Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-152/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1999-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı rayonu, Köhnə Alvadı Ə/D, Köhnə Alvadı kəndində qeydiyyatda olan və yaşayan, 08 oktyabr 2024-cü ildə barəsində “polisin nəzarəti altına vermə” növündə iltizam qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 07 mart 2025-cü ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs, o cümlədən mebel ustası kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun üçün bir həftə müddətində mətbəx mebeli düzəldib təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Zərərçəkmiş şəxs 02 mart 2024-cü il tarixdə saat 13:44 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən «Bravo Supermarket» mağazasındakı «Million» ödəmə terminalı vasitəsilə ona məxsus 4169 7388 3378 8023 bank kartına bağlı olan hesaba köçürdüyü 500 manat, 10 avqust 2024-cü il tarixdə saat 15:55 radələrində qeyd olunan ünvanda «Million» ödəmə terminalı vasitəsilə ona məxsus 4169 7388 3378 8023 bank kartına bağlı olan hesaba köçürdüyü 500 manat, 25 avqust 2023-cü il tarixdə saat 17:55 radələrində isə bank kartına bağlı olan hesabdan mobil tətbiq vasitəsilə ona məxsus 4169 7388 3378 8023 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 500 manat məbləğində pul vəsaitini köçürmə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumillikdə 1.500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, “İnstaqram” sosial şəbəkəsində “Armarda” mebel səhifəsinin admini olmuşdur. Təxminən 2024-cü ilin mart ayında bir nəfər xanım ona məxsus 051-623-73- 48 nömrəli mobil telefonuna zəng edib mebel sifariş etmək istədiyini bildirmişdir. O, həmin xanımın hansı modeli və hansı qiymətə istədiyini öyrəndikdən sonra ölçüləri götürmək üçün həmin xanımın yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən nömrəsiz evə getmişdir. Ölçüləri götürdükdən sonra həmin xanımdan və yoldaşından 500 manat ilkin əmək haqqı istəmişdir. Həmin şəxs bir neçə saat sonra ona məxsus 4169 7388 3378 8023 saylı kart hesabına 500 manat pul atmışdır. Bundan sonra o, həmin şəxslərdən 566 manat da pul istəmiş həmin şəxslər yenidən ona məxsus karta həmin pulu atmışlar. Sonradan da həmin xanımdan 500 manat pul atmasını istəmişdir. O, həmin şəxslərin mebelini düzəltmək üçün materialı tapıb düzəldib çatdıra bilməmişdir. Həmin şəxslərə mebel üçün ödədikləri pulu qaytarmaq üçün söz vermişdir. Lakin maddi vəziyyəti ilə əlaqədar olaraq həmin pulu qaytara bilməmişdir. Hazırda ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və barışıq əldə etdiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə zərərçəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, maddi imkanı olmadığına, həmçinin himayəsində azyaşlı uşağı olduğuna və hazırda Qazax rayonunda yaşadığına görə məhkəmə iclasında iştirak edə bilmir, təqsirləndirilən şəxslə barışmış, ona dəyən ziyan ödənilmiş, ifadəsin elan olunmasını və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, təqribən 2024-cü ilin mart ayının 2-də “İnstaqram” sosial şəbəkəsində “Armarda” mebel səhifəsində mətbəx mebeli görüb bəyənmişdir. Sifariş vermək üçün səhifədə qeyd olunan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs onun evinə gəlmiş və mətbəxin ölçülərini götürmüşdür. İlk dəfə 500 manat behi ona verdiyi Hikmətə məxsus 4169 7388 3378 8023 saylı kart hesabına evinin yaxınlığında yerləşən “İki qardaş” marketdə yerləşən terminal vasitəsi ilə atmışdır. Bir həftə sonra mebeli çatdıracağını bildirmişdir. Bir həftə keçdikdən sonra xx.xx.2024-cü il tarixdə əlaqə saxlayan zaman yenidən 500 manat pul istəmişdir ki, sifarişi tez çatdırsın. O, yenidən həmin marketdə yerləşən terminaldan 500 manat pul göndərmişdir. Bir müddət sonra onu evə yenidən çağırmış və söhbət etmişdirlər. Söhbət əsnasında o pulunun oğurlandığını, onun yanında işləyən ustanın onu aldatdığını və iflas etdiyini bildirərək onu aldatmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə mebelin hazır olduğunu və mebelin sexdən çıxmağı üçün ödənişin tam edilməsini tələb etmişdir. O, yenidən təqsirləndirilən şəxsin 4169-7388- 3378-8023 nömrəli “Kapital Bank” hesabına telefonda ABB proqramı ilə 500 manat pul göndərmişdir. Daha sonra təqsirləndirilən şəxsdən mebeli tələb etdikdə Hikmət onlara 3 gün ərzində mebeli çatdıracağını bildirmişdir. Lakin dəfələrlə Hikmətlə əlaqə saxlasalar da, cavab verməmişdir. Telefona cavab verdikdə isə nənəsinin rəhmətə getməsi, ayağının sınması, rayonda olması kimi bəhanələrə onu aldatmıdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs Şahid ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, təxminən 02 mart 2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs “İnstaqram” sosial şəbəkəsində mebel görüb bəyənmiş və sifariş vermək istəmişdir. Həmin qeyd olunan nömrə ilə əlaqə saxladıqda qiymətdə razılaşıb ölçü götürməyi üçün yaşadıqları evə dəvət etmişdir. Həmin şəxs ölçüləri götürdükdən sonra 500 manat beh istəmişdir. Yoldaşı həmin şəxsə məxsus 4169 7388 3378 8023 saylı kart hesabına evinin, yaxınlığında yerləşən “İki qardaş” marketdə yerləşən terminal vasitəsi ilə 500 manat pul atmışdır. Bir neşə gün sonra həmin şəxs yenidən 500 manat pul istəmişdir. Yoldaşı yenidən təqsirləndirilən şəxsə məxsus karta 500 manat pul atmışdır. Həmin gündən sonra müxtəlif bəhanələrlə onları aldatmağa başlamışdır. 06 iyun 2024-cü il tarixdə həmin şəxs mebelin hazır olduğunu və təhvil almaq üçün 500 manat göndərmək lazım olduğunu bildirmişdir. Yoldaşı yendiən həmin şəxsə məxsus karta 500 manat pul göndərmişdir. Hikmət o gündən sonra hər dəfə bir bəhanə ilə onlardan qaçmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı onu tamamlayan və bir birinə uyğun gələn zərərçəkmiş şəxslərin ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işindən müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 14 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilsin və onun CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, hazırkı qərar elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 14 (on dörd) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 154 (yüz əlli dörd) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-152/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-152/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver