Məhkəmə qərarları › İş №1(010)-153/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-153/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-153/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 22 avqust 1989-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilir ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə saat 18 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Range Rover» minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərkəz istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi istiqamətində sol zolaqda, yəni əks hərəkət zolağında 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 161-ci maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmamalı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub qarşısında onunla eyni istiqamətdə, eyni zolaqda hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi «Hyundai Avante» minik markalı ** YX *** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxıb hərəkət üçün təhlükə yaradaraq sağ zolaqdan sola doğru 10 km/saat sürətlə manevr edən Zərərçəkmiş şəxs idarə etdiyi «Hyundai Avante» minik markalı ** YX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində Zərərçəkmiş şəxs sol körpücük sümüyünün yerdəyişmiş sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuş, bundan sonra isə Təqsirləndirilən şəxs «Yol bərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmuş, yəni nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı və ya zərərçəkmiş şəxsi səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, onu özü xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğunu bildiyi halda, buna riayət etməmiş, nəqliyyat hadisəsini törətdikdən sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixli ifadəsində yalnız ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf edərək, ifadəsində göstərmişdir ki, 2014-cü ildən avtomobili idarə edir və sürücü kimi işləmişdir. 03 mart 2024-cü il tarixdə dostunun toyu olduğu üçün “Rent a Car”-dan etibarnamə əsasında “Range Rover” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Elə həmin gün saat təxminən 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istinqamətindən üzü Ramana qəsəbəsi istiqamətində toy kartecində hərəkət etmişdir. Təxminən 60 km/saat sürətlə hərəkətdə olan zaman o, ötmə əməliyyatı etmək istəmiş və qarşısındaki avtomobili ötən zaman anidən “Hyundai” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobil sol tərəfə dönmüş və o, avtomobilinin qabaq hissəsi ilə “Hyundai” markalı avtomobilin sol tərəfdən ön qanad hissəsi ilə toqquşmuşdur. Bundan sonra o, avtomobili orada tanımadığı duracağa bənzər bir yerdə saxlamış və sonra su almaq üçün marketə getmişdir. Sonra hadisə yerinə qayıtmış və təxminən yarım saat gözlədikdən sonra hadisə yerində heç kimin olmadığını görüb toya getmişdir. Rəmiş isə dostları tərəfindən xəstəxanaya aparılmışdır. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs 24 sentyabr 2024-cü il tarixli ifadəsində ona Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və öz müdafiəsi üçün əsassız dəlillər gətirərək göstərmişdir ki, 2014-cü ildən avtomobil idarə edir və sürücü kimi işləmişdir. 03 mart 2024-cü il tarixdə dostunun toyu olduğu üçün “Rent a Car”-dan etibarnamə əsasında “Range Rover” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Elə həmin gün saat təxminən 18 radələrində şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istinqamətindən üzü Ramana qəsəbəsi istiqamətində toy kartecində hərəkət etmişdir. Təxminən 80 km/saat sürətlə hərəkətdə olan zaman o, əks hərəkət istiqamətinə çıxaraq hərəkət etmiş və qarşısındaki avtomobil “Hyundai” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili əl əyləcindən istifadə edərək avtomobili döndərmək istəyən zaman o, avtomobilinin qabaq hissəsi ilə “Hyundai” markalı avtomobilin sol tərəfdən ön qanad hissəsi ilə toqquşmuşdur. Bundan sonra o, avtomobildən düşərək Rəmişə yaxınlaşmışdır. Sonra orada tanımadığı duracağa bənzər bir yerdə avtomobili saxlamış və sonra Rəmişin yanına qayıtmışdır. Rəmişin yanında bir qədər sonra avtomobildə oturmuş və sonradan DYP əməkdaşı hadisə yerinə yaxınlaşmışdır. DYP əməkdaşı buraya Suraxanı rayon əməkdaşlarının yaxınlaşacağını bildirib oradan uzaqlaşmışdırlar. Onlar getdikdən sonra o, Rəmişə su almağa və aptekdən dərman amağa getmişdir. Bu zaman hadisə yerinə Suraxanı rayonu üzrə DYP əməkdaşları və sonradan təhqiqatçı gəlmiş və onu orda tapmamışdırlar. Onun aptekə və mağazaya gedib gəlməyi təxminən 10 dəqiqə çəkmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, lakin Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə bəy evində çıxanda baş verib. Həmin yolda sürət 60 km/saat idi. Toy karteji gedən vaxt o, avtoxuliqanlıq olmaması üçün “abqona” çıxmışdır. Abqona çıxdığı üçün təqsirlidir. Sürdüyü maşını dostundan götürmüş, maşının da “Rent A Car” maşını olduğunu bilirmiş. Zərərçəkmiş şəxs sağ zolaqda olduğu halda əl əyləcini çəkmiş, hadisə də anidən olmuş, salon güzgüsünə baxmadığı üçün baş vermişdir. Təqsir hər iki tərəfdə olub, ancaq o hadisə yerindən qaçmayıb. Hadisə olandan sonra onun maşını sürüləcək vəziyyətdə olub. Zərərçəkmiş şəxs də ondan şikayətçi olmayıb və onun ərizəsini təhqiqatçıya vermişdir, ancaq onu hadisə yerindən yayındığı üçün axtarışa veriblər. Hadisə 3 mart tarixində olub və onlar eyni toyun iştirakçıları olublar. O, “krılo” istiqamətində vurmuş, sonra tormoza basmış və biraz qabaqda saxlamışdır. Arxa hissədə isə toy karteji olmuşdur. Onun idarə etdiyi maşında Nadir, Əlişir və bəyin qonşusu olub. Digər maşını Rəmiş idarə etmiş, o Rəmişin idarə etdiyi maşının qapısını açanda qan ləkəsi görməmişdir, Rəmiş də rahat hərəkət edirmiş. Bəyin maşını digər oğlanda olmuş, hadisə olandan 15-20 dəqiqə sonra Rəmişin yanında qalmış, sonra həmin maşınla su almağa gedib gəlmişdir. Həmin vaxt ərəfəsində polis gəlmiş və hadisə yerinə Suraxanı DYP-in baxdığını bildirmişdir. O, hadisə yerindən qaçmamış, Rəmiş ona çiyninin ağrıdığını, özünün həkimə gedəcəyini demişdir. Zərərçəkmiş toy günü həkimə getmiş, həkim korset taxmış, həmin gün toya gəlmiş və orada korsetlə də şəkli var, həkim də ağrısa gəlib rentgen etdirməsini bildirmişdir. O, zərərçəkmiş şəxsi 2021-ci ildən tanımışdır. O, toydan əvvəl də zərərçəkmiş şəxslə bəy evinin qarşısında şəkil çəkdirmişdir, toyda olarkən zərərçəkmiş şəxsdən həkimin nə dediyini soruşduqda Rəmiş ona 1-2 həftə ərzində ağrısı olsa həkimə yenidən gəlməsini dediyini bildirmişdir. Onların ilk işi təhqiqatçıda olmuş, təhqiqatçı onlarla ayrı-ayrılıqda görüşmüş, həmin vaxt ona Rəmişin onu tanımadığını dediyini bildirmişdir. 2-3 gün sonra isə Rəmişdən soruşduqda belə bir söz demədiyini bildirmişdir. O avtomobilin idarəsi üçün yol vərəqəsi almış, maşını da həmin gün götürmüşdür. Binəqədi qayısı ona zəng vuraraq çağırmış, cərimələri olduğunu göstərmişdir. O, 2 övladının olduğunu, barışıq olduğunu, 3 ay həbsdə olduğunu və bunların nəzərə alınmasını xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2015-ci ildən nəqliyyat vasitəsi idarə edir. 03 mart 2024-cü il tarixdə 18 radələrində yol vərəqəsi əsasında idarə etdiyi ‘Hyundai Avante” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospekti istiqamətindən üzü Ramana qəsəbəsi istiqamətində toy kartecində hərəkətdə olan zaman o mağazaya girmək istəmiş və idarə etdiyi avtomobilin dönmə işıqlarını yandıraraq sol tərəfə döndərmişdir. Dönməzdən qabaq güzgü ilə arxasında avtomobilin olub-olmamasına baxmış və Range- Rover markalı avtomobillə aralarında kifayət qədər məsafə olduğunu görmüşdür. O, sol tərəfə dönən zaman Range Rover markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks istiqamətinə çıxaraq sürətlə hərəkət etdiyini görmüşdür. Təqsirləndirilən şəxs onu görmüş və sürətini azaltmaq üçün əyləci sıxmışdır. Bu zaman Range Rover markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Elşən avtomobili tam dayandıra bilmədiyindən onun avtomobilinin ön buferi Zərərçəkmiş şəxs avtomobilinin sol ön qanad hissəsi ilə toqquşmuşdur. O, avtomobili saxlamış və avtomobildən düşmüşdür. Elşən isə avtomobili idarə edərək oradan uzaqlaşmış və avtomobilini orada ara küçələrdə yerləşən avtomobil təmir yerlərinin birinin qarşısında saxlamışdır. O, avtomobildən düşdükdə sol çiynini və sol qolunu hərəkət etdirə bilməmişdir. Daha sonra Elşən avtomobili orada saxlayıb onun yanına gəlmişdir. Ətrafda olan şəxslər DİN-in 102 Xidmətinə məlumat vermiş və o, DYP-nin işçilərini gözləmişdir. Sonradan bir DYP-nin əməkdaşı yaxınlaşmış və ərazini dəqiqləşdirərək buraya əməkdaş göndərəcəyini bildirmişdir. Bu zaman Elşən onla biraz söhbət etmiş və oradan uzaqlaşmışdır. Onun səhhəti qaydasında olmadığından o, Elşəndən hara getməsi barədə soruşa bilməmişdir. Elşən getdikdən bir qədər sonra DYP əməkdaşları hadisə yerinə gəlmiş və hadisə barədə soruşmuşlar. DYP əməkdaşları Elşəni nə qədər axtarsalarda tapa bilməmişlər. Zərərçəkmiş şəxs ağrıları şiddətli dərəcədə olduğundan o, xəstəxanaya müraciət etmişdir. Həmçinin qeyd etmişdir ki, hadisə zamanı o, ayıq vəziyyətdə olmuşdur. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun dostu Bayramov Cavidanın toyu zamanı 3-4 ildir tanıdığı Təqsirləndirilən şəxs avtomobili ilə toqquşmuşdur. O, yolda avtoxuliqanlıq etmiş, əl əyləcini dartmışdır. Təqsirləndirilən şəxs həmin vaxt “Rent a Car”dan kirayə götürdüyü Range Rover maşınını idarə edirdi. Hadisə zamanı onun sol çiyin körpücüyü qırılmışdır. Orada Elşənlə birlikdə polisi gözləmişlər, polis gəldikdən sonra həmin əraziyə aid olmadıqlarını deyib getmişlər, sonradan polis gəlməmiş, o da oradan xəstəxanaya getmiş, Elşən isə toya getmişdir. Ona dəymiş ziyan ödənilib, şikayəti yoxdur. O, təhqiqatçı və ya müstəntiqə ərizə yazıb verəndə Elşənin ziyanına yazdırmışlar, sonradan özü vəkillə getmiş notariusda ərizə yazmışdır. Onlar arasında üzləşmə olmuşdur. O, xəstəxanadan çıxdıqda ağrısı olmuş, özü ərizə yazmışdır. Onlar istintaq zamanı barışmışlar, 2-3 dəfə ərizə yazmışdır, 2 dəfə ərizəni başa düşməmiş, 3-cü dəfə də vəkil ilə getmişdir. O toya getmiş, yarım saat orada olmuş, Elşənlə də görüşmüşdür. Ona dəymiş ziyan ödənilib, aralarında barışıq var. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı vəzifəsində işləyir, polis mayorudur. 03 mart 2024-cü il tarixdə saat 18 radələrində Suraxanı RPİ-nin Növbətçi hissəsindən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat almış və dərhal hadisə yerinə getmişdir. Hadisə yerinə gəldikdə burada “Hyundai Avante” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza törətdiyini, ətrafda şəxslərin toplaşdığını görmüşdür. Ətrafdakı şəxslər ona zərərçəkənin xəstəxanaya aparıldığını bildirmişdirlər. O da hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmiş və hadisənin sxemini tərtib etmişdir. Burada olan şəxslərdən və DYP-nin əməkdaşlarından hadisəni törədən şəxs barədə soruşmuş, lakin ona həmin şəxsin burada olmadığını, hadisə yerini tərk etdiyini bildirmişdirlər. DYP əməkdaşları onu axtardıqlarını, lakin tapa bilmədiklərini demişlər. Hadisəni görən şəxslər isə onun hadisə yerini tərk etdiyini bildirmişlər. O, material üzrə araşdırma aparmış və hadisədən sonra, toyda olan şəxslər vasitəsilə hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini öyrənmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 mart 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat alıb, dərhal hadisə yerinə gəlmişdir. Hadisə yerinə gəldikdə burada “Hyundai Avante" markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəza törətdiyini, ətrafda şəxslərin toplaşdığını, “Hyundai Avante” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün xəsarət aldığını görmüşdür. Hadisəni törədən şəxsin avtomobili “Range Rover” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil də sürücü tərəfindən hadisə yerindən kənarda, duracaqda saxlanılmışdır. Lakin hadisəni törədən avtomobilin sürücüsünü nə qədər axtarsa da hadisə yerində tapa bilməmişdir. Ətrafda olan şəxslərdən də bu barədə soruşmuş, lakin onlar da həmin sürücünün yerini bilmədiyini demişdirlər. Sonradan “Hyundai Avante” markalı **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarətinin olduğunu, xəstəxanaya getmək istəməsini bildirmiş və tibbi yardım almaq üçün xəstəxanaya getmişdir. Onun xəstəxanaya getməsindən sonra o, təxminən 20-30 dəqiqə axtarmış, lakin hadisəni törədən digər avtomobilin sürücüsünü tapa bilməmişdir. Cinayət işininin 5-6-cı vərəqlərində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 mart 2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi istiqamətində baş vermişdir. Yolun hərəkət zolaqlarının sayı 02, yolun hərəkət hissəsi düz, yol örtüyünün növü asfalt-beton, yol örtüyünün eni isə 8 metrdir. Yol nəqliyyat hadisəsi nəticəsində, Ramana qəsəbəsindən hərəkət etmiş və toqquşma olmuşdur. Cinayət işininin 11-ci vərəqində olan DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2014cü il tarixli AD seriyalı 045705 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixədək aktiv olmuşdur. Cinayət işininin 13-14-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli 161 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol körpücük sümüyünün yerdəyişmiş sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən, törənmişdir, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sürücüsü olduğu avtomaşının digər avtomaşınla toquşşması nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 16-18-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 may 2024-cü il tarixli 8/811 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Range Rover» markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 03 may 2024-cü il tarixli 8/811 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Hyundai Avante» markalı, 77-YX- 753 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən üfüqi nişanlanma xəttləri olan 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Cinayət işinin 23-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. Cinayət işinin materiallarının 34-cü vərəqində olan 07 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin materiallarının 59-cu vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 79-cu vərəqində olan 02 iyul 2024-cü il tarixli Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan AD045705 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-153/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və tutulduqda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasının 01 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, saxlanılması üçün xx.xx.2025-ci il tarixdə 03 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarının 74-cü vərəqində olan 15 mart 2024-cü il tarixli Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ərizədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs Ziyad oğluna dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Suraxanı Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməsi, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş hökm, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Ziyad oğlu ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinə qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-nin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Bundan başqa iş üzrə ekspertiza xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanın ödənildiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar