Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-15/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1982-ci ildə Lənkəran rayonu Marso kəndindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, Lənkəran rayonu, Marso (Ürgə) kəndində pasport qeydiyyatında olub, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin vəsatəti əsasında “həbs” qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş, Suraxanı rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 03 mart 2025-ci il tarixdən saxlanılaraq tutulmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, oradan 1 ədəd dəyəri 1350 manat təşkil edən “Farmfayl” markalı kombi aparatını, 6 ədəd ümumilikdə qiyməti 1400 manat təşkil edən kombi radiatorunu, bir ədəd dəyəri 110 manat təşki edən internet üçün nəzərdə tutulmuş modern aparatını, bir ədəd dəyəri 300 manat təşkil edən kombi aparatı üçün nəzərdə tutulmuş tənzimləyicini və bir ədəd dəyəri 600 manat təşkil edən samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 Həsrət oğluna ümumilikdə 3760 (üç min yeddi yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən nömrəsiz fərd yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 200 manat təşkil edən «Samsunq» markalı «LE32B551A6W» modeli, 32 düym (81 sm diaqonal) televizoru, dəyəri 40 manat təşkil edən bir ədəd ütünü, dəyəri 200 manat təşkil edən müxtəlif çeşidi xrustal materialdan hazırlanmış qabları, dəyəri 300 manat təşkil edən bir ədəd «Samsunq» markalı planşeti və dəyəri 300 manat təşkil edən bir ədəd «Samsunq» markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 1040 (min qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 may 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 35 manat olmaqla ümumi dəyəri 105 manat təşkil edən «Hyundai» markalı avtomobilə məxsus 3 ədəd su nasosunu, hər birinin qiyməti 22 manat olmaqla ümumi dəyəri 3080 manat təşkil edən «Chevrolet Aveo» markalı avtomobilə məxsus 140 ədəd əyləc bəndini, hər birinin qiyməti 15 manat olmaqla ümumi dəyəri 3300 manat təşkil edən «Daewoo Gentra» markalı avtomobilə məxsus 220 ədəd dinamo reminini, hər birinin qiyməti 4 manat olmaqla ümumi dəyəri 280 manat təşkil edən «Hyundai» markalı avtomobilə məxsus 70 ədəd tənzimləyici rezini, hər birinin qiyməti 90 manat olmaqla ümumi dəyəri 1800 manat təşkil edən «Chevrolet» markalı avtomobilə məxsus 20 ədəd su radiatorunu, hər birinin qiyməti 7 manat olmaqla ümumi dəyəri 560 manat təşkil edən «Chevrolet Malibu» markalı avtomobilə məxsus 80 ədəd hava filtrini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 9125 (doqquz min yüz iyirmi beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İbtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il 07 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 26 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 01 yanvar 2023-cü il tarixdə saat 03 radələrində Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adasında yerləşən nömrəsiz fərdi yaşayış evinə nəzər yetirəndə həmin evdə yaşayış olmadığını müəyyən etmişdir. Buna görə də həmin evə daxil olaraq oradan oğurluq etməsinə qərara gəlmişdir. O, evin daş hasarından evin həyətinə daxil olmuş, sonra bir mərtəbədən ibarət olan evin pəncərəsinə yaxınlaşaraq evin plastik materialdan hazırlanmış pəncərəsinin dəmir məhəccərini qıraraq yerindən çıxartmışdır. Pəncərəni əli ilə itələyərək açmış və pəncərədən evin otağına daxil olmuşdur. Evin divarına quraşdırılmış 1 ədəd kombi aparatını, evdə olan 6 ədəd kombi radiatorunu, bir ədəd internet üçün nəzərdə tutulmuş modern aparatını oğurlayaraq evdən çıxmışdır. Səhəri gün oğurladığı əşyaları sataraq pul əldə edib şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin mart ayında Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adasında yerləşən nömrəsiz fərdi yaşayış evinə nəzər yetirəndə həmin evdə yaşayış olmadığını müəyyən etmişdir. Buna görə də həmin evə daxil olaraq oradan oğurluq etməsinə qərara gəlmişdir. O, evin daş hasarından evin həyətinə daxil olmuşdur. Sonra bir mərtəbədən ibarət olan evin pəncərəsinə yaxınlaşaraq evin plastik materialdan hazırlanmış pəncərəsinin dəmir məhəccərini qıraraq yerindən çıxartmışdır. Pəncərəni əli ilə itələyərək açmış və pəncərədən evin otağına daxil olmuşdur. O, evdə olan 1 ədəd «Samsunq» markalı televizoru, 1 ədəd ütünü və müxtəlif çeşidli xrustal materialdan hazırlanmış qabları oğurlayaraq edən çıxmışdır. Səhəri günü bir ədəd Samsung” markalı televizoru “Tap.az” saytından nömrəsini götürdüyü Elşən adlı şəxsə 70 manata satmışdır. Oğurladığı bir ədəd ütünü və müxtəlif çeşidli xrustal materialdan hazırlanmış qabları isə Sabunçu bazarında tanımadığı şəxsə 50 manata satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa 10 may 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evin yaxınlığında yerləşən bağ evinə nəzər yetirəndə həmin evdə yaşayış olmadığını müəyyən etmişdir. Buna görə də həmin evə daxil olaraq oradan oğurluq etməsinə qərara gəlmişdir. O, evin daş hasarından evin həyətinə daxil olmuş, sonra bir mərtəbədən ibarət olan evin pəncərəsinə yaxınlaşaraq pəncərədən evin otağına baxmış və otağın içərisində qutular yığıldığını görmüşdür. O, plastik materialdan hazırlanmış pəncərənin dəmir məhəccərini həyətdə olan dəmir parçası ilə qıraraq yerindən çıxartmışdır. Pəncərəni əli ilə itələyərək açmış və pəncərədən evin otağına daxil olmuşdur. Evin otaqlarında olan yerə yığılmış vəziyyətdə olan qutulara baxmış və qutuların içərisində avtomobillər üçün nəzərdə tutulmuş ehtiyyat hissələri olduğunu müəyyən etmişdir. O, həmin qutuların içərisində olan markasını və növünü bilmədiyi ehtiyyat hissələrini 3 dəfəyə daşımaqla pəncərədən həyətə yığmışdır. Sonra isə həyətin qapısını açaraq oğurladığı qutuların içərisində olan ehtiyyat hissələrini küçəyə yığmışdır. Sonra qapını həyət tərəfdən bağlayaraq daş hasardan keçmək yolu ilə küçəyə tullanmışdır. O, oğurladığı və həyətin küçə tərəfinə yığdığı qutuların içərisində olan avtomobilə məxsus ehtiyyat hissələrini yaşadığı evə apararaq evin həyətində olan içərisində saxlanc yerində gizlətmişdir. Səhəri gün, yəni 10 may 2023-cü il tarixdə oğurladığı avtomobil ehtiyyat hissələrini “Tap.az” saytından tanıdığı işlənmiş və təzə əşya alışı, satışı ilə məşğul olan Elşən adlı şəxsə 700 manata satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyyaclarına xərcləmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız Zərərçəkmiş şəxs3 aid epizodla bağlı özünü təqsirli bilir, digər epizodlarla bağlı özünü təqsirli bilmir. Bildirmişdir ki, ilk ittiham olunan epizod baş verdiyi tarixdə, yəni 1 yanvarda ailəsi ilə birlikdə Sabirabad rayonunda olmuş, digər epizodları ona görə boynuma almışdır ki, ona dedilər ki, dəymiş ziyanı özləri ödəyəcəklər. Sadəcə bağlı qalan işlərini açmaq istəyirdilər. O, istintaqda heç bir ifadə verməmiş, 11 mayda gecə saat 11-ə işləmiş tutulmuş, 4 gün bölmədə qalmış, belə olan halda o, 11 mayda olan hadisəni necə törədə bilərdi. Ona qarşı təyziq olub, şantaj tətbiq edilmiş, onu ailəsi ilə, uşaqları ilə şantaj edirdilər ki, 24 oğurluq hadisəsinin boynuna qoysunlar. O da onlara dedi ki, ailəsini yola salın getsinlər və o da dedi ki, “nə desəz boynuma alacam”. Sonra o, ailəsinin rayona getdiyindən əmin oldu və həmin epizodları boynuna almadı. Bundan sonra dedilər ki, dəymiş ziyanları özləri ödəyəcəklər, heç olmasa 3 epizadu boynuna al. O da həmin epizodları boynuna aldı. Lakin vəkillə tanış olma mərhələsində öyrəndi ki, heç bir ziyan ödənməyib. İndi də ona görə digər epizodu boynuna almır. O, 31 dekabrdan 05 yanvara kimi Sabirabad rayonunda olmuşdur. Zərərçəkmiş şəxs3 evinə mart ayında girib televizor və planşet aparmışdır. O, Sabirabad rayonunda olanda ***-***-**-** mobil nömrəsini işlədirdi. Sabirabad rayonunda arvadının ata-anası yaşayır. O, zərərçəkmiş şəxs Şəfaqəti istintaq zamanı həyətinə gedəndə görmüş, əvvəllər onu tanımırdı. 2-ci dəfə polisdə onu şantaj etmədilər. Sadəcə dedikləri şərt ona sərf elədi və o da boynuna aldı. Ona dedilər ki, “sənin elədiyin oğurluğunun da ziyanını biz ödəyirik, sən digər ikisini də boynuna al”. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, şahid ifadəsini, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, qeyd olunan ünvanda yaşayır. Onun Suraxanı rayonu Qum adasında yerləşən bir mərtəbədən ibarət bağ evi vardır. O, ailəsi ilə birlikdə yay aylarında həmin evdə alır. 02 yanvar 2023-cü il tarixdə o, bağ evinə gəlmiş və dəmir qapını açaraq həyətə daxil oİmuşdur. O, evə daxil olmaq istədikdə evin qonaq otağının həyət tərəfə olan plastik pəncərəsinin və həmin pəncərəni qorumaq üçün olan dəmir barmaqlığın qırıq vəziyyətdə oİduğunu müəyyən etmişdir. O, naməlum şəxs (şəxslər) ona məxsus bağ evinə qanunsuz daxil olaraq oradan oğurluq etdiyini başa düşmüşdür. O, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər və polis əməkdaşları ilə birlikdə evin qapısını açaraq içəri daxil olmuşlar. Evə daxil olduqda naməlum şəxs (şəxslər) evə daxil olaraq evdə olan dəyəri 1350 manat təşkil edən bir ədəd «Farmlayf» markalı kombi aparatını, ümumi qiyməti 1400 manat təşkil edən altı ədəd istilik üçün nəzərdə tutulmuş radiator aparatını, bir ədəd qiyməti 110 manat təşkil edən internet üçün nəzərdə tutulmuş modern aparatı, bir ədəd qiyməti 300 manat təşkil edən kombi aparatı üçün nəzərdə tutulmuş enerji tənzimləyici və bir ədəd qiyməti 600 manat təşkil edən samovar oğurladıqlarını müəyyən etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3760 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda yaşayır. Onun Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adasında yerləşən bir mərtəbədən ibarət fərdi yaşayış evi vardır. O, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Hava soyuq olduğundan o və ailəsi 2022-ci ilin noyabr ayından atasına məxsus Qum adasında yerləşən fərdi yaşayış evində qalırmışlar. 03 aprel 2023-cü il tarixdə saat təxminən 23:30 dəqiqədə o, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adasında yerləşən fərdi yaşayış evinə baxmaq üçün həmin evə gəlmişdir. O, evin dəmir qapısını açaraq həyətə daxil olmuş, sonra isə evin dəmir qapısını açaraq evə daxil olmaq istədikdə evin koridorunun yerində paltarların olduğunu görmüşdür. O, evdə yerləşən digər otaqlara baxdıqda evin otaqlarının dağınıqlı vəziyyətdə olduğunu görüb başa düşmüşdür ki, evə naməlum şəxs (şəxslər) qanunsuz daxil olmuşlar. Sonra o, evin içərisindəki otaqlara nəzər yetirmiş və evin qonaq otağından təxminən 10 il bundan əvvəl 1700 manata aldığı bir ədəd «Samsunq» markalı televizor, dəyəri 40 manat təşkil edən 1 ədəd ütü, dəyəri təxminən 200 manat təşkil edən müxtəlif çeşidli xrustal qablar, evin yataq otağından bir ədəd dəyəri 300 manat təşkil edən «Samsunq» markalı Planşet və bir ədəd dəyəri 300 manat təşkil edən «Samsunq» markalı mobil telefon naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını müəyyən etmişdir. O, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 3540 manat maddi ziyan vurulmuşdur. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən zərərin tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda yaşayır. O, avtomobil ehtiyyat hissələrinin alışı və satışı ilə məşğul olur. Onun Suraxanı rayonu Qum adasında yerləşən bir mərtəbədən ibarət bağ evi vardır. O, avtomobillərin ehtiyyat hissələrini Qum adasında yerləşən bağ evində saxlayır. 11 may 2023-cü il tarixdə o, Qum adasında yerləşən bağ evinə gəlmiş və bağ evinin avtomobillərin ehtiyyat hissələrinin yığıldığı otağın pəncərəsinin dəmir məhəccərinin yerindən çıxarıldığını aşkar etmişdir. O, otağın plastik pəncərəsinin qırıq vəziyyətdə olduğunu müəyyən etmişdir. O, qapını açaraq avtomobil ehtiyyat hissələrinin yığıldığı otağa daxil olmuş və otaqda olan avtomobil ehtiyyat hissələrinin müəyyən hissəsi naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını müəyyən etmişdir. O, Suraxanı RPİ-nin 30-cu PŞ-nə ona məxsus bağ evindən oğurluq edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. O, sonradan naməlum şəxs (şəxslər) ona məxsus Qum adasında yerləşən bağ evinə pəncərədən qanunsuz daxil olaraq bağ evində yerləşən otaqlarda saxladığı işlənməmiş vəziyyətdə olan avtomobil ehtiyyat hissələrini oğurlayaraq ona ümumilikdə 9125 manat dəyərində maddi ziyan vurduğunu müəyyən etmişdir. Belə ki, ona məxsus bağ evindən hər birinin qiyməti 35 manat təşkil edən ‘Hyundai” markalı avtomobilə məxsus 3 ədəd su nasosu, hər birinin qiyməti 22 manat təşkil edən “Chevrolet Aveo” markalı avtomobilə məxsus 140 ədəd əyləc bəndi, hər birinin qiyməti 15 manat təşkil edən “Daewoo Gentra” markalı avtomobilə məxsus 220 ədəd dinamo rem - hər birinin qiyməti 4 manat təşkil edən “Hyundai” markalı avtomobilə məxsus 70 tənzimləyici rezin, hər birinin qiyməti 90 manat təşkil edən “Chevrolet” markalı avtomobilə məxsus 20 ədəd su radiatoru, hər birinin qiyməti 7 manat təşkil edən “Chevrolet Malibu” markalı avtomobilə məxsus 80 ədəd hava filtri oğurlanmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə 21 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, «Lalafo az» və «Tap az» saytında yerləşdirilmiş elanlarda göstərilən istifadə olunmuş və olunmamış məişət əşyalarını alıb satmaqla qazanc əldə edir. Onun «Tap.az» və «Lalafo az» saytlarında mobil nömrəsi qeyd olunaraq göstərilmişdir ki, istifadə olunmuş və olunmamış əşyaları alıb satır. 2023-cü ilin mart ayının axırlarında onun mobil telefonuna zəng gəlmiş telefonda onun ilə danışan şəxs özünü Samid kimi təqdim edərək ona mobil nömrəsini «Tap.az» saytından götürdüyünü özünə məxsus bir ədəd televizoru satmaq istədiyini bildirmişdir. O, Samidə problem olmadığını televizora baxıb qiymətini ona deyə biləcəyini demişdir. Bundan sonra Samid yaşadığı evin ünvanını onun telefonuna göndərmişdir. O, Samidin yaşadığı ünvana, yəni Bakı şəhəri Suraxanı rayonu Qum adasında yerləşən fərdi yaşayış evinə getmişdir. Onun ilə danışan Samid qapıya çıxaraq onu həyətə dəvət etmiş və həyətdə qapının yanında olan bir ədəd «Samsunq» markalı televizoru ona göstərib və evin televizoru olduğunu köhnə model olduğu üçün satıb təzəsini almaq istədiyini bildirmişdir. O, televizorun vəziyyətinə baxdıqdan sonra Samidə televizora 70 manat pul verə biləcəyini demişdir. Samid onun ilə razılaşmış və o, Samiddən şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra Samidə 70 manat pul verərək televizoru götürmüşdür. 2023-cü ili aprel ayında Samid ona zəng edərək işlənmiş vəziyyətdə olan bir ədəd kombi aparatının olduğunu və həmin aparatı satmaq istədiyini ona demişdir. O, Samidə kombi aparatının vəziyyətinə baxıb ona deyəcəyini bildirmişdir. O, həmin günü Samidin yaşadığı evə yəni Bakı şəhəri Suraxanı rayonu Qum adasında yerləşən fərdi yaşayış evinə getmiş, Samid ona yaşadığı evin həyətində olan bir ədəd markasını xatırlamadığı kombi aparatını göstərmişdir. Samid ona hazırda yaşadığı evdən köçüb başqa yerdə yaşayacağını buna görə də evin kombi aparatını satdığını bildirmişdir. O, kombi aparatının vəziyyətinə baxmış və Samidə kombi aparatına 180 manat pul verə biləcəyini demişdir. Samid onunla razılaşmış və o, 180 manat pul Samidə verərək kombi aparatını götürmüşdür. O, kombi aparatını isə tanımadığı şəxsə satdığı üçün kombi aparatını təqdim edə bilmir. 10 may 2023-cü il tarixdə Samid yenidən ona zəng edərək rayonda yaşayan qohumlarına məxsus avtomobil ehtiyyat hissələri satılan dükan bağlandığı üçün orada olan yeni vəziyyətdə olan müxtəlif markalı avtomobillərə məxsus ehtiyyat hissələrini bazar qiymətindən aşağı məbləğə satdığını demişdir. O, Samidə ehtiyyat hissələrinə baxıb qiymət deyəcəyini bildirmişdir. Bir neçə saatdan sonra Samid ona zəng edərək ehtiyyat hissələri onun evimdədir gəlib baxa biləcəyini demişdir. O, avtomobilinə əyləşərək Samidin yaşadığı Suraxanı rayonu Qum adasındakı fərdi yaşayış evinə getmişdir. Samid onu həyətə dəvət edərək həyətdə olan qutunun içərisindəki təzə vəziyyətdə avtomobil ehtiyyat hissələrini göstərmişdir. O, «Hyundai» markalı avtomobilə məxsus 3 ədəd su nasosunu, «Chevrolet Aveo» markalı avtomobilə məxsus 39 ədəd əyləc bəndini, «Hyundai» markalı avtomobilə məxsus 70 ədəd tənzimləyici rezini, «Chevrolet» markalı avtomobilə məxsus 03 ədəd su radiatorunu və «Daewoo Gentra» markalı avtomobilə məxsus 70 ədəd dinamo reminini ondan ümumilikdə 700 manat pul verməklə almışdır. O, Samidddən aldığı televizoru və avtomobil ehtiyyat hissələrini yaşadığı evə apararaq orada saxlamışdır. Bu gün, yəni 15 may 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsindən ona zəng edilərək Samid adlı şəxsdən əşya alıb almamağını soruşmuşlar. O, polis əməkdaşlarına Samid adlı şəxsdən bir ədəd televizor və müxtəlif markalı avtomobillərə məxsus ehtiyyat hissələrini aldığını demişdir. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində ona aldığı əşyalar oğurluq olduğunu demişlər. Sonra o, polis əməkdaşlarına Samidin yaşadığı ünvanı göstərmişdir. Cinayət işinin 6-9-cu vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan «Hyundai» markalı avtomobilə məxsus 3 ədəd su nasosunu, «Chevrolet Aveo» markalı avtomobilə məxsus 140 ədəd əyləc bəndini, «Daewoo Gentra» markalı avtomobilə məxsus 220 ədəd dinamo reminini, «Hyundai» markalı avtomobilə məxsus 70 ədəd tənzimləyici rezini, «Chevrolet» markalı avtomobilə məxsus 20 ədəd su radiatorunu, «Chevrolet Malibu» markalı avtomobilə məxsus 80 ədəd hava filtrini gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 25-32-ci vərəqlərində olan “ifadənin hadisə yerində yoxlanılması barədə” 15 may 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs2 Həsrət oğluna məxsus nömrəsiz fərdi yaşayış evindən 1 ədəd kombi aparatını, 6 ədəd kombi radiatorunu, internet üçün nəzərdə tutulmuş modern aparatını, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus nömrəsiz fərdi yaşayış evindən bir ədəd «Samsunq» markalı «LE32B551A6W» modelli 32 dyum (81 sm diaqonal) televizoru, bir ədəd ütünü, müxtəlif çeşidli xrustal materialdan hazırlanmış qabları, bir ədəd «Samsunq» markalı planşeti və bir ədəd «Samsunq» markalı mobil telefonu və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsiz fərdi yaşayış evindən «Hyundai» markalı avtomobilə məxsus 3 ədəd su nasosunu, «Chevrolet Aveo» markalı avtomobilə məxsus 140 ədəd əyləc bəndini, «Daewoo Gentra» markalı avtomobilə məxsus 220 ədəd dinamo reminini, «Hyundai» markalı avtomobilə məxsus 70 ədəd tənzimləyici rezini, «Chevrolet» markalı avtomobilə məxsus 20 ədəd su radiatorunu, «Chevrolet Malibu» markalı avtomobilə məxsus 80 ədəd hava filtrini necə oğurladığını bir daha hadisə yerindən göstərmiş və bu barədə fotocədvəllər tərtib olunaraq protokollara əlavə olunmuşdur. Cinayət işinin 42-43-cü vərəqlərində olan “şübhəli şəxsin tutulması haqqında” 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 56-cı vərəqində olan 15 may 2023-cü il tarixli “təqdim edilmiş əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Şahid tərəfindən təqdim edilən bir ədəd işənmiş vəziyyətdə olan «Samsunq» markalı televizor, qutuların içərisində olan təzə vəziyyətdə «Hyundai» markah avtomobilə məxsus 3 ədəd su nasosunu, «Chevrolet Aveo» markalı avtomobilə məxsus 39 ədəd əyləc bəndini, «Hyundai» markalı avtomobilə məxsus 70 ədəd tənzimləyici rezini, «Chevrolet» markalı avtomobilə məxsus 03 ədəd su radiatorunu və «Daewoo Gentra» markalı avtomobilə məxsus 70 ədəd dinamo remini məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilib dəqiq qiymət müəyyən edilməsi zərurəti ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 85 və 51-ci maddələrinə əsasən tərəfimdən protokollaşdırılaraq götürüldü. Cinayət işinin 64-65-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 02 fevral 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, oradan 1 ədəd “Farmfayl” markalı kombi aparatını, 6 ədəd kombi radiatorunu, bir ədəd təşkil edən internet üçün nəzərdə tutulmuş modern aparatını, bir ədəd kombi aparatı üçün nəzərdə tutulmuş tənzimləyicini və bir ədəd samovarı gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 Həsrət oğluna maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 77-78-ci vərəqlərində olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 04 aprel 2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Qum adası yaşayış sahəsində yerləşən nömrəsiz fərd yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd «Samsunq» markalı «LE32B551A6W» modeli, 32 dyum (81 sm diaqonal) televizoru, bir ədəd ütünü, müxtəlif çeşidi xrustal materialdan hazırlanmış qabları, bir ədəd «Samsunq» markalı planşeti və bir ədəd «Samsunq» markalı mobil telefonu gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinin 129-131-ci vərəqlərində olan Bakı şəhəri Suraxanı Məhkəməsinin 4(010)-209/2023 saylı, 17 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 15 may 2023-cü il tarixindən hesablamaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 160-162-ci vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4521 nömrəli ekspert rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Slovakiya istehsalı, “Samsung” markalı, “LE32B551A6W” model, 32 düym (81 sm diaqonal) televizorun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. Cinayət işinin 163-166-cı vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4522 nömrəli ekspert rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda malların 2023-cü il may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 173,00 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən və Bakı şəhər Xətai rayon məhkəməsinin 11 may 2017-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Xətai rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərara əsasən cəzası 05 il müddətinə endirilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə həbs müddəti bir ilə endirilmiş və xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarı ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 1(010)-79/024 syı 19.09.024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 sayıl İtsintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 06 mart 2025-ci il tarixli qərarına əsasən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə 21 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərin tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 1(011)- 52/2017 saylı, 11 may 2017-ci il tarixli hökmünə əsasən xx.xx.1982-ci il təvəllüdlü, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR CM-nin 66.5 və 66.3- cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 1 (002)- 07/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq, cinayətlərin məcmusu üzrə 05 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 1(002)-07/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə əsas cəzaya birləşdirilmiş 01 il 05 ay 01 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası AR CM-nin 67.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 05 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay 01 gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 1 (103)-1133/2017 saylı, 17 iyul 2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Xətai rayon məhkəməsinin 1(011)-52/2017 saylı, 11 may 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs, ona təyin edilmiş 05 il 07 ay müddəimə azadlıqdan məhrumetmə cəzasının müddəti bitdiyi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı CÇM-dən azad edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 05 ay 01 gün üddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti bitdiyi üçün xx.xx.2022-ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsinin 30 dekabr 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixə, 10 may 2023-cü il tarixdən 17 may 2023-cü il tarixədək əhatə edən dövr üçün anten məlumatlarının alınmasına dair müdafiəçinin vəsatəti təmin edilmiş və sorgu müvafiq mobil operatorlarına göndərilmiş, alınmış cavablara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs anten məlumatları istər sorğulanan zaman, yəni birinci epizodun baş vediyi tarixlər üzrə, istərsə də sonra, 30 dekabr 2022-ci il tarixdən 4 yanvar 2023-cü il tarixləri əhatə etməklə LBBK0449O1/LBBK0449 Zabrat konserv/"Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2"/Sabunchu/ (40.487xx/xx.94071) ünvanı göstərmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməllərin təkrar törədilməsi, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi, həmin Məcəllənin 177.2.4-cü maddəsi bu əməlin xeyli miqdarda ziyan törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, yuxarıda qeyd edilənlərdən başqa sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş vermiş, törədilmiş cinayət əməliilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, birinci epizodun baş verdiyi tarixlərdə, yəni 31 dekabrdan 05 yanvara kimi Sabirabad rayonunda olmuş və həmin müddətdə Sabirabad rayonunda olanda ***-***-**-** mobil nömrəsini işlədirdi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsinin 30 dekabr 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixə, 10 may 2023-cü il tarixdən 17 ay 2023-cü il tarixədək əhatə edən dövr üçün anten məlmalarının alınmasına dair müdafiəçinin vəsatəti təmin edilmiş və məhkəmə operatorlarına göndərilmiş, alınmış cavablar əsasən Təqsirləndirilən şəxs anten məlumatları istər sorğulanan zman. Yəni birinci epizodun baş vediyi tarixlər istrsə də sonra, 30 dekabr 2022-ci il tarixdən 4 yanvar 2023-cü il tarixi əhatə etməklə LBBK0449O1/LBBK0449 Zabrat konserv/"Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2"/Sabunchu/ (40.487xx/xx.94071) göstərmişdir. Məhkəmə istintaqı zaman aparılmış araşdırmaya əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iki epizodla bağlı ittiham edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş, cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilməsi müdafiə xarakteri daşıyır və hərhansı mötəbər sübuta əsaslanmamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 şikayətlərinin olmamasını, onlara dəymiş ziyanın tam ödənilməsini və himayəsində yetkinlik yaşına çatmamış 3 uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhər Xətai rayon məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərara əsasən cəzası 05 il müddətinə endirilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə həbs müddəti bir ilə endirilmiş və xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edildiyindən, onun cəzasının sonu xx.xx.2021-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə, 2023-cü ilin mart ayında törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 şikayətlərinin olmamasını, onlara dəymiş ziyanın tam ödənilməsini, ümumi vurulmuş ziyanın qismən ödənilməsini və himayəsində yetkinlik yaşına çatmamış 3 uşağının olmasını) və ağırlaşdıran halın olmasını (residiv), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını cidd rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdən 20 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət və 20 may 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilmiş qəti cəzasından çıxmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədn saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Bundan başqa, cinayət işi üzrə maddi sübut kimi tanınmış «Hyundai» markalı avtomobilə məxsus 3 ədəd su nasosu, «Chevrolet Aveo» markalı avtomobilə məxsus 39 ədəd əyləc bəndi, «Hyundai» markalı avtomobilə məxsus 70 ədəd tənzimləyici rezin, «Chevrolet» markalı avtomobilə məxsus 03 ədəd su radiatoru, «Daewoo Gentra» markalı avtomobilə məxsus 70 ədəd dinamo remeni və bir ədəd Samsung” markalı “LE32B551A6W” model, 32 düym (81 sm diaqonal) televizor saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tu HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-ü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdən 20 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət və 20 may 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət, ümumilikdə 1 il 4 ay 4 gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış «Hyundai» markalı avtomobilə məxsus 3 ədəd su nasosu, «Chevrolet Aveo» markalı avtomobilə məxsus 39 ədəd əyləc bəndi, «Hyundai» markalı avtomobilə məxsus 70 ədəd tənzimləyici rezin, «Chevrolet» markalı avtomobilə məxsus 03 ədəd su radiatoru, «Daewoo Gentra» markalı avtomobilə məxsus 70 ədəd dinamo remeni və bir ədəd Samsung” markalı “LE32B551A6W” model, 32 düym (81 sm diaqonal) televizor saxlanması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-15/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-15/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver