Məhkəmə qərarları › İş №1(010)-155/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-155/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-155/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X15 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 11:25-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxx 1998-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Göytəpə şəhəri, M.Müşfiq küçəsi, 18 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində X7, X8 və X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Arif” marketin girişinin dəmir barmaqlığının asma qıfılını sındırıb plastik qapını zədələyərək açma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan 260 manat nağd pulu, 380 manat dəyərində müxtəlif əmtəə nişanlı siqaretləri, 01 ədəd 04 manat 20 qəpik dəyərində “Elidor” şampunu, hər birinin dəyəri 03 mant 20 qəpik olmaqla cəmi dəyəri 06 manat 40 qəpik olan 02 ədəd “Pantene” şampunu, 14 manat dəyərində konturu, hər birinin dəyəri 04 manat olmaqla cəmi dəyəri 08 manat olan 02 ədəd bədən spreyini, hər birinin dəyəri 03 manat 30 qəpik olmaqla cəmi dəyəri 06 manat 60 manat olan 02 ədəd “Rexona” bədən spreyini, 01 ədəd 05 manat dəyərində tonal kremini, 01 ədəd 02 manat dəyərində şampunu, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi dəyəri 02 manat 50 qəpik olan 05 ədəd ayaqqabı mazını, hər birinin dəyəri 40 manat olmaqla cəmi dəyəri 80 manat olan 02 cüt ayaqqabını, hər birinin dəyəri 01 manat olmaqla cəmi dəyəri 08 manat olan 08 ədəd “Atom” şirələrini, cəmi dəyəri 70 manat olan kolbasanı, cəmi dəyəri 22 manat olan çayları, 01 manat 60 qəpik dəyərində qəndi, hər birinin dəyəri 01 mant 50 qəpik olmaqla cəmi dəyəri 07 manat 50 qəpik olan 05 ədəd böyük “Snickers” şokoladını, hər birinin dəyəri 90 qəpik olmaqla cəmi dəyəri 02 manat 70 qəpik olan 03 ədəd kiçik “Snickers” şokoladını, hər birinin dəyəri 60 qəpik olmaqla cəmi dəyəri 18 manat olan 30 ədəd “Orbit” saqqızlarını, hər birinin dəyəri 02 manat 90 qəpik olmaqla cəmi dəyəri 08 manat 70 qəpik olan 03 ədəd “Lays” çipslərini gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 907 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində X12, X7, X8 və X11 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “İntiqam” marketin qapısını sındırmaqla saxlanc yerinə qanunsuz daxil olaraq oradan 01 ədədinin dəyəri 80 qəpik olmaqla cəmi dəyəri 40 manat olan 50 ədəd “Hell” içkilərini, 01 ədəd 07 manat 85 qəpik dəyərində 01 litirlik “Supersun” yağını, 01 ədəd 05 manat 15 qəpik dəyərində 01 litirlik “Anabala” yağını, 01 ədəd 08 manat 40 qəpik dəyərində 02 litirlik “Final” qarğıdalı yağını, 01 ədəd 04 manat 35 qəpik dəyərində 01 litirlik “Final” qarğıdalı yağını, 01 ədədinin dəyəri 90 qəpik olmaqla cəmi dəyəri 22 manat 50 qəpik olan 25 ədəd “Snickers” şokoladını, 01 ədədinin dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 45 manat olan 30 ədəd “Alpen Gold” şokoladını, 01 ədədinin dəyəri 40 qəpik olmaqla cəmi dəyəri 04 manat olan 10 ədəd “Makkofe”, 01 ədədinin dəyəri 02 manat 60 qəpik olmaqla cəmi dəyəri 13 manat olan 05 ədəd “Lays” böyük çipsini, 01 ədədinin dəyəri 01 manat 12 qəpik olmaqla cəmi dəyəri 11 manat 20 qəpik olan 10 ədəd “Lays” kiçik çipsini, 01 ədədinin dəyəri 01 manat 80 qəpik olmaqla cəmi dəyəri 36 manat olan 20 ədəd “Vant”, 01 ədədinin dəyəri 01 manat 80 qəpik olmaqla cəmi dəyəri 36 manat olan 20 ədəd “Classic”, 01 ədədinin dəyəri 01 manat 80 qəpik olmaqla cəmi dəyəri 36 manat olan 20 ədəd “Viceroy”, 01 ədədinin dəyəri 02 manat 20 qəpik olmaqla cəmi dəyəri 44 manat olan 20 ədəd “Pallmall” siqaretlərini, 01 ədəd 30 manat dəyərində hesablama maşını, 01 cütünün dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 15 manat olan 10 cüt əlçəyi, 01 ədədinin dəyəri 50 qəpik olmaqla cəmi dəyəri 10 manat olan 20 ədəd “Çiko” günəbaxan tumunu, 01 ədədinin dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 15 manat olan 10 ədəd kişi alt geyimini, 01 ədəd 03 manat 50 qəpik dəyərində “Head & Shoulders” şampunu, 01 ədəd 03 manat 50 qəpik dəyərində “Res Totex” şampunu, cəmi dəyəri 03 manat 60 qəpik olan 06 ədəd “Palmolive” sabunu, 01 ədədinin dəyəri 10 manat 70 qəpik olmaqla cəmi dəyəri 21 manat 40 qəpik olan 02 ədəd “Berqa” çayını, 01 ədəd 05 manat 10 qəpik dəyərində “Champion” çayını, 01 ədəd 05 manat 10 qəpik dəyərində “Beta” çayını, 01 ədədinin dəyəri 30 qəpik olmaqla cəmi dəyəri 03 manat olan 10 ədəd qələmi, 01 cütünün dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 15 manat olan 10 cüt corabı, 01 qutusunun dəyəri 20 qəpik olmaqla cəmi dəyəri 02 manat olan 10 qutu kibriti, 01 ədədinin dəyəri 01 manat 90 qəpik olmaqla cəmi dəyəri 05 manat 70 qəpik olan 03 ədəd “Vita 1000” şirəsini, 01 ədəd 01 manat 20 qəpik dəyərində elektrik yuvacığını, 01 ədəd 02 manat dəyərində qoşa elektrik ayırıcını, 01 ədədinin dəyəri 40 qəpik olmaqla cəmi dəyəri 04 manat olan 10 ədəd “Jilet” üzqırxanı, 01 ədədinin dəyəri 01 manat 50 qəpik olmaqla cəmi dəyəri 03 manat olan 02 ədəd çəyirdək çıxardanı, 01 ədəd 03 manat dəyərində fənəri, 01 kiloqramı 15 manat olmaqla cəmi dəyəri 60 manat olan 04 kiloqram qoz ləpəsini, 01 ədədi 06 manat olmaqla cəmi dəyəri 30 manat olan 05 ədəd toyuğu və cəmi dəyəri 40 manat olan digər ərzaq mallarını gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 567 manat 55 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Asif, Əsəd, İlham, Lamiyə və Ramil, adlı şəxlərlə sonuncunun işlədiyi Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Oskar” adlı kafedə tanış olmuş, Lamiyə də həmin kafedə xidmətçi işləmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində o, Ramil və Asiflə Bakı şəhəri, Suraxanı rayonu ərazisində görüşmüş, həmin vaxt maddi imkanları aşağı olduğuna görə pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra Ramil əmisi oğlu Əsədə zəng edərək işinin olduğunu deyib onu da yanlarına çağırmışdır. Həmin günü saat 03-04 radələrində Əsəd də onların yanına gəlmiş və birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Arif” marketdən oğurluq etməyi planlaşdırmışlar. Buna görə də birlikdə həmin marketin yaxınlığına gəlmişlər və əvvəldən danışıb razılaşdıqları kimi Əsəd özünə məxsus “VAZ 2106” markalı, **-CD-*** nömrəli avtomobildə əyləşib onları gözləmiş, o isə Asif və Kamranla birlikdə papaqlardan düzəltdikləri maskanı üzlərinə taxaraq “Arif” marketə yaxınlaşmışlar. Həmin marketin giriş qapısı plastik materialdan, üzərində qoruyucu dəmir barmaqlıq olan və həmin barmaqlıqda asma qıfılla bağlanmış vəziyyətdə olmuşdur. Asif bir qədər kənarda dayanmış, Ramil isə özü ilə götürdüyü mismar çıxardanla asma qıfılı sındırıb həmin mismar çıxardanla da plastik qapını zədələmiş və Ramillə o, birlikdə marketə daxil olmuşdur. Marketdən bir neçə polietilen torba götürüb əllərinə keçən ərzaq məhsullarını, yəni 04 qutu çay, 04 rulon kolbasa, 02 ədəd bədən spreyi, 30-35 qutu müxtəlif çeşidli siqaretləri, 02 ədəd şampunu, 14 manat dəyərində konturu, 03 ədəd ayaqqabı mazını, 05 ədəd şirəni, 08 ədəd snickers şokoladını, 01 ədəd “Lays” çipslərini həmin torbalara yığmışlar. Bundan sonra o, vitrindən bir ədəd pul kisəsi, orada olan qutudan xırda dəmir pulları da götürmüş və onlar mağazadan çıxıb Əsədin avtomobili saxladığı yerə qayıtmışlar. Orada pul kisəsinin içərisinə baxan zaman məlum olmuşdur ki, pul kisəsində 180 manat nağd pul var, xırda dəmir pullar isə təxminən 05 manat olmuşdur. Bundan sonra birlikdə Ramilin işlədiyi “Oskar” kafesinə gedib oğurluq yolla əldə etdikləri ərzaq mallarını orada yemişlər, 185 manat pulu isə öz aralarında bərabər formada bölmüşlər. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində “Oskar” kafesində Ramil, onun qardaşı Asif, onların əmisi oğlu Əsəd və ümumi tanışları İlhamla görüşmüş, öz aralarında maddi vəziyyətlərinin aşağı olmasından danışmışlar və Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə o, Ramil və Əsəd özlərində olan yun papaqların yuxarı hissəsini deşib göz yeri açmışlar ki, hansısa mağazaya daxil olan zaman həmin papaqlardan maska kimi istifadə etsinlər. Lakin, Lamiyənin onların söhbətindən xəbəri olmamışdır. xx xxxx 2020-ci il tarixə keçən gecə saat 02 radələrində o, Asif, Əsəd, Ramil və Lamiyə birlikdə İlhamın idarə etdiyi avtomobilə əyləşmişlər və İlham avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etmişdir. Yolun kənarında yerləşən “İntiqam” marketi gördükdə İlham avtomobili bir qədər, yəni təxminən 100 metr qabaqda yolun kənarında saxlamış, o, Ramil və Əsəd işlərinin olduğunu bildirib “İntiqam” marketə tərəf getmişlər. Orada ətrafa baxıb marketin yaxınlığında heç kimin olmadığına əmin olduqdan sonra əvvəldən maska kimi istifadə edəcəkləri papaqları üzlərinə taxıb marketə yaxınlaşmışlar. Ramil özündə olan dəmir parçası ilə marketin plastikdən hazırlanmış qapısının üzərində olan dəmir barmaqlığın kilidini sındırmış, bundan sonra birlikdə marketə daxil olub oradan nağd pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışlar. Nağd pul yaxud qiymətli əşyalar tapa bilmədiklərini gördükdə marketdən “Hell” energetik içkilərini, müxtəlif adda siqaretləri, qoz ləpəsini, 4-5 ədəd qablaşdırılmış vəziyyətdə toyuğu, şokoladlar və müxtəlif adda ərzaq mallarını götürüb paketlərə yığıb İlhamın avtomobilini saxladığı yerə qayıtmışlar. Oğurladıqları bütün əşyaları İlhamın avtomobilinin yük yerinə yığıb oradan uzaqlaşmışlar. Lamiyənin yaşadığı evin yaxınlığına çatanda sonuncudan, özlərinə məxsus ərzaq və digər malları bir neçə gün müddətinə yaşadığı evdə saxlamasını xahiş etmişlər. Lamiyə də buna etiraz etmədiyinə görə onlar oğurladıqları malların içərisindən bir neçə qutu siqaret və digər ərzaq mallarını götürüb, qalan malları saxlaması üçün Lamiyəyə vermişlər. xx xxxx 2020-ci il tarixdə, saat 16 radələrində Ramilin işlədiyi yuxarıda qeyd etdiyi kafedə olan zaman polis əməkdaşları həmin kafeyə gəlmiş və onu, Əsədi, İlhamı, Ramili, həmçinin Lamiyəni Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar. Orada izahatları alınmış və törətmiş olduqları oğurluq hadisələrini səmimi etiraf etmişlər. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənildiyinə görə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etiraf edici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. xx xxxxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, yaşadığı evdən bir qədər aralıda yerləşən “Arif” marketi icrarəyə götürüb işlədir. Həmin market hər gün saat 07 radələrindən saat 23 radələrinədək fəaliyyət göstərir. Marketin qapısı plastikdəndir, qapının üzərində dəmir barmaqlıq quraşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində mağazanı bağlayıb yaşadığı evə getmiş, xx xxxxxx 2020-ci il tarixdə, saat 08 radələrində marketi açmaq üçün gəldikdə marketin giriş qapısındakı dəmir barmaqlığın asma qıfılının sındırılmış, plastik qapının açıq olduğunu görmüşdür. Marketə daxil olan zaman marketdən oğurluq edildiyini aşkar etmişdir. Belə ki, marketdən 260 manat nəğd pul, 380 manat dəyərində müxtəlif çeşidli siqaretlər, 01 ədəd 04 manat 20 qəpik dəyərində “Elidor” şampunu, 02 ədəd hər birinin dəyəri 03 manat 20 qəpik olan “Pantene” şampunu, 14 manat dəyərində kontur, 02 ədəd hər birinin dəyəri 04 manat olan bədən spreyi, 02 ədəd hər birinin dəyəri 03 manat 30 qəpik olan “Rexona" bədən spreyi, 01 ədəd 05 manat dəyərində tonal kremi, 01 ədəd 02 manat dəyərində şampunu, 05 ədəd hər birinin dəyəri 50 qəpik olan ayaqqabı mazı, 02 ədəd hər birinin dəyəri 40 manat olan ayaqqabı, 08 ədəd hər birinin dəyəri 01 manat olan “Atom” şirələri, 70 manat dəyərində kolbasa, 22 manat dəyərində çay, 01 manat 60 qəpik dəyərində qənd, 05 ədəd hər birinin dəyəri 01 manat 50 qəpik olan böyük “Snickers” şokoladı, 03 ədəd hər birinin dəyəri 90 qəpik olan kiçik “Snickers” şokoladı, 30 ədəd hər birinin dəyəri 60 qəpik olan “Orbit” saqqızları, 03 ədəd hər birinin dəyəri 02 manat 90 qəpik olan “Lays” çipsləri və bacısı X1 məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 907 manat 20 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər R.S.Bəşirovun, A.S.Bəşirovun və Ə.Ə.Bəşirovun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, İ.Q.Rəhimovun isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xx xxxxxx 2020-ci ildə məhkəmə iclasında verdiyi və hazırki məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, yaşadığı evin qarşısında yerləşən özünə məxsus “İntiqam” marketdə işləyir. xx xxxx 2020ci il tarixdə, saat 02:30 radələrində mağazanı bağlayıb yaşadığı evə getmiş, həmin gün saat 06 radələrində qonşusu Kamran zəng edib mağazanın qapısının açıq olduğunu demişdir. Dərhal mağazaya yaxınlaşanda mağazanın plastik qapısında olan dəmir barmaqlığının qıfılının sındırıldığını, plastik qapı açıq, mağazada olan malların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Məlum olmuşdur ki, nanməlum şəxs və ya şəxslər mağazanın plastik qapısında olan dəmir barmaqlığın qıfılını sındıraraq içəri daxil olub oradan oğurluq etmişlər. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonra mağazada olan mallara baxdıqda ümumi dəyəri 105 manat olan “Hell” energetik içkilərinin, ümumi dəyəri 350 manat olan müxtəlif adlı siqaretlərin, ümumi dəyəri 60 manat qoz ləpəsinin, ümumi dəyəri 30 manat olan 05 ədəd toyuğun, ümumi dəyəri 50 manat olan müxtəlif adlı şokoladların, ümumi dəyəri 50 manat olan müxtəlif çeşidli ərzaq mallarının (düyü, yağ, qənd, şirələr, tumlar, çipsilər və s.) oğurlandığını müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 650 manat məbləğində maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə qanuni nümayəndəsi Şahid iştirakı ilə şahid qismində dindirilmiş X9 göstərdi ki, Ramil, Asif, Əsəd, İlham və Kamran adlı şəxsəri tanıyır. Belə ki, Ramilin işlədiyi Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən “Oskar” kafesində xidmətçi işləyir. xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində işlədiyi kafedə olan zaman Ramil, Asif, Əsəd, İlham və Kamran adlı şəxslər də kafedə əyləşib çay içmişlər, özü isə kafedə olan müştərilərə xidmət etmişdir. xx xxxx 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində Ramil, Asif, Əsəd və Kamranla birlikdə İlhamın idarə etdiyi avtomobilə əyləşmiş və İlham avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etməyə başlamışdır. Bir qədər hərəkət etdikdən sonra İlham avtomobili yolun kənarında saxlamış, Ramil, Kamran və Əsəd birlikdə avtomobildən düşmüşlər. Həmin vaxtı yorğun olduğuna görə avtomobildə yatmış, bir qədər sonra Ramil, Kamran və Əsəd birlikdə qayıdıb gəlmişlər. Bundan sonra İlham avtomobili idarə edərək onun yaşadığı evə aparmış, avtomobildən düşüb yaşadığı evə getmək istədikdə Ramil, özlərinə məxsus ərzaq və digər malların olduğunu, həmin malları bir neçə gün müddətinə yaşadığı evdə saxlamağını xahiş etmişdir. Etiraz etməmiş və içərisində siqaret, şokoladlar və ərzaq malları olan paketləri götürüb yaşadığı evə aparmışdır. Səhərisi günü eşitmişdir ki, Ramil, Asif, Əsəd, Kamran və İlham birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “İntiqam” marketdən oğurluq etmişlər. Bundan sonra polis əməlkdaşları yaşadığı evə gəlmiş və o, könüllü olaraq yaşadığı evdə olan ərzaq mallarını polis əməlkdaşlarına təqdim etmişdir. Ramil, Asif, Əsəd, Kamran və İlham adlı şəxslərin Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “İntiqam” marketdən oğurluq hadisəsi törətmələri barədə əvvəldən məlumatı olmamışdır. Belə ki, Ramil, Asif, Əsəd, Kamran və İlham adlı şəxslər oğurluq hadisəsi törədəcəkləri barədə ona heç bir söz deməmişlər. Buna görə də qeyd etdiyi şəxslərin oğurluq hadisəsi törətmələrindən xəbəri olmamışdır. İş materiallarında olan cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq aparılması üçün ********* nömrəli (R.S.Bəşirovun, A.S.Bəşirovun və Ə.Ə.Bəşirovun Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, İ.Q.Rəhimovun isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair) cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli hazırki cinayət işi ayrılmışdır. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus “İntiqam” marketdən oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı mağazanın dağınıq vəziyyətdə olduğu, müxtəlif əmtəə nişanlı siqaretlərin və ərzaq məhsullarının döşəmənin üzərinə dağıdıldığı müəyyən olunmuşdur. İş materiallarında maddi sübutun götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 24 ədəd “Hell” içkiləri, 01 ədəd 01 litirlik “Supersun” yağı, 01 ədəd 01 litirlik “Anabala” yağı, 01 ədəd 02 litirlik “Final” qarğıdalı yağı, 01 ədəd 01 litirlik “Final” qarğıdalı yağı, 10 ədəd “Snickers” şokoladı, 04 ədəd “Alpen Gold” şokoladı, 05 ədəd “Makkofe”, 02 ədəd böyük “Lays” çipsi,06 ədəd kiçik “Lays” çipsi, 56 ədəd müxtəlif əmtəə nişanlı siqaretlər, 01 ədəd hesablayıcı, 10 cüt əlcək, 10 ədəd “Çiko” günəbaxan tumu, 04 ədəd kişi alt geyimi, 01 ədəd “Head & Shoulders” şampunu, 01 ədəd “Res Totex” şampunu, 06 ədəd “Camay” sabunu, 01 ədəd “Berqa” çayı, 01 ədəd “Champion” çayı, 01 ədəd “Beta” çayı, 01 qutu qələm, 10 cüt corab, 02 qutu kibrit, 01 ədəd “Vita 1000” şirəsi, elektrik yuvacığı, qoşa elektrik ayırıcı, 10 ədəd “Jilet” üzqırxanı, 02 ədəd çəyirdək çıxardan, 01 ədəd fənər və 03 ədəd tanınmamaq üçün əldə düzəldilmiş maska X14 kirayədə yaşadığı evdən götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Arif” marketdən oğurluq faktı aşkar edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, mağazanın qapısının dəmir barmaqlığının qıfılı sındırılaraq yaxınlıqda yerə atılmışdır. Zərərçəkmiş şəxs2 mağazadan müxtəlif əmtəə nişanlı siqaretlərin, ayaqqabıların, müxtəlif qida məhsullarının və 260 manat nəğd pulun oğurlandığını bildirmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində tanışları Ramil və Əsəd adlı şəxslərlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Arif” marketdən oğurluq etmək qərarına gəlmiş, buna görə də birlikdə həmin marketin yaxınlığına gəlmişlər. Əvvəlcədən danışıb razılaşdıqları kimi Əsəd onları özünə məxsus “VAZ 2106” markalı, **-CD-*** nömrəli avtomobildə gözləmiş, özü isə Ramillə birlikdə papaqdan düzəltdikləri maskanı üzlərinə taxıb “Arif” marketə yaxınlaşmışlar, Ramil özü ilə götürdüyü mismar çıxardanla asma qıfılı sındırıb həmin mismar çıxardanla da plastik qapını açmış, birlikdə marketə daxil olmuşlar, oradan müxtəlif adda ərzaq mallarını götürüb torbalara yığmışlar, habelə pul kisəsində olan təxminən 185 manat nəğd pulu götürüb mağazanı tərk etmişlər. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, saat 23 radələrində o, Ramil, onun qardaşı Asif, onların əmisi oğlu Əsəd, tanışları İlham adlı şəxslərlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq edərək pul əldə etmək qərarına gəlmişlər, bu məqsədlə xx xxxx 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində o, Asif, Əsəd, Ramil və Lamiyə birlikdə İlhamın idarə etdiyi avtomobilə əyləşmiş və İlham avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu istiqamətində idarə etməyə başlamışdır. Yolun kənarında yerləşən “İntiqam” marketi gördükdə İlham avtomobili təxminən 100 metr idarə edərək yolun kənarında saxlamış, o, Ramil və Əsəd avtomobildən düşüb marketə tərəf getmişlər, qapının üzərində olan dəmir barmaqlığın kilidini sındırdıqdan sonra marketə daxil olaraq oğurlamaq üçün pul yaxud da qiymətli əşyalar axtarmağa başlamışlar. Pul yaxud da qiymətli əşya tapa bilmədiklərinə görə marketdə olan “Hell” energetik içkiləri, müxtəlif adda siqaretləri, qoz ləpəsini, 4-5 ədəd qablaşdırılmış vəziyyətdə toyuğu, şokoladları və müxtəlif adda ərzaq mallarını götürüb paketlərə yığmış İlhamın avtomobilin arxa yük yeriniə yığıb oradan uzaqlaşmışlar. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxxxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli protokollardan və onlara əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxslər X11 və X8 ifadələrinin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs2 icarəyə götürüb işlətdiyi Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən “Arif” marketi, habelə həmin ərazidə yerləşən Zərərçəkmiş şəxs1 məxsus “İntiqam” marketi göstərərək, müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində və xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs və X7 ilə birlikdə həmin mağazalardan oğurluq etdiklərini bildirmişlər. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs X12 ifadənin yerində yoxlanılması zamanı Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “İntiqam” marketi göstərərək, xx xxxx 2020-ci il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs, X7, X8 və X11 ilə birlikdə həmin mağazadan oğurluq etdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli, 9/879 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 90 manat 67 qəpik müəyyən edilir. Həmin malların ayrı- ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X4 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 307-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə X4 barəsində, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsinin tərkib əlamətləri olmadığından isə həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, habelə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin və qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinin müstəntiqinin xx xxxx 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq məhkəmə iclasında həbsdən azad edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Habelə iş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx xxxx 2020ci il tarixli protokoldan, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisi Elnur Əliyevin xx xxxx 2020-ci il tarixli məktubundan və onların üzərindəki ştempellərdən görünür ki, barəsində xx xxxx 2020-ci il tarixdə 101058/20 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində, metronun “Nizami” stansiyasının yaxınlığında saxlanılmış, xx xxxx 2020-ci il tarixdə isə Bakı şəhəri Suraxanı rayon X10 Şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 03 gün müddət Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2-ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(003)-298/2020 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. Bununla da iş materiallarından göründüyü kimi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(003)-298/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə nisbətdə daha ciddi, həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Bundan başqa, məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(010)-122/2020 nömrəli hökmü ilə, iş üzrə maddi sübut kimi tanınmış 24 ədəd “Hell” energetik içkilərinin, 01 ədəd 01 litirlik “Supersun” yağının, 01 ədəd 01 litirlik “Anabala” yağının, 01 ədəd 02 litirlik “Final” qarğıdalı yağının, 01 ədəd 01 litirlik “Final” qarğıdalı yağının, 10 ədəd “Snikers” şokoladının, 04 ədəd “Alpen Gold” şokoladının, 05 ədəd “Makkofe”-nin, 02 ədəd “Lays” böyük çipsin, 06 ədəd “Lays” kiçik çipsin, 56 ədəd müxtəlif adda siqaretlərin, 01 ədəd hesablama maşının, 10 cüt əlçəyin, 10 ədəd “Ciko” günəbaxan tumunun, 04 ədəd kişi alt geyiminin, 01 ədəd “Head & Shoulders” şampunun, 01 ədəd “Res Totex” şampunun, 06 ədəd “Palmalive” sabunun, 02 ədəd “Berqa” çayın, 01 ədəd “Champion” çayın, 01 ədəd “Beta” çayın, 10 ədəd qələmin, 10 cüt corabın, 02 qutu kibritin, 01 ədəd “Vita 1000” şirənin, 01 ədəd elektrik yuvacığın, 01 ədəd elektrik ayırıcının (qoşa), 10 ədəd “Jilet” üzqırxanın, 02 ədəd çəyirdəkçıxardanın, 01 ədəd fənərin Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alındığından, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 03 ədəd maska Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmadığına görə məhv edildiyindən, habelə Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər X2, X3, X5 və X6 müştərək qaydada dövlət nəfinə tutulduğundan, qeyd edilən maddi sübutlar və ekspertiza xərci ilə bağlı yeni qərar qəbul edilməsinə zərurət yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək və xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(003)-298/2020 nömrəli qərarı ilə daha ciddi, həbs qətimkan tədbiri seçildiyinə görə Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 35 (otuz beş) iş saatı üçün 210 (iki yüz on) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 55 (əlli beş) iş saatı üçün 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar