Məhkəmə qərarları › İş №1(010)-150/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-150/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-150/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, (himayəsində 1 azyaşlı uşağı olan), orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 23 may 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 may 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2023-cü ilin aprel ayının axırlarında sonuncunun kirayədə yaşadığı ünvan 2 ünvanındakı evində divanın üzərində qeyri-təbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olmuş, 2023-cü ilin may ayının əvvəllərində günorta saatlarında isə həmin ünvanda cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını, yəni bakirəliyini pozmuş və bu əməlini 11 yanvar 2024-cü il tarixədək, yəni Zərərçəkmiş şəxs 16 yaşına çatdığı dövrədək olan müddət ərzində mütəmadi olaraq davam etdirmişdir. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən parkda olan zaman iki nəfər qızın gəzdiyini görmüşdür. Həmin qızlardan biri xoşuna gəldiyinə görə, onlara yaxınlaşıb qızla tanış olmaq istədiyini bildirmişdir. Həmin vaxt qızın adının Günay olmasını bilmişdir. Günay ilə bir-birlərinə nömrələrini vermişlər və həmin vaxtdan, Günay ilə danışmağa başlamışdır. Söhbət edən zaman Günay ona Günəşli qəsəbəsində yerləşən 279 saylı orta məktəbdə oxuduğunu bildirmişdir. Bundan sonra, onunla mütəmadi olaraq mobil telefonla danışmağa başlamışlar. Bir müddət danışdıqdan sonra, Bakıxanov qəsəbəsi ərazisində parkda Günay ilə mütəmadi olaraq görüşmüş, bir neçə ay ərzində danışmışlar. Bundan sonra, Günayın yaşadığı ünvan 3 ünvanında onunla görüşmüşdür. Həmin evdə Günay anası ilə birlikdə kirayədə yaşamış, Günayla onun evində görüşən vaxt isə evlərində anası olmamışdır. 2023-cü ilin aprel ayının axırlarında yenə də Günay ilə birlikdə onun yaşadığı evə getmişdir. Həmin vaxt bir qədər söhbət etdikdən sonra, onunla öpüşməyə başlamışdır. Öpüşdükdən sonra, Günaya onunla arxa nahiyədən cinsi əlaqədə olmağı təklif etmişdir. Günay da ona etiraz etməyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Bundan sonra, hər ikisi paltarlarını soyunmuşlar. Daha sonra, Günay ilə onun arxa keçəcəyindən otaqdakı divanın üzərində cinsi əlaqədə olmuş, lakin cinsi əlaqəni tam başa çatdırmamışdır. Günay arxadan cinsi əlaqə zamanı ağrı hiss etdiyini bildirdiyinə görə o davam etməmişdir. Bundan sonra, Günayın evindən getmişdir. Bir neçə gün sonra, Günay ona zəng edərək evdə tək olduğunu və onunla yenindən cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Ona görə də, 2023-cü ilin aprel ayının sonlarında Günayın evinə getmiş və Günay ilə onun arxa keçəcəyindən bir daha cinsi əlaqədə olmuşlar. Bundan sonra, yenə də Günaydan ayrılaraq evinə qayıtmışdır. Bundan bir neçə müddət sonra, yəni 2023-cü ilin may ayının əvvəllərində yenidən Günayın evinə getmiş və Günayın anası evdə olmamışdır. Günay ilə öpüşməyə başlamış, bu zaman Günay onunla təbii yolla cinsi əlaqədə olmaq istədiyini və bakirəliyini pozmaq istədiyini bildirmişdir. O, da Günaya etiraz etməmişdir. Bundan sonra, ilk dəfə təbii yolla cinsi əlaqədə olaraq onun bakirələyini pozmuşdur. Həmin vaxt Günayın qızlıq pərdəsi yırtıldığına görə, qan gəlmiş və bu barədə Günayla bir qədər danışmışlar. Əlaqədə olduqdan sonra Günay, ona heç bir peşmançılığı olmadığını və özü istəyərək bu işi etdiyini bildirmişdir. Bundan sonra, Günaydan ayrılaraq evinə getmişdir. Mütəmadi olaraq hər dəfə fürsət düşdükcə, Günay onu yaşadığı evə çağıraraq evdə tək olduğunu və cinsi əlaqədə olmaq istədiyini demişdir. 2024-cü ilin aprel ayında Günay ona hamilə olmasından şübhələndiyini, o isə Günaya hamiləliklə bağlı test alıb yoxlanmasını demişdir. Bundan sonra test vasitəsilə Günay yoxlanan zaman hamilə olduğunu bildirmiş, lakin bu barədə heç kəsə deməmişlər. 18 may 2024-cü il tarixdə, Günay onunla əlaqə saxlayaraq anası ilə birlikdə Sabunçu xəstəxanasına getdiklərini və müayinə zamanı 18 həftəlik hamilə olmasının müəyyən edildiyini bildirmişdir. Bundan sonra, Günayın anası Samirə onların evinə gələrək bu barədə valideynləri ilə danışmış, valideynləri də buna etiraz etməyərək Günay ilə ailə quracağını demişlər. Bundan sonra, Suraxanı RPİ-nin 33-cü polis bölməsindən onu izahat almağa çağırmışlar. Polis bölməsinə gedən zaman qorxduğu üçün Günayın bakirəliyini pozmadığını və onunla cinsi əlaqədə olan zaman Günayın bakirə olmadığını bildirmişdir. Günay ona 279 nömrəli məktəbdə oxuduğunu, lakin neçənci sinifdə oxumasını deməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə Günay ad gününü keçirən zaman, yəni 11 yanvar 2024-cü il tarixdə olmuşlar. Zərərçəkmiş şəxsin yaşının 16-dan az olduğunu bilməmiş, belə ki, Günay ona 17 yaşı olduğunu demişdir. Zərərçəkmiş şəxsin qızlıq pərdəsi onunla təbii yolla cinsi əlaqədə olan zaman yırtılmışdır. Zərərçəkmiş şəxslə barışmışdır, hazırda birlikdə yaşayırlar, qeyri-rəsmi nikah münasibətindədirlər və bir övladları vardır. 18 yaşına çatdıqdan sonra nikaha daxil olacaqlarını bildirmişlər. Günayın hamilə olduğunu xəstəxanaya getdikdən sonra öyrənmişdir. Sonda isə əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə birlikdə yaşamasını, ondan heç bir şikayətin olmamasını və himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, hadisə vaxtı anası Qanuni nümayəndə ilə birlikdə yaşamışdır. xx xxxxxx 2008-ci ildə Bakı şəhərində doğulmuşdur. 2023-cü ildə, 279 saylı orta məktəbin 9-cu sinifini bitirdikdən sonra, məktəbdən çıxmışdır. 2022-ci ilin qış aylarında Səfərlə tanış olmuşdur. Belə ki, Bakıxanov qəsəbəsi ərazisində yerləşən parka gəzməyə gəlmiş, həmin vaxt, hal-hazırda Türkiyə Respublikasında yaşayan Zumray ilə birlikdə olmuşdur. Səfər ona yaxınlaşaraq tanış olmaq istədiyini bildirmiş və nəticədə Səfər ilə bir-birilərinə nömrələrini vermişlər. Bundan sonra, aralarında səmimi münasibət yaranmış və bir-birlərini sevməyə başlamışlar. ünvan 4 ünvanında anası ilə birlikdə kirayədə yaşamışlar. 2023-cü ilin aprel ayının axırlarında, günorta saatlarında Səfər evlərinə gəlmişdir. Səfərlə bir qədər bir yerdə söhbətləşmişlər və Səfər ona qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. O, da Səfərlə razılaşmış və buna etiraz etməmişdir. Həmin vaxt evdəki divanın üzərində Səfər paltarlarını çıxartmışdır. Bundan sonra, Səfər öz razılığı əsasında onunla arxa keçəcəyindən cinsi əlaqədə olmuşdur. Həmin gün Səfər təkrar olaraq onunla arxadan cinsi əlaqədə olmuşdur. Ağrı hiss etdiyinə görə, Səfərə bir daha qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəmədiyini bildirmişdir. Səfər cinsi əlaqədə olduqdan sonra, çıxıb getmişdir. Bundan bir neçə gün sonra, günorta saatlarında Səfər evlərinə gəlmiş, o isə evdə tək olmuşdur. Səfərlə bir qədər oturduqdan sonra onunla öpüşməyə başlamışdır. Səfər onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o da Səfərə etiraz etməmişdir. Bundan sonra, Səfər ilə öz razılığı əsasında könüllü olaraq cinsi əlaqədə olmuş və bakirəliyini pozmuşdur. Məhz elə həmin vaxt bakirəliyi pozulmuş və qızlıq pərdəsi yırtılmışdır. Bundan sonra, mütəmadi olaraq bir neçə gündən bir Səfərlə öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşlar. 2024-cü ilin aprel ayında hamilə olması ilə bağlı özündən şübhələnmişdir. Lakin bu barədə anasına bildirməmişdir. Səfərə deyəndə Səfər qorxmuş və necə olacağını soruşmuş, o isə heç bir fikri olmadığını bildirmişdir. Bundan bir müddət sonra, 17 may 2024-cü il tarixdə evdə olduğu zaman anası ondan şübhələnmişdir. Belə ki, həmin günlərdə ardıcıl olaraq qusmuş və qarnı bir qədər şişmişdir. 18 may 2024-cü il tarixdə anası onu Sabunçu rayonunda yerləşən doğum xəstəxanasına aparmışdır. Onu ultra səs müayinəsinə salan zaman həkim 18 həftəlik hamilə olmasını bildirmişdir. Daha sonra, anasına Səfərlə cinsi əlaqədə olduğunu bildirmişdir. Nə özünün, nə də ki anasının Səfərə qarşı şikayəti yoxdur. Səfər onunla evlənməyə söz vermişdir, lakin onun hələ 18 yaşı olmadığından rəsmi nikaha girə bilmirlər. Xəstəxanadan polisə məlumat verildiyinə görə, 33-cü polis bölməsindən onları çağırıb izahatları alınmışdır. Polis bölməsində Səfər ilə cinsi əlaqədə olduğunu və onun bakirəliyini pozmasını bildirmişdir. Cinsi əlaqənin nə olduğunu anlayır və başa düşür. Səfər ilə könüllü olaraq öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Səfər buna görə onu məcbur etməmiş, ona qarşı başqa heç bir seksual xarakterli hərəkətlərə yol verməmişdir. Səfərdən başqa heç kimlə də cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə Bakıxanov qəsəbəsində yerləşən parkda tanış olmuşlar. İlk dəfə onunla təbii yolla cinsi əlaqədə 2023-cü ildə olmuşdur. Səfərin ondan ayrılmasından qorxduğu üçün 17 yaşı olduğunu demişdir. Hadisədən sonra, ilkin olaraq özünü narahat hiss etmiş, tez-tez qusmağa başlamış, buna görə də, hamilə olmasından şübhələnmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Sonda isə təqsirləndirilən şəxslə barışmasını və birgə yaşamalarını, himayələrində bir azyaşlı uşağın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 240100354 nömrəli cinayət işi 24 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə fakta görə başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 33-cü polis bölməsinin rəisinə ünvanlanmış 18 may 2024-cü il tarixli, 601 saylı saylı raportdan görünür ki, 18 may 2024-ci il tarixdə, saat 10:25 radələrində DİN-in 102 xidmətinə məlumat daxil olmuşdur ki, Sabunçu rayonunun 3 saylı doğum şöbəsinin işçisi zəng edərək xəstəxanaya xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 18 həftəlik hamiləlik ilə bağlı müraciət etmişdir. Əlaqə nöm: ***-***-**-**, ***-***-**-**, ev: Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, AB massivi, ev 127, mənzil 50, mərtəbə 7. (iş.v. 4) Qanuni nümayəndə tərəfindən 18 may 2024-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü polis bölməsinə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs 2 ilə yaxındır ki, təsadüfən tanış olduğu və neçə müddətdir ki, evlərinə gəlib-gedən Səfər adlı şəxslə öz razılığı əsasında onların yaşadıqları evdə cinsi əlaqədə olmuş və xx.xx.2024-cü il tarixdə, Sabunçu rayonu ərazisində yerləşən 3 saylı doğum evində müayinə zamanı aşkar etmişdir ki, qızı 5 aylıq hamilədir. Bu hadisə ilə bağlı şikayəti yoxdur. Qanuni nümayəndə tərəfindən 03 iyun 2024-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-ə ünvanlanmış ərizədən görünür ki, qızı Zərərçəkmiş şəxs xx xxxxxx 2008-ci il təvəllüdlü olmaqla, məhdud fəaliyyət qabiliyyətli olduğundan onun qanuni nümayəndəsi təyin edilməsini xahiş etmişdir. (iş.v. 77) Suraxanı RPİ-nin İŞ-in 23 may 2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 X9 tərəfindən ünvanlanmış 24 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, X6 rəhbərliyi bildirmişdir ki, vət.Zərərçəkmiş şəxs 18 may 2024-cü il tarixdə, saat 10:00-da aybaşı ləngiməsilə əlaqədar olaraq USM müayinəsinə müraciət etmiş və 18 həftəlik hamiləlik aşkarlanmışdır. 03 iyun 2024-cü il tarixli, “məhdud fəaliyyət qabiliyyətli zərərçəkmiş şəxsin qanuni nümayəndəsini təyin etmək haqqında” qərardan görünür ki, Qanuni nümayəndə məhdud fəaliyyət qabiliyyətli Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin edilmişdir. (iş.v. 79- 80) 03 iyun 2024-cü il tarixli, “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 82) Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-yə ünanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olan zaman 279 saylı orta məktəbin 9-cu sinifində oxumasını və 16 yaşına çatmadığını bildirmişdir. Hal-hazırda faktiki olaraq ər-arvad kimi yaşayırlar və üzləşdirmə istintaq hərəkətinin keçirilməsini istəmir. (iş.v. 90) “Vita Med” Tibb Mərkəzi tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli müayinə sənədindən görünür ki, Təqsirləndirilən şəxs sol mədəciyin mülayim hipertrofiyası qeyd olunur. (LVEF-63%). Sağ mədəcik genişdir. (iş.v. 60) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4” X10 tərəfindən verilmiş “canlı şəxsin ekspertizası”nın 20 iyun 2024-cü il tarixli, 219 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində və arxa keçəcək nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmadıqda müddət haqqında fikir söyləmək mümkün deyildir. (iş.v. 103-105) Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 09 avqust 2024-cü il tarixli, 4193 nömrəli rəyinin nəticəvi hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, intellektual imkanlarının normaya uyğun olması, iş üçün əhəmiyyətli halları adekvat qavrayaraq bu barədə düzgün məlumat verə biləcəyi müəyyən edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə cəmiyyətdən təcrid olunmasına ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət törətdiyi vaxtda şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (iş.v. 107-109) Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 09 avqust 2024-cü il tarixli, 2334 saylı rəyinin nəticəvi hissəsindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs əqli və psixi inkişafının normaya uyğun olmaqla yaş xüsusiyyətlərinə uyğun olduğu aşkar olunmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs primitivlik, hirslilik, qıcığa qarşı həssas, inadkarlıq, məsuliyyətsizlik, emosionallıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Qərarın təsviri hissəsində göstərilən hadisələr zamanı Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs yaranmış şəraitin mahiyyətini tam dərk etmək iqtidarında olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. (iş.v. 109-112) 27 sentyabr 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində Zərərçəkmiş şəxs ilə 2023-cü ilin aprel ayının axırlarında arxa keçəcəyindən cinsi əlaqədə olmasını, 2023-cü ilin may ayının əvvəllərində isə təbii yolla cinsi əlaqədə olmasını, lakin həmin vaxtı sonuncunun 16 yaşına çatmasını zənn etməsi barədə göstərdiyi həmin xüsusatlar özünü müdafiə xarakteri daşıma kimi qiymətləndirilərək ifadələrinin həmin hissələri sübut kimi qiymətləndirilməmişdir. (iş.v. 121-127) İş materiallarına əlavə edilmiş AZ-V № 072981 saylı “doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü Yasəmən Kərimli olmaqla, himayəsində 1 azyaşlı övladı vardır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, 25 may 2024-cü il tarixdə, saat 13:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 25 may 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 24, 46-47, 62-63, 65-69) Zərərçəkmiş şəxs tərəfindən qanuni nümayəndəsi ilə birlikdə 13 yanvar 2025-ci il tarixdə, Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Hazırda təqsirləndirilən şəxslə bir evdə övladları ilə birgə yaşamalarını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə ekspertizası rəylərini, sorğulara alınmış cavabları, arayışları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 4cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx xxxxxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2023-cü ilin aprel ayının sonlarında sonuncunun kirayədə yaşadığı ünvan 2 ünvanındakı evində divanın üzərində qeyri-təbii yolla arxa keçəcəyindən cinsi əlaqədə olmuş, 2023-cü ilin may ayının əvvəllərində günorta saatlarında isə həmin ünvanda təbii yolla cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını, yəni bakirəliyini pozmuş və bu əməlini 11 yanvar 2024-cü il tarixədək, yəni Zərərçəkmiş şəxs 16 yaşına çatdığı dövrədək olan müddət ərzində mütəmadi olaraq davam etdirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyləri, sorğular və onlara alınmış cavablar, arayışlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarına əsasən müəyyən olunur ki, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 113) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, sol mədəciyin mülayim hipertrofiyası, sağ mədəciyin genişlənməsindən əziyyət çəkməsi, hazırda Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə münasibətində olması, himayəsində xx.xx.2024-cü il təvəllüdlü 1 azyaşlı övladının olması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, aralarında barışığın olması, dəymiş ziyanın tamamilə ödənilməsi, ailənin yeganə qazanc gətirən şəxsi olması, CM-in 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Konstitusiyanın 17-ci maddəsi ilə cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olduğu bəyan edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Bu pozitiv öhdəliyin icrasının təmin edilməsi üçün uşaqların üstün mənafelərinin müdafiəsinə yönələn səmərəli hüquq siyasətinin həyata keçirilməsi tələb olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hazırki iş üzrə müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 18 yaşına çatmaması səbəbindən hazırda qeyri-rəsmi olaraq birlikdə ailə kimi yaşayır, bir azyaşlı övladları var, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, aralarında barışıq var, zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilib, ailədə yalnız özü işləyir, yeganə qazanc gətirən şəxs özüdür, qeyd olunan hallardan göründüyü kimi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi onun şəxsiyyətinə uyğun deyil, eləcə də ailəsinin həyat şəraitinin pisləşməsi ilə nəticələnə bilər. Təqsirləndirilən şəxs, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunması məhkəmə tərəfindən mümkün hesab edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd olunan tövsiyələrdə ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Məhkəmələr tərəfindən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi öz əksini tapmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsinin sanksiyası həddində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, şərti olaraq azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. CM-nin 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi cəzalar sırasında ən ağırlarından hesab olunan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından savayı yüngül cəza növü sanksiyada nəzərdə tutulmamışdır. Əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Məhkəmə sanskiyada nəzərdə tutulmuş əlavə cəza olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasını təyin etməyi məqsədəuyğun hesab etmir. Çünki şəxsin törətdiyi əməl hər hansı vəzifə tutma və ya fəaliyyət növü ilə əlaqədar olmamış, bundan başqa sanksiyada əlavə cəzanın tətbiqi imperativ norma kimi qeyd olunmamışdır. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilməli, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 iş saatı üçün 60 manat məbləğində vəsaitin müdafiəçisi yə ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 may 2024-cü il tarixdən 25 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan mərhum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 01 il 06 ay müəyyən edilsin və hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın, maddi sübutun və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar