Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-154/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi (atası) Şahid2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də ekspeditor vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 29 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 iyul 2024-cü il tarixli qərar ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə birgə yaşadıqları ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər və qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı əzab vermək məqsədi ilə əsassız bəhanələr gətirərək onu “əxlaqsız” adlandınb heç bir əsaslı səbəb olmadan əl və ayaq zərbələri ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin hər iki yan səthinin, hər iki süd vəzisinin, hər iki bazu oynağı nahiyəsinin, hər iki bazunun yuxarı-orta və aşağı 1/3-nin bayır və iç səthlərinin hər iki dirsək oynağı nahiyəsinin, hər iki saidin yuxarı, orta və aşağı 1/3-nin ön, bayır və arxa səthlərinin, hər iki əlin arxa səthinin, qarının aşağı şöbəsinin sağ yan səthinin, hər iki qalça darağı nahiyəsinin, hər iki budun yuxarı, orta və aşağı 1/3-lərinin ön və arxa səthlərinin, hər iki diz oynağı nahiyəsinin, hər iki baldırın yuxarı, orta və aşağı 1/3-lərinin ön səthlərinin yumşaq toxumalarının geniş ölçülü hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə güclü fiziki ağrı və psixi iztirab vermiş, 04 iyul 2024-cü il tarixdə birgə yaşadıqları həmin ünvanda vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini davam etdirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yumruqla qəsdən vuraraq ona hər iki göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, sağ xarici qulaq yollarının travmatik zədələnməsi ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül yüngül zərər vuran xəsarətlər yetirməklə güclü fiziki ağrı vermiş, bununla kifayətlənməyib, mütəmadi olmaqla cinayət əməlini davam etdirərək 09 iyul 2024cü il tarixdə birgə yaşadıqları həmin ünvanda Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan “əxlaqsız” adlandırıb başqa kişilərlə intim müasibətlərdə olmasını və bu məqsədlə guya otelə getməsini bəhanə edərək əl və ayaq zərbələri ilə qəsdən vuraraq ona başın ənsə nahiyəsinin sol yan səthinin qançırı, hər iki baldırın yuxarı, orta və aşağı 1/3-nin arxa səthini əhatə edən yumşaq toxumasının hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə güclü fiziki ağrı və psixi iztirab vermiş, 10 iyul 2024-cü il tarixdə isə birgə yaşadıqları həmin ünvanda Zərərçəkmiş şəxs növbəti dəfə “əxlaqsız” adlandırıb əsassız bəhanələr gətirməklə əl və ayaq zərbələri ilə qəsdən vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə-təpə nahiyəsinin yumşaq toxumasının hematoması, döş qəfəsinin sol yan səthinin yumşaq toxumasının hematoması ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərərək işgəncə verməklə heç bir əsas olmadan Zərərçəkmiş şəxs pul müqabilində başqa kişilərlə intim münasibətlərdə olduğunu etiraf etməyə məcbur edərək ona güclü fiziki ağrı və psixi iztirab vermişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi ev 1, mənzil 1A-da ailəsi ilə birlikdə yaşayır. “Alfa - N” şirkətində ekspeditor-sürücü vəzifəsində işləyir. Ləmanla 2007-ci ildən evlidir. Bu vaxta kimi aralarında söz söhbətlər olmuş, lakin bu cür konflikt olmamışdır. Əvvəllər Ləmanı döyməmişdir. O, xeyli müddətdir ki, Ləmanın başqa birisi ilə danışmasından şübhələnir, lakin sübut edə bilmirdi. İyun ayının sonlarında onun telefonuna baxan zaman “İnstagram” sosial şəbəkəsi vasitəsilə ona Ruslan adlı şəxsdən mesaj gəldiyini görmüşdür. Bu barədə ondan soruşduqda həmin şəxsi tanımadığını, onunla danışmadığını bildirmişdir. Lakin o, Ləmana inanmamış və öz “İnstagram” hesabı vasitəsilə həmin şəxsə yazaraq öz mobil nömrəsini ona vermişdir. Həmin hadisədən təxminən on gün sonra həmin şəxs rus nömrəsi vasitəsilə onunla əlaqə saxlamış və Ləmanla danışdığını, yazışmaların olduğunu bildirmişdir. Hətta ona yazışmaların fotoşəklini də göndərmişdir. O, şəkilləri görüb çox əsəbləşmiş və 03 iyul 2024-cü il tarixdə yaşadığı evə əsəbi halda gələrək Ləmandan anası Gülzamanın yanında bu barədə soruşmuşdur. Ləman ilk olaraq bunları etiraf etməsə də, sonradan danışdığını demiş və üzr istəmişdir. O da əsəbləşdiyindən özünü saxlaya bilməmiş və əli ilə onun üz nahiyəsinə xəsarət yetirmişdir. Bu zaman Ləmanın anası Gülzaman onu ayırmaq üçün aralarına girmişdir. Ləman onun telefonunu götürüb yerə ataraq sındırmışdır. Bu hadisədən sonra o, özünə gələ bilməmiş və gecə evə gəlməmişdir. Növbəti gün evə gəldikdə anası və Ləman onu gözləyirdilər. O, Ləmana hələ də çox əsəbi olmuş və onun qollarını tutub sıxaraq silkələmiş və ona qarşı niyə belə hərəkət etdiyini soruşmuşdur. Ləmanın paltarlarını dolabdan çıxararaq yerə atmış və evdən getməsini tələb etmişdir. Həmin zaman Ləmanın gözünün altı onun yetirdiyi xəsarətdən göyərmişdir. Bu zaman Ləmanın qardaşı Sənan onu ürək həkiminə aparmaq üçün gəlmiş və onun xəsarətini görmüşdür. Ləman isə ona hamamda yıxılaraq bu cür xəsarət aldığını bildirmişdir. Ləman həkimə gedib gəldikdən sonra anası Gülzaman onu vedrə ilə və evdə olan laminat ilə döyməyə başlamışdır. Daha sonra o, evdən çıxmış və gecə evə gəlmişdir. 10 iyul 2024-cü il tarixdə o, Ləmana hər şeyi etiraf etməsini, onunla səmimi olmasını, onu bağışlayacağını demişdir. Lakin Ləman ona yenə yalanlar danışmış, Ruslan adlı şəxsə üzünün şəkilini göndərmədiyini demişdir. Lakin Ruslan ona Ləmanın üzünün şəklini göndərmişdir. Bu səbəbdən onlar yenidən dalaşmış və o, Ləmana evdən çıxmasını demişdir. Lakin Ləman növbəti gün evdən çıxacağını bildirmişdir. O uşaqlardan birini özü ilə götürmək istəmiş, lakin o Ləmana əxlaqsız olduğunu, uşaqların onunla yaşamasına imkan verməyəcimi bildirmiş və ona uşaqlardan imtina etməsi, özünün əxlaqsız olması barədə ərizə yazdırmışdır. Növbəti gün səhər oyandıqda həm Ləmanın, həm onun əşyalarının, həm də özünün mobil telefonunun evdə olmadığını aşkar etmişdir. Onun telefonunda Ləmanın yazışmaları və şəkilləri olduğu üçün Ləman onun telefonunu özü ilə aparmışdır. O, Ləmanı 03 iyul tarixində vurmuş, 04 iyul tarixində qollarından tutub sıxaraq silkələmiş, saçını dartaraq yolmuşdur. Qalan xəsarətləri isə Ləmana anası yetirmişdir. Sonda isə, 03 iyul 2024-cü il tarixdə emosiyalarına hakim ola bilməyib Ləmanı döyməyində günahkar olduğunu, döyməklə onun ölümünün qarşısını aldığını bildirmiş, göstərilənləri, həmçinin himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olduğunu nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi bina 1, mənzil 1-də qeydiyyatda olmaqla yaşayır. 2007-ci ildə Namiq Şərfov ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 10 və 16 yaşlarında Amin və Zaur adında iki övladları var. Namiq ilə yeni ailə qurduğu zamandan onun daima borcu olmuşdur, hətta onun qızıllarını satıb borclarını bağlamışdır. Namiqin həmişə borcları olduğu üçün o, həmişə əsəbi olurdu, içki qəbul edirdi və bu səbəbdən daima onunla dalaşırdı. Hətta onu döyüb, təhqir etdiyi vaxtlarda olurdu. Lakin 2022-ci ildən başlayaraq onu daha çox döyməyə, təhqir etməyə başlamışdır. O, evdən çölə çıxdığına görə də onu dəfələrlə döymüşdür. Lakin o, bu barədə valideynlərinə heçnə deməmişdir. Namiq onu həmişə əxlaqsız qadın kimi görmüş, onu bu cür adlandırmışdır. Daha sonra içki qəbul etdikdən sonra hər dəfə onu döymüşdür. Ona hər dəfə əxlaqsız olduğunu deyib, bunu onun ailəsinə sübut edəcəyini, bu səbəbdən qardaşının onu öldürəcəyini deyirdi. O, bir müddət mübahisədən sonra evdən ayrılmış və atasıgildə yaşamışdır. Lakin sonradan onları barışdırmışdırlar. Barışdıqdan sonra Namiq ondan çılpaq vəziyyətdə şəkil çəkib ona göndərməyini istəmişdir. Göndərmədikdə isə onunla mübahisə yaradıb, dalaşmışdır. Daha sonra onlar yataqda cinsi münasibətdə olan zaman video çəkməyə başlamışdır. O, videonun çəkilməsinə etiraz etsə də Namiq onu razılaşmağa məcbur etmişdir. Bu səbəbdən də o Namiqin video çəkməsinə mane ola bilməmişdir. Bu hal dəfələrlə baş vermişdir. Bundan sonra onu əxlaqsız adlandırdığı üçün onu müəyyən şəxslərlə otelə getməyə məcbur edirdi. Hətta ona video çəkməsini, həmin videoda əxlaqsız olduğunu, pul müqabilində görüşdüyünü bildirməsini istəmişdir. Beləliklə Namiqlə aralarında daima mübahisə olmuş və o səbəbsiz yerə onu döymüş, ona işgəncə vermişdir. 03 iyul 2024-cü il tarixdə Namiq yenə müxtəlif bəhanələr gətirərək, onu əxlaqsız adlandıraraq onu döymüş və o, xəsarət almışdır. O əlləri və ayaqları ilə onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Daha sonra onun sifət nahiyəsinə yumruq və kəllə zərbəsi endirmişdir. Həmçinin o, yerə yıxıldıqdan sonra onu yerdə təpikləmişdir. Həmin xəsarətlərin ağrısı şiddətli olduğu üçün 06 iyul 2024-cü il tarixdə onu Günəşli qəsəbəsində yerləşən Şamil adında olan sınıqçıya yönləndirmişdir. Həmin sınıqçı onun xəsarətlərini görmüş və onu “Avromed” klinikasına yönləndirmişdir. O, orada rentgen müayinəsindən keçmiş və həmin rentgen cavabları ilə birlikdə sınıqçının yanına getmişdir. Sınıqçı onun qarın nahiyəsinin sağ tərəfinə sarğı qoymuşdur. O, evə gəlmiş və Namiq onunla barışmışdır. 09 iyul 2024-cü il tarixdə Namiq onun bank kartını istəmiş və o kartını ona vermişdir. Namiq onun bank kartından 1500 manat pul çıxartmış və həmin pulun 400 manatını qaytarmışdır. Namiq pulu otelə getdiyi oğlanlara xərcləməsini demişdir. Daha sonra öz-özünə əsəbləşib onu döymüşdür. Növbəti gün, yəni 10 iyul 2024-cü il tarixdə evə içkili halda gəlmiş və yenidən onu şiddətli şəkildə döymüşdür. Döydükdən sonra ona məcbur “Mən əxlaqsızam, pul müqabilində görüşürəm” kimi sözlər dedizdirərək onun səsini yazmışdır. Həmçinin ona məcbur olaraq əxlaqsız olduğu üçün övladlarından imtina etməsi barədə ərizə yazdırmış və məcbur qol çəkdirmişdir. Bundan sonra gecə saat iki radələrində onu ayaqyalın halda evdən çölə çıxartmış və evdən qovduğunu demişdir. O, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, Namiq ilə 2007-ci ildən evlidir. Namiq çox qısqanc biridir və buna görə də Ləmanı daim nəzarətdə saxlamışdır. Namiq tez-tez spirtli içki qəbul edir. 03 iyul 2024-cü il tarixdə Namiq ona zəng vuraraq evdə uşaqların olmamasını, Ləmanın tək olmasını, evdə ustaların təmir işləri aparmasını bildirmiş və onu Ləmanın yanına dəvət etmişdir. O, Ləmanın yanına getmiş və saat 17 radələrində Namiq evə gəlmişdir. Ləman yemək üçün süfrə hazırlamışdır. Namiq evə gələn zaman əsəbi olmuş və Ləmanın qurduğu süfrəni dağıdaraq qab-qacağı yerə çırpmışdır. Daha sonra telefonunda olan yazışmaları Ləmana göstərməyə, onu sorğu sual etməyə başlamışdır. O, olanlardan heçnə başa düşə bilməmişdir. Namiq əsəbiləşərək Ləmanın üzərinə hücum çəkmiş və onu döyməyə başlamışdır. O əlləri və ayaqları ilə Ləmana xəsarət yetirmişdir. Sonra yerə yıxaraq saçından tutub sürüməyə başlamışdır. O, aralamağa çalışsa da, fiziki cəhətdən gücü çatmamışdır. Namiqdən nə olduğunu soruşduqda o Ləmanın internetdə tanış olduğu kişiyə şəkillərini göndərdiyini demiş və Ləmanın ona göndərdiyi şəkilləri göstərmişdir. O, bunu gördükdə əsəbiləşmiş və Ləmana 1-2 dənə şillə vurmuşdur. Lakin Namiq başı ilə onun sifət nahiyəsinə xəsarət yetirmiş və Ləman yerə yıxılmışdır. Ləman yerə yıxıldıqda ona ayağı ilə çoxsaylı zərbələr endirmişdir. Ləman huşunu itirir və ayıldıqda Namiq onu təkrar döyürdü. Daha sonra Namiq onları evdən qovmaq istəmiş, lakin o Namiqdən onları qovmamasını xahiş etmişdir. Namiq həmin gecə evdə qalmamışdır. O, səhəri gün ordan çıxaraq evinə qayıtmışdır. O, Namiqə yalvararaq ona bu hadisə barədə heç kəsə məlumat verməməsini bildirmişdir. 10 iyul 2024-cü il tarixdə səhər saat 04 radələrində o, oğlu Sənanın ailəsi ilə birlikdə Laçın rayonuna getmişdir. Növbəti gün Namiq ona zəng edərək Ləmanın evdən qaçdığını bildirmişdir. Sonradan o, öyrənmişdir ki, Namiq 09 iyul və 10 iyul tarixlərdə Ləmanı şiddətli şəkildə döymüş və gecə saat 03 radələrində onu evdən qovmuşdur. Ləmanda onların yaşadığı Xətai rayonunda olan evlərinə gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 01-02); iş materiallarına Zərərçəkmiş şəxs xəsarət aldığı altı ədəd fotoşəkil əlavə edilmişdir (i.v. 07-09); iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 Suraxanı rayon şöbəsinin canlı şəxsin ekspertizasının 15 iyul 2024cü il tarixli 536 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən - baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə-təpə nahiyəsinin yumşaq toxumasının hematoması, döş qəfəsinin sol yan səthinin yumşaq toxumasının hematoması özünün dediyi kimi xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərdən başın ənsə nahiyəsinin sol yan səthinin qançırı, hər iki baldırın yuxarı, orta və aşağı 1/3-nin arxa səthini əhatə edən yumşaq toxumasının hematoması özünün dediyi kimi xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərdən hər iki göz yuvası ətrafı nahiyənin yumşaq toxumasının hematoması, sağ xarici qulaq yollarının travmatik zədələnməsi özünün dediyi kimi xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətlərdən döş qəfəsinin hər iki yan səthinin, hər iki süd vəzisinin, hər iki bazu oynağı nahiyəsinin, hər iki bazunun yuxarı-orta və aşağı 1/3-nin bayır və iç səthlərinin hər iki dirsək oynağı nahiyəsinin, hər iki saidin yuxarı, orta və aşağı 1/3-nin ön, bayır və arxa səthlərinin, hər iki əlin arxa səthinin, qarının aşağı şöbəsinin sağ yan səthinin, hər iki qalça darağı nahiyəsinin, hər iki budun yuxarı, orta və aşağı 1/3-lərinin ön və arxa səthlərinin, hər iki diz oynağı nahiyəsinin, hər iki baldırın yuxarı, orta və aşağı 1/3-lərinin ön səthlərinin yumşaq toxumalarının geniş ölçülü hematoması özünün dediyi kimi xx.xx.2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xarakterinə və lokalizasiyasına görə qeyd edilən xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v. 12-15); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 16); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 62-63); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəlinin 29 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 90-93); Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-867/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (i.v. 105-109); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 124); xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir daha təsdiq etmişlər (i.v. 33-36); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-356/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 18 noyabr 2024-cü il tarixədək uzadılmışdır (i.v. 110-114); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi döş qəfəsi orqanlarının rüntgen müayinəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Azevromed klinikasında müayinə olunmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidir. Azemis Elektron Məhkəmə İnformasiya Sistemində olan Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun iki uşağı – xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 - vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Məhkəmə istintaqı zamanı Müdafiəçi vəsatət verərək, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsindən həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə işgəncə verməklə törədildikdə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəzanı qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29 iyul 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(010)-154/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-154/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver