Məhkəmə qərarları › İş №1(010)-151/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-151/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-151/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 25 avqust 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu və residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 12 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 sentyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(008)-235/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək barəsində, əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıma ilə bağlı ittiham elan olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 12 sentyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,709 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən oğurluq hadisəsi törətməkdə şübhəli bilinərək 12 sentyabr 2023-cü il tarixdə, saat 18:40 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmış və orada üzərində narkotik vasitə olması ilə bağlı etdiyi etiraf üzrə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,709 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Əvvəllər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən məhkum olunmuşdur. Təxminən 10 ay müddət olmuşdur ki, psixotrop maddə qəbul etmiş, son vaxtlar isə «metamfetamin» kimi tanıdığı psixotrop maddəni falqa arasında çəkmək yolu ilə qəbul etmişdir. 12 sentyabr 2023-cü il tarixdə, saat 18:40 radəsində ünvan 3 ünvanı qarşısında olarkən polis geyimində olan iki nəfər şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları olduqlarını bilmişdir. Ona oğurluq cinayət əməlini törətməkdə şübhəli olduğunu bildirərək 32-ci polis bölməsinə dəvət etmişlər. Heç bir etiraz etmədən onlarla birlikdə, 32-ci polis bölməsinə getmiş, bölmədə şəxsiyyəti müəyyən olunduqdan sonra, üzərində narkotik vasitənin olması ilə bağlı etdiyi etirafdan sonra təhqiqatçı, polis kapitanı Ayaz Meydanov tərəfindən üzərində Azərbaycan Respublikası CPM-in 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılmasının zəruri olması bildirilərək ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, o, da buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı vəkil bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alınmış, dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrini izah etdikdən sonra, təhqiqatçı tərəfindən xidməti otaqların birində videoçəkiliş aparılmaqla, 3 nəfər polis əməkdaşının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmiş və olduğu halda, təqdim etməsi təklif olunmuşdur. O, da üzərində, yəni əynindəki boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan metafetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə, üzərində şəxsi axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 (bir) ədəd sellofanın içərisindəki maddə metamfetamindir. Həmin psixotrop maddəmetafetamini 12 sentyabr 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində tanımadığı şəxsdən 40 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf təhqiqatçı tərəfindən 196 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmış, daha sonra isə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci cinayət işi başlanıldığı və toplanmış materialların Suraxanı RPİ-nin istintaq şöbəsinə təqdim olunduğu bilmişdir. Məhkəmənin ilk iclasları zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində məhəllələrindəki “Oba” marketin qarşısında olan zaman “Emil” adlı əməliyyatçı ona yaxınlaşaraq onunla işi olduğunu bildirmiş və onu maşına mindirmişdir. Söhbət zamanı bildirmişdir ki, yaxınlıqda olan marketlərin birində oğurluq olmuşdur. Bu barədə məlumatının olub-olmaması ilə bağlı araşdırma aparılması üçün onu bölməyə aparmışdır. Bölmədə oğurluq hadisəsini əks etdirən görüntüyə baxanda, həmin hadisənin onun tərəfindən törədilməsini zorla boynuna qoymağa çalışsalar da, heç nə sübut edə bilməmişlər. Bu zaman üzərində tanımadığı şəxsdən aldığı 01 (bir) ədəd büküm metamfetamin olmuşdur. Daha sonra, ona bildirmişlər ki, onu narkotikə görə saxlayıb sənədləşdirəcəklər. Həmin bükümü videogörüntü ilə onlara təqdim etmiş və 40 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Halbuki, həmin maddəni 10 manata tanımadığı şəxsdən almışdır. Onun 40 manata narkotik vasitə almağa maddi imkanı belə olmamışdır. Bundan əlavə, onu ittiham aktında qeyd edilən “Əfrail” və “Babək” adlı polis əməkdaşları yox, öz kəndlisi “Emil” adlı əməliyyatçı tutmuş, saat 18:40 radəsində yox, 16 radələrində tutulmuş, Əfrail və Babək şəxsi axtarış zamanı videoçəkilişdə iştirak etmişlər. Onun üzərindəki metamfetamin az miqdarda olmuşdur. Həmin maddəni videogörüntü ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmazdan əvvəl polis əməkdaşları şəffaf sellofan bükümə tökmüş və çəkisini artırmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və bölmədə olarkən ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir. Psixotrop maddəni son zamanlar yeni-yeni istifadə etməyə başlamışdır. Əvvəllər məhkum olunmuşdur və həbsdən azad olunduqdan sonra, çəkmək yolu ilə istifadə etməyə başlamışdır. Qara Qarayev ərazisindəki vərəm dispanserində müalicə almışdır. Məhkəmə istintaqının növbəti iclasları zamanı isə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, ümumiyyətlə, narkotik vasitə istifadəçisi olmamış və üzərindən aşkar edilmiş maddə onun özünə məxsus olmamışdır. Sonda isə məhkəmədən özünü təqsirli bilməməsi nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023cü il tarixdə, saat 18:40 radəsində Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Oba” marketdə baş vermiş 10 sentyabr 2023-cü il tarixli oğurluq hadisəsi ilə əlaqədar inzibati ərazidə xidmət aparan zaman ünvan 6 ünvanının qarşısında dayanan ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 7nzil 144-də yaşayan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona oğurluq hadisəsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə, Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gəlmişdir. Bu vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş və bundan sonra, onlar bölmənin xidməti otaqlarının birində ona videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, da üzərində özü istifadə etməsi üçün 01 (bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra, onun təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə metamfetamindir, həmin maddəni Bakıxanov qəsəbəsindən tanımadığı şəxsdən 40 manat ödəməklə, şəxsi istifadəsi üçün alıb özündə saxlamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi, Əfrail ilə birgə ikisi tutmuşlar. Təqsirləndirilən şəxs ilk öncə, ərazidə baş verən oğurluq hadisəsi ilə bağlı şübhəli olmuşdur. Oğurluq cinayətinin onun tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Tutulan zaman Təqsirləndirilən şəxs qarşı heç bir psixi və ya fiziki təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs üzərindəki maddəni təhqiqatçının otağında özü könüllü olaraq təhvil vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə mobil telefonu üzərində olmuşdur. Həmin tarixdə ***-***-**-** saylı mobil nömrə istifadəsində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi 13 sentyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış raportdan görünür ki, 11 sentyabr 2023-cü il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Oba” marketdə işləyən X7 ərizə ilə müraciət edərək 10 sentyabr 2023-cü il tarixdə işlədiyi marketdən 917 manat dəyərində spirtli içki və tütün məmulatlarının oğurlandığını bildirmişdir. 12 sentyabr 2023-cü il tarixdə, saat 18:40 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 2 saylı evin qarşısında saxlanılmış və saat 18:50-də 32-ci polis bölməsinin Növbətçi hissəsinə təhvil verilən zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. (iş.v. 4) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, əvvəlcə, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan içərisində olan ağ rəngli, kristal şəkilli və spesifik iyə malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmiş və həmin maddə ondan götürülmüşdür. (iş.v. 29-30) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi sellofan bükümün içərisində “metamfetamin” kimi tanıdığı narkotik vasitə vardır və onu Bakıxanov qəsəbəsində tanımadığı şəxdən 40 manata almışdır. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilmir. Məhkəmə-kimyəvi ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/4856 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs .....” yazı və imzalar olan zərfdə 01 (bir) ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,709 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 1,709 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq – 1,659 qram. (iş.v. 37-39) Ambulator məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 7287 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 100- 101) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 noyabr 2023-cü il tarixli, 3211 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş.v. 111-112) Suraxanı RPİ-nin İŞ-nin 15 sentyabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq ünvanlanan Suraxanı RPİ-nin 33-cü polis bölməsinin 25 sentyabr 2023-cü il tarixli, 54/2-3691/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış və bundan başqa, hər hansı bir cinayət əməli törətməsi müəyyən olunmamışdır. (iş.v. 89-90; 93) 28 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,709 qram, tədqiqatdan sonra qalıq qalmış 1,659 qram olan psixotrop maddə - metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 28 noyabr 2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə - metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün cinayət işindən meterial ayrılmışdır. Cinayət işinin materiallarından X6 “Oba” marketdə oğurluq olması faktı ilə bağlı bəzi sənədlərin surəti ayrılaraq həmin materiala əlavə edilmiş və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (iş.v. 114-123) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD disk 28 noyabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 114-123) Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 19:30-də şübhəli şəxs qismində tutulmuş, saat 18:40-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 14 sentyabr 2023-cü il tarixdə, saat 09:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 14 sentyabr 2023-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(008)-235/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (iş.v. 19, 56-57, 77-78, 82-83, 85-86) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(010)-151/2024 saylı məktubu ilə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə Təqsirləndirilən şəxs anası X3 2023-cü il ərzində bölməyə oğlu barəsində ünvanladığı müraciətlərlə bağlı ərizə və raportların məhkəməyə göndərilməsi ilə bağlı məktub ünvanlanmışdır. Suraxanı RPİ-nin 32-ci polis bölməsi tərəfindən 28 fevral 2024-cü il tarixli sorğuya cavab olaraq ünvanlanan 05 aprel 2024-cü il tarixli, 3-13-54-3/2-1440/2024 saylı məktubdan görünür ki, X2 Suraxanı RPİ-nin 32-ci polis bölməsinə ərizəsi daxil olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(010)- 151/2024 saylı qərarı ilə, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi 24 fevral 2024-cü il tarixli yazılı vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun 12 sentyabr 2023-cü il tarixdə, saat 18:40 radəsində harada olması ilə bağlı anten məlumatları, eləcə də şahidlər Şahid1 və Şahid2 həmin vaxtda ittiham aktında göstərilən ərazidə, yəni ünvan 3 ünvanının qarşısında təqsirləndirilən şəxslə bir yerdə olub-olmamasının müəyyən edilməsi məqsədilə Şahid1 və Şahid2 şahid qismində məhkəməyə çağırılması, ifadələrinin alınması və Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 12 sentyabr 2023-cü il tarixdə harada olması ilə bağlı anten əhatə dairəsi məlumatları, o cümlədən ***-***-**-** saylı mobil nömrənin sahibi barədə məlumatın, həmin nömrəyə daxil olmuş və edilmiş zənglərin, həmin zənglərin edildiyi nömrə sahiblərinin anket məlumatlarının, daxil olmuş və göndərilmiş SMS mətnlərinin, 01 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək "xxxx" MMC-dən götürülməsi, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 12 sentyabr 2023-cü il tarixdə harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarının "xxxx" MMC-dən götürülməsi və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 12 sentyabr 2023-cü il tarixdə harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmış, qərarın icrası müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-dən 28 fevral 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 19 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskdən görünür: Şahid1 istifadəsinə olmuş ***-***- **-** saylı mobil nömrə 12 sentyabr 2023-cü il tarixli tutma protokolunda göstərilən təqsirləndirilən şəxsin faktiki azadlığının məhdudlaşdırıldığı vaxtda, yəni saat 18:36-də Bakı şəhəri, Sabunçu rayonu, ünvan 13 ünvanında, saat 18:42-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 111a, məhəllə, 2376/Surakhany ünvanında, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə protokolunda göstərilmiş şəxsi axtarış və götürülmə istintaq hərəkəti zamanı isə saat 19:58-də Bakı şəhəri, H.Əliyev prospekti, 106A/Nizami ünvanında, saat 20:01-də ünvan 16 ünvanında olduğu göstərilmişdir. "xxxx" MMC-dən 28 fevral 2024-cü il tarixli qərarın icrası ilə bağlı Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış və 15 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskdən görünür: 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 12 sentyabr 2023-cü il tarixli tutma protokolunda göstərilən faktiki azadlığının məhdudlaşdırıldığı vaxtda, yəni saat 18:35 radəsində ünvan 18, ünvan 17 ünvanında olduğu göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə protokolunda isə şəxs barəsində şəxsi axtarış və götürülmə istintaq hərəkəti saat 20:00dan 20:10-dək aparılmışdır. Həmin vaxt təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***- **-** mobil nömrənin anten əhatə dairəsi məlumatlarına əsasən təqsirləndirilən şəxsin saat 19:50-də və 21:34-də ünvan 18 ünvanında olduğu müəyyən edilmişdir. 12 sentyabr 2023-cü il tarixdə Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 12 sentyabr 2023-cü il tarixli tutma protokolunda göstərilən təqsirləndirilən şəxsin faktiki azadlığının məhdudlaşdırıldığı vaxtda, yəni saat 18:40 radəsində Bakı şəhəri, Xətai rayonu, ünvan 20 ünvanında, saat 18:42-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 111a, məhəllə, 2376 ünvanında, saat 18:44-da Bakı şəhəri, Xətai rayonu, ünvan 22n şəxs barəsində şəxsi axtarış və götürmə protokolunda göstərilmiş şəxsi axtarış və götürülmə istintaq hərəkəti zamanı isə saat 19:58-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 111a, məhəllə, 2376 ünvanında, saat 19:59-da Bakı şəhəri, Xətai rayonu, ünvan 23akı şəhəri, Xətai rayonu, Babək prospekti, 111a, məhəllə, 2376 ünvanında, 20:07-də Bakı şəhəri, Xətai rayonu, ünvan 24. Suraxanı Rayon Məhkəməsi tərəfindən 17 iyul 2024-cü il tarixdə "xxxx" MMC-yə və 23 iyul 2024-cü il tarixdə "xxxx" MMC-yə sorğu ünvanlanaraq anten məlumatlarında zəngin tipi qrafasında qeyd olunmuş GPRS, usage_int, MOC, MTC kimi terminlərin izahının verilməsi, həmçinin yuxarıda qeyd olunmuş anten əhatə dairələrinin konkret olaraq hansı əraziyə aid olması və antenanın özünün harada yerləşməsi barədə (məsələn - Bakı şəhəri Xətai rayonu, Xocalı küçəsi kimi qeyd olunsa da, həmçinin /Surakhany/ də qeyd olunmuşdur) ətraflı məlumatın Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi istənilmişdir. 29 iyul 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli sorğusuna cavab olaraq ünvanlanan məlumat məktubunda qeydlərin təyinatından görünür ki, MTC-sorğu edilən nömrənin daxil olan zənglərini, MOC-sorğu edilən nömrənin çıxış zənglərini, SMSMO-sorğu edilən nömrənin çıxış SMS-i, SMSMT-sorğu edilən nömrənin daxil olan SMS-i, CFW isə zəngin yönləndirilməsini ifadə edir. Bundan əlavə, CELL ünvanlarının açıqlaması məktuba əlavə edilərək göndərilmişdir. Həmin xəritəyə baxış zamanı müəyyən olunur ki, xəritədə qeyd olunan “LBBK3069O1” CELL qismən Nizami və Suraxanı rayonlarını əhatə edir. “LBBK2487O3” CELL isə qismən Xətai, Nizami və Suraxanı rayonlarını əhatə edir. Məhkəmə iclasında anten əhatə dairələrinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə 12 sentyabr 2023-cü il tarixli tutma protokolunda göstərilən faktiki azadlığının məhdudlaşdırıldığı vaxtda, yəni saat 18:35 radəsində ünvan 18, ünvan 17 ünvanında olmuş, şəxsi axtarış və götürmə protokolunda qeyd edildiyi şəxs barəsində şəxsi axtarış və götürülmə istintaq hərəkəti həyata keçirilən zaman, olduğu ərazinin ünvan 18 ünvanı olduğu müəyyən edilmişdir. İş üzrə şahidlər Şahid1 və Şahid2 istifadəsində olan mobil nömrələrin anten dairəsindəki ziddiyyətlə bağlı verilmiş sorğulara cavab məktublarından görünür ki, anten əhatə dairəsi məlumatlarında Bakı şəhəri Xətai rayonu, Xocalı küçəsi kimi qeyd olunsa da, həmçinin Surakhany yazılması ilə bağlı ziddiyyətli məqamın səbəbi “LBBK3069O1” CELL-in qismən Nizami və Suraxanı rayonlarını əhatə etməsi, “LBBK2487O3” CELL-in isə qismən həm Xətai, həm Nizami, həm də Suraxanı rayonlarını əhatə etməsi olmuşdur. Mobil operatorlardan məhkəmənin icraatına adətən daxil olmuş anten əhatə dairəsi ilə bağlı məktublardan müəyyən olunur ki, hər hansı inzibati ərazi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər. Məhkəmənin qəbul etdiyi qərarlarla əldə edilmiş şahidlərin mobil telefon nömrələrinin anten əhatə dairələrindəki ziddiyyətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən videogörüntüləri özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilən zaman həmin videogörüntülərdən aydın surətdə görünür ki, hər iki polis əməkdaşı, Şahid1 və Şahid2 orada iştirak etmiş, müvafiq olaraq iş materiallarında həmin istintaq hərəkətləri ilə bağlı olan protokollar da hər iki şahid tərəfindən imzalanmışdır. Bu xüsusatı təqsirləndirilən şəxs öz ifadəsində də təsdiq etmişdir. Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin harada olması ilə bağlı anten əhatə dairəsi məlumatlarına baxış keçirilən zaman 12 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunda göstərilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı saat 19:58-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 111a, məhəllə, 2376 ünvanında, saat 19:59-da Bakı şəhəri, Xətai rayonu, ünvan 23akı şəhəri, Xətai rayonu, Babək prospekti, 111a, məhəllə, 2376 ünvanında, 20:07-də Bakı şəhəri, Xətai rayonu, ünvan 28d Şahid1 istifadəsinə olmuş ***-***-**-** saylı mobil nömrə 12 sentyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə protokolunda göstərilmiş şəxsi axtarış və götürülmə istintaq hərəkəti zamanı saat 19:58-də Bakı şəhəri, H.Əliyev prospekti, 106A/Nizami ünvanında, saat 20:01-də ünvan 16 ünvanında olması ilk baxışda ziddiyyət yaratsa da faktiki olaraq təqsirləndirilən şəxs özü də ifadələrində bildirmişdir ki, hər iki şahid şəxsi axtarış və götürmə istintaq hərəkətində orada iştirak etmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 32-ci polis bölməsinin inzibati binasında təhqiqatçının xidməti otağında keçirilmişdir. Buradan belə nəticəyə gəlinir ki, mobil telefon nömrələrinin anten məlumatları ilə bağlı ziddiyyətlər real həqiqətə uyğun gəlmir, o cümlədən həmin ziddiyyətlər “LBBK3069O1” CELL-in qismən Nizami və Suraxanı rayonlarını əhatə etməsi, “LBBK2487O3” CELL-in isə qismən Xətai, Nizami, Suraxanı rayonlarını əhatə etməsi barədə sorğulara cavab şəklində verilmiş məktubla da təkzib olunur. Buna görə də həmin xüsusatlar məhkəmə tərəfindən sübut qismində qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymət verməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X11 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam etiraf etsə də, məhkəmənin ilk iclasları zamanı özünü qismən, sonrakı iclasları zamanı isə özünü ümumiyyətlə təqsirli bilməyərək göstərmişdir ki, ümumiyyətlə, narkotik vasitə istifadəçisi olmamış və üzərindən aşkar edilmiş maddə özünə məxsus olmamışdır. Bundan əlavə, onu ittiham aktında qeyd edilən “Əfrail” və “Babək” adlı polis əməkdaşları yox, öz kəndlisi “Emil” adlı əməliyyatçı tutmuş, saat 18:40 radələrində yox, 16 radələrində tutulmuş, Əfrail və Babək adlı polis əməkdaşları isə yalnız şəxsi axtarış zamanı iştirak etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs kəndlisi olan “Emil” adlı əməliyyatçı tərəfindən tutulması ilə bağlı bildirir ki, məhkəmə iclasında dindirilən hər iki şahid, yəni Şahid1 və Şahid2, ifadələri zamanı Təqsirləndirilən şəxs tutan polis əməkdaşlarının özləri olduğunu, onun tutulmasının axşam saat 18:40 radələrində ünvan 6 ünvanının qarşısında olduğunu bildirmiş və bu xüsusatla bağlı ifadələrində hər hansı bir ziddiyyət mövcud olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddənin özünə məxsus olmaması, həmin maddənin boynuna qoyulması məsələsi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müdafiəçisi ona təqdim olunan zaman bununla bağlı ona heç bir söz deməmiş, özünü təqsirli bilməyərək istintaqın aparılmasına etirazını bildirməmiş, hazırda qeyd etdiyi xüsusatlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət etməmişdir. Halbuki təqsirləndirilən şəxs iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o bu imkanlardan istifadə etməmişdir. Həmçinin məhkəmənin ilk iclasları zamanı özünü qismən təqsirli bilmiş tutulan zaman üzərində aşkar edilmiş 01 ədəd bükümdə olan metamfetaminin özünə məxsus olmasını və öz şəxsi istifadəsi məqsədilə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirdikləri, yəni özünün kəndlisi “Emil” adlı əməliyyatçı tərəfindən “Oba” marketın qarşısından tutulması və tutulan zaman üzərində psixotrop maddə olmaması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Həmçinin Suraxanı RPİ-nin 32-ci polis bölməsinin rəisinə ünvanlanmış raportdan da görünür ki, 12 sentyabr 2023-cü il tarixdə, saat 18:40 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 2 saylı evin qarşısında saxlanılmış və saat 18:50-də 32-ci polis bölməsinin Növbətçi hissəsinə təhvil verilən zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən həm Şahid1, həm də Şahid2 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsində iştirak etməsi, eyni zamanda Təqsirləndirilən şəxs aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi, əynindəki boz rəngli cins şalvarının cibindəki 01 ədəd içərisində psixotrop maddə olan bükümü təqdim etməsi və ona hansısa xəsarət yetirilmədiyi, bədəni üzərində vizual müşahidə zamanı xəsarətlərin olmaması aşkar görünür. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilmədiyi, bunu məhkəmə iclasında verdiyi ifadəsi zamanı da təsdiq etməsi, o cümlədən onun azərbaycan dilində sərbəst olaraq yazmağı və oxumağı bacardığı halda polis əməkdaşları tərəfindən onun psixotrop maddənin məcburən ona məxsus olması ilə bağlı etirafedici ifadələr verməsi, həmin maddənin ona məxsus olmadığı halda üzərindən aşkar edilməsi ilə bağlı qeyd etdikləri heç cür inandırıcı deyildir. Həmçinin iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 7287 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. O cümlədən o, ambulator narkoloji müayinə zamanı 10 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə xarakterli ifadələr iş üzrə toplanmış mötəbər və əsaslı sübutlarla tam təkzib olunur. Bütün qeyd olunan faktlar Təqsirləndirilən şəxs dediklərinin həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən və sübut növü kimi qiymətləndirilə bilməyən qeyri-mötəbər dəlillər olmasını göstərir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun dediklərinə tənqidi yanaşaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut növü kimi qiymətləndirmir, əksinə ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut növü kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 1,709 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Cinayət Prosessual Məcəllənin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə, narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyataxtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer ünvan 3 ünvanının qarşısıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs, 12 sentyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,709 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən oğurluq cinayəti törətməkdə şübhəli bilinərək 12 sentyabr 2023-cü il tarixdə, saat 18:40 dəqiqədə ünvan 3 ünvanının qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 32-ci polis bölməsinə aparılmış və orada üzərində narkotik vasitə olması ilə bağlı etdiyi etiraf üzrə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 1,709 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Cinayət Prosessual Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün həmçinin Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuşdur. O, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(008)-295/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə və əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmaqla, qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılmış, həmin Məhkəmənin 23 dekabr 2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş, 06 mart 2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Sonuncu dəfə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2024cü il tarixli, 1(008)-235/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək, əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmaqla, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. (iş.v. 102-103) Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(008)-295/2021 saylı hökmü ilə cəza təyin edilən cinayət əməlinə görə, məhkumluğu götürülməmiş və ödənilməmişdir. Belə ki, törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına aid olmuşdur. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(008)-295/2021 saylı hökmü ilə ona təyin edilmiş cəzanın sonundan iki il keçməməsinə baxmayaraq o, yenidən məhkumluğu ödənilməmiş və ya götürülməmiş 2023-cü ilin sentyabr ayında cinayət əməlini törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətin residivinə görə, daha sərt cəza tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən sadə residiv hesab olunmalı və CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı üçün həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin sadə residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayəthüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 18.1 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir. CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, islah olunmamasını, cəzanı yüngülləşdirən halın olmamasını, əksinə cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Beləliklə, məhkəmə araşdırmasının yekunu olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-235/2024 nömrəli iş üzrə 16 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə şübhəli şəxs qismində saxlanıldığı müddət, həmin iş üzrə istintaq zamanı axtarış qərarı əsasında tutularaq saxlanıldığı müddət və hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 fevral 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, digər iş üzrə həbsdə saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,659 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalı, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 (iki) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-235/2024 nömrəli iş üzrə 16 fevral 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 10 oktyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həmin iş üzrə istintaq zamanı axtarış qərarı əsasında tutularaq 08 dekabr 2023-cü il tarixdən 10 dekabr 2023-cü il tarixədək saxlanıldığı 02 gün müddət və hazırki iş üzrə 12 sentyabr 2023-cü il tarixdən 14 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, cəmi 06 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və digər iş üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,659 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (bir) ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş 02 (iki) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar