmədən həmin əməli etdiyinə görə bağışlanmasını, peşman olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində evdəkilərlə evdən çıxıb işə getmişlər. O və qızı işə getmiş, arvadı isə ünvan 5 ünvanındakı evdə qalmışdır. Axşam saat 22 radələrində qızı Şahid3 evə qayıdan zaman evin qapısının iki dəfə bağlanmasına baxmayaraq bir dəfəyə açıldığını görmüş, evə daxil olan zaman içəridə yataq otağına keçəndə otağın dağınıq vəziyyətdə olduğunu görərək qorxduğundan evin qapısını bağlayaraq onunla telefonla əlaqə saxlayaraq evə oğru girdiyini və arxasınca o biri evə gəlib onları götürəcəyini demişdir. Sonra qızı gəlib onları o biri evdən götürüb hadisə baş verən evə gətirmişlər. Evə daxil olduqda içəri nəzər yetirəndə yataq otağından güzgülü termonun üzərində güzgünün qarşısında qapın içərisində olan dəstin ümumi dəyəri 6000 manat olan 585 əyarlı 01 ədəd briliyyat qaşlı buta dəsti (01 ədəd boyunbağı. 01 ədəd klon və 01 cüt sırğa), dəstin ümumi dəyəri 5000 manat olan 750 əyarlı 01 ədəd qaşsız italiyan qızılı olan dəst ( 01 ədəd boyunbağı və 01 ədəd bilərzik), 01 ədəd ümumi dəyəri 400 manat olan 585 əyarlı qadın qızıl üzüyü, 01 ədəd ümumi dəyəri 450 manat olan 585 əyarlı qadın qızıl üzüyü. 01 ədəd ümumi dəyəri 450 manat olan 585 əyarlı qadın qızıl üzüyü, 01 ədəd ümumi dəyəri 500 manat olan 585 əyarlı qadın qızıl üzüyü, 01 ədəd ümumi dəyəri 300 manat olan 585 əyarlı bir cüt qızıl sırğa. 01 ədəd ümumi dəyəri 320 manat olan 585 əyarlı bir cüt qızıl sırğa, 01 ədəd ümumi dəyəri 400 manat olan 585 əyarlı bir cüt qızıl sırğa, 01 ədəd ümumi dəyəri 380 manat olan 585 əyarlı bir cüt qızıl sırğa, ümumi dəyəri 500 manat olan 585 əyarlı 01 ədəd qədim halqalardan ibarət qızıl boyunbağının tökülmüş hissələri, 01 ədəd ümumi dəyəri 40 manat olan qadın gümüş üzüyü, 01 ədəd ümumi dəyəri 50 manat olan qadın gümüş üzüyü və həmin termonun alt siyirməsində olan arvadına məxsus qadın pul kisəsinin içərisində olan ona aid 3100 manat və 550 AVRO nağd pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar elmişdir. Evə nəzər yetirdikdə digər otaqlardan isə hər hamı bir əşyaların oğurlandığını aşkar etməmişlər. Hadisə nəticəsində ümumilikdə ona 18.986 manat 92 qəpik maddi ziyan vurulmuşdur. Hadisə 21 sentyabr 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri. ünvan 6 ünvanında yerləşən mənzildə baş vermişdir. Hadisə baş verən zaman tam dəqiq nələrin oğurlanmasını və dəyərlərini müəyyən edə bilməmişdir, ona görə də, təxminən olaraq 20100 manat qeyd elmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, imza ona aid deyil, guya o, qızıl olmayan qeyri materialları Zakirdən təhvil almışdır. Amma elə bir şey olmuyubdur, onun evində yalnız qızıl materiallardır. İkinci müstəntiq Tural Hüseynovu heç görməmişdir. Sənədlərə qol çəkib, həmçinin ikisindən imzaları silib. O, hazırda təqsirləndirilən şəxsdən şübhələnmir, inanmır ki, kabellə bu adam sürüşə bilər. O, düşünür ki, evə girən adam açar seçmə yolu ilə girmişdir, şüpələndikləri adamların adlarını vermişlər. Kameraları da göstərmişlər, ona deyiblər ki, 1 ay sonra silinmişdir. Cinayət axtarışın rəisi ona bu kişini tərəfləyirdi ki, guya idmançıdır, alpinistidir. 102-i xidmətinin əməkdaşlarını çağıranda demişdir ki, ola bilər, balkondan düşə bilər, dedilər ki, qeyrimümkündür. O, deyəndə qapıdan girib, dedilər ki, yuxarıdan düşüb, deyəndə ki, yuxardan düşüb, dedilər ki, qapıdan girib. 4 ildir bir açardan istifadə edirlər, yuxarıdakı xarab olmuşdur. Qızı işdən gələndə xx.xx.2021-ci il saat 10-a işləmiş və yaxud 10-a qalmış olardı. Onlar o biri evdə idilər və gəlib baxandan sonra 102-yə yığmışdırlar. Qızı deyir ki, qapını açanda həmişə bir açarla açmışdır. Qızı deyir ki, həmişə bir açarla açırdı, birinci açarla açmağa çalışmış, alınmamış, ikincini 4 ildir ki istifadə etmirlər, yoxlayıb, açıb və girib. Görüb ki, yataq otağında qızıl qablar açılıb, tökülüb. Ondan bir ay əvvəl yoldaşının bacısı qızının toyu idi, qızılları şkafın içinə qoymuşdu. İçəri girəndə təqsirləndirilən şəxsə 3 sual vermiş, demişdir ki, qablar nə rəng idi, ağ ya qara, dedi ki, ağ rəng, halbuki gözünün qabağında qırmızı rəng idi. Soruşmuşdur ki, nə bildin ki, evdə adam yoxdur. Dedi ki, “qaranlıq idi, gördüm işıqlar yanmır, girdim evə”. Müstəntiqdə gəlmədi, nədəki protokol tərtib olunmadı. İstintaqçılar və rəis müavini orada idi. Çıxanda birdə soruşdu ki, “sən gələndə saat neçə olardı”. “Deyir saat 07.00 olardı xx.xx.2021-ci il.” Halbuki sentyabr ayında, saat 07.00 günorta saatlarıdır. Bunların qənaətinə görə şunurla düşüb,” dedim onda istintaq eksperimenti edək”, dedilər ki, yıxılar ölər. Burdan çıxıb düşmüşdüsə, yenə çıxardı. Guya könüllü təqdim edib, ikisinin iştirakı ilə ona verilib, imza atılıb, amma belə bir şey olmuyub, imza onun deyil, onun imzasına da oxşamır. O, bilər ki, 1-2 yerdə onu çağırıb, 1-2 yerdə imzası ola bilər, izahat verəndə. Vüqar Hadiyə dəfələrlə müraciət etmişdir, deyib ki, “vaxtım olanda çağıracam”, “əlim də işlər çoxdur”. Digər müstəntiqi üzdən heç tanımır, 3-4 yerdə də onun əvəzindən qol çəkmişdir. Bunlar barədə xüsusi qərar çıxarılmalıdır. İttiham aktını da ona təqdim etmiyiblər, kimin barəsində ittiham aktı tərtib olunub, ona bildirmiyiblər. Bircə gətiriblər, nə video çəkiblər, nə də başqa bir şey ediblər. Aşağıda qızı video çəkib, öyrədiblər liftin qabağında. Bu adam əminə ki, “mənim oğrum deyil”, bu adam kabellə oradan düşə bilməz. Nadir müəllimdə və o da eyni epizodla təqdim ediblər. Nefçilərdə yaxınlaşıb, sənədsiz qəbul etmiyiblər, biri yaxınlaşıb ki, nə lazımdır, “verdim pulunu aldım”. İstintaq vaxtı araşdırmıyıblar ki, hansı kameranın qabağından keçib, bu bir nəfərin işi deyil. Ola bilsin, şüpələndiyi adamlardır, hətta demişdir ki, açar seçmə üsuluda ola bilər. Zorla deyirlər ki, bu sənin oğrundur, idmançıdır. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, iş üzrə maddi sübut qismində tanınmış məhkəmə ekspertizasına təqdim edilmiş bir ədəd gümüş üzük, qiymətsiz metal ərintisindən hazırlanmış bir cüt sırğa və qiymətsiz metal ərintisindən hazırlanmış bir ədəd qolbaq ona geri qaytarılmamış və ona aid deyildir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 09 sentyabr 2021-ci il tarixdə Qəbələ rayonuna getmiş, yoldaşı isə evdə qalmışdır. 28 sentyabr 2021-ci il tarixdə evə qayıtmışdır. 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhərinə qayıdan kimi yaşadığı binanın 9-cu blokunda yaşayan oğlugilə gedib yemək yemişdir. Həmin vaxt həyat yoldaşı ona bir gün əvvəl, yəni 27 sentyabr 2021-ci il tarixdə saat 12:30 radələrində xəstəxanaya getdiyini və həmin gün saat 19:30 radələrində evə qayıdan zaman qapım açarla açmaq istədikdə, açarın açılmadığını demişdir. O, yeməyini yedikdən sonra evin qabağına gəlmiş və açarı saldıqda qapı açılmamışdır. Bundan sonra o, yoldaşı ilə birlikdə çəkic və dəmir alətlə qapının kilid hissəsinin yan tərəfindən divarı yararaq qapını açmış və evə daxil olduqda evin yataq otağının dağınıq halda olmasını, mətbəxin isə plastik pəncərəsinin sınmış halda olduğunu gömüşdür. Bu zaman evdən oğurluq olduğunu başa düşmüş və DİN-nin 102 xidətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Birazdan polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər və o. hadisə barədə ərizə yazmışdır. Hadisə zamanı evin yataq otağında paltar şkafının üst gözündə olan zinət əşyaları yığılan kiçik ölçülü sandıqçanın içindən ona məxsus olan 840 manat dəyərində 12 qram çəkidə. 583 əyarlı, içərisində “Nadir+İradə xx.xx.1983” yazısı olan bir ədəd qızıl nişan üzüyü. 840 manat dəyərində 12 qram çəkidə 583 əyarlı, üzərində qara rəngli yarpaq şəkli çəkilmiş bir ədəd qızıl üzük. 500 manat dəyərində 7 qram çəkidə, 583 əyarlı, üzərində nazik brilliant qaşı olan qızıl üzük. 700 manat dəyərində 10 qram çəkidə, 583 əyarlı, üzərində qırmızı rəngli qaşı olan qızıl üzük. 700 manat dəyərində 10 qram çəkidə, 583 əyarlı, üzərində açıq bənövşəyi rəngli qaşı olan qızıl üzük. 455 manai dəyərində 6,5 qram çəkidə, 583 əyarlı, üzərində bir ədəd qaşı olan qızıl üzük. 560 manat dəyərində 8 qram çəkidə, 583 əyarlı, sonsuzluq işarəsi formasında qızıl üzük, 1330 manat dəyərində cəmi 19 qram çəkidə, 583 əyarlı, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət dəst. 700 manat də}ərində 10 qram çəkidə, 583 əyarlı, üzərində kiçik ölçülü yaşıl qaşı olan qızıl klon. ümumilikdə 4830 manat dəyərində cəmi 69 qram çəkidə, 583 əyarlı, bir ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbaqdan ibarət dəst, 2367 manat dəyərində 26,3 qram çəkidə, 750 əyarlı, zəncir formalı qızıl boyunbağı, 1190 manat dəyərində 17 qram çəkidə, 583 əyarlı qızıl qolbaq, 1750 manat dəyərində 25 qram çəkidə. 583 əyarlı qızıl boyunbağı, 2100 manat dəyərində 30 qram çəkidə, 583 əyarlı, ’kale” tipli qızıl boyunbağı, 1400 manat dəyərində cəmi 20 qram çəkidə, 583 əyarlı, bir ədəd üzərində 4 ədəd brilliant qaşı olan qızıl saat və bir ədəd qızıl qolbaqdan ibarət dəst, 3150 manat dəyərində 45 qram çəkidə. 583 əyarlı, bir ədəd qızıl saat, hər biri 1000 manat olmaqla cəmi 5000 manat dəyərində olan 10 qram çəkidə olmaqla cəmi 50 qram çəkidə 5 ədəd qızıl onluq, bir ədəd cəmi 273 manat dəyərində olan bır ədəd mirvari qolbaq və mirvari boyunbağı dəsti, 1134 manat dəyərində 12,6 qram çəkidə. 750 əyarlı, ərəbcə “Allah” yazılmış qızıl klon və 1400 manat dəyərində 20 qram çəkidə. 583 əyarlı tros formalı qızıl boyunbağı, eləcə də, həmin sandıqçanın yanında olan boş telefon qulusunun içindən 5850 manat nağd pul oğurlanmışdır və hadisə nəticəsində ona ümumilikdə 37069 (otuz yedi min altmış doqquz) manat miqdarında maddi ziyan dəymişdir. Hadisə 27 sentyabr 2021-ci il tarixdə saat 12:30 radələrindən həmin gün saat 19:30-dək olan müddət ərzində yaşadığı Bakı şəhəri. ünvan 7 ünvanında yerləşən mənzildə baş vermişdir. Hadisə zamanı ona məxsus olan cəmi 31,219 manat dəyərində qızıl-zinət əşyaları və 5850 manat nağd pulu oğurlanmışdır. Hadisə nəticəsində isə ona ümumilikdə 37069 (otuz yeddi min altmış doqquz) manat dəyərində maddi ziyan dəymişdir. Hadisə zamanı çox həyəcanlı və narahat olduğuna görə, həm də dəqiq olaraq hansı qızılların oğurlandığını dəqiqləşdirmədiyinə görə ilkin olaraq oğurlanmış qızılların dəyərini dəqiq hesablamadan 20000 manat məbləğində qiymətləndirmişdir. Lakin sonradan dəqiq olaraq oğurlanmış qızılların hamısını hesabladığını və buna görə də, hazırda qeyd etdiyi məbləğin doğru məbləğ olduğunu qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, təqsirləndirilən şəxs internet kabelindən düşüb, çıxa bilməz. Bu adamın azı 60 kiloqram çəkisi var, nece tək çıxıb qayıda bilər və orada kabel yoxdur. Həmin adam evdə olmamış, amma o adam nəyi haradan götürüb bilmir, kor-təbii gətirib, qaytarıb aparıblar. Polis əməkdaşları zəng edəndən sonra gəlib, nəyi haradan götürüb göstərmişdir. Evdə ancaq qızıl olan yerdə paltarı sivirib töküb, başqa heçnəyə dəymiyib. Oğurluq günü Qəbələdə olmuşdur, 28-i gəlmişdir. Yoldaşı elə bilib ki, qapını çəkəndə bağlanıb və ona məlumat vermiyiblər. 28-i gələndə qapının kənarın sındırıb içəri girəndə bilmişdir ki, oğurluq olub. Ona kimi bilmirdi. Görüb heçnəyə əl vurmadan 102-ə zəng etmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Tural Hüseynov izahatında bildirdi ki, zərərçəkmiş şəxsin istintaqla tanış olmuş, növbədən sonra olduğundan şəxsən ola bilər ki, iştirak etməmişdir. Zərərçəkmiş şəxsin imzanı özü imzalamışdır. Zərərçəkmiş şəxsin ifadəsinin saxtalaşdırılması mümkün olmamışdır. Zərərçəkmiş şəxsin əlavə ifadəsi alınıb, bildirilib ki, ekspert rəyi ilə razısız, ya yox, onu görməsə belə imzalayıb. İfadənin yerində yoxlanılmasında iştirak etmişdir. 9 mərtəbəli binanın 9-cu mərtəbəsinə qalxmışlar. Təqsirləndirilən şəxs göstərib ki, mətbəxin pəncərəsindən keçib. Həmçinin damdan kabellə düşdüyünü göstərdi. Bütün proseslərdə iştirak eləmişdir. Kabel damda olan köhnə kabel idi. Təqsirləndirilən şəxsin özü tam səmimi etiraf etdi. Əvvəllərdə eyni maddə ilə olub. Evdə işıq yandığında müşahidə edib. Sürücü ilə gəlib, deyib gözləsin, eyni şeyləri ifadə də və ifadənin yerində yoxlanılmasında deyib. Damın girişi digər 9 mərtəbədəndir, gəldi göstərdi ki, plastik pəncərəni itələyib açmış və həmin yerdən də çıxmışdır. Həqiqətən də açar seçmə üsulu ilə daxil olunmamışdır, çünki içəridən açarla bağlanmışdır, “səhv etmirəmsə, qapının tutacağı bağlı idi ki, çöldən kimsə girməsin”. Tutacağı da bağlamışdı, özü də bildirib, zərərçəkmiş şəxsdə bildirdi ki, bağlı idi. Oradan 5000-ə yaxın pul və qızılzinət əşyaları götürülüb. Pulu xərclədiyi bildirmiş, digər qızıl-zinət əşyalarını da ümumiyyətlə Zakir etdiyi əməllərdə maddi sübutların yerini bildirmir. Olan məlumata görə yaxın qohumunun evində Tərtərdə saxlayır, amma bununla bağlı heç vaxt məlumat verməyib. Tərtərdə yaxın qohumu bacısı qalır, onda olduğu düşünülür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 izahatında bildirdi ki, o, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi vəzifəsində çalışır. Aparılan cinayət işi üzrə əşyaların tanınması haqqında protokolun və əşyaların təhvil alınması haqqında qəbzin tərtib edilməsi yadında deyil, həmin sənədlərdə göstərilən əşyaların verilməsində də iştirak edilməsini xatırlamır. Zərərçəkmiş şəxsin imzalarını saxtalaşdırmamışdır və heç bir sənədə imza etməmişdir. Bunu etmək üçün heç bir marağı da yoxdur. Zərərçəkmiş şəxs haqqında məlumatlarda da olan imza zərərçəkmiş şəxsin öz imzasıdır. O, Zərərçəkmiş şəxs1 evində olmuşdur. Hadisə yerinin yoxlanılmasında hansı müstəntiqin iştirakı olduğunu xatırlamır. Əşyanın tanınması haqqında protokolda bijuterya təhvil verilib, həmin bijuterya kim tərəfindən təhvil alınması yadına deyildir. Ümumiyyətlə hadisə ilə bağlı çox şeyi xatırlamır, çünki üstündən çox müddət keçmişdir. İstintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 iladəsində göstərmişdir ki, həftə içi 5 gün səhər saat 08 radələrində evdən çıxaraq işə gedir və axşam saat təxminən 18 radələrində evə qayıdır. 20 sentyabr 2021-ci il tarixdə anası ilə atası Bakı şəhəri. Xətai rayonu, General Şıxlinski küçəsi, yataqxana, ev 59, mənzil 3 ünvamndakı evlərinə getmişlər. O. həmin ünvana gedib anasını .götürüb ünvan 8 ünvanında yerləşən evə gətirmişdir. Atası da yorğun olduğu üçün o biri evdə gecəni qalmışdır. 21 sentyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində anası ilə evdən çıxmışlar. Anasını ünvan 5 ünvanındakı evə aparmışdır. O da ordan da işinə getmişdir. Axşam saat 22 radələrində evə qayıdan zaman evin qapısının iki dəfə bağlanmasına baxmayaraq bir dəfəyə açıldığını, qapının yuxarı qıfılım arada ilişdiyi üçün onu bağlamamışlar. Amma oranı da yoxladıqda yuxarının da bağlı olduğunu görmüşdür. Anasına mobil telefon vasitəsi ilə zəng vurub qapının belə açıldığının səbəbini soruşmuşdur. Anası da dəqiq xatırlamamışdır. Evə daxil olan zaman içəridə yalaq otağına keçəndə otağın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Qorxduğundan evin qapısını bağlavaraq anasına zəng vurmuş və evə oğrunun girməsini demişdir. Onlara arxaları ilə o biri evə gedib göıürəcəvim demişdir. Həmin ünvana gedib anasıgili evdən götürüb evə gəlmişlər. Evə daxil olduqda içəri nəzəı yetirəndə yataq otağımdan güzgülü termonun üzərində güzgünün qarşısında qapın içərisində olan dəstin ümumi dəyəri 6000 manat olan 585 əyarlı 01 ədəd briliyyat qaşlı buta dəsti (01 ədəd boyunbağı, 01 ədəd klon və 01 cüt sırğa), dəstin ümumi dəyəri 5000 manat olan 750 əyarlı 01 ədəd qaşsız italiyan qızılı olan dəst ( 01 ədəd boyunbağı və 01 ədəd bilərzik). 01 ədəd ümumi dəyəri 400 manat olan 585 əyarlı qadın qızıl üzüyü, 01 ədəd ümumi dəyəri 450 manat olan 585 əyarlı qadın qızıl üzüyü, 01 ədəd ümumi dəyəri 450 manat olan 585 əyarlı qadın qızıl üzüyü, 01 ədəd ümumi dəyən 500 manat olan 585 əyarlı qadın qızıl üzüyü, 01 ədəd ümumi dəyəri 300 manat olan 585 əyarlı bir cüt qızıl sırğa, 01 ədəd ümumi dəyəri 320 manat olan 585 əyarlı bir cüt qızıl sırğa, 01 ədəd ümumi dəyəri 400 manat olan 585 əyarlı bir cüt qızıl sırğa, 01 ədəd ümumi dəyəri 380 manat olan 585 əyarlı bir cüt qızıl sırğa, ümumi dəyəri 500 manat olan 585 əyarlı 01 ədəd qədim halqalardan ibarət qızıl boyunbağının tökülmüş hissələri, 01 ədəd ümumi dəyəri 40 manat olan qadın gümüş üzüyü, 01 ədəd ümumi dəyəri 50 manat olan qadın gümüş üzüyü və həmin termonun alt siyirməsində olan anasına məxsus qadın pul kisəsinin içərisindən alasına məxsus 3100 manat və 550 AVRO nağd pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar elmişdir. Evə nəzər yetirdikdə digər otaqlardan isə hər hansı bir əşyaların oğurlandığını aşkar etməmişlər. Hadisə nəticəsində ümumilikdə 18.986 manat 92 qəpik maddi ziyan vurulmuşdur. X5 adan şübhələndiyini qeyd etmişdir. Çünki hadisədən bir-müddət əvvəl şəhərdə olan zaman onun idarə etdiyi nəqliyyat vasitəsi ustada olduğu üçün onun idarə etdiyi nəqliyyat vasitəsi ilə getdikləri üçün evin açarını da Ayselin avtomobilinə qoymuşdur. Şəhərdə gəzən zaman Aysel tibbi maska götürmək üçün öz avtomobilinə qayıtmışdır. Avtompbilə qayıdan zaman açarı Ayselin götürdüyünü ehtimal etdiyini bildirmişdir. Onun ümumilikdə həmin əşya və pulların yeri barədə məlumatı olmamış, heç- vaxt da baxmamışdır. Ancaq anasına baxmışdır. İstintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 Fiizuli qızı ifadəsində bildirmişdir ki, həftə içi 5 gün səhər saat 08:30-da iş saatı başlayır və saat 18:00-da iş saatı bilir. İş yeri Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Gənclik metrostasiyasmın yaxınlığında yerləşir. O, Şahid3 təxminən 4 ilə yaxındır ki əvvəl birlikdə işlədikləri "SAİ FARM” şirkətindən tanımış, həmin vaxtdan yaxın münasibətləri yaranmışdır. Onlar həmin şirkətdə tibbi nümayəndə kimi işləmişlər. Təxminən 3 ilə yaxındır ki, o, həmin şirkətdən ayrılmışdır. Bildiyi qədərilə Bahar hal-hazırda da həmin şirkəlarındaəxsi münasibətlərə görə inciklik olmuşdur. Ona görə də, təxminən 1 ilə yaxın müddət danışmamışlar. Sonradan başqalarından eşilmişdir ki. Baharın anası COVİD-19 xəstəliyinə yoluxmuşdur. O da narahat olduğu üçün incik olsa da Bahara zəng edib anası barədə soruşmuş, Bahar da özünün və anasının xəstələndiyini və xəstəxanada olduqlarını ona demişdir. O, Bahara nəsə lazım olduğu təqdirdə alıb gətirə biləcəyini demişdir. Elə o vaxtdan onların münasibəti davam etməyə başlamışdır. Bir müddəi sonra yəni Baharla görüşmüşlər. Yaxın zamanlarda təxminən 5 sentyabr 2021-ci il tarixdə Baharla görüşmək qərarına gəlmişlər. O. anasım işlədiyi Bakı Sağlamlıq Mərkəzindən götürüb evə aparmalı oduğu üçün Baharı Nəsimi rayonu ərazisində yerləşən Avrasiya Hospitalın yaxınlığında dırnaq ustasından götürmüş, oradan da anasım gəlib işdən götürmüşlər. Anasını aparıb yaşadıqları evə düşürmüşlər. Sonra da Baharla ikisi Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Tarqovı adlanan yerə getmişlər. Oraya çatdıqda idarə etdiyi “Hyundai Elantra” markalı **-KT-*** nömrəli avtomobilini "Central Baku" restoranının qarşısında saxlamışdır. Oradan gedib “PAUL” restoranında oturub yemək yemişlər. Yemək yedikdən sonra çıxıb Tarqovidə gəzməyə başlamışlar. Təxminən saat yarım gəzmişlər. Bahaı da həmin vaxt bir oğlanla tanış olmuşdur. Sonradan həmin oğlanın adının İlkin olduğunu bimışdir. Sonradan o, Baharı aparıb evində düşürtmüşdür. Sonra da çıxıb yaşadığı evə getmişdir. Ondan bir müddət keçdikdən sonra 12 sentyabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində o, yemdən Baharla görüşmək üçün Tarqovıya getmişdir. Avtomobilini “VAPİANO” restoranının üstündəki duracaqda saxlamışdır. Bahar tanış olduğu İlkinlə birlikdə gəlmişdir. Onlarla Tarqovıda olan “Bomand” restoranının qarşısında görüşmüşlər. Elə həmin restoranda da əyləşməyi qərara almişkıı Həmin restoranda oturmuşlar. Sonradan İlkinin dostu onların yanına gəlmişdir. Onlar kofe içmişlər. Söhbətlər Sonra da məni avtomobilimə qədər yola saldılar. Malakan bağının yaxınlığında ayrıldıq. Sonra isə onlardan ayrılıb avtomobilinə əyləşib evə getmişdir. Üstündən bir müddəi keçmişdir ki, Baharın özündən 21 sentyabr 2021-ci il tarixdə onların evlərindən oğurluq olmasını eşitmişdir. Baharla xx.xx.2021-ci il tarixdə görüşən günü Baharla gəzən zaman avtomobilinə lək qayıdıb hər hansı bir əşya götürməmişdir. O, heç vaxt Bahargilin evində olmamış, lakin onların təxminən binalarını xatırlamışdır. İstintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs rayonda eyni kənddə yaşadqları üçün oradan tanımışdır. Arada Bakıya şəldikdan sonra ailəsini və özünü də taksi lazım olanda hara lazımdırsa aparıb gətirmişdir. 6-7 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təzəlikcə beton işində işləməyə başlamışdır. Bir dəfə də təxminən 2021-ci ilin sentyabr ayının sonlarında saai təxminən 19 radələrində Zakir ona zəng vurub Neapol dairəsinin yaxınlığına getmək üçün onu yaşadığı Zabitlər parkının yaxınlığından götürməyini demişdir. O da gedib Zakiri parkın yaxınlığından götürüb Xətai rayonunda yerləşən Neapol dairəsinin yaxınlığında yerləşən Xətai RPİ-nin yaxınlığında düşürtmüşdür. Ordan da çıxıb getmişdir. Sabahısı günü yenə ona zəng vurub yenə də onu evdən götürüb Neapol dairəsinə aparmağını demişdir. O da yenə Zakiri evindən götürüb ora aparmışdır. Zakirdən nə üçün ora getməsini soruşduqda qızla tanış olduğunu, onunla görüşmək üçün getdiyini demişdir. İki gün keçdikdən sonra da yenidən Zakir ona zəng vurub bu dəfə də Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəli qəsəbəsinə getməyi bildirmişdir. O da təxminən saat 19 radələrində Zakiri Koroğlu metrostansiyasından götürüb Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsində yerləşən Bolmart marketin yaxınlığında düşürtmüşdür. Zakir ona qızdan pul alıb 15-20 dəqiqəyə gələcəyini və onu gözləməyini demişdir. O da yaxınlıqdakı çayxanada oturub çay içmişdir. Təxminən yarım saat sonra Zakir geri qayıtmış və ona getməyi demişdir. Zakiri 20 yanvar metrostansiyasının yaxınlığında düşürtmüş və çıxıb getmişdir. Zakir hər dəfə onunla harasa gedəndə zəhmət haqqını vermişdir. Ondan bir müddət sonra da onu Xətai RPİ-nin əməliyyatçıları Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan zaman çayxanadan götürüb polis idarəsinə aparmışlar. Ondan Zakir adlı şəxslə əlbir olub oğurluq etməsi barədə soruşmuşlar. O da elə bir halın olmadığım və ancaq Zakiri taksi kimi ora-bura apardığını demişdir. Sonradan ona məlum olmuşdur ki. Zakiri apardığı ünvanlarda Zakir müxtəlif yerlərdən oğurluqlar etmişdir. O, Zakiri təxminən 2021-ci ilin sentyabr ayının sonlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə aparmışdır. Amma dəqiq olaraq gününü xatırlamamışdır. Zakiri taksi kimi apardığı vaxtlarda onun əlində hər hansı bır predmetin və ya əşyaların olmasının şahidi olmamış, lakin Zakirin əynində qış gödəkçəsi olmuşdur Zakiri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən “Bolmart” marketin qarşısında düşürtmüşdür. O, Zakirin oğurluq etməsindən xəbəri olmamışdır. Çünki Zakir ona heç nə bildirməmişdir. Polis idarəsində olduqda ona məlum olmuşdur ki Zakir bir neçə rayonda və bir neçə evlərdən oğurluqlar etmişdir. Cinayət işinin 1-ci cildinin 8-10-cü vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində əsas avtomobil yolundan sağa “Atilla” hamamı ilə üzbəüz bir neçə köhnə tikili sarı rəngli doqquz mərtəbəli yaşayış binası olan məhəlləyə döndükdə “OBA” marketlə üzbəüz sağda olan 16 rəqəmi yazılmış altı bloklu eynitipli yaşayış binasının sağ tərəfdən birinci blokunda yeni boz dəmir qapılı liftlə yuxarı doqquzuncu mərtəbəyə qalxdıqda sağda beton pilləkənlərin üstündə olan dəmir tünd qəhvəyi rəngli qapıdan mənzilə daxil olduqda üç otaqlı ev olması, evin sol tərəfində iki nəfərlik yataq otağında dolabın qapıları açıq, aynanın qarşısındakı kosmetik əşyaların qapağı açılmış, dağınıq hala salınmış vəziyyətdədir. Hadisə yeri yaxınlığında müşahidə kamerası yoxdur. Cinayət işinin 1-ci cildinin 74-75-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 sentyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 27 sentyabr 2021-ci il tarixdə saat 19 radələrində vətəndaş Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə həmin binanın eyvanından sallanaraq plastik pəncərənin kilid hissəsindən sıxıb açmaq yolu ilə qanunsuz olaraq daxil olaraq oğurluq etmişdir. Cinayət işinin 1-ci cildinin 56-60-cı vərəqlərində olan “ifadənin yerində yoxlanılması barədə” 27 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 61-ci vərəqində olan 27 may 2022-ci il tarixli “əşyanın tanınması haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs təqdim eldiyi bir ədəd üzük, bir cüt sırğa və bir ədəd qolbaq Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş. Zərərçəkmiş şəxs1 həmin əşyaları tanıyaraq ona məxsus olduğunu və hadisə zamanı oğurlanmış əşyalardan üç- ədədi olduğunu təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 108-112-ci vərəqlərində olan məhkəmə-trasoloji ekspertizasının 01 oktyabr 2021-ci il tarixli 21/1275a saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş bir ədəd daxılı qıfılın silindrik mexanizmi zavod üsulu ilə istehsal olunub və işlək vəziyyətdədir. Silindrik mexanizmin açar oyuğlarının xarici səthi üzərində, üz lövhəsində (korpusunda) və silindrik mexanizmin şriftlərinin (içərisi oyuq lövhələr) işçi və ya səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkar edilmədi. Həmin daxili qıfılın silindrik mexanizmi öz. açarı ilə və yaxud heç bır iz qoymadan oxşar açarla açılmışdır. Təqdim edilmiş bir ədəd açar zavod üsulu ilə istehsal olunub və təqdim edilmiş daxili qıfılın silindrik mexanizmin açarıdır. Cinayət işinin 1-ci cildinin 143-147-ci vərəqlərində olan kompleks məhkəməəmtəəşünaslıq və məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 6/4484- 9/6069 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 4,71 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli İ ədəd üzük 025 əyarlı gümüşdən hazırlanmışdır; 5,81 qram kütləli, üzərində 'rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli İ cüt sırğa qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmışdır; 55,31 qram kütləli, halqa formalı, sarı rəngli 1 ədəd qolbaq qiymətsiz metal ərintisindən (mis, sink və s.) hazırlanmışdır. Tədqiqata təqdim edilən əşyaların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 4,71 qram kütləli 1 ədəd üzük - 23,00 manat, 5,81 qram kütləli 1 cüt sırğa - 0,50 manat, 55,31 qram kütləli 1 ədəd qolbaq - 5,00 manat. Cinayət işinin 2-ci cildinin 184-189-cu vərəqlərində olan məhkəmə istintaqı zamanı əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2023-cü il tarixli, 4/1908 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin l-cildinin 61-ci vərəqində olan Əşyanın tanınması haqqında 27 may 2022-ci il tarixli protokolda “Tanıyan - Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1" yazıları arasında olan imza və cinayət işinin lcildinin 153-cü vərəqində olan xx.xx.2022-ci il tarixli qəbzdə “Təhvil aldı: Zərərçəkmiş şəxs1” yazıları arasında olan imza - Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin l-cildinin 61-ci vərəqində olan “Əşyanın tanınması haqqında” 27 may 2022-ci il tarixli protokolun sonunda “Suraxanı RPl-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Vüqar Hadi" yazıları arasında olan imza - X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə istintaqı zamanı əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2024-cü il tarixli, 4/536 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 26-27-ci vərəqlərində olan Zərərçəkmiş şəxs qismində dindirmə haqqında 08 oktyabr 2021-ci il tarixli protokolunun 1ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasındakı və aşağıdakı imzalar - Zərərçəkmiş şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 26-27ci vərəqlərində olan Zərərçəkmiş şəxs qismində dindirmə haqqında 08 oktyabr 2021-ci il tarixli protokolunun 2-ci vərəqində “Zərərçəkmiş şəxs:’’ qrafasındakı imza; 61-ci vərəqində olan Əşyanın tanınması haqqında 27 may 2022-ci il tarixli protokolda “Tanıyan - Zərərçəkmiş şəxs:” və “Tanıyan şəxs:” qrafalarındakı imzalar; 151-152-ci vərəqlərində olan 12 oktyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxsi əlavə dindirmə protokolunun 1-ci vərəqində “Zərərşəkmiş şəxs:” qrafasındakı və aşağıdakı imzalar, 2-ci vərəqində “Zərərçəkmiş şəxs:” qrafasındakı imza; 153-cü vərəqində olan 12 oktyabr 2022-ci il tarixli Əşyaların təhvil verilməsi ilə bağlı qəbzdə “Təhvil aldı:” qrafasındakı imza; 194-cü vərəqində olan 20 oktyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxsə ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “Zərərçəkmiş şəxs:” qrafasındakı imza 197-ci vərəqində olan 21 oktyabr 2022-ci il tarixli Zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokolda “Zərərçəkmiş şəxs” qrafasındakı imza – Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur Cinayət işinin 1-ci cildinin 153-cü vərəqində olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan və evindən oğurlanmış əşyalardan olan bir ədəd gümüş üzük, bir cüt sırğa və bir ədəd qolbağı Suraxanı RPİ-nin baş müstəntiqi, polis mayoru Tural Hüseynovdan təhvil almışdır. Cinayət işinin 1-ci cildinin 129-132-ci vərəqlərində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək CM-nin 177.3.2-ci maddəsi həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilib, həmin Məcəllənin 67.1ci maddəsi tətbiq edilməklə cəzası 05 il azadlıqdan məhrum etmə cəzasına endirilmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinən 220110057, ********** və ********* saylı cinayət işləri 07.047.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Bununla bağlı Xətai rayon məhkəməsindən alınmış xx.xx.2022-ci tarixli 1(011)-228/2022 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs Verdiyev X3 rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə xx.xx.2023-cü il tarixdə daxil olmuş Tibbimüayinə zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 1(011)-228/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəza çəkmə 29 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(001)-20/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (011 )-228/2012 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplmaqlaın və onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş BKC/LGL-117/24 saylı, xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş diskdən görünür ki, 27 sentyabr 2022ci il tarixdə, saat 17:30-da Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrəsinin anten məlumatları Bakı şəhəri, ünvan 9 ünvanı göstərir. (UBBK3891E/UBBK3891 Gunashli/"Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D massivi, ev 69 yaşayış binasının 9-cu giriş in texniki mərtəbəsi"/Surakhany/ (40.375xx/xx.98041 (həmin ünvanda oğurluq hadisəsi 19:00 radələrində baş verməsi müəyyən edilmişdir.)- Həmin diskdə olan məlumatlar əsasında 17 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə üzrə anten məlumatlar 21 sentyabr 2022-ci il tarixli oğurluq hadisəsinin baş verdiyi ünvanda, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi göstərir. LBBK4001O1/LBBK4001 Guneshli V Massivi/"Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V "/Surakhany/ (40.380xx/xx.97945) Həmçinin, məhkəmə xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən verilmiş BKC/LGL-117/24 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən etdiyi kimi anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız “MOC, MTC, SMSMT, SMSMO” qeyd olunan sətirləri əsas götürür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və məhkəmə istintaqının əvvəlində təqsirləndirilən şəxsin oğurluq hadisələrini internet kabeli vasitəsilə törədilmə üsulu ilə qeyri-mümkün olması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törədilmiş digər oğurluq hadisələri barədə qanuni qüvvəyə minmiş hökmlərdə təqsirləndirilən şəxsin verdiyi ifadələrində oğurluq hadisələrinin törətmə üsulu sırf kabellərdən istifadə edilməsi olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(001)-20/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə və ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (011 )-228/2012 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla və onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs oğluna Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(001)-20/2023 saylı hökmü ilə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını) və ağırlaşdıran hal (cinayətlərin residivi), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 29 yanvar 2022-ci ildən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində əvvəlki hökm üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində əvvəlki hökm üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 335 (üç yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 (altmış) iş saatına görə 360 (üç yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-15/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-15/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver