Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-153/2023 17.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X1, təqsirləndirilən şəxs X1 müdafiəçisi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, X1, 02 iyun 2003-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, ünvan 3 ünvanında yaşayır, 19 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş və 29 oktyabr 2022-ci il tarixdə barəsində seçilmiş qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1, xx xxxx 2002-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır və 19 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.3-cü və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 iyun 2022-ci il tarixdə saat 03:55-də Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən “Cahan” marketə qapını açmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla kassadan 200 manat nağd pul, mağazadan 80 manat dəyərində “Kent” markalı tütün məmulatı və həmin mağazaya quraşdırılmış Zərərçəkmiş şəxs2 MMC-yə məxsus İD-2054 saylı “E-manat” ödəmə terminalının arxa hissəsini sındıraraq aparatın kassasından 2111 manat nağd pulu gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 cəmi 280 (iki yüz səksən) manat və Zərərçəkmiş şəxs2 MMC-yə cəmi 2111 (iki min yüz on bir) manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah məqsədilə özgəsinin əmlakını gizli olaraq talama niyyətilə tanışı X4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halmda birləşərək 30 iyun 2022-ci il tarixdə saat 03:55-də Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən “Cahan” marketə qapını açmaq yolu ilə qanunsuz olaraq daxil olmaqla kassadan 200 manat nağd pul, mağazadan 80 manat dəyərində “Kent” markah tütün məmulatı və həmin mağazaya quraşdırılmış ‘’Modenis” MMC-yə məxsus İD-2054 saylı “E-manat” ödəmə terminalının arxa hissəsini sındıraraq kassasından 2111 manat nağd pulu gizli olaraq talamış və nəticədə Zərərçəkmiş şəxs1 cəmi 280 (iki yüz səksən) manat və Zərərçəkmiş şəxs2 MMC-yə cəmi 2111 (iki min yüz on bir) manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı ittihamı müdafiə edərək bildirmişdir ki, ittiham tərəfi olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə olan ittihamdan imtina edir. Hər hansı bankomatdan və ya digər elektron vasitədən qeyd edilmiş pul vəsaiti fiziki güclə əldə edildikdə burada həmin bankomata daxil olma elektron məlumat daşıyıcılardan oğurluğun törədilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olsa da, faktiki olaraq azərbaycanlıdır və uşaqlıqdan Bakı şəhərində yaşayır. 1-ci sinifdən 11-ci sinifə kimi Bakı şəhəri, Suraxanı rayonu. Yeni Günəşli qəsəbəsində yerləşən 285 saylı tam orta məktəbdə təhsil almış, orta təhsili tam olaraq həmin məktəbdə bitirmişdir. Azərbaycan dilinin latın qrafikası ilə sərbəst yazıb-oxumağı və danışmağı bacarır. Muradı yaxın ərazidə qaldığı üçün tanımış və onunla arasında dostluq münasibəti vardır. 2022-ci ilin iyun ayının son həftəsində məhəllədə olan zaman Murad ona yaşadığı məhəllədə yerləşən “Cahan” marketdən oğurluq etmək qərarına gəldiyini bildirmiş və onunla birlikdə bu oğurluq əməlini törətməyi təklif etmişdir. O da razılaşmışdır. Bundan sonra onlar plan qurmuşlar və həmin plana əsasən, Murad özü ilə götürəcəyi dəmir parçası ilə həmin mağazanın çöl qapısının kilid hissəsinə salıb mağazanı açmalı olmuş, bundan sonra mağazaya daxil olub oğurluq etməli olmuşlar. Həmin plana uyğun olaraq, 30 iyun 2022-ci il tarixdə gecə təxminən saat 00:30 radələrində Muradla məhəllədə görüşmüşlər. Tanınmasınlar deyə ikisi də başlarına papaq taxmış və üzləri görünməsin deyə papağı üzlərinə kim çəkmişlər. Həm də hava isti olmasına baxmayaraq, üstlərində qış geyimi olmuşdur. Həmin vaxt Murad özü ilə bir ədəd kiçik və bir ədəd böyük dəmir parçası götürmüşdür ki, qapını açmaq üçün irtifadə etsin. Beləliklə də, onlar məhəllədə görüşdükdən sonra birlikdə həmin “Cahan” adlı mağazaya yaxınlaşmışlar. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra Murad özü ilə gətirdiyi dəmir parçası ilə həmin mağazanın qapısının kilid hissəsinə salıb sıxaraq qapını açmışdır. Bundan sonra kimsə səs eşidib mağazaya yaxınlaşar deyə ikisi də kənara çəkilib gizlənmişlər. Lakin heç kimin mağazaya yaxınlaşmadığını gördükdən sonra əvvəlcə Murad, arxasınca isə o həmin mağazaya girmişlər. İkisi də mağazaya daxil olduqdan sonra kassaya yaxınlaşmışlar və mağazanın kamerasını axtarmağa başlamışlar, Murad kassanın yanında kameranın aparatını tapıb onu çıxarmışdır. Sonra kassanı açıb orada olan bir miqdarda pulu saymadan götürmüşlər. Həm də mağazada kassanın yanında yuxarıdan asılmış halda olan yerdən bir neçə qutu “Kent” siqareti götürmüşlər. Bu zaman Murad həmin mağazada quraşdırılmış “E manat” terminalının olduğunu görmüş və ona həmin aparatın arxa hissəsində yerləşən kassa hissəsini çıxarıb içindəki pulları götürməyi demiş, o da razılamışdır. Bundan sonra Murad dəmir parçası ilə həmin “E-manat” aparatının arxa hissəsində yerləşən kilid hissəsinə salıb sıxaraq həmin yeri açmış və aparatın kassası sayılan dəmir siyirməni çəkərək içərisindəki pulun hamısını saymadan götürmüşdür. Bundan sonra ikisi də mağazadan çıxmışlar və oradan uzaqlaşmışlar. Biraz getdikdən sonra dayanıb oğurladıqları pulu saymışlar və kassadan oğurladıqları pulun 200 manat və “E-manat” aparatından oğurladıqları pulun isə 2111 manat olmasını müəyyən etmişlər. “E-manat” aparatının kassasını isə Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən təpədə iri həcimli daşın dibinə atmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüşlər və öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Oğurladıqları siqaretləri də aralarında bölmüşlər. O, həmin oğurladıqları siqaret qutularını evdə gizlətmişdir ki, hissə-hissə çəksin. Sonradan polis əməkdaşları tərəfindən saxlanılan zaman etdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Hadisə 29 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixə keçən gecə təxminən saat 00:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yaşadığı məhəllədə yerləşən “Cahan” marketdə baş vermişdir. Bu oğurluq əməlini tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişlər. Belə ki, Murad özü ona bu oğurluq əməlini törətməyi təklif etmiş və o da razılaşdıqdan sonra birlikdə icra etmişlər. Həmin oğurluq əməlini ikisi icra etmiş, başqa hər hansı bir şəxs onlara hər hansı bir formada köməklik göstərməmişdir. Həmin qeyd etdiyi oğurluq əməlindən başqa heç bir oğurluq və ya başqa cinayət əməli törətməmişdir. Sonda, o, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməlindən səmimi peşmançılıq hisslərinin keçirildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alınmaqla, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın teyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi qaydada “Saipa Saina” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq dolanır. Lakin oğurluq əməlini törətdiyi zaman heç bir işlə məşğul olmamışdır. Tural Abilovu məhəllə yoldaşı kimi tanımış və onunla aralarında həmişə yaxşı münasibət olmuşdur. 2022- ci ilin iyun ayının son həftəsində ehtiyaclarını ödəyə bilmədiyi üçün yaşadığı məhəllədə yerləşən “Cahan” marketdən oğurluq etmək qərarına gəlmiş və bu barədə dostu Turala bildirmişdir. Turala birlikdə həmin “Cahan” adlı marketə daxil olub ortadan oğurluq etməyi təklif etmiş, Tural da ehtiyacları olduğu üçün razılaşmışdır. Belə ki, qabaqcadan etdiyi plana uyğun olaraq özü ilə götürəcəyi dəmir parçası ilə həmin mağazanın çöl qapısının kilid hissəsinə salıb mağazanı açmalı olmuş və onlar mağazaya daxil olub oğurluq etməli olmuşlar. Həmin plana uyğun olaraq, 30 iyun 2022-ci il tarixdə gecə təxminən saat 00:30 radələrində Tural ilə məhəllədə görüşmüşlər. Onlar tanınmasınlar deyə ikisi də başlarına papaq taxmışlar və üzləri görünməsin deyə papağı üzlərinə kimi çəkmişlər. Həm də hava isti olmasına baxmayaraq, onların üzərlərində qış geyimi olmuşdur. Həmin vaxt o, yaşadığı evdən bir ədəd kiçik və bir ədəd böyük dəmir parçası götürmüşdür ki, qapını açmaq üçün istifadə etsin. Beləliklə də, onlar məhəllədə görüşdükdən sonra birlikdə həmin “Cahan” adlı mağazaya yaxınlaşmışlar. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra o, özü ilə götüdüyü dəmir parçası ilə həmin mağazanın qapısının kilid hissəsinə salıb sıxaraq qapını açmışdır. Bundan sonra kimsə səs eşidib mağazaya yaxınlaşaq deyə ikisi də kənara çəkilib gizlənmişlər. Lakin heç kimin mağazaya yaxınlaşmadığını gördükdən sonra əvvəlcə o, arxasınca isə Tural həmin mağazaya girmişlər. İkisi də mağazaya daxil olduqdan sonra kassaya yaxınlaşmışlar və mağazanın kamerasını axtarmağa başlamış, kassanın yanında kameranın aparatını tapıb onu çıxarmışdır. Sonra kassanı açıb orada olan bir miqdarda pulu saymadan götürmüşlər. Həm də mağazada kassanın yanında yuxarıdan asılmış halda olan yerdən bir neçə qutu “Kent” siqareti götürmüşlər. Bu zaman o, mağazada “E manat” terminalının da olduğunu görmüşdür. Buna görə də, Turala həmin aparatın arxa hissəsində yerlşdiyini bildiyi kassasını açaraq içərisindəki pulu oğurlamağı bildirmiş, Tural da razılaşmışdır. Bundan sonra özü ilə götürdüyü dəmir parçası ilə “E-manat” aparatının arxa hissəsində yerləşən hissədə olan kilid hissəsiniə salıb sıxaraq həmin yeri açmış və aparatın kassası sayılan dəmir siyirməni çəkərək içərisindəki pulun hamısını saymadan götürmüşdür. Bundan sonra ikisi də mağazadan çıxmışlar və oradan uzaqlaşmışlar. Biraz getdikdən sonra dayanıb oğurladıqları pulu saymışlar və kassadan oğurladıqları pulun 200 manat və “Emanat” aparatından oğurladıqları pulun isə 2111 manat olmasını müəyyən etmişlər. Oğurladıqları “E-manat” aparatının kassasını Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində təpədə iri daşın dibinə atmışlar. Oğurluq yolu ilə əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüşlər və öz şəxsi ehtiyacları üçün xərcləmişlər. Oğurladıqları siqaretləri də aralarında bölmüşlər və o, həmin siqaretləri yaşadığı evə gətirib evdə gizlədərək çəkib qurtarmışdır. Oğurluq yolu ilə əldə etdikləri siqaretlərdən iki qutu “Kent” markalı siqareti isə onlara gələn qohumu Sultana çəkməsi üçün vermişdir. Həmin vaxt ona verdiyi siqaretləri özünün aldığını demiş və onu oğurluq yolu ilə əldə etməyi barədə heç bir məlumat verməmişdir. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və etdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Hadisə 29 iyun 2022-ci il tarixdən 30 iyun 2022- ci il tarixə keçən gecə təxminən saat 00:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yaşadığını məhəllədə yerləşən “Cahan” marketdə baş vermişdir. Həmin oğurluq əməlini tanışı Tural Abilov ilə birlikdə törətmişlər. Turala bu oğurluq əməlini törətməyi təklif etmiş, Tural da razılaşmışdır. Həmin oğurluq əməlini ikisi birlikdə icra etmiş, başqa hər hansı bir şəxs onlara hər hansı bir formada köməklik göstərməmişdir. Həmin oğurluq əməlindən başqa heç bir oğurluq əməli törətməmişdir. Sonda, o, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməlindən səmimi peşmançılıq hisslərinin keçirildiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alınmaqla, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın teyin edilməsini xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsləri və onun müdafiəçilərini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, X3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişlər və onların təqsiri, özlərinin etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən “Cahan” marketi icarəyə götürərək işlədir. Hər gün təxminən saat 08:30 radələrində həmin mağazanı açır və axşam saat 00:30 radələrində mağazam bağlayıb evini gedir. 30 iyun 2022-ci il tarixdə axşam təxminən saat 00:30 radələrində həmişəki kimi mağazanı bağlayıb evinə getmiş və səhərisi təxminən saat 08:30 radələrində gəlib mağazaya yaxınlaşdıqda mağazanın qapısının açıq halda olduğunu görmüşdür. O, mağazaya daxil olmuş və bu zaman mağazanın içərisinin dağınıq halda olmasını görüb mağazadan oğurluq olduğunu başa düşmüşdür. Həmin vaxt mağazanın içərisinə quraşdırılmış “E-manat” aparatının da sındırıldığını və içərisində pul olmadığını görmüşdür. Mağazanı axtardıqda mağazadan 80 manat dəyərində “Kent” markalı siqaretlərin və 200 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Biraz sonra polis əməkdaşları gəlib mağazaya baxış keçirmişlər və o, hadisə barədə ərizə və izahat yazmışdır. Hadisə nəticəsində ona ümumilikdə 280 manat maddi ziyan dəymişdir. Sonda o, əlavə olaraq bildirdi ki, hazırda maddi ziyan tam ödənilmiş, hər iki təqsirləndirlən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və həmin zərərçəkmiş şəxslərlə barışdığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2021-ci ilin fevral ayından halhazıradək Zərərçəkmiş şəxs2 MMC şirkətində Təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində işləyir və həm də şirkətin hüquq mühafizə orqanlarında olan işlərlə bağlı şirkət tərəfindən verilmiş etibarnamə əsasında şirkətin nümayəndəsi qismində iştirak edir. İşlədiyi Zərərçəkmiş şəxs2 MMC şirkəti “E-manat” ödəniş aparatlarının obyektlərə quraşdırılması və fəaliyyətinə nəzarət etməklə məşğuldur. 30 iyun 2022-ci il tarixdə gecə saat 01-02 radələrində işlədiyi şirkət tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən “Cahan” adlı mağazaya quraşdırılmış İD-2054 saylı “E manat” ödəmə terminalının sisteminin sönməsi barədə məlumat daxil olmuşdur. Həmin faktı səhərisi gün müəyyən etmişlər. Həmin mağazaya getdikdə məlum olmuşdur ki, 30 iyun 2022-ci il tarixdə gecə saat 00:30- dan həmin gün saat O8:3Ö-dək olan müddət ərzində naməlum şəxs və ya şəxslər həmin “Cahan” adlı mağazaya qanunsuz daxil olaraq həmin mağazadan oğurluq etmiş və oğurluq zamanı işlədiyi şirkətə məxsus ödəmə terminalı sökülərək onun kassa hissəsindən 2111 manat nağd pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsinə görə Zərərçəkmiş şəxs2 MMC şirkətinə ümumilikdə 2111 manat məbləğində maddi ziyan dəymişdir. İşlədiyi Zərərçəkmiş şəxs2 şirkəti tərəfindən ona şirkətin adından çıxış etmək və hüquqlarını müdafiə etmək üçün etibarnamə verilmişdir. Sonda təqsirləndirlən şəxslər X3 və Təqsirləndirilən şəxs1 ilə barışdığının, onlara qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, hazırda anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun xalasının oğludur və onunla aralarında yaxşı münasibət vardır. 30 iyun 2022-ci il tarixdə günorta saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Muradgilin yaşadığı evə qonaq gəlmişdir. Söhbət zamanı Murad ona iki paket "Kent” markalı siqaret qutusu vermiş və çəkməyini bildirmişdir. Onun siqaret çəkdiyini bildiyi üçün həmin siqaretləri çəkməyi üçün ona vermişdir. O da bir-iki günə həmin siqaretlərin hamısını çəkmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Murad ona verdiyi siqaretləri oğurluq yolu ilə əldə etmişdir. Murad həmin siqaretləri oğurlaması ilə bağlı ona heç bır məlumat verməmişdir. Bunu bildiyi halda Muraddan həmin siqaretləri almayacağını və istifadə etmədiyini qeyd etmişdir. Nə Murad, nə də onun tanışı Tural ona heç bir söz deməmişdir. Bu gün ona məlum olmuşdur ki, Murad Tural ilə birlikdə həmin mağazadan oğurluq etmiş yə bu zaman oğurladıqları siqaretlərdən iki paket "Kent” markalı siqareti ona çəkməyi üçün vermişdir. Cinayət işinin 7-9-cu vərəqlərində olan Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı, polis mayoru Yusif Mənsimov tərəfindən tərtib edilmiş 30 iyun 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkildən görünür ki, hadisə yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən “Cahan” marketdir. Qeyd olunan marketin boz rəngli alüminium qapısının sındırılması yolu ilə daxil olan şəxs və ya şəxslər vardır. Kassada olan təxminən 200 manat pul və içəridə olan “E.manat” aparatını sındırılma yolu ilə içərində olan miqdarı bilinməyən pul oğurlanmışdır. Qeyd olunan mağaza ərzaq mağazasıdır. Hadisənin baş verdiyi yerin yaxınlığında olan mağazada video-görüntü kamerası vardır. Hadisə yerinə baxış keçirilərkən protokol tərtib edilib foto-şəkilləri çəkilmişdir. Cinayət işinin 97-98-ci vərəqlərində olan 19 sentyabr 2022-ci il tarixli “əşyanın tanınması haqqında” protokoldan və ona əlavə edilmiş foto-şəkillərdən görünür ki, tanıyan şəxs Nümayəndə təqdim edilən həmin bir ədəd əşyanı nəzərdən keçirib həmin kassanın hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmasını və baş vermiş oğurluq hadisəsi zamanı həmin şirkət tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində yerləşən “Cahan” marketə quraşdırılmış İD- 2054 saylı “E-manat” ödəmə terminalının kassa hissəsi olduğunu, həmin kassanı xarici əlamətlərindən tanıdığını bildirdi. Cinayət işinin 121-125-ci vərəqlərində olan “ifadənin hadisə yerində yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan və foto-şəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatlan yoxlamaq və dəqiqləşdirmək üçün onun təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatlan hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 126-131-ci vərəqlərində olan “ifadənin hadisə yerində yoxlanılması barədə” xx.xx.2022-ci il tarixli protokoldan və foto-şəkillərdən görünür ki, istintaq zamanı X1 ifadəsində qeyd etdiyi xüsusatlan yoxlamaq və dəqiqləşdirmək üçün onun təqsirləndirilən şəxs qismində ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatlan hadisə yerində əyani olaraq göstərmiş və bildirmiş, bununla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin 63-cü vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 sentyabr 2022-ci il tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 82-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X3 17 sentyabr 2022-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 150-154-cü vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-546/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi qərara alınmışdır. Cinayət işinin 155-159-cu vərəqlərində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-547/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, X5 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi qərara alınmışdır. Cinayət işinin 160-161-ci vərəqlərində olan 19 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 164-165-ci vərəqlərində olan 19 sentyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, X3 barəsində “başqa yerə getməmək” haqqında qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 186-cı vərəqində olan “axtarışda olan şəxsin tutulması haqqında” 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X3 29 oktyabr 2022-ci il tarixdə, saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 191-192-ci vərəqlərində olan 29 oktyabr 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, X3 barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 168-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilmədiyi müəyyən edilmişdir. Cinayət işinin 169-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə X1 əvvəllər məhkum edilmədiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin təhlükəsizlik şöbəsinin rəisi və səlahiyyətli şöbəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli ərizədən görünür ki, həmin cinayət işi ilə bağlı şirkət tərəfindən heç bir tələb və şikayətinin olmamasını, zərərin tam ödənilməsini qeyd etmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 və X1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 177.2.3-cü və 177.2.3-1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri tam sübuta yetirilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və X1 mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmalarını, zərərçəkmiş şəxslərin onlara qarşı hər hansı şikayətin və tələbin olmadığını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilmələrini, gənc olduqlarını məhkəmə Təqsirləndirilən şəxs1 və X1 cəzalarını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 və X1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə X1 gənc olduğunu törətdiyi əməllərdən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayətin və tələbin olmadığını və ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, bununla da cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də işin hallarını və təqsirləndirilən şəxsin müsbət xarakterizə olunan şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, ayrı-ayrılıqda yuxarıda sadalanan cəzanı yüngülləşdirən həmin halların məcmusunu müstəsna hal hesab edir və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini, yəni cərimə cəzasının təyin edilməsini mümkün sayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi X2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, cərimə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə cərimə cəzası təyin edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı 17 sentyabr 2022ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, təyin edilən cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəmə istintaq zamanı tutma altında saxlanıldığı (17 sentyabr-19 sentyabr 2022-ci il) 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona, 2000 (iki min ) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X1 məhkəməyədək icraat zamanı 17 sentyabr 2022-ci il tarixdən 19 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, X2 təyin edilən cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq, 1800 (bir min səkkiz yüz) manat məbləğində cərimə növündə cəza müəyyən edilsin. X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 17-19 sentyabr 2022-ci il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xid mət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyimi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyimi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-153/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-153/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver