Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-150/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1988-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, 03 – 05 aprel 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən evə kondisioner alıb quraşdıracağı barədə yalan vədlər verərək “xxxx” MMC-nin adından, lakin həmin şirkətə məlumat vermədən Zərərçəkmiş şəxslə heç bir hüquqi əsası olmayan müqavilə bağlayıb sonuncudan 28 mart 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “xxxx” MMC-nin inzibati binasında həmin vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə görə 1.700 manat ekvivalentində olan 1.000 ABŞ dolları pulu, 08 may 2018ci il tarixdə ünvan 4 ünvanında yerləşən “xxxx” MMC-nin inzibati binasında 7.925 manat və 10 iyul 2020-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “OBA” marketdə 3.000 manat pulu hissə-hissə alıb ələ keçirərək verdiyi vədə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 12.625 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 7 ildir fərdi şəkildə isitmə, soyutma və havalandırma avadanlıqlıarının satışı və servisi fəaliyyəti ilə məşğul olur. Özünün bir neçə ustası var. Götürdüyü sifarişləri icra etmək üçün zəruri avadanlığı alıb sifariş olunan yerə quraşdırır. Lakin bir müddət qeyd etdiyi fəaliyyətlə məşğul olan “xxxx” MMC-də işləyib. 2018-ci ilin mart ayında həmin şirkətdə layihə meneceri kimi işlədiyi vaxt əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona müraciət edərək Xətai rayonu, “Ağ şəhər” yaşayış kompleksində yerləşən evinə kondisioner mis boru xətlərinin çəkilməsi və kondisioner avadanlıqları quraşdırmaq istədiyini bildirmişdir. O, həmin şəxslə birlikdə gedib sözügedən evə baxmış və qiymətlə bağlı smeta çıxararaq 14.290 manat pul ödənilməli olduğunu Zərərçəkmiş şəxs bildirərək bu barədə müqavilə hazırlamışdır. Qeyd edir ki, həmin müqaviləni özü hazırlamış, şirkətə isə bu barədə heç bir məlumat verməmişdir. Nəticədə Zərərçəkmiş şəxslə yekun məbləğ kimi 12.625 manat razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs ona 28 mart 2018-ci ildə Nərimanov rayonunda yerləşən şirkətin ofisində 1.000 ABŞ dolları pul verdi. O, isə Zərərçəkmiş şəxs özü tərtib etdiyi qəbzi verdi. Bundan sonra o, Zərərçəkmiş şəxs Xətai rayonu, “Ağ şəhər” deyilən yerdə yerləşən evində iş görməyə başlamışdır. 08 may 2018-ci ildə yenə Zərərçəkmiş şəxs Nərimanov rayonunda yerləşən şirkətin ofisində 7925 manat pulu ona təqdim etdi. O, yenə də Əfqana şirkətin qəbzini deyil, özünə məxsus olan qəbzi vermiş və həmin pulu da şirkətin balansına ödəməli olduğu halda ödəməyərək özü ilə götürüb yalnız ustaların pulunu və malın pulunu mağazaya ödəmişdir. O, öz ustaları ilə birlikdə həmin evə kondisioner mis boru xətlərini tam çəkib təhvil vermiş və beləliklə də, 4.000 manat dəyərində işi bitirmişlər. Həmin evdə təmir işləri davam etdiyi üçün təmirin bitməsini gözləyib axırda kondisioner quraşdırmalı oldular və buna görə də, Əfqana evinin təmiri bitdikdən sonra gəlib işini görəcəklərini bildirdi. Bundan sonra 2020-ci ilin əvvəllərinə kimi Əfqan onunla dəfələrlə əlaqə saxlayıb gedib evində işi görməyi bildirsə də, o, həmin şirkətdən ayrıldığı üçün və ölkə daxilində pandemiya olduğuna görə Əfqana müqavilə üzrə qalan 3.000 manat pulu da ödəməsini və bundan sonra gəlib işini görəcəyini bildirdi. Buna görə də, Əfqan 2020-ci 10 iyul tarixində işlətdiyi Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən “Oba” marketin içərisində qalan 3.000 manat pulu da vermişdir. O, həmin vaxt özünə məxsus olan qəbzi Əfqana təqdim etdi, həmin pulu da şirkətin hesabına ödəməli olduğu halda ödəmədi. Beləliklə də, Əfqan ona ümumilikdə 12.625 manat pul ödəyib. O, Əfqandan müqavilə üzrə bütün pulu alsa da, yalnız 4.000 manatlıq iş görmüş və evinə kondisioner avadanlıqlarını quraşdırmamışdır. Əməlindən peşmandır. Qeyd edir ki, zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəyib və sonuncu ilə barışıbdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bunu, habelə cinayət nəticəsində vurduğu zərərin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Ağ Şəhər adlanan ərazidə özünə məxsus olan 5 otaqlı mənzilə kondisioner quraşdırmaq qərarına gəlmişdir. Bu məqsədlə 2018-ci ilin mart ayının 28-də Nərimanov rayonu ərazisində “Şəkinin dairəsi” adlanan yerin yaxınlığında yerləşən “Kalizon İtaliya” mağazasına yaxınlaşmışdır. Həmin mağazanın 2-ci mərtəbəsində “xxxx” MMC-nin işçisi Təqsirləndirilən şəxs ilə danışmışdır. Sabir ona ilkin olaraq 1.000 ABŞ dollar pul ödəməyini, ona ilkin olaraq işlər görəcəklərini demişdir. O, da razılaşmış və Sabirə 28 mart 2018-ci il tarixdə onun işlədiyi şirkətin binasında 1.000 ABŞ dolları pul ödəmişdir. Bundan sonra Sabirgil gəlib ona məxsus evdə divarları drellə deşərək avavdanlıq üçün yer açmışlar. Lakin sonra Sabir onun evində başqa heç bir iş görmədi. Bundan sonra Sabir ona qiymətlərin qalxma ehtimalı olduğunu, onun pulun çox hissəsini ödəməyini və kondisionerlərini bazada saxlayacağını, nə vaxt evin digər təmirini qutarsa yerdə qalan məbləği ödəməyini, gəlib kondisionerləri gətirərək quraşdıracağını dedi. O, 08 may 2018-ci ildə Sabirlə müqavilə bağlayaraq 7.925 manat pul ödədi. Ona evin təmiri yekunlaşan kimi gətirib kondisionerləri quraşdırmağını, yerdə qalan pulu da ödəyəcəyini dedi. O, 2020-ci ilin iyun ayında Sabirə zəng vuraraq təmir yekunlaşdığını, gəlib kondisionerləri quraşdırmasını dedi. Sabir də onun evinə tanımadığı ustanı göndərdi və gəlib evdə bəzi işlər gördülər. Bundan sonra 2020-ci ilin iyul ayının 10-da Sabir yenidən ona zəng vuraraq kondisionerləri anbardan götürmək üçün yerdə qalan pulu ödəmək lazım olduğunu bildirdi. Həmin gün Sabir ona məxsus Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 27Q ünvanında yerləşən ərzaq mağazasına gəldi və orada Sabirə 3.000 manat pul verdi. Sabir növbəti gün gətirib kondisionerləri evə quraşdıracağına söz verdi. Bundan sonra o, Sabirə zəng vurduqda müxtəlif bəhanələrlə onu aldatmağa başladı. Ona görə də polisə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda tam olaraq ödənilib, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı həmçinin aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 07 iyul 2021-ci il tarixli qəbzlə müəyyən olunur ki, o, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu 12.625 manat miqdarında ziyanın 25 faizi miqdarında, yəni 3.157 manat məbləğində dövlət büdcəsinə ödəniş edib. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». İşin faktik halları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın əvəzi tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs onunla barışmış və cinayət əməli ilə vurduğu ziyanın 25 faizi miqdarında, yəni 3.157 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-150/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-150/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver