Məhkəmə qərarları › İş №1(010)-152/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-152/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-152/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsi, Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs5 qızının, Zərərçəkmiş şəxs1 iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyat olan və faktiki həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «PEUGEOT PARTNER» minik markalı 90-OU 571 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, ünvan 2 ünvanda 50 km/saat sürətlə hərəkətdə olarkən piyadaların yolu soldan sağa keçməsini gördükdə, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və həmin vəziyyətdə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq Qanunun həmin maddəsinin tələblərini pozduğu üçün avtomobilinin qabaq tərəfi ilə yolu soldan sağa keçən piyadalar 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan vurub ona sol bazu sümüyünün qabarının qopmuş sınığı, burun kökünün əzilmiş yarası, alın nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrığı, sol baldırın əzilmiş səthi yarsı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, 2017-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol mil sümüyünün qapalı yerdəyişən sınığı kimi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan sol ayaq pəncəsinin şişkinlik halında əzilməsi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 sol qamış sümüyünün yerdəyişən sınığı, alın və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs5 sağ qamış sümüyünün yerdəyişən sınığı, diz oynağı bağlarının zədələnməsi və sol baldırın qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Peugeot Partner minik» markalı 90-QU- 571 dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə işdən çıxdıqdan sonra özünə məxsus olan «Peugeot Partner minik» markalı 90-0- 571 dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib idarə edərək yaşadığı evə yola düşmüşdür. Saat 22 radələrində Suraxanı rayonu Suraxanı qəsəbəsindən Əmircan qəsəbəsi istiqamətində idarə etdiyi «Peugeot Partner minik» markalı 90-OU 571 dövlət qeydiyyat nişanlı avtomobili ilə 50 km/saat sürətlə hərəkətdə olarkən qarşıdan da «Kia Sportage» markalı avtomobil hərəkətdə olmuşdur. Gecə vaxtı olduğundan və yol işıqlandırılmadığından avtomobilinin yaxın vuraq işıqlarını yandırmışdır. Yolun ensiz hissəsində qarşıdan hərəkətdə olan «Kia Sportage» markalı avtomobil qəflətən manevr edib yoluna çıxaraq öz yoluna qayıtmış, ani olaraq avtomobilini sağa manevr etdirib tez də sükanı döndərib sola manevr etmişdir. Həmin vaxtı «Kia Sportage» markalı avtomobilin işıqları gözünə düşdüyündən qarşı tərəfi yaxşı görə bilməmiş, bir neçə şəxsin yolu soldan sağa keçmək istədiklərini, həmin şəxslərin hərəkət yolunda olduqlarını görmüş, hadisənin qarşısını almaq üçün avtomobilini sağa çəkmiş, məsafə az olduğundan bunu edə bilməmiş və avtomobilinin qabaq tərəfi ilə ehtiyatsızlıqdan yolu keçən piyadaları vurmuşdur. Dərhal avtomobili saxlayıb düşmüş, vurulan piyadalardan ikisinin orta yaşlı qadın, üçünün isə qız uşaqları olduğunu görmüşdür. Yolda yıxılıb qalmış qadını kömək edib yolun kənarına çıxarmış, təcili tibbi yardıma zəng edərək hadisə yerinə çağırmış, xəsarət alanları hadisə yerinə gələn iki təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salaraq oradan keçən Post patrul xidmətinə məlumat vermiş, digər polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerinə baxış keçirmişlər. Hadisədən dərhal sonra sərxoşluq müayinəsindən keçirilmiş, hadisə vaxtı ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. Hadisədən sonra atası Nadir zərərçəkmiş şəxslərin evinə getmiş, 3.000 manatdan çox maddi yardım göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 09 iyun 2022-ci il tarixdə azyaşlı qızı Zərərçəkmiş şəxs2, qohumları Zərərçəkmiş şəxs5 və sonuncunun qızları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parka istirahət etməyə gedib bir qədər parkda gəzib, oturub istirahət etdikdən sonra saat 22 radələrində evlərinə qayıdarkən parkdan çıxıb avtomobil yoluna yaxınlaşıb yolu soldan sağa keçməyə başlamışlar. Yolu keçib qurtaran zaman sağdan hərəkətdə olan avtomobil onları vurmuş, zərbənin təsirindən hamısı yıxılmış və xəsarət almışlar. Onları vuran avtomobilin sürücüsü, adını sonradan öyrənib bildiyi Namiq adlı şəxs hadisə yerində dayanıb oraya təcili yardım avtomobili çağırmış onları xəstəxanaya yola salmışdır. Sonda o, ona və xx.xx.2017-ci il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs2 dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmamasını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Həmçinin, gələcəkdə də bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və iddiasının olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 09 iyun 2022-ci il tarixdə qızları Zərərçəkmiş şəxs4, Pəri Məmmədidi, qohumları Zərərçəkmiş şəxs1 və sonuncunun qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parka istirahət etməyə gedib bir qədər parkda gəzib oturub istirahət etdikdən sonra saat 22 radələrində evlərinə qayıdarkən parkdan çıxıb avtomobil yoluna yaxınlaşıb yolu soldan sağa keçməyə başlamışlar. Yolu keçib qurtaran zaman sağdan hərəkətdə olan avtomobil onları vurmuş, zərbənin təsirindən hamısı yıxılmış və xəsarət almışlar. Onları vuran avtomobilin sürücüsü, adını sonradan öyrənib bildiyi Namiq adlı şəxs hadisə yerində dayanıb oraya təcili yardım avtomobili çağırmış onları xəstəxanaya yola salmışdır. Sonda o, ona və xx.xx.2007-ci il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs3 və xx.xx.2008-ci il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs4 dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmamasını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Həmçinin, gələcəkdə də bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və iddiasının olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs1, qohumları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs5 qızları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parka istirahət etməyə gedib bir qədər parkda gəzib oturub istirahət etdikdən sonra saat 22 radələrində evlərinə qayıdarkən parkdan çıxıb avtomobil yoluna yaxınlaşıb yolu soldan sağa keçməyə başlamışlar. Yolu keçib qurtaran zaman sağdan hərəkətdə olan avtomobil onları vurmuş, zərbənin təsirindən hamısı yıxılmış və xəsarət almışlar. Onları vuran avtomobilin sürücüsü hadisə yerində dayanıb oraya təcili yardım avtomobili çağırmış onları xəstəxanaya yola salmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qsmində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs5, bacısı Zərərçəkmiş şəxs4, qohumları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs1 azyaşlı qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parka istirahət etməyə gedib bir qədər parkda gəzib, oturub istirahət etdikdən sonra saat 22 radələrində evlərinə qayıdarkən parkdan çıxıb avtomobil yoluna yaxınlaşıb yolu soldan sağa keçməyə başlamışlar. Yolu keçib qurtaran zaman sağdan hərəkətdə olan avtomobil onları vurmuş, zərbənin təsirindən hamısı yıxılmış və xəsarət almışlar. Onları vuran avtomobilin sürücüsü hadisə yerində dayanıb oraya təcili yardım avtomobili çağırmış onları xəstəxanaya yola salmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qsmində dindirilmiş yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs5, bacısı Zərərçəkmiş şəxs3, qohumları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs1 qızı Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parka istirahə etməyə gedib bir qədər parkda gəzib oturub istirahət etdikdən sonra saat 22 radələrində evlərinə qayıdarkən parkdan çıxıb avtomobil yoluna yaxınlaşıb yolu soldan sağa keçməyə başlamışlar. Yolu keçib qurtaran zaman sağdan hərəkətdə olan avtomobil onları vurmuş, zərbənin təsirindən hamısı yıxılmış və xəsarət almışlar. Onları vuran avtomobilin sürücüsü hadisə yerində dayanıb oraya təcili yardım avtomobili çağırmış onları xəstəxanaya yola salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 arvadı, azyaşlı Zərərçəkmiş şəxs2 qızıdır, Zərərçəkmiş şəxs5 qohumumdur. Arvadı Zərərçəkmiş şəxs1, qızı Zərərçəkmiş şəxs2, qohumları Sonaxanım Məmmədli, onun qızları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadıqları Əmircan qəsəbəsində yolnəqliyyat hadisəsi nəticəsində xəsarət almışlar. Hadisə yerində olmamış və hadisənin necə baş verdiyini görməmişdir. Hadisədən sonra arvadı Günelin deməsindən eşidib bilmişdir ki, xx.xx.2022-ci il tarixdə arvadı Günel, qızı Humay, qohumları Sonaxanım, Məleykə və Pəri Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parka istirahə etməyə gedib saat 22 radələrində evə qayıdarkən parkdan çıxıb avtomobil yoluna yaxınlaşıb yolu soldan sağa keçərkən sağdan hərəkətdə olan avtomobil onları vurmuşdur. Hadisəni törədən sürücü avtomobilin hadisə yerində saxlayaraq oraya təcili yardım avtomobili çağırıb xəsarət alanlara kömək edib xəstəxanaya yola salmışdır. Nadisəni törədən sürücünün Namiq adlı şəxs olduğunu sonradan öyrənib bilmişlər. Cinayət işinin 6-10-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsində baş vermişdir. X1 idarə etdiyi «Peugeot Partner minik» markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuşdur. Hadisənin baş verdiyi yerdə yol asfaltbeton örtüklü olub quru olmuşdur. Yol örtüyünün eni 6 metr, hərəkət zolağının say 2, hərəkət zolağının eni 3 metrdir. Hərəkət hissəsinin hər iki tərəfində səki vardır. Yol işıqlandırılmır və nizamlanmır. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Cinayət işinin 13-cü vərəqində olan xx.xx.2022-ci il tarixli 1/2704 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 28-29-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 667 nömrəli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 bədən səthində sol bazu sümüyünün qabarının qopmuş sınığı, burun kökünün əzilmiş yarası, alın nahiyəsinin, sol diz oynağı nahiyəsinin sıyrığı, sol baldırın əzilmiş səthi yarsı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 30-31-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 668 nömrəli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs2 bədən səthində sol mil sümüyünün qapalı yerdəyişən sınığı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 32-33-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 669 nömrəli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı X6 bədən səthində oynaqda hərəkət məhdudluğu ilə müşaiyət olunan sol ayaq pəncəsinin şişkinlik halında əzilməsi müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 36-37-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 671 nömrəli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı X3 bədən səthində sol qamış sümüyünün yerdəyişən sınığı, alın və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 129-132-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17/670 əlavə, nömrəli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs5 bədən səthində sağ qamış sümüyünün yerdəyişən sınığı, diz oynağı bağlarının zədələnməsi və sol baldırın qançırı müəyyən edilmişdir. Müəyyən edilmiş xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələr bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 118-120-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8/2276 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyində göstərilmişdir ki, «Peugeot Partner» markalı 90-OU 571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 133-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş, notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona, xx.xx.2007-ci il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs3 və xx.xx.2008-ci il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs4 dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Həmçinin, gələcəkdə də bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və iddiasının olmamasını bildirmişdir. Məhkəmə iclasında təqdim edilmiş, notarial qaydada təsdiq olunmuş, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona və xx.xx.2017-ci il təvəllüdlü azyaşlı qızı Zərərçəkmiş şəxs2 dəymiş maddi və mənəvi ziyan tam ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Həmçinin, gələcəkdə də bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və iddiasının olmamasını bildirmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs oğlunun CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar