Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-154/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 1(010)-139/2021 nömrəli iş üzrə 05 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)520/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3, 66.5 və 68.1.1-1-ci maddələri tətbiq olunmaqla 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş yuxarıda qeyd olunan iş üzrə barəsində Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı ilə əvvəli 17 avqust 2021-ci il tarixindən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında xuliqanlıq niyyəti ilə Orxan İsayevi qəsdən öldürmək üçün üzərində olan mətbəx təyinatlı bıçaqla sonuncunun qarın və döş qəfəsinə iki ədəd zərbə vuraraq sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olan qarının sol yarısının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və zərərçəkmiş şəxsin ölümünə səbəb olan kəskin daxili qanitirmə və sol ağ ciyər arteriyasının və toxumasının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərini yetirməklə Orxan İsayevi xuliqanlıq niyyəti ilə qəsdən öldürdükdən sonra cinayətkar hərəkətlərini davam etdirərək Şahid3 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xüsusilə qərəzli xuliqanlıq hərəkətləri edərək bacısının əri Orxan İsayevə qarşı yönəlmiş cinayət əməlinin, eləcə də ictimai qaydanın pozulmasının qarşısını alan X1 silah qismində istifadə etdiyi bıçaqla zor tətbiq edib müqavimət göstərərək sonuncuya bir ədəd zərbə vuraraq sağlamlığa yüngül zərər vurmaya aid olan sağ sağrının deşilmiş-kəsilmiş yarası xəsarətini yetirərək bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan Ravil Qafarova qarşı qərəzli xuliqanlıq hərəkətlərini etdikdən sonra onun olduğu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətin Əmircan stansiyasının platformasının yaxınlığında Dəmir yolu stansiyasının yanına gəlib üzərində qan ləkələri olan bıçağı göstərib Orxan İsayevi vurduğunu ona dedikdə Şahid2 cinayət məsuliyyətinə cəlb edilməməsi üçün bıçağı sonuncudan alaraq üzərində cinayətin izləri olan qan ləkələrini yerdə olan əski ilə sildikdən sonra cinayətin aləti olan bıçağı yaxınlıqdakı daşın altında gizlətmiş, bununla da qabaqcadan vəd etmədən Şahid2 tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan xüsusilə ağır cinayəti gizlətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Şahid1 və Şahid3 Əmircan qəsəbə sakini kimi tanımış, münasibətləri yaxşı olmuş, düşmənçilik və ədavətləri olmamışdır. O, Orxan İsayevi “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Cafecity” restoranda işlədiyi vaxtdan tanımışdır. O, restoranın soyuq mətbəxində “şef’ işləyən Orxan İsayevin köməkçisi işləmişdir. Orxan İsayevlə ilkin danışıq zamanı narkotik maddənin təsiri altında olduğundan onun narkotik maddə “kokos”dan istifadə etdiyini öyrənmiş, sonralar Orxan özü də narkotik maddədən istifadə etdiyini ona bildirdi, bundan sonra Orxanla mütəmadi olaraq “kokos” adlı narkotik qəbul etdilər, buna görə aralarında yaxşı münasibət yarandı, digər iş yoldaşlarının bu barədə xəbərləri olmadı. Narkotik maddə qəbul etmədikdə pis vəziyyətə düşdüklərinə görə işləyə bilmədilər, belə olan hallarda bir-birlərinə narkotik verməklə dostluq edib bu vəziyyətdən çıxardıb narkotiki bölüb istifadə edirdilər. Təxminən 2019-cu ilin payız aylarında Orxan İsayevin övladının ana bətnində vəfat etdiyini Orxandan öyrənmiş, ona narkotik maddə qəbul etdiyinə görə bunun baş verdiyini bildirdi, o, Orxana narkotik qəbul etməməsini təklif etdi, narkotik maddədən istifadəni tərgitdikdə ağrıları güclü olmasın deyə “metadon” adlı psixotrop maddəni qəbul etməsini Orxana məsləhət gördü. Orxan onun təklifi ilə razılaşdı, həmin vaxtı Orxana “lazımdırsa 10 manatdan “metadon” tapa bildiyini demişdir. Orxan onunla razılaşaraq lazım olduğu halda ona deyəcəyini bildirdi. 2020-ci ilin avqust ayının sonu, sentyabr ayının əvvəllərində o, Orxan İsayevi təsadüfən yaşadığı Bakıxanov qəsəbəsindəki evinin yaxınlığında gördü, söhbət zaman Orxan ona hazırda pulunun olmadığını, pul əldə etdikdə ona zəng edib “metadon” almaqda köməklik göstərməyi xahiş etmişdir. Orxan İsayevə «pulu olanda xəbər etsin, o, köməklik göstərər» dedi, bundan sonra Orxanı görmədi. O, 16 sentyabr 2020-ci il tarixdə “taksofon” vasitəsi ilə Orxan İsayevin istifadəsində olmuş ********** telefon nömrəsinə zəng edib hal-əhval tutdu. Orxanla danışanda ona pulunun olduğunu, “metadon” almaq istədiyini və Əmircana gələcəyini dedi. Taksofondan zəng etdikdə qarşı tərəfin telefonuna zəng edən nömrə ********** kimi qeyd olunduğunu, bunu taksofondan tez-tez istifadə etdiyi üçün bildiyini qeyd etdi. O, Orxan İsayevlə günorta saatlarında Əmircan qəsəbəsində yerləşən “Ucuzluq Univermağın” qarşısında görüşdü, yanında heç kim olmamış, həmin yerə tək getmişdir. Orxan 4-5 ədəd “metadon” alması üçün ona 50 manat pul verdi, ona pulu sonuncudan götürdükdən sonra 30 dəqiqə ərzində metadonu alıb geri qayıdacağını dedi. O, narkotiki əsasən Bülbülə qəsəbəsində yaşayan “İquş” adlı şəxsdən almış, o, “İquş” adlı şəxsin yaşadığı ünvandan həmin dərmanı götürmək üçün getdi, lakin həmin şəxsin evdə olmadığını öyrəndi, bu səbəbdən Orxana metadon alıb verə bilmədi. O, təxminən saat 19 radələrində Elşadın qaldığı Əli adlı şəxsin həyətindəki daxmaya getdi, orada bir qədər Elşadla söhbət etdikdən sonra gedib taksofondan zəng edib Orxanı çağırıb pulu qaytarmağı düşündü, lakin sonradan pulu olmadığı üçün Orxanın 50 manat pulunu xərcləyib sonra pulu düzəldib Orxana qaytaracağını düşündü. O, Orxandan pul götürməyinin səbəbini ətraflı olaraq Elşada danışmasa da, pulu Orxan İsayevdən borc götürdüyünü, sonuncunun narkotik vasitə istifadə etdiyini dedi. O, Elşadla söhbət edən zaman, sonuncu ümumi tanışları olan Şahid1 də yanlarına çağırmışdır. Şahid1 çağırmaqda xüsusi məqsədləri olmamış, sadəcə söhbətləşmək üçün çağırmışlar, sonuncu bir qədər sonra həmin yerə gəlmiş, birlikdə oturub ümumi mövzularda söhbət etmişlər. Bir yerdə söhbət edən zaman qardaşı İmran Elşada zəng edərək onun yerini soruşmuş, Elşad İmrana olduqları yeri dedikdən bir müddət sonra İmran həmin yerə gəlmişdir. İmran onların yanına gələn kimi Orxan İsayevin evə zəng edərək onu axtardığını, Orxandan pul götürdüyünü evə dediyini demişdir. İmran ondan Orxandan borc pul götürməyinin səbəbini soruşdu, o, İmrana bu barədə heç bir söz demədi. Orxan özü də bu barədə heç kimə danışmağını istəmədi, o, da İmrana bu barədə heç bir söz demək istəmədi. O, İmrana borcu götürməyinin səbəbini demədiyi üçün sonuncu onunla sözlə mübahisə etmiş, o, sözlə mübahisə zamanı əsəbiləşərək yalandan da olsa İmrana “pul onlara aiddir, Orxana çatmalı deyil” demiş, əslində isə pul Orxanın pulu olmuşdur. İmran isə ona “pul çatmalı deyilsə pulu verməyəcək, hər ehtimala qarşı pul onda qalsın” demişdir. O, isə əvvəlcə özü pulu qaytarmaq istədiyini desə də İmran ona problem olmaması üçün pulu İmrana qaytarmaq istədiyini ona dedi. Orxan İmranla telefonla danışanda aqressiv formada danışaraq “guya pulu Orxana atdığını” İmrana demiş, sonuncu da buna görə Orxanla görüşməyini istəməmişdir. O, Orxan İsayevdən aldığı 50 manat pulu İmrana verdi, bundan sonra İmranla o, həyətdən çıxıb üzü “Əmircan stansiyasına” doğru getdilər, o, stansiyada gözləməyi, İmran isə gedib pulu Orxan İsayevə qaytarıb gələcəyini fikirləşdi. Onlar Əligilin həyətindən çıxdıqdan sonra onların arxasınca Şahid1lə Şahid3 həyətdən çıxdılar, lakin onlarla birlikdə gəlməmişlər. O, İmranla birlikdə Əmircan stansiyasına çatanda İmran yaşca balaca olduğu üçün Orxanla görüşməyə tək getməsini istəmədi, buna görə də Elşada İmranın telefonu ilə zəng edib yanına çağırdı. Elşad və Şahid1 həmin yerə gəldilər, o, sonunculara “İmran tək getməsin onunla birlikdə gedin” dedi, Orxan “50 manat nədi ki, ondan ötrü bu qədər adam getsin, bir nəfər gedib verib qayıtsın” dedi. Bundan sonra Elşad böyük kimi İmranın yanında pulu Orxan İsayevə vermək üçün getdi, getməmişdən əvvəl İmran Orxandan onun pulu götürməyinin səbəbini demədiyinə görə ondan narazı qaldı. Orxandan bu barədə soruşacağını ona dedi. Şahid1 onun tək qalmamağı üçün birlikdə dəmir yolu xəttinin yanında İmranla Elşadı gözlədilər. Elşadın və ya İmranın üzərində bıçaq olmasından xəbəri olmayıb. Təxminən 20 dəqiqə müddət keçdikdən sonra İmran və Elşaddan xəbər çıxmadı, hətta Şahid1 ona məhəlləyə getməyi təklif etdi, bundan bir neçə dəqiqə sonra o, Elşad ilə İmranın gəldiyini gördü, İmranın üzünün rəngindən nə isə hadisə baş verdiyini başa düşdü. Elşad “heç nə, vuruldu” sözünü dedi. O, nə baş verdiyini İmrandan soruşdu, sonuncu ona Orxan İsayevi söyüş söydüyü üçün bıçaqla vurduğunu dedi, o, X2 nə ilə vurduğunu soruşdu, İmran belindən bıçağı çıxardıb bıçaqla vurduğunu dedi. Bıçağın üzərində qan olub, həmin bıçaq onların evin həyətində üzüm budamaq üçün istifadə edirdilər. O, həmin bıçağı gizlətmək üçün yerdən götürdüyü əski ilə təmizlədi və Əmircan qəsəbəsində, dəmir yolu platformasının yaxınlığındakı dəmiryolu reyslərinin yanında daşların arasında gizlətdi. Bıçağı təmizləyib gizlətməkdə onun məqsədi İmran tərəfindən törədilmiş hadisənin onun üstündə baş verdiyindən İmranı razı salıb hadisə barədə polisə özü təslim olmaq istəməyi olub, İmranı razı saldığı təqdirdə polisə təslim olmaqla bıçağın yerini göstərməyi planlaşdırdı. İmran onunla razılaşmadı, buna baxmayaraq o, özü təslim olmaq istədi. İmran ona bıçağı Orxanın sinəsinə vurduğunu dediyi üçün Orxanın öldüyünü anladı, evdə ailə üzvləri ilə sağollaşmaq üçün evə getdi, evə çatanda ona İmranın tutulduğunu dedilər. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə günü Elşad və o, Orxan İsayevlə görüşmək üçün getdilər. Orxan İsayevlə görüşdülər və hadisə baş verdi. Hadisədən sonra Elşadla birlikdə stansiyaya gəldilər. Stansiyaya gələn kimi Orxan İsayevi vurduğu bıçaqla özünə xəsarət yetirmək istədi, qardaşı isə buna imkan vermədi və bıçağı əlindən alaraq belinə qoydu. Daha sonra o, hadisə barədə qardaşına məlumat verdi. Sonra o, qardaşı və Elşad Bülbülə qəsəbəsinə gəldilər. Şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, 16 sentyabr 2020-ci il tarixdə təxminən saat 20 radələrində Əli adlı şəxsin evində olan zaman İmranın qardaşı Əlimurad onun yanına gəlib ona borc söhbəti olduğunu, lakin pulu bu gün vermək istəmədiyini, həmin pula ehtiyacı olduğunu bildirdi. O, Əlimuraddan nə söhbət olduğunu dəqiqləşdirmədi, lakin Əlimurad ona Orxan İsayev adlı şəxsin “barıqa” olduğunu və “metadon” adlı narkotik vasitəni satdığını bildirdi. Bundan sonra o, Şahid1a zəng etdi və Əlinin evinə çağırdı. Bir müddətdən sonra Şahid1 də həmin ünvana gəldi, bir qədər sonra İmran onun istifadə etdiyi telefon nömrəsinə zəng edərək Əlimuradın onun yanında olubolmadığını ondan soruşdu, o, Əlimuradın onun yanında olduğunu dedi, bir müddət sonra İmran bizim yanımıza gəldi. İmran və Əlimurad çölə çıxaraq Əlinin evinin qarşısında eşitmədiyi mövzuda söhbət etdilər. Orxana bu zaman borc söhbəti olduğunu Əlimuradın pulu olmadığını bildirdi. Orxana “barıqa” söhbətini danışmadı. Bundan sonra Əlimurad və İmran oradan getdilər, o isə Şahid1 ilə birlikdə “priyezd” adlanan yerə gediblər, üzərində həmişə tutacağı qəhvəyi rəngli açılıb-bağlanan bıçaq daşımış, həmin gündə bıçaq üzərində olmuşdur. Təxminən saat 21 radələrində o, Şahid1, Əlimurad və İmran Əmircan stansiyasında görüşüblər. Əlimurad Orxanla birlikdə qalıb, o, isə İmranla birlikdə “Ucuzluq- Univermaq” adlanan yerə gedib. Orxan İsayevi orada görüblər, İmran Orxanı tanıyaraq yaxınlaşıb söhbət etməyə başlayib, İmran ilə Orxan danışa-danışa aptekin yanından “Univermaq ucuzluq”un yanına doğru gediblər, sonuncular razılaşa bilməyiblər, bu səbəbdən də o Orxanın qoluna girərək orada olan yaş asfalt rəngli “Saipa” markalı avtomobilin sol tərəfinə aparıb sonuncuya «Sıxma uşağı, verər pulunu, qaçmırıq ki burdan» sözlərini deyib. Orxan mənə “ona pul bu gün vacib lazımdır, verəcəyi var” cavabını verib. Buna görə orada olan fərdi yaşayış evinin dəmir darvazasının qarşısında Orxan İsayevlə mübahisə etməyə başlayıb, o sonuncuya «Çıx get burdan» sözünü deməyinə görə Orxan əsəbiləşib, həmin vaxtı İmran kənarda dayanıb. Orxan sol əli ilə onun əlini tutub özünə tərəf çəkib onu oradan uzaqlaşdırmaq istəyib, İmranla aralarında olan söhbətdə onun artıq olduğunu fikirləşdiyi üçün Orxan onu orada uzaqlaşdırmağa çalışıb. Bundan sonra İmranın bıçaqla Orxana zərbə vurduğunu görüb. İmran Orxana bıçaq zərbəsi vurduqdan sonra Orxan onun əlini buraxaraq arxaya doğru getməyə başlayıb. Avtomobildən əlində açar ilə üzərinə bir şəxs gəlib və açarı onun üzərinə atıb, açar onun ayağına dəyib, o əlində olan bıçaq ilə həmin şəxsin üzərinə cumub. İmran isə bu vaxtı Orxanın yanında dayanıb. Daha sonra İmranla birlikdə əlində bıçaq avtomobildən çıxan oğlanın arxasınca qaçıblar. Sonradan adının Ravil olduğunu bildiyi şəxs avtomobilin arxasına doğru qaçdıqda o sonuncuya doğru bıçaq zərbəsi atıb və atdığı zərbənin Ravilə dəydiyini güman edib. Bundan sonra Ravil çönüb onu yumruqla vurdu, o, zərbənin təsirindən yerə yıxıldı, ayağa qalxaraq İmranla birlikdə bıçaqla həmin şəxsin arxasınca qaçdı, yolu keçərək idman meydançası tərəfə getdilər, oradan o, İmranla hadisə yerindən qaçıb uzaqlaşdı. Onlar hadisə yerindən qaçaraq Əli adlı şəxsin evinə getdilər, yolda olarkən Təqsirləndirilən şəxs gördülər, sonuncuya dava-dalaşa düşdüklərini dedilər, İmran qardaşına dəstəyi qara rəngli olan bıçağı göstərərək, adam bıçaqladığını bildirdi, Əlimurad həmin bıçağı İmrandan alaraq onlardan uzaqlaşdı, lakin o, Əlimuradın hara getdiyini bilmədi. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini etiraf etdiyini və gənc olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)520/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)520/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq barəsində hazırkı iş üzrə qətimkan tədbiri seçilmədiyi nəzərə alınsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-154/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-154/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver