Məhkəmə qərarları › İş №1(010)-150/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-150/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-150/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2iz evdə yaşayan barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 3 ünvanın qarşısında həyətdə oynayan azyaşlı - xx.xx.2016-cı il təvəllüdlü X3 görüb ona yaxınlaşmış, Zərərçəkmiş şəxs “qulağında qarışqa var icazə ver onu götürüm” deyərək, sağ qulağından bir ədəd çəhrayı rəngli üzərində 06 ədəd rəngsiz, şəffaf qaşlar olan sarı rəngli, 1 ədəd sırğa tayı 583/585 əyarlı qızıl sırğanı götürərək zərərçəkmiş şəxsə 90 manat ziyan vurub soyğunçuluq cinayətini törətməklə hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər çörək sexində çörək bişirən işləmiş, hazırda isə rəsmi işi olmadığından fəhləlik edir. 13 avqust 2022-ci il tarixdə ünvan 4 ünvanında binanın həyətindəki oturacaqda əyləşmiş, həyətdə də iki-üç az yaşlı uşaqların oynadıqlarını, uşaqlardan birinin qulağında qızıl sırğa olduğunu görmüş, uşağın qulağındakı qızıl sırğanı oğurlayıb satıb pul əldə etmək fikirinə düşmüşdür. Bu məqsədlə saat 15 radələrində az yaşlı uşağa yaxınlaşaraq “qulağında qarışqa var, icazə ver qarışqanı qulağından götürüm” demişdir. Uşaq icazə vermiş, sırğanı uşağın qulağından açaraq oradan bir qədər uzaqlaşmışdır. Təxminən üç dəqiqədən sonra bir nəfər cavan oğlanın ona tərəf gələrək uşağın qulağından sırğanın götürüb-götürmədiyini soruşduqda, ona sırğanı götürmədiyini bildirmişdir. Həmin cavan oğlan ona tərəf gəldikdə isə oradan qaçaraq uzaqlaşmış, sonra polislərin hər tərəfdə onu axtardıqlarını bilib, etdiyi hərəkətdən çox peşman olaraq polisə gələrək uşağın qulağından götürdüyü qızıl sırğanı təqdim etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, təqsirləndirilən şəxsin müdafiəçisini, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxsoğlu Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işdə olmuş, arvadı və azyaşlı qızı Aylin qaynatasının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki evinə getmişlər. Təxminən saat 15 radələrində qaynı Adəm zəng edib azyaşlı qızı Aylin həyətdə oyanayarkən bir nəfər şəxsin Aylinə yaxınlaşdığını, qulağında guya qarışqanın olmasını deyib Aylinin qulağındakı qızıl sırğanı açıb götürürək oradan uzaqlaşmasını, həmin şəxsin arxasınca gedib ondan qızıl sırğanın götürüb-götürməməyini soruşduğunu, həmin şəxs də qızıl sırğanı uşağın qulağından götürmədiyni deyib oradan qaçaraq uzaqlaşdığını demişdir. Dərhal qaynatasının yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmiş, qıznın qulağına baxıb qızının qulağında heç bir xəsarət olmadığını görmüşdür. Qızı Aylindən hadisənin necə baş verdiyini soruşduqda, Aylin, həyətdə qardaşı Şahin və qonşu uşaqlarla oyanayan zaman bir nəfərin ona yaxınlaşıb qulağında qarışqanın olmasını deyərək sağ qulağından qızıl sırğanı açaraq aparmasını demişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Aylinin qulağında olmuş sırğanı 180 manata almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası, anası və qardaşı ilə birlikdə yaşayırlar. 13 aqust 2022-ci il tarixdə atası Vüqar işə getmiş, anası və qardaşı Şahin isə babasıgilin yaşadıqları evlərinə getmişlər. Bir qədər evdə oturduqdan sonra həyətə düşmək istəmişdir. Babası, qardaşı Şahinlə onu həyətə düşürüb bir qədər onların yanında dayanıb evə qayıtmış, onlar isə həyətdə oynamışlar. Qardaşı Şahinlə həyətdə oynadıqları zaman bir nəfər tanımadığı kişi yaxınlaşaraq ona baxıb qulağında “qarşıqa var, yaxın gəl qulağındakı qarışqanı götürüm” demişdir. Həqiqətən də qulağında qarışqa olduğunu fikirləşmiş və həmin kişinin yanına getmişdir. Kişi sağ qulağında olan sırğanı açıb götürdükdən sonra getmişdir. Qardaşı Şahin kişinin qulağından sırğanı açdığını görmüş və babasının evinə qaçıb bir kişinin qulağından sırğanı açdığını demişdir. Babası və dayısı Adəm həyətə onun yanına gəlib sırğasını kimin açdığını soruşmuş, həmin vaxtı sırğasını açan kişi bir qədər aralıda olduğuna görə, onu dayısına göstərmişdir. Dayısı həmin kişinin yanına gedib nəsə soruşmuş, kişi də, dayısından aralanıb qaçmışdır. Dayısı Adəm onun arxasınca qaçsa da, ona çata bilməmiş və geri qayıtmışdır. Evə gələndən sonra dayısı Adəm, atasına zəng vurub bir kişinin ona məxsus sırğanı oğurladığını demişdir. Atası da babasıgilə gələrək kişinin sırğasını necə açıb apardığını soruşmuş, hadisəni atasına danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə atası Vüqar işə getmiş, anası və bacısı ilə birdikdə babasıgilin yaşadıqları evlərinə getmişlər. Bir qədər evdə oturduqdan sonra həyətə düşmək istədikdə babası, bacısı Aylinlə onu həyətə düşürüb bir qədər dayanıb evə qayıtmış, həyətdə oynayanda bir nəfər tanımadığı kişi bacısı Aylinə yaxınlaşıb “qulağında qarışqa var, yaxın gəl qulağındakı qarışqanı götürüm” demişdir. Bacısı həmin kişinin yanma getmiş və həmin kişi bacısının qulağında olan sırğanın birini açıb oradan uzaqlaşmışdır. Tanımadığı kişinin bacısının qulağından sırğasını açdığını görüb tez babasının evinə qaçıb bir kişinin bacısının qulağından sırğanı açdığını babasıgilə demişdir. Babası və dayısı Adəm həyətə düşüb bacısının yanına gəlmiş, həyətə düşüb bacısının qulağından sırğasını açan kişinin bir qədər aralıda olduğunu görmüş və bacısı Aylin sırğasını açan kişini dayısına göstərmişdir. Dayısı həmin kişinin yanına gedib ondan nəsə soruşduqda, həmin kişi də dayısından aralanıb qaçmışdır. Dayısı həmin kişinin arxasınca qaçsa da, çata bilməmiş və geri qayıtmışdır. Babasının evinə getdikdən sonra dayısı Adəm, atasına zəng vurub bir kişinin Aylinin sırğasını oğurladığını demişdir. Atası da babasıgilə gəldikdə Aylin, kişinin sırğasını necə açıb apardığını atasına danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə ünvan 5 ünvanında yaşayan bacısı və iki azyaşlı övladları Aylin və Şahin onların evinə qonaq gəlmişlər. Uşaqlar həyətə düşmək istədiklərini bildirdikdə atası, Aylini və Şahini həyətə düşürüb evə qayıtmışdır. Aylin və Şahin isə həyətdə oynamışlar. Saat təxminən 15 radələrində Şahin evə gələrək bir nəfər tanımadığı kişinin Aylinə yaxınlaşaraq qulağında qarışqanın olmasını bildirirb sağ qulağındakı qızıl sırğanı açaraq götürdüyünü demişdir. Dərhal həyətə düşmüş və həyətdə bir nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. Şahin həmin şəxsi göstərib Aylinin qulağından sırğanı açan şəxs olduğunu demişdir. Həmin şəxsə yaxınlaşıb “uşağın sırğasını sən götürümüsənmi” deyə soruşduqda, həmin şəxs “uşağın qulağından sırğa açmamışam” deyərək oradan qaçmışdır. Həmin şəxsin arxasınca qaçıb sırğanı qaytarmasını tələb etmiş, lakin ona çata bilmədiyinə görə geri qayıtmışdır. Evə gəldikdən sonra Vüqara zəng vurub, hadisə barədə məlumat vermişdir. Anası Vəsilə də, DİN-nin 102 xidmət mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında Şahid3 Naiş oğlu, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 15-17-ci vərəqlərində olan 13 avqust 2022-ci il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş foto-şəkillərdən görünür ki, X2 azyaşlı qızı Aylinin qulağında olan sırğanın götürülüb qaçması barədə DİN-nin 102 xidmətindən daxil olmuş müraciəti əsasında hadisəni törətmiş Təqsirləndirilən şəxs yeri müəyyən olunaraq 30-cu PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs səmimi olaraq törətdiyi əməli etiraf edərək oğurlanan qızılı rəngli, üzərində qaşlar olan sırğanı təqdim etmişdir. Cinayət işinin 40-cı vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 14 avqust 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs 14 avqust 2022-ci il tarixdə saat 00:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 110-113-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair Suraxanı Rayon Prokurorunun təqdimatı təmin edilməməsi, Təqsirləndirilən şəxs hazırkı qərar elan olunduqdan dərhal sonra məhkəmə iclası zalında azadlığa buraxılması qərara alınmışdır. Cinayət işinin 114-115-ci vərəqlərində olan 15 avqust 2022-ci il tarixli “başqa yerə getməmə haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 124-127-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında“ 15 sentyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təklif olundu ki, cinayət törətdiyi yeri əyani şəkildə göstərsin. Təqsirləndirilən şəxs müşaiyət altında hərəkət edərək ünvan 3 ünvanın qarşısında həyətə gələrək uşaqların oynaması üçün nəzərdə tutulan yeri göstərib bildirdi ki, 13 avqust 2022-ci il tarixdə evdən çıxıb gəzə-gəzə saat 15 radələrində ünvan 4 ünvanının qarşısına gəlmiş, binanın həyətindəki oturacaqda əyləşib fikirləşmiş, həmin vaxtı həyətdə də 2-3 azyaşlı uşaqların oynadıqlarını, uşaqlara baxanda azyaşlı qızın qulağında qızıl sırğa olduğunu görmüş, azyaşlı qızın qulağından sırğanı açıb aparıb satıb pul əldə etmək qəarına gəlmiş, oturduğu yerdən qalxaraq az yaşlı qıza yaxınlaşaraq ətrafa baxıb yaxınlıqda kiminsə olmadığını görüb, azyaşlı qıza“qulağında qarışqa var, icazə ver qarışqanı qulağından götürüm” deyərək uşağa yaxınlaşıb sağ qulağından bir ədəd sırğanı açıb oradan aralanmışdır. Cinayət işinin 124-127-ci vərəqlərində olan məhkəmə-fıziki-kimyəvi və əmtəəsünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/5573-9/6979 nömərli ekspert rəyində göstərilmişdir ki, tədqiqta təqdim edilmiş 0,83 qram kütləli, üzərində 1 ədəd çəhrayı rəngli və 6 ədəd rəngsiz, şəffaf qaşlar olan, sarı rəngli 1 ədəd sırğa tayı 583/585 əyarlı qızıldan hazırlanmışdır. Sırğa tayının üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla tədqiqata təqdim edilən məmulatın istifadə olunması, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin avqust ayına (qırıntı kimi) orta bazar qiyməti təxminən 50,00 manat müəyyən edilir. Cinayət işinin 150-ci vərəqində olan qəbzdən görünür ki, Şahid1 qızı Zərərçəkmiş şəxs məxsus bir ədəd sırğanı baş müstəntiq X5 təhvil almışdır. Cinayət işinin 140-144-cü vərəqlərində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 02 noyabr 2022-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs etiraf ifadəsi, Zərərçəkmiş şəxs, şahidlər Şahid4, Şahid1, Şahid2 və Şahid3 Naiş oğlunun ifadələri, hadisə yerinə baxış protokolu, baxış keçirmə və götürmə protokolu, maddi sübut və digər istintaq materialları sübut növü kimi qiymətləndirilməsi,. açıq talanaraq oğurlanmış sırğanın qiyməti və cinayət nəticəsində vurulmuş ziyanın məbğəli 90 manat kimi müəyyən edilməsi, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sırğa iş üzrə maddi sübut kimi tanınması və maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün sahibinə qəbz əsasında təhvil verilməsi, qərar barədə prosessual tərəflərə yazlı məlumat verilməsi və qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin 129-cu vərəqində olan istintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin azyaşlı şəxsə qarşı törədilməsi məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddələrlə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi oğluna Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, 14-15 avqust 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün müddət cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı, cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi andan, yəni 09 fevral 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzasının əvvəli 19 oktyabr 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sırğa maddi sübut kimi taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün qəbz əsasında sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1, 228.2.2-ci və 228.4-cü maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müvafiq olaraq müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs 14-15 avqust 2022-ci il tarixləri üzrə tutulduğu 01 (bir) gün müddət cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi andan, yəni 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sırğa maddi sübut kimi taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün qəbz əsasında sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar