Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-154/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 18 dekabr 2023-cü ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş və iş üzrə məhkəmənin hazırlıq iclası 26 dekabr 2023-cü il, 09 yanvar 2024-cü il və 16 yanvar 2024-cü ilə təyin olunmuşdur. Məhkəmənin hazırlıq iclası yuxarıda göstərilən tarixdə təqsirləndirilən şəxsin iştirakı ilə keçirilərək Təqsirləndirilən şəxs müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə məhkəməyə verilmiş, iş üzrə məhkəmə baxışı 01 fevral 2024-cü il tarixinə təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməmiş, sonradan məhkəməyə qohumları tərəfindən şifahi olaraq bildirilmişdir ki, o, vəfat edib. İşin məhkəmə baxışı dövründə müvafiq halı təsdiq edən zəruri sənədlər əldə edilib. O cümlədən, Bakı şəhər Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş 26 avqust 2024-cü il tarixli, AZ-İİ № 444501 nömrəli ölüm haqqında akt qeydinin surəti ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs başqa rubrikalarda təsnif olunmayan digər psixotrop maddələrlə zəhərlənmə nəticəsində 27 iyul 2024-cü ildə ölübdür. Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən «Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir». Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs anası X4 qanuni nümayəndə qismində tanınmağı barədə ərizə ilə müraciət etmiş, məhkəmə tərəfindən X1 Samin Ədalət oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır. Məhkəmə iclasında X4 izahatında oğlu Təqsirləndirilən şəxs ölmüş olduğunu və cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X4 vermiş olduğu izahatında, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, oğlunun öldüyü üçün həmin işə xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, daşıyaraq üzərində saxlamış və 09 avqust 2023-cü il tarixdə saat 11:00-da Suraxanı RPİ-nin 31-ci PB- nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi. Vaqif küçəsi 10 saylı evin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi faktı təsdiq edilmiş, ona bəraət verilməsi üçün zəruri olan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən «şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə)» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir». Eyni Məcəllənin 106-1.4-cü maddəsinə əsasən «Ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən Azərbaycan Respublikası CM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-154/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-154/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver